Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Məmməd MƏMMƏDOV
ALICƏNAB INSAN,
FƏDAKAR ALIM VƏ ICTIMAI XADIM
Milli Məclisin üzvü, akademik İsa Həbibbəyli də ömrünün 60-cı zirvəsinə çatıb


"ŞƏMS" MƏCLİSİNİN ÜZVLƏRİNİN ŞEİRLƏRİ


RÜSTƏM KAMAL
"SƏ­Sİ­NƏ UÇU­NUB OYAN­DI­ĞIN TÜR­KÜ..."


Ernrst HEMİGQUEY
HEÇ KIM HEÇ VAXT ÖLMÜR


Xatirə ƏZİZQIZI


Bəhram CƏFƏROĞLU
ŞAİRİN SÖZÜ, TƏNQİDİN GÖZÜ
V.Yusifli.Poeziyanın yolları və illəri (1960-2000-ci illər) Bakı, 2009


Alim YILDIZ


Nigar MİRZƏYEVA
...VƏ NƏNƏM GÜLÜR


Ramiz KƏRƏM


Dilarə MƏMMƏDOAVA
Ə.HAQVERDİYEVİN PUBLİSİSTİKASI


Zeynəb BƏHMƏNLİ


Hafiz HAСXALIL (TƏMIROV)
BIR ÖMRÜN YUXUSU


Aydın DADAŞOV
ÇAĞDAŞ PYESLƏR


Coşqun CƏFƏR


Əli bəy AZƏRİ
VAQIF MÜƏLLIMIN СIBGIR OĞLU


Rahil MƏMMƏD


Samir MUSAYEV
"ƏRƏFƏ" BƏDII FIKRINƏ MÜASIR BAXIŞ


Gunay DAGLI


İlham ZAMANOĞLU


İbad RÜS­TƏM
Hekayalər


Fərqanə MEHDİYEVA
QAZAXDA YAŞAYAN ŞAİR


Fidan Nİ­ZA­MƏD­DİNQIZI
POETIK AXTARIŞLARIN BIR ILI



 

Bəhram CƏFƏROĞLU
ŞAİRİN SÖZÜ, TƏNQİDİN GÖZÜ
V.Yusifli.Poeziyanın yolları və illəri (1960-2000-ci illər) Bakı, 2009


 

