Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Məmməd MƏMMƏDOV
ALICƏNAB INSAN,
FƏDAKAR ALIM VƏ ICTIMAI XADIM
Milli Məclisin üzvü, akademik İsa Həbibbəyli də ömrünün 60-cı zirvəsinə çatıb


"ŞƏMS" MƏCLİSİNİN ÜZVLƏRİNİN ŞEİRLƏRİ


RÜSTƏM KAMAL
"SƏ­Sİ­NƏ UÇU­NUB OYAN­DI­ĞIN TÜR­KÜ..."


Ernrst HEMİGQUEY
HEÇ KIM HEÇ VAXT ÖLMÜR


Xatirə ƏZİZQIZI


Bəhram CƏFƏROĞLU
ŞAİRİN SÖZÜ, TƏNQİDİN GÖZÜ
V.Yusifli.Poeziyanın yolları və illəri (1960-2000-ci illər) Bakı, 2009


Alim YILDIZ


Nigar MİRZƏYEVA
...VƏ NƏNƏM GÜLÜR


Ramiz KƏRƏM


Dilarə MƏMMƏDOAVA
Ə.HAQVERDİYEVİN PUBLİSİSTİKASI


Zeynəb BƏHMƏNLİ


Hafiz HAСXALIL (TƏMIROV)
BIR ÖMRÜN YUXUSU


Aydın DADAŞOV
ÇAĞDAŞ PYESLƏR


Coşqun CƏFƏR


Əli bəy AZƏRİ
VAQIF MÜƏLLIMIN СIBGIR OĞLU


Rahil MƏMMƏD


Samir MUSAYEV
"ƏRƏFƏ" BƏDII FIKRINƏ MÜASIR BAXIŞ


Gunay DAGLI


İlham ZAMANOĞLU


İbad RÜS­TƏM
Hekayalər


Fərqanə MEHDİYEVA
QAZAXDA YAŞAYAN ŞAİR


Fidan Nİ­ZA­MƏD­DİNQIZI
POETIK AXTARIŞLARIN BIR ILI



 

Fidan Nİ­ZA­MƏD­DİNQIZI
POETIK AXTARIŞLARIN BIR ILI


 

Əsr­dən əs­rə mi­nil­lik­dən - mi­nil­li­yə ke­çid döv­rü­nün mü­şa­hi­də­lə­ri be­lə qə­naə­tə gəl­mə­yə im­kan ve­rir ki, ədə­bi pro­ses heç də hə­mi­şə ta­ri­xi tə­rəq­qi­nin id­dia­la­rı­na ca­vab ver­mir. "Ta­rix in­ki­şaf et­dik­cə ədə­biy­yat da in­ki­şaf edir" ki­mi ab­surd fi­kir­bu də­fə də özü­nü doğ­rult­ma­dı. İki əs­rin və iki mi­nil­li­yin qo­vu­şuq və ay­rı­lıq mə­qa­mı, tə­bii ki, döv­lət müs­tə­qil­li­yi­miz ta­ri­xi ta­le­yin­də özü­nü doğ­rult­du. Qüd­rət­li li­de­rin də­mir ira­də­si sa­yə­sin­də əsr­lə­rin və mi­nil­lik­lə­rin bağ­la­rı Azər­bay­can­da qı­rıl­ma­dı. XX əs­rin ənə­nə­lə­ri ilə XXI əs­rin ye­ni eks­pe­ri­ment­lər və təc­rü­bə­lə­ri ara­sın­da mü­na­si­bət­lər sah­ma­na sa­lın­dı.
Fə­qət ədə­biy­yat, xü­su­si­lə də poe­zi­ya ilə bağ­lı be­lə inam­lı mü­la­hi­zə­lər söy­lə­mək çə­tin­dir. Hər hal­da, çağ­daş poe­zi­ya ilə bağ­lı gi­le­yi söy­lə­məz­dən əv­vəl ob­yek­tiv hə­qi­qə­ti aş­ka­ra çı­xa­ran ta­ri­xi­li­yə is­ti­nad edə­rək bir ne­çə mü­la­hi­zə­ni söy­lə­mə­yə bil­mə­rik.
I. Çağ­daş Azər­bay­can poe­zi­ya­sı əs­rin ön­lə­rin­də öz klas­sik­lə­ri­nin si­ma­sın­da fəl­sə­fi-in­tel­lek­tual poe­zi­ya tə­ma­yü­lü­nü inam­la da­vam et­di­rir. Biz bu mü­la­hi­zə­ni irə­li sü­rər­kən B. Va­hab­za­də­nin, F.Sa­dı­ğın, Ç.Ə­lioğ­lu­nun, Ə.­Sa­lah­za­də­nin, R.Röv­şə­nin, R.Beh­ru­di­nin, V.B.Ö­də­rin, V.Sə­mə­doğ­lu­nun, V.Bəh­mən­li­nin ax­ta­rış­la­rı­nı nə­zər­də tu­tu­ruq.

