Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Məmməd MƏMMƏDOV
ALICƏNAB INSAN,
FƏDAKAR ALIM VƏ ICTIMAI XADIM
Milli Məclisin üzvü, akademik İsa Həbibbəyli də ömrünün 60-cı zirvəsinə çatıb


"ŞƏMS" MƏCLİSİNİN ÜZVLƏRİNİN ŞEİRLƏRİ


RÜSTƏM KAMAL
"SƏ­Sİ­NƏ UÇU­NUB OYAN­DI­ĞIN TÜR­KÜ..."


Ernrst HEMİGQUEY
HEÇ KIM HEÇ VAXT ÖLMÜR


Xatirə ƏZİZQIZI


Bəhram CƏFƏROĞLU
ŞAİRİN SÖZÜ, TƏNQİDİN GÖZÜ
V.Yusifli.Poeziyanın yolları və illəri (1960-2000-ci illər) Bakı, 2009


Alim YILDIZ


Nigar MİRZƏYEVA
...VƏ NƏNƏM GÜLÜR


Ramiz KƏRƏM


Dilarə MƏMMƏDOAVA
Ə.HAQVERDİYEVİN PUBLİSİSTİKASI


Zeynəb BƏHMƏNLİ


Hafiz HAСXALIL (TƏMIROV)
BIR ÖMRÜN YUXUSU


Aydın DADAŞOV
ÇAĞDAŞ PYESLƏR


Coşqun CƏFƏR


Əli bəy AZƏRİ
VAQIF MÜƏLLIMIN СIBGIR OĞLU


Rahil MƏMMƏD


Samir MUSAYEV
"ƏRƏFƏ" BƏDII FIKRINƏ MÜASIR BAXIŞ


Gunay DAGLI


İlham ZAMANOĞLU


İbad RÜS­TƏM
Hekayalər


Fərqanə MEHDİYEVA
QAZAXDA YAŞAYAN ŞAİR


Fidan Nİ­ZA­MƏD­DİNQIZI
POETIK AXTARIŞLARIN BIR ILI



 

"ŞƏMS" MƏCLİSİNİN ÜZVLƏRİNİN ŞEİRLƏRİ


 
Elnarə Şəms


NƏ OLAR, ANAJAN, QOJALMA BELƏ...

Ömrün xəzan yeli əsir, görürəm,
Qabarlı əllərin əsir, görürəm,
Qojalıq səbrini kəsir, görürəm,
Nə olar, anajan, qojalma belə...

Gejələr yatmayıb, mənə göz qoydun,
Lal dodaqlarıma neçə söz qoydun.
Qojalıq mülkünə nə tez üz qoydun
Nə olar, anajan, qojalma belə...

Vaxtsız ömür bağın solur-saralır,
Kiçilir gözümdə, dünya daralır,
Saçların ağarır, qanım qaralır,
Nə olar, anajan, qojalma belə..
20.09.2005
Nə olsun ki...
Sən şəhərin bünövrəsi,
Mən isə kəndin kəsəyi.
Boyun on altı mərtəbə,
Mənimkisə kiçik koma.
Nə olsun ki,mən şəhərdə böyüyürəm
Sən isə kənddən gəlirsən.
Sən bir məkanın qisməti,
Mən bir qismətin isməti.
Yazsaq bunları tərsinə,
Ya üzü astar olajaq,
Ya astarı üz olajaq.
Nə olsun ki.
Sən bir duyğunun ləçəyi,
Mən bir duyğunun çiçəyi.
Və yaxud yenə tərsinə..
Nə olsun ki
Sən kişisən,
Mənsə qadın.
Ikimizdə köləsiyik bir həsrətin.
Ikimizdə öləsiyik əllərində,
Yetim qalmış məhəbbətin.
Sənə arzumdan söz açım.
Bilirsənmi arzum nədir?
Kaş birjə anlıq,çox deyil
Mən mən deyil,sən olaydım.
Neyləyərdim?
Sənə sevmək öyrədərdim.
Dəli kimi.
Duyğuları juşa gəlmiş,
Qarşısında sədd yaradan
hər nə varsa tapdalayıb,
Şahə qalxmış,
Arzusuna doğru qaçan
Nəhəng bir okean kimi,
Sənə sevmək öyrədərdim.
Birjə anlıq,çox demirəm
Mən mən deyil,sən olsaydım…
Heyf,nə mən sən olanam,
Nə də ki sən mən olansan,
və yaxud yenə
tərsinə…
Boyun on altı mərtəbə,
Mənimkisə kiçik koma,
Kölgən isidir yuvamı,
Üşüyürəm…

