Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Məmməd MƏMMƏDOV
ALICƏNAB INSAN,
FƏDAKAR ALIM VƏ ICTIMAI XADIM
Milli Məclisin üzvü, akademik İsa Həbibbəyli də ömrünün 60-cı zirvəsinə çatıb


"ŞƏMS" MƏCLİSİNİN ÜZVLƏRİNİN ŞEİRLƏRİ


RÜSTƏM KAMAL
"SƏ­Sİ­NƏ UÇU­NUB OYAN­DI­ĞIN TÜR­KÜ..."


Ernrst HEMİGQUEY
HEÇ KIM HEÇ VAXT ÖLMÜR


Xatirə ƏZİZQIZI


Bəhram CƏFƏROĞLU
ŞAİRİN SÖZÜ, TƏNQİDİN GÖZÜ
V.Yusifli.Poeziyanın yolları və illəri (1960-2000-ci illər) Bakı, 2009


Alim YILDIZ


Nigar MİRZƏYEVA
...VƏ NƏNƏM GÜLÜR


Ramiz KƏRƏM


Dilarə MƏMMƏDOAVA
Ə.HAQVERDİYEVİN PUBLİSİSTİKASI


Zeynəb BƏHMƏNLİ


Hafiz HAСXALIL (TƏMIROV)
BIR ÖMRÜN YUXUSU


Aydın DADAŞOV
ÇAĞDAŞ PYESLƏR


Coşqun CƏFƏR


Əli bəy AZƏRİ
VAQIF MÜƏLLIMIN СIBGIR OĞLU


Rahil MƏMMƏD


Samir MUSAYEV
"ƏRƏFƏ" BƏDII FIKRINƏ MÜASIR BAXIŞ


Gunay DAGLI


İlham ZAMANOĞLU


İbad RÜS­TƏM
Hekayalər


Fərqanə MEHDİYEVA
QAZAXDA YAŞAYAN ŞAİR


Fidan Nİ­ZA­MƏD­DİNQIZI
POETIK AXTARIŞLARIN BIR ILI



 

Hafiz HAСXALIL (TƏMIROV)
BIR ÖMRÜN YUXUSU


 