II. He­ca vəz­ni və xalq şei­ri üs­lu­bun­da ya­zan şair­lər;
III. Ək­si­nə, pos­mo­der­nist is­ti­ma­qət­də ye­ni for­ma­lar tap­ma­ğa, hə­yat hə­qi­qə­ti­ni ye­ni ra­kurs­lar­dan təq­dim et­mə­yə cəhd et­miş şair­lər: Ç.Ə­lioğ­lu, Q.Ağ­səs, M.Meh­di, Aq­şin, S.Ba­bul­laoğ­lu, Ə.Əs­gə­roğ­lu, B.Sa­dıq, Sə­hər və s.
Bə­dii əsə­rin tə­ma­yül pro­se­si yü­zil­lik­lər­dir sü­but edir ki, nəsr və dra­ma­tur­gi­ya yox, məhz poe­zi­ya ta­ri­xi in­ki­şa­fın heç bir qa­nu­nauy­ğun­luq­la­rı­na ta­be ol­mur. Bu­nun­la biz heç də bö­yük Aris­to­te­lin "poe­zi­ya ta­rix­dən da­ha cid­di­dir" ki­mi məş­hur te­zi­si­nə eti­raz et­mək fik­rin­də de­yi­lik. La­kin han­sı vəzn­də ya­zıl­ma­sın­dan ası­lı ol­ma­ya­raq, öz ahən­gin­də in­san qəl­bi­nin rit­mi­ni qo­ru­yan poe­zi­ya min il bun­dan son­ra da in­san qəl­bi­nin ila­hi dö­yün­tü­lə­ri­ni ta­ri­xin uca zir­və­lə­rin­dən ke­çə­rək əbə­diy­yə­tə apa­ra­caq.

Ö­tən il dra­ma­tur­gi­ya­da :
1. El­çin Hü­seyn­bəy­li "Se­zar" - iki his­sə­li dram (Azər­bay­can, ¹ 4, 2008)
2. Əli Əmir­li "Ha­sa­rın o üzü" - iki his­sə­li dram (Azər­bay­can, ?8, 2008)

3. Əj­dər Ol "Du­bay vax­tı" - iki his­sə­li sa­ti­rik ko­me­di­ya (Azər­bay­can, ?9.2008);
Nəsr­də - Fik­rət Qo­ca­nın "Da­ya­na­caq­da gö­rüş", Məm­məd İs­ma­yı­lın "Ba­yat", Azər Ab­dul­la­nın "Sa­rı Tağ", Pa­şa Qəl­bi­nu­run "Qa­ra su", Ay­dın Ta­lıb­za­də­nin "Kə­pə­nək mo­de­li 102" Cə­mi­lə Man­su­ro­va­nın "Ru­hən güc­lü", İl­qar Fəh­mi­nin "Köl­gə­bo­ğan­lar", Ka­mil Əf­sə­roğ­lu­nun "Xəz­ri" ro­man və po­vest­lə­ri ilə yad­da qal­mış­dır.
Dra­ma­tur­gi­ya­dan və nəsr­dən fərq­li ola­raq ötən il poe­zi­ya­da, təx­mi­nən ey­ni im­za­la­ra rast gə­li­nir. La­kin bir sı­ra şair­lə­ri­miz var ki, on­lar son il­lər poe­zi­ya­nın ağır çə­ki­si­ni qo­ru­yub sax­la­yır, əzmlə müa­sir­li­yi­ni və ta­ri­xi­li­yi­ni il­lər­dən-il­lə­rə ötü­rür­lər. Hər il ol­du­ğu ki­mi bu il də "A­zər­bay­can" jur­na­lı­nın poe­zi­ya gu­şə­si Azər­bay­can xal­qı­nın bö­yük elm xa­di­mi, mər­hum şai­ri­miz Bəx­ti­yar Va­hab­za­də­nin şeir­lə­ri ilə baş­la­yır: "Gü­lüs­tan-Qa­ra­bağ", "Əl aç­dıq göy­lə­rə", "Bir ri­ca", "Vic­dan şa­hid­li­yi", "Ü­çün­cü göz- kö­nül gö­zü", "Ge­cik­mə" və "Dün­ya­ya gəl­mə­miş". Xal­qı­nın yüz il­lər bo­yu tə­şək­kül tap­mış mil­li - mə­nə­vi də­yər­lə­ri­nin qo­run­ma­sı, adət - ənə­nə­lə­ri­nin ya­şa­dıl­ma­sın­dan, azər­bay­can­çı­lıq məf­ku­rə­sin­dən çox­say­lı əsər­lər, şeir­lər ya­zan şa­ir, son­da bo­yük mü­qəd­dəs bir yo­lun dar da­la­nın­da "Dün­ya­ya gəl­mə­miş" şei­ri­ni təq­dim edir:

Yo­lum dar da­la­na di­rə­nib ar­tıq,
Sağ - so­lum dağ - də­rə, qar­şım qa­ran­lıq.
Çaş­mı­şam, ağ­lım da çat­mır da­dı­ma,
Ö­züm hay ve­ri­rəm öz fər­ya­dı­ma.
Düş­dü­yüm da­la­nın yox­mu­dur so­nu?
Dün­ya­ya gəl­mə­miş har­dan bi­ley­dim,
Dün­ya­nın bu qə­dər puç ol­du­ğu­nu.

