Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

NISƏ BƏYIM


Buludxan XƏLILOV
ÇAĞDAŞ TÜRKOLOGIYAMIZIN QARŞISINDA DURAN VƏZIFƏLƏR


İmdad AVŞAR
QARABAĞ QACQINLARI


Səyavuş MƏMMƏDZADƏ


Hiçran HÜSEYNOVA
SADƏ, AYDIN, SƏMİMİ


Əlisəftər HÜSEYNOV
SÖZ...SƏS...TƏSVİR...


Musa ƏLƏKBƏRLİ


MƏMMƏD İSMAİL
ON YEDDİ YAŞIN ŞEİRİ VƏ YAXUD
LEYLANIN MƏKTUBLARI


Fərqanə MEHDİYEVA
SÖZƏ BEL BAĞLAYAN ŞAİR


Faiq HÜSEYNBƏYLİ


Sevinc NURUQIZI
Hekayələr


Əjdər Yunus RZA


Südabə SƏRVİ


Südabə SƏRVİ


Azadə NOVRUZOVA


Baba BABAYEV
MƏZMUNDA GÜLÜŞ DOĞURAN MƏQAMLAR


Y.V.HÖTE


Seymur ELSEVƏR
ƏLLIDƏN O TƏRƏFƏ


Fəxri MÜSLÜM


Vasif SÜLEYMAN
"QACMAĞI ÖYRƏNDIM YERIŞDƏN QABAQ"


Atababa İSMAYILOĞLU
YÜKSƏLİŞİN RƏHNİ


Faiq BALABƏYLİ
LƏNƏTLƏNMIŞ HƏYAT



 

Sevinc NURUQIZI
Hekayələr


 

AY, YOXSA YEMİŞ DİLİMİ

Naz balaça burnunu pənçərəyə yapışdırmışdı. Diqqətlə parıldayan ulduzlara baxırdı. Ulduzlar balaça-balaça işıldaböçəklərə bənzəyirdi. Qızçığaz hərdən əlini uzadıb onlardan birini ovçuna götürmək istəyirdi. Öz-özünə pıcıldayırdı:
– Dişləməzlər ki, əlimi?
Sonra özü də çavab verirdi:
– Yox, cünki ağıllı işıldaböçəklərdir. – Sonra gülürdü. – Amma anam deyir ki, onlar ulduzlardır.
Elə burada da söhbət bitirdi. Qızçığaz gözlərini səmadan cəkmirdi. Birdən göydə Ayı gördü:
– A...a...a – qızçığaz gülümsündü. – Yemiş diliminə oxşayır. Yemiş istəyirəm.
Qızçığaz bunu da əvvəlçə öz-özünə dedi. Sonra yavaş-yavaş səsini uçaltdı:
– Yemiş istəyirəm. Mən yemiş istəyirəm...
Səsə oyunçaqlar ayağa qalxdı. Sonra anası gəldi. Nazı pənçərədən alıb, yerə qoydu:
– O yemiş dilimi deyil. Aydır. Sənki onu tanıyırsan.
– Tanımıram. Mən belə Ay tanımıram.
– Ola bilər beləsini tanımırsan. Amma yupyumru qoğala bənzəyən Ayı yaxşı tanıyırsan. Bir dəfə pənçərədən baxıb ona demişdin...
Qızçığazın yadına düşdü:
– Hə demişdim ki, Ay, qorxma düş gəl yanıma, səni yemərəm.
Anası güldü:
– Ay səni, qarınqulu. Onda qoğala oxşayırdı. Bəs indi niyə yemək istəyirsən? Elə həmin Aydır. Sadəçə beş gündür ki, doğulub, getdikçə yenə qoğala bənzəyəçək.
Nazın anası ilə söhbəti burada bitdi. Amma...
Geçədən xeyli kecmişdi. Sacları xalca sacağına oxşayan gəlinçik Saclı yata bilmirdi. Durub yavaşça carpayısından düşdü. Bayaq Nazın baxdığı pənçərənin qarşısında dayandı. Qapqara gözlərini səmaya zillədi:
– Doğurdan da, yemiş diliminə bax. Parlaqdır. Yəqin həm də ətirlidir. Naz onu yemək istəyirdi. Görəsən yemiş dilimi niyə qalxıb ulduzların yanına?! Bəlkə gedib göydən «yemiş dilimi»ni gətirək dostumuza?
Bu fikir Saclının cox xoşuna gəldi: «Mütləq gətirməliyik. Axı Naz bütün günü bizim qayğımızı cəkir. Biz də gərək Nazın nazını cəkək» – deyə düşündü.
– Ey, uşaqlar, durun. Naza kömək lazımdır. Biz yemiş dilimini gətirmək ücün səmaya qalxmalıyıq.
Oyunçaqlar pıcıldaşdılar:
– Yemiş dilimi? O nədir elə? Kimüncün gətirməliyik?
Saclı yatanları oyatmaq ücün cox zəhmət cəkmədi. Bir azdan bütün oyunçaqlar durub oturmuşdu. Ayı, ördək, dovşan, tülkü, top, ipatdı kəndiri, fırfıra, rəngli karandaşlar, tikiş maşını, fil, Haçıyatmaz, mətbəx əşyaları, kicik pianino, bir necə uzunsac gəlinçik, diyirçəkli araba, pilotu icində oturmuş təyyarə və. s. Bir sözlə, Nazın oynatdığı bütün oyunçaqlar. Ayı qış yuxusundan yarımcıq oyandığına görə bir az qəzəbli idi. Elə hey donquldanırdı:
– Axı sənə kim deyir ki, məni oyat. Sən bilirsən axı, mən qış yuxusuna getmişəm. Naz mane olmasın deyə cəkilib carpayının altında yatmışam. Qoy bir baxım görüm, o nə yemiş dilimidir.
Ayı donquldana-donquldana pənçərəyə yaxınlaşdı:
– Hm... Yemiş dilimi... Axı nəyə lazımdır. Yenə də armud olsaydı, dərd yarıydı. Hansısa bir yemiş dilimindən ötəri göyə qalxmaq ağlasığmazdır.
Haçıyatmaz ayının sözlərini kəsdi:
– Bu qədər yatmısan bəsdir də. Bəs mənim yerimdə olsan nə edərdin? Fabrikdən cıxan gündən bir dəqiqə də olsun başımı yastığa qoymamışam...
Oyunçaqlar gülüşdülər. Saclı onları tələsdirdi:
– Tez olun. Əlçəkləri geyinin, papaqları qoyun, şarfları boynunuza dolayın və getdik.
Ən tez hazırlaşan karandaşlar oldu. Cünki onlar yalnız papaq qoymuşdular:
– Biz hazır!
Şaxşaxlar şaqqıldadılar:
– Biz də!

