Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Məmməd MƏMMƏDOV
ALICƏNAB INSAN,
FƏDAKAR ALIM VƏ ICTIMAI XADIM
Milli Məclisin üzvü, akademik İsa Həbibbəyli də ömrünün 60-cı zirvəsinə çatıb


"ŞƏMS" MƏCLİSİNİN ÜZVLƏRİNİN ŞEİRLƏRİ


RÜSTƏM KAMAL
"SƏ­Sİ­NƏ UÇU­NUB OYAN­DI­ĞIN TÜR­KÜ..."


Ernrst HEMİGQUEY
HEÇ KIM HEÇ VAXT ÖLMÜR


Xatirə ƏZİZQIZI


Bəhram CƏFƏROĞLU
ŞAİRİN SÖZÜ, TƏNQİDİN GÖZÜ
V.Yusifli.Poeziyanın yolları və illəri (1960-2000-ci illər) Bakı, 2009


Alim YILDIZ


Nigar MİRZƏYEVA
...VƏ NƏNƏM GÜLÜR


Ramiz KƏRƏM


Dilarə MƏMMƏDOAVA
Ə.HAQVERDİYEVİN PUBLİSİSTİKASI


Zeynəb BƏHMƏNLİ


Hafiz HAСXALIL (TƏMIROV)
BIR ÖMRÜN YUXUSU


Aydın DADAŞOV
ÇAĞDAŞ PYESLƏR


Coşqun CƏFƏR


Əli bəy AZƏRİ
VAQIF MÜƏLLIMIN СIBGIR OĞLU


Rahil MƏMMƏD


Samir MUSAYEV
"ƏRƏFƏ" BƏDII FIKRINƏ MÜASIR BAXIŞ


Gunay DAGLI


İlham ZAMANOĞLU


İbad RÜS­TƏM
Hekayalər


Fərqanə MEHDİYEVA
QAZAXDA YAŞAYAN ŞAİR


Fidan Nİ­ZA­MƏD­DİNQIZI
POETIK AXTARIŞLARIN BIR ILI



 

Dilarə MƏMMƏDOAVA
Ə.HAQVERDİYEVİN PUBLİSİSTİKASI


 

