Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Məmməd MƏMMƏDOV
ALICƏNAB INSAN,
FƏDAKAR ALIM VƏ ICTIMAI XADIM
Milli Məclisin üzvü, akademik İsa Həbibbəyli də ömrünün 60-cı zirvəsinə çatıb


"ŞƏMS" MƏCLİSİNİN ÜZVLƏRİNİN ŞEİRLƏRİ


RÜSTƏM KAMAL
"SƏ­Sİ­NƏ UÇU­NUB OYAN­DI­ĞIN TÜR­KÜ..."


Ernrst HEMİGQUEY
HEÇ KIM HEÇ VAXT ÖLMÜR


Xatirə ƏZİZQIZI


Bəhram CƏFƏROĞLU
ŞAİRİN SÖZÜ, TƏNQİDİN GÖZÜ
V.Yusifli.Poeziyanın yolları və illəri (1960-2000-ci illər) Bakı, 2009


Alim YILDIZ


Nigar MİRZƏYEVA
...VƏ NƏNƏM GÜLÜR


Ramiz KƏRƏM


Dilarə MƏMMƏDOAVA
Ə.HAQVERDİYEVİN PUBLİSİSTİKASI


Zeynəb BƏHMƏNLİ


Hafiz HAСXALIL (TƏMIROV)
BIR ÖMRÜN YUXUSU


Aydın DADAŞOV
ÇAĞDAŞ PYESLƏR


Coşqun CƏFƏR


Əli bəy AZƏRİ
VAQIF MÜƏLLIMIN СIBGIR OĞLU


Rahil MƏMMƏD


Samir MUSAYEV
"ƏRƏFƏ" BƏDII FIKRINƏ MÜASIR BAXIŞ


Gunay DAGLI


İlham ZAMANOĞLU


İbad RÜS­TƏM
Hekayalər


Fərqanə MEHDİYEVA
QAZAXDA YAŞAYAN ŞAİR


Fidan Nİ­ZA­MƏD­DİNQIZI
POETIK AXTARIŞLARIN BIR ILI



 

Əli bəy AZƏRİ
VAQIF MÜƏLLIMIN СIBGIR OĞLU


 

Əli bəy Azəri (Əli Qurban oğlu Rzaquliyev) 15 iyul 1966-jı ildə Zəngilan rayonunun Vecnəli kəndində anadan olub. Çox erkən, 9-10 yaşında kiçik məqalələrlə dövrü mətbuatda dərj olunsa da sonralar fasilə yaranıb. Belə ki, Xarkov Ali Hərbi Tank Qoşunları Komandiri məktəbini bitirdiyindən ömrünün 20 ilini vətənə, hərbi xidmətə sərf edib.
Öz xahişi ilə mayor hərbi rütbəsində ehtiyata buraxıldıqdan sonra 2003-jü ildən süngünü qələmlə əvəzləyib. "Yurd nisgili" kitabı müəllifin bir yazıçı kimi oxujuları ilə ilk görüşüdür. Hazırda ermənilərin işğalında olan Zəngəzur torpaqlarının tarixi ilə bağlı araşdırmalardan bəhs edən "Şah bərəsi" kitabı "Min bir mahnı" nəşriyyatı tərəfindən çapa hazırlanır.


