Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Ziyadxan ƏLİYEV
SÜSLƏNMIŞ RƏNGLƏRIN POETIKASI


Zemfira SƏFƏROVA
FƏ­TUL­LAH ŞİR­VA­Nİ VƏ ONUN
"MU­Sİ­Qİ MƏ­CƏL­LƏ­Sİ" Rİ­SA­LƏ­Sİ


S.ƏLƏKBƏR
SAR­VAN VƏ "KAR­VAN"


Gövhər HÜSEYNOVA
MƏ­NA­LI ALİM ÖM­RÜ


Rüfət AĞAZADƏ
MÜASIR MƏRHƏLƏDƏ TIKINTI, MEMARLIQ VƏ ŞƏHƏRSALMA SIYASƏTILƏ BAĞLI PROBLEMLƏR


Arzu QULIYEVA
FİK­RƏT ƏMİ­RO­VUN SİM­FO­NİK MU­ĞAM­LA­RI


Könül ƏLİYEVA
ÇAĞ­DAŞ AZƏRBAYCAN TEATRININ DÜNYA TEATR PROSESINƏ INTEQRASIYASI VƏ AVANQARD TEATR PRINSIPLƏRI


Nuranə SƏLIMLI
XVIII-XIX ƏSR AZƏRBAYCAN YAŞAYIŞ EVLƏRININ DEKORATIV TƏRTIBATI


Nəzakət AZƏR
S.BƏHLULZADƏNIN XEYIR-DUA VERDIYI RƏSSAM


Gülnarə KƏRİMOVA
NAMİQ KAMAL VƏ AZƏRBAYÇAN TEATRI


Reza Cudi CABBARI
BMA-NIN VO­KAL İFA­ÇI­LIQ
PE­DA­QO­Jİ TA­Rİ­Xİ­NƏ BİR NƏ­ZƏR


Mehriban NOVRUZOVA
AZƏRBAYCAN RƏSSAMLIĞINDA QADIN OBRAZI


ƏLƏKBƏR QASIMOV
GÜRCÜ DRAMATURGIYASI NAXÇIVAN TEATRINDA


Təranə ƏLİYEVA
QANUN MUSIQI ALƏTI MINIATÜRLƏRDƏ


Ağahüseyn ANATOLLUOĞLU
MUĞAM ELMI MƏNBƏLƏRDƏ


Dəniz ƏHMƏDOVA
HÜSEYN CAVID IRSININ QORUNMASI VƏ TƏBLIĞINDƏ XATIRƏ EV
MUZEYLƏRININ ROLU


Kamil ƏFSƏROĞLU
BIR FILMIN TARIXÇƏSI


Vəfa MÜHACİROVA
KLASSIK RUS DRAMATURGIYASI SUMQAYIT TEATRININ SƏHNƏSINDƏ


Oqtay RZA
BIR MANAF DAYI VARDI…


MİNİATÜR
 

Təranə ƏLİYEVA
QANUN MUSIQI ALƏTI MINIATÜRLƏRDƏ


 