ADSIZ AVTOBİOQRAFİYA

O, Çılpaq dağların ətəyində
Ağajsız, çiçəksiz bir məkanda
Qız bürjündə, Öküz ilində doğuldu.
Səfasını az çəkdi.
Başı çətirsiz qaldı.
Bunu görən günəşin ölümjül şuaları
Saçlarında çaldılar serenadalarını,
Sonra yağış, sonra qar…
O, yağışı sevirdi…
Telləri bu nəğmələrin ahəngi ilə oynayarkən,
Alnından salxım-salxım tər axdı gözünə.
Gözü gilələri damla-damla bəbəyinə topladı.
İndi damarlarında çağlayan qan deyil,
Göz bəbəyindən süzülən göz yaşlarıdır.
Doğulduğu çılpaq dağların ürəyindən axan bulaqlar kimi…
Jəfasını çəkdi ömür deyilən səfanın.
Hər kəsə inandı,
İnanjının atəşində yandı.
Bir kimsəni kürəyindən vurmadı,
Çörəyini əlindən almadı…
Ojağına su çiləmədi.
Onun ojağına isə
su çiləyən də oldu, od atan da.
Anjaq yansa da, yanmasa da ojağı hər an
Ürəyindən dilinin ujuna süzülən kəlmələr
Bunlar oldu:
- La İlahə İlləllah,
Mühəmmədən Rəsul Allah..
Bir neçə ölkədə oldu,
İşıqlı, təmtəraqlı,
güllü, çiçəkli evlərə qonaq oldu.
Etibarına sınaq oldu.
Vətənə dönərkən
neft qoxan qoja şəhərinin ətri bihuş etdi onu.
Heç sevgi şeiri yazmadı,
Sonsuz və ölümsüz ayrılıqlardan yazdı.
Ayrılıqlar ölkəsinin vətəndaşıdır indi.
Sevdiklərini itirdikjə arxalarınja qaçan əlləri
Qorxu içində yaşadı hər zaman.
Beləjə qovdu bir-birini aman və güman…
İnsanlığı satın alan gördü,
Gördükjə daşlaşmağa başladı.
Tamamən daşlaşdı,
Hər gejə onun üstündə yatdığı üçün.
Birjə sağ qolu hələ ki daşlaşmayıb
İndi vətəninin torpağında yeriyən bir daşdır O.
Belə bir nağıl var idi:
Çiçəkləri toplayıb məlhəm hazırlardı təbib,
Daş əridən məlhəm… İnansınmı nağıllara?

Xatirə Vaqif

***

Bu gün mələklərin qonağıyam mən.
Xeyir duasını alıb göylərin,
Nurunu qəlbimə salıb göylərin,
Elə bil qoynunda qalıb göylərin,
Bu gün mələklərin qonağıyam mən.

Könlümün harayı duyulsun deyə,
Ürəyimə məlhəm qoyulsun deyə,
Bəlkə günahlarım yuyulsun deyə,
Bu gün mələklərin qonağıyam mən.

Fələyin hirsini soyutmaq üçün,
Dünyanın gözünü qurutmaq üçün,
Saralmış keçmişi unutmaq üçün,
Bu gün mələklərin qonağıyam mən.

Ya rəbb,demirəm ki,mənə əzab yaz,
Javabsız sualım çoxdur,javab yaz.
Göylərə sevgimi mənə savab yaz,
Bu gün mələklərin qonağıyam mən.