(Azər­bay­can ?1, 2008)

Bu ənə­nə­lə­ri da­vam et­di­rən, xü­su­si­lə və­tən­pər­vər­lik möv­zu­su­na mü­ra­ciət edən şair­lə­ri­miz­dən Ələm­dar Qu­lu­za­də­nin, Fi­ru­zə Məm­məd­li­nin, Zey­nal Və­fa­nın, Kə­ma­lə Nəs­ri­nin, Ta­leh Hə­mi­din, Əzi­zə Ağa­hü­seyn­qı­zı­nın, Şöv­kət Zə­rin Ho­rov­lu­nun, Sul­tan Mər­zi­li­nin, Ma­hi­rə Ab­dul­la­nın bir sı­ra şeir­lə­ri­ni mi­sal gə­tir­mək olar. Bu sı­ra­da Ələm­dar Qu­lu­za­də­nin poe­zi­ya­sı özü­nə diq­qə­ti da­ha çox cəlb edir.
Son on beş-iyir­mi il­də Azər­bay­can xal­qı­nın ba­şı­na gə­lən bü­tün fa­ciə­lər Ələm­dar Qu­lu­za­də poe­zi­ya­sın­da öz ək­si­ni tap­mış­dır. Onun poe­zi­ya­sı­nı "Qa­ra­bağ­na­mə", "Və­tən­na­mə" də ad­lan­dır­maq olar. Mü­ha­ri­bə­nin ilk gün­lə­rin­dən bu gü­nü­mü­zə qə­dər onun tü­kür­pə­di­ci şeir­lə­ri "Göz­lə, Xo­ca­lı, göz­lə", mü­kəm­məl poe­ma­la­rı "Qa­ra­bağ oyu­nu", "Şə­hid şə­hər", "A­lay ko­man­di­ri" və sa­ir ki­mi di­gər şeir­lə­ri, poe­ma­la­rı və ki­tab­la­rı oxu­cu­lar tə­rə­fin­dən ürək yan­ğı­sı ilə oxun­muş­dur. Ələm­dar Qu­lu­za­də­nin poe­zi­ya­sı­nın bö­yük­lü­yü onun mil­li­li­yin­də və müa­sir­li­yin­də­dir.

Ta­ri­xin tək­ra­rı ve­ci­mə de­yil,
Səhv­lə­rin tək­ra­rı üşü­dür mə­ni

­Ö­tən il şai­rin "Və­tən eş­qi", "Bir şə­kil­lə söh­bət", "Eh­ti­yac", "Ke­çib", "Ha­ra tə­lə­si­rik ki", "Dər­zi, sə­nə qur­ban olum" şeir­lə­ri nəşr olun­muş­dur. Aşa­ğı­da­kı şeir­də şa­ir və­tə­nə mə­həb­bə­ti­ni sa­də, am­ma çox poe­tik dil­də ifa­də edib:

Qar­tal ki­mi mil­lə­nə­rəm göy­lə­rə
­Lə­lə­yim­də və­tən eş­qi gö­rər­sən.
Çə­mən olub aya­ğı­nı öpə­rəm,
Çi­sə­yim­də və­tən eş­qi gö­rər­sən.
Tü­tə­yim­lə da­ğı - da­şı din­dir­dim,
Mən yan­dıq­ca alov­la­nar tən­di­rim.

Poe­ma­ya ma­ra­ğın azal­ma­ma­sı ədə­bi pro­ses­də müs­bət hal­dır. La­kin poe­ma­nın özü­nə­məx­sus­lu­ğu­nun - epik vü­sə­ti­nin azal­ma­sı, ar­tıq bu, mən­fi ha­di­sə­dir. Bu ba­xım­dan müəy­yən qə­dər özü­nü doğ­rul­dan dörd poe­ma­nı diq­qə­ti­ni­zə çat­dı­ra bi­lə­rik.

1. Məm­məd İl­qa­rın "Qa­ra­tel";
2. Fu­ad Və­li­ye­vin "Rek­vi­yem";
3. Məm­məd Ka­zı­mın "Fa­teh";
4. Ra­miz Məm­məd­za­də­nin "Zir­və".