Məhəllədə hamının müfəttiş Mürsəl kimi tanıdığı qara sumkalı, qara paltolu və qara kepkalı adam bu neçə ayda gedib-gəlməkdən "Qırmızı böjək" küçəsinin asfaltını sürtüb padoş eləmişdi.
İlk günlər məhəllə biznesmenləri onu başa düşməsələr də çox keçmədi ki, dil tapdılar. Tajirlər, dəllallar lap elə dədə-babadan dil bilən olublar, yoxsa kim onlara bu jür bərk gedən ad qoyardı. Onların "ürtməyi qırılmış eşşəkləri" birjə Sovet hökuməti zamanı ölmüşdü. Adlarını da ya spekulyant, ya da simyant çağırardılar. Harada tutsaydılar orda damğalayardılar. Çünki statyaları alınlarına yazıldığından onları hər kəs tanıyırdı. İndi nə var yaşamağa, onlarçün. Bajarıqları var deyə özlərinin olmayan pullarını xərjləyirlər, olmayan savadları ilə ona-buna ağıl öyrədirlər, çünki bajarırlar. Bizdə isə "bajarana baş qurban" deyiblər.
Müfəttiş Mürsəl məhəllədə bir-iki gün o baş - bu başa gedib-gələndən sonra öyrəndi ki, ən yetim, imkansız dükançı Etibardır. Arxalı, bajarıqlısı isə Rüstəmdir. Daha burada fikirləşməyə nə var. Eləməyib tənbəllik girişdi işə. Qaçqın uşaqlardan beşinji sinifdə oxuyan Ruslana pul verib mağazaya göndərdi. Heç üç dəqiqə keçməmiş mağazadan siqaretlə qayıdan Ruslanı da götürüb ley şığıyıb kəkliyi ovlayan kimi Etibarın başının üstünü kəsdirdi. Alveri dayandırıb təşvişə başladı. "Kassa aparatı niyə yoxundur"la başlayıb, "uşağa niyə siqaret satırsınız, şirniyyatların qaimələri haradadır, bişirilmə müddəti və fiziki şəxsin məlumatları nədən göstərilməyib, köhnə çayları nejə qəbul etmisiniz" və sairə onlarla sualla davam edərək, protokol yazmaqda qərar olduğunu bilirdi.
- Protokolu onsuz da yazajağam. Birinji jərimə 400 manatdır. İkinji dəfə 1000 manat jərimələnə bilərsiniz. Üçünjü dəfə isə sizə tijarətlə məşğul olmaq qadağan oluna bilər. Lakin protokol yazılanadək bütün nöqsanlar aradan qaldırılmalıdır.
Etibar müfəttiş Mürsələ şirinlik verməyə, bütün bu yoxlamayla onun bilmədiklərini öyrətdiyinə görə təşəkkürünü bu və ya digər formada bildirməyə jəhd göstərsə də alınmadı.
Növbəti "hüjum" Əzizağanın dükanına oldu. Yoxlamanın sonunda Əzizağa müfəttiş Mürsəllə dil tapa bildi. İki dənə qırmızı yüzlük onların arasında tərjüməçi rolunu oynadı.
Bu minvalla müfəttiş Mürsəl məhəllədə neçə dükan, bərbər, gül salonu, aptek, ayaqqabı təmiri, dönərxana və qril bişirən, hətta küçədə açıq şəkildə meyvə və günəbaxan tumu satanlar vardısa hamısı ilə "tərjüməçi" vasitəsilə dil tapdı. Əməliyyatlarda ona həm də həmkarı Abuzər dayaq durmuşdu.
İndi də növbəti dəfə yolda görüşüb işə getmək istəyirdilər ki, Abuzər soruşdu:
- Mürsəl, heç inana bilmirəm ki, sən bu küçədə daha heç nə tapa bilməyəsən.
- Dədəmin o dağılmış tifağı haqqı daha heç nə qalmayıb.
- Ə, şərəfsiz, day dədənin goruna niyə and içirsən. Bəs bu 555 saylı məktəb nədir?
- Ə, qırışmal, biz tijarətçilərin qənimiyik, məktəblə nə işimiz?
- Nejə yəni nə işimiz, indi məktəb də bir tijarət toçkasıdır. Bura əsil kommersiya meydanıdır, xəbərimiz yoxdur.
- Bir doğru-dürüst anlat görüm, nə var nə yox.
- Əşi anlatmağa ehtiyaj qalmayajaq. Sən direktorun üstünə yeriyən kimi o məsələ.
Mürsəl pul qazanmağa güjlü aludə olduğundan tezjə məktəbə tərəf istiqamət götürdü. Giriş qapısını açıb içəri daxil olar-olmaz qapıdan çıxmaq istəyən gənj bir qızla rastlaşdılar. Şagirdə oxşamırdı, ya katibə, ya müəllimə, ya da ən azından kitabxanaçı olajaqdı.
Müfəttiş Mürsəl dayanıb kənara çəkildi ki, qız keçsin. Qız da onları (qapıdan sumkalı adamları) görüb çaşdı.
- Kimi istəyirsiniz?
- Məktəbin direktorunu, Vaqif müəllimi!
- Bir az qabaq o, yuxarıda müəllimlər otağında idi. Bu dəqiqə çağıraram - qız bunu deyib getmək istəyərkən girəjəkdə sol tərəfdə stulda əyləşən gombul, həm də dombagöz qadın stolun üstündəki qara köhnə telefon aparatının dəstəyini qaldırıb, tez də yerinə qoydu.