Di­li­mi­zin ta­ri­xi in­ki­şaf yo­lu­nu bir tam ha­lın­da özün­də mad­di­ləş­di­rən Azər­bay­can poe­zi­ya­sı­nın in­ki­şaf yo­lu uzun və keş­mə­keş­li ol­muş­dur. Əgər söz sə­nət­kar­la­rı poe­zi­ya­nın bir­ba­şa ya­ra­dı­cı­la­rı­dır­sa, ədə­bi tən­qid, şair­lə­rin ya­ra­dı­cı­lıq ax­ta­rış­la­rı­nı araş­dı­ran, ide­ya is­ti­qa­mət­lə­ri­ni müəy­yən­ləş­di­rən ədə­bi tən­qid­çi­lər poe­zi­ya­nın hə­rə­kət­ve­ri­ci qüv­və­si he­sab edil­mə­li­dir. Ta­nın­mış tən­qid­çi-ədə­biy­yat­şü­nas Va­qif Yu­sif­li­nin bu ya­xın­lar­da işıq üzü gö­rən "Poe­zi­ya­nın yol­la­rı və il­lə­ri (1960-2000-ci il­lər)" ad­lı mo­noq­ra­fi­ya­sı Azər­bay­can poe­zi­ya­sı­nın qırx il­lik bir döv­rü­nü əha­tə edir. On fə­sil və bir ne­çə böl­mə­dən iba­rət olan bu mo­noq­ra­fi­ya­da müa­sir Azər­bay­can poe­zi­ya­sı­nın təx­mi­nən ya­rım əsr­lik bir döv­rü təd­qi­qa­ta cəlb olun­muş­dur. Bir-bi­rin­dən ma­raq­lı və el­mi fakt­la­ra söy­kə­nən mo­noq­ra­fi­ya­nın bi­rin­ci fəs­li­ni müəl­lif 1960-2000-ci il­lər Azər­bay­can poe­zi­ya­sın­da ənə­nə və no­va­tor­luq prob­le­mi­nin araş­dı­rıl­ma­sı­na həsr et­miş­dir. Mə­lum­dur ki, ənə­nə və no­va­tor­luq qütb­ləş­mə­si­nin özü bu iki an­la­yı­şın bü­töv­lük­də möv­cud­lu­ğu­nun tə­mi­nat­çı­sı­dır. Yə­ni, ənə­nə no­va­tor­lu­ğun mə­hək da­şı, özü­lü, da­yaq nöq­tə­si ol­du­ğu ki­mi, no­va­tor­luq da özü­nün ye­ni­lik tə­za­hür­lə­ri­ni ənə­nə ilə tu­tuş­dur­maq­da aş­kar­la­yır. Ənə­nə­yə la­qeyd­lik özü­nü va­ris­lik hü­qu­qun­dan məh­ru­met­mə­dir. Ənə­nə no­va­tor­lu­ğun ene­ji mən­bə­yi, mə­kan du­ru­mun­da za­man is­tiq­mə­ti­dir. Ey­ni za­man­da no­va­tor­luq­dan məh­rum ənə­nə də möv­cud de­yil. Ən ipə-sa­pa yat­ma­yan no­va­tor­luq özü­nün müəy­yən za­man kə­si­yin­də ənə­nə­yə çev­ri­lə bi­lər. Əgər o, özün­dən əv­vəl­ki ənə­nə­vi kö­kün­dən pöh­rə­lə­nib­sə.
­E­lə bu mə­qam­da qeyd et­mə­li­yik ki, müəl­li­fin bu iki mə­sə­lə­yə mü­na­si­bə­ti an­la­yış­la­rın bir-bi­ri­ni işıq­lan­dır­ma­sı möv­qe­yin­dən şərh olu­nub diq­qət mər­kə­zi­nə çə­ki­lir. V.Yu­sif­li Azər­bay­can poe­zi­ya­sı­nın baş­lı­ca ənə­nə­lə­ri­ni izah edə­rək ya­zır: "A­zər­bay­can poe­zi­ya­sı ta əzəl­dən hu­ma­nist bir poe­zi­ya ol­muş­dur, bu poe­zi­ya­nın ək­sər nü­mu­nə­lə­rin­də in­sa­na mə­həb­bət his­si ha­kim­dir, xalq­se­vər­lik, və­tən­pər­vər­lik bu poe­zi­ya­nın ca­nın­da, qa­nın­da­dır. Dün­yə­vi və bə­şə­ri hiss­lə­ri təb­liğ edə-edə o öz mil­li sti­xi­ya­sı­nı qə­tiy­yən itir­mə­miş­dir". Hə­qi­qə­tən də Azər­bay­can poe­zi­ya­sı­nı ta or­ta əsr­lər­dən üzü bu ya­na araş­dır­dıq­ca qeyd olu­nan ami­lin apa­rı­cı ol­du­ğu or­ta­ya çı­xır.
Təd­qi­qat­çı öz fi­kir­lə­ri­ni əsas­lan­dır­maq üçün tək­cə 60-cı il­lər poe­zi­ya nü­ma­yən­də­lə­rin­dən de­yil, klas­sik­lər­dən-Ni­za­mi­dən, Nə­si­mi­dən, Fü­zu­li­dən də­lil­lər gə­ti­rir. Əsə­rin bu fəs­lin­də müəl­lif Azər­bay­can poe­zi­ya­sı­nın öz mə­na və məz­mu­nu­na, for­ma zən­gin­li­yi­nə, də­rin hu­ma­niz­mi­nə gö­rə dün­ya­nın poe­zi­ya are­na­sın­da önəm­li yer tut­du­ğu­nu qeyd edir və bu­nun al­tı sə­bə­bi­ni gös­tə­rir. Müəl­lif bu fi­kir­də­dir ki­,A­zər­bay­can ədə­biy­ya­tı­nın dün­ya miq­ya­sı­na çıx­ma­sı­nı, mü­tə­rəq­qi, hu­ma­nist bir ədə­biy­yat ol­du­ğu­nu şərt­lənd­li­rən sə­bəb­lər­dən bi­ri də Azər­bay­can poe­zi­ya­sı­nın tək­cə öz içi­nə qa­pı­lıb qa­lan, yal­nız "A­zər­bay­can poe­zi­ya­sı" ha­di­sə­si ki­mi dərk olu­nan poe­zi­ya de­yil, ümu­mən Şərq poe­zi­ya­sı kon­teks­tin­də bu poe­tik re­gio­nu bir tam şə­kil­də əks et­dir­mə­si ilə bağ­lı­dır.
Va­qif Yu­sif­li əsə­rin bi­rin­ci fəs­lin­də ədə­biy­yat­şü­nas­la­rın hər za­man diq­qət mər­kə­zin­də olan poe­tik ənə­nə­lə­rin üs­lu­bi ça­lar­la­rı­na da ay­dın­lıq gə­tir­miş­dir. La­kin o, sə­ləf­lə­rin­dən fərq­li ola­raq, poe­tik ənə­nə­lə­rin ro­lu­na, in­ki­şaf ta­ri­xi­nə, ay­rı-ay­rı şair­lə­rin ya­ra­dı­cı­lı­ğın­da ne­cə tə­za­hür et­di­yi­nə ay­dın­lıq gə­tir­mək­lə ya­na­şı, hə­min ənə­nə­lə­ri sis­tem­li şə­kil­də təs­nif et­miş, qrup­laş­dır­mış­dır. Və bu­nun­la da qeyd olu­nan mə­sə­lə ilə bağ­lı el­mi ədə­biy­yat­da nə­zə­rə çar­pan müəy­yən fi­kir ay­rı­lıq­la­rı­na, qa­rı­şıq­lıq­la­ra , biz­cə, son qoy­muş­dur.