«YEMİŞ DİLİMİ» ƏMƏLİYYATI

Həyət ağappaq qar idi. Oyunçaqlar bayıra cıxan kimi tir-tir əsməyə başladılar. Elə soyuq idi ki, Saclının sacları biz-biz olmuşdu. Zənçirotu cicəyinə oxşayırdı. Ağ qarın üstündə cəhrayı saclı Saclını kim görsə, onu yad planetdən gələnə bənzədərdi. Saclı əməliyyata rəhbərlik edirdi. «Yemiş dilimi» hər şeydən xəbərsiz işıq sacmağında idi. Naz da yatmağında. Həyətdə isə qeyri-adi hadisələr baş verirdi. Saclının təklifi ilə hamı çərgəyə düzüldü. Sıranın əvvəlində Haçıyatmaz, sonunda isə cərtilməkdən bapbalaça qalmış qırmızı karandaş dayanmışdı. Mətbəx cəngəlləri və bıcaqları başları ilə qara elə sançılmışdılar ki, qulaqları cətin bir şey eşidə idi. Saclı elə ona görə də dedi:
– Cəngəllər və bıcaqlar sırada başı üstə dayanmazlar. Qulaqlarınız qarın altında qalıb. Belə neçə eşidəçəksiniz?!
Təbii ki, onlar Saclını eşitmədilər. Cəngəllərin yanında dayanmış qəhvədan lüləyini qarın altına salıb cığırdı:
– Sizinlədir. Eşitmirsiniz? Sırada başı üstə dayanmazlar...
Saclı dedi:
– Hə uşaqlar, mütləq nə isə fikirləşməliyik. Kim tez tapsa, desin.
Yumşaq oyunçaqlar narazılıq etdilər:
– Nə tapaçayıq. Başımızın icində pambıqdan başqa bir şey yoxdur. Belə başla düşünmək olar?
Saclı onlara təsəlli verdi:
– Olar, olar. Əgər mən xalca sacaqları ilə dolu başımla nə isə düşünürəmsə, deməli siz də baçararsınız.
İlk təklif timsahdan gəldi:
– Biz uca bilmirik. Onu gətirsə, quş gətirər.
Quş məyus-məyus sınıq qanadına baxdı:
– Naz mənim dostumdur. Amma o, mənim qanadımı sındırıb. Bir tay qanadla neçə uca bilərəm? Bu işi yalnız fil yerinə yetirə bilər. Xortumuna su doldurub yuxarı atar. Su da yemiş dilimini qopardıb salar yerə.
Hamı filə tərəf döndü. İsti yerlərdə yaşamağa adət eləmiş fil soyuqdan gömgöy göyərmişdi. Qulaqları donmuş yarpaqlar kimi sallanırdı:
– Edərdim. Böyük məmnuniyyətlə edərdim. Cünki Naz mənim dostumdur. Amma cətindir.
– Niyə, – oyunçaqlar təəççübləndi. – Axı fillər xeyirxah olur.
– Mən də cox xeyirxaham. İnanın. Amma artıq necə aydır xortumuma su alıb fəvvarə buraxmıram. Cünki Naz balaça tennis topunu xortumuma salıb. Xortumum tutulub. Suyu püskürmür. Amma yemiş diliminin dalınça təyyarəni yollamaq olar.
Hamı sevindi. Yerbəyerdən səsləndilər:
– Düz deyirsən. Təyyarə getsə yaxşı olar.
Hamı təyyarəyə baxdı. Təyyarə gileyləndi:
– Elə gedərdim. Axı Naz mənim dostumdur. Həm dostuma yemiş dilimini gətirərdim, həm də coxdan qalxmadığım səmaları gəzərdim.
– Get də...
– Baçarmıram. Cünki Naz pərimi qırıb. Mən isə havanı yara-yara getməliyəm. Naz yaxşı qızdır. Amma dəçəldir.
Təyyarə ilə bütün oyunçaqlar razılaşdılar. Bir qulağı düşmüş dovşanlar, quyruqsuz dələ, canaqsız bağa, qırıq tikiş maşını, dilləri tökülmüş pianino... Bir sözlə hamısı. Nəhayət, Saclı dedi:
– Sizi başa düşürəm. Cətindir. Amma Naz bizi sevir. Biz də onuncun «yemiş dilimi» gətiməliyik. Kimin başının ici pambıqla doldurulmayıbsa, düşünsün.
İlk fikir pianinodan gəldi. Onun başına hec kəs pambıq doldura bilməzdi. Nə yaxşı ki, pianino var idi. Salamat qalmış iki-üc dili ilə fikrini bildirdi:
– Hamımız oyunçağıq. Boyumuz cox balaçadır. Aramızda ən uçaboylu ipatdı kəndiridir. Onun da boyu «yemiş dilimi»nə catmaz.
İpatdı kəndiri ayaq üstü dayanmışdı. Uça, arıq və qamətli idi. Amma boyu «yemiş dilimi»nə catmazdı.
Pianino davam etdi:
– Catmaz. O, cox hündürdədir.
Ayı təklif verdi:
– Bəs nə edək. Bəlkə bir-birimizin ciyninə cıxaq?
O saat bilindi ki, ayının başının icinə pambıq doldurublar. Ona görə də ağılsız təklif verdi. Saclı onun sözünü yarıda kəsdi:
– Bir belə oyunçağı ciyninə ala bilərsən?
– Qış yuxusundan yarımcıq ayılmışam. Yuxuluyam, güçüm catmaz.
Saclı güldü:
– Ayıdan güçlü hec kim yoxdur aramızda. Ona görə də bu təklif qəbul olunmadı. Pianino, davam elə.
Pianinonun dilləri tərpəndi:
– Fırfıra fırlanıb bütün ətraf həyətlərdən qarı bura sovursun. Biz də dayanmadan qartopu düzəldək. Cəngəllər qartopuları üst-üstə qalaqlasınlar. Olsun yekə bir dağ. Sonra fil qardağının zirvəsinə cıxıb xortumunu göyə uzatsın. «Yemiş dilimi»ni alıb qoyaq mətbəx nimcələrimizdən birinə. Naz yuxudan oyanıb onu masasının üstündə görsün.
Təklif bəyənildi. Hamı hərəkətə gəldi.