İlk sev­gi­si da­şa də­yən­dən son­ra sev­mə­yi, ai­lə qur­ma­ğı özü­nə ya­xın bu­rax­maq is­tə­mir­di. Əyil­məz­li­yin hən­də­sə­si­ni özü yaz­mış­dı. "Ka­sıb oğ­lan­dı"-de­miş­di sev­di­yi qı­zın xa­la­sı. İn­san­la­rın va­ra, döv­lə­tə əyil­mə­yi­nin sir­ri­ni hə­lə an­la­ya bil­mə­miş­di za­val­lı. Uzun ge­jə­lə­rin sa­çın­dan ya­pı­şa­raq göy üzü­nün qa­ran­lıq pər­də­lə­ri­ni ara­la­yıb sə­hə­ri di­ri­göz­lü açar­dı be­lə­jə.
"Ay ba­la, dər­ma­nım qur­ta­rıb, bu "Fil­lep­sin" zəh­ri­ma­rı beş il­di bo­ğa­zı­ma bağ­la­mı­şam, mən ya­zıq - de­yən ana­sı­nın dər­di də bir tə­rəf­dən ürə­yin­dən buz bal­ta­sı ki­mi asıl­mış­dı.
İ­çin­də bir özü qal­mış­dı, bir də ha­mı­dan çox is­tə­di­yi və qorx­du­ğu Al­la­hı.
"Ay Al­lah, mə­ni ni­yə be­lə sı­na­ğa çə­kir­sən, mən bu qə­dər­mi bö­yük gü­nah­la­rın sa­hi­bi­yəm. "O" mə­ni be­lə atıb get­di, ana­mın xəs­tə­li­yi, us­ta adı ilə ona-bu­na mə­də­ni nö­kər­çi­lik ey­lə­yən ata­mın ge­jə­lər inil­ti­si, əl­lə­ri­nin, ayaq­la­rı­nın sı­zıl­tı­sı olan-qa­lan ürə­yi­mi də ye­yib, əri­dib. Ya­zıq de­yi­ləm­mi?
­Al­lah da hər ge­jə onun­la ul­duz di­lin­də, kü­lək di­lin­də və qa­ran­lı­ğın qor­xu di­lin­də da­nı­şar­dı. O, Al­lah­la da­nı­şan­da pey­ğəm­bər­lər ki­mi ma­ğa­ra­la­ra yox, öz qəl­bi­nin də­rin­li­yi­nə çə­ki­lər­di.
Si­nif yol­daş­la­rın­dan bi­ri "sən kor­san"- de­miş­di ona. O da iri, qay­nar göz­lə­ri­ni gös­tə­rib: - mən sə­ni özün­dən də bö­yük gö­rü­rəm - de­yib uğun­muş­du. " Sən "o­nu" sev­di­yin ki­mi "o" da sə­ni se­vir" - de­miş­di si­nif yol­da­şı.
Bəl­kə də bü­tün Ba­kı­nın xə­bə­ri var­dı ki, Öz­gür "o­nu" se­vir. Bəs si­nif yol­da­şı­nın de­di­yi "o" kim­dir? Bü­tün si­nif qız­la­rı­nı bir-bir xə­ya­lın­da jan­lan­dır­dı. "O­nu" sev­di­yi­nə gö­rə elə bi­lir­di ki, onu heç kim sev­mir, heç ki­min ona qar­şı his­si, duy­ğu­su yox­dur. Bir la­bi­rin­tə düş­müş­dü. Şi­rin, is­ti, la­kin uzaq, əl­çat­ma­yan xa­ti­rə­lər la­bi­rin­ti­nə.
"O" qı­zın adı­nı öy­rən­di. Bəl­kə də "o qız" heç xə­ya­lı­nın ujun­dan be­lə keç­mə­miş­di. "O qız" doğ­ru­dan­mı mə­ni se­vir, yə­ni o se­və bi­lir­mi? Son­ra öz-özü­nü dan­la­ma­ğa baş­la­dı. Əşi, mən də lap də­li­yəm, elə bil mən­dən baş­qa heç kim sev­gi­nin di­li­ni bil­mir. Mə­nim ki­mi az­dı­mı həs­rə­tin qoy­nun­da üşü­yən­lər. Ürə­yin­də qı­na­mış­dı "o" qı­zı. Se­vir sev­sin də, gu­ya mə­nim ki­mi də­li­ni se­vən­də ağıl­la­na­jaq.

Ay mə­ni giz­li se­vən­lər,
Nə­yim xo­şu­nu­za gə­lib?
Mən ki­mi də­li­ni sev­mək,
Har­dan ba­şı­nı­za gə­lib?

Ö­mür ağ­lı-qa­ra­lı ip,
U­zun, qı­sa-Tan­rı ve­rib.
Gü­na­hı­nız jil­də gi­rib,
Bəl­kə qar­şı­nı­za gə­lib.

Gö­züm yaş­dan, kön­lüm ağ­rı­dan, ürə­yim dərd­dən baş­qa nə qa­zan­dı ki, se­vən­dən son­ra. Bir­dən elə bil ayı­lan ki­mi ol­du. Al­lah, sən keç gü­na­hım­dan. Se­vinj də, kə­dər də Sən­dən gəl­sə "uf" de­mə­rəm - de­di­yi­ni ya­dı­na sal­dı. O, Al­la­ha vəd ver­miş­di. Bir az dü­şün­dü. Sev­mək­lə ru­hu­na di­rək tap­mış­dı.
Bir an­lıq baş­qa dün­ya­day­dı. Özün­dən ix­ti­yar­sız "Jə­li­li" üs­tün­də oxu­yur­du.

Mən bəx­ti qa­ra­dan sə­nə yar ol­maz,
A­ra ağ bəx­ti­ni, ara, tap, qa­dın.
Sən mə­ni sev­mək­lə gü­nah ey­lə­mə,
Sə­ni öl­dü­rə­jək bu əzab, qa­dın.

Öm­rüm bir­jə an­da qı­rı­lan tük­dü,
Öz köl­gəm özü­mə inan ki, yük­dü.
­Ü­rə­yim min yer­dən sö­kük-sö­kük­dü.
Nə­yi­mə gə­rək­di iy­nə, sap, qa­dın.