U­lu ön­də­ri­miz, ümum­mil­li li­der Hey­dər Əli­ye­vin hə­ya­tı­na, keç­di­yi mü­qəd­dəs yol­la­ra işıq sa­la­raq qə­lə­mə alan Ra­miz Məm­məd­za­də­nin "Zir­və" poe­ma­sın­dan bir ne­çə his­sə­ni nə­zə­ri­ni­zə çat­dı­raq:

İn­san zir­və­si var, bu zir­və haq­dır
Du­man­lı zir­və­yə gün dü­şə bil­mir,
Na­mərd kor qu­yu­du, zir­və­si yox­du,
Mərd var, zir­və­si­nə ye­ti­şə bil­mir.
Sön­məz şö­lə­lə­ri ul­duz­lar­la tən
Qa­ran­lıq yol­la­ra işıq­lar sə­pən
­A­yı sa­lam­la­yan, gü­nə­şi öpən
Hey­dər zir­və­si­dir, Hey­dər zir­və­si.

Poe­zi­ya­da di­gər ma­raq­lı fakt, şair­lə­ri­mi­zin, klas­sik şe­ir janr­la­rı­na - qə­zə­lə, qoş­ma­ya, ba­ya­tı­ya olan mey­li­dir. Or­ta əsr­lər Azər­bay­can və ya­xın Şərq ədə­biy­ya­tı­nın bən­zər­siz li­rik jan­rı olan qə­zə­lə ma­ra­ğın art­ma­sı müa­sir ədə­bi pro­se­sin diq­qə­tə la­yiq ha­di­sə­si­dir. Bu, hər şey­dən əv­vəl onun­la bağ­lı­dır ki, poe­zi­ya­da no­va­tor­luq ənə­nə­yə mü­na­si­bə­tin konk­ret­li­yin­dən irə­li gə­lir. Ye­ni əs­rin əv­və­lin­dən bu gü­nü­mü­zə qə­dər, bu nə­cib sə­nə­ti ya­zıb - ya­ra­dan Mah­ca­ma­lın və So­na Xə­ya­lın qə­zəl­lə­ri diq­qə­tə­la­yiq­dir. Mah­ca­ma­lın "Ba­ğış­la­maz", "Qay­tar", "Gəl­mir", "Bə­növ­şə", "Çə­pər ke­çir", Ni­gar Rə­fi­bəy­li­yə yaz­dı­ğı təx­mis və bir də ötən ilin ən təq­di­rə­la­yiq - "O­la­san" qə­zə­li:

Də­li şey­tan mə­nə ey­lər be­lə tən, "can­va qa­dam"
Qə­zet aç, ya da ki jur­nal, ola­san sən də adam.
Gə­zə­sən şəs­ti­lə dün­ya­dan alıb hər cü­rə kam,
Be­lə bir iş­lə bü­tün alə­mə səy­yar ola­san,
Gə­rək ol cü­rət üçün şey­ta­na həm­kar ola­san.
Öz-özün­dən də gə­rək çox ya­za­san şöh­rət üçün,
A­la­san gün­də mü­ka­fat sö­zü­nə hör­mət üçün.
Dü­zə­sən şək­li­ni hər yer­də ni­da, hey­rət üçün,
Ey­lə­yib diq­qə­ti cəlb, çox kə­sə dil­dar ola­san,
Gə­rək ol cü­rət üçün şey­ta­na həm­kar ola­san.

Ö­tən il­lər­də Və­tən­pər­vər­lik möv­zu­sun­da yaz­dı­ğı "Çə­pər ke­çir" qə­zə­li isə da­ha ma­raq­lı­dır:

Bağ­la­rı­mız çə­pər-çə­pər,
bö­lüm-bö­lüm, di­lim-dilim,
Kəsik-kə­sik, Və­tən gə­lir göz önü­nə, ya­nır di­lim.
Ne­cə sö­küm çə­pər­lə­ri bü­töv ol­sun Azər­bay­can,
Nə vax­ta­can na­lə çək­sin,
sa­çın yol­sun Azər­bay­can?

Mah­ca­ma­lın poe­zi­ya­da möv­qe­yi heç kə­sə bən­zə­mir. Mü­ba­li­ğə­siz və tə­mən­na­sız:

Ya­za­ram, mən nə o Sa­bir, nə də Pün­han ola­ram,
A­zı riş­xənd hə­də­fi ta­zə qə­zəl­xan ola­ram
Ö­lə­nim­dən, ge­də­nim­dən, əzə­lim­dən ya­za­ram,
Qə­mi eşq iç­rə üzən­dən, xə­zə­lim­dən ya­za­ram.

