Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Ziyadxan ƏLİYEV
SÜSLƏNMIŞ RƏNGLƏRIN POETIKASI


Zemfira SƏFƏROVA
FƏ­TUL­LAH ŞİR­VA­Nİ VƏ ONUN
"MU­Sİ­Qİ MƏ­CƏL­LƏ­Sİ" Rİ­SA­LƏ­Sİ


S.ƏLƏKBƏR
SAR­VAN VƏ "KAR­VAN"


Gövhər HÜSEYNOVA
MƏ­NA­LI ALİM ÖM­RÜ


Rüfət AĞAZADƏ
MÜASIR MƏRHƏLƏDƏ TIKINTI, MEMARLIQ VƏ ŞƏHƏRSALMA SIYASƏTILƏ BAĞLI PROBLEMLƏR


Arzu QULIYEVA
FİK­RƏT ƏMİ­RO­VUN SİM­FO­NİK MU­ĞAM­LA­RI


Könül ƏLİYEVA
ÇAĞ­DAŞ AZƏRBAYCAN TEATRININ DÜNYA TEATR PROSESINƏ INTEQRASIYASI VƏ AVANQARD TEATR PRINSIPLƏRI


Nuranə SƏLIMLI
XVIII-XIX ƏSR AZƏRBAYCAN YAŞAYIŞ EVLƏRININ DEKORATIV TƏRTIBATI


Nəzakət AZƏR
S.BƏHLULZADƏNIN XEYIR-DUA VERDIYI RƏSSAM


Gülnarə KƏRİMOVA
NAMİQ KAMAL VƏ AZƏRBAYÇAN TEATRI


Reza Cudi CABBARI
BMA-NIN VO­KAL İFA­ÇI­LIQ
PE­DA­QO­Jİ TA­Rİ­Xİ­NƏ BİR NƏ­ZƏR


Mehriban NOVRUZOVA
AZƏRBAYCAN RƏSSAMLIĞINDA QADIN OBRAZI


ƏLƏKBƏR QASIMOV
GÜRCÜ DRAMATURGIYASI NAXÇIVAN TEATRINDA


Təranə ƏLİYEVA
QANUN MUSIQI ALƏTI MINIATÜRLƏRDƏ


Ağahüseyn ANATOLLUOĞLU
MUĞAM ELMI MƏNBƏLƏRDƏ


Dəniz ƏHMƏDOVA
HÜSEYN CAVID IRSININ QORUNMASI VƏ TƏBLIĞINDƏ XATIRƏ EV
MUZEYLƏRININ ROLU


Kamil ƏFSƏROĞLU
BIR FILMIN TARIXÇƏSI


Vəfa MÜHACİROVA
KLASSIK RUS DRAMATURGIYASI SUMQAYIT TEATRININ SƏHNƏSINDƏ


Oqtay RZA
BIR MANAF DAYI VARDI…



 

Gülnarə KƏRİMOVA
NAMİQ KAMAL VƏ AZƏRBAYÇAN TEATRI


 