Orta yüzilliklərdə şairlərin divanlarına – iri həcmli poemalarına miniatür çəkmək ənənəsi geniş yayılmışdı. Miniatürlər əsərləri illüstrasiya etməklə yanaşı. Həm də rəssamın öz zamanında mövcud olmuş şəraitin bədii təsviri baxımından müstəsna əhəmiyyətə malikdir. Bu miniatürlərdə biz zalqın etnoqrafiyasını ictimai-siyasi vəziyyətin durumunu, təbiəti, memarlıq abidələrini və çalğı alətlərinin təsvirlərini əyani görməklə o dövr haqqında canlı təsəvvürlərimiz formalaşır. Miniatürlərdə təsvir olunan qanun aləti bir qayda olaraq, şah saraylarındakı büsatlara həsr olunmuş təsvirlərdə görünür. Əbdülqasım Firdövsi Tusinin «Şahnamə», Nizami Gəncəvinin «Xəmsə», Əlişir Nəvainin divanı və «Xəmsə»sinə çəkilən miniatürlər bu baxımdan diqqəti cəlb edir.
Nizami Gəncəvinin «İskəndərnamə» poemasına Buxarada 1571-72-ci illərdə çəkilən miniatür bu baxımdan maraqlıdır. Şərti olaraq İskəndər və Rəksanə (Roksana) adlanan miniatürdə İskəndərin şah taxtında əyləşərək ətrafında məclis təşkil etməsi təsvir olunub. Burada müxtəlif musiqi alətləri ifaçıları ilə yanaşı qanun çalan qız da əks olunub. Başında çalma tipli baş örtüyü, uzun mili libas geymiş ifaçı qız bardaş qurub əyləşib, qanunu dizləri üzərində saxlayıb hər iki əlinin barmaqları ilə simlərə toxunarkən təsvir edilmişdir. Müasir qanunla müqayisədə bu alət həcmcə kiçikdir. Simlərin sayı da qismən azdır.
Nizami Gəncəvinin «Xəmsə»sinə Orta Asiyada çəkilən miniatürlərin böyük əksəriyyəti günümüzədək gəlib çatmışdır. Bu miniatürlərdə təsvir olunan obrazlar antropoloji cəhətdən Orta Asiya tipinə xas cizgilərlə göstərilmişdir. Buxara miniatür məktəbinə məxsus bir miniatür araşdırılan mövzu ilə əlaqədar çox maraqlıdır. Hicri 1058-ci il, miladi 1648-ci ildə rəssam Muhamməd Nukin tərəfindən çəkilmiş bu miniatür N.Gəncəvinin «Həft peykər» («Yeddi gözəl») poemasından «Çin qızının dastanı»na illüstrasiyadır. Tədqiqatçıların şərti olaraq «Bəhram Gur Sarı sarayda» adlandırdıqları bu miniatür kompozisiya quruluşuna görə çox maraqlıdır. Poemanın məzmunundan bilirik ki, anası türk qızı olduğu üçün «Türkzad» adlandırılan və müəmmalı şəkildə yoxa çıxan Sasani sülaləsi şahlarından biri Bəhram Gur dünyanın yeddi iqlim padşahlarının yeddi gözəl qızı ilə evlənib. Onlar üçün yeddi səyyarəyə uyğun olaraq, yeddi rəngdə saray tikdirir. Fars dilindəki «peykər» sözü həm səyyarə, həm də gözəl mənalarını ifadə edir. Şərq kosmologiyasında hər səyyarə həftənin bir gününü himayə edir və eyni zamanda bir iqlimə müvafiqdir. Çin qızının «Xeyir və Şər» mövzusunda danışdığı nağılın ümumi ovqatına uyğun çəkilmiş miniatür kompozisiya baxımından maraqlı işlənmişdir. Miniatür yuxarı, orta, aşağı olmaq şərti ilə üç hissəyə ayrılır.
Yuxarı hissə miniatürün üçdə birini təşkil edir. Burada Bəhram Çin şahzadəsi ilə birgə əyləşmiş şəkildə təsvir olunmuşdur. Günəşi təmsil edən sarı rəngli saray daha işıqlı görünsün deyə, rəssam saraydan kənar təbiəti qaranlıqla vermişdir. Göydə buludlar və işaran ulduzlar görünməkdədir. Sərv və palıd ağaclarının gecə işığında tünd siluetləri miniatürə xüsusi cazibə verir. Yuxarı hissənin sağ küncündəki hücrədə əyləşən kəniz əmrə müntəzir halda öhdəsinə düşən işi gözləməkdədir. Miniatürün aşağı hissəsi pilləkəndən ibarətdir və bir qədər hündürə qalxmış məqam xüsusi şəbəkə ilə işlənmişdir. Bu onu göstərir ki, hər bir kəs istəsə pilləkənlərlə orta mərtəbəyə qalxa bilər. Şah məqamı olan yuxarı hissə isə tünd şəbəkə ilə işlənmiş ciddi arakəsmə – sərhəd göstəricisi olmaqla yasaq işarəsini xatırladır. Miniatürün orta