Va­qif Yu­sif­li Azər­bay­can poe­zi­ya­sın­da üs­lub­lar­dan söz açar­kən hə­ya­tı, ger­çək­li­yi, ini­kas üsu­lu­nu (ro­man­tik və ya rea­list) əsas gö­tü­rə­rək poe­zi­ya­mız­da ro­man­tik və rea­list şei­rin üs­lub­la­rı­nın möv­cud­lu­ğu üzə­rin­də da­ya­nır və hər iki üs­lu­bu ge­niş şə­kil­də şərh edir.
Klas­sik-ro­man­tik üs­lu­bun əsa­sən Nə­si­mi və Fü­zu­li ki­mi sə­nət­kar­la­rın dün­ya­gö­rü­şün­də for­ma­laş­dı­ğı­nı gös­tə­rən müəl­lif bu üs­lu­bun poe­zi­ya­nın canr-struk­tur xü­su­siy­yət­lə­ri­nin müəy­yən­ləş­mə­si­nə də tə­sir gös­tər­di­yi­ni ya­zır. Və be­lə­lik­lə, bu üs­lu­bun Hü­seyn Ca­vid, son dövr­lər­də isə Sə­məd Vur­ğu­nun ya­ra­dı­cı­lı­ğın­da öz yük­sək zir­və­si­nə çat­dı­ğı­nı gös­tə­rir. O, qeyd edir ki, poe­zi­ya­nın son­ra­kı in­ki­şaf mər­hə­lə­lə­rin­də xü­su­si­lə Va­qif mər­hə­lə­sin­dən son­ra rea­list şe­ir üs­lu­bu ya­ra­nıb in­ki­şaf et­mə­yə baş­la­dı. Rea­list şe­ir üs­lu­bu­nu şərh edən müəl­lif əs­lin­də rea­list şe­ir üs­lu­bu­nun tər­kib his­sə­sin­də sa­ti­rik şe­ir üs­lu­bu­nun da öy­rə­nil­mə­si­nin va­cib­li­yi­ni vur­ğu­la­yır. Ey­ni za­man­da qeyd edir ki, poe­zi­ya­mı­zın son­ra­kı dövr­lə­rin­də apa­rı­cı üs­lub rea­list üs­lub ol­muş­dur.
A­zər­bay­can poe­zi­ya­sı­nın keç­di­yi in­ki­şaf yo­lu­nu ədə­bi-bə­dii me­tod­la­rı­nı, janr xü­su­siy­yət­lə­ri­ni də­rin­dən bi­lən tən­qid­çi V.Yu­sif­li mo­noq­ra­fi­ya­nın I fəs­lin­də "No­va­tor­lu­ğun ma­hiy­yə­ti, ənə­nə ilə no­va­tor­lu­ğun qar­şı­lıq­lı əla­qə­si" mə­sə­lə­si­nə də xü­su­si diq­qət ye­ti­rir, poe­tik ənə­nə­lə­rin ni­yə uzu­nö­mür­lü, no­va­tor­lu­ğun isə uzu­nö­mür­lü ol­ma­ma­sı­nın sə­bəb­lə­rin­dən, no­va­tor­lu­ğun ma­hiy­yə­tin­dən, onun ənə­nə ilə qar­şı­lıq­lı dia­lek­tik əla­qə­sin­dən söz açır.
Mo­noq­ra­fi­ya­nın II fəs­li də no­va­tor­luq mə­sə­lə­si­nə həsr olu­nub. "Ə­nə­nə və no­va­tor­luq prob­le­mi ədə­bi tən­qid­də" baş­lıq­lı bu fə­sil­də müəl­lif Azər­bay­can ədə­biy­ya­tın­da no­va­tor­lu­ğun ta­ri­xi­nin qə­dim ol­du­ğu­nu əv­vəl­cə Ni­za­mi, son­ra Fü­zu­li ki­mi sə­nət­kar­la­rın ya­ra­dı­cı­lı­ğı kon­tek­sin­də işıq­lan­dı­rır. Müəl­lif bu sa­hə­də­ki fik­ri­ni da­vam et­di­rə­rək ya­zır ki, Fü­zu­li ənə­nə­si uzun za­man Azər­bay­can poe­zi­ya­sın­da ha­kim rol oy­na­mış­dır. La­kin M.F.A­xun­dov öz kəs­kin çı­xış­la­rıy­la, ey­ni za­man­da öz ko­me­di­ya­la­rı ilə poe­zi­ya­mız­da Fü­zu­li­nin tə­si­ri­ni azal­da­raq ye­ni rea­list mər­hə­lə­nin baş­lan­ğı­cı­nı qoy­du. Son­ra­lar bu mər­hə­lə həm nəsr­də, həm də poe­zi­ya­da apa­rı­cı xü­su­siy­yət da­şı­dı.
V.Yu­sif­li Azər­bay­can poe­zi­ya­sın­da rea­list mər­hə­lə­nin da­vam­çı­la­rı ki­mi M.Rə­fi­li­ni, S.Rüs­tə­mi, S.Vur­ğu­nu, M.A­ri­fi, R.Rza­nı, Ə.­Cə­mi­li, O.­Sa­rı­vəl­li­ni, N.Xəz­ri­ni, B.Va­hab­za­də­ni, C.Nov­ru­zu, F. Qo­ca­nı və bir çox gör­kəm­li poe­zi­ya ko­ri­fey­lə­ri­ni gös­tə­rir. Müəl­lif Azər­bay­can poe­zi­ya­sın­da no­va­tor­luq mə­sə­lə­sin­dən da­nı­şar­kən özü­nə­qə­dər­ki bir çox tən­qid­çi ədə­biy­yat­şü­nas­la­rın-Ş.Sal­ma­nov, H.Zey­nal­lı, Ə.A­ğa­yev, M.Cə­fər, A.Ab­dul­la­za­də, Y.Qa­ra­yev, A.­Məm­mə­dov ki­mi sə­nət­kar­la­rın fi­kir­lə­ri­nə is­ti­nad edir, on­la­rın məhz bu mə­sə­lə ilə əla­qə­dar təd­qi­qat­la­rı­nı el­mi ar­dı­cıl­lıq­la fi­kir süz­gə­cin­dən ke­çi­rir.
Mo­noq­ra­fi­ya­nın bu fəs­lin­də ən diq­qət çə­kən mə­qam­lar­dan bi­ri də 60-70-ci il­lər poe­zi­ya­sın­da baş ve­rən ədə­bi mü­ba­hi­sə­lər­lə bağ­lı­dır. Poe­zi­ya­mı­zın bu mər­hə­lə­si­nin təh­li­lin­də məhz no­va­tor ya­ra­dı­cı­lı­ğı ilə se­çi­lən şair­lər­mi­zin bə­zi if­rat­,əs­lin­də ədə­bi tən­qid­dən uzaq tən­qid­çi­lə­rin yan­lış ba­xış bu­ca­ğın­dan tən­qid atə­şi­nə tu­tul­ma­sı işıq­lan­dı­rı­lır.­Müəl­lif ya­zır: ''Eti­raf et­mək la­zım­dır ki, yet­mi­şin­ci il­lər Azər­bay­can ədə­bi-tən­qi­di­ni Asif Əfən­di­ye­vin tən­qi­di mə­qa­lə­lə­ri ol­ma­dan tə­səv­vür et­mək müm­kün de­yil. Bu­nun­la ya­na­şı, A.Ə­fən­di­ye­vin bir çox tən­qi­di mə­qa­lə­lə­rin­də sırf sub­yek­tiv mə­qam­lar, fəl­sə­fə­yə uy­maq, iba­rə­çi­li­yə meyl et­mək hal­la­rı da özü­nü gös­tə­rir­di. Dün­ya ədə­biy­ya­tı­na, xü­su­si­lə poe­zi­ya­sı­na yax­şı bə­ləd olan A.