Gör­kəm­li türk dra­ma­tur­qu Na­miq Ka­mal bə­yin (1840-88) dra­ma­tur­gi­ya­sı özü­nün da­xi­li ide­ya məz­mu­nu, və­tən­pər­vər­lik və qəh­rə­man­lıq pa­fo­su, zən­gin üs­lu­bu ba­xı­mın­dan Azər­bay­can teat­rı­nın ide­ya-bə­dii və es­te­tik ma­hiy­yə­ti­nə, ya­ra­dı­cı­lıq is­ti­qa­mə­ti­nə, janr, üs­lub və for­ma ax­ta­rış­la­rı­na ta­ma­mi­lə uy­ğun idi.
­İlk gənc­lik il­lə­rin­dən və­tən­pər­vər­lik hiss­lə­ri­lə zən­gin li­rik şeir­lər yaz­ma­ğa baş­la­yan Na­miq Ka­mal 1870-ci il­dən İs­tan­bul­da nəşr olu­nan "İb­rət" qə­ze­tin­də iş­lə­mə­yə baş­la­yır, 1872-ci il­dən hə­min qə­ze­tin re­dak­to­ru olur. Qəl­bi, his­si, dü­şün­cə­si ilə bü­töv­lük­də və­tən, xalq mə­həb­bə­ti ilə ya­şa­yan ədib o za­man­ki türk pa­şa­sı Sad­ra­zam Mah­mud Nə­di­man əley­hi­nə mə­qa­lə­lər çap et­dir­di­yi­nə gö­rə həbs edi­lib Ge­li­bo­lu­ya sür­gün olu­nur. İki ay­dan son­ra azad olu­nub İs­tan­bu­la qa­yı­dan Na­miq Ka­mal 1873-cü il­də ilk pye­si olan "Və­tən, ya­xud Si­list­rə" qəh­rə­man­lıq dra­mı­nı ya­zır. Elə hə­min il­də Ge­dik­pa­şa teat­rın­da səh­nə­ləş­di­ri­lən bu əsər güc­lü əks-sə­da oya­dır. Və­tə­nə mə­həb­bət his­si aşı­la­yan pye­sin nü­ma­yi­şin­dən son­ra ta­ma­şa­çı­lar kü­çə­lə­rə çı­xa­raq "Ya­şa­sın Və­tən", "Ya­şa­sın Na­miq Ka­mal" söz­lə­ri­ni uca­dan tək­rar-tək­rar de­yir­lər. "İb­rət" qə­ze­tin­də "Var ol­sun mil­lə­tin Na­miq Ka­ma­lı" baş­lıq­lı mə­qa­lə çap olu­nur. Mə­qa­lə­də de­yi­lir­di: "Hə­qi­qə­tən də bu ge­cə "Və­tən" teat­ro­nun nə də­rə­cə­də yük­sək ol­du­ğu­nu gö­zü­mü­zün önün­də can­lan­dır­dı. "Ya­şa­sın və­tən!". "Hə­qi­qə­tən teat­ro ədə­biy­ya­tın ru­hu imiş! Ədə­biy­ya­tın ən par­laq qis­mi imiş" ki­mi ifa­də­lər ya­zıl­mış­dı. Əl­bət­tə, bü­tün bun­lar müəl­lif üçün çox se­vin­di­ri­ci hal idi. La­kin nə­ti­cə be­lə ol­ma­dı. Çün­ki dövr Əb­dü­lə­ziz döv­rü idi. Gənc müəl­li­fi həbs et­di­lər".
