Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

NISƏ BƏYIM


Buludxan XƏLILOV
ÇAĞDAŞ TÜRKOLOGIYAMIZIN QARŞISINDA DURAN VƏZIFƏLƏR


İmdad AVŞAR
QARABAĞ QACQINLARI


Səyavuş MƏMMƏDZADƏ


Hiçran HÜSEYNOVA
SADƏ, AYDIN, SƏMİMİ


Əlisəftər HÜSEYNOV
SÖZ...SƏS...TƏSVİR...


Musa ƏLƏKBƏRLİ


MƏMMƏD İSMAİL
ON YEDDİ YAŞIN ŞEİRİ VƏ YAXUD
LEYLANIN MƏKTUBLARI


Fərqanə MEHDİYEVA
SÖZƏ BEL BAĞLAYAN ŞAİR


Faiq HÜSEYNBƏYLİ


Sevinc NURUQIZI
Hekayələr


Əjdər Yunus RZA


Südabə SƏRVİ


Südabə SƏRVİ


Azadə NOVRUZOVA


Baba BABAYEV
MƏZMUNDA GÜLÜŞ DOĞURAN MƏQAMLAR


Y.V.HÖTE


Seymur ELSEVƏR
ƏLLIDƏN O TƏRƏFƏ


Fəxri MÜSLÜM


Vasif SÜLEYMAN
"QACMAĞI ÖYRƏNDIM YERIŞDƏN QABAQ"


Atababa İSMAYILOĞLU
YÜKSƏLİŞİN RƏHNİ


Faiq BALABƏYLİ
LƏNƏTLƏNMIŞ HƏYAT


POEZİYA
 

Əjdər Yunus RZA


 
ALLAHDAN AŞAĞI

Yerinən göy arasında,
Fərqi yox,
Dünyanın harasında.
Gəzərək aran-dağı,
Yer secmişəm
Yerdən yuxarı,
Allahdan aşağı.

Dünyaya göndərildim,
Yaradam, quram bir az.
Haqqımın keşiyində,
Dayanam, duram bir az.
Haqq insanın,
İnsan yerin yaraşığı,
Allahdan aşağı.

Dörd yanım qan icində,
Dünya özgə bicimdə.
Gah günəşdir,
Gah dumandır.
Nə olur, olsun,
Fərqi yox harda,
Qalanda darda,
Axıraçan insanın,
Ümiddir, gümandır,
Aradığı son işığı,
Allahdan aşağı.

Gördüyüm bu dünyanın,
Bir anda dönür üzü.
Nə secir nahaqqını,
Nə haqqı görür gözü.
Dəyişir naxışını,
Dəyişir baxışını.
Ya tökür alovunu,
Ya yağır yğışını.
Yağışı ayaq altda,
Başım üstdə göy qurşağı,
O da, Allahdan aşağı.

Odur,
Göyə cıxsam da,
Göydən yerə insanlara,
Göz uçu baxsam da,
Yerimi unutmaram,
İnsanam axı,
Allahdan aşağı!


BAXIRAM Kİ…

Min ildir dağlarla carpışan yellər,
Dağlardan nəyisə qoparıbdımı?
Dünyaya gələndə boş gələn əllər,
Gedəndə nəyisə aparıbdımı?

Aldanıb dünyanın tamına mən də,
Ömrümü boş yerə itirib getdim.
Yarımcıq işləri bu Yer üzündə,
Guya ki, hardasa bitirib getdim.

Yerli də, yersiz də giley eylədi,
Həmişə az olan vaxtın əlindən.
Könlüm istəyəni edə bilmədim,
Alnıma yazılmış bəxtin əlindən.

Belə baxıram ki, nağılmış dünya,
Oxuyub qatmışam başımı bir az.
Ötüşən hər illə azaldıb ömrü,
Yuxarı dartmışam yaşımı bir az.

Sən demə, dünyaya gəlişim günah,
Gedişim günahı yumağım imiş.
Bu qədər əlləşib, calışmağım da,
Bir kəfən haqqını yığmağım imiş.


NİYƏ ACDIN AY BƏNÖVŞƏ

                         Əsir yurdumuzun əsir bönövşəsinə

 
Niyə acdın, ay bənövşə,
Dərənin ki, yoxdu sənin?
Doluxsunmuş gözlərini,
Görənin ki, yoxdu sənin.