Ə­fən­di­yev bə­zən Azər­bay­can poe­zi­ya­sı­nın XX əsr­də­ki nai­liy­yət­lə­ri­ni in­kar edir, ye­ni­li­yi, no­va­tor­lu­ğu düz­gün qiy­mət­lən­di­rə bil­mir­di. Tən­qid­çi­nin ən bö­yük qü­su­ru on­da idi ki, o, təh­lil et­di­yi bə­dii əsər­lə­rə fəl­sə­fə­nin qa­nun­la­rı ilə ya­na­şır və bu­na gö­rə də xey­li mu­ba­hi­sə­li mə­qam­la­ra yol açır­dı. Be­lə ki, K.Mark­sın, ya­xud Le­ni­nin fəl­sə­fi fi­kir­lə­ri­ni R.Rza, F.Qo­ca, İ.İs­ma­yıl­za­də poe­zi­ya­sı­na tət­biq edən­də gü­lünc bir və­ziy­yət ya­ra­nır­dı. İkin­ci bir qü­su­ru isə on­da idi ki, A.Ə­fən­di­yev is­tis­na­sız ola­raq bü­tün bə­dii əsər­lə­rə so­sia­lizm rea­liz­mi pri­sip­lə­rin­dən ya­na­şır­dı. 60-70-ci il­lər­də isə so­sia­lizm rea­liz­mi "a­şa­ğı en­mə" mər­hə­lə­si­ni ya­şa­yır­dı".
A­zər­bay­can ədə­biy­ya­tı­nın bi­li­ci­si və­tən­pər­vər bir təd­qi­qat­çı V.Yu­sif­li uzun za­man Azər­bay­can poe­zi­ya­sı­na sa­ğal­maz ya­ra vu­ran im­pe­ri­ya ke­şik­çi­lə­ri­nə bi­ga­nə qa­la bil­məz­di. Bu üz­dən müəl­li­fin bu mis­ra­la­rı gör­kəm­li söz us­tad­la­rı­na on­la­rın ya­ra­dı­cı­lıq im­kan­la­rı­na zər­bə vu­ran­la­ra gec də ol­sa ve­ri­lən ən tu­tar­lı qiy­mət­dir.
V.Yu­sif­li­nin ədə­biy­yat­şü­nas­lıq, poe­zi­ya mə­sə­lə­lə­ri­nə həsr olun­muş fun­da­men­tal mo­noq­ra­fi­ya­sı­nı və­rəq­lə­dik­cə onun poe­zi­ya ta­ri­xi­mi­zi, poe­zi­ya­mız­da möv­cud olan ədə­bi yol­la­rı, dai­ma ədə­biy­yat­şü­nas­lar ara­sın­da mü­ba­hi­sə pred­me­ti olan ədə­bi cə­rə­yan­la­rı nə qə­dər də­rin bil­di­yi­nə, ne­cə də­qiq­lik­lə, sis­tem­li şə­kil­də araş­dır­dı­ğı­na hey­ran ol­ma­ya bil­mir­sən.
Mo­noq­ra­fi­ya­nın III fəs­li "Ye­ni poe­tik mər­hə­lə­nin baş­lan­ğı­cı" ad­la­nır. Müəl­lif bu fə­sil­də ye­ni poe­tik mər­hə­lə­nin baş­lan­ğı­cı­nı gör­kəm­li ya­zı­çı-tən­qid­çi M.Hü­sey­nin söz­lə­ri ilə xa­rak­te­ri­zə edir­.O,­ye­ni mər­hə­lə­nin ötən əs­rin 60-cı il­lə­rin­dən baş­lan­dı­ğı­nı söy­lə­yər­kən ta­ri­xi real­lı­ğın ədə­biy­ya­ta - poe­zi­ya­ya müs­təs­na tə­si­ri­ni xü­su­si vur­ğu­la­yır.
V.Yu­sif­li III fəs­lin "Poe­zi­ya­mı­zın mü­ha­ri­bə­dən son­ra­kı mən­zə­rə­si", "Müa­sir­lik poe­tik ax­ta­rış­la­rın rəh­ni idi…" ad­lı böl­mə­lə­rin­də bir çox ak­tual mə­sə­lə­lə­rə to­xu­nur. Tən­qid­çi "Müa­sir­lik poe­tik ax­ta­rış­la­rın rəh­ni idi…" böl­mə­sin­də 60-cı il­lər poe­zi­ya­sın­da po­pul­yar möv­zu­la­rı qeyd et­mək­lə ya­na­şı, ça­tış­maz­lıq­la­rı da gös­tə­rir. O, ya­zır: "…An­caq əmək möv­zu­sun­da ya­zı­lan əsər­lə­rin ək­sə­riy­yə­tin­də, xü­su­si­lə li­rik şeir­lər­də əsas diq­qət təq­dim olu­nan in­sa­nın ne­cə qa­baq­cıl ol­ma­sı­na, ke­çi­ci qır­mı­zı bay­raq al­ma­sı­na yö­nə­lir­di və çox za­man mə­nə­vi ne­mət­lər bol­lu­ğu ya­ra­dan əmək ada­mı­nın mə­nə­vi dün­ya­sı unu­du­lur­du". Müəl­li­fin to­xun­du­ğu bu mə­qam xü­su­si­lə diq­qə­ti cəlb edir­di. Bu əs­lin­də idea­lo­gi­ya­nın sə­nə­ti üs­tə­lə­mə­si idi.
V.Yu­sif­li də məhz bu ba­rə­də bir çox və­tən­pər­vər şair­lə­ri­mi­zin bu­na qar­şı çıx­ma­sı­nı müs­bət hal ki­mi qeyd edir. Sə­nət­kar­lıq ax­ta­rış­la­rı, tən­qi­din sə­nət­ka­ra, şair­lə­rin şei­rin­də ide­ya və məz­mu­na mü­na­si­bə­ti­ni əks et­di­rən bu fə­sil­də döv­rün bir çox söz sər­raf­la­rı Əh­məd Cə­mil, Rə­sul Rza, Əli Kə­rim və baş­qa­la­rı­nın ya­ra­dı­cı­lı­ğı ət­raf­lı şə­kil­də təd­qiq olu­nur.
V.Yu­sif­li XX əsr Azər­bay­can poe­zi­ya­sı­nın "Qı­zıl" döv­rü ki­mi 60-80-ci il­lər poe­zi­ya­sı­nı gös­tə­rir.
"XX əsr Azər­bay­can poe­zi­ya­sı­nın "Qı­zıl" döv­rü" ad­la­nan dör­dün­cü fə­sil­də müəl­lif 60-80-ci il­lər poe­zi­ya­sı­nın bir ne­çə baş­lı­ca sə­ciy­yə­vi xü­su­siy­yət­lə­ri­ni qeyd edir. Bu il­lər ər­zin­də poe­zi­ya­mı­zın ümu­mi mən­zə­rə­si­ni can­lan­dı­ran tən­qid­çi hə­min döv­rə məx­sus poe­tik üs­lub­la­rın for­ma­laş­ma­sın­da əsas ten­den­si­ya­nı nə­zər­dən ke­çi­rir. O, hər şey­dən əv­vəl, 60-80-ci il­lər­də tək­cə poe­zi­ya­da de­yil, ümu­mən bü­tün ədə­biy­yat­da ye­ni­ləş­mə­nin, tə­rəq­qi­nin möv­cud­lu­ğu­nu dün­ya ədə­bi pro­se­sin­də baş ve­rən mü­hüm key­fiy­yət də­yi­şik­lik­lə­ri ilə bağ­lı ol­du­ğu­nu vur­ğu­la­yır. Bun­dan baş­qa, müəl­lif XX əs­rin atom, el­mi-tex­ni­ki tə­rəq­qi döv­rü­nün, ey­ni za­man­da, azad­lıq uğ­run­da mü­ba­ri­zə­lə­rin ya­rat­dı­ğı hə­yə­ca­nın mə­nə­vi at­mos­fe­rin bə­dii ədə­biy­yat­da da za­ma­na uy­ğun meyl və ten­den­si­ya­lar tə­ləb et­di­yi­ni və bu meyl və ten­den­si­ya­la­rın, ilk növ­bə­də müa­sir ədə­biy­yat ya­rat­maq sə­yi ilə bağ­lı ol­ma­sı­nı diq­qə­tə çat­dı­rır.