Na­miq Ka­mal hə­lə "Və­tən, ya­xud Si­list­rə" pye­si­ni yaz­maz­dan əv­vəl "İb­rət" qə­ze­tin­də çap et­dir­di­yi "Və­tən" ad­lı mə­qa­lə­sin­də və­tə­nin bö­yük­lü­yü­nü, mü­qəd­dəs­li­yi­ni, can­dan da əziz ol­du­ğu­nu ya­zıb bə­yan et­miş­di. Adə­tən "Və­tən" məv­hu­mu­nu çox sət­hi və dar çər­çi­və­də dü­şü­nür­dü­lər. Və­tən de­dik­də sa­də­cə ola­raq do­ğul­du­ğu ye­ri nə­zə­rə gə­ti­rir­di­lər. "Və­tən" mə­qa­lə­sin­də ədib və­tə­nin nə ol­du­ğu­nu, onun bö­yük­lü­yü­nü, mü­qəd­dəs­li­yi­ni, qüd­siy­yə­ti­ni, in­sa­nı özü­nə bağ­la­yan də­rin mə­na­lı sə­bəb­lə­ri ol­duq­ca sə­mi­mi, hə­yə­can­lı, tə­sir­li bir şə­kil­də gös­tər­miş­di. O yaz­mış­dı: "Be­şik­də­ki­lər be­şi­yi­ni, uşaq­lar əy­lən­dik­lə­ri ye­ri, gənc­lər sax­lan­dıq­la­rı yer­lə­ri, qo­ca­lar hər şey­dən əl­lə­ri­ni üzüb ra­hat ol­duq­la­rı gü­şə­ni, öv­lad­lar ana­la­rı­nı, ata ai­lə­si­ni ne­cə hiss­lər­lə se­vir­sə, in­san da və­tə­ni o hiss­lər­lə se­vir. Bu duy­ğu­lar sə­bəb­siz de­yil.
İn­san və­tə­ni­ni se­vər; çün­ki Al­la­hın ba­xış­la­rı­nın ən də­yər­li­si olan hə­yat və­tə­nin ha­va­sı­nı tə­nəf­füs­lə baş­lar. İn­san və­tə­ni­ni se­vər; çün­ki vi­cu­du­nun bir par­ça­sı­dır. İn­san və­tə­ni­ni se­vər; çün­ki tə­biə­tin bi­zə ən par­laq hə­diy­yə­si olan ba­xış­la­rı­mız, da­ha göz­lə­ri­mi­zin ilk açı­lı­şın­da və­tən tor­pa­ğı­na yö­nə­lir. İn­san və­tə­ni­ni se­vər; çün­ki ət­ra­fı­na bax­dıq­ca hər gu­şə­sin­də keç­miş öm­rü­nün hə­zin bir xa­ti­rə­si ilə rast­laş­mış ki­mi gö­rür. İn­san və­tə­ni­ni se­vər; çün­ki hür­riy­yə­ti, ra­hat­lı­ğı, haq­qı, mən­fəə­ti və­tə­ni­nin sa­yə­sin­də­dir. İn­san və­tə­ni­ni se­vər; çün­ki onun dün­ya­ya gəl­mə­si­nə sə­bəb olan əc­da­dı­nın səs­siz mə­zar­la­rı və onun do­la­na­ca­ğı­nın nə­ti­cə­si ola­caq uşaq­la­rı­nın do­ğul­du­ğu yer və­tən­dir. İn­san və­tə­ni­ni se­vər; çün­ki və­tə­ni­nin co­cuq­la­rı ara­sın­da dil və mən­fəət bir­li­yi və on­la­rın bi­ri-bi­ri ilə bağ­lı­lı­ğın­da bir kö­nül ya­xın­lı­ğı və fi­kir qar­daş­lı­ğı var­dır. Bu­nun nə­ti­cə­si­dir ki, hər ada­ma öz evi və­tən ki­mi gö­rü­nür. İn­san və­tə­ni­ni se­vər, çün­ki və­tə­nin­də möv­cud ha­ki­miy­yə­tin bir par­ça­cı­ğın­da ger­çək bir şə­kil­də özü də sa­hib­dir. İn­san və­tə­ni­ni se­vər; çün­ki və­tən bir qəh­rə­ma­nın gü­lünc, ya­xud ka­ti­bin qə­lə­mi ilə cı­zı­lan hə­ya­lı ciz­gi­lər­dən iba­rət de­yil, mil­lət, hür­riy­yət, mən­fəət, qar­daş­lıq, mül­kiy­yət, ha­ki­miy­yət, əc­da­da hör­mət, ai­lə­yə mə­həb­bət, gənc­lik gün­lə­ri­ni an­maq… ki­mi bir çox yük­sək duy­ğu­la­rın bir ara­ya gəl­mə­sin­dən ha­sil ol­muş mü­qəd­dəs bir fi­kir­dir.
