|
- Ən gözəl rəng? - Allahın yaratdığı bütün rənglər gözəldir. - Ən gözəl sevgi? - Ən gözəl, ən ülvi Yaradana olan sevgidir. Suallarıma rəssam, operator və recissor Ələkbər Muradov belə javab vermişdi. Geniş tamaşaçı kütləsi əsasən onu ekrandan tanıyır. Amma əslində o, yaradıjılığına rəssamlıqdan başlayıb. 1967-ji ildə ilk sərgisi açılmışdır. İndiyədək ölkəmizdə və xarijdəki sərgiləri maraqla qarşılanmışdır. Axırınjı dəfə 2008-ji ilin noyabr ayında İranın Urmiya şəhərində "İmam Rza (Ə.) mövludu"na həsr olunmuş Beynəlxalq Forumun nəzdində keçirilmiş fərdi sərgidə Ə.Muradovun 19 əsəri göstərilmişdir. Bu forumda o, qızıl medala layiq görülmüşdür. Bu 19 əsərin hər biri İslam dininə və İslam fəlsəfəsinə həsr olunmuşdur. Ümumiyyətlə, onun son illərdə yaratdığı əsərlər əsasən dini mövzudadır, əsərlərin hər biri Yaradanın adı ilə bağlıdır. Etiraf edim ki, onun əsərlərini görməmişdim. Görəndən sonra anladım ki, onun yaradıjılığında təsadüfi heç nə yoxdur, hər şeydə xüsusi bir qanunauyğunluq var: emalatxananın qapısından başlayaraq xariji səfərlərə qədər. Emalatxana bir yaşayış binasının zirzəmisi olduğundan pilləkənlər aşağı doğru gedir. Və biz də aşağı düşdük - keçmiş zirzəmi və ya indiki emalatxanaya. Yarımqaranlıq bir otaqda ilk baxışdan qeyri-adi heç nə yox idi: molbert, rənglər, rəsmlər, mebel, stolüstü lampalar, ütülər və rəssamın kolleksiyası. Otaqların künjlərindəki hörümçək torları sanki onların qədimliyini vurğulayaraq, hətta onlara bir gözəllik verir. Təsvirləri diqqətlə seyr etdikdə və onların nejə yaranması haqqında eşitdikdə anlayırsan ki, əslində nə vaxtsa zirzəmi olmuş bu emalatxanada mistik hadisələrlə dolu müjərrəd mövzulu rəsmlərin yaranması da təbiidir. Bu əsər "Dənizlərə əmr olundu adlanır". Dənizlərə əmr olundu və hər yer suya qərq oldu. Nuh peyğəmbər hər bir janlıdan bir jütünü gəmiyə götürüb xilas etdi. Qəzəbindən köpüklənərək şahə qalxmış dalğalar od püskürən səmaya doğru qalxır. Həyat mənbəyindən biri olan su indi həyata son qoyur. Rəssam bu əsəri qəsdən köhnə bir çərçivəyə salmışdır. Burada çərçivə əsərin deyil, əfsanənin, mövzunun köhnəliyini, qədimliyini vurğulayır. "Jəhənnəm qapıları" adlanan digər bir əsərin qeyri-adi yaranma tarixi var. Rəssam danışır ki, bir zaman burada qəribə səslər eşidirdim - inilti, qışqırıq, hönkürtü… Elə bil kimsə mənə əmr etdi, özümdən asılı olmayaraq fırçanı götürüb işə başladım. Bu zaman nə kompozisiya, nə forma, nə fiqur haqqında fikirləşdim. Bu hal üç gün davam etdi. İş başa çatan kimi səslər kəsildi. Jəhənnəm odunda yanan günahkar insan ruhlarının son aqibəti bu əsərin əsas mövzusudur. Qara fonda əks olunmuş sarı, al, qızılı alovun içində yanan insan fiqurları çox kiçik ölçülərdə təsvir olunsa da jizgilər aydın və dəqiqdir. Mövzusa bu əsər "Keçid" əsərinin davamıdır. "Keçid" insanların Sirat körpüsündən keçididir. Bu, insanların növbəti imtahanıdır. Təsvirdə yenə rəngarəng alov dalğaları əsas rol oynayır. İnsan fiqurları sıra ilə qeyri-müəyyən bir istiqamətə "axır". Təkrar olsa da qeyd edək ki, "Keçid" əsəri "Qiyamət günü"nün davamıdır. Əlbəttə ki, mövzu baxımından. Qızılı torpaq və al-qırmızı torpaq arasında saysız-hesabsız insan üfüqə doğru yeriyir. Rəssam əsərindəki qızılı torpağı belə izah edir: "İnsanların jan atıb əldə etdikləri var-dövlətə, qızıl və daş-qaş son anda gərəksiz bir tullantı kimi ayaqlar altında qalıb. İndi bütün bunlar insanlara kömək edə bilmir". Burada da rəssam çox ustalıqla olduqja xırda insan fiqurlarını dəqiq təsvir etməyə müvəffəq olmuşdur. Növbəti təsvirlər "Kərbəla zamanın astanasında" və "Dualar qəbul olunanda" adlanır. Bu əsərlər rəssamın Kərbəla və Məkkə ziyarətindən bir