Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Ziyadxan ƏLİYEV
SÜSLƏNMIŞ RƏNGLƏRIN POETIKASI


Zemfira SƏFƏROVA
FƏ­TUL­LAH ŞİR­VA­Nİ VƏ ONUN
"MU­Sİ­Qİ MƏ­CƏL­LƏ­Sİ" Rİ­SA­LƏ­Sİ


S.ƏLƏKBƏR
SAR­VAN VƏ "KAR­VAN"


Gövhər HÜSEYNOVA
MƏ­NA­LI ALİM ÖM­RÜ


Rüfət AĞAZADƏ
MÜASIR MƏRHƏLƏDƏ TIKINTI, MEMARLIQ VƏ ŞƏHƏRSALMA SIYASƏTILƏ BAĞLI PROBLEMLƏR


Arzu QULIYEVA
FİK­RƏT ƏMİ­RO­VUN SİM­FO­NİK MU­ĞAM­LA­RI


Könül ƏLİYEVA
ÇAĞ­DAŞ AZƏRBAYCAN TEATRININ DÜNYA TEATR PROSESINƏ INTEQRASIYASI VƏ AVANQARD TEATR PRINSIPLƏRI


Nuranə SƏLIMLI
XVIII-XIX ƏSR AZƏRBAYCAN YAŞAYIŞ EVLƏRININ DEKORATIV TƏRTIBATI


Nəzakət AZƏR
S.BƏHLULZADƏNIN XEYIR-DUA VERDIYI RƏSSAM


Gülnarə KƏRİMOVA
NAMİQ KAMAL VƏ AZƏRBAYÇAN TEATRI


Reza Cudi CABBARI
BMA-NIN VO­KAL İFA­ÇI­LIQ
PE­DA­QO­Jİ TA­Rİ­Xİ­NƏ BİR NƏ­ZƏR


Mehriban NOVRUZOVA
AZƏRBAYCAN RƏSSAMLIĞINDA QADIN OBRAZI


ƏLƏKBƏR QASIMOV
GÜRCÜ DRAMATURGIYASI NAXÇIVAN TEATRINDA


Təranə ƏLİYEVA
QANUN MUSIQI ALƏTI MINIATÜRLƏRDƏ


Ağahüseyn ANATOLLUOĞLU
MUĞAM ELMI MƏNBƏLƏRDƏ


Dəniz ƏHMƏDOVA
HÜSEYN CAVID IRSININ QORUNMASI VƏ TƏBLIĞINDƏ XATIRƏ EV
MUZEYLƏRININ ROLU


Kamil ƏFSƏROĞLU
BIR FILMIN TARIXÇƏSI


Vəfa MÜHACİROVA
KLASSIK RUS DRAMATURGIYASI SUMQAYIT TEATRININ SƏHNƏSINDƏ


Oqtay RZA
BIR MANAF DAYI VARDI…



 

Könül ƏLİYEVA
ÇAĞ­DAŞ AZƏRBAYCAN TEATRININ DÜNYA TEATR PROSESINƏ INTEQRASIYASI VƏ AVANQARD TEATR PRINSIPLƏRI


 