Qə­zəl fəl­sə­fi fik­ri ifa­də et­mə­yin ən gö­zəl poe­tik şək­li­dir, gö­zəl­li­yi dərk edən ən mü­kəm­məl li­rik şe­ir for­ma­sı­dır. La­kin gö­zəl key­fiy­yət­lər­lə ya­na­şı, bu gün poe­zi­ya­da tə­nəz­zü­lü əks et­di­rən bir ne­çə əla­mət də özü­nü gös­tər­mək­də­dir:
1) Şei­rə pa­fos­lu adın qo­yul­ma­sı. Şei­rə pa­fos­lu, diq­qə­ti cəlb edən uzun-uza­dı ad qo­yu­lur, mət­ni oxu­yub ba­şa çı­xır­san, hə­min ad­dan şeir­də heç bir əla­mət tap­mır­san. Bu­ra­da su­al mey­da­na çı­xır: gö­rə­sən şa­ir nə de­mək is­tə­yir? Ad? Yox­sa poe­zi­ya?! Gə­lin bə­zi şe­ir ad­la­rı­na diq­qət ye­ti­rək: Mi­na Rə­şi­din "Bəl­kə ço­xu­nun ke­çə bil­mə­di­yi səd­lə­ri keç­mi­şəm", "Aş­kım gə­lib gör­səy­din öl­mü­şəm ney­lər­din?", "Də­mir va­qon­lar və di­dər­gin kör­pə­lər" əvə­zi­nə - "keç­mi­şəm", "ney­lər­din", "di­dər­gin kör­pə­lər" ad­la­rı da­ha nə­cib və da­ha ma­raq­lı səs­lən­mir­mi? Ya­xud, Hik­mət Mə­lik­za­də­nin - "İb­lis­dən dərs al­dıq adam şək­lin­də", "Dü­nən sə­ni göz­lə­ri­mə mis­mar­la­dım yu­xu ki­mi", "Ge­cə­nin ahən­gi­ni po­zur en­mə­yə tə­lə­sən təy­ya­rə­lə­rin uğul­tu­su", "Göy yer­dən ye­kəy­di, yer ol­ma­yan­da" və s. Ki­mi şe­ir ad­la­rı da­ha çox he­ka­yə cüm­lə­lə­ri­nə bən­zə­yir. Ya­xud, "Və­tən, mə­nim ye­rim ha­nı?" de­yə­rək və­tə­nə yer­siz sual­lar ve­rən­lər də var. Gü­loğ­lan Dün­ya:

Ya­da si­nə gə­rə-gə­rə
­Ö­gey­li­yi gö­rə-gö­rə
­Par­ça­lan­dıq ne­çə ye­rə
­Və­tən, mə­nim ye­rim ha­nı?

2) Mey­xa­na­va­ri şe­ir. Bir za­man­lar ha­mı­mız So­vet dö­nə­min­də mər­si­yə və mey­xa­na poe­zi­ya­sı­nın ya­saq ol­du­ğun­dan şi­ka­yət­lə­nir­dik. Al­la­ha çox şü­kür ki, nə klas­sik mər­si­yə us­ta­la­rı­nın - Ra­ci­nin, Qum­ru­nun, Də­xi­lin poe­tik ir­si­ni öy­rə­nil­mə­si­nə heç kim ma­ne ol­mur, nə də mey­xa­na sə­nə­ti­nin təb­li­ğin­də heç bir ən­gəl yox­dur. Mey­xa­na­çı­la­rı­mız sö­zün hə­qi­qi mə­na­sın­da həm mət­buat­da, həm də efir­də is­tə­dik­lə­ri ki­mi mey­dan su­la­yır­lar. La­kin bi­zi na­ra­hat edən öz­gə bir tə­ma­yül­dür - mey­xa­na­va­ri şe­ir. O şe­ir ki, hə­lə XIX əs­rin ön­lə­rin­də öz epi­qon xa­rak­te­ri ilə bö­yük Mir­zə Fə­tə­li Axun­do­vu na­ra­hat et­miş­di. İn­di isə şair­lə­ri­mi­zin bə­zi şeir­lə­ri­nə diq­qət ye­ti­rək. Ət­raf Al­məm­məd oğ­lu­nun şei­rin­dən bir par­ça:

Qa­pım dö­yül­dü:
-- kim­sən?
-- sən.
-- Aç­dım. - kim?
-- Sa­la­mə­ley­küm.
-- əley­küm­mə sa­lam.
Söh­bə­ti­miz bu­nun­la­da bit­di.
Vəs­sa­lam, bir yaş­lı adam
­Ərk­lə keç­di içə­ri.
Qa­mə­ti­ni bir qə­dər əy­miş­di
­Ya­şa­dıq­ca çi­yin­lə­ri­nə at­dı­ğı il­lə­ri,
Həm mə­nə ox­şa­yır­dı.
Həm də rəh­mət­lik ata­ma.
Çox şey­lər düş­dü ya­dı­ma
­Bax­dıq­ca bu ada­ma.

Möv­zu ba­xı­mın­dan bəl­kə də ma­raq­lı bir es­se ya­zı­la bi­lər­di, am­ma, poe­zi­ya­dan çox, mey­xa­na­ya ya­xın­dır. Ya­xud, Ək­bər Qo­şa­lı­nın şei­ri­nə ba­xaq:

A­ta­mız­dan ol­mu­şuq
­a­ta­mız­dan ol­mu­şuq.
A­ta­mız dan ol­mu­şuq
"ax­şam" ola bil­mə­rik.
Biz söz ilə bö­yü­dük
Bir söz ilə bö­yü­dük,
"ax­şam ola bil­mə­rik.

