Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Ziyadxan ƏLİYEV
SÜSLƏNMIŞ RƏNGLƏRIN POETIKASI


Zemfira SƏFƏROVA
FƏ­TUL­LAH ŞİR­VA­Nİ VƏ ONUN
"MU­Sİ­Qİ MƏ­CƏL­LƏ­Sİ" Rİ­SA­LƏ­Sİ


S.ƏLƏKBƏR
SAR­VAN VƏ "KAR­VAN"


Gövhər HÜSEYNOVA
MƏ­NA­LI ALİM ÖM­RÜ


Rüfət AĞAZADƏ
MÜASIR MƏRHƏLƏDƏ TIKINTI, MEMARLIQ VƏ ŞƏHƏRSALMA SIYASƏTILƏ BAĞLI PROBLEMLƏR


Arzu QULIYEVA
FİK­RƏT ƏMİ­RO­VUN SİM­FO­NİK MU­ĞAM­LA­RI


Könül ƏLİYEVA
ÇAĞ­DAŞ AZƏRBAYCAN TEATRININ DÜNYA TEATR PROSESINƏ INTEQRASIYASI VƏ AVANQARD TEATR PRINSIPLƏRI


Nuranə SƏLIMLI
XVIII-XIX ƏSR AZƏRBAYCAN YAŞAYIŞ EVLƏRININ DEKORATIV TƏRTIBATI


Nəzakət AZƏR
S.BƏHLULZADƏNIN XEYIR-DUA VERDIYI RƏSSAM


Gülnarə KƏRİMOVA
NAMİQ KAMAL VƏ AZƏRBAYÇAN TEATRI


Reza Cudi CABBARI
BMA-NIN VO­KAL İFA­ÇI­LIQ
PE­DA­QO­Jİ TA­Rİ­Xİ­NƏ BİR NƏ­ZƏR


Mehriban NOVRUZOVA
AZƏRBAYCAN RƏSSAMLIĞINDA QADIN OBRAZI


ƏLƏKBƏR QASIMOV
GÜRCÜ DRAMATURGIYASI NAXÇIVAN TEATRINDA


Təranə ƏLİYEVA
QANUN MUSIQI ALƏTI MINIATÜRLƏRDƏ


Ağahüseyn ANATOLLUOĞLU
MUĞAM ELMI MƏNBƏLƏRDƏ


Dəniz ƏHMƏDOVA
HÜSEYN CAVID IRSININ QORUNMASI VƏ TƏBLIĞINDƏ XATIRƏ EV
MUZEYLƏRININ ROLU


Kamil ƏFSƏROĞLU
BIR FILMIN TARIXÇƏSI


Vəfa MÜHACİROVA
KLASSIK RUS DRAMATURGIYASI SUMQAYIT TEATRININ SƏHNƏSINDƏ


Oqtay RZA
BIR MANAF DAYI VARDI…



 

Arzu QULIYEVA
FİK­RƏT ƏMİ­RO­VUN SİM­FO­NİK MU­ĞAM­LA­RI


 