A­zər­bay­can­da elə ya­ra­dı­cı şəxs­lər var ki, on­la­rı ob­yek­tiv qiy-mət-ləndir-mək üçün ya­şa­dıq­la­rı döv­rün in­ki­şaf mər­hə­lə­lə­ri ilə bir­lik­də öy­rən­mək la­zım­dır. Azər­bay­can ədə­biy­ya­tı ta­ri­xin­də gör­kəm­li yer tu­tan Əb­dür­rə­him­bəy Haq­ver­di­yev (1870-1933) dra­ma­turq, na­sir, ic­ti­mai-si­ya­si xa­dim, pe­da­qoq, ədə­biy­yat­şü­nas-alim, re­jis­sor-pub­li­sist və Azər­bay­can mu­si­qi­si­ni də­rin­dən bi­lən bir mü­tə­xəs­sis ki­mi ta­nın­mış­dır. Onun "Da­ğı­lan ti­faq", "Bəxt­siz ca­van", "A­ğa Mə­həm­məd şah Qa­car", "Köh­nə dud­man" və s. ki­mi pyes­lə­ri Azər­bay­can dra­ma­tur­gi­ya­sı ta­ri­xin­də ən də­yər­li əsər­lər­dən­dir. Xal­qın hə­ya­tın­dan, məi­şə­tin­dən bəhs edən ma­raq­lı, ori­ji­nal he­ka­yə­lə­ri Haq­ver­di­ye­vi bir na­sir ki­mi məş­hur­laş­dır­mış­dır. Bu he­ka­yə­lər möv­zu müx­tə­lif­li­yi və şi­rin təh­ki­yə­si ilə Azər­bay­can nəs­ri­nin in­ki­şa­fı­na müs­bət tə­sir gös­tə­rib. "Şeyx Şə­ban", "Bom­ba", "Se­yid­lər oca­ğı", "Ac hə­rif­lər", "Mir­zə Sə­fər" və s. he­ka­yə­lə­ri re­al hə­yat hə­qi­qət­lə­ri­ni özün­də əks et­di­rə­rək, də­rin məz­mun­lu nəsr əsər­lə­ri ki­mi xalq tə­rə­fin­dən se­vil­miş, müəl­li­fi­nə şöh­rət qa­zan­dır­mış­dır. Azər­bay­can­da ilk el­mi-təd­qi­qat müəs­si­sə­si "A­zər­bay­ca­nı təd­qiq-tə­təb­bö cə­miy­yə­ti"­nin təş­ki­lin­dən (1924) son­ra bu cə­miy­yə­tin rəh­bər­lə­rin­dən bi­ri də Ə.­Haq­ver­di­yev ol­muş­dur.
Ə.­Haq­ver­di­yev dram və nəsr əsər­lə­rin­də to­xun­du­ğu möv­zu­la­ra pub­li­sist mə­qa­lə­lə­rin­də da­ha də­rin­dən mü­da­xi­lə et­miş, konk­ret şə­kil­də, döv­rün ak­tual, həl­li va­cib mə­sə­lə­lə­ri­ni aç­mış və on­lar­dan bəhs et­mə­yə cəhd et­miş­dir. "İ­ki il", "Beş il", "Mir­zə Fə­tə­li­nin fa­ciə­si", "M.Fə­tə­li və ərəb əlif­ba­sı", "M.Fə­tə­li­nin hə­yat və fəa­liy­yə­ti", "Pə­ri ca­du" haq­qın­da, "M.Qor­ki­nin hə­yat və ya­ra­dı­cı­lı­ğı", "Mol­la Nəs­rəd­din" haq­qın­da xa­ti­rə­lə­rim", "A­zər­bay­can­da xalq ta­ma­şa­la­rı və di­ni ta­ma­şa­lar", "A­zər­bay­can­da te­atr", "Əs­ki və ye­ni ədə­biy­yat nü­mu­nə­lə­ri", "He­ca vəz­ni", "Ə­də­bi di­li­miz haq­qın­da" və s. mə­qa­lə­lə­rin­də Əb­dür­rə­him­bəy onu əha­tə edən mü­hit­də rast­laş­dı­ğı müx­tə­lif prob­lem­lər­dən söh­bət aça­raq onun həl­li­nə ça­lış­mış­dır.
1905-1907-ci il­lər ha­di­sə­lə­ri Ə.­Haq­ver­di­ye­vin ya­ra­dı­cı­lı­ğın­da ye­ni dövr açır. O, 1905-ci il­dən eti­ba­rən son də­rə­cə is­te­dad­lı na­sir və pub­li­sist ki­mi ta­nın­mış və "Mol­la Nəs­rəd­din" (1906-1931) sa­ti­rik jur­na­lı­nın gör­kəm­li nü­ma­yən­də­si ki­mi özü­nü gös­tər­miş­dir. Ədə­biy­yat­şü­nas alim Əziz Mi­rəh­mə­dov ya­zır:
"Bu bö­yük ta­ri­xi və­zi­fə­lə­rə hə­rə öz ba­car­dı­ğı şə­kil­də əməl et­miş­di. M.Ə.­Sa­bir şe­ir yaz­dı, C.Məm­məd­qu­lu­za­də "Mol­la Nəs­rəd­din­"i tə­sis et­di, M.Ha­di ro­man­ti­ka yo­lu­nu tut­du. Ə.­Haq­ver­di­yev isə öz xır­da və bö­yük he­ka­yə­lə­rin­də, klas­sik dram­la­rın­da, mə­qa­lə­lə­rin­də bü­tün mil­li var­lı­ğı­mı­zı tə­fər-rüa­tı ilə əks et­dir­mə­yə baş­la­dı" ("Ə­də­biy­yat qə­ze­ti" 20 may, 1949, ¹14 (412).
"Mol­la Nəs­rəd­din" jur­na­lı­nın nəş­rin­dən son­ra zən­gin ya­ra­dı­cı­lıq yo­lu ke­çən Ə.­Haq­ver­di­yev ar­tıq xalq tə­rə­fin­dən ta­nı­nan və se­vi­lən bir ya­zı­çı idi. O, "Mol­la Nəs­rəd­din­"in üs­lu­bu­na ta­be ola­raq, sa­ti­rik he­ka­yə­lər us­ta­sı ki­mi da­ha çox şöh­rət qa­zan­mış­dı. Hə­qi­qi xalq məc­muə­si ki­mi mey­da­na çı­xan "Mol­la Nəs­rəd­din­"in və Ə.­Haq­ver­di­ye­vin ar­zu is­tək­lə­ri, fi­kir və niy­yət­lə­ri ara­sın­da da­xi­li bir ya­xın­lıq, bağ­lı­lıq var­dı. Bu jur­nal Azər­bay­ca­nın qa­baq­cıl dü­şün­cə­li, maa­rif­pər­vər zi­ya­lı­la­rı­nı öz ət­ra­fı­na top­la­mış­dı. Oxu­cu­la­rın sə­viy­yə­si­nə uy­ğun, sa­də xal­qın asan­lıq­la an­la­ya­ca­ğı dil­də ya­zıb-ya­ra­dan ya­zı­çı­lar, bu jur­nal­da ən əhə­miy­yət­li, ən mü­rək­kəb ic­ti­mai-si­ya­si mə­sə­lə­lə­ri, xalq hə­ya­tı­nın ən va­cib prob­lem­lə­ri­ni asan şə­kil­də oxu­cu­la­ra çat­dı­rır­dı­lar. "Mol­la Nəs­rəd­din" jur­na­lı­nın si­ma­sı­nı tə­yin edən mü­hər­rir­lər­dən bi­ri ki­mi jur­na­lın ədə­bi-si­ya­si cəb­hə­si­ni C.Məm­məd­qu­lu­za­də­nin fel­ye­ton­la­rı, M.Ə.­Sa­bi­rin sa­ti­ra­la­rı və Ə.­Haq­ver­di­ye­vin he­ka­yə və mə­qa­lə­lə­ri müəy­yən et­miş­di.
Ə.­Haq­ver­di­ye­vin ya­ra­dı­cı­lı­ğı­nın 2-ci döv­rü 1905-ci il ha­di­sə­lə­rin­dən son­ra baş­la­nır. Bu dövr onun ya­ra­dı­cı­lı­ğı­na ye­ni ide­ya, məz­mun, möv­zu ver­di. O, mol­la­nəs­rəd­din­çi­lər cər­gə­si­nə qo­şu­la­raq jur­nal­da ya­zı­çı, pub­li­sist ki­mi məş­hur­laş­dı.
"Mol­la Nəs­rəd­din­"in re­dak­to­ru, ya­zı­çı C.Məm­məd­qu­lu­za­də 1927-ci il­də Ə.­Haq­ver­di­ye­vin ədə­bi fəa­liy­yə­ti­nin 35 il­li­yi ərə­fə­sin­də ya­zır­dı: "Ə.­Haq­ver­di­yev hər şey­dən qa­baq "Mol­la Nəs­rəd­din" məc­muə­si­nin ib­ti­da­sın­dan ta bu vax­ta­dək məc­muə­nin ən yax­şı əmək­daş­la­rın­dan və məs­lə­hət­çi də­rə­cə­sin­də yol­daş­lar­dan he­sab olu­nur. Qo­ca əmək­daş­la­rı­mı­zın bu gün­lər­də tə­hiy­yə olu­nan yu­bi­le­yi­ni "Mol­la Nəs­rəd­din" məc­muə­si ida­rə­si öz bay­ra­mı ki­mi al­qış­la­mış­dır" ("Mol­la Nəs­rəd­din" jurn., 1927, ¹1).