O­na gö­rə də in­san­lıq ta­ri­xi­nin han­sı sə­hi­fə­si­nə ba­xıl­sa, hər mil­lət­də olan yük­sək dü­şün­cə­li və fə­zi­lət­li id­rak sa­hib­lə­ri­nin ha­mı­sı və­tən sev­gi­si­ni dün­ya­nın hər cür işin­dən üs­tün tut­muş və ço­xu ca­nı­nı və­tən yo­lun­da qur­ban ver­miş­dir. Bu­na gö­rə­dir ki, hər din­də, hər mil­lət­də, hər tər­bi­yə­də, hər mə­də­niy­yət­də və­tən sev­gi­si ən bö­yük fə­zi­lət­lər­dən, ən mü­qəd­dəs və­zi­fə­lər­dən­dir".
Na­miq Ka­maq mə­qa­lə­də irə­li sür­dü­yü bu fi­kir­lə­ri "Və­tən, ya­xud Si­list­rə" pye­sin­də da­ha bö­yük sə­nət­kar­lıq­la, qüv­vət­li ob­raz­la­rın hə­rə­kət və da­nı­şıq­la­rı va­si­tə­si­lə da­ha güc­lü təs­vir et­miş­di.
­A­zər­bay­can teat­rı Na­miq Ka­mal dra­ma­tur­gi­ya­sı­na ilk də­fə 1907-ci ilin de­kabr ayın­da mü­ra­ciət et­miş­di. Gən­cə sə­nət mək­tə­bi­nin əqaid və türk di­li müəl­li­mi Mir­zə Mə­həm­məd Axund­za­də (Mir­zə Kə­rim oğ­lu. 1875-1923) bu əsə­ri çe­vir­miş, Gən­cə te­atr dəs­tə­si 1908-ci ilin yan­var ayın­da ta­ma­şa­ya qoy­muş­du. Bun­dan bir ne­çə gün son­ra əsər İrə­van şə­hər klu­bun­da azər­bay­can­lı zi­ya­lı­lar tə­rə­fin­dən gös­tə­ril­miş­di. 1909-cu ilin sent­yabr ayın­da Tif­lis­də­ki azər­bay­can­lı dram hə­vəs­kar­la­rı da bu əsə­rin ta­ma­şa­sı­nı ha­zır­la­yıb oy­na­mış­dı­lar.
1911-ci ilin fev­ral ayın­da qə­zet­lər xə­bər ver­miş­di ki, Azər­bay­can akt­yor­la­rı məş­hur "Və­tən" fa­ciə­si­ni ta­ma­şa­ya ha­zır­la­yıb­lar. Re­jis­sor-Hü­seyn Ərəb­lins­ki­dir. 1912-ci il­də Ba­kı­da "Ni­cat" mə­də­ni-maa­rif cə­miy­yə­ti­nin dram ar­tist­lə­ri Na­miq Ka­ma­lın "Və­tən, ya­xud Si­list­rə" əsə­ri­nin ta­ma­şa­sı­nı ha­zır­la­yıb, onu "Və­tən, ya­xud Os­man­lı mü­ha­ri­bə­si" adı ilə ta­ma­şa­çı­la­ra gös­tər­di­lər. Mir­zə Mə­həm­məd Axund­za­də­nin tər­cü­mə­si əsa­sın­da oy­na­nı­lan bu ta­ma­şa­da əsə­rin qəh­rə­ma­nı İs­lam bəy ro­lu­nu məş­hur fa­ciə akt­yo­ru­muz Hü­seyn Ərəb­lins­ki (Mə­həm­məd oğ­lu Xə­lə­fov. 1881-1919) us­ta­lıq­la ifa et­di. Tən­qid ta­ma­şa