Gör­kəm­li bəs­tə­ka­rı­mız Fik­rət Əmi­ro­vun Azər­bay­can mu­si­qi ta­ri­xin­də si­lin­məz iz­lə­ri var­dır. Ge­niş ya­ra­dı­cı­lıq dia­pa­zo­nu­na ma­lik bir bəs­tə­kar olan Fik­rət Əmi­rov müx­tə­lif janr­lar­da sa­hə­sin­də iş­lə­yib, mu­ğam­la­rın­sa onun ya­ra­dı­cı­lı­ğın­da müs­təs­na rol oy­na­dı­ğı da­nıl­maz­dır, onun, bu jan­rın (yə­ni, sim­fo­nik mu­ğam jan­rı­nın) ya­ra­dı­cı­sı ol­ma­sı tə­sa­dü­fi de­yil. Bəs­tə­ka­rın ya­ra­dı­cı­lı­ğın­da ha­kim möv­qe­yi tu­tan janr­lar - "Se­vil" ope­ra­sı ilə ya­na­şı, biz onun "Ni­za­mi" sim­fo­ni­ya­sı­nı, "A­zər­bay­can" süi­ta­sı­nı, "A­zər­bay­can" kap­riç­çio­su­nu, "Min bir ge­cə" ba­le­ti­ni, "Ni­za­mi","Nə­si­mi" və s. əsər­lə­ri­ni gös­tə­rə bi­lə­rik. Bu əsər­lər sim­fo­nik mu­si­qi­mi­zin qı­zıl fon­dun­da la­yiq­li ye­ri­ni tu­tur. Mu­ğam­la­rın sim­fo­nik­ləş­di­ril­mə­si işi ilə hə­lə 20-ci il­lər­də M. Ma­qo­ma­yev və A. Zey­nal­lı məş­ğul ol­muş­lar. On­lar mu­ğam­lar­dan bir mu­si­qi epi­zo­du ki­mi is­ti­fa­də et­miş­lər.
Qeyd olun­ma­lı­dır ki, mu­ğam­lar­dan sim­fo­nik əsər­lər­də si­tat şək­lin­də is­ti­fa­də­si­ni 40-cı il­lər­də ya­ra­dı­cı­lı­ğa baş­la­mış, ye­ni nə­sil Azər­bay­can bəs­tə­kar­la­rı ger­çək­ləş­dir­miş­lər.
Sim­fo­nik mu­ğam jan­rı­nın ya­ra­dı­cı­sı isə gör­kəm­li bəs­tə­ka­rı­mız Fik­rət Əmi­rov ol­muş­dur. Ye­ri gəl­miş­kən bir mə­sə­lə­ni də qeyd edək ki, sim­fo­nik mu­ğam­la­rın ya­zıl­ma­sı ide­ya­sı­nı bəs­tə­ka­ra bö­yük mü­ğən­ni­miz Bül­bül töv­si­yə et­miş­dir.
F.Əmi­rov sim­fo­nik mu­si­qi sa­hə­sin­də no­va­tor­lu­ğu bu­nun­la bağ­lı­dır ki, o, dün­ya­da ana­lo­qu ol­ma­yan mu­ğa­mın for­ma qa­nu­nauy­ğun­luq­la­rı əsa­sın­da ori­ji­nal sim­fo­nik mu­ğam jan­rı­nı ya­ra­dıb. Mu­ğa­mın te­ma­tiz­mi bu­ra­da sim­fo­nik in­ki­şa­fa qo­vu­şur. Mu­ğam mo­de­li sax­la­nı­lır, mu­si­qi da­xi­lən ye­ni­lə­şir, san­ki xalq xa­nən­də­lə­ri tə­rə­fin­dən ifa olu­nan mu­ğa­ma ye­ni hə­yat ve­ri­lir. Be­lə­lik­lə, Fik­rət Əmi­rov "Sim­fo­nik mu­ğam­la­rı" ilə dün­ya sim­fo­niz­min­də ye­ni ma­gist­ra­lı - "Şərq sim­fo­niz­mi"­ni aç­dı. Bu ter­min M. Ya­rus­tovs­ki­yə məx­sus­dur.
