Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Ziyadxan ƏLİYEV
SÜSLƏNMIŞ RƏNGLƏRIN POETIKASI


Zemfira SƏFƏROVA
FƏ­TUL­LAH ŞİR­VA­Nİ VƏ ONUN
"MU­Sİ­Qİ MƏ­CƏL­LƏ­Sİ" Rİ­SA­LƏ­Sİ


S.ƏLƏKBƏR
SAR­VAN VƏ "KAR­VAN"


Gövhər HÜSEYNOVA
MƏ­NA­LI ALİM ÖM­RÜ


Rüfət AĞAZADƏ
MÜASIR MƏRHƏLƏDƏ TIKINTI, MEMARLIQ VƏ ŞƏHƏRSALMA SIYASƏTILƏ BAĞLI PROBLEMLƏR


Arzu QULIYEVA
FİK­RƏT ƏMİ­RO­VUN SİM­FO­NİK MU­ĞAM­LA­RI


Könül ƏLİYEVA
ÇAĞ­DAŞ AZƏRBAYCAN TEATRININ DÜNYA TEATR PROSESINƏ INTEQRASIYASI VƏ AVANQARD TEATR PRINSIPLƏRI


Nuranə SƏLIMLI
XVIII-XIX ƏSR AZƏRBAYCAN YAŞAYIŞ EVLƏRININ DEKORATIV TƏRTIBATI


Nəzakət AZƏR
S.BƏHLULZADƏNIN XEYIR-DUA VERDIYI RƏSSAM


Gülnarə KƏRİMOVA
NAMİQ KAMAL VƏ AZƏRBAYÇAN TEATRI


Reza Cudi CABBARI
BMA-NIN VO­KAL İFA­ÇI­LIQ
PE­DA­QO­Jİ TA­Rİ­Xİ­NƏ BİR NƏ­ZƏR


Mehriban NOVRUZOVA
AZƏRBAYCAN RƏSSAMLIĞINDA QADIN OBRAZI


ƏLƏKBƏR QASIMOV
GÜRCÜ DRAMATURGIYASI NAXÇIVAN TEATRINDA


Təranə ƏLİYEVA
QANUN MUSIQI ALƏTI MINIATÜRLƏRDƏ


Ağahüseyn ANATOLLUOĞLU
MUĞAM ELMI MƏNBƏLƏRDƏ


Dəniz ƏHMƏDOVA
HÜSEYN CAVID IRSININ QORUNMASI VƏ TƏBLIĞINDƏ XATIRƏ EV
MUZEYLƏRININ ROLU


Kamil ƏFSƏROĞLU
BIR FILMIN TARIXÇƏSI


Vəfa MÜHACİROVA
KLASSIK RUS DRAMATURGIYASI SUMQAYIT TEATRININ SƏHNƏSINDƏ


Oqtay RZA
BIR MANAF DAYI VARDI…


KİNO
 

Kamil ƏFSƏROĞLU
BIR FILMIN TARIXÇƏSI


 