haq­qın­da yaz­mış­dı: "Ke­çən cü­mə Ba­kı­da "Ni­cat" cə­miy­yə­ti tə­rə­fin­dən "Və­tən" pye­si­nin möv­qe­yi ta­ma­şa­ya qo­yul­ma­sı­nı gö­rüb bir qə­dər tə­səl­li­yab ol­dum. İn­di ina­nı­ram ki, mü­səl­man akt­yor­la­rın­da da lə­ya­qət var­dır. Mü­səl­man­lar da bir də­rə­cə səh­nə­lə­ri­nin tə­rəq­qi­si­lə fəxr edə bi­lər­lər.
"Və­tən" pye­sa­sı ha­li­mi­zə mü­na­sib pye­sa­lar­dan­dır. "Və­tən­"in qəh­rə­man­la­rı bir igid ilə bir qız­dır ki, bi­ri­ni - İs­lam bə­yin ro­lu­nu Ərəb­lins­ki, di­gə­ri­ni xa­nım Olens­ka­ya oy­na­yır­dı. Ərəb­lins­ki­nin ifa et­di­yi İs­lam bə­yin ro­lu hər nə qə­dər cəng­cüa­nə isə də bir o qə­dər də mə­həb­bət­pər­va­nə­dir. Bu ro­lu oy­na­yan şəxs­də müt­ləq mə­həb­bət­pər­vər­lik his­si ol­ma­lı idi. La­kin Ərəb­lins­ki­də la­zım ola­caq qə­dər o hiss gö­rün­mə­yir­di. O ki qal­dı oyu­nun sa­ir nöq­tə­lə­ri­nə, mü­ha­ri­bə­də ol­ma­sı­nı çox gö­zəl oy­na­yıb, uzun al­qış­la­ra na­il ol­du".
"Və­tən" dörd pər­də­dən iba­rət idi. Möv­zu­su əsas iki ta­ri­xi mən­bə­dən gö­tü­rül­müş­dü. Bun­lar­dan bi­ri - 1828-ci il­də baş ver­miş Os­man­lı-rus mü­ha­ri­bə­si idi. Bu­nun­la ya­na­şı 1853-1856-cı il­lər­də baş ver­miş rus­lar­la olan son Krım mü­ha­ri­bə­si səh­nə­lə­ri də əsə­rin məz­mu­nun­da özü­nü gös­tə­rir­di. "Və­tən, ya­xud Si­list­rə" əsə­rin­də türk or­du­su­nun qəh­rə­man­lıq dö­yü­şü öz ək­si­ni tap­mış­dı. Əsə­rin möv­zu­su­nu xal­qı­nın qəh­rə­man­lıq ta­ri­xin­dən gö­tür­müş Na­miq Ka­mal bəy ha­di­sə­lə­ri üç is­ti­qa­mət­də in­ki­şaf et­dir­miş­di. İs­lam bəy­lə Zə­kiy­yə ara­sın­da mə­həb­bət xət­ti, igid dö­yüş­çü, yük­sək rüt­bə­li za­bit Sid­qi bə­yin hə­yat ta­rix­çə­si və Si­list­rə dö­yü­şü. Əsər­də­ki su­rət­lər ta­ri­xi şəx­siy­yət­lə­rin pro­to­ti­pi idi. Bu su­rət­lər­dən bi­ri Ab­dul­la Ça­vuş ob­ra­zı­dır ki, onun əsl adı Mus­ta­fa Ça­vuş­dur. Ab­dul­la Ça­vuş ro­lu­nu Ca­han­gir Zey­na­lov (Mə­şə­di Rza oğ­lu. 1865-1918) us­tad sə­nət­kar qüd­rə­ti ilə oy­na­yıb.