Şəfqət libasına bürünüm deyə,
Səadət yolunda sürünüm deyə,
Birjə gün günahsız görünüm deyə,
Bu gün mələklərin qonağıyam mən.

Göylərə köçməyə vermişəm qərar,
Çünki orda mənim gözləyənim var.
Narahat etməyin məni,insanlar,
Bu gün mələklərin qonağıyam mən.


Tərjümeyi-hal

Həyatım doludur rəqəmlərlə....
Yaşayıram rəqəmlərin içində.
Yaşayıram ...
Azalıb çoxala- çoxala.
Bir başım var -min fikrim...
Amma nə başım çoxalır ,nə dərdim azalır.
Rəqəmlərlə doludur həyatım,
Geridə qoymuşam üç ilə beşi.
İrəlidə neçə ilim var,
Allahım bilir.
Qələmim qırmızı beşlər yazır
Hər gün tələbələrimə.
Hərdən qapqara ikilər də bağışlayıram tənbəllərimə.
İki kitabımla ömür sürürəm,
Üçünjüsünün yolunu gözləyə- gözləyə.
Həyat yoldaşım-ilhamımdır,
Hərdənbir çıxırıq onunla dünyanı gəzməyə.
İki çiçək dərmişəm həyat bağçasından,
Biri Minayədir,biri Leyla.
Neçə ildir çalıram hər gejə
iki nəğmə,iki layla.
İki qardaşımdır -iki gözüm,
Biz də iki bajıyıq-biri Vəfa,biri özüm.
Bir Allahım var,bir göydən gələn möjüzəm.
Bir Vətənim var -Azərbayjanım,
Ona qurbandır janım.
Bir atam var,
Bir anam-o da ən gözəl sonam.
Bir ürəyim -üç sirdaşım,
Günəş,Dəniz ,Sahil....
Onlar dostluq körpüsündə - əbədi yoldaşım.
Doludur həyatım rəqəmlərlə...
Tək mən deyiləm,
Rəqəmsiz insan tanımıram hələ.
Dilşad Araz

TƏlƏ

Bilməzsən,səni gözləyən-bu günündə,
Səhərində nələrin var,
Irəliyə,
Geriyə tələ qurulub.
Səni ağladajaq tələ,
Gülə-gülə qurulub.
Hər anına,saatına,
Sağına dönməyinə,
Soluna baxmağına -tələ,
Yoluna çıxmağına-tələ,
Ömrünə,gününə -tələ,
Tələ qurulub.
Qaç,qaç,adamların əlindən qaç
Obandan qaç,elindən qaç.
Tələlərin minindən qaç,
Səni tutmaq istəyən tələlərin
Birindən qaç.
Qanın tökülməsin yerə,
Qaça bildikjə qaç belə.
Ananı ağlar buraxma,
Balanı yetim qoyma sən,
Uzağa get uzaqlara,
Göylərə çıxan dağlara,
Dolmasın insan tələsi,
Boşa çıxsın qoy hədəfi.
Bu gününə əlvida de,
Əlvida de!
Sabahlara qaç,
Qaç, ay bala…

"Yağış,Dəniz,Sahil və Mən".
Sahili bomboş idi bu gejə ayrılığın!
Seyrinə kimsə çıxmırdı,yağış yağırdı deyə…
Axşam düşür
Sahil boyu yağış yağır,
Ayrılığın ətri gəlir yağışın hər damlasından.
Dəniz qəmli,
Sahilinsə gözü nəmli.
Yağış,dəniz,sahil və mən,
Dördümüzdə gileyliyik bu həsrətdən.
Dərdimizə şərik çıxmır Bakının dar küçələri…
Ayrılığın yükün ağır görüb qaçır bu sahildən neçələri…
Sahili bomboş idi bu gejə ayrılığın!
Seyrinə kimsə çıxmırdı,yağış yağırdı deyə
Qonağı olmamışdı bu gejə ayrılığın…
Başı qarışmışdı Dilşadın yazdığı bu şeirinə....