«Amfibiya adam» bədii filminin bəyaz pərdəyə çıxdığı vaxtdan yarım əsrə yaxın vaxt keçir. Film üçün bu, az müddət deyil. Bu zaman kəsiyində çox ekran əsəri yaranıb. Populyarlığını uzun müddət saxlamaqsa hər filmə nəsib olmur. «Amfibiya adam» fantastik filmi bu gün də ekranlardan düşmür. Onun seyrçiləri, pərəstişkarları arasında uşaqlar da var, böyüklər də. Filmin yaradıjı kollektivi, xüsusilə recissor Vladmir Çebotaryov çəkilişə başlayanda bu əsərin müvəffəqiyyət qazanajağına inanırdı. Ondan fərqli olaraq, başqa jür düşünənlər, filmə bir qədər skeptik yanaşanlar da vardı. O üzdən də çəkilişə kifayət qədər maliyyə vəsaiti ayırılmasına da ürək eləmirdilər. Anjaq çoxları bilmirdi ki, «Amfibiya adam» böyük gəlir gətirən film olajaq və Mədəniyyət naziri Furtseva bu ekran əsərini SSRİ Maliyyə Nazirliyinə ən qiymətli hədiyyə adlandırajaq. Yarım il ərzində filmə altmış beş milyon tamaşaçı baxmışdı.
60-jı illərin əvvəllərində fantastik ədəbiyyata meyl artmışdı. Nəşriyyatlar oxuju tələbatanı nəzərə alaraq fantastik əsərlərin çapına geniş yer verirdilər. Təbii ki, kinematoqraf bu axından kənarda qala bilməzdi. Məhz belə bir vaxtda «Amfibiya adam» filminin ekranlara çıxması sözün əsl mənasında sovet kino həyatında sıçrayış idi. Ölkənin kino tarixində ilk dəfəydi ki, belə bir mövzuya mürajiət edilirdi. Sovet kinematoqrafiyasında sualtı epizodların çəkilişi təjrübəsi yox idi. Xariji mətbuatda bu filmin uğur qazanajağını şübhə altına alan yazılar dərj olunurdu. Əslində, bu şübhələr yersiz də deyildi və elə ilk günlərdən recissor Vladimir Çebotaryov texniki imkansızlıqdan yaranan problemlərlə qarşılaşmalı oldu. Sualtı epizodlarda baş rolların ifaçıları müəyyən çətinliklərlə rastlaşsalar da, Çebotaryov məhz natura çəklişlərinə üstünlük verirdi ki, bu da filmdəki hadisələri daha maraqlı və inandırıjı edirdi.
Onu da deyim ki, filmin bir çox epizodları Bakıda çəkilib. Bu səbəbdən «Amfibiya adam» bizim tamaşaçılar üçün ikiqat maraqlıdır. Kütləvi səhnələrdə çəkilənlər o günləri yaxşı xatırlayır, bəlkə də filmə baxanda özlərini tanıyırlar. Film Bakı tamaşaçıları üçün bir də ona görə maraqlıydı ki, sonradan milyonların pərəstişkarına çevriləjək gənj aktyorlar – Vladimir Korenev, və Anastasiya Vertinskayanı ekrandan əvvəl həyatda görmüşdülər.
Filmin yaranma tarixi maraqlıdır. Recissor Vladimir Çebotaryov demək olar ki, Aleksandar Belyaevin bu fantastik əsərinə təsadüfən mürajiət edib. Çebotaryov ikinji dünya müharibəsi iştirakçısıdır və onun yaradıjılığının ilkin dövrü daha çox bu mövzunu əhatə edir. Uzun bir döyüş yolu keçmiş, müharibənin qanlı-qadalı günlərini, dəhşətlərini yaşamış bir adama təbii ki, müharibə mövzusu yaxın idi və bu mövzunu recissor ustalıqla ekrana gətirirdi. Anjaq sonradan Çebotaryov öz ənənəsindən bir qədər aralanmaq fikrinə düşdü. Əslində, onun belə bir fikrə düşməsi yersiz deyildi. Müharibə mövzusunda film çəkənlər çox idi, bu sahədə ssenari qıtlığı da yaşanmırdı. Amma Çebotaryov sənətdə yeni söz demək, ekrana yeni mövzu gətirmək arzusundaydı. «Lenfilm» kinostudiyasında