Sə­nət­şü­nas­lıq dok­to­ru, pro­fes­sor İn­qi­lab Kə­ri­mo­vun yaz­dı­ğı­na gö­rə, Si­list­rə dö­yü­şü za­ma­nı Mus­ta­fa Ça­vu­şun 20-25 ya­şı olar­mış. Mü­ha­ri­bə­dən son­ra hö­ku­mət ona ma­aş kəs­miş, la­kin Mus­ta­fa Ça­vuş özü iş­lə­yə bi­lə­cə­yi üçün bu maaş­dan im­ti­na et­miş­di. 50 il son­ra - 1909-cu il­də Mus­ta­fa Ça­vuş bir gün İs­tan­bu­la gə­lib hö­ku­mət qar­şı­sın­da da­ya­nır. Ya­şı sək­sə­nə ya­xın­la­şan bu ix­ti­yar qo­ca­nın iş­lə­mək qüv­və­si qal­ma­dı­ğı üçün o, hö­ku­mə­tin vax­ti­lə ona kəs­di­yi maa­şı tə­ləb edir. Onun tə­lə­bi ye­ri­nə ye­ti­ri­lir. Mət­buat iş­çi­lə­ri Ça­vu­şun gə­li­şin­dən xə­bər tu­tub on­dan mü­sa­hi­bə­lər alır, şək­li­ni dərc edir­lər.
Na­miq Ka­mal bə­yin "Və­tən, ya­xud Si­list­rə" əsə­ri Azər­bay­can teat­rı­nın ümu­mi ya­ra­dı­cı­lıq in­ki­şa­fı­na öz müs­bət tə­si­ri­ni gös­tər­mək­lə ba­həm, Mir­zəa­ğa Əli­yev (Əli oğ­lu. 1883-1954), Sid­qi Ru­hul­la (Fə­tul­la oğ­lu Axun­dov. 1886-1969), Ab­bas­mir­zə Şə­rif­za­də (Əb­dül Rə­sul oğ­lu. 1893-1938), Ha­ca­ğa Ab­ba­sov (Mü­təl­lib oğ­lu. 1888-1975), Mir­mah­mud Ka­zı­movs­ki (Mir­zə Ələk­bər oğ­lu. 1882-1940), Əbül­fət Və­li Və­li­yev (1868-1918), Mə­həm­məd bəy Əl­vən­di Mə­li­kov (1878-1918) və di­gər akt­yor­la­rın sə­nət­kar­lıq yük­sə­li­şi­nə yar­dım­çı ol­muş­du.
Na­miq Ka­mal bə­yin "A­kif bəy", "Gül­ni­hal", "Qa­ra bə­la", "Za­val­lı co­cuq" pyes­lə­ri də Azər­bay­can teat­rı­nın re­per­tua­rı­nı zən­gin­ləş­dir­miş, səh­nə xa­dim­lə­ri­mi­zin janr, üs­lub və for­ma ax­ta­rış­la­rı­na kö­mək gös­tər­miş­dir. Na­miq Ka­ma­lın ikin­ci səh­nə əsə­ri olan "Gül­ni­hal" pye­sin­də də və­tən­pər­vər­lik hiss­lə­ri qüv­vət­li idi. Bu əsər­də "xal­qa tö­rət­di­yi zülm­lə­rin son həd­di­nə çat­mış müs­tə­bid bir hö­ku­mət ada­mı­nın ara­dan qal­dı­rıl­ma­sı və əda­lə­tin ye­ni­dən bər­pa olun­ma­sı" fik­ri irə­li sü­rül­müş­dü. Gül­ni­hal baş­da ol­maq­la bəy­li­yin müs­tə­bi­də qar­şı ha­zır­lan­mış pla­nın­dan xə­bər­siz olan İs­mə­tin və qis­mən də Mux­tar bə­yin xa­rak­ter xü­su­siy­yət­lə­ri açı­lıb gös­tə­ril­miş­di. "Və­tən, ya­xud Si­list­rə" əsə­rin­də ol­du­ğu ki­mi, bu pyes­də də qüv­vət­li xa­rak­ter­lər, hə­yə­can­lı ha­di­sə­lər, psi­xo­lo­ji mə­qam­lar güc­lü idi. Bu­ra­da­kı xa­rak­ter­lər, konf­likt, dil müəl­lif tə­rə­fin­dən ba­ca­rıq­la iş­lən­miş­di.