Dör­dün­cü fəs­lin ən çox ma­raq do­ğu­ran böl­mə­lə­rin­dən bi­ri ''Poe­zi­ya­da Əli Kə­rim mər­hə­lə­si'' böl­mə­si­dir..
Müəl­lif Əli Kə­rim ya­ra­dı­cı­lı­ğı­nı təd­qiq edən bir çox tən­qid­çi­lə­rin: To­fiq Ha­cı­ye­vin, Ca­van­şir Yu­sif­li­nin və baş­qa­la­rı­nın fi­kir­lə­ri­ni ümu­mi­ləş­di­rə­rək ya­zır: ''Onu (Əli Kə­ri­mi - red.) nə Sə­məd Vur­ğun, nə də Rə­sul Rza poe­tik mək­təb­lə­ri­nin heç bi­ri­nə da­xil et­mək ol­maz. An­caq Əli Kə­rim poe­zi­ya­sı bü­tün şa­xə­lə­ri ilə mi­nil­lik Azər­bay­can poe­zi­ya­sı­na bağ­lı­dır və müəl­lif in­di­yə qə­dər Əli Kə­rim haq­qın­da de­yil­miş ən doğ­ru, ən də­qiq - Əli Kə­ri­mi bü­tün­lük­lə ifa­də edən fi­kir­lər söy­lə­yir. O, ya­zır: "Fik­ri­miz­cə, Əli Kə­rim şei­ri Azər­bay­can poe­zi­ya­sın­da SÖ­ZÜN Dİ­RİL­MƏ­Sİ, EH­YA OLUN­MA­SI, SÖ­ZÜN POE­Zİ­YA­YA ÇEV­RİL­MƏ­Sİ ki­mi bö­yük bir mis­si­ya­nı hə­ya­ta ke­çi­rir­di. So­vet poe­zi­ya­sı sö­zün giz­lin­lər­də qa­lan po­ten­sia­lı­nın tam qüv­vət­lə üzə çıx­ma­sı­na bö­yük ma­neə ya­ra­dır­dı. Sə­məd Vur­ğu­nun poe­tik us­ta­lı­ğı sa­yə­sin­də şe­ir li­sa­nı­mız xəl­qi­ləş­di, am­ma di­lin bə­dii təs­vir ar­se­na­lı, ob­raz­lar, me­ta­fo­ra­lar, mə­caz­lar qa­tı tam açıl­ma­dı. "Bu dil­də var­lı­ğın hər sə­da­sı var", - bu, Əli Kə­ri­min mis­ra­sı­dır və hə­min mis­ra dərk edil­miş zə­ru­rət tam real­lı­ğı ilə ilk də­fə Əli Kə­rim poe­zi­ya­sın­da öz bəh­rə­si­ni ver­di". Bu bən­zər­siz fi­kir­lə­rin ar­dın­ca müəl­lif Əli Kə­ri­min hər za­man tə­zə şeir­lə­ri­ni bir da­ha təd­qi­qa­ta cəlb edir, bu şeir­lər­də­ki tək­rar­sız bən­zət­mə­lə­ri diq­qə­tə çat­dı­rır.
"Fi­kir poe­zi­ya­sı", "İn­san ami­li", "Tən­qid pa­fo­su" ki­mi ədə­bi mə­sə­lə­lə­ri özün­də əks et­di­rən dör­dün­cü fə­sil bü­tün­lük­lə V.Yu­sif­li­nin ya­ra­dı­cı­lıq uğur­la­rın­dan xə­bər ve­rir. Bə­zən poe­zi­ya tən­qid­çi­lə­ri poe­zi­ya­dan da­nı­şar­kən şei­riy­yət­də şai­rin öz dün­ya­sı­nı unu­dur­lar. Tən­qid­çi­lə­rin bir ço­xu­nun şair­dən nə­dən, ne­cə, yaz­ma­ğı tə­ləb et­mə­si, əs­lin­də so­vet dik­ta­tu­ra­sı­nın qa­lı­ğı ki­mi də ba­şa dü­şü­lə bi­lər. La­kin unut­maq ol­maz ki, şa­ir bir in­san­dır və onun da­xi­lin­də bir M Ə N var. Bu M Ə N onun dün­ya­ya ba­xış­la­rı­nı, da­xi­li hə­yə­can­la­rı­nı, hiss­lə­ri­ni müəy­yən­ləş­di­rir. Bu ba­xım­dan söz sər­raf­la­rı­nın ya­ra­dı­cı­lı­ğı haq­qın­da da­nı­şı­lar­kən müt­ləq on­la­rın da­xi­li dün­ya­sı nə­zə­rə alın­ma­lı­dır. Elə də­yər­li tən­qid­çi-ədə­biy­yat­şü­na­sı­mız V.Yu­sif­li də mo­noq­ra­fi­ya­sı­nın be­şin­ci fəs­li­ni məhz bu mə­sə­lə­yə həsr et­miş­dir.
"Hər şai­rin öz dün­ya­sı" ad­la­nan bu fə­sil­də müəl­lif ey­ni möv­zu ilə bağ­lı ya­zı­lan poe­tik nü­mu­nə­lər­də şair­lə­rin fər­di poe­tik üs­lu­bu­nu ön pla­na çə­kir. O, konk­ret ola­raq 60-80-ci il­lər poe­zi­ya­sın­da önəm­li rol oy­na­mış gö­zəl şai­ri­miz Əlia­ğa Kür­çay­lı­nın ya­ra­dı­cı­lı­ğın­da apar­dı­ğı araş­dır­ma sa­yə­sin­də be­lə bir nə­ti­cə­yə gəl­miş­dir ki, Ə.­Kür­çay­lı­nın poe­zi­ya­sı­nı bir söz­lə sə­ciy­yə­lən­dir­mək olar: HƏ­YAT­SE­VƏR­LİK. V.Yu­sif­li fik­ri­ni da­vam et­di­rə­rək ey­ni möv­zu­da ("A­na" möv­zu­sun­da) şeir­lər yaz­mış Məs­tan Əli­yev və Nə­ri­man Hə­sən­za­də­nin möv­zu­ya ba­xış bu­caq­la­rı­nın fərq­li ol­du­ğu­nu qeyd edir. Əsə­rin bu fəs­lin­də 60-80-ci il­lər poe­zi­ya­sı­nın ən par­laq si­ma­la­rın­dan olan Məm­məd İs­ma­yıl və Fik­rət Sa­dıq­la ya­na­şı, hə­min döv­rün bir çox şair­lə­ri - Sər­dar Əsəd, Məm­məd As­lan, Ağa­ca­vad Əli­za­də, Ey­vaz Bor­ça­lı, Sə­ya­vuş Sər­xan­lı, Fa­mil Meh­di, Va­qif Hü­sey­nov, Şah­mar Ələk­bər­za­də, Vi­la­yət Rüs­təm­za­də, Tey­yub Qur­ban, Şə­kər As­lan, Əş­rəf Vey­səl­li, Ağa La­çın­lı, Məm­məd As­lan, Ayaz Və­fa­lı, Ab­bas Ab­dul­la ya­ra­dı­cı­lı­ğın­dan da söz açı­lır.
V.Yu­sif­li be­şin­ci fəs­li aşa­ğı­da­kı not­lar­la bi­ti­rir: "Fər­di poe­tik üs­lub mə­sə­lə­si ilə bağ­lı mü­ha­ri­bə­lə­ri­mi­zi ye­kun­laş­dı­rıb be­lə bir qə­naə­tə gə­lə bi­lə­rik ki,­bu mə­sə­lə poe­zi­ya­da NO­VA­TOR­LUQ­LA sıx il­gi­li­dir. Çün­ki no­va­tor­luq hər bir sə­nət­ka­rın poe­zi­ya­da özü­nü ne­cə təs­diq et­mə­si­nin re­al tə­cəs­sü­mü­dür