Hə­yat­da hə­rə­nin öz alın ya­zı­sı ol­du­ğu ki­mi öz mö­hü­rü də ol­ma­lı­dır. Özü­nü təs­diq mö­hü­rü. Bu mö­hür­süz şəx­siy­yət bü­töv­lü­yü tam­lı­ğı­nı iti­rər, zər­rə­jik­lə­rə bö­lü­nüb yox olar.
Mən­jə, tək­jə in­san­dır ki, tə­bii fə­la­kət­lər­dən, əziz­lə­ri­ni itir­mə­sin­dən sın­mır. Bəl­kə bu fik­rim ki­min­sə xo­şu­na gəl­məz və ya bu ob­raz­lı ya­naş­ma­nın üs­tün­dən "at­da­na" bi­lər. La­kin dü­şü­nən­də ki, ən bö­yük fə­la­kət in­san­dır, on­da su­su­ruq.
"Qoy hə­mi­şə gü­nəş ol­sun, qoy hə­mi­şə göy­lər ol­sun" oxu­yar­dıq bir za­man. Bö­yü­dük­dən son­ra gü­nə­şin də, göy­lə­rin də za­ma­nı ye­ti­şən­də yox ola­ja­ğı­nı öy­rən­dik və bu mis­ra­la­rı ya­za­nın ne­jə bö­yük in­san ol­du­ğu­nu an­la­dıq.
Ən bö­yük in­ki­şaf sə­viy­yə­si­nə ça­tan si­vi­li­za­si­ya­lar son­da özü­nü məh­və gə­ti­rib çı­xa­rır. Qu­ra­ni-Kə­rim­də buy­rul­du­ğu ki­mi: - "On­lar öz­lə­ri öz­lə­ri­nə zülm et­di­lər".
Mə­nə elə gə­lir ki, hə­yat­da yük­lə­rin ən ağı­rı­nı da­şı­maq ki­şi­lə­rin al­nı­na ya­zıl­ma­lı­dır. Alı­na si­ğış­ma­yan ya­zı­la­rın ağır­lı­ğı­na isə ki­şi çi­yin­lə­ri tab gə­ti­rə bi­lər. Çün­ki o, ki­şi­dir.
Ki­sə­lə­rə odun dol­du­rub "pra­vad­nik"­lə­rə sat­dı­ğı­nı, ata­sı ilə fəh­lə­lik elə­yib pal­çıq qa­rış­dır­dıq­dan son­ra yor­ğun­lu­ğu­nu çı­xart­maq üçün Gü­nəş­li­də bir qa­ya­nın üs­tün­də ya­tıb qal­dı­ğı­nı, mə­zu­nu ol­du­ğu or­ta mək­təb­də " Ün­siy­yət qur­ma ba­ja­rı­ğı"n­dan dər­nək apar­dı­ğı­nı, dost-ta­nı­şın xe­yir işin­də "ta­ma­da­lıq" elə­di­yi­ni xə­ya­lın­da top ki­mi atıb tu­ta-tu­ta Şəh­ri­yar par­kı­nın içi ilə evə gə­lir­di. Bir­dən "o"­nu gör­dü. İlk mə­həb­bə­ti­ni yox, si­nif yol­da­şı­nın de­di­yi "o"­nu. Hal-əh­val tut­du və bir­dən "o­na" elə ya­zı­ğı gəl­di ki, az qal­dı ürə­yi əri­yib aya­ğı­nın al­tı­na tö­kül­sün. Mən sə­ni be­lə əzab­lar için­də qo­ya bil­mə­rəm fik­ri bey­ni­ni gə­mir­di.
- Sə­nə bir su­al ve­rim. Bu yo­lu mə­nim­lə bir­lik­də ge­də bi­lər­sən?
- Ge­di­rik də, son­da ge­dib evə ça­ta­ja­ğıq.
- Yox, yə­ni hə­yat yo­lu­nu de­yi­rəm, sən ki, fi­lo­loq­san?
- ……
- Hə, nə ol­du?
- Ge­də­rəm.
