Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Məmməd MƏMMƏDOV
ALICƏNAB INSAN,
FƏDAKAR ALIM VƏ ICTIMAI XADIM
Milli Məclisin üzvü, akademik İsa Həbibbəyli də ömrünün 60-cı zirvəsinə çatıb


"ŞƏMS" MƏCLİSİNİN ÜZVLƏRİNİN ŞEİRLƏRİ


RÜSTƏM KAMAL
"SƏ­Sİ­NƏ UÇU­NUB OYAN­DI­ĞIN TÜR­KÜ..."


Ernrst HEMİGQUEY
HEÇ KIM HEÇ VAXT ÖLMÜR


Xatirə ƏZİZQIZI


Bəhram CƏFƏROĞLU
ŞAİRİN SÖZÜ, TƏNQİDİN GÖZÜ
V.Yusifli.Poeziyanın yolları və illəri (1960-2000-ci illər) Bakı, 2009


Alim YILDIZ


Nigar MİRZƏYEVA
...VƏ NƏNƏM GÜLÜR


Ramiz KƏRƏM


Dilarə MƏMMƏDOAVA
Ə.HAQVERDİYEVİN PUBLİSİSTİKASI


Zeynəb BƏHMƏNLİ


Hafiz HAСXALIL (TƏMIROV)
BIR ÖMRÜN YUXUSU


Aydın DADAŞOV
ÇAĞDAŞ PYESLƏR


Coşqun CƏFƏR


Əli bəy AZƏRİ
VAQIF MÜƏLLIMIN СIBGIR OĞLU


Rahil MƏMMƏD


Samir MUSAYEV
"ƏRƏFƏ" BƏDII FIKRINƏ MÜASIR BAXIŞ


Gunay DAGLI


İlham ZAMANOĞLU


İbad RÜS­TƏM
Hekayalər


Fərqanə MEHDİYEVA
QAZAXDA YAŞAYAN ŞAİR


Fidan Nİ­ZA­MƏD­DİNQIZI
POETIK AXTARIŞLARIN BIR ILI



 

Fərqanə MEHDİYEVA
QAZAXDA YAŞAYAN ŞAİR


 

Həsənzadəyə həsr olunmuşdur), "Heydər Əliyevin dil siyasəti" və bir çox elmi məqalələri ilə tanınan yazıçı-publisist Salatın Əhmədli bu dəfə "Ömrünü Qazaxda yaşayan şair" kitabı ilə oxucuların görüşünə gəlib. Şair harda olur-olsun şairdi. İstər mərkəzdə, istər əyalətdə, istərsə də qürbətdə, Qazaxda yaşayıb yaradan istedadlı şair Barat Vüsal kimi. Salatın Əhmədli təqdim etdiyimiz bu kitabda şairin 50 ilik ömrünü sətir-sətir qələmə alıb:

Sənin kimi olacağam, Azərbaycan,
Sənin kimi ağrılardan, acıların
Baş qaldırıb yaşayacam.
Heç kimə baş əyməyəcəm,
Heç kimə əl açmayacam.
Kərpic kəsib, ot otlayıb,
Daş qaldırıb yaşayacam.
Sənin kimi olacağam,
Azərbaycan!

Barat Vüsal bu misralarda əsl vətəndaşlıq mövqeyindən çıxış edir. "Şairin poetik dünyası" rubrikası altında verilən məqalə xalq şairi Nəriman Həsənzadə ilə birlikdə çəkdirdiyi şəkli ilə açılır. Nəriman Həsənzadə yazır:
"O, hər dəfə Qazaxda, şəhərin mərkəzində Vaqiflə Vidadinin yanaşı dayanan əzəmətli heykəlləri ilə qarşılaşır. Mədəniyyət evinin qabağında Səməd vurğunun abidəsini görür. Osman Sarıvəllinin məzarını ziyarət edir, Ağstafada Hüseyn Arifin qəbrinə baş çəkir, Aşıq Ədalətin məclislərində iştirak edir, sazın sehrli səsinə qulaq asır. Barat Vüsalın fitri istedadının beşiyi belə torpaqdı. Torpaq - ocaqdı".
"Dünyanın ən şirin sözünü özünə ləqəb götürüb Barat Vüsal. Ürəyimizi sıxan həsrətin məngənəsindən, gözümüzü yolda qoyan intizardan yaxa qurtarmaq istəyəndə hardasa şirin bir vüsal axtarmışıq". Filologiya elmlər namizədi Fəridə Ləmanın şair qardaşına ünvanladığı ürək sözü belə başlayır.
Alim Rüstəm Kamal: "Barat ədəbiyyatımızda öz yolunu tapmış, ustad şilləsini dadmış, ustad qədri və öz yerini bilən şairdi" və yaxud:

Azadlıq itdikcə, vətən də itir,
Kölə kişilərin qəbri daşlanır.
Vətənin sərhədi oğuldan ötrü
Kişi meyidinin üstdən başlayır.

"Barat Vüsalın həmin müqəddəs kişilik ruhunun mənəvi idrak sferamızdan tədricən yoxa çıxması, azalması adamı dərindən kədərləndirir", - deyir Rüstəm Kamal.
Salatın Əhmədlinin qələmə aldığı bu kitab onun şairə xeyir-duası ilə başlansa da kitabın sonuncu səhifəsində son söz əvəzi Barat Vüsal Salatın Əhmədliyə Qurbani sayağı Salatın şeirini ünvanlayıb:

Qurbani dövründən varıb gəlirsən,
Yerin damarını qırıb gəlirsən.
Təbrizdən Qazağa sarı gəlirsən,
Sallana-sallana gələn Salatın.

Yerin həsrətini göyə saxladın,
Nə yaxşı Şahbuzda ayaq saxladın.
Qəlbində Tağıtək bayraq saxladın,
Sallana-sallana gələn salatın.

Onu da qeyd edək ki, Salatın Əhmədli bu yaxınlarda Həcc ziyarətindən qayıdıb. Qələm dostumuza daha uğurlu yaradıcılıq uğurları arzulayır, "ziyarətin qəbul olsun!" deyirik.