Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Məmməd MƏMMƏDOV
ALICƏNAB INSAN,
FƏDAKAR ALIM VƏ ICTIMAI XADIM
Milli Məclisin üzvü, akademik İsa Həbibbəyli də ömrünün 60-cı zirvəsinə çatıb


"ŞƏMS" MƏCLİSİNİN ÜZVLƏRİNİN ŞEİRLƏRİ


RÜSTƏM KAMAL
"SƏ­Sİ­NƏ UÇU­NUB OYAN­DI­ĞIN TÜR­KÜ..."


Ernrst HEMİGQUEY
HEÇ KIM HEÇ VAXT ÖLMÜR


Xatirə ƏZİZQIZI


Bəhram CƏFƏROĞLU
ŞAİRİN SÖZÜ, TƏNQİDİN GÖZÜ
V.Yusifli.Poeziyanın yolları və illəri (1960-2000-ci illər) Bakı, 2009


Alim YILDIZ


Nigar MİRZƏYEVA
...VƏ NƏNƏM GÜLÜR


Ramiz KƏRƏM


Dilarə MƏMMƏDOAVA
Ə.HAQVERDİYEVİN PUBLİSİSTİKASI


Zeynəb BƏHMƏNLİ


Hafiz HAСXALIL (TƏMIROV)
BIR ÖMRÜN YUXUSU


Aydın DADAŞOV
ÇAĞDAŞ PYESLƏR


Coşqun CƏFƏR


Əli bəy AZƏRİ
VAQIF MÜƏLLIMIN СIBGIR OĞLU


Rahil MƏMMƏD


Samir MUSAYEV
"ƏRƏFƏ" BƏDII FIKRINƏ MÜASIR BAXIŞ


Gunay DAGLI


İlham ZAMANOĞLU


İbad RÜS­TƏM
Hekayalər


Fərqanə MEHDİYEVA
QAZAXDA YAŞAYAN ŞAİR


Fidan Nİ­ZA­MƏD­DİNQIZI
POETIK AXTARIŞLARIN BIR ILI



 

Coşqun CƏFƏR


 
Dərdim

Heç bilmirəm suçum nə
Sevinc mənə dönükdü.
Yumruq boyda ürəkdə
Dərdim dağdan böyükdü.

Mən dərdimi söyləsəm,
Yerindən qalxar dağlar.
Gözlərimin yaşına
Buludlar baxıb ağlar.

Niyə də ağlamasın,
Ruhum çəkilir dara.
Qorxuram ağlamaqdan
Göz yaşım da qurtara...

Allah! Qoyma boğulum
Gözlərimin yaşında.
Birdən ağlayan olmaz
Məzarımın başında...

Sənsiz

Sənsiz gözlərimə yuxu getməyir ,
Laylam yox , anasiz uşaq kimiyəm .
Sənsiz gözlərimin yaşı bitməyir ,
Çağlayan, qaynayan bulaq kimiyəm .

Səni itirəndən məhbəsdəyəm mən ,
Dünya gözlərimdə zülmət , qaranlıq ...
Uzaq səfərim var , yol üstəyəm mən ,
Nə olar üzünü göstər bir anlıq .

Halıma küləklər mərsiyə deyir ,
Buludlar durmadan göz yaşı tökür .
Sözlərim bəxtim tək qara don geyir ,
Şeirim dərd önündə hər an diz çökür …

Gəl güldür dünyamı, günəşim saçsın,
Nurlansın ömrümün aysız gecəsi.
Ruhum vüsal adlı şərabdan içsin,
Məstliklə yox olsun, ağrı, acısı...

Nə zaman

Həmişə bu günün işini qoyuruq sabaha,
Zəmanətimiz olmadan
Bir saat sonra sağ qalacağımıza!
Zəmanətimiz olmadan
Sabah o işi görməyə mütləq
Müvəffəq olacağımıza!
Bu günün işini qoyuruq sabaha...

Həmişə bu günün işini qoyuruq sabaha.
Hər şeydən baha ömrümüzü isə
Satırıq boş-boş şeylərə,
tamaha....
Sabah isə ayağımız tutmayanda,
Əlimiz istədiyimizə çatmayanda,
Asi oluruq Allaha.
Görəsən bu nə zamana qədər çəkəcək daha...

Görəsən nə zaman işimizi vaxtında görəcəyik,
Allahın əmanətini olduğu tək verəcəyik?
Nə zaman,
Nə zaman...