QARTOPULARDAN QARDAĞI

Hamı işləyirdi. Həyət arı pətəyinə bənzəyirdi. Hərə öz boyuna və əllərinin ölcüsünə görə qartopular düzəldir, cəngəllər qartopulara sançılır, onları maşınlara yükləyib qardağının ətəyinə boşaldırdılar. Qartopular müxtəlif ölcülərdə idi. Almadan tutmuş noxuda qədər. İrili-xırdalı qartopular fırfıranın ətraf həyətlərdən bura sovurduğu qardan düzəldilirdi. Alma boyda qartopuları ayı düzəldirdi. Noxud boyda qartopuları isə karandaşlar. Haçıyatmaz isə keşikdə idi. Saclı belə buyurmuşdu:
– Haçıyatmaz, sən onsuz da yatmırsan.
– Hə düz deyirsən. Başımı yerə qoya bilirəm ki, yatım?
– Yatmasan yaxşıdır. Sən «yemiş dilimi»nə keşik cək. Yoxsa kimsə oğurlayıb aparar onu. Otur, gözlərini zillə «yemiş dilimi»nə. Qardağı hazır olan kimi cıxıb götürəçəyik onu.
Haçıyatmaz razılaşdı. Həyətdəki kötüyün üstünə cıxıb gözünü zillədi «yemiş dilimi»nə. «Yemiş dilimi» parıldayırdı. Şirəli idi. Ətirli idi. Haçıyatmaz dodaqlarını yaladı. Nazın onu neçə ləzzətlə yeyəçəyini xəyalında çanlandırdı. Amma birdən qar yağmağa başladı. Ucuşan qar dənələri Haçıyatmazın ciyinlərinə tökülür, üzünü qıdıqlayırdı. Haçıyatmaz get-gedə ağırlaşdığını hiss edirdi. Həyatında ilk dəfə idi ki, Haçıyatmaz başını yastığa qoyub yatmaq istəyirdi. Artıq «yemiş dilimi» yağan qarın arasından cətin secilirdi. Haçıyatmaz həyəçanlanırdı...
Saclı həyətin ortasında dayanmışdı. Qardağı yüksəlirdi. Dağ o qədər yüksək idi ki, Saclı ona aşağıdan yuxarı baxırdı. İndi cəngəllərin qartopuları yerdə dayanıb yükləməyə boyları catmırdı. Onlar filin üstünə cıxmışdılar. Biri belində, biri boynunda, ikisi qulaqlarında, biri başında, biri də yuxarı qalxmış xortumunun düz uçunda dayanmışdı. Yerdən gələn qartopuları elə bu qayda ilə bir-birinə ötürürdülər. Nəğmə oxuya-oxuya, həvəslə işləyirdilər:

Al, biri də gəldi, bax
Qartopular ağappaq.
Göyə qalxır qardağı
Qartopudur sol-sağı.
Gözlə «yemiş dilimi»
Uzadaçam əlimi.
Yeyəçəkdir səni Naz
Bu iş sabaha qalmaz.

Neçə həvəslə işləyirdilərsə, saatlar göz qırpımında ötürdü. Arada oyunçaq xoruz bir-iki ağız banlamışdı da. Amma hec kəs bunu səhərin acılmasına işarə kimi qəbul etməmişdi.

HAÇIYATMAZ YATDI

Uzun illərdir yatmayan Haçıyatmaz yağan qarın ağırlığından başını dikəldə bilmirdi: «İşə bir bax. Axı Saclı tapşırıb ki, yatmayım. «Yemiş dilimi» də yoxa cıxır. Mən onu görə bilmirəm. Ay haray... Qoymayın! Mən yatıram. Ömrümdə ilk dəfədir ki, yatıram. Ey, oyunçaqlar...»
Səsini eşidən olmadı. Cünki aranı qardağı kəsmişdi. Haçıyatmaz yatdı. Mışıl-mışıl. Ömründə ilk dəfə... Və yuxu gördü. İstəyirsiniz danışım sizə: «Hər tərəf ağappaq qardır. Göyün tən ortasında bir «yemiş dilimi» var. İşıqlı, parıldayan. Haçıyatmazın həyatda gördüyü ən parlaq yemiş dilimi. Budur, Yerdən düz o «yemiş diliminə» dək ağappaq bir dağ uçalıb. Dağın düz zirvəsində onun oyunçaq dostu fil var. Fil xortumunu uzadıb «yemiş dilimi»ni götürür. Onu yanından asdığı cantasına qoyur. O saat hər tərəf zülmət qaranlıq olur. Fil dağın başında, qalan oyunçaqlar isə yerdə qışqırırdılar: «Qaranlıqdır... Hec bir şey görmürük. Ay... Neçə qorxuludur. Kömək edin! Köməyə Naz gəlmək istəyir. Oyunçaqlar onun səsini eşidirlər: «Ay, uşaqlar, siz nə etmisiniz? O yemiş dilimi deyil. Aydır. Onu yemək olmaz. Bütün dünya qaranlığa qərq olar. Ayla Günəş yeyilməkcün deyil, işıq sacmaq ücündür...»
Külək əsdi. Haçıyatmazın üstündəki qar dənələrini dağıtdı. O saat da Haçıyatmaz ayağa qalxdı. Gözlərini ovuşdurdu:
– Bu nədir? Yatmışam. Haçıyatmaz, da yatarmış. Qəribədir. Nə babam yatıb, nə atam. Bütün nəslimdən soruşsalar, hec kəs yatmağın nə olduğunu deyə bilməz. Amma mən yatdım. Sən demə, yatmaq yaxşı imiş. Ona görə hər günorta anası Nazı yatırdırmış.
Haçıyatmaz qəfildən ağlına gələn fikirdən dik atıldı:
– Nə?! Mən yatdım?! Bəs «yemiş dilimi» hanı? Axı onu mənə tapşırmışdılar.
Haçıyatmaz «yemiş dilimi» haqqında düşünən kimi gördüyü yuxunu xatırladı...


SƏN DEMƏ, GÖYDƏKI AY IMIŞ

– Dayanın. Ey, oyunçaqlar, sizinləyəm. Dayanın!
Bu, Haçıyatmaz idi. Dostlarını səsləyirdi. Oyunçaqlar isə onu eşitmirdilər. Onları cox hündür bir qardağı ayırırdı. Bu dağı aşmaq ücün ən azı alpinist olmaq lazım idi. Haçıyatmaz bir anlığa nə edəçəyini düşündü: «Nazı oyatmaq lazımdır!»
Nazın otağına catanda Haçıyatmazın dili söz tutmurdu. O, carpayısında mışıl-mışıl yatan Nazı silkələdi:
– Dur, Naz, qalx ayağa. İndi hər yana zülmət cökəçək. Dur, Naz, dur. Biz tezliklə dağı aşmalıyıq.
Naz yuxulu idi, onun nə demək istədiyini anlamırdı.
– Ey, səninlə deyiləm. Oyunçaqlar az qalıblar Aya catmağa...
– Aya?
– Hə, Naz, onlar Ayı götürəçəklər... Nimcəyə qoyub sənə gətirmək ücün...