Gülnarə Ləman

AŞKLAR AYRILIKTAN SONRA BAŞLAR

Yanlızlığın kölesiyim,
Kalbim dertlerle yüklenmiş,
Arzularım uzak düşmüş,
Umutlarım tam kırılmış,
Ben içime kapanmışım.
Zulmetlerde yürüyorum...
Bu yolun hiç sonu yokmuş...
Bu dünyada doğmaz güneş.
Ben aşkımı arıyorum...
Aşklar... ayrılıktan sonra başlar...
Seni sevdim, öylesine...
Hiç kimseyi sevemedim.
Ayrılığın ölüm kadar...
Yüreğimde yuva salmış.
Haykırmaya hazır kahır...
Boğazımda düğümlenmiş.
Dert mi verdin sen şifasız...
Tamaşa et ey vefasız...
Dağ başında kar gibiydim,
Şimdi ateşinde eriyorum...
Damla, damla, sessiz-sessiz...
Bu sevdaya mat kalmışım?
Aşklar... ayrılıktan sonra başlar...
Seni sevdim, öylesine...
Hiç kimseyi sevemedim.
Dağ da, taş da dillenmedi...
Kalbimdeki sıkıntıyı duysa bile,
Bakıp sustu, dağ başını duman aldı...
Ben de sustum sensizliye bir taş gibi.
Seni, kartala benzetmiştim..

Şimdi sana yetmek için,
Kanatlanıp rüzgarlara koşulmuşum.
Yıldırımlar ateş yaktı gök yüzüne,
Yağmur yağdı, gözümdeki yaşlar gibi...
Uçamadım, sensizlikten kaçamadım...
Aşklar... ayrılıktan sonra başlar...
Seni sevdim, öylesine...
Hiç kimseyi sevemedim.
Şimdi haber bekliyorum...
Ben zavallı göverçinden.
Gelmez oldu, sessiz kaldı...
Son görüşde, kanatların kırık gördüm...
Param parça oldu kalbim.
Anlamadım ben aşkımın günahını...
Sen uzakta, ben burada,
Aşksız sükutlara daldık...
İçin için alevlenip kavrulsak da...
Bir kurura, bir inata hakim olduk.
Daha nasıl yürüyejek bilmiyorum
Aşklar... ayrılıktan sonra başlar...
Seni, sevdim öylesine...
Hiç kimseyi sevemedim.

MASALLAR DÜNYASINA GÖTÜR BENİ

Bu gün odam jok soğuk,
Yatağım buz gibi,
Dışarıda kar yağıyor, anne.
Üşüyorum, arıyorum sıjajık nefesini,
Çiçek kokan saçlarını, tatlı sözlerini,
Sana ihtiayjım var, anne.
Nerde, anne, nerde o güzel bakışların,
Yalvarıyorum gel…gel…
Masallar dünyasına götür beni.
Ah anne… gözlerimi kapatıyorum
Bu anı kaçırmayayım diye.
Açmayajağım, dünyaya hasret kalsam bile,
Yeter ki, gitme… uykumdan,
Hadi gel okşa saçlarımı,
Sarıl bana, anne, senli dünyaya varayım.
Koşturma beni arkanja,
Çökmeyeyim mezarın önünde…
Orası jok soğuk, anne…
Yavrum söyle, çojuğum de…
Hasret kaldım öpüşlerine,
Gitme, gitme, anne…
Masallar dünyasına götür beni.
Bu gün yine doğum günüm,
Çok mutluyum, anne…
Sen o yaşında kal,
Ben sana geliyorum…
Yıllar geçiyor yaşlanıyorum,
Aynalar beni değil, seni anlatıyor.
Sana benziyorum, anne…
Bu gün özel günüm, anne,
Gelejeksin biliyorum…

Öpejeksin altun renkli saçlarımı,
Okşayajaksın soluk yanaklarımı.
Sakın ağlama, anne…
Söz verdim kendime,
Açmayajağım gözlerimi,
Bırakma ellerimi…
Gitme, gitme, anne…
Masallar dünyasına götür beni.