3) Son il­lər on­lar­la elə şeir­lər çap olu­nub ki, on­la­rın müəl­lif­lə­ri­ni yal­nız toy­xa­na­la­rın ta­ma­da­la­rı­na bən­zət­mək olar. Çün­ki bu şeir­lər qo­hum-əq­rə­ba­ya, qon­şu­ya, dos­ta həsr olun­muş tost­lar­dan uza­ğa get­mir. Be­lə şeir­lə­ri oxu­yan­da So­vet döv­rü­nün əmək qəh­rə­man­la­rı­na ya­zıl­mış nü­mu­nə­lər (o dövr üçün bu har­da­sa ma­raq do­ğu­rur­du) ya­da dü­şür:

Dağ­la­rın ba­şın­da gü­nəş do­ğul­du,
Dağ­la­rın qoy­nun­da bir qız do­ğul­du.
N.Xəz­ri "Gü­nə­şin ba­cı­sı"
Ya­xud,
Ma­ral de­di bir qar­da­şın
Sə­nə Tər­lan,
Ma­ral ki­mi boy­la­nır­san
Cər­gə­lə­rin ara­sın­dan.

(N.Hə­sən­za­də)

Diq­qə­ti­ni­zə çat­dır­dı­ğım şe­ir par­ça­la­rın­da­kı qəh­rə­man ya­şa­yır, poe­zi­ya isə ölüb. Bu Azər­bay­can şei­ri­nin acı bir təc­rü­bə­si­dir. O dövr üçün be­lə şeir­lər in­san­lar­da əmə­yə, tor­pa­ğa hə­vəs, ya­şa­maq üçün müəy­yən sti­mul ve­rir­di. Bu gün isə be­lə şeir­lər yal­nız məh­dud dai­rə­ni (həsr olun­muş qəh­rə­ma­nın ya­xın­la­rı) özü­nə cəlb edir. Nə­zə­ri­ni­zə çat­dır­dı­ğım bu cə­hət heç də hə­ya­tın­da hər han­sı bir it­ki­nin acı­sı­nı ya­şa­mış, onun psi­xo­lo­ji sar­sın­tı­la­rın­dan do­ğan sə­mi­mi fi­kir­lə­rə aid de­yil­dir. Ək­si­nə poe­zi­ya­nın və oxu­cu­nun sə­mi­miy­yə­tə hə­mi­şə eh­ti­ya­cı var. Be­lə şeir­lər­də şa­ir öz hiss­lə­ri­ni oxu­cu­su, oxu­cu isə mis­ra­lar­la bö­lü­şür. Adil Cə­mi­lin tor­paq, qə­ləm və oxu­cu ilə bö­lüş­dü­yü ki­mi:

Ağ­la­ya bil­mi­rəm qəb­rin önün­də
­Göz ya­şı giz­li­cə axır ici­mə
­Sən­dən ay­rı dü­şən ağ­lar gü­nüm­də
­Ağ­la­ya bil­mi­rəm, mən­dən in­ci­mə.
Mə­ni ovun­du­rar göz ya­şı çə­tin,
Xə­ya­lın yo­lun­dan yı­ğış­mır ata,
O qə­dər bö­yük­dür sə­nin həs­rə­tin
Gö­zü­mün ya­şı­na sı­ğış­mır ata.
"Ağ­la­ya bil­mi­rəm"

Ya­xud, Fər­qa­nə Meh­di­ye­va­nin:

Gə­zi­rəm qə­rib-qə­rib
Nə ümid var, nə inam
­A­dam qal­mır so­ru­şam
Ha­ya­na ge­dib anam?
Din­di­rən­də "can" de­yən
­A­dı­mı qo­yub ge­dib.
Mö­cü­zə­yə bax, Al­lah,
Də­li ki­mi sev­di­yi,
­A­ta­mı qo­yub ge­dib.
"Ha­ya­na ge­dib anam?"

So­na Xə­ya­lın:

Si­nəm­də qövr edən ana da­ğı­dır,
E­lə bi­li­rəm ki, dörd ya­nım ge­dib.
Ay el­lər, öm­rü­mün xə­zan ça­ğı­dır,
Bir-bir il­lə­ri­mi sa­ya­nım ge­dib.
Da­ha itir­mi­şəm he­sab­la­rı­mı,
Giz­lə­yə bil­mi­rəm he­sab­la­rı­mı
­Tə­zə nəşr olu­nan ki­tab­la­rı­mı
­Ö­püb göz üs­tü­nə qo­ya­nım ge­dib.

