Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Məmməd MƏMMƏDOV
ALICƏNAB INSAN,
FƏDAKAR ALIM VƏ ICTIMAI XADIM
Milli Məclisin üzvü, akademik İsa Həbibbəyli də ömrünün 60-cı zirvəsinə çatıb


"ŞƏMS" MƏCLİSİNİN ÜZVLƏRİNİN ŞEİRLƏRİ


RÜSTƏM KAMAL
"SƏ­Sİ­NƏ UÇU­NUB OYAN­DI­ĞIN TÜR­KÜ..."


Ernrst HEMİGQUEY
HEÇ KIM HEÇ VAXT ÖLMÜR


Xatirə ƏZİZQIZI


Bəhram CƏFƏROĞLU
ŞAİRİN SÖZÜ, TƏNQİDİN GÖZÜ
V.Yusifli.Poeziyanın yolları və illəri (1960-2000-ci illər) Bakı, 2009


Alim YILDIZ


Nigar MİRZƏYEVA
...VƏ NƏNƏM GÜLÜR


Ramiz KƏRƏM


Dilarə MƏMMƏDOAVA
Ə.HAQVERDİYEVİN PUBLİSİSTİKASI


Zeynəb BƏHMƏNLİ


Hafiz HAСXALIL (TƏMIROV)
BIR ÖMRÜN YUXUSU


Aydın DADAŞOV
ÇAĞDAŞ PYESLƏR


Coşqun CƏFƏR


Əli bəy AZƏRİ
VAQIF MÜƏLLIMIN СIBGIR OĞLU


Rahil MƏMMƏD


Samir MUSAYEV
"ƏRƏFƏ" BƏDII FIKRINƏ MÜASIR BAXIŞ


Gunay DAGLI


İlham ZAMANOĞLU


İbad RÜS­TƏM
Hekayalər


Fərqanə MEHDİYEVA
QAZAXDA YAŞAYAN ŞAİR


Fidan Nİ­ZA­MƏD­DİNQIZI
POETIK AXTARIŞLARIN BIR ILI



 

Rahil MƏMMƏD


 
YAZ ÇİÇƏYİ

Xumar-xumar boylanırsan,
Yaz çiçəyi, yaz çiçəyi.
Yuxudanmı doymamısan,
Yaz çiçəyi, yaz çiçəyi?

Bu nə duruş, bu nə nazdır?
Ləçəklərin bəmbəyazdır.
Heyif, ancaq ömrün azdır,
Yaz çiçəyi, yaz çiçəyi.

Yamacdasan, dağ üstəsən,
Xırdaca yarpaq üstəsən.
Nə gözəlsən tağ üstə sən,
Yaz çiçəyi, yaz çiçəyi!

Təzə gəlib dağlara yaz,
Üşütməzmi səni ayaz?
Nəfəsimlə isin bir az,
Yaz çiçəyi, yaz çiçəyi.

Əlim gəlməz səni üzüm,
Əsirindir görən gözüm.
Burax gedim, ay əzizim,
Yaz çiçəyi, yaz çiçəyi.

KÖLGƏM

Kölgəmə yazığım gəlir,
O bir az uşaq kimidir.
Gecələr gözə görünməz,
İşıqdan qaçaq kimidir.

İşıq arxadan düşəndə
O keçər məndən qabağa.
Tez-tez dəyişər yerini,
Gah qul olar, gah da ağa.

Arxamca sürünüb gedər,
Nə ilandır, nə yarasa.
Sanki günəşdən utanar,
Günorta itər hardasa.

Kiminin kölgəsi əyri,
Kiminin düz kölgəsi var.
Adi kölgələrdən başqa
Bir də nüfuz kölgəsi var.

İnsanlar var bu dünyada,
Kölgəsiz gəzər-dolaşar.
Kölgələr var bu dünyada,
Sahibindən uzun yaşar.

Kölgəmə yazığım gəlir,
Belə zəifdir o nədən?
Bəlkə, mən özüm zəifəm,
Budur qəlbimi göynədən.

Kaş dönəm məğrur palıda,
Al günəşə gərəm sinə.
Məni sevənlər yığışa,
Çətirimin kölgəsinə.