Be­lə jə­sa­rət­li "ge­də­rəm­"ə ürə­yin­də "bə­rə­kal­lah" de­di.
Ö­lən bir kim­sə­ni ge­ri qay­tar­maq müm­kün ol­ma­dı­ğı ki­mi keç­mi­şi də ge­ri qay­tar­maq müm­kün de­yil. "Ta­rix tək­rar olu­nur", Keç­miş ge­ri qa­yı­dır" fi­kir­lə­ri isə ağ ya­lan­dır və uto­pi­ya­dan baş­qa bir şey de­yil. Öm­rü­mü­zün hər ke­çən anı keç­miş olur bi­zim üçün. İn­sa­na keç­mi­şi ye­ni­dən gör­mək yox, xa­tır­la­maq qa­lır.
- Ev­də­ki­lə­rə de, ayın üçü bi­zim­ki­lər si­zə gə­lə­jək.
Yol­bo­yu özü­nü dün­ya­nın ən xoş­bəxt ada­mı hiss et­di. Özü sev­di­yi­nə qo­vuş­ma­sa da ki­min­sə ona qo­vuş­ma­sı­na na­il ol­muş­du. O, ürə­yi­ni məğ­lub et­miş­di. Qoy heç ol­ma­sa "o" se­vin­sin. On­suz da mə­nim se­vin­mə­yim kə­pə­nək öm­rü­dür. Ba­şı­ma elə na­ğıl­lar gə­lib ki, Mə­lik­məm­məd onun ya­nın­da na­ğıl­dır.
Toy­la­rı ol­du. Ha­mı ki­mi o da ata ol­ma­ğın se­vinj­li gün­lə­ri­ni say­ma­ğa baş­la­dı. Yox, o hə­lə ata ol­ma­ya­jaq­dı. "O" jər­ra­hiy­yə əmə­liy­ya­tı olun­du.
Hər şe­yi hə­yat­da ol­du­ğu ki­mi çıl­paq­lı­ğı ilə ya­zan­da şa­ir, ya­zı­çı mə­nə elə gə­lir ki, oxu­ju­nun gö­zün­dən dü­şə bi­lər. Axı oxu­ju­lar da jür­bə­jür­dü və hər ya­zı­nın da öz oxu­ju­su var. Heç kim tə­zə heç nə yaz­mır və heç kim də tə­zə heç nə oxu­mur. Biz­lər bir za­man ya­zı­lan­la­rın - ye­rə-gö­yə, ru­hu­mu­za ho­pan­la­rın ya şək­li­ni çə­ki­rik, ya da ona ox­şat­ma­ğa ça­lı­şı­rıq. Fik­rim­jə in­sa­nın his­si onun ağ­lın­dan və el­min­dən güj­lü­dür.
Tə­pə­dən-dır­na­ğa tə­rin için­də idi. Çə­nə­si ağ­rı­yır­dı. Bü­tün ge­jə­ni ba­şı­na gə­lən­lə­ri və yaz­maq is­tə­di­yi möv­zu­la­rı sa­yıq­la­mış­dı. Pən­jə­rə­ni açıb saa­tı­na bax­dı. Hər yer qa­ran­lıq idi. Elə bil ul­duz­la­rı dən­lə­miş­di­lər gö­yün üzün­dən. Te­le­fo­nu "jük­kül­də­yir­di", de­yə­sən, me­sac gəl­miş­di "o"n­dan, yə­ni yol­da­şın­dan. Oxu­ma­ğa baş­la­dı:
"Sən uşaq vax­tı al­tın­dan keç­mək is­tə­di­yim göy qur­şa­ğı­na bən­zə­yir­sən. Nə qə­dər qa­çı­ram­sa, ça­ta bil­mi­rəm. Bir gün ya mən yo­ru­la­jam, ya da ya­ğış kə­sə­jək………."
Nöq­tə­lə­rin ye­ri­ni ozü ta­mam­la­dı: "Ye­nə də sə­nin xoş­la­dı­ğın də­li kü­lək­lər əsə­jək".