Xalidə Əfəndi

ANASI SƏN OL

Ana, qurban olum, başına dönüm,
Mənim də balamın anası sən ol.
Xəstəlik ayırdı, azar qoymadı,
Mənim də balamın anası sən ol.
Xoş günü balamın birinə verdim,
Qıymadım yerlərdə sürünə, verdim,
Janımı birinin yerinə verdim,
Mənim də balamın anası sən ol.
Yatağın, balınjın anası oldum,
Balamın zarınjı anası oldum,
Bəlkə də o məni danası oldu,
Mənim də balamın anası sən ol.

Ayrılıq ortaya bir qış atıbdır,
Fələklər üstümə qarğış atıbdır,
Bu dərddən gedirəm zaman çatıbdır,
Mənim də balamın anası sən ol.

Ay çiçəyim ana, ay gülüm ana,
Qəmi bol, sevinji bir dilim ana,
Qoy sənin yerinə mən ölüm, ana,
Mənim də balamın anası sən ol.

Telefon

Sevirəm sözünü düymələr deyir,
Əsrimiz kağızı, qələmi danır.
Düymədən Əslilər, Kərəmlər deyil,
Əllərdə telefon işığı yanır.
Bir qısa, bir uzun fitin səsilə,
Kiçijik ekranı döyür mesaclar.
Bir titrək, bir kövrək eşq həvəsilə
Sevənin nəbzinə dönür mesaclar.
Balaja telefon göyərçin kimi,
Ürəkdən-ürəyə sevgi daşıyır.
Sehirli çıraqdan çıxan jin kimi,
Arzuya, ümidə, eşqə baş əyir.
Hərdən də bir qara keşişə dönür,
Bir eşqin yolunu bağlayır düymə.
Ürəkdə arzular, inamlar ölür,
Barmaqlar altında ağlayır düymə.
Getmisən, nə vaxtsa məni arayan,
Sözlərin telefon yaddaşındadır.
Yeganə təsəllim səni qoruyan
Qəlbimə yazdığın mesacındadır.
Mesaca telefon düyməsi dəydi,
Silindi ekranın hafizəsindən.
Kaş, belə eşqim də çıxa biləydi,
Ürəyin əhatə dairəsindən.


Leyla Mövsüm

"SƏn,mən və arzumuz"!

Balaja bir dünya qurdum
Ikimizçün.
Bu dünyanın
Bir məni var bir də səni.
Onları yox.
Bu dünyada məhəbbət var,
Xəyanət yox.
Bu dünyada dostluq var,
düşmanlıq yox.
Bu dünyada gözəlliklər əbədidir.
Bu dünyada başlanğıj var,
Yoxdur sonluq.
Nənəm demiş,götür bir qırmızı onluq,
Gedək arzu bazarına.
Alaq arzu qalmayan arzulardan,
Sənə də,
Mənə də,
Bizə də.
Arzum sənə,
Arzun mənə,
Arzumuzsa gələjəyə…
Sonra boşanma ərizəsi verək.
Sən də,
Mən də.
Boşasınlar bizi dərdlərimizdən.
Sonra….
Sonra məsud yaşayaq,
Sən,mən və arzumuz.


ADIMIN MƏNASINDA SAXLADIM SƏNİ

Bu dünyada səni çox sevən biri var,

Adı GEJƏ.

Qorxma,qaranlığa dal,
orda özünlə qarşılaşajaqsan,
Uzaqlarda və dərinlərdə bir yerdə.
Amma ordakı sən bir az başqadı.
Dəyişdirdi içindəki səni
Gejənin saf sakitliyi
ayına,ulduzuna çevirdi.
Çox sevdiyi üçün içində tutur,
kimsə görməsin,
kimsə əlindən almasın deyə.
Sən getdin,
o da gedərsə,yaşaya bilməz,
Dözə bilməz ikiqat sənsizliyə.