hələrində - iqtisadiyyat, idman, təsərrüfat, sənaye və s. inkişaf, sıçrayış duyulur. Çox təəssüf ki, bunu mədəniyyət sferasına, özəlliklə də teatr sənətinə aid etməkdə çətinlik çəkirəm. Son illərdə bu sahədə atılan ən uğulu addımları sadalamağa çalışdım. Yalnız bir cavabla üz-üzə gəldim:
- "Teatr və teatr fəaliyyəti haqqında" Qanunun qəbul olunması. Qanunu incələməyə başladım. Qanunda öz əksini tapan problemlərdən biri də Azərbaycan teatrının dünya teatr prosesinə inteqrasiyasıdır. Nədən ki, bu bəndin realizəsi nəticəsində staqnasiya vəziyyətində çabalayan teatr sənətimiz inkişafa doğru ilk addımlarını ata bilər. Həməncə düşündüm: sözün əsl mənasında, inteqrasiya nə deməkdir? Cavablandırdım: inteqrasiya geosiyasi proseslərin axarı ilə gündəmə gəlir. Və bu mürəkkəb proses bütün sahələri əhatə edir: iqtisadiyyat, sənaye, təsərrüfat, mədəniyyət - musiqi, kino, teatr, rəssamlıq və s. Siyasi, iqtisadi və sözsüz ki, mədəni inteqrasiya dövlət tərəfindən proqramlaşdırılır və stimullaşdırılır. Teatr sənəti də inkişafının müxtəlif mərhələlərində bu prosesdən keçmişdir. Tarixə nəzər salaq: Azərbaycan teatrı həmişə Yaxın Şərqə meylli olub. Avropaya inteqrasiya isə o qədər də aktual sayılmayıb. Və bu problemin kökündə əsasən din və dil baryeri durub. Biz avropa mədəniyyətinə birbaşa şəkildə deyil, dolayı yolla rus ədəbiyyatı və mədəniyyəti vasitəsilə adaptasiya olunmuşuq. Yəni biz Avropa ədəbiyyatını rusların tərcüməsində, Avropa teatrını isə rusların səhnəsində görmüşük. Deməli, bizə dünyanın mədəni nailiyyətlərinin "suyunun suyu" gəlib çatır. Elə bu gün də, müəyyən mənada, dünya və Avropa mədəniyyəti rus mədəniyyətinin bələdçiliyi ilə bizə ötürülməkdədir. Təəssüf ki…
Azərbaycan teatrında tam inteqrasiya prosesi yalnız XX əsrin 30-cu illərində - Adil İsgəndərovun M.Əzizbəyov adına Dövlət Akademik Dram Teatrına baş rejissor təyin edilməsi dövründə bərqərar oldu. Belə ki, "Adil İsgəndərov teatrı" ideologiyası, estetikası və poetikası ilə sovet teatr prosesinə tam inteqrasiya olunmuşdu. Lakin bu proses də, qeyd etdiyim kimi, müəyyən çərçivədə baş verdi. Buna görə də sözügedən olayı dünya və Avropa teatr məkanına inteqrasiya kimi qiymətləndirmək qeyri-korrekt olardı.
Artıq XXI əsrdir. Bu o deməkdir ki, biz hətta kosmos əsrini də geridə buraxmışıq. Dünya mədəniyyətində, teatrında olduğu kimi, milli teatr sənətində də çağımızın tələblərinə uyğun tam yeni səciyyələr, keyfiyyətlər müəyyənləşdirilməlidir. Teatr idarəçiliyi yeni, çağdaş dövrün tələbləri ilə uzlaşan modellər üzərində qurulmalıdır. Başqa sözlə, bu gün biz teatr industriyasının yeni varolma mexanizmləri haqqında düşünməliyik. Düşünmək yetərli deyil, teatrın yeni varolma mexanizmlərini, fəaliyyət üsullarını tapmalı və həyata keçirməliyik. Bunun üçün dünya teatrının qabaqcıl təcrübəsindən yararlana bilərik. Həmçinin, qlobal informasiya şəbəkəsi olan internetdən əldə etdiyimiz məlumatlar dünya və Avropa teatrının indiki təcrübəsindən çətinlik çəkmədən faydalanmaq imkanı yaradır. Bu gün Azərbaycan teatrının dünya və Avropa teatr məkanına inteqrasiyası istiqamətində bir çox işlər görülməkdədir. Nümunə göstərim: Dövlət Pantomim Teatrı, YUĞ Dövlət Teatrı, İbrus Teatrı, Kamera Teatrı beynəlxalq festivalların, layihələrin iştirakçısıdır. Bu da teatrımızın inteqrasiyası yolunda atdığı addımlardandır. Mən yalnız üç teatrın adını çəkməklə kimlərisə qıcıqlandıra, hətta əsəbləşdirə bilərəm. Məsələn, Lənkəran