Ə.­Haq­ver­di­yev jur­na­lın ən yax­şı əmək­daş­la­rın­dan bi­ri ki­mi he­ka­yə və pub­li­sist əsər­lə­rin­də xal­qı əta­lət­də sax­la­yan se­yid­lə­rə, dər­viş­lə­rə, yüz­ba­şı­la­ra qar­şı aman­sız ol­muş­dur. "Mol­la Nəs­rəd­din­"in üs­lu­bu­na uy­ğun sa­ti­rik əsər­lər ya­zan ədi­bin ora­da çap olu­nan ilk əsə­ri "Xort­da­nın cə­hən­nəm mək­tub­la­rı" idi. Xort­da­nın cə­hən­nəm­dən gön­dər­di­yi mək­tub­lar jur­nal­da sil­si­lə şə­kil­də, 1907-ci il­dən nəşr olun­ma­ğa baş­la­mış­dı. Cə­ha­lət və is­tis­mar cə­miy­yə­ti­nə qar­şı kəs­kin sa­ti­ra olan "Xort­da­nın cə­hən­nəm mək­tub­la­rı"n­da ya­zı­çı cə­hən­nə­mi mən­fi tip­lər məs­kə­ni mə­na­sın­da təs­vir edir, tən­qid et­di­yi tip­lə­ri da­ha qa­ba­rıq və can­lı ver­mək, onun if­şa­sı­nı güc­lən­dir­mək üçün sa­də xalq da­nı­şı­ğın­dan is­ti­fa­də edir­di.
Xal­qın ye­ni hə­ya­ta olan ar­zu və is­tək­lə­ri­ni bə­dii ya­ra­dı­cı­lı­ğın­da əks et­di­rən hu­ma­nist sə­nət­kar, döv­rü­nün müx­tə­lif ide­ya­la­rın­dan il­ham al­mış, müx­tə­lif im­za­lar­la "Mol­la Nəs­rəd­din" jur­na­lın­da çı­xış edə­rək in­san­la­rı el­mə, maa­ri­fə, tə­rəq­qi­yə səs­lə­miş­dir. Onun "Xort­dan", "Lağ­la­ğı", "Hə­ki­mi-nuni-sə­gir", "Cey­ra­nə­li", "Mo­za­lan­bəy" və s. giz­li im­za­lar­la çap et­dir­di­yi ya­zı­la­rı jur­na­lın ən də­yər­li əsər­lə­rin­dən he­sab olu­nur­du. Təs­vir­lə­rin ge­niş­li­yi, ha­di­sə­lə­rin inan­dı­rı­cı­lı­ğı və ma­raq­lı ve­ril­mə­si, mə­na­lı gü­lüş bu əsər­lə­rin əsas ru­hu­nu təş­kil edir.
Ə.­Haq­ver­di­yev "Mol­la Nəs­rəd­din" jur­na­lın­da (1913, II iyul) nəşr et­dir­di­yi "İ­ki il" ad­lı mə­qa­lə­si­ni Azər­bay­can ədə­biy­ya­tı ta­ri­xin­də kəs­kin sa­ti­ra­la­rı ilə ye­ni sə­hi­fə açan, ye­ni üs­lu­bu ilə baş­qa­la­rın­dan fərq­lə­nən, mü­ba­riz, sa­ti­rik şa­ir M.Ə.­Sa­bi­rin ölü­mü­nün 2-ci ili mü­na­si­bə­ti­lə yaz­mış­dır. Bu mə­qa­lə­də ədib Sa­bi­rin mərd, heç kəs­dən çə­kin­mə­yən mü­ba­riz bir sə­nət­kar ki­mi ta­nı­dı­ğı­nı, özü­nün də onun da­vam­çı­sı ol­du­ğu­nu sü­but et­mə­yə ça­lış­mış­dır. O, Sa­bi­rin iş­fa hə­də­fi olan, hər ad­dım­da öz şəx­si mə­na­fe­yi­ni gü­dən ha­cı­la­rı, mə­şə­di­lə­ri, ta­cir­lə­ri, cə­ha­lət xül­ya­sı ilə xal­qı al­da­dan ri­ya­kar ru­ha­ni­lə­ri tən­qid edib, on­la­rı sa­ti­ra atə­şi­nə tut­muş­dur. Bu mə­qa­lə­də ədib Sa­bi­rin si­ma­sın­da üs­yan­kar bir şa­ir qə­lə­mi­nin sın­dı­ğı­nı, mü­ba­ri­zə mey­da­nın­da xal­qın acı