Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Məmməd MƏMMƏDOV
ALICƏNAB INSAN,
FƏDAKAR ALIM VƏ ICTIMAI XADIM
Milli Məclisin üzvü, akademik İsa Həbibbəyli də ömrünün 60-cı zirvəsinə çatıb


"ŞƏMS" MƏCLİSİNİN ÜZVLƏRİNİN ŞEİRLƏRİ


RÜSTƏM KAMAL
"SƏ­Sİ­NƏ UÇU­NUB OYAN­DI­ĞIN TÜR­KÜ..."


Ernrst HEMİGQUEY
HEÇ KIM HEÇ VAXT ÖLMÜR


Xatirə ƏZİZQIZI


Bəhram CƏFƏROĞLU
ŞAİRİN SÖZÜ, TƏNQİDİN GÖZÜ
V.Yusifli.Poeziyanın yolları və illəri (1960-2000-ci illər) Bakı, 2009


Alim YILDIZ


Nigar MİRZƏYEVA
...VƏ NƏNƏM GÜLÜR


Ramiz KƏRƏM


Dilarə MƏMMƏDOAVA
Ə.HAQVERDİYEVİN PUBLİSİSTİKASI


Zeynəb BƏHMƏNLİ


Hafiz HAСXALIL (TƏMIROV)
BIR ÖMRÜN YUXUSU


Aydın DADAŞOV
ÇAĞDAŞ PYESLƏR


Coşqun CƏFƏR


Əli bəy AZƏRİ
VAQIF MÜƏLLIMIN СIBGIR OĞLU


Rahil MƏMMƏD


Samir MUSAYEV
"ƏRƏFƏ" BƏDII FIKRINƏ MÜASIR BAXIŞ


Gunay DAGLI


İlham ZAMANOĞLU


İbad RÜS­TƏM
Hekayalər


Fərqanə MEHDİYEVA
QAZAXDA YAŞAYAN ŞAİR


Fidan Nİ­ZA­MƏD­DİNQIZI
POETIK AXTARIŞLARIN BIR ILI



 

Alim YILDIZ


 
Dr. Alim YIL­DIZ Si­vas Cum­hu­riy­yət Uni­ver­si­te­ti­nin do­sen­ti­dir. 2003-cü il­də Si­vas­da dü­zən­lə­nən TÜRK­SOY 4. Şair­lər Bu­luş­ma­sın­da iş­ti­ra­kım za­ma­nı Alim bə­yi ta­nı­dım. Alim bə­yin iç­dən gə­lən şeir­lə­ri və cid­di gö­rü­nü­şü onu di­gər­lə­rin­dən fərq­lən­di­rir­di. Bu in­sa­nın di­lin­də "yox" kəl­mə­si yox­dur.

QAR YAĞIR

Qar yağır,
Qar yağır
və mən bir parkda,
altun sarısı bir küçə
lampasının altında
oturmuşam oturacaqda.
Qar yağır
və yalnızlığım yağır ürəyimə.

Ürəyimdən incə bir sızıltı,
Səkilərdən
qara bələnmiş insanlar keçir,
əlləri ciblərində,
təlaş içində.

Qar yağır,
Qəribliyim düşür yadıma,
Fərd olduğum,
çarəsizliyim.
Çıxıb gedirlər bir-bir
bəyaz tumurcuqlu çinarlar,
bəyaz iynəli şamlar.
Sıx-sıx qapanmış pərdəli
qara evlər
və qara küçə pişikləri.
Bircə mən qalıram
bu parkda,
Bu altun sarısı küçə lampasının
altında,
bu oturacaqda.

Bir yolçuluq uzanır
qürbətdən həsrətlimə,
Bolu Dağından bir avtobus,
Gözüm görmür gözünü,
Gözün gözümü görmür.
Göz görmür gözü,
Göz-gözü görmür.
Qürbətdə qar belə yağar,
Vəfasız yar.

Qar yağır
Ağ-qara dünyaya,
Bəyaz göylərdən.
Bəyaz bir türkü gəlib tapır məni,
və bir də kəfənsiz ölüləri
Fəllucənin, Basranın
bu parkda.
Altun sarısı bir küçə lampasının altında
bu oturacaqda.
Alıb aparır məni Basralı Ömər,
ağ-qara iqlimlərə.

Qar yağır şəhərlərə hələ,
və dünyanın bir guşəsindəki
bir parkda,
qar altında qalır
Kimliyim.

SEVDAYA DAİR

Gizlətmişdi könlüm, kimsə bilməzdi,
Sevdanın taleyi beləmi gülüm,
Nə qədər baxsam da üzün gülməzdi,
Qaçıb gedəcəkdin, eləmi gülüm.

Söndürməkmi, yoxsa yandırmaq işin?
Saxta imiş, saxta imiş gülüşün,
Anlamı nə, xəbərsizcə gedişin,
Səndəki qəlb deyil, yaylamı gülüm?

Yapışdı yaxama, yıxar kədərlər,
Karvan-karvan gəlib, tək-tək gedərlər,
Sevənlər axirətdə qovuşar derlər,
Keçsin bu illərim, vaylamı gülüm?

Gedərkən ardına dönüb baxdınmı,
Üzüldünmü, söylə peşman oldunmu,
Evləndin, və yaxud nişanlandınmı?
Nə olur söyləmə, söyləmə gülüm!

HEÇ NƏ SORMAYIN, LÜTFƏN!

Boğulmuşam, donmuşam, səssizliyin səsində,
Tutmayın əllərimdən, işıqları söndürün,
Məni məndə buraxın, mən razıyam halımdan,
Heç nə sormayın, lütfən!

Vəznli cümlələrim çilələr dərgahında,
İtiləndim bıçaq tək, söylənməmiş sözlərlə,
Fəqət, mən çox qorxuram, dilimdəki ilandan,
Heç nə sormayın, lütfən!

Qovalayır illəri zaman, məkan üstündə,
Zehnimdə uğuldayır, keçmişimin səsləri,
Xəbərsizəm gedəndən, ümidim yox gələndən,
Heç nə sormayın, lütfən!

Qapalı könül gözüm, gerçəklərin yasında,
Qatılmayın yasıma, sözdən çələng hörməyin,
Görmədim ağlayanı, bəhs etməyin güləndən,
Heç nə sormayın, lütfən!

Kainat qoca valın fırladır dizi üstə,
Durdurmağa qalxmayın, dönər əzəli bəstə,
Hazırlanın soloya, qurtaran yox ölümdən,
Heç nə sormayın, lütfən!

Bir xədər gözləyirəm, könlüm dost ölkəsində,
Dağıtmayın fikrimi, xəyalları qırmayın,
Vida etdim həsrətə, döndərməyin yolumdan,
Heç nə sormayın, lütfən!

MƏHƏBBƏT QƏZƏLİ

Yağmalanmış bir ölkədir ürəyim,
Qan rəngli gözlərim döyüşdən qalıb.

Sevgim girov düşüb, bir neçə ildir,
Sevdanın ünvanı dodaqlarında.

Məhəbbət fərari rəsmlərimdə,
Solğun rəngə girmiş fondadır əğyar.

Baldırqan zəhərli hüceyrələrim,
Hüceyrələrim baldırqan zəhərli.

Yenə qəm yükünün mehmandarıyam,
Bildir, bu il kədər məndə qonaqlar.

Bülbül və Pərvanə Kərəm kimilər,
Gözlərim dolarsa, ürəyim qanar.

Əllərim açmazsa qapılarını,
Necə qovuşaram sənə, gözəl yar!