Fik­rət Əmi­rov mu­ğam sə­nə­ti­nin vur­ğu­nu­dur, mu­ğam onun üçün sə­nət idea­lı­dır. O, mu­ğa­mın sim­fo­nik mu­ğam­da də­yər­li cə­hət­lə­ri­ni müa­sir or­kest­rin tex­ni­ki və emo­sio­nal va­si­tə­lə­ri ilə zən­gin­ləş­di­rir və ya­ra­dı­cı­lıq süz­gə­cin­dən ke­çi­rə­rək xal­qa qay­ta­rır. Xalq mu­si­qi sə­nə­ti ənə­nə­lə­ri­nin qo­ru­yu­cu­su ki­mi çı­xış edən bəs­tə­ka­rı­mız mu­ğam şö­bə­lə­ri­nin növ­bə­ləş­mə­si prin­si­pi­nə ria­yət edir( bə­zi ix­ti­sar­lar­la).
Mu­ğa­mı bir janr ki­mi əv­vəl­cə­dən "proq­ram­laş­mış" bir şə­kil­də iş­lə­mək çox ori­ji­nal və çə­tin bir iş idi. Bu işin öh­də­sin­dən Fik­rət Əmi­rov şox mə­ha­rət­lə gəl­miş­dir.
F. Əmi­rov 3 sim­fo­nik mu­ğa­mın: "Şur", "Kürd- ov­şa­rı" və "Gü­lüs­ta­ni Ba­ya­tı-Şi­raz" sim­fo­nik mu­ğam­la­rı­nın ya­ra­dı­cı­sı­dır. Bu sa­da­la­dı­ğı­mız mu­ğam­lar­dan iki­si­nin üzə­rin­də da­ya­na­ca­ğıq. "Şur" və "Kürd- ov­şa­rı" sim­fo­nik mu­ğam­la­rı məz­mun­ca bir-bi­ri­lə bağ­lı olub(1948), du­lo­gi­ya təş­kil edir. Du­lo­gi­ya­da "Şur" apa­rı­cı, müəy­yə­ne­di­ci yer tu­tur, "Kürd- ov­şa­rı" isə ona ta­be və­ziy­yət­də­dir, "Şur­"un da­va­mı ki­mi şərh edi­lib. Gör­kəm­li bəs­tə­ka­rı­mız du­lo­gi­ya­nın his­sə­lə­rin­də müm­kün qə­dər ümu­mav­ro­pa sim­fo­nik tə­fək­kür tər­zi üçün xa­rak­ter olan üsul­lar­dan is­ti­fa­də edib.
"Şur" sim­fo­nik mu­ğa­mı dəst­gah qu­ru­luş­lu mu­ğam­lar şək­lin­də imp­ro­vi­za­si­ya­lı və də­qiq vəzn­li böl­mə­lər­dən təş­kil olu­nub. Bu­ra­da rəqs­va­ri, li­rik, dra­ma­tik, epik löv­hə­lər bir-bi­ri­lə növ­bə­lə­şir. Fik­rət əmi­rov "Şur" mu­ğam dəst­ga­hı­nı de­mək olar ki, əsa­sən bü­töv­lük­lə sim­fo­nik mu­ğam­da sax­la­mış­dır. (la­kin müəy­yən ya­ra­dı­cı­lıq prin­si­pıə­ri ilə). Sim­fo­nik mu­ğam­da ey­ni ad­lı mu­ğam dəst­ga­hın­dan han­sı kom­po­nent­lər gö­tü­rül­müş­dür?
Bi­rin­ci - bu­ra­da sər­bəst imp­ro­vi­zə sə­ciy­yə­li mu­ğam şö­bə­lə­ri mah­nı-rəqs qu­ru­luş­lu şö­bə­lər­lə, yə­ni təs­nif və rəng­lər­lə ar­dı­cıl­la­şır.
Hət­ta Fik­rət Əmi­rov - "Ay qa­da­sı" və "Ev­lə­ri var xa­nə-xa­nə" li­rik xalq mah­nı­la­rın­dan sim­fo­nik mu­ğam­lar­da təs­nif ki­mi is­ti­fa­də et­miş­dir.
I­kin­ci - "Şur­"un ənə­nə­vi dəst­gah səp­ki­li qu­ru­lu­şu sim­fo­nik mu­ğam­da ey­ni­lə sax­la­nıl­mış­dır.