ta­le­yi­nə bi­ga­nə qal­ma­yan bir sə­nət­ka­rın yox ol­du­ğu­nu, tü­fey­li­lə­rin in­ki­şa­fı­na zə­min ya­ran­dı­ğı­nı ürək ağ­rı­sı ilə təs­vir edir: "Qəm çə­kən­lə­ri­miz az, is­ti­ra­hət edib, plov ye­yən­lə­ri­miz çox, oda ya­nıb və­rəm gə­ti­rən­lə­ri­miz az, bi­hə­ya, boy­nu­yo­ğun, "mil­lət ne­cə ta­rac olur-ol­sun" de­yən­lə­ri­miz çox. Ca­maa­tın hər tə­rə­fin­dən işıq gə­lən yol­la­rı­nı kə­sib, qa­ran­lı­ğa sa­lıb, ci­bi­ni kə­sən­lə­rin he­sa­bı bi­həd­dü-pa­yan, am­ma Sa­bi­ri­miz bir, o da qa­ra tor­paq al­tın­da" (Ə.­Haq­ver­di­yev. Əsər­lə­ri 2 c., Li­der nəş­riy­ya­tı, Ba­kı, 2005, s.322).
Mə­qa­lə­də əsas məq­səd Sa­bir sə­nə­ti­nə xas olan mü­ba­ri­zə ənə­nə­lə­ri­ni ye­ni dövr­də da­vam et­dir­mə­yi təb­liğ et­mək idi­.O, Sa­bir­se­vən­lə­ri, onun yo­lu­nu da­vam et­di­rən­lə­ri bu iş­də da­ha çox ça­lış­ma­ğa, qə­ləm­lə­ri­ni xal­qın xey­ri­nə yö­nəlt­mə­yə, onu da­ha da kəs­kin­ləş­dir­mə­yə ruh­lan­dı­rır­dı. Sa­bir şei­ri­nin əsas məz­mu­nu­nu bü­tün var­lı­ğı ilə də­rin­dən du­yan və hiss edən ədib, qa­baq­cıl zi­ya­lı­la­rı za­ma­nın tü­fey­li­lə­ri­nə qar­şı mü­ba­ri­zə­də fə­al iş­ti­rak et­mə­yə ça­ğı­rır­dı.
M.F.A­xund­za­də­nin şəx­siy­yə­ti­nə və ya­ra­dı­cı­lı­ğı­na də­rin hör­mət edən Haq­ver­di­yev onun xal­qın tə­rəq­qi­si və maa­rif­lən­mə­si yo­lun­da gör­dü­yü iş­lə­ri yük­sək qiy­mət­lən­di­rir­di. O, M.Fə­tə­li­nin xal­qa bağ­lı, hər­tə­rəf­li, ge­niş fəa­liy­yə­ti­ni, onun ic­ti­mai və bə­dii fi­kir ta­ri­xin­də­ki möv­qe­yi­ni dü­rüst tə­yin edir, onu Azər­bay­can nəs­ri və dra­ma­tur­gi­ya­sı­nın ba­ni­si, mü­təf­fə­kir bir şəx­siy­yət ki­mi təq­dim edir­di.
A­zər­bay­can dra­ma­tur­gi­ya­sı ta­ri­xin­də fa­ciə jan­rı­nın ba­ni­lə­rin­dən bi­ri ki­mi məş­hur olan Haq­ver­di­yev hə­yat fa­ciə­si­ni do­ğu­ran ic­ti­mai sə­bəb­lə­ri də­rin­dən du­yur­du. O, M.F.A­xund­za­də­nin ölü­mü­nün 50 il­li­yi mü­na­si­bə­ti­lə yaz­dı­ğı "Mir­zə Fə­tə­li­nin fa­ciə­si" ("İn­qi­lab və mə­də­niy­yət" jur., 1928, ¹3) ad­lı həcm­cə ki­çik, la­kin mə­na­ca də­rin olan mə­qa­lə­sin­də dra­ma­tur­qun fa­ciə­si­nin ic­ti­mai-si­ya­si şə­rait­lə, re­al zə­min­lə sıx əla­qə­də ol­du­ğu­nu aç­mış­dır. Müəl­lif M.Fə­tə­li­nin fa­ciə­si­ni bü­tün xal­qın fa­ciə­si he­sab edir, ölü­mün­dən son­ra cə­na­zə­si­nin 3 gün ev­də qal­ma­sı, mol­la­la­rın onu dəfn et­mək­dən im­ti­na et­mə­si­ni hüzn və də­rin kə­dər­lə təs­vir edir­di.