Və bir də Əj­dər Olun --- "a­na­mı xa­tır­la­dım":

Qız­cı­ğa­zım an­la­mır,
a­nam olub mə­nim də,
bil­mir ki, anam ki­mi,
da­ya­nıb­dır önüm­də.
Bil­mir nə gün­də idim
­O­nun dəfn gü­nün­də

­A­na­mı xa­tır­la­dım… --- bu ki­mi şeir­lər tə­bii, sə­mi­mi hiss­lə­ri ifa­də edir və oxu­cu­ya səbr­li ol­ma­ğı öy­rə­dir, hər şe­yə rəğ­mən hə­ya­tı­nı da­vam et­mə­si­nə, ya­şa­ma­ğa güc ve­rir.
Şeir­lə sə­mi­mi rəf­tar edən şair­lə­ri­miz­dən bi­ri də Qə­şəm Nə­cəf­za­də­dir. Şeir­lə­ri ay­rı - ay­rı möv­zu­lar­da ol­sa da, san­ki bi­ri-bi­ri­nin da­va­mı­dır. Onun poe­zi­ya­sı­nı ümu­mi­ləş­di­rib be­lə ad­lan­dır­maq olar---"Hə­yat etüd­lə­ri", bir şei­ri­nin adı ki­mi. "Ye­nə elə-be­lə", "Pən­cə­rə şü­şə­si", "Təq­vim" və s. Hə­mi­şə gənc şa­ir hə­lə də ya bir fənn müəl­li­mi­nə vu­ru­lur, ya da skam­ya­da ad ya­zan gən­ci xa­tır­la­dır:

Sa­hil ba­ğın­da
Skam­ya­la­ra ya­zıl­mış ad­lar
­İs­lan­mış sər­çə­lər ki­mi ci­vil­də­şir­lər
Vax­ti­lə biz də sev­mi­şik.
İn­di biz bu ad­la­ra tə­səl­li ol­ma­yaq­mı?

La­kin şai­rin şeir­lə­rin­də ya­rat­dı­ğı tək­rar ifa­də­lər o qə­dər də uğur­lu alın­ma­mış­dı, ək­si­nə oxu­cu­nu yo­rur, şai­rin in­cə ruh­lu şeir­lə­ri­nə ko­bud ahəng qa­tır:

Yax­şı ki, mən sə­nə zəng elə­dim
Yax­şı ki, sən də te­le­fo­nu sön­dür­dün
Yax­şı ki, mən də sə­bə­bi­ni so­ruş­dum
Yax­şı ki, sən də mə­ni sev­mə­di­yi­ni
Söy­lə­din.
"A­tət­sa­ya­ğı".


Ü­mu­miy­yət­lə, ötən ilin poe­zi­ya­sın­da no­va­tor­lu­ğa meyl çox az nə­zə­rə çar­pır. Səhv et­mi­rəm­sə, 2006-cı ilin Azər­bay­can jur­na­lı­nın II nöm­rə­sin­də 2005-ci ilin poe­zi­ya­sı ilə bağ­lı sor­ğu­da Qu­lu Ağ­səs be­lə bir la­ko­nik fi­kir­lə cı­xış edir­di: "ö­tən ili poe­zi­ya­sı­na ba­xan­da xey­li gö­zəl nü­mu­nə­lər gö­rü­rəm. Ara­sın­da az da ol­sa özü­mü də gö­rü­rəm". Az da ol­sa, əsl poe­zi­ya nü­mu­nə­si­dir:

Bu­nu an­caq sə­nə da­nı­şı­ram
Bir­cə ba­la­ma:
Ka­sıb evin­də bağ­lan­mış
Tur­şu ban­ka­sı­dır atan
­Ağ­zı hər­dən açı­lır -
Bay­ram­dan - bay­ra­ma.
Sə­nin dün­ya­ya gə­li­şin də
Bay­ram­dı de­yə.

Möv­zu­ya müa­sir ya­na­şa­raq, onu müx­tə­lif ra­kurs­lar­dan işıq­lan­dı­rıb, oxu­cu­nu yor­ma­dan, onun ru­hu­nu in­cit­mə­dən ən çə­tin prob­lem­lə­ri hə­ya­tın tem­pi­nə, axa­rı­na ci­la­la­yan şeir­lər­dən da­nış­maq is­tər­dim. Hə­mi­şə müa­sir mo­dern ya­zı­la­rı ilə Çin­giz Əlioğ­lu­dan:

Hə­yat ener­ji­si han­sı fi­liz­də
­Giz­lə­nib, kim bi­lir…­bəs ne­çə faiz?
Sə­nə bəxş olu­nub…­mə­lum de­yil­dir.

Ba­la­yar Sa­dı­qın ad­sız şeir­lə­rin­dən:

İ­la­hi, bu daş kor ola­caq
Gö­zü­nə tö­kü­lən sü­kut­dan…

ya­xud,

həs­rə­ti­nin ad gü­nü­dür…
göz­lə­rim
kə­dər do­lu qə­dəh
sə­nin sağ­lı­ğı­na…

Hic­ran Hü­sey­no­va­nın - "Zikr et":

Söz­lər çır­pı­nır ki,
Uç­sun do­daq­dan:
Zikr et!
Sə­hər. Bir qa­dın da­ya­nıb uzaq­da
­ə­lin­də söz do­lu dəf­tər
Söz­lə­rin ən bö­yü­yü səs­lə­nir
qu­la­ğın­da
­Zikr et!