DOST SÖZÜ

Çox­mi­nil­lik ta­ri­xi olan ədə­biy­ya­tı­mız, söz sə­nə­ti­miz bü­tün dövr­lər­də apa­rı­jı bir güj ki­mi özü­nü gös­tər­miş, jə­miy­yə­tin in­ki­şa­fın­da bö­yük rol oy­na­mış, ədə­bi-bə­dii fi­kir ta­ri­xi­miz zən­gin­ləş­miş, ji­la­lan­mış və gü­nü­mü­zə­dək sis­tem­li in­ki­şaf yo­lu keç­miş­dir.
Ö­zün­də hə­yat gö­zəl­lik­lə­ri­ni, ey­bə­jər­lik­lə­ri­ni rəng­li fəl­sə­fi ça­lar­lar­la əks et­di­rən bə­dii ədə­biy­yat nü­mu­nə­lə­ri dü­nən ol­du­ğu ki­mi bu gün də ya­zı­lır və oxu­nur. Müa­sir­lik, ye­ni­lik, ədə­bi ax­ta­rış­lar uğ­run­da ədə­biy­ya­tı­mız­da müx­tə­lif jə­rə­yan­lar ara­sın­da mü­ba­ri­zə ge­dir və bu da şüb­hə­siz ki, in­ki­şa­fa sə­bəb ol­ma­ya bil­məz. Bu mə­na­da mən gənj ya­zar­la­rın xid­mə­ti­ni yük­sək qiy­mət­lən­di­ri­rəm.
Mə­nim qəh­rə­ma­nı­mın gənj­lik ya­şı keç­sə də onun ədə­biy­ya­tı­mız­da və ij­ti­mai mü­hit­də xü­su­si çə­ki­si var. Ək­bər Qo­şa­lı. İm­za­sı bü­tün türk dün­ya­sı­na və ədə­biy­yat­se­vər­lə­rə yax­şı ta­nış­dır. ( Mə­nə söz ve­rib ki, özü­mü yax­şı apar­sam, türk dün­ya­sı­nı gəz­di­rə­jək. "Şair sö­zü, əl­bət­tə, ya­lan­dır" ). Fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, pro­fes­sor Mə­hər­rəm Qa­sım­lı Ək­bər Qo­şa­lı­nın " Ölüm­lə­rin ötə­si" ki­ta­bı­nın ön sö­zün­də özü­nə, öz içi­nə çə­kil­mə­nin, dün­ya mül­kü­nün föv­qün­də dur­ma­ğın fəl­sə­fi və poe­tik təq­di­ma­tın­da Ək­bə­rin "ö­zü­nə­məx­sus­lu­ğu­nu" be­lə gö­rür və son­ra bu şei­ri mi­sal çə­kir.

Nə ka­ğı­zı dinj qoy­dum,
Nə sə­ni, ya­zıq ja­nım.
Biz özü­mü­zə doğ­ma.
Dün­ya­ya ya­dıq, ja­nım.

O­la bi­lər ki, bu­ra­da "ja­nım" mü­ra­jiət for­ma­sın­da de­yi­lir, an­jaq mən hör­mət­li Mə­hər­rəm müəl­lim­lə ( Mə­hər­rəm müəl­li­min əl­lə­rin­dən öpü­rəm və ona jan sağ­lı­ğı di­lə­yi­rəm) və Ək­bər Qo­şa­lı ilə ra­zı de­yi­ləm. Şair­lər və ümu­miy­yət­lə, söz adam­la­rı dün­ya­nın ən bəd­bəxt və xoş­bəxt adam­la­rı­dır. Dün­ya­nın se­vin­ji, dər­di və nə­lə­ri .... ha­mı­sı söz şək­lin­də­dir və bu mə­na­da Ək­bər :

Biz özü­mü­zə doğ­ma,
Dün­ya­ya ya­dıq, ja­nım

de­mək­lə səh­və yol ve­rir. Şair­lər heç vaxt öz­lə­ri­nə doğ­ma, öz­lə­ri­nə şi­rin ol­mur­lar. Özü­nün fa­jiə­si­ni yad­dan çı­xa­rıb öz­gə­lə­rin dər­di­nə yan­maq, öz­gə­lə­rin fa­jiə­si­nin qəh­rə­ma­nı­na çev­ril­mək nə vaxt­dan "ö­zü­nə doğ­ma­lıq" ol­du?! Mən­jə, bu­nu be­lə de­sən, da­ha yax­şı olar­dı:

Biz ki, özü­mü­zə ögey,
Dün­ya­ya doğ­ma­yıq, ja­nım.