Dövlət Dram Teatrının rəhbərliyi fikirləşə bilər ki, biz İrana qastrol səfərinə hazırlaşırıq. Xalq artisti, professor Amaliya Pənahova inciyə bilər ki, rəhbərlik etdiyi teatr dəfələrlə Türkiyənin, Rusiyanın bir çox şəhərlərində qastrol səfərlərində bulunublar, festivalların iştirakçısı olublar. Akademik Milli Dram Teatrının rəhbərliyi də qeyzlənə bilər ki, respublikanın "flaqman" teatrı olaraq Orta Asiya, Rusiya, Türkiyə və s. ölkələrdə dəfələrlə qastrol səfərində olmuş, festivallarda iştirak etmişlər. Hələ heç Musiqili Komediya Teatrını, Gənc Tamaşaçılar Teatrını, neçə-neçə bölgə teatrlarını demirəm… Yəni bir teatrşünas kimi teatr prosesinə obyektiv yanaşa bilmədiyimi mənə irad tuta bilərlər. Əsla! Mənim obyektiv qavrama və dəyərləndirmə mexanizmlərim qaydasındadır. Hər şeyi adekvat - necəvar görüb, adekvat - necəvar qavraya bilirəm, əlhəmdülillah... Buna görə də görək, bütövlükdə inteqrasiyanın baş tutması üçün bunlar yetərlidirmi? Nədir inteqrasiya prosesinin universal şərtləri? Bunlardan xəbərdarıqmı? İnteqrasiyaya - vahid inkişaf prosesinə qoşulmaq istəyənlər həm inteqrasiya obyektindən faydalanmalı, həm də ona özünəməxsus keyfiyyətlər aşılamalıdır. Buna bariz misal kimi Avropada Renesans dövrü mədəniyyətini göstərə bilərəm. Belə ki, faciənin İngiltərədə, komediyanın Fransada, operanın İtaliyada və s. inkişafı və onların qarşılıqlı inteqrasiyası bütövlükdə İntibah mədəniyyətinin formalaşmasına gətirib çıxardı.
Bəs bizdə bu proses necə gedir? Təbii ki, biz Avropa, dünya mədəniyyətindən bir çox keyfiyyətləri mənimsəyə bilərik. Bəs əvəzində onlara nə isə verə bilmək gücündəyikmi? Hansı qabaqcıl mövzuları, hansı estetik səciyyələri, nə kimi inkişaf meyllərini Avropa, üstəgəl dünya mədəniyyətinə təqdim edə bilərik? Və ya insan amili problemi necə, bu prosesdə öz həllini tapa bilibmi? Hal-hazırda hansı bir sənətkarımızın adı, sözün əsl mənasında, dünyanın əksər ölkələrində - Fransada, İngiltərədə, Amerikada, İtaliyada, Avstriyada və s. tanınır? Varmı inteqrasiya üçün körpü olacaq - avanqardda duran insan amili? Ümumiyyətlə, nədir avanqard və avanqardizm?
Məlumdur ki, avanqard hər hansı prosesin öncülüdür. Avanqardizm isə incəsənətdə eksperimental, modernist cərəyanları təyin edən ümumi anlayışdır. Hər bir dövrdə mədəniyyətin istənilən sahəsində novassiyalar, yeniliklər baş vermişdir, lakin "avanqardizm" termini yalnız XX əsrin əvvəlində formalaşıb. Avanqardist cərəyanların müxtəlifliyinə baxmayaraq, onların hamısını birləşdirən ümumi bir cəhət vardır ki, bu da klassik təsvir formalarından imtina, forma yeniliyi, formaların deformasiyası, qeyri-ənənəvi bədii məzmun və forma, ekspressiya, müxtəlif "oyun" dəyişiklikləridir və əsas hadisəni önə, irəliyə aparmaq üçün onun ətalətinə, konservatizminə qarşı çıxır. Bunun bariz nümunəsini dünya teatrından göstərmək olar. Belə ki, günbəgün yeniləşən, dəyişən Avropa teatr prosesində sürrealizm, simvolizm, modernizm, postmodernizm və s. cərəyanlar zaman-zaman avanqard funksiyasını daşımış və öz işlərini mükəmməl şəkildə yerinə yetirmişlər. Dünya teatrından bir çox avanqard müəlliflərin adlarını çəkmək olar. Misal üçün, Alber Kamyu, Frans Kafka, Jan Pol Sartr, Lünye Po, Jan Anuy, Antonen Arto, Yeji Qrotovski, Vsevolod Meyerhold və başqaları.
Bəs 136 (?) illik tarixə malik olan Azərbaycan teatrında avanqard cərəyanlar, avanqard sənətkarlar olubmu? Azərbaycan teatrında avanqard cərəyanların gəlişi nəticəsində sıçrayışlar, bondlar baş veribmi?