V.Yu­sif­li­nin mo­noq­ra­fi­ya­sı­nı nə­zər­dən ke­çir­dik­də bir nüan­sın şa­hi­di olur­san: o, ya­rı­məsr­lik poe­zi­ya ta­ri­xi­mi­zi elə təd­qiq edib ki, təd­qi­qa­ta cəlb olun­ma­mış heç bir ədə­bi me­tod, heç bir şa­ir kə­nar­da qal­ma­yıb. Müəl­li­fin al­tın­cı fəs­li "Poe­zi­ya­da ənə­nə­vi möv­zu­la­ra ye­ni ba­xış" ad­lan­dır­ma­sı da tə­sa­dü­fi de­yil. O, bu fə­sil­də 60-80-ci il­lər­də poe­zi­ya­mız­da möv­cud olan si­ya­si li­ri­ka­nı zər­gər də­qiq­li­yi ilə təd­qi­qa­ta cəlb edib.
Təd­qi­qat apa­ran za­man müəl­lif döv­rün apa­rı­cı şair­lə­ri­nə-S.Rüs­təm, R.Rza, X.Rza Ulu­türk, Cə­nub­dan gə­lən şair­lər B.A­zə­roğ­lu, S.Ta­hir, Ə.­Tu­də, M.Gül­gün, H.Bül­lu­ri və on­la­rın ya­ra­dı­cı­lı­ğı­na ol­duq­ca ob­yek­tiv ya­na­şır. On­la­rın si­ya­si li­ri­ka­sı­nı həm sə­nət­kar­lıq ba­xı­mın­dan, həm də ide­ya-məz­mun tə­rə­fin­dən yük­sək qiy­mət­lən­di­rir. Müəl­lif hə­min şair­lə­rin bu gün qə­bul olun­ma­yan, idea­lo­ji ba­xım­dan ya­şa­dıq­la­rı döv­rün si­ya­si iq­li­mi­ni təb­liğ edən şeir­lə­ri­ni də təd­qi­qat­dan kə­nar­da qoy­ma­ma­ğı töv­si­yə edir. Bu­nun­la ya­na­şı, adı çə­ki­lən şair­lə­rin və­tən­pər­vər­lik ru­hun­da ya­zıl­mış şeir­lə­ri­nin poe­zi­ya­mız üçün önəm­li sə­ciy­yə da­şı­dı­ğı­nı vur­ğu­la­yır.
Fəs­lin ən ma­raq­lı mə­qam­la­rın­dan bi­ri də bu­dur ki, V.Yu­sif­li 60-80-ci il­lər poe­zi­ya­sın­da apar­dı­ğı də­rin araş­dır­ma­lar nə­ti­cə­sin­də si­ya­si li­ri­ka­nın möv­zu dai­rə­si­nin ge­niş­lən­mə­si­ni mü­şa­hi­də edə bil­miş­dir. O, ya­zır: "Yet­miş-sək­sə­nin­ci il­lər­də si­ya­si li­ri­ka­nın möv­zu dai­rə­si də ge­niş­lən­miş­dir. Azər­bay­ca­nın bir­li­yi, bü­töv­lü­yü, müs­tə­qil­li­yi və azad­lı­ğı ide­ya­sı ilə ya­na­şı, tu­ran­çı­lıq və türk­çü­lü­yün təb­li­ği də si­ya­si li­ri­ka­da apa­rı­cı mo­tiv­lər­dən bi­ri­nə çev­ril­mək­də idi. Bu sa­hə­də ye­nə Xə­lil Rza ön­də idi: "Nə yax­şı ki…" şei­rin­də o, türk ol­du­ğu­na gö­rə bö­yük qü­rur his­si ke­çir­di­yin­dən söz açır, "da­ya­ğım­dır, bay­ra­ğım­dır, var­lı­ğım­dır türk­lü­yü­müz" de­yir­di''.
V.Yu­sif­li döv­rün si­ya­si ab-ha­va­sı­nın Xə­lil Rza ya­ra­dı­cı­lı­ğın­dan da yan keç­mə­di­yi­ni gös­tə­rir.­Şai­rin yaz­dı­ğı "Yes ta­ka­ya par­ti­ya" şei­rin­də So­vet ha­ki­miy­yə­ti­nin qu­ru­cu­su Le­ni­ni vəsf et­mə­si­ni tə­bii sa­yır. Müəl­lif mə­sə­lə­yə bu priz­ma­dan ya­naş­maq­da bir da­ha sü­but edir ki, nə və ne­cə yaz­ma­sın­dan ası­lı ol­ma­ya­raq bu əsər­lər mil­li poe­zi­ya­mı­zın, mil­li tə­fək­kü­rü­mü­zün məh­su­lu­dur.
Qeyd et­mək la­zım­dır ki, müəl­lif bu fə­sil­də azər­bay­can­çı­lıq, türk­çü­lük, azad­lıq ide­ya­la­rı­nın poe­zi­ya­mız­da tə­cəs­sü­mü­nü məhz bu dövr­lə bağ­la­yır.
Al­tın­cı fə­sil "Və­tən­pər­vər­lik li­ri­ka­sı", "Tə­biət li­ri­ka­sı", "Tə­biət-in­san, tə­biət-cə­miy­yət prob­lem­lə­ri­nin poe­zi­ya­da ək­si", "Sev­gi li­ri­ka­sı" ki­mi bir-bi­rin­dən rən­ga­rəng, ar­dı­cıl, ədə­biy­yat­şü­nas­la­rın diq­qə­ti­ni cəlb edən möv­zu­lar­la da­ha da dol­ğun­la­şır. Xü­su­si­lə "Sev­gi li­ri­ka­sı" möv­zu­su ori­ji­nal şə­kil­də təq­dim olu­nur. Hə­qi­qə­tən də tən­qid­çi­lər, oxu­cu­lar nə qə­dər qə­ri­bə ol­sa da "XXI əsrdə sev­gi var­mı?" sua­lı­nı ve­rir­lər. V.Yu­sif­li isə öz təd­qi­qa­tın­da tək­cə sev­gi möv­zu­sun­da ya­zıl­mış poe­zi­ya nü­mu­nə­lə­ri­nin möv­zu və ifa­də yo­zu­mu­nu təd­qiq et­mək­lə keç­mə­miş, ey­ni za­man­da "sev­gi"­yə çox ori­ji­nal tə­rif ver­miş­dir: "An­caq bu gün Sev­gi da­ha ge­niş an­lam­la­rı ifa­də edir, sev­gi in­sa­nın özü­nü dərk et­mə­si, du­rul­ma­sı, da­xi­lən ye­ni­ləş­mə­si, zən­gin­ləş­mə­si de­mək­dir, sev­gi Hə­qi­qət­dir, Vic­dan­dır, Xoş­bəxt­lik­dir, sev­gi ağıl­la ürə­yin vəh­də­ti­dir, da­ha doğ­ru­su, "A­ğıl­lı ürək"­dir. Yə­ni, onu tək­cə in­tim, ero­tik bir hiss, duy­ğu ki­mi qav­ra­maq ol­maz .
Gö­rün­dü­yü ki­mi, V.Yu­sif­li məhz qeyd et­di­yi sev­gi­dən bəhs edən poe­tik nü­mu­nə­lə­ri araş­dır­mış və bu nü­mu­nə­lər içə­ri­sin­də "Sev­gi ilə poe­zi­ya­nın vəh­də­ti", "Sev­gi­nin öz ob­ra­zı", "Ya­şa­yan sev­gi", "Həs­rət ob­ra­zı" nüans­la­rı­nı diq­qə­tə çat­dır­mış­dır. O, bu möv­zu ilə əla­qə­dar araş­dır­ma apar­dıq­ca mü­ra­ciət et­di­yi sə­nət­kar­la­rın da sı­ra­sı ge­niş­lə­nir. Bu şair­lər ara­sın­da Azər­bay­can poe­zi­ya­sın­da eş­qin, mə­həb­bə­tin ən bö­yük tə­rən­nüm­çü­sü M.Fü­zu­li ha­mı­dan əv­vəl gə­lir. Son­ra­kı yer­lər­də həm to­xun­duq­la­rı möv­zu­ya mü­na­si­bət­lə­ri ba­xı­mın­dan, həm də ya­şı­yıb-ya­rat­dıq­la­rı za­ma­na gö­rə Va­qif, Nə­bi Xəz­ri, Bəx­ti­yar Va­hab­za­də, Əli Kə­rim, Nə­ri­man Hə­sən­za­də, Fik­rət Qo­ca, Ra­miz Röv­şən, Ca­bir Nov­ruz, Mu­sa Ya­qub, Məm­məd İs­ma­yıl, Fi­ru­zə Məm­məd­li, Sə­ya­vuş Sər­xan­lı, Va­hid Əziz, Mu­sa Ələk­bər­li, Məm­məd İb­ra­him, Zi­rəd­din Qa­far­lı­nın sev­gi məz­mun­lu şeir­lə­ri təd­qi­qa­ta cəlb edi­lir. Müəl­lif ba­car­dıq­ca, ob­yek­tiv­lik ba­xı­mın­dan Azər­bay­can poe­zi­ya­sın­da sev­gi möv­zu­sun­da yaz­mış bü­tün şair­lə­rin adı­nı çək­mə­yə ça­lı­şır. Bu da öz növ­bə­sin­də təd­qi­qat­çı­nın möv­zu­nu da­ha əha­tə­li şə­kil­də təd­qiq et­mə­sin­dən xə­bər ve­rir.
V.Yu­sif­li­nin müəl­li­fi ol­du­ğu bu mo­noq­ra­fi­ya­da poe­zi­ya­mız­la bağ­lı elə bir möv­zu tap­maq ol­maz ki, təd­qi­qat­dan kə­nar­da qal­mış ol­sun.
