Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Ziyadxan ƏLİYEV
SÜSLƏNMIŞ RƏNGLƏRIN POETIKASI


Zemfira SƏFƏROVA
FƏ­TUL­LAH ŞİR­VA­Nİ VƏ ONUN
"MU­Sİ­Qİ MƏ­CƏL­LƏ­Sİ" Rİ­SA­LƏ­Sİ


S.ƏLƏKBƏR
SAR­VAN VƏ "KAR­VAN"


Gövhər HÜSEYNOVA
MƏ­NA­LI ALİM ÖM­RÜ


Rüfət AĞAZADƏ
MÜASIR MƏRHƏLƏDƏ TIKINTI, MEMARLIQ VƏ ŞƏHƏRSALMA SIYASƏTILƏ BAĞLI PROBLEMLƏR


Arzu QULIYEVA
FİK­RƏT ƏMİ­RO­VUN SİM­FO­NİK MU­ĞAM­LA­RI


Könül ƏLİYEVA
ÇAĞ­DAŞ AZƏRBAYCAN TEATRININ DÜNYA TEATR PROSESINƏ INTEQRASIYASI VƏ AVANQARD TEATR PRINSIPLƏRI


Nuranə SƏLIMLI
XVIII-XIX ƏSR AZƏRBAYCAN YAŞAYIŞ EVLƏRININ DEKORATIV TƏRTIBATI


Nəzakət AZƏR
S.BƏHLULZADƏNIN XEYIR-DUA VERDIYI RƏSSAM


Gülnarə KƏRİMOVA
NAMİQ KAMAL VƏ AZƏRBAYÇAN TEATRI


Reza Cudi CABBARI
BMA-NIN VO­KAL İFA­ÇI­LIQ
PE­DA­QO­Jİ TA­Rİ­Xİ­NƏ BİR NƏ­ZƏR


Mehriban NOVRUZOVA
AZƏRBAYCAN RƏSSAMLIĞINDA QADIN OBRAZI


ƏLƏKBƏR QASIMOV
GÜRCÜ DRAMATURGIYASI NAXÇIVAN TEATRINDA


Təranə ƏLİYEVA
QANUN MUSIQI ALƏTI MINIATÜRLƏRDƏ


Ağahüseyn ANATOLLUOĞLU
MUĞAM ELMI MƏNBƏLƏRDƏ


Dəniz ƏHMƏDOVA
HÜSEYN CAVID IRSININ QORUNMASI VƏ TƏBLIĞINDƏ XATIRƏ EV
MUZEYLƏRININ ROLU


Kamil ƏFSƏROĞLU
BIR FILMIN TARIXÇƏSI


Vəfa MÜHACİROVA
KLASSIK RUS DRAMATURGIYASI SUMQAYIT TEATRININ SƏHNƏSINDƏ


Oqtay RZA
BIR MANAF DAYI VARDI…


EL SƏNƏTİ
 

Oqtay RZA
BIR MANAF DAYI VARDI…


 