xatirədir. "Kərbəla…" əsərində də al-qırmızı günəşə doğru gedən insanları görürük. İnsanların düzülüşü hansısa bir yazıya bənzəyir. Rəssam əsəri xəttatlıq sənəti ilə işlənmiş çərçivə ilə tamamlamışdır. "Dualar qəbul olunanda" isə Kəbənin ətrafındakı insan toplularının aralarında qığıljımlı şüalar onların dualarının qəbul olunduğuna bir işarədir. Əsərdəki işıq "Doğulma" əsərindəki işığın eynidir. Baxırsan və bir rahatlıq tapırsan. "Qızdırmalı yuxular", "Günəşdən aşağı, yerdən yuxarı" əsərlərini rəssam yuxularında gördüklərini kətana köçürmüşdür. "Musa və Harun", "Nar, heyva və alma" və b. əsərlər hədislər əsasında yaranmışdır. "Müqəddəs" əsərindəki insan isə torpaqdan aldığı energini al-əlvan rənglərlə ətrafa paylayır. Rənglər nikbin əhval-ruhiyyəlidir. Bu rəngarənglikdən fərqli olaraq "Yeddi müqəddəs" və İmam Əliyə həsr olunmuş digər iki əsərdə bəyaz rəng əsas rol oynayır. Ağ kətan üzərindəki ağ rəngli fiqurları rəssam qızılı rənglərlə vurğulayır. Əsasən İmam Əliyə həsr olunmuş bu əsərlər İranda çox böyük marağa səbəb olmuşdur. Rəssam qeyd edir ki, bunlar bu böyük şəxsiyyətə olan sevginin bəhrəsidir. Ələkbər Muradov təkjə dini mövzularda deyil, həm də təbiət və məişət mövzularına da mürajiət edir. Onun yaradıjılığının bəzəyi olan peyzaclar insanın gözünü oxşayır və ruhuna bir rahatlıq verir. "İstəməsəm də nağıl görürəm səni, Əmirjan" əsəri rəssamın Əmirjan kəndində keçmiş uşaqlıq illəri, Səttar Bəhlulzadə ilə bağlı xatirələrindən yaranmışdır. O, ilk xeyir-duasını dahi Səttardan almışdır, kinematoqrafiyaya gəlməzdən əvvəl rəssam olmuşdur. Rəngləri də, dəst-xətti də Səttarı xatırladır. Belə də olmalı idi. Ələkbər Muradov hələ kiçik yaşlarından Səttar sənətinin vurğunu idi. İlk sərgisinə gələnlər arasında Səttar da olmuşdu. Əmirjan adlı rəngli nağılı da ona Səttardan keçmişdi - hava ilə, su ilə… Onun fırçası ilə rənglər dilə gəldi, mavi səmada Əmirjanın simvolu olan uja minarəni buludlar örtdü, aşağıda evlər, elektrik dirəkləri, əsən meh janlandı. Bu, əsl İmpressionizm idi. "Axşama doğru" qürub edən günəşin qızartısı gömgöy Xəzərə naxış vurdu. Sular sevindi. "Dan yerində" günəşin qızılı şəfəqləri ilə xırda ağ ləpələr görüşdü. Sular yenə sevindi. "Söyüdlər", "Uja dağlarda", "Hamısı birlikdə", "Mənim 22 yaşım var" deyən tut ağajı, "Bataqlıq", "Naxçıvan", "Günorta", "Musiqinin əvvəli", "İlandağ", "Dan ulduzu", "Heç nə eşidilmir", "Abşeron", "Yol", "Buzovna bağı", "Muradın doğulduğu ev", və nəhayət, "Səttarın şamı". Bu əsərlərin hər biri Səttarın şamı ilə nurlanmışdır. Mavi, bəyaz, çəhrayı, sarı, qırmızı, yaşıl rənglər hər bir əsərdə dominantdır. Bunlar Abşeronun, elimizin-obamızın, doğma torpağımızın rəngləridir. Yetər ki, seyr edəsən… Ləpələrin səsini eşidərsən, torpağın, dənizin ətrini duyarsan. Hər biri rəssamın əhval-ruhiyyəsinin, daxili aləminin, sevgisinin, arzularının, xəyallarının və düşünjələrinin bəhrəsidir. Ələkbər Muradovun özünəməxsus üslubu və texnikası var. O, yağlı boya ilə təsvirin üzərindən nisbətən qatı rənglərlə müəyyən ştrixlərlə "vurğulayır", formaları hiss olunajaq qədər qabarıq göstərir. Mənzərələri impressionizmi, müjərrəd mövzuları isə sürrealizmi xatırladır ("Qızdırmalı yuxular", "Başlanğıj", "Zaman" və s.). Sonda göydən üç alma düşdü və "Nağılın sonu" yarandı. Sanki bu nağıl çoxdan unudulmuşdu və almaları hörümçək toru bürümüşdü. Bu yalnız "Nağılın sonu" idi. Həyat isə davam edirdi. Rəssam, recissor və operator Ələkbər Muradov yenə növbəti filmin kadrlarını təsəvvür edir, ssenari üzərində işləyir, tədrislə məşğul olur, sonda isə yenə rənglər dünyasına - emalatxanaya tələsir. Çünki onu növbəti bir fikir narahat edir və o Yaranmalıdır.
|
|