Tarixə müraciət etsək, biz teatr tariximizdə yalnız iki dəfə bond yarandığının şahidi olarıq:
- Adil İsgəndərovun teatra gəlişi ilə;
- Tofiq Kazımovun M.Əzizbəyov adına Dövlət Akademik Dram Teatrına baş rejissor təyin edilməsi ilə.
Yalnız sözügedən bu dövrlərdə ölkənin teatr həyatında, sözün əsl mənasında, canlanma baş verdi.
Sual oluna bilər ki, Tofiq Kazımovdan sonra Azərbaycan teatrı bu günə qədər staqnassiya vəziyyətindəmi olub? Aydın olur ki, bu dövr ərzində teatr tarixində yalnız subbondlar qeydə alınıb. Belə ki, bu proses yalnız üç rejissorun - Vaqif İbrahimoğlunun, Azər Paşa Nemətin və Hüseynağa Atakişiyevin (Şəki Dövlət Dram Teatrı) teatra gəlişi ilə baş verdi. Nəyə görə subbond? Çünki bu rejissorlar fərdi olaraq hərəsi ayrılıqda avanqard idilər və nədənsə, teatr həyatında hökm sürən ətaləti, konservatizmi durdura bilmədilər və ayrılıqda, müsbət mənada, Azərbaycan teatrında autsayder oldular. Onların inkişafı öz daxillərində getdi. Azərbaycan teatrına isə güclü təsiri olmadı. Nədənsə, bu rejissorlar avanqardda durmalarına baxmayaraq, Azərbaycan teatrını öz ardlarınca apara bilmədilər (paradoks!!!). Buna potensialmı olmadı, yoxsa tələbatmı yaranmadı? Sözügedən bu problemin kökündə bir sıra obyektiv və subyektiv səbəblər dayanır ki, onların araşdırılması artıq başqa bir mövzudur. Konkret mövzuya qayıdıb, XXI əsrə - son doqquz (nə az, nə çox…) ilə nəzər yetirsək, teatr həyatında baş verən ən uğurlu olay kimi "Teatr və teatr fəaliyyəti haqqında" Qanunun qəbul olunması hesab olunur. Burada öz əksini tapan problemlərdən biri də Azərbaycan teatrında avanqard meyllər üçün şəraitin yaradılması məsələsidir. Təbii ki, bu gün milli teatr məkanında avanqard meylli teatrlar göstərə bilərik. Lakin bir və ya iki bu meylli teatrın olması hələ Azərbaycan teatrının inkişafa doğru irəliləməsi demək deyil, nəzərə alsaq ki, ölkəmizdə 25 (hələ ki…) dövlət teatrı fəaliyyət göstərməkdədir. Problem sistemli olduğundan, onun həlli də yalnız və yalnız sistemli tədbirlər vasitəsilə həyata keçirilə bilər.
Danılmaz faktdır ki, Avropa və dünya sənət düşüncəsi liberal dəyərlər üzərində qurulub (tolerantlıq… fikir plüralizmi… ideya rəngarəngliyi… azad sənət düşüncəsi). Azərbaycan teatrı olaraq sözügedən bu dəyərləri qəbul edə bilirikmi? Milli teatrın dünyaya inteqrasiyası baş versə belə, teatr prosesimiz hansı vəziyyətə gələcək? Bölgə teatrlarımız necə - adəti üzrə baş verən bütün olaylara seyrçimi qalacaqlar? Yaxud ən dəhşətlisi: bu olaylardan, heç olmasa, xəbər tutacaqlarmı?
Bu gün teatrımız paradoksal bir durumun içindədir: Azərbaycan teatrının dünyaya inteqrasiyası "Teatr və teatr fəaliyyəti haqqında" Qanunda öz əksini tapdığı halda heç kim bu yöndə fəaliyyət göstərmək istəmir. Yoxsa buna tələbatmı yoxdur? Bəs onda illərdir, dünya teatr məkanına inteqrasiya üçün şəraitin yaradılmaması haqqında şikayətlər bəhanə idimi?
Bütün bu suallar və onların cavabları haqqında düşüncələrim, eləcə də teatrımızın hal-hazırkı durumu məni onu deməyə vadar edir ki, milli teatrın Avropa və dünya teatr məkanına inteqrasiyası yaxın gələcəkdə baş tutası deyil.
Açıq desəm, avanqard meyllər üçün şərait yaradılmasa və yaradıcı insanlarda buna tələbat olmasa, Azərbaycan teatrının dünya teatr prosesinə inteqrasiyası yalnız "iclas salonları"nda və "kağız üzərində" qalacaq.
Hər halda bunu tarix göstərəcək!!!