"Gül­ni­hal" pye­si Azər­bay­can teat­rın­da "İn­ti­qam" və "Qap­lan pa­şa" ad­la­rı ilə də oy­na­nıl­mış­dır.
"Em­pe" im­za­lı bir müəl­li­fin "A­zər­bay­can" (14 mart 1920-ci il) qə­ze­tin­də rus­ca çap et­dir­di­yi bir ya­zı­da oxu­yu­ruq: "Üç gün bun­dan qa­baq Döv­lət trup­pa­sı­nın ar­tist­lə­ri… akt­ri­sa Li­za­nın be­ne­fi­si­nə oy­nan­mış ye­ni dra­ma­da baş rol­lar­da çı­xış edən A.M.Şə­rif­za­də - Mux­tar bəy, Sid­qi Ru­hul­la - Qap­lan pa­şa, A.O­lens­ka­ya - Gül­ni­hal, Y.O­lens­ka­ya - İs­mət öz oyun­la­rı ilə xü­su­sən par­laq xa­rak­ter­lər ya­rat­dı­lar".
Na­miq Ka­ma­lın ai­lə-məi­şət möv­zu­sun­da yaz­dı­ğı "Za­val­lı co­cuq" pye­si də 1908-ci il­dən son­ra Azər­bay­can teat­rın­da tez-tez oy­na­nı­lan ta­ma­şa­lar­dan idi. Əsər sa­də bir sü­jet ət­ra­fın­da qu­rul­muş­du. Xə­lil bəy ye­tim qal­mış qar­da­şı oğ­lu Ata­nı öz evi­nə gə­ti­rib tər­bi­yə­si ilə məş­ğul olur. Ata 19 ya­şı­na ça­tan­da Xə­lil bə­yin qı­zı Şə­fi­qə­nin də 14 ya­şı ta­mam olur. Şə­fi­qə Ata­ya xü­su­si hör­mət və eh­ti­ram­la ya­na­şır. On­la­rın ara­sın­da güc­lü bir mə­həb­bət ya­ra­nır. Şə­fi­qə­nin ana­sı qı­zı­nın Ata­ya olan mə­həb­bə­ti­ni ötə­ri bir hiss he­sab edir. Müəy­yən sə­bəb­lər­dən onu döv­lət­li bir nə­fə­rə ərə ver­mə­yi la­zım bi­lir. Bu­na dö­zə bil­mə­yən Şə­fi­qə və­rəm xəs­tə­li­yi­nə tu­tu­lur. Şə­fi­qə­nin ölüm anın­da ol­du­ğu­nu gö­rən Ata bəy zə­hər içir. Hər iki gənc be­lə­cə məhv olur­lar.
Gö­rün­dü­yü ki­mi, bu­ra­da iki se­vən gənc ara­sın­da­kı sev­gi hiss­lə­ri və va­li­deyn­lə­rin du­yum­suz­lu­ğu üzün­dən bu mə­həb­bə­tin məhv ol­ma­sı qə­lə­mə alın­mış­dı. Ai­lə-məi­şət möv­zu­sun­da ya­zıl­mış bu pyes­də də Na­miq Ka­mal doğ­ru yaz­mış­dı ki, "…Na­miq Ka­mal ib­ti­dai de­yil, əzə­li­dir, ya­xud Ho­mer ki­mi, Ver­gi­li ki­mi ib­ti­dai­dir. Dan­te ki­mi, Şeks­pir ki­mi, Hü­qo ki­mi Ka­mal da bir da­hi­dir. Ədə­biy­yat­da ye­ni­lik-köh­nə­lik yox­dur, qa­nu­nauy­ğun­luq var­dır".
