Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Ziyadxan ƏLİYEV
SÜSLƏNMIŞ RƏNGLƏRIN POETIKASI


Zemfira SƏFƏROVA
FƏ­TUL­LAH ŞİR­VA­Nİ VƏ ONUN
"MU­Sİ­Qİ MƏ­CƏL­LƏ­Sİ" Rİ­SA­LƏ­Sİ


S.ƏLƏKBƏR
SAR­VAN VƏ "KAR­VAN"


Gövhər HÜSEYNOVA
MƏ­NA­LI ALİM ÖM­RÜ


Rüfət AĞAZADƏ
MÜASIR MƏRHƏLƏDƏ TIKINTI, MEMARLIQ VƏ ŞƏHƏRSALMA SIYASƏTILƏ BAĞLI PROBLEMLƏR


Arzu QULIYEVA
FİK­RƏT ƏMİ­RO­VUN SİM­FO­NİK MU­ĞAM­LA­RI


Könül ƏLİYEVA
ÇAĞ­DAŞ AZƏRBAYCAN TEATRININ DÜNYA TEATR PROSESINƏ INTEQRASIYASI VƏ AVANQARD TEATR PRINSIPLƏRI


Nuranə SƏLIMLI
XVIII-XIX ƏSR AZƏRBAYCAN YAŞAYIŞ EVLƏRININ DEKORATIV TƏRTIBATI


Nəzakət AZƏR
S.BƏHLULZADƏNIN XEYIR-DUA VERDIYI RƏSSAM


Gülnarə KƏRİMOVA
NAMİQ KAMAL VƏ AZƏRBAYÇAN TEATRI


Reza Cudi CABBARI
BMA-NIN VO­KAL İFA­ÇI­LIQ
PE­DA­QO­Jİ TA­Rİ­Xİ­NƏ BİR NƏ­ZƏR


Mehriban NOVRUZOVA
AZƏRBAYCAN RƏSSAMLIĞINDA QADIN OBRAZI


ƏLƏKBƏR QASIMOV
GÜRCÜ DRAMATURGIYASI NAXÇIVAN TEATRINDA


Təranə ƏLİYEVA
QANUN MUSIQI ALƏTI MINIATÜRLƏRDƏ


Ağahüseyn ANATOLLUOĞLU
MUĞAM ELMI MƏNBƏLƏRDƏ


Dəniz ƏHMƏDOVA
HÜSEYN CAVID IRSININ QORUNMASI VƏ TƏBLIĞINDƏ XATIRƏ EV
MUZEYLƏRININ ROLU


Kamil ƏFSƏROĞLU
BIR FILMIN TARIXÇƏSI


Vəfa MÜHACİROVA
KLASSIK RUS DRAMATURGIYASI SUMQAYIT TEATRININ SƏHNƏSINDƏ


Oqtay RZA
BIR MANAF DAYI VARDI…



 

Gövhər HÜSEYNOVA
MƏ­NA­LI ALİM ÖM­RÜ


 