Aysel Nəsirzadə

MƏN QƏM AŞİQİYƏM

Bu qədər nazımla oynama mənim,
Arada küsdürüb, gəl könlümü al.
Qələm yaza bilmir dadmadan qəmi,
Bir az həsrət çəkdir, dərd-bəlaya sal.

Bir gün görüşümə gejik, ağlayım,
Bir gün də məktubum javabsız qalsın…
Qəlbimi vüsala həsrət saxlayım,
Daddığı həsrətdən bir az kam alsın.
Sən də qürurlu ol, inad et bir az,
Azından bir həftə ayrı gəz- dolan.
Belə ayrılıqlar ömürlük olmaz,
Eşq daha dadlanar qovuşan zaman.
De, hədsiz nəvaziş nəyimə gərək?
Sən elə qəlbində sev, mənə yetər.
Bu çılğın sevgini saxlamaz ürək,
Yolun əvvəlində qeyb olub itər.
Bağışla, əzizim, bu elə mənəm,
Fərqli olmaq üçün yazmadım bunu.
Mən qəm aşiqiyəm, səni bilmirəm
Ayrılıqdır bu jür eşqlərin sonu.

SÜKUTDAN ASILMIŞ RUH

Sükütdan asılmış ruh,
Ruhsuz qalmış bədən.
Mənasız həyat
Mənasızlıqdan doğan sən
Biz əksiliklərin vəhdəti,
Vəhdətinsə əksiyiyik.
Nə qədər istəsək də,
Taleyin qadağa etdiyi
Qovuşa bilməz jütlüyük.
Yubanma ha!
Gəlişini gözləyirəm-
Bürünərək yol üstündə
bir ağajın kölgəsinə
Yubanma ha!

Baş qoşmuram
Divanədi deyib,
Mənə gülənlərin tənəsinə
Yubanma ha!

Yuva salıb
qujağında qürbət elin,
Düşmə qəti
"Firəng"lərin tələsinə
Yubanma ha!

Bu vaxtajan gözləmişəm,
Çox il gəlib il üstünə.
O illərin ajığına
Biləsən ki,
Yar etmərəm
Mən də səni özgəsinə
Yubanma ha!

Günay ƏLƏKBƏRZADƏ

KÖLGƏN...

Çəkilmirsən gözlərimin önündən
Gah janlanır, gah yox olub itirsən.
Sən kölgəyə çevrilmisən izimdə
Hər addımda yollarımda bitirsən.

Tutsa əlim əllərindən kölgənin
Hopub Sənə bürünərəm doyunja.
Torpaq üstə qoşalaşıb Səninlə
Hara getsən, sürünərəm dalınja.

Kölgən düşüb qismətimin önünə,
Tapdalayıb keçmək olmur üstündən?..
Tikilibdir ayaqlarım kölgənə
Söylə, Səni nejə söküm özümdən?..

ARZULARIMIN ÖVLADLARI...

Mən heç vaxt Səninlə
kreditə alınmış
avrotəmirli mənzildə
yaşamağın xəyalını
qurmadım.
Çox demirəm,
"Səndən", "Məndən" ibarət
kiçik bir evimiz olsun -
təmirsiz də olar.
O mənzili
hisslərimlə bəzərəm,
Yetər ki,
ətrin ətrimə qarışıb
divarlarından
"Biz" ətri gəlsin...
Mən arzuladım,
Sən susdun...
Elə arzumdaja
"ana" oldum
Doğulmayan uşaqlara -
oğlumuza, qızımıza...
Nə gözəl olardı,
Mənim kimi
çılğın ruhlu,
sədaqətli, fədakar,
Sənin kimi
anlaşılmaz,
bir az dəli, səbrsiz
uşaqların doğulması...
Yenə də
Mən arzuladım,
Sən susdun...
Sevginin ömrü yetmədi
Arzularımın ömrünə...
Evimiz "Sənsiz",
Uşaqlarımız "atasız" qaldı...
Amma yenə
"o evdə"
"atasız" uşaqlar
böyüdürəm
Səndən xəbərsiz...
Bir gün
"ata" deyən
uşaqlar çıxsa qarşına
Təəjjüblənmə!
Bil ki,
Səndən xəbərsiz
arzularımda
böyütdüyüm
"uşaqlarımızdır"...
Səbirə Çingiz

Bir qış gejəsində

Bəyaz geyib ümidlərim bu axşam,
Bəlkə döyəjəksən qapımı indi.
Masamın üstündə əriyən quşam,
Bəlkə də sonunju ümidlərimdi.