1911-ci il­də Ə.­Haq­ver­di­yev M.F.A­xund­za­də­nin ana­dan ol­ma­sı­nın 100 il­lik yu­bi­le­yi gün­lə­rin­də onun ya­ra­dı­cı­lı­ğı­na həsr et­di­yi "Xə­ya­lət" pye­si­ni yaz­mış­dır, Bu­ra­da sə­nət­ka­rın ar­zu­su, işi, mü­ba­ri­zə­si əya­ni şə­kil­də əks olu­nub. O, Axund­za­də­nin ko­me­di­ya­la­rın­da iş­ti­rak edən ti­pik su­rət­lə­ri ge­niş ta­ma­şa­çı küt­lə­si­nin zeh­nin­də can­lan­dır­maq üçün on­la­rı ye­ni­dən səh­nə­yə çı­xa­rıb M.Fə­tə­li ilə gö­rüş­dü­rür. Rəiy­yə­ti adam ye­ri­nə qoy­ma­yan ha­təm­xa­na­ğa­lar, öz ci­bi­nin mən­fəə­ti­ni gü­düb, di­ni­ni, ima­nı­nı, vic­da­nı­nı pu­la sa­tan ha­cı qa­ra­lar, ca­du­gər­lik­lə xal­qı al­da­nan, dər­viş məs­tə­li şah­lar, Mol­la İb­ra­him­xə­lil kim­ya­gər­lər və s. M.Fə­tə­li­nin tən­qid hə­dəf­lə­ri­dir. Haq­ver­di­yev M.Fə­tə­li­nin nə qə­dər çə­tin bir şə­rait­də ya­zıb-ya­rat­dı­ğı­nı müa­sir­lə­ri­nə xa­tır­la­da­raq, onun nə­cib si­ma­sı­nı mə­ha­rət­lə çan­lan­dı­rır.
"A­zər­bay­can teat­rı" mə­qa­lə­si ilk də­fə 1934-cü il­də "Teatr və dra­ma­tur­gi­ya" jur­na­lı­nın (rus di­lin­də) 12-ci sa­yın­da çap edil­miş­dir. Haq­ver­di­yev mə­qa­lə­sin­də Yu­na­nıs­tan­da və Av­ro­pa­da teat­rın əmə­lə gəl­mə­si və in­ki­şa­fın­dan da­nış­dıq­dan son­ra Şərq teat­rı­nın da xalq oyun­la­rı və mə­ra­sim­lə­ri ilə bağ­lı ol­du­ğu­nu gös­tər­miş­dir. Xalq oyun­la­rı­nın dra­ma­tur­ji xü­su­siy­yət­lə­rin­dən ay­rı­ca da­nı­şan ədib M.Fə­tə­li ilə ya­ra­nan dra­ma­tur­gi­ya­nın in­ki­şa­fı və Azər­bay­can­da təş­kil olun­muş teatr­dan bəhs edir. O, Azər­bay­can­da teat­rın bü­növ­rə­si­ni qo­yan (1873) Nə­cəf­bəy Və­zi­ro­vun, Azər­bay­can­da ilk də­fə ta­ri­xi dram ya­zan N.Nə­ri­ma­no­vun ("Na­dir şah", 1890) xid­mət­lə­ri­ni də la­zı­mın­ca qiy­mət­lən­di­rir.
A­zər­bay­can teat­rı­nın in­ki­şaf yo­lu­nu gös­tə­rən və bu haq­da ilk cid­di mə­qa­lə ya­zan Ə.­Haq­ver­di­yev bu­ra­da te­atr ta­ri­xin­dən qı­sa da ol­sa bəhs edir. Ədib mə­qa­lə­də İran­da ge­niş ya­yıl­mış kü­çə sehr­baz­la­rı­nı, kən­dir­baz­la­rı tə­fər­rüa­tı ilə təs­vir edir. Son­ra isə doğ­ru ola­raq, Azər­bay­can­da mə­də­ni in­ki­şa­fın, maa­ri­fin mü­hüm sa­hə­si­ni təş­kil edən teat­rın yük­sək in­ki­şaf mər­hə­lə­si­nə çat­dı­ğı­nı qeyd edir və be­lə nə­ti­cə­yə gə­lir ki, hər bir xalq öz mil­li mən­li­yi­ni, qü­ru­ru­nu qo­ru­maq­dan öt­rü hə­yat səh­nə­si­nə atıl­ma­lı, onun mə­də­ni in­ki­şa­fı­na mae­çi­lik tö­rə­dən­lə­ri ya­ra­maz qüv­və­lər­dən çə­kin­mə­dən, qorx­ma­dan ara­dan gö­tür­mə­yi ba­car­ma­lı­dır. Bu­nun üçün də xal­qın bir­li­yi, mə­ta­nə­ti və po­lad ira­də­si ol­ma­lı­dır.
