Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

NISƏ BƏYIM


Buludxan XƏLILOV
ÇAĞDAŞ TÜRKOLOGIYAMIZIN QARŞISINDA DURAN VƏZIFƏLƏR


İmdad AVŞAR
QARABAĞ QACQINLARI


Səyavuş MƏMMƏDZADƏ


Hiçran HÜSEYNOVA
SADƏ, AYDIN, SƏMİMİ


Əlisəftər HÜSEYNOV
SÖZ...SƏS...TƏSVİR...


Musa ƏLƏKBƏRLİ


MƏMMƏD İSMAİL
ON YEDDİ YAŞIN ŞEİRİ VƏ YAXUD
LEYLANIN MƏKTUBLARI


Fərqanə MEHDİYEVA
SÖZƏ BEL BAĞLAYAN ŞAİR


Faiq HÜSEYNBƏYLİ


Sevinc NURUQIZI
Hekayələr


Əjdər Yunus RZA


Südabə SƏRVİ


Südabə SƏRVİ


Azadə NOVRUZOVA


Baba BABAYEV
MƏZMUNDA GÜLÜŞ DOĞURAN MƏQAMLAR


Y.V.HÖTE


Seymur ELSEVƏR
ƏLLIDƏN O TƏRƏFƏ


Fəxri MÜSLÜM


Vasif SÜLEYMAN
"QACMAĞI ÖYRƏNDIM YERIŞDƏN QABAQ"


Atababa İSMAYILOĞLU
YÜKSƏLİŞİN RƏHNİ


Faiq BALABƏYLİ
LƏNƏTLƏNMIŞ HƏYAT



 

NISƏ BƏYIM


 
***

Hərdən geçədən-gündüzdən
Yaxşı ki, aza bilmirəm.
Hərdən ömrün yuxusunu
Görəndə yoza bilmirəm.

Dünya gedir, mən gedirəm,
Kölgəmiz də yan-yanadır.
Hec bilmirəm unudulmuş
Vaxtın səmti hayanadır?

İndi əsən küləklər də
Başını zorla saxlayır
Qarşıda bir qəmxana var,
Yetən, «çan» deyib ağlayır.

Kiminin başı əlində,
Kiminin də dişindədir.
Fələk carxını fırladır,
Çəllad da öz işindədir.

Bu dünya öz kəndirindən
Asılır, boğula bilmir.
Çan alıb-verib yenidən,
Bətnindən doğula bilmir.

***

Dayan, indi gəlirəm,
Gözlə, yükümü yığım,
Dağıtdım ömürdən
Qalan tikəni yığım.

Tənhalıqdan gözümü,
Çandan çanımı yığım,
Qorxulardan yuxumu,
Yerdən qanımı yığım.

Bu dünyaya özümlə
Gətirdiyin baxt hanı?
Bayaq yanımda idi,
Götürdüyüm vaxt hanı?

Ağır, yüngül, nə varsa,
Neyləyək, bu qədərdi.
Bu səfərdə, görəsən,
Yol haqqı nə qədərdi?

Bu kağız, bu da qələm,
Bu da, yəqin, sərhəddi…
Dayan, görüm, dalımça
Ağlayan hansı dərddi?

***

Dedim bir az dinçələrdim
ürəyimin kölgəsində.
Bir rahatlıq tapmadım
Tənhalığın ölkəsində.

Üstümə tökdü fələk
Yığılan yağışını.
Mən qaldıra bilmədim
Bir ahın qarğışını.

Batıb qaldım dünyanın
Yığın-yığın qəmində.
Bilmirəm, nə görüblər
Aşiqlər eşq dəmində?

***

Bu dünyanın yuxusuna
Birçə dəfə gəlir adam.
Oyananda öz əksinə
Birçə dəfə gülür adam.

Ömrün qalib olduğunu,
Cəkənin qəlb olduğunu,
Dünyanın qəlp olduğunu,
Birçə dəfə bilir adam.

Eşqi qanan divanədir,
Göz yaşı xanə-xanədir.
Ağlamaq bir bəhanədir,
Birçə dəfə ölür adam.

***

Qürbətdən qürbətə ucan sonetlər
Sanki bir nəğmənin həzin notları.
Hərdən qırıq-qırıq itir uzaqda,
Hərdən tanış gəlir gizli qatları.

Hərdən pərdələrin çazibəsi tək
Könül zamanı da cəkir özünə.
Ağlından-başından saxlanılanlar
Sirr kimi cıxırlar suyun üzünə.

Sanki mən nə vaxtsa, coxdan cıxdığım,
Coxdan unutduğum bir zamandayam.
Birçə addım atsam, birçə söz desəm,
Başqa bir dünyanın amanındayam.