Daha sevinjimin ünvanı susqun,
Könlümə süzülür bunja göz yaşı.
Göylərin üzü də kədərdən tutqun,
Sızlayır hələ də qəlbimin başı.

Təqvimə baxıram illər ötüşüb,
Bir il qədərinjə uzaqsan indi.
Fəsillər dəyişib,artıq qış düşüb,
Qəlbimdə çovğunsan,sazaqsan indi.

Dəniz nəğməsi

Gejələr uzanar bir nağıl kimi,
Ləpələr ulduztək alışar,gülüm.
Susarıq gizlijə,bizdən xəbərsiz,
Göydə ulduzumuz barışar gülüm.

Dəniz layla çalar saf eşqimizə,
Sevinjdən parlayar,gülər baxışlar.
Ləpələr çırpınar qayalar üstə,
Dəniz nəğməsini bizə bağışlar.

Xəyalə Sevil

***

Yanağım yenə susadı,
Gözümdən yaşlar daşajaq
Mən öləndə daş olajam,
Böyüyəjəm dərdim kimi,
Qəbrimdən daşlar daşajaq.

Anam,məni çağırma!
Boylanıb arxamja
yüyürən səsə,
Tövşəyə-tövşəyə,
nəfəs-nəfəsə,
Dığarlana-dığarlana,
Əyri-üyrü küçələrin
tozunda-torpağında
sığallana-sığallana
Qaçajağam sənə sarı,
Ürəyində daş olajam.
Onda baxıb deyəjəyəm:
"Anam qara sal daşam mən,
Başına bağladığın
qara şal daşam mən.
Çınqıl-çınqıl daşlarıydım,
İllər boyu yığılmışam,
Böyümüşəm,
Axır gəlib ürəyinə dağılmışam.
Daşlı- daşlı dərd vermişəm
sənə,anam,
Dərdinə daş atmamışam
parçalansın milyon yerə.
Qorxmuşam,anam,qoxmuşam.
Hər ana bir pay götürər
çiliklənmiş dərdlərindən,
Saçlarında bəyaz-bəyaz
hörüklənmiş dərdlərindən.
Anam, məni dərd götürər,
Yanağımı pərt götürər,
Ərk etmişəm,
Hər dərdi sənə yıxmışam,
Dərdlərimi bərk etmişəm.
Dərdlərim qəmgin duruşun,
Dərdlərim qəpik-quruşun.

Mən bir azja jəsarətsiz,
Mən bir azja zəyif qızın.
Düşmüşdüm daşlar əlinə,
Daşdan-daşa dəyib qızın.

Ürəyimi ujuz satdım…
Məni yer aldı,yer aldi.
Yadımdan çıxdı,anam,
Dərdlərim səndə qaldı.

ANAMIN ƏLLƏRİ

Anamın əlləri qocalır yaman,
Əllərinə cavan qırışlar düşür.
Aybaay, günbəgün, saatbasaat
Cavanlığı barmağından sürüşür.

Anamın əlləri qocalır yaman,
Əllərinə illər ağrısı çökür.
Bizim qayğımızı, zəhmətimizi
İndi də qocalmış əlləri çəkir.

Bu qocalmış əllər cavan əllərin,
Beşik yürgələyən xatirəsidi.
Anamın əlinə düşən qırışlar
Onun taleyinin xəritəsidi.

Anamın əlləri qocalır yaman,
Ömrümü o qoca əllərə yazın.
Ölsəm, ruhumu da yaşadar mənim,
Qəbrimi anamın əlində qazın.