Tək acılıb, tək solursan,
Təkliyində dərd olursan.
Gözləməkdən yorulursan,
Gələnin ki, yoxdu sənin.

Bükük boynun qız isməti,
Təkliyin tale qisməti.
Bəxtinə düşən həsrəti,
Bilənin ki, yoxdu sənin.

Müjdəcisən yurdda yaza,
Əjdər hanı, şeir yaza?
Dəstələyib gözəl qıza,
Verənin ki, yoxdu sənin.

Niyə acdın, ya bənövşə,
Dərənin ki, yoxdu sənin…

DARIXMASIN

Yurd yerimiz oçaq daşı,
Darıxmasın, darıxmasın.
Qız-gəlinsiz bulaq başı,
Darıxmasın, darıxmasın.

İtib cəhlim, iz meşəyə,
Kollar hayan bənövşəyə.
Çüyür gövşəyə-gövşəyə,
Darıxmasın, darıxmasın.

Dağlar qardan calma calıb,
Ağ dumandan ürbənd salıb,
Norvuzgülü fikrə dalıb,
Darıxmasın, darıxmasın.

Əlim, ünüm yetmir ora,
Yurd yanında üzüm qara.
Qartal, yalvar o dağlara,
Darıxmasın, darıxmasın.

Alaq basmış səngərlərim,
Şəhid olmuş əsgərlərin,
Qazılmamış qəbir yerim,
Darıxmasın, darıxmasın.


QINAMASIN

Qəmsiz hec nə yazmamışam,
Qınamasın anam məni.
El yolunu azmamışam,
Sınamasın anam məni.

Sazımda da dərd calıram,
Dərddən də ilham alıram.
Dərd olmasa tək qalıram,
Qınamasın anam məni.

Cox dilədim dərd özümə,
Mən elədim dərd özümə.
Yaman oldum sərt özümə,
Qınamasın anam məni.

Dərd yolunda dayanmışam,
Dərdlilərdən baç almışam.
Bax, beləçə qoçalmışam,
Qınamasın anam məni.


BƏLKƏ DƏ

Kim verib ceşnisin, kim toxuyubdu,
Bu qədər cicəkli cəməni, cölü?
Yoxsa gözəllərin bənisi ilə,
Təbiət yaradıb bu qədər gülü.

Bəlkə, dünyamızın gözüdür göllər,
Bəlkə kirpiyidir meşələr onun.
Bir inçik gözəl tək doluxan bulaq,
Bəlkə də, gözləyir kiminsə yolun…

Bəlkələr o qədər bu yer üzündə,
Hərə bu dünyanı bir çürə yozub.
Kimisi vəhy ilə deyilənləri,
Kimisi gözüylə gördüyün yazıb.

Tutub təbiətin əlindən insan,
Milyon illərdi yol gəlir belə.
Nə qədər sirrini veribdisə də,
Bilinmir acması cox sirrin hələ.

Bəlkələr icindən cıxammıramsa,
Nə haqla yazıram ağ yalanları.
Barı hec olmasa inandıraydım,
Birçə yol, yalana inananları.


TÖVBƏ, BU DÜNYAYA BİR DƏ GƏLMƏRƏM

Bir ömür bağından min dərd üzmüşəm,
Göydən inçimişəm, yerdən küsmüşəm.
Elə yorulmuşam, elə bezmişəm,
Tövbə, bu dünyaya bir də gəlmərəm.

Qoşulub aylara, ilə gedərəm,
Qarışıb yağışa, yelə gedərəm.
Başımı götürüb elə gedərəm,
Tövbə, bu dünyaya bir də gəlmərəm.

Tərs capdı taleyin köndələn atı,
Yazıldı bəxtimə qacqınlıq adı.
Yox, məni acmadı dünyanın dadı,
Tövbə, bu dünyaya bir də gəlmərəm.

Bezməzdim bir ovuç inamım olsa,
Yaxşılıq əkərdim, tək mənə qalsa…
Geriyə dönməyə gümanım olsa,
Tövbə, bu dünyaya bir də gəlmərəm.

Haqsızlıq əlindən yığılıb çana,
Bu ömrü bir təhər yetirdim sona.
Gözüm görə-görə, mən qana-qana,
Tövbə, bu dünyaya bir də gəlmərəm.