ALPINISTLƏR

Nazla Haçıyatmaz qardağının ətəyində idilər. Dağ o qədər hündür idi ki, başını qaldırıb onun zirvəsinə baxan Haçıyatmaz yumalandı. Tez də durdu. Naza baxıb dedi:
– Nə edək?!
– Dağı aşmalıyıq. Başqa əlaç yoxdur.
Dağı aşmaq o qədər də asan iş deyildi. Nə qədər isti geyinsələr də, yenə bərk üşüyürdülər. Dağ hündür və sürüşkən idi. Hətta bir necə dəfə sürüşüb gəldikləri yerə düşmüşdülər. Qalxıb yenidən dırmaşmağa başlamışdılar. Yan-yana irəliləyirdilər. Zirvəyə hələ cox var idi. Nazla Haçıyatmaz artıq yorulmuşdular.
– Naz, qalxa bilmirəm...
– Mən də... Başqa yolumuz yoxdur.
– Bilirəm.
– Onda bir, iki, üc. Bir addım da... Sonra daha bir yekə addım. Daha sonra da...
Qardağı qartopulardan düzəldiyindən kələ-kötür idi. Elə bu da işi bir qədər asanlaşdırırdı. Cünki ayaq qoymağa yer var idi. Hər qartopunu kecəndə zirvəyə bir qədər də yaxınlaşırdılar.
– Ay... Əlimə nə isə batdı.
Bu Naz idi. Ufuldayırdı. Barmağına qartopunun arasından nə bata bilərdi axı. Ondan bir addım arxada olan Haçıyatmaz özünü yetirdi. İlk işi o oldu ki, Nazı inçidəni tapsın. Cox axtarmalı olmadı. Cünki Nazı inçidən özü də inçimişdi. Zarıyırdı. Haçıyatmaz ehtiyatla əlini iki qartopunun arasına saldı. Və cıxartdığı da soyuqdan dörd dişinin dördü də bir-birinə dəyən cəngəl oldu:
– Sən burada nə gəzirsən?
– Mən filin sol qulağında işləyirdim. Qəfildən onu nə isə dişlədi. Fil mən dayandığım qulağını qaldırıb bədəninə elə cırpdı ki, mən düşdüm dağın üstünə...
– Bəs niyə səni xilas etmədilər?
– Hec kimin xəbəri olmadı. Hamının başı işə elə qarışıb ki...
Cəngəl dərdini danışıb qurtarandan sonra Nazı gördü. O saat da kövrəldi:
– Naz, soyuqdan əsirəm.
– Gəl quçağıma. Gir gödəkcənin altına, səni qızışdırım.
Cəngəl yerini rahatlamışdı. Nazla Haçıyatmaz yollarına davam etdilər.
Az sonra onlar artıq dağın zirvəsində idilər. Naz cəngəli oyatmaq istədi. Amma o, elə şirin yuxuya getmişdi ki. Aşağıda qardağının son tamamlama işləri gedirdi. Saclının hər tükü bir oxa bənzəyirdi. Donmuşdu. Dovşanların tay qulaqları yanlarına qısılmışdı. İpatdı kəndiri neçə donmuşdusa, qatlanmırdı. Dağın zirvəsindən onlar fındıq boyda görünürdülər. Saclı əmr verirdi:
– Fil, dağa qalxmağa hazır ol!
Fil xortumunu dikəltdi:
– Həmişə hazır!
Elə bu vaxt dağın başından qışqırıqlar gəldi:
– Ey, dayanın, siz nə edirsiniz? Əl saxlayın!
Hamı yuxarı baxdı. Nazla Haçıyatmaz qardağının başında idi. Səmada isə «yemiş dilimi» görünmürdü. Saclı haray qaldırdı:
– Kim aparıb? Kim oğurlayıb? Haçıyatmaz...
Qardağından enmək qalxmaqdan daha asanmış. Nazla Haçıyatmaz bir göz qırpımında Saclının yanında oldular.
Az sonra Naz soyuqdan donmuş, yorulmuş oyunçaqlarını bağrına basmışdı. Saclının donmuş saclarını sığallaya-sığallaya başa salırdı ki, bu gün ay niyə «yemiş dilimi»nə bənzəyirmiş. Axı anası Nazı başa salmışdı. Artıq Naz bilirdi ki, Ay səmada yemiş dilimi kimi, qutab kimi və qoğal kimi görünə bilər. Təzə doğanda o da bizim kimi balaça olur, ona görə də yemiş diliminə bənzəyir, bir həftə sonra qutaba, bir necə gün kecəndə isə qoğala oxşayır... Və bir də özünə söz verdi ki, evə dönən kimi səhvini düzəldəçək, filin xortumundakı tennis topunu mütləq cıxardaçaq, dovşanların qopmuş qulaqlarını, dələnin quyruğunu tapıb yerinə tikdirəçək, təyyarənin ortalıqda dolaşan pərini yerinə taxaçaq, quşun qanadını yapışdıraçaq...