(Şeir­də fik­ri və he­ja­nı də­yiş­dir­di­yi­mə gö­rə, yə­qin ki, mə­ni ba­ğış­la­yar­san). So­nun­ju ki­tab­la­rı­na ha­mı­mı­za ta­nış və ha­mı­mı­zı qor­xu­ya sa­lan ad­lar qoy­mu­san, qar­da­şım. Hər iki ki­ta­bı­nı dö­nə-dö­nə oxu­mu­şam. Oxu­duq­la­rım haq­qın­da sə­nin­lə fi­kir mü­ba­di­lə­si apar­ma­ğa im­kan ol­ma­sa da ürə­yim­də " mən sə­nin və yaz­dıq­la­rın haq­qın­da nə isə ya­za­ja­ğam" fik­ri mə­ni ra­hat bu­rax­ma­yıb. Şü­kür­lər ol­sun ki, bu gün ölə­nə qə­dər mə­ni ra­hat bu­rax­ma­yan sı­xın­tı­la­rı­mın bir­jə an­lıq da ol­sun əlin­dən qo­pub sə­nə "nə isə" ya­zı­ram.
Şeir­lə­ri­nin ha­mı­sın­da özü­nə tə­səl­li üçün de­di­yin "hər şey yax­şı ola­jaq" var ha, heç də hər şe­yin yax­şı ola­ja­ğı­na bi­zi tam yox, ümu­miy­yət­lə, inan­dır­mır. Üz­də öz eti­ra­zı­nı bil­dir­mə­sə də şa­ir dos­tu­muz Qis­mət sə­rin­ləş­di­ri­ji iç­ki­yə bən­zər "hər şey yax­şı ola­jaq­"a bir az sə­mi­miy­yət və qı­lıq qa­tıb sə­nə gön­dər­di, ya­dın­da­mı?

bəl­kə də bu şei­rin adı şeir­di,
bəl­kə də xə­yal­dı, nə var­sa xə­yal?
I­nan, bu söz­lə­ri qəl­bim de­yir­di
­sə­nə öz sö­zü­nü gön­də­ri­rəm, al:
hər şey yax­şı ola­jaq.......

Yox, dos­tum, heç də hər şey yax­şı ol­mur.
Mü­ra­jiət et­di­yin möv­zu­lar­da hə­yat və sən var­san. Mə­sə­lən, 1995 və di­gər il­lər­də yaz­dı­ğın şeir­lər­də bə­dii­li­yin, tə­bii­li­yin, epiz­min və söz­lə şə­kil çək­mə­yin, tab­lo ya­rat­ma­ğın gö­zəl­li­yi­ni gö­rü­rük. Bə­li, bu­ra­da mü­hit ami­li­ni də nə­zər­dən qa­çır­maq ol­maz. Qə­dim bir türk- oğuz yur­dun­dan, tə­miz ha­va­dan qo­pub şə­hə­rin dar do­lan­baj yol­la­rın­da yü­rü­mək, ki­çik bir ya­taq­xa­na oda­sı­na sı­ğın­maq və al­nı­mı­za ya­zı­lan öm­rün hər gü­nü­nə tə­pik döy­mək, xlor­lu su­dan iç­mək, qa­ra tüs­tü­lü bir udum­luq "ok­si­gen­"i ol­ma­yan şə­hər ha­va­sın­dan ud­maq şa­ir ru­hu­na bir sə­rin­lik gə­ti­rər­mi ?! Yox, qar­da­şım, yox! Mə­nə elə gə­lir ki, sən tam şə­hər­li ol­ma­mış­dan qa­baq da­ha gö­zəl ya­zır­dın.
Mə­sə­lən,

ün­van­sız bir həs­rət sı­xır qəl­bi­ni
gö­zü­nə dü­şən yol gö­züm­dən düş­məz.
Tan­rım, sən bu qı­zın çı­xart qəl­bi­ni,
bəl­kə bir bən­dən də dö­züm­dən dü­şə....

və ya­xud

Ü­rə­yin ça­tan dər­də,
bo­yun çat­mır, ney­nə­yək!?
Bax­dım göz ya­şın ça­tır,
ya­şın çat­mır sev­gi­yə.