Yed­din­ci fəs­lə diq­qət ye­ti­rək. "Klas­sik bə­dii for­ma­la­rın ye­ni hə­ya­tı" ad­lı bu fə­sil­də Azər­bay­can poe­zi­ya­sın­da uzun müd­dət ya­şa­yan bə­dii şe­ir for­ma­la­rı və on­la­rın bə­dii və for­ma cə­hət­dən han­sı də­yi­şik­lik­lə­rə uğ­ra­ma­sın­dan söh­bət açı­lır. Bu­ra­da poe­zi­ya­mı­zın ən qə­dim for­ma­la­rın­dan olan qə­zəl jan­rı­nın sa­də­ləş­mə­si, xəl­qi­ləş­mə­si, sə­nət­kar­lar, xü­su­si­lə də S.Rüs­təm tə­rə­fin­dən bu jan­ra ic­ti­mai məz­mu­nun gə­ti­ril­mə­sin­dən da­nı­şı­lır. Ey­ni za­man­da bu jan­rın ye­ni for­ma­da bən­zər­siz nü­mu­nə­lə­ri­ni ya­ra­dan Əlia­ğa Va­hid­dən, Ba­ba Pün­han­dan bəhs olu­nur. Müəl­lif məhz bu əsə­rin­də ilk də­fə ola­raq Ba­ba Pün­ha­na bir şa­ir ki­mi ədə­bi qiy­mət ve­rir, şai­rin qə­zəl jan­rın­da "Qa­ra­bağ" möv­zu­su­nu təq­dim et­mə­si­ni yük­sək qiy­mət­lən­di­rir. "Ü­mu­miy­yət­lə, Ba­ba Pün­ha­nın si­ma­sın­da Sa­bir ənə­nə­lə­ri­nin is­te­dad­lı bir da­vam­çı­sı ye­tiş­di. Qə­zə­lə sa­ti­ra ru­hu aşı­la­maq­la Ba­ba Pün­han bu klas­sik jan­rın bir da­ha nə­yə qa­dir ol­du­ğu­nu sü­but elə­di .''V.Yu­sif­li klas­sik qə­zəl jan­rı ilə ya­na­şı, po­pul­yar janr olan qoş­ma jan­rı­nın da bu­gün­kü və­ziy­yə­ti­ni ay­dın­laş­dı­rır. Qur­ba­ni, Ab­bas Tu­far­qan­lı, Sa­rı Aşıq, Aşıq Ələs­gər, Aşıq Hü­seyn Bo­zal­qan­lı­nın ya­di­ga­rı olan qoş­ma jan­rı­nın da­vam­çı­la­rı­nın: B.Va­hab­za­də, H.A­rif, M.A­raz, M.İs­ma­yıl, M.Ya­qub, Z. Ya­qub ki­mi söz us­tad­la­rı­nın ol­du­ğu­nu qeyd edir. Bu fə­sil­də həm­çi­nin gə­ray­lı jan­rı­nın müa­sir for­ma­la­rı­na ay­dın­lıq gə­ti­ri­lir, he­ca vəz­ni­nin müx­tə­lif for­ma­la­rı - Qa­bil, Məs­tan Gü­nər, Məm­məd Araz və baş­qa­la­rı tə­rə­fin­dən ya­ra­dı­lan nü­mu­nə­lər fi­kir süz­gə­cin­dən ke­çi­ri­lir.
Mo­noq­ra­fi­ya­nın öz həc­mi­nə və məz­mu­nu­na gö­rə fərq­lə­nən fə­sil­lə­rin­dən bi­ri də "A­zər­bay­can sər­bəst şei­ri" ad­la­nır. Bu fə­sil­də konk­ret ola­raq poe­zi­ya­mız­da sər­bəst şei­rin ya­ran­ma­sı, ya­ra­dı­cı­la­rı, bə­dii for­ma­la­rı təd­qi­qa­ta cəlb edi­lir. Fəs­lin ən diq­qət çə­kən mə­qam­la­rın­dan bi­ri də Sər­bəst şe­ir ad­lan­dı­rı­la­raq şei­riy­yət üçün qü­sur­lu sa­yı­lan söz və ifa­də­lə­rin bə­dii jan­ra yol tap­ma­sı­na tən­qi­di mü­na­si­bət­dir. Tə­bii ki, hal­lar­la öm­rü­nü poe­zi­ya­mı­zın təd­qi­qi­nə həsr et­miş də­yər­li tən­qid­çi­miz bu ki­mi ar­zuo­lun­maz ba­rı­şa bil­məz­di. Və ba­rış­mır da: "…Bu cür şei­rə gə­ti­ril­mə­si qü­sur sa­yı­lan söz­lə­ri, ifa­də­lə­ri, əsa­sən, ədə­biy­ya­ta ye­ni gə­lən ca­van şair­lə­rin şeir­lə­rin­də da­ha çoz iz­lə­yi­rik. Əl­bət­tə, məq­sə­də mü­va­fiq ola­raq na­dir hal­lar­da ol­sa da, şe­ir di­lin­də be­lə söz­lər iş­lə­nə bi­lər, am­ma bu­nu küt­lə­vi ha­la çe­vir­mək və bə­zən şe­ir di­li­ni elə bu ter­min­lər üzə­rin­də qur­maq, tə­bii ki, şe­ir sə­nə­ti­ni emo­sio­nal­lıq­dan məh­rum edir. Mə­sə­lən, Nər­min Ka­mal ad­lı ca­van şai­rə öz şeir­lə­rin­də "kon­fa­bu­si­ya­lı xəs­tə", "E­mo­sio­nal küt­lük", "Simp­tomp", "pit­sa­xa­na", "Ak­siz mar­ka­sı", "so­na­paks", "ti­zer­sin", "im­pul­siv hə­rə­kət'', "maq­nit sa­hə­si", ve­ren­da­ya ota­ğı", "pa­ta­lo­ji al­ko­qo­lizm", "gi­gi­ye­nik xid­mət", "şəx­siy­yə­ti təs­diq edən kart­dan çı­xa­rış", "at­rak­sion""ja­lüz", "pop­kom", "kont­rol", Se­vinc Pər­va­nə "SPİD", "Partnyor", "Sto­mo­to­lo­ji ka­bi­net", "gi­ne­ko­loq", , "e­ti­raz ak­si­ya­sı", "qey­ri-le­qal xə­ya­nət", "kli­maks", "e­lekt­rik Dİ­RƏ­Yİ", Azəd Ya­şar "ir­siy­yət və şər­ti ref­leks qa­nun­la­rı", "dər­man rek­la­mı", "ba­ğır­saq poz­ğun­lu­ğu", "sa­do­mi­ya", "el­mi kom­mu­nizm", "nar­ko­tik qo­xu", "or­foq­ra­fik və qram­ma­tik yan­lış­lıq­lar", "ger­çək elm", "si­qa­ret blo­kun­dan kə­sil­miş kar­ton", "ko­ker", "fran­sız ri­ya­ziy­yat­çı­sı Eva­rist Qa­lua", "cür­bə­cür po­li­fo­nik zəng me­lo­di­ya­la­rı", "Elm­lər Aka­de­mi­ya­sı­na ge­dən qa­tar­lar", "e­ko­lo­ji na­ta­raz­lıq", Ra­sim Qa­ra­ca "a­na bə­də­ni­nin ko­ri­do­ru" ki­mi söz­lə­ri, ifa­də­lə­ri şei­rə gə­tir­mək­dən zövq alır­lar. Am­ma tə­bii ki, bu "zövq" yaz­dıq­la­rı şei­rin zövq­süz­lü­yü­nə də­la­lət edir.'' Təd­qi­qat­çı­nın hə­yə­can tə­bi­li çal­ma­sı əbəs de­yil. Əgər bu gün poe­zi­ya­mız­da, ədə­biy­ya­tı­mız­da sen­zu­ra yox­dur­sa və ya­xud da bu şair­cik­lə­rin yaz­dıq­la­rı cə­fən­giy­yat üçün mət­buat açıq­dır­sa, bu hə­lə o de­mək de­yil ki, poe­zi­ya­mız nə­za­rət­siz­dir və ya tən­qid yox­dur. Ək­si­nə, V.Yu­sif­li və onun ki­mi də­rin sa­vad sa­hib­lə­ri poe­zi­ya­mı­zın ta­ri­xi­ni, dil, üs­lub xü­su­siy­yət­lə­ri­ni də­rin­lik­lə­ri­nə qə­dər bi­lən təd­qi­qat­çı­la­rı­mız bu­nu gö­rür və vax­tın­da qar­şı­sı­nı al­ma­ğa ça­lı­şır­lar. Qeyd et­mək is­tər­dik ki, əli­nə qə­ləm alıb şei­riy­yə­tə gəl­mək is­tə­yən gənc­lər üçün bu tən­qid düz­gün yol, bir ya­ra­dı­cı­lıq is­ti­qa­mə­ti­dir.
"Müs­tə­qil­lik döv­rü­nün poe­zi­ya­sı" doq­qu­zun­cu fə­sil adın­dan da gö­rün­dü­yü ki­mi ötən əs­rin 80-ci il­lə­ri­nin so­nun­dan baş­la­ya­raq 2000-ci ilə qə­dər Azər­bay­can poe­zi­ya­sı­nın keç­di­yi yo­lu əha­tə edir. 71 il 5 ay Azad­lıq həs­rə­ti ilə çır­pı­nan Azər­bay­can xal­qı 1991-ci il 18 okt­yabr Kons­ti­tu­si­ya ak­tı ilə Azad­lı­ğa qo­vuş­du. Müəl­lif bu fi­kir­lə­ri­ni be­lə ifa­də edir: "Ya­zı­çı Ən­vər Məm­məd­xan­lı­nın çox sev­di­yi bir ifa­də var­dı - "a­zad­lıq yan­ğı­sı". O azad­lıq yan­ğı­sı idi mil­yon­lar­la in­sa­nı Azad­lıq mey­da­nı­na çə­kib apa­ran. Bu Azad­lıq yan­ğı­sın­dan Müs­tə­qil Azər­bay­can do­ğul­du".