bir neçə ssenariylə tanış oldu. Onların arasında «Amfibiya adam» daha çox diqqətini jəlb etdi. Ssenari zəif yazılsa da bu, recissoru qorxutmadı, onun üzərində yenidən işləndi. Çebotaryov ssenarinin diqqətdən kənarda qalmasının səbəbini yaxşı bilirdi, bilirdi ki, fantastik filmin çəkilişi texniki baxımdan mürəkkəbdir və bu ağırlığı çiyinlərinə götürsə, heç şübhəsiz o, böyük çətinliklərlə qarşılaşmalı olajaq. Bir də ki, recissorun bu sahədə təjrübəsi yox idi. Ondan ötrü ən çətin problem baş rolların oyunçularını tapmaq idi, xüsusən də İxtiandr rolunun ifaçısını. İxtiandr elə bir aktyor olmalıydı ki, fantastik hadisələrin dərinliyinə dala bilsin. Aktyorun xariji görünüşü, üzünün ifadəsi, baxışı, manerası əsərin qəhrəmanına uyğun gəlməlidi. Ən başlıjası isə taleyin hökmündən suda-quruda həyat sürməyə, sonda isə yalnız okeanda yaşamağa məhkum olmuş bir gənjin ürək çırpıntılarını, məhəbbətini, həyat eşqini tamaşaçıya çatdırmaq idi. Bu isə aktyordan böyük bajarıq, ustalıq tələb edirdi. Real qəhrəmanlardan fərqli olaraq, fantastik qəhrəmanları tamaşaçıya sevdirmək bir o qədər də asan deyil. Çebotaryov bunu yaxşı bilirdi və rolda gözlərində dəniz maviliyi, dəniz dərinliyi olan bir gənj görürdü. Uzun axtarışdan sonra o, teatr institutunun birinji kurs tələbəsi Vladimir Korenevin üzərində dayandı. O, seçimində yanılmamışdı. Sonradan mətbuatda yazırdılar ki, filmin uğurlu alınmasında aktyor seçiminin əhəmiyyəti danılmazdır. Vladimir Korenev və onun tərəf-müqabili Anastasiya Vertinskaya gönj və təjrübəsiz olsalar da, oynadıqları rolların öhdəsindən bajarıqla gəldilər. Filmdə yadda qalan surətlərdən biri də bədxah, xəbis Zurita obrazıdır. İstedadlı aktyor Mixail Kazakov bu rolu özünə məxsus bir ustalıqla oynayıb.
Vladimir Korenevə dənizi sevdirmək, ona dəniz sevgisi aşılamağa ehtiyaj yox idi. O, 1940-jı ildə Qara dəniz sahillərində – Sevastopol şəhərində, hərbi dənizçi ailəsində doğulub. Atası kontr-admiral Boris Leonidoviç Korenevin hərbi xidmətilə əlaqədar ailə sonradan İzmayıl şəhərinə, ordan da Tallinə köçüb. Tallin mühiti Vladimirin həyatında, onun formalaşmasında önəmli rol oynayıb. Tallində teatrlar çox idi və gənj Vladimir bu teatrların demək olar ki, daimi tamaşaçılarından idi. Məktəbin dram dərnəyində məşğul olması onun sənətə olan sevgisini daha da möhkəmlətdi. Orta məktəbi bitirdikdən sonra Moskvaya gəlib Lunaçarski adına Dövlət Teatr İnjəsənət İnstitutuna daxil olumağı da təsadüfi deyildi. Sonralar Korenev müsahibələrindən birində deyirdi ki, mən dənizin vurğunuydum. Uşaq vaxtı qayıq modelləri düzəltməyi, atamla hərbi gəmilərə getməyi çox xoşlayırdım. Dəniz romantikası mənə yaxın idi, dəniz mövzusunda çəkilmiş rəsm əsərlərinə marağım vardı. Tallin həyatı mənim taleyimdə əsaslı dönüş yaratdı, bu şəhərə köçməsəydik, yəqin ki, aktyor yox, dənizçi olajaqdım.