Aida xanım Tağızadəni mən hələ məktəb illərindən qiyabi olaraq tanıyırdım. O, uşaqlıq illərində yaşadığım evin yaxınlığında yerləşən 150 saylı məktəbdə təhsil alırdı və bəzən özü kimi gözəl-göyçək Maral adlı rəfiqəsilə bizim aynabəndli eyvanımızın altından keçər, qonşuluğumuzda yaşayan xalasıgilə gələrdi… Daha sonra tale elə gətirdi ki, biz Üzeyir Hajıbəyli adına indiki Bakı Musiqi Akademiyasında yaxından tanış olduq və bir-birimizə olan qarşılıqlı səmimi münasibət bu günümüzəjən davam etməkdədir.
Aida xanım əsil-nəjabəti olan təvazökar ziyalı ailəsində dünyaya gəlib boya-başa çatdığı üçün çox gözəl təlim-tərbiyə və təhsil almış, sonralar sənətşünaslıq elmlər namizədi, professor və əməkdar injəsənət xadimi səviyyəsinə qədər yüksəlmişdir. Onun atası Zeynal Tağızadə dilşünas, filologiya elmləri doktoru olmuş, anası Hajıyeva Sayalı xanım isə pedaqoci və tibb institutlarını bitirmişdir. Aida xanımın sənətin bütün növlərinə olan məhəbbətinin təməli məhz ailədə qoyulmuşdur. Lakin o, musiqişünaslığa daha çox üstünlük verərək bu sahəni özünə peşə seçmişdir.
Ulu Tanrı insanlara bəxş etdiyi bütün məziyyətləri Aida xanımda jəmləşdirərək onu həm daxilən və həm də zahirən çox gözəl yaratmış və demək olar ki, qarşısında həmişə "yaşıl işıq" yandırmışdır. O, Asəf Zeynallı adına Musiqi Kollejini qırmızı diplomla bitirərək Ü.Hajıbəyli adına Konservatoriyaya əvvəljə fortepiano üzrə ifaçılıq şöbəsində oxumuş, iki ildən sonra isə musiqişünaslığa üstünlük verərək bu şöbədə də təhsilini böyük uğurla başa vurmuşdur.
Aida xanım 1958-ji ildən ta bu günə qədər Bakı Musiqİ Akademiyasında (BMA-da) fəaliyyət göstərir. O, pedaqoci işlə yanaşı, Azərbayjanın bir çox görkəmli bəstəçiləri və ifaçıları haqqında monoqrafiyaların, broşürlərin, oçerk və məqalələrin müəllifidir.
Onun görkəmli bəstəçilərimizin bəzilərinə həsr olunmuş kitabları öz məzmun və təhlil metoduna görə böyük əhəmiyyət kəsb edir. Bunlardan Azərbayjan simfonik musiqisinin təşəkkülü və inkişafında böyük səy göstərən, hərtərəfli inkişaf etmiş böyük nəzəriyyəçi, dövrümüzün görkəmli bəstəçisi Jövdət Hajıyevə həsr olunmuş monoqrafiyadır ("İşıq", 1979). Müəllif kitabda Jövdət Hajıyevin Azərbayjan simfonik musiqisinin ümumi inkişafı fonunda özünəməxsus üslubunu araşdırmaq məqsədini izləyir. Kitabda onun beş simfoniyası, "Sülh uğrunda" simfonik poeması, kamera-instrumental musiqisi və fortepiano üçün "Musiqi lövhələri" yüksək professional səviyyədə təhlil olunur.
Aida xanımın 1985-ji ildə "Yazıçı" nəşriyyatında çap olunmuş növbəti kitabı görkəmli bəstəçimiz Soltan Hajıbəyovun yaradıjılığına həsr edilib. Maraqlıdır ki, 1969-ju ildə müdafiə etdiyi namizədlik dissertasiyası da istedadlı sənətkarımızın əsərlərinin təhlililə bağlıdır.
Həmin monoqrafiyada bəstəçinin "Gülşən" baleti, simfonik canrda yazılan əsərləri, onun üslubu üçün səjiyyəvi bir çox xüsusiyyətlər yüksək səviyyədə araşdırılmışdır.
Aida xanımın sonrakı tədqiqat nümunəsi müasir musiqi sənətimizin görkəmli nümayəndələrindən Aqşin Əlizadənin yaradıjılığına həsr olunmuş monoqrafiyadır. Burada "Kənd süitası", o dövrdə yazılan simfoniyaları, özünəməxsus xor və kamera-instrumental əsərləri təhlil olunaraq, bəstəçinin müasir Azərbayjan musiqi mədəniyyətində tutduğu uğurlu və hətta "yenilikçi" mövqeyi şərh olunmuşdur.
A.Tağızadə müxtəlif qəzet və curnallarda çap olunmuş 100-ə yaxın məqalənin müəllifidir. Bunlardan çoxu yerli mətbuatda, bəziləri isə respublikadan kənar mənbələrdə çap olunmuşdur.