Maa­rif Sol­tan­dan:

De­yir­lər vaxt gə­lə­cək…
O vaxt nə vaxt gə­lə­cək?
Bir may sə­hə­ri gü­nəş do­ğan­da?
Bir qa­ran­lıq ge­cə­mi,
Kə­dər mə­ni bo­ğan­da?
Ya­sə­mən fəs­lin­də­mi,
­Öm­rün sev­gi ça­ğı­mı?
Bəl­kə elə in­di­dən qız­dı­rım ota­ğı­mı
­Qoy gə­lib üşü­mə­sin,
Qoy gə­lib dü­şün­mə­sin.

Səy­ya­rə Məm­məd­li­dən:

Gəl­di­yi yol­la­rın so­nun­da
­Qo­yu­lan
Ni­da­lı su­al işa­rə­si­nə bən­zə­yir
­Ə­sa­lı qo­ca­lar.

Kə­ra­mə­tin, Ni­sə­bə­yi­min, Za­hid Sa­rı­tor­pa­ğın şeir­lə­ri­ni də bu tə­ma­yü­lə aid et­mək olar. Poe­zi­ya özü­nü bir çox is­ti­qa­mət­lər­də sı­na­mış, eks­pe­ri­ment­lə­rə ça­lış­mış və bu eks­pe­ri­ment­lər­lə də bir sı­ra meyl­lə­rə axın ya­rat­mış­dır.
Poe­zi­ya­da di­gər bir se­vin­di­ri­ci hal AYB - nin böl­gə­lər­də­ki in­ki­şa­fı­dır. AYB-nin Sum­qa­yıt şə­hər böl­mə­sin­də "Zə­rif qa­dın­lar" məc­li­sin­dən ---Xa­ti­rə Fə­rəc­li, Ni­sə Qə­di­ro­va, Rə­fi­qə Şəms; Bər­də­dən --- İsa Se­vər, Xa­say Meh­di­za­də, Ka­mil Və­fa­dar, Tel­man Hü­seyn, Se­vinc Nə­cəf­za­də, Hə­sən Ba­ba,­Tap­dıq Türk­soy, Əvəz Sa­lah­lı, Riz­van Nə­si­boğ­lu; Qu­ba­dan ---Ra­miz Qu­sar­çay­lı;
Ra­miz Qu­sar­çay­lı­nın poe­zi­ya­da özü­nə­məx­sus is­ti­qa­mə­ti var. O, öz şeir­lə­ri­ni oxu­cu­su­na sə­lis dil­lə, köv­rək hiss­lər­lə çat­dı­rır. Möv­zu­ya fərq­li poe­tik yön­dən ya­na­şa­raq, ey­ni həs­sas­lıq­la oxu­cu­nun qəl­bi­nə yol tap­ma­sı bu şeir­lə­rin uğu­ru­dur. O, öz poe­zi­ya­sı ilə döv­rü­nün bü­tün ha­di­sə­lə­ri­nə həm və­tən­daş, həm də bir şa­ir ki­mi mü­na­si­bət bil­di­rir. Ərik ağa­cı­na olan ar­zu­su ki­mi:

Qey­rət ba­şı bağ­lı,
Dərd ba­şı açıq
Sə­hər ürək gö­tür, dərd ba­şı­na çıx…
Ağac­lar Şu­şa­da qur­ğu­şun açır,
Bu yaz çi­çək­lən­mə, ərik ağa­cı.

­Ö­zü­nü müx­tə­lif janr­lar­da sı­na­mış - qoş­ma, təm­sil, qə­zəl ya­za­raq çı­xış edən - Bəx­ti­yar Ər­şa­dın:

Ö­lüm, çe­vir gü­lə mə­ni,
­Ağ­la gü­lə-gü­lə mə­ni,
Ya­şa­dır­sa hə­lə mə­ni,
Şü­kür, bu dün­ya­ya, şü­kür.

Nə­ci­mə Ba­ba­ye­va­nın, To­fiq Nu­rə­li­nin və s. ki­mi bəl­kə də diq­qə­tim­dən ya­yıı­nan şair­lə­rin ad­la­rı­nı cək­mək olar. "Ya­zı­çı qa­dın­lar" jur­na­lın­da nəşr olu­nan So­na Xə­ya­lın, Na­fi­lə Abu­zə­rin, Şəh­la Gü­na­yın, Qə­rən­fil Xə­li­lo­va­nın şeir­lə­ri ma­raq­la qar­şı­lan­mış­dır.
Bir çox mü­la­hi­zə­lə­ri­mi­zi bu­ra­da sax­la­yıb, be­lə bir ob­raz­lı mü­qa­yi­sə apa­rar­dıq: "Çağ­daş Azər­bay­can poe­zi­ya­sı hə­lə ki, öz­gə köy­nə­yi ge­yin­miş oğ­la­na bən­zə­yir, ümid edək ki, bu oğ­lan bö­yü­yə­cək".