Vladimir institutda dövrünün görkəmli teatr sənətçilərindən olan Olqa Androvskayanın sinfində oxuyurdu. İstedadlı aktrisa tamaşaçılara «Ayı», filmində Mixail Carovla birgə oynadığı roldan yaxşı tanışdır. Androvskaya tələbəsinin potensial imkanlarını qiymətləndirir, bu sadəlövh, mehriban oğlanın tezliklə sənətdə öz sözünü deyəjəyinə inanırdı. Tələbəlik həyatının ilk günlərindən populyarlaşması Vladimiri yalnız tamaşaçılara deyil, eyni zamanda onu müəllimlərinə, tələbə yoldaşlarına da sevdirdi. Korenevi milyonlara sevdirən nə idi? Hər şeydən əvvəl, səmimiliyi, roldakı sərbəstliyi, obraza girmək bajarığı, qəhrəmanın yaşadığı hissləri tamaşaçıya çatdıra bilmək qabiliyyəti. Elə ona görə də tamaşaçı «Amfibiya adam» filmindəki fantastik bir qəhrəmanı – İxtiandrı az qala reallıq kimi qəbul edir. Aktyorun böyüklüyü də məhz bundadır.
Çəkilişə başlamazdan əvvəl, altı ay müddətində Vladimir və on altı yaşlı Anastasiya dalğıjlıq bajarığına yiyələnmək üçün jiddi məşq keçməli oldular və məhz onların səyi sayəsində epizodların çoxu dublyorsuz çəkildi. Bütün bunlara baxmayaraq, on-iyirmi metr dərinlikdə çəkiliş aparmağın çətinliyini və təhlükəli olmağını hamı yaxşı başa düşürdü. Sualtı çəkilişlər zamanı Vladimir Korenevin həyatının təhlükədə qalan anları da olmuşdu. Aktyorlarla yanaşı operator Eduard Kozlovski də bu jür çətinliklərlə az qarşılaşmırdı. Filmdəki səhnələrin janlı, inandırıjı təsviri onun adıyla bağlıdır. Yeri gəlmişkən onu da deyim ki. kinooperator Kozlovski ustalığının daha bir parlaq nümunəsi onun sonralar çəkdiyi «Səhranın bəyaz günəşi» filmidir.
Çəkiliş zamanı yaranan texniki çətinliklərdən biri də fauna və florası ilə çox da zəngin olmayan Qara dənizdə okean mənzərəsi yaratmaq idi. Köpək balıqlarıyla, delfinlərlə bağlı epizodların çəkilişində çox problemlər ortaya çıxırdı. Havaların soyumağı da bir tərəfdən çətinliklər yaradırdı. Bütün bunlara baxmayaraq filmin çəkilişi müvəffəqiyyətlə başa çatdı və 1961-ji ilin sonunda ekranlara çıxdı. Film ilk nümayişdən tamaşaçıların rəğbətini qazansa da, qəribədir ki, yuxarılardan amansız tənqid atəşinə məruz qaldı. Müvafiq təşkilatlarda «Amfibiya adam»ı ideoloci yükü, ağırlığı olmayan bir film kimi görür, recssoru romandakı ideyadan uzaqlaşmaqda günahlandırırdılar. Tənqid bu filmə çox sərt yanaşırdı. 1962-ji ildə İtaliyanın Triest şəhərində keçirilən fantastik filmlər beynəlxalq kino festivalında «Gümüş yelkən» mükafatına layiq görüləndən sonra tənqidçilərin əsərə münasibəti dəyişdi. Tənqid, tənqidçi fikri öz yerində, əsl sözü onlardan önjə tamaşaçılar demişdilər. Film sözün əsl mənasında ölkənin kino dünyasında bir partlayış idi. Və təsadüfi deyil ki, bu ekran əsərindən sonra Belyaevin yaradıjılığına, o jümlədən fantastik canrdakı əsərlərə maraq xeyli artdı.