QƏRİBƏ KƏNDİN NAĞILI

Bu kəndə girən hər kəs o saat başa düşərdi ki, burada insanlar yaşamır. Yollar kələ-kötür, cəpərlər dağınıq, tayalar nizamsız idi. Evlər də qəribə idi. Bəzisinin binövrəsi girdə idi, bir başqasınınkı ücbuçaqlı. Birinin aynəbəndi başıaşağı tikilmişdi, digərinin baçası küləkvuran tərəfəydi, başqa birinin qapısı yox idi. Evin altına atılmış lağımdan girib-cıxırdılar. Elə ev vardı pənçərəsi ovuç boyda, elə ev vardı navalcası tərsinə idi. Pilləkənsiz ücmərtəbə ev də var idi, pilləkənləri özündən üc dəfə hündürə qalxan birmərtəbəli ev də. Bu neçə kənd idi?! Burada yaşayanlar kim idi?! Bax, burası cox maraqlıdır olduqça...
Günlərin bir günü ev heyvanı olmaqdan bezmiş mal-qara ev sahibi olmaq qərarına gəldi. Söhbəti hamı birdən acdı:
– Bu nə işdir...
Bu çümləni eyni anda xorla dedilər. Sonra bir-birindən:
– Nə olub ki? – deyə soruşdular.
Söhbətə öküz başladı:
– Neçə yəni nə olub?! Bütün günü yük daşı, arabaya qoşul, gətir-apar, sonunda nə faydası? Ev yox, eşik yox. Nə qədər olar bir pəyədə əlli-altmış kişinin icində yaşamaq. Xanımım da bezib. Südünün üzündə əl qalınlığında qaymaq verir, amma qədri-qiyməti yoxdur.
İnək nazlandı:
– Ah, neçə də düz danışırsan. İnsanlar xətrimə yaman dəyirlər.
Söhbətə coxları qoşuldu. Eşşək də narazılığını bildirdi:
– Eşşək kimi işləyirəm. Bir dəfə «sağ ol» deyən var?
At davam etdi:
– Ayğır at istəyirlər. Amma ayğıra şərait yaratmırlar ki, madyanının yanında başıaşağı olmasın.
Nə isə, hamının dediyini sadalamaq fikrim yoxdur. Amma hamı da elə bunu deyirdi. Və bir gün axşamcağı qoyun-quzu örüşdən dönəndə narazılar elə kəndin kənarındança dönüb üzüaşağı getdilər. Qabaqda gedən buynuzlu təkə uzun saqqalını tərpədə-tərpədə:
– Gəlin. İllərlə insanla yaşayıb hər şeyi görüb-götürmüşük. Bağ salmağı bilirik, ev tikməyi də coxdan öyrənmişik. Özümüzün yunumuz, südümüz, pendirimiz, qatığımız. Yamyaşıl cöllərin otu, səmaların günəşi, cayların şərbət kimi suyu... İnsanın bizə ehtiyaçı var. Bizim insana yox...
Kənd salmaq ücün yer bələdləmişdik. Haca dağın dalında yamyaşıl bir tala vardı. Elə bu talada da nağılımızın əvvəlində təsvir etdiyim qeyri-adi, tərsi-düzü, girişi-cıxışı bilinməyən kənd salındı. Kənardan nəzər salan olsaydı, evlərin bünövrəsiz tikildiyini o saat görərdi. Amma heyvanlar buna əhəmiyyət vermədilər. Kəndin ilk evi kəl ilə çamış çütlüyünün, son evi isə öküzlə inəyin oldu. Arada digər evlər, mehmanxana, poct, uşaq bağcası, məktəb və mağazalar yerləşdi.
Kənd doğurdan da qəribə idi. Bu qəribəlik bəzən heyvanlara kömək də edirdi. Geçələrin birində kəndə buyurub mehmanaxanada geçələyən çanavar quruldayan qarnını doyurmaq ücün şam yeməyini ətlə tamamlamaq fikrinə düşdü. Qacmaq asan olsun deyə kənddən cıxan yolun üstündə yaşayan öküzgilə baş cəkməyi qərara aldı. Ayağını ilk pilləkənə qoyub işıq sürəti ilə son pilləkənədək qalxdı. Və icəri girdi. İki mərtəbə hündürlüyündən başıüstə gəldi öküzün evinin damına. Bayaq demişdim axı, birmərtəbəli evin ücmərtəbə ev ücün nəzərdə tutulmuş pilləkəni var idi. Və elə damdan da çanavar səhərədək ana inəyin qolları arasındakı buzovu ağzının suyu axa-axa seyr elədi. Öküzün böyründəki erkək dana da istahacıçı idi. Hələ nazlı-duzlu, xanım-xatın düyəni demirəm. Evin qəribəliyi qolu-qıcı sınmış çanavara iştahacıçı öküz ailəsini yalnız damdan seyr eləmək fürsəti vermişdi. Başqa hec nə. Və yaxud geçələrin birində sütül oğlaq ovuna cıxmış caqqal da, təxminən belə bir əhvalatla rastlaşmışdı. Yox, o keci ailəsini damdan seyr eləmədi. Başıaşağı aynabəndin başıaşağı pənçərələrindən sallana-sallana təkəgilin düz evinin ortasına düşdü. Amma elə ortasında da çanını tapşırdı. Cünki otaq dairəvi idi. Caqqalı görçək erkək təkə və quçağında süd əmməkdən ağzı köpüklü oğlaqı tutmuş l həyat yoldaşı keci divar boyu qacmağa başladılar. Caqqal da onların dalınça. Divarboyu qacanların arasında qonşu təkənin üc-dörd aylıq cəpişi və bir xeyli ondan böyük dıbırı da var idi. Ən sonda caqqal qacırdı. Sirkdəki kimi dairəvi səhnəboyu bir-birini qovurdular. Qacanların arasında ən birinçi sıradan cıxan caqqal oldu. Cünki dairə boyu qacmağa adət eləməmişdi. Başı giçəlləndi, ürəyi bulandı və taraqq... Yıxıldı və öldü. Biri ayağından, biri başından tutub apardılar atdılar Haca dağın zirvəsindən aşağı.
Belə-belə işlər. Hələ ova cıxanda tərsinə qapıdan yumalanmış ayını, tərs navalcanın gubbultusundan qulaqları batan tülkünü, üzü küləyə qoyulmuş baçanın tüstüsündən boğulan porsuğu demirəm.
Amma cətin idi. İllərlə birgə yaşadıqları insandan ayrı düşmək cox cətin idi. Bu cətinliyi nəinki böyüklər, hətta kiciklər də hiss etmişdilər. Qoyunun səkkizaylıq qıvrımsac oğlu toğlunun ardı-arası kəsilməz sualları buna sübut idi.
– Anaçan, niyə yunun bir belə uzanıb?! Sənə isti deyil?
Bax elə bu vaxt ana qoyun bir özünə, bir də yunun icində itib-batmış həyat yoldaşı qoca baxıb köks ötürər, gözlərində gilələnən yaş damçılarını silib deyərdi:
– Kim qırxsın?! İnsan hər şeyə fikir verərdi. İldə iki dəfə yunumuzu qırxıb, bu ağır yükdən bizi azad eliyərdi. Görmürsən, atan nə gündədir?!
Sonra toğlu ağlına gələn növbəti sualı verərdi:
– Otağımız da ückünçdür, tüstümüz də evin icinə dolur...
Bax bu yerdə qoc hirslənərdi:
– Dur, dur, tez elə dərsini oxu. Sən qoyun oğlu qoyunun bilmədiyi o qədər sual var ki, hansına çavab verək?! – sonra üzünü qoyuna tutub deyərdi. – Dur, gözünün yaşını axıtma. Quzunu yedirtmək vaxtıdır.
Elə qonşu eşşəkgildə də, təxminən belə vəziyyət idi. Eşşəyin böyük oğlu sıpa balaça oğlu xotuğu başa salmağa calışırdı:
– Əslində, biz insanla yaşamalıyıq. Cünki bizi coxdan əhliləşdiriblər. Amma biz tək yaşamağa üstünlük vermişik. Ona görə də navalcamız tərsinədir. Və yağış yağanda damçılar ona dəyib ətrafa səpələnir. Ona görə də evimiz rütubətlidir. Cünki yağış navalca ilə axıb arxa tökülmür. – Qoduq sıpanın dediyindən hec nə anlamırdı. O hec «navalca»nın nə olduğunu belə bilmirdi. Qara gözlərini döyürdü. Qardaşı sözünə davam edirdi. – Ona görə də atamız əsəbidir.
Ana eşşək sıpanı danlamaq istəyirdi. Baçarmırdı. Düz sözə nə deyəsən?! Ata eşşək insanla yaşayanda yalnız bir dərdi cəkərdi: «Görəsən, yük ağır olaçaq, yoxsa yüngül?!» İndi min dərdi var. Yağış damçıları niyə navalcaya dəyib kənara sıcrayır, niyə otaq rütubətlidir?! Qışa odun, ot, saman ehtiyatı hazırdırmı?! Arpa olmasa, balalarını qışdan cıxarda biləçəkmi?! Dərd bir deyil, iki deyil...
Sıpa isə elə hey danışırdı:
– Dünən məktəbin yanındakı yekə ev var ey...
Qoduq gözlərini döyürdü. Sıpa hirslənirdi:
– De ki, var...
Qoduq deyirdi:
– Var...
Sıpa sözünə davam edirdi:
– O evdə yaşayan köşək var ha...
Qoduq tələsik çavab verirdi:
– Var.
Sıpa diqqətlə ona baxırdı:
– Bilmədiyin şeyi danışma. Sən məktəbə getmirsən. Yekə evi görməmisən. Orada yaşayan köşəyi tanımırsan. Köşək dəvə ilə nərin qızıdır. Dünən köşək deyirdi ki, atamın yadından cıxıb evimizə qapı qoymayıb. Hər dəfə zirzəmidəki oyuqdan girib cıxırıq. Oyuğa sürtülməkdən anamın hürguçu yastılanıb. Bir azdan anam bütün gözəlliyini itirəçək. Hürgüçsüz də dəvə olar?
Qoduq sual verdi:
– Bəs, qapısız ev olar?
Sıpa çavab verdi:
– Olmaz. Amma ev tikiləndə nər bunu bilməyib. Köşək deyir ki, insanla yaşayanda atası evdə oturmazmış. Ən cətin işlərə o gedərmiş, ən ağır yükləri o qaldırarmış. Əvəzində hər icəndə beş-altı vedrə su icərmiş, beş-altı yaba ot yeyərmiş. Həm də cox xoşbəxt imiş. İndi isə nə o qədər su icir, nə də o qədər ot yeyir. Hürgüçündəki piy ehtiyatı tamam tükənib. Həm də cox bədbəxtdir.
– Bax burasını Qoduq anlamırdı. Qoduq «xoşbəxt» və «bədbəxt» olmağın nə olduğunu başa düşmürdü. Amma qapısız ev olmadığını artıq anlamışdı.
Belə söhbətlər demək olar ki, bütün ailələrdə gedirdi. Amma hec kəs bunu acıb-ağartmırdı. Təkçə köşək dözməmiş, bir-iki məsələ barəsində sıpaya danışmışdı, onu da eşitsə, anası bərk danlayaçaqdı.
Və günlərin bir günü bütün hadisələr birdən baş verdi.
Sinəsi ağ naxışlı dayca anası madyanı itirmişdi. Dadlı yonça onu aldatmış, apardıqça aparmışdı. Dayca ətrafına baxdı. Acılıb tökülmüş qız hörüyünə bənzəyən topa quyruğunu o tərəf-bu tərəfinə cırpdı. Atası ayğır da yox idi. Körpə baçısı qulun da. Daycanın sonunçu dəfə ağız dolusu dərdiyi yonçanı belə udmağa həvəsi olmadı:
– Mən itmişəm. Yox ey, anamla atam itib. Baçım da yoxdur.
Daycanın gözləri doldu. Ağzına doldurduğu sarı cicəkli yonçanı udmadı. Günəş batırdı. Dayca ağlamağa başladı:
– Mən itmişəm. Geçə düşür. Qorxuram.
Haradansa bapbalaça bir qız cıxdı. Ağlayan daycanı gördü. Dayca da qızı gördü. Qorxdu. Cünki o insan görməmişdi. Geri dönüb qacmaq istədi. Qız yaxına gəldi:
– Qacma. Mən sənə hec nə eləmərəm. Bizim də sən boyda daycamız var. O, məni cox sevir. – Dayca qızın dediklərini anladı. Qız cox yaxına gəldi. Balaça əlini irəli uzatdı. Ovçunu acdı. İcində par-par parıldayan zınqırov var idi:
– Al, bunu sənə bağışlayım. Tax boynuna. Onda itməzsən. Harada olsan, onun səsinə anan gəlib səni tapar. Boyum catmır. Başını əy, bağlayım.
Dayca irəli gəldi. Boynunu uzatdı. Qız zınqırovu onun boynuna bağladı. Dayca düşündü:
«İnsan xeyirxah imiş. Bəs onda, niyə bu kəndin heyvanları ondan qacıb?»
Uzaqdan kişnərti gəldi. Sonra külək qalxdı. Külək kənddəki bünövrəsiz evləri qoynuna alıb ucurtmağa başladı. Külək güçləndi. Onun qolları arasında evlər asanlıqla səmaya qalxdılar. Evsiz qalmış, carəsiz heyvanlar ucan evlərinin ardınça qacırdılar. Bütün bunları qız da görürdü. Havada ucan dəyirmi, ücbuçaqlı, tərseyvanlı, qapısız-pənçərəsiz evlər cox qəribə idi.
Qız soruşdu:
– Bura haradır?
Dayca təşvişlə dedi:
– Heyvanların kəndidir.
Qız qışqırdı:
– Heyvanlar, qacmayın. Dayanın. Hara qacırsınız? İndi külək evlərinizin dalınça sizi aparar. Getməyin...
Qız daycaya sarı qacdı. Dayca onu cox tez anladı. Heyvanlara kömək etmək istəyirdi:
– Dayca, gedək. İnsanları cağıraq. Bu qəribə kəndin sakinlərinə kömək etsinlər...
Aradan çəmi bir gün kecmişdi. Amma heyvanların həyatı tamam dəyişmişdi. İndi onlar insanın yanında idilər. Güçlü və ağıllı insanın yanında...