Müəl­li­fin ru­hun­dan qo­pan bu kəl­mə­lər in­sa­nı riq­qə­tə gə­ti­rir. Bir və­tən­daş ola­raq Müs­tə­qil­li­yi­miz­lə qü­rur duy­ma­ya bil­mir­sən. Və müəl­lif ye­nə də bən­zər­siz de­yim tər­zi ilə ya­zır: "De­mok­ra­tik Azər­bay­can Res­pub­li­ka­sı­nı­nın sü­qu­tun­dan son­ra 71 il 5 ay ər­zin­də xal­qın ru­hun­da, ge­nin­də ya­şa­yan o Azad­lıq yan­ğı­sı­nı sön­dür­mək üçün Azər­bay­can tor­pa­ğın­da sü­ni Qa­ra­bağ mü­ha­ri­bə­si əkil­di, 20 Yan­var, Xo­ca­lı qır­ğın­la­rı tö­rə­dil­di. Ba­kı­ya rus tank­la­rı ye­ri­dil­di, şə­hər­lə­ri­miz, kənd­lə­ri­miz iş­ğal olun­du, Azər­bay­can bö­yük bir qaç­qın məm­lə­kə­ti­nə çev­ril­di. Bu az­mış ki­mi Azər­bay­can­da Və­tən­daş mü­ha­ri­bə­si təh­lü­kə­si ya­ran­dı" .
Müəl­lif ya­na-ya­na söy­lə­di­yi bu sə­tir­lər­lə san­ki, bu il­lər­də poe­zi­ya­mı­zın, ədə­biy­ya­tı­mı­zın möv­zu­la­rı­nın kon­tur­la­rı­nı cı­zır. Bu­ra­da za­man­la ədə­biy­ya­tın qar­şı­lıq­lı əla­qə­si və bir-bi­ri­nə tə­si­ri fo­nun­da ya­ra­dı­lan bu poe­zi­ya nü­mu­nə­lə­rin­də ta­ri­xi şə­rait əks olu­nur. Ümum­mil­li li­de­ri­miz Hey­dər Əli­ye­vin Azər­bay­ca­nı bu mü­rək­kəb ta­ri­xi şə­rait­dən çı­xar­ma­sı ön pla­na çə­ki­lir. Tə­la­tüm­lü fır­tı­na­lar­dan Azər­bay­ca­nı ne­cə çı­xart­ma­ğın yol­la­rı­nı ara­yan Hey­dər Əli­ye­vin Azər­bay­ca­na qa­yı­dı­şı o döv­rün us­tad­la­rı­na əla­və sti­mul ver­miş­di. Da­hi rəh­bə­rin si­ya­sə­ti­nə, uzaq­gö­rən­li­yi­nə ar­xa­la­nan poe­zi­ya nə­həng­lə­ri döv­rün ən ak­tual möv­zu­la­rı­nı ədə­biy­ya­ta gə­tir­di­lər.
V.Yu­sif­li ilk be­lə şe­ir müəl­lif­lə­rin­dən bi­ri ki­mi El­dar Ba­xı­şı nü­mu­nə gös­tə­rir. Onun "O­caq" ki­tab­ğı­nın müəl­li­fi Zo­ri Ba­la­ya­na mək­tub'­'u təq­dir olu­nur. Bu­nun ar­dın­ca müəl­lif II dün­ya sa­va­şı il­lə­rin­də­ki poe­zi­ya­mız­la bu il­lər­də­ki poe­zi­ya­mı­zı mü­qa­yi­sə edir və Azər­bay­can poe­zi­ya­sı­nın "dö­yüş­çü pal­ta­rı" ge­yin­di­yi­ni ya­zır. Bu yol­da sə­si­ni ilk ucal­dan şai­ri­miz Xə­lil Rza Ulu­tür­kün "Qalx aya­ğa, Azər­bay­can!", Məm­məd Ara­zın "A­ya­ğa dur, Azər­bay­can!" şeir­lə­rin­dən ürək açıq­lı­ğı ilə söh­bət açır. Müəl­lif bu şeir­lə­rin bü­tün poe­zi­ya nü­ma­yən­də­lə­ri­ni aya­ğa qal­dır­dı­ğı­nı gös­tə­rə­rək, hə­min şeir­lər­də Müs­tə­qil Azər­bay­can poe­zi­ya­sı­nın mə­ra­mı­nın ifa­də edil­di­yi­ni vur­ğu­la­yır. Son­ra Qa­ra­bağ sa­va­şı­nın baş­lan­ma­sı, acı məğ­lu­biy­yət, atəş­kə­sin elan olun­ma­sı, poe­zi­ya əs­kər­lə­ri­nin bu­na mü­na­si­bə­ti, Zə­lim­xan Ya­qub, İsa İs­ma­yıl­za­də, Qa­bil, Bəx­ti­yar Va­hab­za­də, Mu­sa Ya­qub və di­gər sair­lə­rin Qa­ra­bağ­la, 20 Yan­var fa­ciə­si ilə bağ­lı poe­tik nü­mu­nə­lə­ri, möv­zu, ide­ya ba­xı­mın­dan təd­qi­qa­ta cəlb olu­nur. O dövr­də poe­zi­ya­nın qar­şı­ya qoy­du­ğu sual­lar, ca­vab­lar ay­rı-ay­rı­lıq­da de­yil, vəh­dət ha­lın­da araş­dı­rı­lır. isa İs­ma­yıl­za­də­nin "Ha­ran ağ­ra­yır, və­tən" poe­ma­sı, Xalq şai­ri Qa­bi­lin "Ü­mid sə­nə­dir an­caq", "Nə­si­mi ba­ha­rın­da", "Mər­si­yə" şeir­lə­ri, Bəx­ti­yar Va­hab­za­də­nin "Şə­hid­lər" poe­ma­sı, Fik­rət Sa­dı­qın, Mir­va­rid Dil­ba­zi­nin, Fİk­rət Qo­ca­nın, Məm­məd As­la­nın, Ələk­bər Sa­lah­za­də­nin Qa­ra­bağ­la, 20 Yan­var fa­ciə­si ilə bağ­lı yaz­dı­ğı əsər­lər təd­qiq olu­nur.
Mo­noq­ra­fi­ya­nın so­nun­cu fəs­li, (onun­cu fə­sil) "Şeir­də ənə­nə və no­va­tor­lu­ğun ye­ni meyl və ten­den­si­ya­lar­da tə­za­hü­rü" ad­la­nır. Əsə­rin bu fəs­lin­də V.Yu­sif­li poe­zi­ya­mız­da mo­der­nizm və post­mo­der­nizm ten­den­si­ya­la­rı­na mü­na­si­bət bil­di­rir, son dövr Azər­bay­can poe­zi­ya­sın­da baş ve­rən ye­ni­lik­lə­ri, möv­zu və janr ax­ta­rış­la­rı­nın han­sı sə­viy­yə­də ol­ma­sı­nı, ey­ni za­man­da poe­zi­ya tən­qid­çi­lə­ri­nin bu ki­mi mə­sə­lə­lə­rə han­sı mü­na­si­bət bəs­lə­dik­lə­ri­ni fi­kir süz­gə­cin­dən ke­çi­rir.
Müəl­lif poe­zi­ya­mı­zın nis­bə­tən ca­van nəs­li - Aq­şi­nin, Za­hir Əzə­mə­tin, Ağa­yar Şə­ri­fin, Fik­rət Əsə­din ya­ra­dı­cı­lıq im­kan­la­rı­nı saf-çü­rük edir.
Gər­gin zəh­mət, ey­ni za­man­da zən­gin təc­rü­bə əsa­sın­da ya­zıl­mış bu mo­noq­ra­fi­ya­da 50 il­lik Azər­bay­can poe­zi­ya­sı­nın yet­miş il­lik bir döv­rü təd­qi­qa­ta cəlb olu­nur və de­mək olar ki,­bü­tün poe­tik me­yar­lar üz­rə araş­dı­rı­lır.V.Yu­sif­li mo­noq­ra­fi­ya­da poe­zi­ya ta­ri­xi­nin qeyd olu­nan döv­rü­nü sa­də­cə təs­vir et­mək­lə məh­dud­laş­ma­mış, ey­ni za­man­da tu­tar­lı fakt­la­ra əsas­la­na­raq mü­ba­hi­sə­lə­rə ay­dın­lıq gə­tir­miş, bə­zi mə­sə­lə­lə­rə tən­qi­di möv­qe­dən ya­naş­mış­dır.
Mo­noq­ra­fi­ya­nın üs­tün cə­hət­lə­rin­dən bi­ri də bu­dur ki, əsər çox ay­dın, hər kə­sin an­la­ya bi­lə­cə­yi bir üs­lub­da ya­zı­lıb.
V.Yu­sif­li­nin "Poe­zi­ya­nın yol­la­rı və il­lə­ri (1960-2000)'' ad­lı mo­noq­ra­fi­ya­sı Azər­bay­can poe­zi­ya­sı­nın güz­gü­sü ol­maq­la ge­niş oxu­cu küt­lə­si üçün, ədə­biy­yat­şü­nas­lar­,o cüm­lə­dən gənc təd­qi­qat­çı-fi­lo­loq­lar və tə­lə­bə­lər üçün fay­da­lı mən­bə­lər­dən bi­ri­dir .