hissəsində həyat qaynayır. Üç pəncərə və qapıdan ibarət orta hissədə altı fiqur yerləşmişdir. Fiqurların hamısı qadındır. Sol tərəfdəki qapı ağzında üç fiqur: rübab və qaval çalan iki musiqiçi əyləşib, başları üstündə isə ayaqda duran müğənni qız təsviri var. Müğənni qızın mimikasından onun mahnı oxuduğunu təyin etmək mümkündür. Miniatürün sağ tərəfindəki qapıda iki qadın fiqurunun təsviri var. Onlardan biri, əlində sini üzərinə aşırılmış sərpuş tutub. Sərpuşun içində təzəcə hazırlanmış ətirli, isti plov var. Qapının ağzında isə musiqidən məst olan, əlində şərab kuzəsi tutan kəniz təsvir edilmişdir. Onların hər ikisi şahın hüzuruna doğru yönəlməkdədir.
Orta qapının qarşısında üçüncü musiqiçi, qanun ifaçısı təsvir olunmuşdur. Əyləşib qucağında yatıq simli aləti tutan qadın itaçı, hər iki əlinin barmaqları ilə gərilmiş simlərə toxunmaqdadır. XVII yüzilliyin rəssamı olan Muhamməd Mukin öz zamanına uyğun gördüyü qanun alətinin təsvirini ustalıqla vermişdir. İki tərəfi 90 dərəcəlik bucaq şəklində yeşik formasında olan bu qanun qanadvari quslilərin formasına çox oxşayır. Qanun ifaçısı hər iki əlinin barmaqlarını orta registrdə. Bir sim üzərində gəzdirir. Zənnimizcə, bu tremola ifasıdır. Rübab çalan qız da sol əlinin barmaqlarını alətin bəm pərdələri üzərində gəzdirməkdədir. Müğənniyə baxmaqla rna sanki ayaq verir. İfaçılar fəlsəfi bir həzin mahnının ifasını canlandırmaqdadırlar.
Şaha təam aparmalı olan iki kəniz mahnının təsirindən o qədər mütəəssir olmuşlar ki, öz işlərini görməyə tələsmədən durub mahnını dinləyirlər. Rübab, qaval və qanunun səslərini insan avazı tamamlayır və xoş təranə ilə həm aşağıda duran kənizləri, həm də yuxarıda əyləşən şah və şahzadəni məst edib, dünyanın Xeyir və Şər vəhdətindən ibarət olduğu haqda hekayət söyləyir.
Nizami Gəncəvinin «Xəmsə»sinə, Əmir şahı «Divan», XV yüzillikdə çəkilən bir miniatür də çox maraqlıdır. Miniatürün kənarları təzhib sənəti ilə süslənmişdir. Ornamental friz (lent) şəklində olan düzbucaqlı təzhib bütün miniatür boyu sərçivə effekti yaradır. Əlində balaca cam tutmuş hökmdar ona sarı uzadılan isti qəhvədana hərdənbir müraciət edir. Yay vaxtında əyləşən şah dərin fikirlərə qərq olmuşdur. Diqqəti çəkən tək və solo çalan qanun ifaçısının təsviridir. Başında qızılbaş papağı olan ifaçı qanadvari qusliyə bənzəyən qanun alətini ifa etməkdədir. İfaçının sağ əli orta, sol müşayiətçi əli isə bəm registrdə təsvir edilmişdir. Miniatürdəki ovqat həzin təranə ifasından xəbər verir. Alətin quruluşu iki tərəfdən düzbucaq şəklində olan royal formasındadır, və aşıqları aydın sezilir. Üzərindəki simlərin bağırsaqdan çəkilməyi yəqindir. Təsvirdəki altı fiqurun başında qızılbaş papağı var. Miniatürün Səfəvi dövrünə aid olduğuna heç bir şübhə yoxdur. Kəmaləddin Behzadın əsəri olduğuna ehtimalı çoxaldır.
Qanun musiqi aləti miniatür təsvirlərdə o qədər də çox deyil. Bununla belə təsvirlərdən onun təkamülü haqqında canlı təsəvvürlər yaradır.
Nizami ədəbi məktəbinin davamçısı Əmir Xosrov Dəhləvinin külliyyatına çəkilmiş miniatür çox maraqlıdır. Xəttat şah Muhəmməd Əl-Katibin gözəl nəstəliq xətti miniatürü daha da cazibədar göstərir. Şiraz miniatür məktəbinə aid edilən bu əsərin 1570-80-ci illərdə çəkilməsi ehtimal olunur. Tədqiqatçıların şərti olaraq «İskəndərin təbiət qoynunda əylənməsi» adlandırılan miniatür çoxfiqurludur.