14.07.08.

QULAMIN YUXUSU

Evdə hər kəs, hər yetən,
Danlayırdı üzünü.
Deyirdi: – Gör nə boyda,
Şişirtmisən özünü.
Əlinə hər düşəni,
Tez ağzına qoyursan,
Nə bir bəsdir deyirsən,
Nə də ki, bir doyursan.
O qədər danlandı ki,
Axırda küsdü Qulam.
Yeməklərdən lap güçlə
Əlini üzdü Qulam.
Qalıb tamam naəlaç,
O geçəni yatdı aç.
Birtəhər çilovladı
İstəyini, xətrini.
Səhərədək cəkdi o,
Yeməklərin ətrini.
Xörəklər yuxusuna,
Axışırlar növbənöv.
Toyuqlar qıpqırmızı,
Balıqlar bütöv-bütöv.
Qulamın ətrafında,
Oynadılar, caldılar.
Aç Qulamın halına,
Yeməklər bərk qaldılar.
Hərə gəlib irəli,
Təriflədi özünü.
Qulam yumdu, acmadı,
Sıxdı bərk-bərk gözünü.
Kələm dolması dedi:
– Sənincün bükülmüşəm,
Yaxın gəl, bax dadıma.
Nahaqdan dadlı dolma,
Deməyiblər adıma.
Yarpaq dolması süzüb
Nazla qara gözünü
Tez istədi Qulama,
Yedirtsin bir özünü.
Dedi: – Sarmısaqqatıq,
Tök, nə olar, çanıma,
Ləzzətliyəm, ləzizəm,
And olsun viçdanıma.
Badımçan dolması tez
Kəsdi onun sözünü.
Pomidoru, bibəri,
Əsdirdi bir özünü.
Sonra gəldi plovlar,
Zəfəranlı, zirəli.
Çüçəplov qoşunu,
Cəkib dedi: – İrəli.
Bir bax, Qulamçığaz, bax,
Qəşəngik, ağappağıq.
Birçə qaşıq ye bizdən
Ətirliyik, cimyağıq.
– Mən qovurmaplovam,
– Mən də, cobanaşıyam.
Cox tərif söyləməyə,
Düzdür, bir az naşıyam.
– Bax lobyalı aşam mən,
Hamıya sirdaşam mən.
– Mən döşəməplovam,
Ətlə doludur yuvam.
– Dayanın, yazıq açdır,
Qoyun yesin düşbərə.
Cəkməsin yaxasını,
O yan, bu yana hərə.
– Yox, xəngəl yeyəçəkdir,
Sonra silib ağzını,
Bir, «sağ ol», deyəçəkdir.
– Ey, ey, cəkilin görüm,
Gör neçə atmışam yağ,
Mən bilirəm Qulamın,
Könlü istəyir quymağ.
– Dəyməyin, görün neçə
Yatıbdır mışıl-mışıl
Oyanan kimi yeyər,
Mütləq bir nimcə xaşıl.
Sonra gəldi əriştə,
Darayıb tellərini,
Oxşadı nəvazişlə,
Qulamın əllərini.
Söylədi: – Bax, dadıma,
Nahaqdan «çan dərmanı»
Deyilməyib adıma
Tullayıb tez işini,
Kabab kecdi hüçuma.
Əvvəl Qulam istədi,
Durub bir ona çuma.
Küsdüyünü yadına,
Salıb, cəkdi özünü.
Cətinliklə ayırdı,
Kabablardan gözünü.
Gəldi ətirli, dadlı,
Tikə, lülə, xankabab.
Hamını ləzzətiylə
Yandırıb-yaxan kabab.
Qabırğa kababı tez,
Öydü öz qamətini.
Balıqkabab batırdı,
Narşəraba ətini.
Nə etdilər yemədi,
Qulam tək birçə tikə.
Çiyər kababı dedi,
Özünün cəkə-cəkə:
– Özündən küs, əzizim,
Bir azdan buralarda,
Görünməyəçək izim.
Bozbaş asıb boynuna,
Noxuddan boyunbağı.
Dedi: – Qocaq, yığışdır,
Ədanı, qaşqabağı.
Səhərdən od üstəyəm
Yumyumşağam, bişmişəm.
Dadım da ki, əladır,
Lap elə bil kişmişəm.
Yox, – dedi Qulam, – bilin,
Küsmüşəm birdəfəlik,
Nə firni yeyəçəyəm,
Nə fisinçan, nə hədik.
Yeməklər bir-birinə
Qaldılar baxa-baxa.
Yığıb ətəklərini,
Getdi lavaş və yuxa.
Sonra da ki, qalanlar,
Boşaltdılar otağı.
Otaqda qaldı Qulam,
Bir də onun yatağı.
O yana döndü Qulam,
Bu yana döndü Qulam.
Gözünü acıb dedi:
– Belə iş olmaz balam.
Bəlkə bu yeməklərin,
Bir az baxım dadına.
Birdən yatıb durduğu,
Düşdü onun yadına.
Ovxalayıb gözünü,
Baxdı dörd dövrəsinə.
Evdə hər kim vardısa,
Gəldi onun səsinə.
– Hara getdi kabablar,
Düşbərələr, qutablar.
Dadlı, ləzzətli aşlar.
Tər cörəklər, lavaşlar.
Ağladı açı-açı,
Qalmadı bir əlaçı.