"Za­val­lı co­cuq" Azər­bay­can teat­rın­da ilk də­fə azər­bay­can­lı dra­ma­turq Sə­ki­nə xa­nım Axund­za­də­nin (Mir­zə Hey­bət qı­zı. 1865-1925) tər­cü­mə­si əsa­sın­da Əbül­fət Və­li Və­li­ye­vin re­jis­sor­lu­ğu ilə ta­ma­şa­ya qo­yul­muş, Ata bəy ro­lu­nu Hü­seyn Ərəb­lins­ki bö­yük mə­ha­rət­lə ifa et­miş­di. Əbül­fət Və­li Xə­lil bəy ro­lun­da çı­xış et­miş­di. Azər­bay­can akt­yor­la­rı bu əsə­ri qast­ro­la get­dik­lə­ri hər yer­də ta­ma­şa­çı­la­ra gös­tər­miş­di­lər. Hü­seyn Ərəb­lins­ki­nin Kras­no­vodskda gös­tər­di­yi "Za­val­lı co­cuq" ta­ma­şa­sı haq­qın­da mət­buat­da ya­zıl­mış­dı: "…Ə­rəb­lins­ki əfən­di­nin təh­ti sa­yə­sin­də… Na­miq Ka­mal bə­yin 3 pər­də­li "Za­val­lı co­cuq" əsə­ri oy­na­nıl­dı… Ha­mı öz ro­lu­nu çox diq­qət­lə və ix­ti­had­la mey­da­na gə­tir­di­lər. Zal do­lu idi… Ha­mı oyun­dan çox məm­nun olub tə­sir­lən­di­lər… Ta­ma­şa oy­na­nı­lan­da türk­mən­lər bir-bi­ri­nə ba­xıb öz­lə­ri­nin yed­di-sək­kiz ya­şın­da­kı qız­la­rı­nı qırx-əl­li yaş­lı qo­ca­la­ra ve­rib cə­bir və zülm et­dik­lə­ri­ni çox yax­şı dü­şü­nüb: - "Ay qar­daş, bu, oyun ol­sa da, ol­muş və ola­caq iş­lə­ri gös­tər­mək­də­dir", - de­yir­di­lər". ("E­dil" qə­ze­ti, 25 no­yabr, 1911-ci il).
1911-ci il­dən baş­la­ya­raq Azər­bay­can akt­yor­la­rı Na­miq Ka­ma­lın "Qa­ra Və­li" ("Ək­bər şah Hin­di") pye­si­ni də ta­ma­şa­çı­la­ra gös­tər­miş­di­lər. 1876-cı il­də həbs­xa­na­da ikən yaz­dı­ğı bu əsə­rin­də müəl­lif baş­qa əsər­lə­rin­dən fərq­li ola­raq Hin­dis­tan hə­ya­tın­dan bəhs et­miş­di. Bu­ra­da Hin­dis­ta­nın sa­ray mü­hi­ti, ora­da baş ve­rən əda­lət­siz­lik­lər, zülm, xal­qın ba­şı­na gə­ti­ri­lən mü­si­bət­lər beş pər­də­lik fa­ciə jan­rın­da gös­tə­ril­miş­di. Cə­lil Bağ­dad­bə­yo­vun tər­cü­mə­si əsa­sın­da oy­na­nı­lan bu ta­ma­şa­da Cə­lil Bağ­dad­bə­yov (Əmir Ax­sıd), Məm­məd bəy Sa­dıq­bə­yov (Hind im­pe­ra­to­ru), H.Kö­çər­li (Xos­rov Mir­zə), Gö­yər­çin (Göv­hər), Xa­nım Qa­zı­za­də (Bəh­rə­vər­ba­nu) ro­lun­da çı­xış et­miş­di­lər.
Nə­ti­cə eti­ba­ri­lə de­mək olar ki, Na­miq Ka­mal bə­yin pyes­lə­ri 1920-ci il çev­ri­li­şin­dən əv­vəl Azər­bay­can akt­yor­la­rı­nın du­ya­raq, bö­yük hə­vəs və şövq­lə oy­na­dıq­la­rı əsər­lər­dən ol­muş­lar. Bu pyes­lər Azər­bay­can teat­rı­nın ümu­mi ya­ra­dı­cı­lıq in­ki­şa­fı­na müs­bət tə­sir gös­tər­di­yi ki­mi, səh­nə us­ta­la­rı­mı­zın janr və üs­lub ax­ta­rış­la­rı­na da yar­dım­çı ol­muş­dur.