eçə il əvvəl alim-pedaqoq dostumu dədə-baba məskənim Salyana qonaq aparmışdım. Xoşbəxtlikdən bölgə mərkəzindəki meydanda elin adət-ənənəsiylə bağlı bayram şənliyi keçirilirdi. Mədəniyyət evinin «Cəngi» ansamblı öz əzəmətli görkəmi ilə, qüdrətli sədası ilə hamı kimi həmkarımı da ovsunlamışdı: – O hündür, boy-buxunlu, möhtəşəm kişi kimdir görəsən? Zalımın barmaqlarında elə bil tilsim var! Zurnanı necə də yata-yata çalır?!
– O, bütün mahalın, Muğan ellərinin sevimlisi, ustad Manaf dayıdır, – dedim.
…Təzadlı taleyi varmış nadir sənətkarın. Günlər yola salıb – ağlı-qaralı, yaxşı-pis, uğurlu. Amma nikbin idi, bəxtiyar idi Manaf dayı. Dünyaya Cəlilabadın Bəzirəvan kəndində göz açsa da erkən, hələ cocuq ikən atası Heydərin, anası Zümrüdün üzünü doyunca görməyib. Beş yaşından yetim qalmış balaca Manaf qonşuların, qohumların qayğısı sayəsində salamat böyüyür. İllər yaşını, bəzən də ünvanını dəyişdirir. Bir müddət Xəzərin o tayında – Türkmənistanda yaşayır. Sonra qayıdıb yenə doğma yurda gəlir. 1942-ci ilin yazında buradan cəbhəyə yola düşür. Krım uğrunda döyüşdə ağır yaralanan 16 yaşlı Manaf ordudan buraxılır.
İki Xocalı həkk olunmuşdu yaddaşına: Biri – acından ölməmək üçün, çörək qazanmaqdan ötrü pənah gətirdiyi Muğandakı kənd. Bura həm də onun musiqi aləmində atdığı ilk addımların beşiyi oldu. Digəri isə dəfələrlə qoynunda «Yallı», «Qoçəli» səsləndirdiyi, bədbəxt taleli Xocalı bütün Azərbaycanın, Qarabağın hələ də qanı axan yaralı yeri.
1944-cü il. Müharibənin yaratdığı bəlalar – ehtiyac, ayrılıq, aclıq, xəstəlik, olum-qalım zəmanəsi. Belə bir ağır dövrdə gənc Manaf Bəzirvandan Salyanın Xocalısına sarı yol aldı. Ümidlə gəldi o kəndə – ovcunda bərk-bərk saxladığı bir parça kağızdan asılı idi onun gələcəyi. Əzizi Ağahüseyn Manaflı dost Ağahüseyn Məmmədliyə yazırdı: «Sən Allah kömək elə bu uşağın fermada işə götürülməsinə. Yetim oğlandı. Davadan təzəcə qayıdıb…» Qəbirləri nurla dolsun hər iki ağsaqqalın. Bu xeyirxahlıq bir valideynsiz cavana deyil, həm də qədim elə, obaya fayda gətirdi. Manaf Məmmədlinin əmək kitabına «çoban» sözü yazıldı. Çobanlıqdan başlanıb sənətə, musiqiyə, sabahlara haraylayan yol. Sürünü səhər tezdən çölə haylayanda, axşamüstü kəndə qaytaranda tütək çalmaqdan ləzzət alırdı. Minnətdar idi qarmonçu Balayara. Öz dəstəsi ilə tez-tez toylara gedərdi. Balayargilin zurnası da, balabanı da vardı. Manafı da məşqə çağırardılar. Hətta bir gün xoş söz eşidir: – Sən daha toylarda da çala bilərsən. Beləliklə gənc istedad xeyir işlərin, xalq mərasimlərinin iştirakçısına çevrilir. Birinci nailiyyəti Biləsuvarda qazanır. Sonralar Respublikanın elə yaşayış məntəqəsi olmur ki, oradan Manaf kişinin sorağı, sədası gəlməsin.
Bir dəfə mən ondan soruşdum:
– Manaf dayı, Siz dünyada məşhurlaşmış «Cəngi»nin rəhbərisiniz. Bu adlı-sanlı heyətin təşkilində və uğurlar qazanmasında daha kimlər fəaliyyət göstərib?