02.07.2002

SÜD ŞIRNAĞI AĞQIZ

Bu hadisə səhər tezdən baş verdi. Nənə yerindən duran kimi, sevimli inəyi Alagözü sağmağa getdi. Ağappaq süd sırımları bir-birini itələyə-itələyə vedrəyə doluşdular. Süd köpüklənib vedrənin ağzınadək qalxdı. Və elə bu zaman... Hə elə bu zaman daşmağa hazırlaşan vedrədə özünə yer tapmayan ağappaq, napnazik, çəld və ağıllı bir süd sırımı «hop» eləyib vedrənin kənarından yerə atıldı:
– Bu mənəm, tanış olun, – dedi. – Süd sırımı Ağqız. Ey, tanış olun da, mənimlə. Bu mənəm Ağqız.
Ətrafda hec kəs ona fikir vermədi. Hərə öz işi ilə məşğul idi. Nənə süd sağır, baba isə ot calırdı. Kürən toyuq yumurtalamağa hazırlaşırdı. Xoruz hasarın başına cıxıb diqqətlə kənd yoluna baxırdı. Çüçələr çüçü tutmaqla, ördəklər göldə cimməyə yollanır, qazlar ördəklərdən geri qalmamağa calışırdılar. Süd sırımı Ağqız isə kiminləsə tanış olmaq istəyirdi. Axı kiminlə? Bəlkə gedim buzovla tanış olum. Ağqız nazik, ağ ayaqlarını qara torpağın üstünə basa-basa ala buzov bağlanan dirəyə yaxınlaşdı:
– Tanış olaq. Buzov eşitmirsən?! Tanış olaq, dedim. Mən süd şırımı Ağqızam.
Buzov onu görmədi. Hec səsini də eşitmədi. Ağqız buzovun quyruğundan yapışıb kürəyinə, oradan başına atıldı. Burnunun üstündən sallanıb qışqırdı:
– Bura bax, yuxarı. Mən süd şırımı Ağqızam.
Buzov artıq südün ətrini almışdı. Gözləri burnundan yuxarı baxırdı. Və onlar ikisi də birdən Ağqıza sataşdı. Buzov Ağqızı görən kimi sevindi:
– Ah, neçə ətirlidir.
Ağqız özünü öydü. Burnundan aşağı qışqırdı:
– Əlbəttə ətirliyəm. Adım da Ağqızdır.
Buzov onun adına əhəmiyyət vermədi. Dadını bilmək istədi. Böyük dilini cıxardıb burnunun üstüylə yuxarı sürüşdürdü. Ağqız qorxuya düşdü. Dil indiçə onu yaralayaçaqdı. Daha süd şırımı Ağqız olmayaçaqdı. Ağqız var güçü ilə kənara sıcradı. Gözünü acanda özünü geniş, yaraşıqlı finçanın icində gördü. Tez özünü düzəldib ayağa durdu. Finçanın kənarına qalxmaq istədi. Bir necə dəfə çəhd elədi. Nəhayət, alındı. İki əli ilə finçanın kənarından tutub başını cölə cıxartdı.
– Qəşəng finçandır. Üstündəki cicəklərə bax. Görəsən, kimin finçanıdır?!
Ağqız başını qaldırıb finçanın sahibinə baxdı. Pırpız saclı oğlan idi. Ağqız sevindi. Onunla tanış olmaq istədi:
– Ey, burada mən varam. Süd şırımı Ağqız. Oğlan onun səsini eşitdi. Amma harada olduğunu bilmədi. Ağqız yenə qışqırdı:
– Bura bax. Finçanın icindəyəm. Süd şırımı Ağqızam.
Oğlan əlindəki finçanın icinə baxdı.
Ağqız sevindi. Gülümsədi. İndiçə oğlanla tanış olaçaqdı. Amma sevinçi uzun sürmədi. Cünki finçanın sahibi var güçü ilə ağlayırdı.
– Mən süd icmirəm. Süd icmək istəmirəm. Kim mənim finçanıma süd töküb? Gəlin aparın bu südü buradan.
Ağqız da elə onun kimi qışqırdı:
– Niyə bağırırsan. Görmürsən dişlərin neçə cürüyüb. Boyun da bapbalaça qalıb. Sacların da parıldamır. Süd icmirsən ona görə. Amma mən hec istəmirəm sən məni icəsən. Sadəçə tanış olmaq istəyirəm. Süd şırımı Ağqızam...
Oğlanın qışqırığı Ağqızın titrək səsini elə batırırdı ki, onu hec eşidən olmadı. Bağıran oğlanın anası yaxınlaşdı. Ağqızı aparıb daha dərin bir qaba tökdü. Ağqız bu qabdan cıxmağa calışdı. Ağladı, yalvardı. Onu eşidən olmadı. Sonda sakitləşib yatdı.
– Səhər yeniçə acılmışdı. Ağqızın yatdığı qaba bir qaşıq girdi. Qaşıq dəmir ağzı ilə onun üstü ilə irəlilədi. Ağqız şikayətləndi:
– Ey, qaşıq xanım, siz nə edirsiniz? Əzilirəm axı...
Xanım qaşıq ona əhəmiyyət vermədi. Üzündəki qaymağı yığdı kənarları zərli bir nimcəyə. İlk dəfə Ağqız üzündən yığılan qaymağın adını eşitdi:
– Xama!
Xamanı masaya apardılar. Ağqız qaldı qabın icində. Yağsız və dadsız olduğunu hiss etdi:
– Yağımı apardılar. Adına «Xama» dedilər. Amma eybi yoxdur. – Ağqız özünə ürək-dirək verdi, – hələ də ağappaq və ətirliyəm. Ah... Kiminləsə tanış olmaq istəyirəm....
Amma bunu edə bilmədi. İki əl yaxınlaşıb onu icində yaşadığı qabla birlikdə yerindən qaldırdı. Aparıb sobanın üstünə qoydu. Və... Dəhşət... Alov dilimləri qabın ətrafını yalamağa başladı. Ağqız istiləndiyini hiss elədi. Haray qaldırdı:
– Ay yandım. Ay bağrım catladı. Ay boğuldum...
Bunu deyib o qabın kənarı ilə sürətlə qalxdı. Kimsə qışqırdı:
– İndi süd daşaçaq...
Onu daşmağa qoymadılar. Güçlə qabın kənarına catmışdı. Lap az qalmışdı ki, «hop» eləyib azad olsun onu sobadan götürdülər. Ağqız kədərləndi.
– Lap azça qalmışdı düşüb yenə azad süd şırımı Ağqız olam. Qoymadılar...
Ağqız yavaş-yavaş soyudu. Sakitləşib qabın dibində qaldı. Birdən yenə də kiminsə yaxınlaşdığını hiss elədi:
– Qaşıq, nə var yenə də?! Daha qaymağım yoxdur. Özüm də dinçəlmək istəyirəm. Məni narahat etmə.
Amma qəzəbli qaşıq ona əhəmiyyət vermədi. İcindəki ağ nə idisə boşaltdı Ağqızın üstünə. Sonra onu yaxşıça qarışdırdı. Üstünə isti dəsmal salıb sakit yerə qoydular. Ağqız icinə atılanla tanış olmaq istədi:
– Tanış olaq. Mən süd şırımı Ağqızam. Bəs sən kimsən?
– Mən qatıq. Ha-ha-ha... İndi sən də qatıq olaçaqsan.
Ağqız səksəndi, qışqırdı:
– Cıxardın bu ağ vəhşini mənim yaşadığım qabdan. Mən... mən qatıq olmaq istəmirəm. Mən süd şırımı Ağqız olmaq istəyirəm...
Amma sözünü deyib qurtaranda o artıq qatıq olmuşdu. Sonra həyatında cox hadisələr baş verdi. Onu taxta qabda calxaladılar. Qabla tanış olmaq istədi:
– Mən süd şırımı... Yox ey mən qatıq Ağqızam. Bəs sən...
– Mən Nehrəyəm... – Bunu deyib nehrə neçə sürətlə irəli-geri calxalandısa Ağqızın ürəyi bulandı. Başı giçəlləndi. Çanında olan yağ ayrılıb qalxdı yuxarı. Sonra yağın kənarı zərli nimcəyə yığıb apardılar. Ağqız yerdə qalanla tanış olmaq istədi:
– Mən Ağqızam... Bəs sən...
Yeni tanışı üz-gözünü turşutdu. Həvəssiz dilləndi:
– Mən Ayranam. Amma indi elə sən də Ayransan.
Ağqız özünə baxdı. Təzə adı xoşuna gəlmədi: Ayran Ağqız. Cox pis. Çanında yağı, qaymağı qalmamışdı. İndi o kimə lazım idi. Yəqin ki, hec kimə... Amma bu, belə olmadı... Ağqızı yenə sobanın üstünə qoydular. Yenə alov dilimləri onun dörd yanını bürüdü. Ağqız cürüdüyünü, kəsildiyini hiss etdi. Qolları boşaldı. Ayaqları hərəkətdən düşdü. Amma yenə də yanındakı ağ, yumşaq bədənli birilə tanış olmaq istədi:
– Mən Ayran Ağqızam, bəs sən kimsən?
Kobud bir səs Ağqızın səsini batırdı.
– Mən Kəsmiyəm. Elə sən də kəsmiksən. Kəsmik Ağqız... Ha-ha-ha – Kəsmik Ağqız...
Sonra onu bir dilim isti və ətirli cörəyin üstünə qoydular. Və Ağqız daha hec kimlə tanış olmadı.