Ü­çün­cü - mu­ğam şö­bə­lə­ri üçün xas olan va­ria­si­ya­lı in­ki­şaf pri­yo­mu sim­fo­nik mu­ğam­da da öz dol­ğun tə­cəs­sü­mü­nü ta­pib. Fik­rət Əmi­ro­vun sim­fo­nik mu­ğam­la­rı ay­rı-ay­rı tə­zad­lı şö­bə­lər­dən iba­rət ola­raq, cid­di sil­si­lə- dəst­gah for­ma­sı­nı ya­ra­dır.
Xa­nən­də­lər tə­rə­fin­dən ifa olu­nan şi­fa­hi ənə­nə­li "Şur" mu­ğa­mın­da bu şö­bə­lər var: Bər­daşt, Ma­yə, Zə­min-xa­rə, Şur-Şah­naz, Ba­ya­tı-Qa­car, Şi­kəs­te­yi-Fars, Si­ma­yi-Şəms, Hi­caz, Sa­rənc, Ni­şi­bi-Fə­raz.
Fik­rət Əmi­rov isə sim­fo­nik mu­ğam­da əsas şö­bə­lər­dən is­ti­fa­də edir: Şur, Şur-Şah­naz, Ba­ya­tı, Əraq, Si­ma­yi-Şəms.
Bun­la­rın ara­sın­da təs­nif və rəng­lə­rin me­lo­di­ya­la­rı da ve­ri­lir.
"Şur" sim­fo­nik mu­ğa­mı­nın mu­si­qi­li - ob­raz­lı məz­mu­nu­nu əsa­sən li­ri­ka təş­kil edir. "Şur" sim­fo­nik mu­ğa­mı əzə­mət­li xa­rak­ter­li mü­qəd­di­mə ilə baş­la­yır. Xa­nən­də­lə­ri­miz ona Bər­daşt de­yir­lər.
"Şur"­da mü­qəd­di­mə­nin in­to­na­si­ya­la­rın­da baş­lan­ğıc və ka­den­si­ya­lı ifa­də­lə­rin ro­lu ol­duq­ca əhə­miy­yət­li­dir.
Mü­qəd­di­mə­dən son­ra gə­lən əsas böl­mə (mu­ğam ifa­cı­lı­ğın­da ona Ma­ye­yi- Şur de­yi­lir) mü­qəd­di­mə­nin kul­mi­na­si­ya nöq­tə­sin­dən baş­la­nır.
Be­lə­lik­lə, müəy­yən mə­sa­fə­də, zən­cir­va­ri in­to­na­si­ya əla­qə­si ya­ra­dı­lır.
Ən əv­vəl li­tavr­la­rın zərb­lə­ri və kont­ra­bas­la­rın (pit­si­ka­to- yə­ni bar­maq­la) üsu­lu fo­nun­da bas klar­net bu möv­zu­nu da­vam et­di­rir. Möv­zu "Şur " təs­ni­fin­dən gö­tü­rül­müş­dür. Xa­nən­də­lə­rin ifa­sın­da bu təs­nif çox səs­lən­di­ril­miş və ra­dio­nun fon­du­na sa­lın­mış­dır. Son­ra isə möv­zu sim­li alət­lə­rin, qo­bo­yun və nə­ha­yət, bü­tün or­kest­rin ifa­sın­da səs­lə­nir. Mü­qəd­di­mə­nin or­ta his­sə­si isə sərt ko­lo­ri­tii­lə se­çi­lir. Bun­dan son­ra ye­ni­dən bi­rin­ci möv­zu ke­çir. Bu möv­zu tək­cə bir də­fə ifa olu­nur. Bə­zi mu­si­qi­şü­nas­lar hə­min möv­zu­nun bəs­tə­ka­rın özü­nə­məx­sus əla­və­si ol­du­ğu­nu id­dia edir­lər.
Yu­xa­rı­da de­di­yi­miz ki­mi, "Şur" sim­fo­nik mu­ğa­mın­da bəs­tə­kar 2 xalq mah­nı­sı­nın me­lo­di­ya­sın­dan is­ti­fa­də edib. Sim­fo­nik mu­ğa­mın zil şö­bə­si olan Si­ma­yi-Şəms cid­di vəz­nə əsas­lan­mış­dır. Bu zər­bi- mu­ğam "Şur"­da kul­mi­na­si­ya­nı əvəz edir, me­lo­di­ya­nı isə ksi­lo­fon apa­rır.