Bü­tün im­kan­lar­dan is­ti­fa­də edən Haq­ver­di­yev el­mi mə­qa­lə­lə­rin­də də ye­ri gəl­dik­cə xal­qın məi­şə­tin­dən və ic­ti­mai-si­ya­si və­ziy­yə­tin­dən bəhs et­miş­dir. Onun ""Pə­ri ca­du" haq­qın­da qeyd­lə­rim" mə­qa­lə­si 1943-cü il, 12 de­kabr­da "Ə­də­biy­yat qə­ze­ti"n­də nəşr edil­miş­dir. Bu mə­qa­lə­də ədib xal­qı mü­ba­riz ol­ma­ğa ça­ğı­rır və ya­zır ki, hər bir şəxs qar­şı­sı­na qoy­du­ğu məq­sə­də çat­maq üçün bü­tün çə­tin­lik­lə­rə döz­mə­li və öz səa­də­ti­ni baş­qa­la­rı­nın bəd­bəxt­li­yi üzə­rin­də qur­ma­ma­lı­dır. Hər bir in­san xoş­bəxt­li­yi­ni və bəd­xət­li­yi­ni kə­nar­da de­yil, öz-özün­də ax­tar­ma­lı­dır, nəf­si­nin əsi­ri olan və baş­qa­la­rı­na qu­yu qa­zan­lar, müt­ləq bə­la­la­rı­na dü­şə­cək, gec-tez bəd­bəxt olub, məq­səd­lə­ri­nə çat­ma­ya­caq­lar. Öz gü­cü­nə və əmə­yi­nə ina­nan­lar isə gec də ol­sa onun ba­rı­nı ye­yə­cək­lər. Bun­dan baş­qa ədib "Pə­ri ca­du" pye­si haq­qın­da ya­yı­lan müx­tə­lif fi­kir­lə­rə də ca­vab ver­miş və əsə­rin nə məq­səd­lə ya­zıl­dı­ğı­nı izah et­miş­dir: "Dox­sa­nın­cı il­lə­rin (XIX əsr - D.M.) or­ta­sın­da sim­vo­lizm de­yi­lən bir ədə­biy­yat üsu­lu te­atr səh­nə­si­nə atıl­dı. Al­man ədi­bi Naupt­ma­nın "Qərq ol­muş can" sər­löv­hə­li fa­ciə­si cə­mi mə­də­niy­yət alə­mi­nə bir səs sal­dı. Bu üsu­lun Şərq ru­hu­na xey­li uy­ğun ol­ma­sı mə­ni ar­tıq hə­və­sə gə­tir­di. Və mən Şərq hə­ya­tın­dan gö­tü­rül­müş sim­vo­lik bir əsə­ri teat­rı­mız üçün yaz­maq fik­ri­nə düş­düm. Nə­ha­yət, 1901-ci il­də "Pə­ri ca­du" əsə­ri­ni yaz­dım!" (Ə.­Haq­ver­di­yev. Əsər­lə­ri 2 c., Li­der nəş­riy­ya­tı. Ba­kı, 2005, s.332).
Mə­qa­lə­nin müs­bət cə­hət­lə­rin­dən bi­ri də ədə­biy­yat təd­qi­qat­çı­la­rı üçün əsər haq­qın­da də­yər­li mə­lu­mat ve­ril­mə­si­dir. La­kin bu­ra­da sim­vo­lizm haq­qın­da mə­lu­mat ve­ril­mir.
Ə.­Haq­ver­di­ye­vin "Ə­də­bi di­li­miz" mə­qa­lə­si 1934-cü il 15 ap­rel­də "Ə­də­biy­yat qə­ze­ti"­nin 7-ci sa­yın­da çap olun­muş­dur. Bu mə­qa­lə­də ədib "Mol­la Nəs­rəd­din" jur­na­lı­nın fəa­liy­yə­tin­dən bəhs edə­rək gös­tə­rir ki, bu jur­nal ədə­bi dil­mi­zi hər cə­hət­dən kor­la­ma­ğa ça­lı­şıb, yad söz­lə­ri yer­li-yer­siz ora qa­rış­dı­ran­la­ra qar­şı oxu­cu­la­rı ayıq-sa­yıq ol­ma­ğa ça­ğı­rır. Onun de­di­yi ki­mi Azər­bay­can di­li hər za­man öz tə­ra­vət və gö­zəl­li­yi ilə xa­ri­ci tə­sir­lə­rə uğur­la mü­qa­vi­mət gös­tər­miş­dir.
Ə.­Haq­ver­di­ye­vin el­mi və pub­li­sist əsər­lə­rin­də qarş­ya qoy­du­ğu, həl­li va­cib olan bir sı­ra mə­sə­lə­lər döv­rü­müz­də də öz müa­sir­li­yi­ni sax­la­yır.