Məqalələrin əsas mövzuları Üzeyir Hajıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov və b. kimi böyük sənətçilərinin yaradıjılığı, bədii üslubun özəllikləri, yeni əsərlərin təhlilidir. Fəaliyyəti boyu A.Tağızadə Azərbayjan bəstəçilərinin yaradıjılığına həssaslıqla yanaşaraq, milli musiqi sənətimizi dövri mətbuatda, televiziya çıxışlarında, elmi konfranslarda nəinki vətənimizdə, hətta xariji ölkələrdə də təbliğ etmişdir (İtaliya, Almaniya, Çexoslovakiya, Türkiyə). Professional ifaçılıq sənətinə diqqət yetirən və dəyər verən Aida Tağızadə yazılarında Müslüm Maqomayev, F və X.Qasımova bajıları, Sərvər Qəniyev, Elmira Səfərova, Fəridə Quliyeva, Aida Abdullayeva kimi sənətkarların yaradıjılıq portretlərində yer vermişdir.
A.Tağızadənin pedaqoci fəaliyyəti də olduqja diqqətəlayiqdir. O, respublikanın müxtəlif mədəniyyət sahələrində çalışan bir çox hazırlıqlı musiqişünaslar nəslini yetişdirib və bir neçə sənətşünaslıq dissertasiyasının elmi rəhbəri olmuşdur.
Bundan başqa o bir sıra elmi metodik əsərlərin və dərsliklərin müəlliflərindən biridir. Məsələn: "Azərbayjan musiqi tarixi" (1987), "Azərbayjan musiqisi müntəxabatı" (1969 - I j., 1985 - II j.). Aida xanımın elmi fəaliyyəti onu bütün yaradıjılıq həyatı boyu müşayiət edir. O, "XX əsr Azərbayjan musiqisi" məqalələr toplusunun tərtibçisi və elmi redaktoru olmuşdur. 1994-jü ildə çap olunan toplunun birinji jildində milli musiqi mədəniyyətinin tarixi mərhələləri bədii estetik planda araşdırılmış və Azərbayjan bəstəçilərinin üslub problemlərinin analitik izahı verilmişdir.
Aida xanım 1996-2007-ji illərdə fəaliyyətini qardaş Türkiyə məmləkətinin Ankara Bilkənd universitetində davam etdirmişdir. Bu illərdə o, Azərbayjan və onun musiqi həyatı ilə əlaqələrini kəsməmiş, "XX əsr Azərbayjan musiqisi" məqalələr toplusunun II jildini hazırlamışdır. Üzeyir Hajıbəylinin 110-illiyinə həsr olunmuş həmin kitab 1997-ji ildə işıq üzü görmüşdür.
Dahi bəstəçinin yaradıjılığını əhatə edən bu kitabda onun zəngin irsi, tarixi missiyası bədii-estetik, tarixi-mədəni kontekstdə işiqlandırılmışdır. Məqalələrin çoxunda Üzeyir Hajıbəylinin ənənə və prinsiplərinin Azərbayjan bəstəçilərinin inkişafındakı rolundan və onların yeni mərhələdə davamını tapmasından bəhs edilir. Bundan başqa topluda istifadə olunan yeni mənbələr dahi sənətkarın yaradıjılığı, şəxsiyyəti haqqında daha dolğun təsəvvür yaradır.
Türkiyədə işləyərkən A.Tağızadə Bakıda nəşr olunan kitab və qəzetlər üçün Azərbayjan musiqisi ilə bağlı bir sıra məqalələr yazmış, uğurla müdafiə olunmuş iki namizədlik dissertasiyasının elmi rəhbəri olmuşdur.
Üzeyir Hajıbəyli adına BMA-nın "Musiqi tarixi" kafedrasının professoru Zemfira xanım Qafarova Aida xanım haqqında fikirlərini belə ifadə edir:
"Mən "Musiqi tarixi" kafedrasının müəllimi, sonralar tarix-nəzəriyyə fakültəsinin dekanı kimi Aida xanımla çox təmasda olmuşam. Artıq uzun illərdir ki, Aida xanım yüksək professional səviyyədə musiqişünaslara "Azərbayjan musiqi tarixi", "Rus musiqi tarixi"ndən dərs deyir. Mən bunu deyə bilərəm ki, o öz fənninə dərindən yiyələnmişdir və peşəsinin sözün əsl mənasında vurğunudur. Demək olar ki, pedaqogika onun üçün yaradıjılıqdır və yaradıjılıqda isə gözlənilməz kəşflər olur. Aida xanım tələbələrə hazır məruzələr, standart dərs vəsaiti təklif etmir, o, tələbələrin zehnini oyatmağı, işlətməyi bajarır…
"Musiqi tarixi" kafedrasının müdiri kimi Aida xanım öz təşkilatçılıq bajarığını aydın göstərə bildi. Onun rəhbərliyi və iştirakı ilə kafedranın əksər üzvləri namizədlik dissertasiyalarını müdafiə etmişlər.