– Öncə rəhmətlik Qulu Əsgəri xatırlatmaq istəyirəm. O, qabaqlar aşıq kimi çıxış edərdi. Qulu bağrına basdığı tarda saz havalarını ilahi həvəslə dilləndirərdi. Mən isə yasdı balabanda onu ürəkdən müşaiyət edərdim. Heyif ki, az yaşadı. «Cəngi»nin şöhrətlənməsində həmkarlarımdan Əlməhəmmədin, Musanın, Adböyüyün xidmətlərini ömrüm boyu unutmaram. Xüsusən Aşıq Pənahın qayğısı və zəhməti misilsizdir.
– Ustad, yəqin ki, şəyirdləriniz də var?
– Qürur, sevinc bağışlayır mənə öz müvəffəqiyyətləri ilə bir zaman qeydinə qaldıqlarım Rəşid, Eldar, Qərib, Yusif, Məmməd…
– İstedadınızın çalarları ailəyə keçibmi?
– Müəyyən qədər. On oğul, iki qız atasıyam. Sonbeşiyim Gülgəz dördüncü sinifdə oxuyur. Böyük övladım Məzahir tarzəndir. Xalac qəsəbəsində musiqi məktəbinin müdiridir. Atamın adını daşıyan Heydər klarnetçi, İbrahim qoşanağaraçıdır. Bizim ailə ansamblımıza aid film çəkilib.
– Eşitmişəm Xınalıqda da çalıbsınız. Yolunuz Qonaqkənddən, Balakəndən, Qaxdan, nəhayət, bölgələrimizin hamısından keçib. Volqaboyu, Aşqabat, Daşkənd, Moldova, İspaniya, Pakistan, neçə-neçə ölkə tanıyır Sizi. Bəs qəddar erməni faşizmi ilə müharibə başlanandan bəri qaynar nöqtələrə səfər etmisinizmi?
– Eşidib biləndə ki, ədəbiyyat və incəsənət adamları arasında hələ bircə kərə də ön cəbhə xətlərinə, döyüşçülərimizlə görüşə getməyənlər var, doğrusu, heyrətlənirəm. Qubadlı, Laçın ezamiyyətindən təzəcə qayıtmışam.
Ustad Manaf Məmmədlinin köksü zəngin xəzinə idi. Tələbkar çalğıçı deyirdi: – Nəfəs alətləri cürbəcürdür: zurna, balaban, ney. Mən onların hər birini özüm düzəldirəm: qamışdan, qarğıdan yox, qaysıdan, yəni ərik ağacından. Gördüyünüz bu zurnanın quruluşu özümünküdür.
Soruşdum: – Xalq arasında nəfəsli alətlərə, məsələn zurnaya münasibət necədir?
Manaf dayının cavabında razılıqla bərabər inciklik də duydum:
– İndiki havaların əksəriyyəti qondarmadır. Elektrogitara mili musiqi sərvətimizə ziyan vurur. Təsadüfi, süni nömrələrə dəbdəbəli adlar verirlər. Toyda işıq sönəndə, şam, çıraq şölələnəndə üstünlük keçir zurnaya. O, həmişə, hər yerdə öz səsini ucaltmaq gücündədi. Mənim əbədi ilham mənbəyimdir «Tərəkəmə», «Heyvagülü», «Uzundərə», «İnnabı», «Yallı», «Cəngi»…
Haşiyə: kaş aşağıdakı misraları sağlığında yazaydım, o da qulaq asaydı:

Neyi bəyənməyən cənab ürəksiz
Az qalır tara da desin gərəksiz.
Ozan babaların ruhu narahat –
Sazı dilləndirək elektriksiz!

…Respublikanın əməkdar mədəniyyət işçisi, festivallar laureatı Manaf Məmmədli ilə axırıncı söhbətim daim yaddaşımdadır. Ayrılıb gedəndə sevimli qızı Gülgəzin «Ata, Oqtay əmi üçün bir «Qoçəli çal» deməsi» məni yaman kövrəltdi. Qədim havanı dinləyib mahir sənətkar ocağından çıxanda gözlərim yaşarmışdı…


Redaksiyadan: Bu ilin oktyabrında «Qobustan»ın fəal müəlliflərindən biri, şair, geoloq, pedaqoq Oqtay Rzanın 75 yaşı tamam olur. Bir sıra kitabların müəllifini, yaxşı dostu, həssas insanı bu münasibətlə təbrik edir, möhkəm cansağlığı arzulayırıq.