Val­lah bi­li­rəm ki, ya bu ya­zı­ya bir ja­vab ya­za­jaq­san, ya da " ə, sən lap qə­ri­bə­sən e, gah de­yir­sən ki, sən yax­şı ya­zır­dın, gah da xo­şu­na gə­lən şeir­lə­rim­dən, Mo­şu qa­ğa de­miş, "si­tat" gə­ti­rer­sən"-de­yə­jək­sən. Am­ma eti­raf elə ki, mən bə­zi tən­qid­çi­lər ki­mi söz kə­sən, fi­kir qı­lınj­la­yan de­yi­ləm (Ja­maat in­di baş kə­sir).
Şeir­lə­rin­dən qur­tar­dım, in­di də ke­çək he­ka­yə­lə­ri­nə və di­gər ya­zı­la­rı­na.
­Ək­bər, ma­raq­lı bu­ra­sı­dır ki, sə­nin he­ka­yə­lə­rin­dən "in­tel­lekt" iyi gə­lir. On­lar­da olan jan­lı­lıq, axı­jı­lıq, bir­ba­şa ru­ha bağ­lı­lıq şeir­lə­rin­də ( müəy­yən şeir­lə­ri çıx­maq şər­ti­lə­)ö­zü­nü bi­ru­zə ver­mir. " Ölü yu­xu­su" ki­ta­bın­da top­lan­mış he­ka­yə­lə­rin­də gü­nü­mü­zün real­lı­ğı, ha­di­sə­lə­rə mü­na­si­bə­tin, ob­raz­la­rı­nın di­li çox möh­tə­şəm­dir (möh­tə­şəm sö­zü ta­nış­dı). He­ka­yə­lə­ri oxu­duq­ja gö­rür­sən ki, bər-bə­zək­li, sir­li-sehr­li bir şey yox­dur. Bir­jə şey var, o da dər­də abu­nə olan ürə­yin. Hə­qi­qət və ya­şan­tı­lar he­ka­yə­lə­ri­nin özün baş­da ol­maq­la baş qəh­rə­man­la­rı­dır.
" Haqq dün­ya­sı" he­ka­yə­ni oxu­yan­dan son­ra fi­kir­ləş­dim ki, sə­nə sui-qəsd et­mə­sə­lər yax­şı­dır (Al­lah gös­tər­mə­sin- Amin!). Axı Ba­kı­da nə çox­du ana­sı "Na­ni­re Xa­çi­kov­na­lar". Bu gün Er­mə­nis­tan­da azər­bay­jan­lı əsir­lər­dən, gi­rov­lar­dan baş­qa bir nə­fər be­lə azər­bay­jan­lı, türk ol­ma­dı­ğı hal­da Azər­bay­jan­da ( elə Tür­ki­yə­də də) min­lər­lə er­mə­ni var. Hət­ta elə­lə­ri var ki, er­mə­ni ol­du­ğu­nu öz­lə­ri də eti­raf edir. "Yev­ro­vi­cin" ya­rış­ma­sın­da bə­zi­lə­ri­nin er­mə­ni qa­nı qay­na­yıb, er­mə­ni ürə­yi döz­mə­yib öz qo­hum-əq­rə­ba­la­rı­na sms də gön­dər­di­lər. Val­lah biz di­riy­kən go­ru çat­la­yan bir mil­lə­tik. Qa­nı­mı­zı ona-bu­na qa­tı­rıq, son­ra da de­yi­rik ki, bi­zim qey­rə­ti­mi­zə nə ol­du.
Sağ ol­muş, ye­nə si­ya­sət yox, əs­lin­də əsl hə­qi­qət mə­ni sə­nə yaz­dı­ğım bu ya­zı­dan uzaq­laş­dı­ra­jaq­dı. Ye­ri gəl­miş­kən, "Sağ ol­muş­"un­da və "Bi­zim Xu­da­ver­di­nin bir gü­nü"n­də de­mək olar ki, "Ya­şan­tı"­nın port­re­ti­ni çək­mi­sən.
Bir də ya­dım­dan çıx­ma­mış, "Ağ qa­dın" (əv­və­li zəif­di) şei­rin ol­ma­say­dı, ay­lar­la fi­kir­ləş­di­yim bu ya­zı­nı ta­mam­la­ya bil­mə­yə­jək­dim. Bu da "Ağ qa­dın­"a ja­vab.

Sən qa­ra dün­ya­nın xal boy­da ağı,
Saç­la­rın ağa­rar, bəx­tin ağar­maz.
Nə­yi­nə la­zım­dı bu ağ­lıq axı?
Bu qa­ra adam­lar sə­ni an­la­maz.
AĞ QA­DIN!

Ba­şı­na mən boy­da qa­ra bağ­la sən,
Ağ­la, göz­lə­rin­dən qa­ra qan gə­lə.
­Ağ gü­nə çıx­maz­san ağ­la­maq­la sən,
Çə­tin kö­mə­yi­nə ya­ra­dan gə­lə.
­AĞ QA­DIN!

Bu iki mis­ra­nı da son söz ki­mi ya­zı­ram.

Mə­nim gü­nü­mə bax, ji­bim­də pul yox,
Ü­rə­yim hər dər­də abu­nə olur.