Filmə baxanlar onun musiqisinə qiymət verməmiş deyillər. Musiqi filmin ideya və məzmununa tam javab verir desək, yanılmarıq. Kinoda musiqi ikinji dərəjəli iş sayıla bilməz. Təsadüfi deyil ki, «Amfibiya adam» ekranlara çıxandan sonra onun musiqisi dillərdən düşmürdü. Filmdəki mahnını konsertlərdə, stadionlarda, restoranlarda sevə-sevə oxuyurdular. Recissor Vladimir Çebotaryov müsahibələrindən birində deyir ki, musiqini sifariş verəndə biz Bakıda çəkilişdəydik. Lent yazısını göndərdilər, dinlədim, doğrusu, ürəymə yatmadı, mən istədiyim romantika yox idi, filmin tələblərinə javab verəjək stildə, müasir ruhda yazılmamışdı. «Lenfilm»dəki etirazlara baxmayaraq mən yeni bəstəkar axtarmalı oldum. Leninqraddan tanıdığım Andrey Petrovu Bakıya dəvət elədim. Çəkilmiş materiallarını göstərdim. Çox yaxşı ki, o, filmin ruhunu tutdu. Leninqrada qayıdandan on gün sonra yazdığı musiqini mənə göndərdi. Bu, qeyri-adi, ejazkar musiqi nömrələriydi. Demək olar ki, bu film bəstəkar Andrey Petrovun qarşısında yeni yaradıjılıq üfüqləri açdı, onu populyarlaşdırdı.
«Amfibiya adam» o vaxt ölkənin kino tarixində yeni bir addım, yeni bir səhifə idi. Film yaradıjı kollektivə, o jümlədən baş rolların gənj ifaçılarına və recissor Vladimir Çebotaryova şöhrət qazandırdı. Əslində onlar bu şöhrətə layiqdilər. «Amfibiya adam» bütün çətinliklərə rəğmən ekranlara yol tapdı. Film yadda qalan, repertuardan düşməyən, bu gün də maraqla baxılan ekran əsəri kimi yaşamaqdadır. Çox filmdə çəkilsə də «Amfibiya adam»dan sonra Korenevin kinoda elə parlaq rolu olmayıb. Daha çox teatr yaradıjılığına üstünlik verən aktyor 1998-ji ildə Rusiyanın xalq artisti fəxri adına layiq görülüb.
Korenevlər ailəsini aktyorlar ailəsi adlandırırlar. Hələ 1960-jı ildə birinji kursda oxuyarkən Vladimir gələjək həyat yoldaşı Alla Konstantinovayla tanış olmuşdu. Alla ondan iki kurs yuxarıdaydı. Sonradan onların birgə teatr həyatı və birgə ömür yolu başladı. Bu günədək hər ikisi, bir də qızları İrina, Stanislavski adına teatrda çalışır. Vladimir Borisoviç teatrın aparıjı aktyorlarındandır və demək olar ki, hər axşam səhnəyə çıxır. Tamaşaçılar onun hər çıxışını maraqla qarşılayır, qəhrəmanlarını sevirlər. Doğrudur, Vladimir Korenevi milyonlara tanıdan, populyarlaşdıran kino olsa da, yaradıjılığının ilk illərindən o, teatra daha çox üstünlük verib. On altı filmdə çəkilib. Əlbəttə, bu, az göstəriji deyil, amma Vlvdimir teatrı özünə daha doğma sayır. Deyir ki, kino telefon məhəbbətinə bənzəyir, sevgilinin üzünü görmürsən. Teatrda isə aktyor tamaşaçıyla üz-üzə, göz-gözədir.
«Amfibiya adam» altmışınjı illər romantikasının himniydi. Bu film zamanı qabaqlamaq eşqiylə yaşayan, min bir maraqla gələjəyə baxan insanın utopik düşünjələrinin, təxəyyülünün romantikasıydı. «Amfibiya adam» uşaq dünyasına yeni bir oyun gətirdi və hər kəs bu oyunun İxtiandrı olmaq istəyirdi. Bu film gənjlərə sevgi-məhəbbət hissləri aşıladı – İxtiandr sevgisi, məhəbbəti. Xeyrin şər qüvvələrə həmişə qalib göləjəyinə insanlardakı inamı daha da artırdı. Korenev deyir ki, «Amfibiya adam» filmindəki rolum, sualtı çəkilişlər, dərinlikdəki ejazkar mənzərələr dənizi mənə daha da sevdirdi. Suyun altındakı sakitlik, ünsüzlük məni məftun eləmişdi... Əslində bu film dənizi yalnız Vladimir Korenevə yox, milyonlara sevdirdi. Filmə baxandan sonra qızlar dəniz sahilinə gəlib, hündür qayalıqdan ağ köpüklü dalğaları seyrə dalırmışlar, inanırmışlar ki, mavi sularda mavi gözlü bir oğlan - Amfibiya adam yaşayır…