Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Məmməd MƏMMƏDOV
ALICƏNAB INSAN,
FƏDAKAR ALIM VƏ ICTIMAI XADIM
Milli Məclisin üzvü, akademik İsa Həbibbəyli də ömrünün 60-cı zirvəsinə çatıb


"ŞƏMS" MƏCLİSİNİN ÜZVLƏRİNİN ŞEİRLƏRİ


RÜSTƏM KAMAL
"SƏ­Sİ­NƏ UÇU­NUB OYAN­DI­ĞIN TÜR­KÜ..."


Ernrst HEMİGQUEY
HEÇ KIM HEÇ VAXT ÖLMÜR


Xatirə ƏZİZQIZI


Bəhram CƏFƏROĞLU
ŞAİRİN SÖZÜ, TƏNQİDİN GÖZÜ
V.Yusifli.Poeziyanın yolları və illəri (1960-2000-ci illər) Bakı, 2009


Alim YILDIZ


Nigar MİRZƏYEVA
...VƏ NƏNƏM GÜLÜR


Ramiz KƏRƏM


Dilarə MƏMMƏDOAVA
Ə.HAQVERDİYEVİN PUBLİSİSTİKASI


Zeynəb BƏHMƏNLİ


Hafiz HAСXALIL (TƏMIROV)
BIR ÖMRÜN YUXUSU


Aydın DADAŞOV
ÇAĞDAŞ PYESLƏR


Coşqun CƏFƏR


Əli bəy AZƏRİ
VAQIF MÜƏLLIMIN СIBGIR OĞLU


Rahil MƏMMƏD


Samir MUSAYEV
"ƏRƏFƏ" BƏDII FIKRINƏ MÜASIR BAXIŞ


Gunay DAGLI


İlham ZAMANOĞLU


İbad RÜS­TƏM
Hekayalər


Fərqanə MEHDİYEVA
QAZAXDA YAŞAYAN ŞAİR


Fidan Nİ­ZA­MƏD­DİNQIZI
POETIK AXTARIŞLARIN BIR ILI



 

Gunay DAGLI


 

PİŞİK BALASINI İSTƏDİYİNDƏN YEYƏR


Süzük gözlü, büzük dodaqlı, bir az da yazıq görünüşlü, həzin miyoltulu bala pişiyi yedi anası.
Hirsindənmi yedi, hissindənmi yedi,- deyə bilmərəm.
Ancaq, deyəsən, bala pişiyin əti çox dadlı idi.
Ana pişik ləzzətlə yeyirdi balasının ətini. Hərdən də dilini çıxarıb can verməkdə olan balasının ağız-burnunu yalayırdı. Necə qıydı balasına ana pişik? Bəlkə heç ana pişiyin günahı yox idi? Bəlkə günah elə bala pişikdə idi? Çünki o, anasının qabağında kürəyini yerə qoyub əlləri, ayaqları ilə anasının boyun-boğazını cırmaqlayır, sarmaşırdı anasına.
Sanki yalvarırdı ki, anası onu yesin. Quyruğu ilə anasının dodaqlarını sığallayırdı. Quyruğu ilə deyirdi: "Hə, nə oldu? Aç ağzını, ye məni. Mən səndən ayrıla bilmirəm, mən səndən bu dünyaya gəlmişəm. Elə yenə sənin yanına qayıtmaq istəyirəm.
Ana pişik bir bala şirinliyi duydu dodaqlarında. Axı o da balasını çox istəyirdi. Elə o da balasından ayrı dura bilmirdi axı. Bəlkə elə sevdiyindən yeyirdi balasını?
O gündən vəhşi bir yırtıcıya dönmüşdü ana pişik gözlərimdə. Bu yandırıcı mənzərəyə baxırdım. Ürəyim sızıldadı. Gözlərimdən yaş gəldi. Ana pişiyi yağı kimi görmək istəmirdim, xain kimi görmək istəmirdim. Bəlkə bala pişiyin qisasını alım? Bəlkə mən də onu doğram-doğram doğrayım? Yox mən onu öldürmədim, hirsimi də, hisslərimi də qorudum. Dinmədim. Ürəyimlə, ürəyimdə ağladım bala pişiyin əhvalına. Sadəcə üz çevirib getdim. Onun sonra dodaqlarını marçıldada- marçıldada özünü bala pişiyin qanından təmizləməyinə baxa bilmədim.
Sabah açıldı. Səhər günəşinin işığı pəncərədən içəri boylandı. Aman, Allah, mən yuxu görmüşəm? Tez pəncərəyə qaçdım. Ana pişiyin yanında bala pişik atılıb düşür, anasının boyun-boğazına sürtünürdü. Ana pişik təmkinlə balasının üz-gözünü yalayırdı.
Acığım gəldi. Kim yaradıb bu sözü- "Pişik balasını
istədiyindən yeyər".


MƏNİ QARŞILA

Ana, gətir məni dünyaya. Mən də başımı sıxım torpağa. Səcdə edim, yalvarım göy üzündəki Allaha. Ana, gətir məni dünyaya, ayağımı basım torpağa. Əlimi qoyub dizimə, əyilim - belimi yalnız ona büküm. Vətən torpağı olsun qibləgahım. Başımı qaldırıb baxım göy üzünə - Yaradanın gözünə, ağ üzlə. Ana, gətir ki, məni ömr edim bu dünyada. Əcdadlarımı qoruya-qoruya.
Əkib-becərim, cücərsin babam, balam. Qoruyum ki, şad və xürrəm olsun elim obam. Ana, gətir məni yer üzünə, bədxahlara nümunə. Çevrilib sonunda yerin özünə ulu, soy-kök, əcdad olum-torpaqdan yoğrulmuş torpaq olum. Bədənimin zərrələri qədər vətən olum, bağ olum. Yeri gəlsə, vətənə sərhəd olum, dağ olum. Vücudumdan qala hörülsün vətən baxçasına. Yadellilər məni görüb geri çəkilsin. Qız, gəlinlər sevinsin. Sənə bənzəmək istəsinlər, ay ana. Bəzək vur bu dünyaya. Məni gətir, əbədi ol dünyada. Əbədi ol Allah dərgahında "ana" adınla. Bu dünyada "vətən" deyib ömr etsin övladın. Ədəbi olsun "ana" adın, əbədi olsun "vətən" adım. Məni dünyaya gətirəcək, ey gözəl xanım. Bu qədər yalvardım bəsdi, gözlə məni, gəlirəm. Bunu Allahımız istədi. Bağışla ki, çıxacağam sözündən, doğulduğum gündən gələcəyəm dünyaya. Məni dünyaya Allah gətirir. Buna nə sən mane ola bilərsən, nə də mən. Məni sevən, yaradan da o. Mənə bəxt, tale yazan da… Mənə "haydı vətənə, ey vətən oğlu" deyən də odu. İndi sınaq yoludu ömrümün yolu. Vətən yoludu. Mən gəlirəm, ana, gəlirəm, məni qarşıla!