Miniatürün yuxarı hissəsində uca sıldırım dağlar, meşələr təsvir edilmişdir. Hündürlüyü göstərmək üçün rəssam qayaların ağ bulud təsvirləri vermişdir. Dörd lövhədə nəstəliq xətti ilə Əmir Xosrov Dəhləvinin «İskəndərnamə»sindən farsca beytlər yazılmışdır. Orta hissədə iki çadır qurulmuşdur. Çadırların birinin ön hissəsi, digərinin isə arxa hissəsi tamaşaçıya tərəfdir. Külək vurmasın deyə, həm də bir sərhəd kimi arakəmsə pərdə düzəldilmişdir. Üzərinə palaz çəkilmiş bu arakəsmə tamaşaçının gördüyü səhnəni də başqalarının gözündən görünməz edir. Ümumilikdə, miniatürdə 25 insan təsviri verilmişdir. İskəndərdən başqa bütün insan təsvirlərindəki surətlər qadındır.
Miniatürün sol küncündə ayaq üstə durmuş üç mühafizəçi kəniz təsvir edilmişdir. Onlar sanki şah çadırında təhlükəsizliyi qorumaq üçün döyüşçü sakitliyi ilə nə isə gözləməkdədirlər. Miniatürün sağ küncündə dörd kəniz təsviri çəkilmişdir. Kənizlərin ikisi əyləşmiş, ikisi ayaq üstədir. Əyləşən kənizlər süfrə üçün təam hazırlaırlar. Ayaq üstdəkilər isə şahın hüzuruna gəlməyə fürsət gözləyirlər. Rəssam çadırın bir divarını açmış və səhnə şəklində çadırın içini tam təfərrüatı ilə göstərmişdir. Külək şahın qarşısındakı süfrənin kənarlarını qaldırdığından və meyvələrin bolluğundan məclisin payız fəslinə təsadüf etdiyini görmək mümkündür. İskəndər şərqlilərə məxsus geyimdə çartabağı əyləşmiş şəkildə təsvir olunmuşdur.
Türk xalqlarına məxsus adətə görə ovlanmış dağ keçisinin baş taksidermiyası (müqəvvası) otağın ən görməli yerindən asılır. Bu baharın, xoş gün-güzəranın, bolluğun rəmzi kimi qəbul edilir. Nüşabənin sarayı anlamına gələn bu təsvirdə, Nüşabə meyvə dolu tabağı İskəndərə tərəf uzadır. İskəndər bir əlini dizinin üstünə qoyub, digər əlinin hərəkəti ilə ona nə isə anlatmaq istəyir. Nüşabənin arxasında əlində meyvə tabağı tutan kəniz hazır durmuşdur. Kompozisiyaya baxanda şərti üçbucaq sırasında on beş fiqur nəzəri cəlb edir. Ön hissədə altı və sol tərəfdə dörd, sağ tərəfdə isə beş fiqur miniatürdə elə oturdulub ki, kompozisiyaya baxanda onu hərəkətdə görürsən. Xüsusən ön planda iki rəqqasə təsviri bu miniatürün ekspressivliyini artırır. Musiqinin təsiri ilə onlar ekstaz halındadır. Miniatürdə təsvir olunan meyvələrin hamısı nardır. Həm çöldən, həm də dənələrinə görə qırmızı rəngdə olan nar İskəndərin qan tökməyindən, Nüşabənin bol sərvətli olduğundan xəbər verir. Nar Yaxın Şərqdə bolluq rəmzidir. Miniatürün sağ küncündə kamança, qanun, qaval, məzhər və çəng çalan musiqiçilərlə yanaşı, sağ və sol küncdə əyləşən üç-üç olmaqla, altı kəniz xor və növbə ilə solo oxuyurlar.
Miniatürün sol küncündə əyləşən qarı bir konsertmeyster kimi həm rəqqasələrə, həm sazəndələrə, həm də müğənnilərə göstərişlər verir. Tədqiq etdiyimiz mövzuya uyğun olaraq, qanun ifaçısının təsvirini xüsusi göstərməliyik.
Miniatürün sağ, ən son küncündə əyləşmiş qadın ifaçı, qanunu dizləri üstünə almışdır. Yarımdairəvi şəkildə olan bu qanın öz quruluşu baxımından maraq doğurur. Alətin aşıqları təxmini hesablamaya görə 3 tağlı olaraq, bu alətin 42 simi vardır. Körpü formalı kiçik xərək çox aydın görünür. İfaçı hər iki əlinin barmaqları ilə təxminən orta və zil registrdə oktava ifası təsəvvürü yaradır. Fikrimizi sübut etmək üçün çəng çalanın barmaqlarına baxsaq, o da bəm və zil registrdə oynaq bir havanın müşayiətçi rolunu icra edir.
Rəqqasələr üzü çalğıçılara tərəf rəqslərini oynayırlar. Rəqqasələrin biri qırmızı, digəri isə göy rəngdə paltar geyinib. Bu rənglərin rəmzi mənası gecə-gündüz, şadlıq və yas anlamına gəlir. Altı müğənni və bir konsertmeyster həftənin günlərini, beş çalğıçı isə insanın duyğu üzvünü simvolizə edir. Miniatürdə rəssam adi məişət təsviri deyil, hikmətli bir həyat lövhəsi yaratmışdır.