Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Məmməd MƏMMƏDOV
ALICƏNAB INSAN,
FƏDAKAR ALIM VƏ ICTIMAI XADIM
Milli Məclisin üzvü, akademik İsa Həbibbəyli də ömrünün 60-cı zirvəsinə çatıb


"ŞƏMS" MƏCLİSİNİN ÜZVLƏRİNİN ŞEİRLƏRİ


RÜSTƏM KAMAL
"SƏ­Sİ­NƏ UÇU­NUB OYAN­DI­ĞIN TÜR­KÜ..."


Ernrst HEMİGQUEY
HEÇ KIM HEÇ VAXT ÖLMÜR


Xatirə ƏZİZQIZI


Bəhram CƏFƏROĞLU
ŞAİRİN SÖZÜ, TƏNQİDİN GÖZÜ
V.Yusifli.Poeziyanın yolları və illəri (1960-2000-ci illər) Bakı, 2009


Alim YILDIZ


Nigar MİRZƏYEVA
...VƏ NƏNƏM GÜLÜR


Ramiz KƏRƏM


Dilarə MƏMMƏDOAVA
Ə.HAQVERDİYEVİN PUBLİSİSTİKASI


Zeynəb BƏHMƏNLİ


Hafiz HAСXALIL (TƏMIROV)
BIR ÖMRÜN YUXUSU


Aydın DADAŞOV
ÇAĞDAŞ PYESLƏR


Coşqun CƏFƏR


Əli bəy AZƏRİ
VAQIF MÜƏLLIMIN СIBGIR OĞLU


Rahil MƏMMƏD


Samir MUSAYEV
"ƏRƏFƏ" BƏDII FIKRINƏ MÜASIR BAXIŞ


Gunay DAGLI


İlham ZAMANOĞLU


İbad RÜS­TƏM
Hekayalər


Fərqanə MEHDİYEVA
QAZAXDA YAŞAYAN ŞAİR


Fidan Nİ­ZA­MƏD­DİNQIZI
POETIK AXTARIŞLARIN BIR ILI



 

Zeynəb BƏHMƏNLİ


 
MƏNƏM

Əhvalı pərişan, könlü nigaran,
İntizar gözləri yollarda qalan,
Başında dolanan pərvanə olan,
Ömrü zərrə-zərrə əriyən mənəm.

Ömür ötdü dərdin, qəmin içində,
Yandı kirpiklərim nəmin içində,
Bir belə kədərin, qəmin içində,
Sınıq saz, bir qırıq tar olan mənəm.

Zeynəbə sirdaşdı qəmin dəftəri,
Solubdu bəxtimin zinəti, zəri.
Həsrətin qəlbimi didəndən bəri,
"Kədər qardaşı"na yar olan mənəm.

XƏBƏRSİZ

Xəyalımda surətin,
Könlümdə məhəbbətin,
Əlimlə hərarətin,
Gözlərimdə göy dəniz,
Gedəcəyəm xəbərsiz.

Sinəm şan-şan yaradı,
Dərddən para-paradı.
Baxmaram ki, haradır,
Gecələri həm gündüz,
Gedəcəyəm xəbərsiz.

Xəyalın düşər çaş-baş,
Gözündə sellənər yaş.
Olarsan qəmə sirdaş,
Dərdin qəlbə salar iz,
Gedəcəyəm xəbərsiz.

NƏĞMƏ DESİN

Divanə könlümü vermişdim sənə,
Bilmədim dəyərin, qaytar özümə.
Tükənən dözümüm baxmır sözümə,
Alışar mizrabım toxunma simə.

Sandım ki, bəxtimə tale payımsan,
Qıyma bəxt-tale Günəşim sönə,
Məni o gözlərə həsrət qoymusan,
Gəl, könlüm bir nəğmə söyləsin sənə.

Tut əlimdən, gedək çox uzaqlara,
Tək qalaq sənlə-mən, bir də eşqimiz.
Qonaq bülbül kimi şax budaqlara,
Eşqin mehrabına uçaq ikimiz.

ANAM OLUBDU

Gecələr yatmayıb sabaha qədər,
Laylamı çalanım anam olubdu.
Bəhrəsi, zəhməti gedəndə hədər,
Saralıb-solanım anam olubdu.

Qəlbə məlhəm bildim "can" deməsini,
Ayə, kəlam sandım hər kəlməsini,
Özü ac qalsa da son tikəsini,
Mənə saxlayanım anam olubdu.

Tənəzzül daşları dəyəndə başa,
Büdrəyib ayağım dəyəndə daşa,
Ehtiyac duyanda bacı-qardaşa,
Halıma yananım anam olubdu.

Bəzən təklənəndə, dara düşəndə,
Qismətimə tikə, para düşəndə,
Namərdin atdığı tora düşəndə,
Gözləri dolanım anam olubdu.

Qaçqınlıqda gördüm yoxsulluğu mən,
Tikanlar bitirdi əkdiyim çəmən.
Təsəlli umanda ürəyim hərdən,
Qayğıma qalanım anam olubdu.

Zeynəbə "boyuna qurban" deyəndə,
Qəlbim pərvaz eylər məni öyəndə.
Dərdli ürəyimin lap özəyində,
Əbədi olanım, anam olubdu.


ƏCƏL ŞƏRBƏTİNİ İÇƏNDƏN SONRA

Sevməmişdən öyrən sevdiyin yarı,
Gec olacaq sevib-seçəndən sonra.

"Yüz dəfə ölçməmiş bir dəfə biçmə",
Ölçmək olmayacaq biçəndən sonra…

Topla iradəni, bezmə dünyadan,
Qismətin çıxsa da qanlı qayadan.

Olubmu dünyaya bir də qayıdan,
Əcəl şərbətini içəndən sonra?

Məbədə çevrilib tikək qəbrini,
Ölənə nə xeyri, öpək qəbrini?

Heyif ki, bilirik ana qədrini,
Analar dünyadan köçəndən sonra.

Canım çox oyunun oduna düşdü,
Qaçqınlıq bəxtimin adına düşdü.

Zeynəb də taleyin yadına düşdü,
Nədənsə, iş-işdən keçəndən sonra…


DƏRD TOXUYURAM

Yerdən göyə ucalan, üzü günəşə baxan,
Böyük bir hana qurmuşam,
Əlvan rənglər, ilmə-naxış vurmuşam.
İlmələrimlə mən gecəylə -
Gündüzü yarı bölmüşəm.
Ölkəyə xəbər salmışam.
Hamının dərdin almışam.
İlmə-ilmə, ağlı-qaralı dərd toxuyuram.
Əsir qəbirlərin, küskün ruhların
gileyini toxuyuram
Dünya boyda bu xalıda mən,
Vətənimin, Qarabağımın dərdini oxuyuram,
Vətənimə yol toxuyuram…