Be­lə­lik­lə, "Şur" sim­fo­nik mu­ğa­mı iri böl­mə­lər­dən iba­rət süi­ta­ya bən­zə­yir.
F. Əmi­ro­vun Du­lo­gi­ya­nın ikin­ci əsə­ri ki­mi təq­dim et­di­yi "Kürd-Ov­şa­rı" sim­fo­nik mu­ğa­mı zər­bi-mu­ğam üs­lu­bun­da­dır.
Bir növ şi­fa­hi ənə­nə­li pro­fes­sio­nal mu­si­qi­də "Ov­şa­rı"­nı xa­tır­la­dır.
"Kürd-Ov­şa­rı" sim­fo­nik mu­ğa­mı dörd böl­mə­dən iba­rət­dir: Ov­şa­rı, Şah­naz, Kür­di, Maa­ni.
"Kürd-Ov­şa­rı" sim­fo­nik mu­ğa­mın­da yal­nız bir təs­nif me­lo­di­ya­sı var. "Ov­şa­rı"­nın epi­zod­la­rı "Şur"­dan gö­tü­rül­müş­dür. "Şah­naz" böl­mə­si Şur mu­ğa­mı üs­tün­də­dir. Bü­tün "Şah­naz" böl­mə­si­nin ən yük­sək nöq­tə­si Şur mu­ğa­mın­dan alın­mış "Şur- Şah­naz­"ın ma­te­ria­lı əsa­sın­da qu­rul­muş­dur. La­kin bu ma­te­rial bir qə­dər ye­ni­ləş­di­ri­lib, da­ha da ifa­də­li şək­lə sa­lı­nıb.
Bu za­man qo­bo­yun imp­ro­vi­za­si­ya­sı "Şah­naz" böl­mə­si­ni ta­mam­la­ya­raq növ­bə­ti olan "Kür­di" böl­mə­si­nə gə­ti­rir.
Fik­rət Əmi­rov bu me­lo­di­ya­nı son də­rə­cə ko­lo­rit­li şə­kil­də or­kestrləş­di­rə­rək onu da zən­gin­ləş­dir­miş­dir.
Qetd et­mək la­zım­dir ki, "Kür­di" toy me­lo­di­ya­sı­na əsas­la­nan ki­çik bir böl­mə­dir. "Maa­ni" isə zər­bi- mu­ğam­dır. Bu da sim­fo­nik mu­ğam­da son böl­mə­dir. "Maa­ni" bay­ram­sa­ya­ğı marş­dır.
Ko­da isə bu­ra­da bü­tün du­lo­gi­ya­nın in­ki­şaf xət­ti­ni cəm­ləş­di­rə­rək, ob­raz­lı- emo­sio­nal məz­mu­nu­nu son­da bir da­ha təs­diq edir.
Gör­kəm­li sə­nət­ka­rı­mız Qa­ra Qa­ra­yev Fik­rət Əmi­ro­vun sim­fo­nik mu­ğam­la­rı haq­qın­da çox gö­zəl de­miş­dir: Fik­rət Əmi­ro­vun ya­ra­dı­cı­lıq işi­nin mə­ziy­yə­ti on­da­dır ki, o, xalq dü­ha­sı­nın əsr­lər­lə ya­rat­dı­ğı bü­tün xü­su­siy­yət­lə­ri sax­la­maq­la ya­na­şı, mu­ğam­la­ra ye­ni məz­mun ve­rə bil­miş­dir.
Öl­məz mu­si­qi poe­ma­la­rı onun təf­si­rin­də ye­ni şə­kil­də səs­lə­nir. F. Əmi­rov öz və­zi­fə­si­ni də­rin­dən dərk edə­rək zən­gin məz­mun­lu, xalq dil­li, ori­ji­nal for­ma­lı sim­fo­nik əsər­lər ya­rat­mış­dır."
Be­lə­lik­lə, F. Əmi­rov sim­fo­nik mu­ğam­la­rı ilə Azər­bay­ca­nın mu­si­qi sə­nə­tin­də ye­ni janr ya­rat­mış, bu jan­rı on­dan son­ra Ni­ya­zi ("Rast"), S. Ələs­gə­rov ("Ba­ya­tı- Şi­raz"), T. Ba­kı­xa­nov ("Hu­ma­yun", "Ra­hab", "Şah­naz" və s.) da­vam et­dir­miş­lər.