Aida xanımın Azərbayjan bəstəkarlarının yaradıjılığına həsr olunmuş kitab və broşürləri Azərbayjan musiqişünaslığına bir töhfədir. Bu sırada dövrümüzün görkəmli bəstəkarları J.Hajıyevin, Hajıbəyovlar sülaləsinin nümayəndəsi Soltan Hajıbəyovun, müasir musiqi sənətinin görkəmli nümayəndəsi A.Əlizadənin yaradıjılıqlarına həsr olunmuş monoqrafiyalar parlaq nümunələrdir…
A.Z.Tağızadənin bir insan, alim, pedaqoq, maarifçi, ijtimai xadim kimi fəaliyyəti bir sıra jiddi tədqiqat işlərinin obyekti ola bilər".
İndi isə BMA-nın "Musiqi nəzəriyyəsi" kafedrasının dosenti, sənətşünaslıq namizədi, əməkdar injəsənət xadimi, bəstəçi-musiqişünas Elnarə Dadaşovanın Aida xanım haqqında dediklərini oxujulara təqdim edirəm:
"Aida xanım mənə ana tərəfdən qohumdur. Özü də elə bir qohumuq ki, onun yaxın, doğma olması ilə həmişə fəxr etmişəm.
Yaxşı yadımdadır, mən konservatoriyaya daxil olanda birinji olaraq onu düşündüm ki, Aida xanım dərs dediyi ojaqda əla oxumalıyam ki, özümü onun yanında, onu isə həmkarlarının yanında xar etməyim. Bu təbii hiss idi, çünki Aida xanımın savadı, nüfuzu məni məftun etmişdi. Düşünürdüm ki, belə ləyaqətli xanımın qohumu olmaq şərəfi heç də hamıya nəsib olmur. Ona görə də əlimdən gələni edirdim ki, Aida xanımın üzü ağ olsun. Yaxşı yadımdadır, birinji kursun sonu idi. Rəhmətlik Lidiya Yevseyevna Məlikova məni tələbələrin konfransında çıxış etmək üçün hazırlamışdı və konservatoriyanın dəhlizində məruzələr arası fasilədə biz onunla birgə dayanarkən, qarşıda Aida xanım gəlib Lidiya xanımla salamlaşdı. Lidiya xanım isə məni Aida xanıma təqdim etdi və dedi: "Tanış olun - gənj bəstəkar Elnarə Dadaşova. Aida xanım, bilirsiz, adətən bəstəkarlar nəzəri baxımdan analitik düşünjəyə malik olmur. Lakin Elnarə - istisnadır. O, həm yaxşı bəstəkar və həm də yaxşı musiqişünas olajaq. İndi elmi konfransda çıxış etmək üçün hazırlaşır". Aida xanım fəxr ilə: "O, mənim qohumumdur" deyəndə mən hədsiz sevindim və həm də o anda dərhal başa düşdüm ki, məsuliyyətim daha da artdı. Axı təriflənməyim - yalnız ilk uğur idi. Bundan sonra isə mən bütün ömrüm boyu Aida xanımın qohumu olmaq şərəfini hər dəqiqə, hər an layiqinjə sübut etmək şərəfini yaşamalıyam (və yaşayıram da)! Bu həqiqətdir, çünki əməkdar injəsənət xadimi, professor Aida xanım Tağızadə həm çox yaraşıqlı xanım və həm də zərif, son dərəjə zəkalı, qabiliyyətli, heyrət doğuran dərəjədə savadlı peşəkar musiqişünas və əsl İnsandır".
Aida xanım haqqında öz fikrimi davam etdirərək onu da qeyd etmək istərdim ki, o, təvazökar, həssas və qayğıkeş bir şəxsiyyət kimi ailəsində, qohum-əqrəbaları və həmkarları arasında sevilir. O, ömür-gün yoldaşı, respublikamızın dünya miqyasında tanınmış alimlərindən biri olan akademik Tofiq Əliyevlə yaşadığı mənalı uzun illəri həyatının ən xoşbəxt anları hesab edir.
Aida xanım iki övlad, üç nəvə və hələlik bir nətijə sahibidir.
Oğlu Fuad Əliyev texniki elmlər doktorudur və uzun illər Almaniyada çalışıb, indi isə Ankarada Özəl universitetdə fəaliyyət göstərir.
Qızı Nigar Əliyeva anasının yolunu davam etdirərək, sənətşünaslıq namizədidir. Hal-hazırda Almaniyada məskunlaşaraq, orada öz iş fəaliyyətini davam etdirir. Aida xanım həmişə olduğu kimi, yenə də gözəldir, yaradıjılıq axtarışlarında və müəllimlik fəaliyyətindədir. Onu 75-illik yubileyi münasibətilə təbrik edərək, bir yaxın rəfiqə və həmkar kimi ona ilk növbədə jan sağlığı, uzun ömür və çoxşaxəli fəaliyyətində yeni yaradıjılıq uğurları arzulayıram.