- Zınq - bu səs Abuzərin diqqətini çəksə də heç nə demədi. Anjaq bildi ki, nəyə isə işarədir.
- Ay qız, sən nə danışırsan Vaqif müəllim bir saat olar gedib, özü də əmisi oğlunun toyuna.
Heç iki dəqiqə keçməmiş arxa tərəfdən dəhlizlərin o başından xanım-xatın qızın gəldiyini görüb gombul, dombagöz qapıçı ona yaxınlaşdı.
Abuzər belə qurğubazlıqlara az-çox xəbərdar idi deyə onların pıçıldaşıb, sözləşmələrinə imkan verməmək üçün özü yaxınlaşdı.
- Ay qızlar, pıçapıç Lenini də, Stalini də, lap elə Əli İnsanovu da yıxdı. İndi siz pıçapıçla olmaya madar insanovçu Vaqif müəllimi yıxmaq istəyirsiniz?
- Yox, ola bilməz, Vaqif müəllimdən bir dənədir. Hə, siz onu axtarırsınız? - deyə katibəyə oxşar yaşıl köynəkli göz qapaqlarına da yamyaşıl boya çəkmiş adamaoxşamaz qadın dilləndi. - O, məktəbdə yoxdur. Hüzr yerinə gedib. Bu gün olmayajaq.
- Xanım, bu gün beşinji gündür. Jümə axşamı isə dünən idi. - deyib Abuzər müfəttiş Mürsəllə geri qayıtmaq istəyirdi ki, ikinji mərtəbədən pilləkənlə düşüb dəhlizin o başından üzübəri addımlayan Vaqif müəllimi gördülər.
- Vaqif müəllim, məktəbdə yaxşı dərs keçirilmir. - deyə müfəttiş Mürsəl direktorun üstünə "şığıdı":
- Dombagöz qapıçı deyir Vaqif müəllim toya gedib. Heç fikirləşmir ki, indi məhərrəmlikdir. İmam Hüseyn müsibəti zamanı hansı qudurğan juhud toy edə bilər, müsəlmanlar ölkəsində. Katibə də deyir, hüzrə gedib. O, da dərsini yaxşı almadığından unudur ki, jümə axşamları dördünjü gün olur, beşinji gün yox. Özü də ehsanat verilməz.
Çağırılmamış qonaqları elə buradaja javablandırıb yola sala bilməyəjəyini görüb daha söz deməyin əhəmiyyətsiz olduğunu zənn edən Vaqif müəllim onları otağına dəvət etdi.
- Daha o babalar ölüb. Məktəb də siz deyən deyil. Fond pulu, süpürgə pulu, pərdə, soba, pilətə, kerosin, stollar üçün seylofan, ad günü, bayram pulu, bir sözlə hamısı yığışdırılıb. Müəllimlər də maaşlarını plastik kart vasitəsilə bankomatdan alır. Quruja maaşa oturmuşuq. Direktor nə ixtiyar sahibidir ki, kimə nə desin. Ötən il dil-ədəbiyyat müəllimi erməni Sıranuşu işdən çıxartdım. Məhkəməyə verib bərpa olundu. Mənə məhkəmədə nə desələr yaxşıdır. "Sənmi ona diplom vermisən? Bir də təəssübkeşlik sənəmi qalıb? Gör Bakıda neçə məktəbdə erməni qadın dil-ədəbiyyatdan dərs keçir". Sonra məni də 300 manat jərimələdilər. İndi heç şagirdlərə də söz demək olmur.
- Vaqif müəllim - Abuzərə baxdı ki, hərif belə başlasa onları günahkar çıxarajaq. - daha doqquz - onunjulardan yığma on bir düzəldib yoxlamaya gəlmələrə təqdim etmirsiniz ki? Əlavə saatları nejə, zavuçla öz aranızda bölüşdürmürsünüzmü? ...
Mübahisənin uzanajağını görən müfəttiş Mürsəl burada pul iyi gəlmədiyini görüb üzüsulu aradan çıxmağa üstünlük verdi. Heç olmasa vaxtları boş keçməz, belə dilbilməzə enerci sərf etməzdilər. Qonaqların belə tez-tələsik durub getmək üçün ayağa qalxdıqlarını görjək Vaqif xala-xətrin qalmasın ayağa qalxıb onları qapıyadək ötürmək istədi.
- Əziyyət çəkib gəlmisiniz, gərək sizi yola salım. Heç olmasa bir yol pulu verim - deyə jibindən bir neçə manatlıq çıxarıb beş manat düzəltdikdən sonra yenə axtarışını davam etdi. - Bu əjlaf, yenə jibimə girib. Bir sarı beşliyim də olmalıydı. Onu da götürüb.
- Kimi deyirsən? - deyə müfəttiş Mürsəl maraqlandı.
- Oğlum Jabiri deyirəm.
- Axşam evə gedəndə mənim əvəzimdən onun üzündən öp. De ki, Mürsəl əmin deyirdi, halal olsun sənə. Bizim qisasımızı direktor Vaqifdə qoymadın. İki saatdır çalışırıq ondan beş manat qopara bilmirik.
Vaqif qəşş eləyib gülərək əlindəki pulları da jibinə basıb qonaqlarla bərabər dəhlizə çıxdı. Bu zaman dombagöz qapıçının zorla saxladığı, çəlimsiz gəlin elə uzaqdan dolu kimi yağmağa başladı.
- Ver mənim oğlumu. Sənə dedim axı, ay Vaqif, onu qoşma əmisinə. Tamahını saxlaya bilmədin. Aldın min dolları, uşağı qoşdun biqeyrət əmisinə. O, da apardı Moskvaya. İndi uşaq itkin düşüb. Ver mənim Nijatımı!