Bir ah da bəs edər, bir nəfəs belə,
Bir udum bəs edər andan cıxmağa.
Yüz il yaşasan da ömür qınında,
Birçə an bəs edər çandan cıxmağa.

O bir an hansısa uzaq zamanda,
Hansısa nəğmənin nəfəsindədir.
Bəlkə də, dünyaya hələ gəlməmiş,
Hələ köklənməmiş qəlb səsindədir.

***

Gün ayrıldı tənhalığa,
Yuxusunu aya dedi.
Yerdən-göydən cəkdiyini
Ağlayıb dünyaya dedi.

Kim görüb eşq fərağını,
Yandırıb çan cırağını.
Alanda yar sorağını
Dərdini dəryaya dedi.

Od tutubsa bir-birini,
Kimsə tutmaz yar yerini.
Ayrılanlar çan sirrini
Tutulan aynaya dedi.

***

Əgər bir gəlsəydik bu dünyaya biz,
Ayrılıb düşməzdik geçə-gündüzə.
Aradan kecməzdi vaxt sırıqları,
Dəyib-toxunmazdı bir xətər bizə.

Bu dünya təzədən düzənlənərdi,
Küləklər təzədən səmt götürərdi.
Buludlar yığardı yağışlarını,
Göylər yerə təzə bəxt gətirərdi.

Günəşin əbədi övladları tək
Oyanıb şəfəqlə bir alışardıq.
Bir yol başlayardı qütb ulduzundan
Üfüqdən-üfüqə quçaqlaşardıq.

Biz də cicək acıb yarpaqlayardıq,
Biz də tökülərdik xəzan yerinə.
Kökü bir, budağı qoşa taleyin
Kölgəsi düşərdi biri-birinə.

Biz də doğulardıq bəxt butasından,
Yoxdan var olardıq bu həyat kimi.
Əl-ələ, göz-gözə, ürək-ürəyə
Bir nəfəs alardıq kainat kimi.

***

Qış günəşi əritmir
Yerdə bərkiyən qarı.
Kompüterim oxuyur
Saz üstündə «Uçqarı».

Üst-üstə nə qədər şeir,
Nə qədər qəm yığılıb.
Mənə catası işıq
Qaranlığa dağılıb.

Vaxtı da bəlli deyil
Sualtı təkanların.
Sanki tükənib güçü
Saatların, anların.

Küləyi də titrətmir
Tənhalığın qoxusu.
Dərinlikdə uyuyur
Ürəyimin yuxusu.

Yol da ki donub baxır
Müəmmalı üzümə.
İndi kim inanaçaq
Mənim doğru sözümə…

EY DAD…

Ey dad, ey dad, aram ola,
Nədir bu divanəlik?
Özün öz zindanında
Nədir bu azadəlik?

Dünya çan alverində
Malı qəm, matahı qəm.
Bir ürəyin günahı,
Bir nəfəsin ahı qəm…

Baxt düşüb qalıb darda,
Ömürlə vurhavurda..
Bu darlıqda, bu gorda,
Nədir bu asudəlik?

Gün kecir, ay dolanır,
Cərxi-fələk dolanır.
Vaxtla verib əl-ələ,
Aldadır gülə-gülə.
Əçəli bilə-bilə,
Nədir bu bihudəlik?

Kim bilir, bu dünyanın
Əvvəli nə, sonu nə?
Bu adəm övladının
Dayanmayan qanı nə?

Bu qarışıq dünyaya,
Aşiq-məşuq dünyaya,
Aç, bulaşıq dünyaya
Nədir bu aludəlik?

AYAN

Qoru zirvələri, tanrım,
İnamımız qacılmasın.
Sən göylərdən muğayat ol,
Uçalıqlar uculmasın…

Tanrıdağın taçlı qızı,
Altun başın ulduzların yuvası,
Beşiyində eşitdiyin
Lay-lay şaman duası…

Çuqçur ayağının altında,
Uçalığına catmaz əlim,
Sən türkün kökündəsən
Baykal gözlü gözəlim…

Altaylar qalın qoşunun,
Hər an sənə müntəzirdir Tyan-şan…
İnan ulu varlığına,
İnan, sevgili Ayan…

Yaddaşının hər qatında
Nə sevdalar uyuyur…
Xəyalını uzaqdan
Turan dənizi yuyur…

Səhralarda ilğım kimi
Amu-dərya, Sır dərya…
Kecilirmi yuxularda
Sonu kecilməyən dünya?

Calır zirvə yürüşünü,
Gurlayır Qaval daşı…
Küləklərlə başlayırmı
Türkün zəfər savaşı..?