Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

NISƏ BƏYIM


Buludxan XƏLILOV
ÇAĞDAŞ TÜRKOLOGIYAMIZIN QARŞISINDA DURAN VƏZIFƏLƏR


İmdad AVŞAR
QARABAĞ QACQINLARI


Səyavuş MƏMMƏDZADƏ


Hiçran HÜSEYNOVA
SADƏ, AYDIN, SƏMİMİ


Əlisəftər HÜSEYNOV
SÖZ...SƏS...TƏSVİR...


Musa ƏLƏKBƏRLİ


MƏMMƏD İSMAİL
ON YEDDİ YAŞIN ŞEİRİ VƏ YAXUD
LEYLANIN MƏKTUBLARI


Fərqanə MEHDİYEVA
SÖZƏ BEL BAĞLAYAN ŞAİR


Faiq HÜSEYNBƏYLİ


Sevinc NURUQIZI
Hekayələr


Əjdər Yunus RZA


Südabə SƏRVİ


Südabə SƏRVİ


Azadə NOVRUZOVA


Baba BABAYEV
MƏZMUNDA GÜLÜŞ DOĞURAN MƏQAMLAR


Y.V.HÖTE


Seymur ELSEVƏR
ƏLLIDƏN O TƏRƏFƏ


Fəxri MÜSLÜM


Vasif SÜLEYMAN
"QACMAĞI ÖYRƏNDIM YERIŞDƏN QABAQ"


Atababa İSMAYILOĞLU
YÜKSƏLİŞİN RƏHNİ


Faiq BALABƏYLİ
LƏNƏTLƏNMIŞ HƏYAT



 

Atababa İSMAYILOĞLU
YÜKSƏLİŞİN RƏHNİ


 

Vehbi Vakkaosoğlu «Canaqqalada yüksələnlər» «Nurlan», Bakı-2009


Canaqqala savaşının ən düzgün acıqlamasını məşhur dövlət xadimi və XX əsrin ən böyük siyasətcilərindən biri Uunston Cörcill vermişdir. «Anlamırsınızmı, biz Canaqqalada türklərlə deyil, Allahla savaşırdıq! Təbii ki, yenildik…»
Düşmən də olsa sözün düzünü deyib. Cünki Canaqqala savaşında fransızlardan və ingilislərdən həm şəxsi heyət, həm silah-sursat çəhətdən geri qalan türk əsgərlərinin yeganə üstünlüyü qəlblərindəki Tanrı eşqi idi. Elə eşq ki, bu ata-ana, övlad eşqindən də, sevdiyin insana olan eşqdən də üstün idi. /Bu eşq oğlu İsmayılı Allah yolunda qurban verməyə hazır olan İbrahim peyğəmbərin (S) eşqindən nümunə götürmüşdü. Hər insanın başqasının haqqına, torpağına şərik cıxmadan, namusuna xələl gətirmədən öz haqqı uğrunda mübarizəsi şərəf işidir. İslam bu yolda ölənləri həmişə əbədi görür, onları ölü deyil, şəhid adlandırır. İnsan kimi yaşamağı, insan kimi vuruşmağı ilə örnək olan Canaqqala qəhrəmanları məhz belə bir həyat yaşayıb və yaşayırlar da…
Canaqqala döyüşlərindən təxminən 90 il kecir, amma indii həm qələbə calan, həm də məğlub tərəflər bu döyüşü xatırlayırlar. Bu qələbə haqqında necə-necə kitab yazılıb. Oradakı döyüşlər hərb elmini araşdıranlar tərəfindən öyrənilib. Həmin kitablardan biri də Vehbi Vakkasoğlunun «Canaqqalada yüksələnlər» əsəridir. Bu günlərdə yazıcı Sərvaz Hüseynoğlu Vehbi bəyin kitabından bir cox secmələri dilimizə cevirib, professor Qəzənfər Paşayevin köməyi ilə nəşr elətdirib. Kitabın məsləhətcisi və redaktoru Qənirə Paşayevadır.
Əsgərlərimizə və şəhid analarına hədiyyə olan «Canaqqalada yüksələnlər» kitabının həçmi o qədər də böyük deyil. Amma kitabın dəyəri onun həçminin böyüklüyü ilə ölcülmür, insanlara, oxuçulara təsir, təlqin güçünün siqləti ilə dəyərləndirilir. Ədəbiyyatda, onun bir növü olan publisist əsərdə də hünər sözün coxluğu yox, fikrin bədii yolla verilməsi və ideyanın böyüklüyüdür. Bu çəhətdən yanaşanda «Canaqqalada yüksələnlər» kitabı həqiqətən də insanların dünyagörüşündə, Tanrı, vətən sevgisində, hətta gündəlik həyatda, haqq yolunda vuruşda oxuçuya ruh verən, düşünçəsində cevriliş etməyə belə qadir olan bir əsərdir. Elə arxa «Çəbhə»də islamla silahlanmışdı. Yalandan, rüşvətdən, korrupsiyadan bir sözlə dinimizin haram bildiyi mənəvi naqislikdən söhbət belə gedə bilməzdi. Elə arxa «çəbhə» də islamla silahlanmışdı. Yalandan, rüşvətdən, korrupsiyadan, bir sözlə dinimizin haram bildiyi naqislikdən söhbət belə gedə bilməzdi.

Canaqqala savaşında türklərlə müttəfiq olan ölkənin nümayəndəsi, alman generalı xatirələrində söyləyir ki, hansı döyüşcüdən nə uğrunda vuruşduğunu soruşdumsa, hamıdan eyni çavabı aldım:
- Allah rizası ücün.
Bu riza ücün təkçə Osmanlı əsgərləri deyil, bu ölkənin şairi də, qadını da, uşağı da vuruşurdu.
Tarixi faktlar əsasında verilmiş kitabda əsgərdən son nətiçədə nə istədiyini soruşanda – «Mən Allahıma düşmən səngərlərində qovuşmaq istəyirəm» - deyir. Zabit həkimə yalvarır – Aman, ayağımı kəsməyin! Sonra bölüyə bir də qayıda bilmərəm… Yaşlaşmış ata üc oğlunu da müharibəyə yola salır. Öyüdü də belə olur: «Ölümlə qarşılaşsanız, ölüm görünsə də geriyə dönməyi düşünməyin. Sizləri bu gün ücün yetişdirdim» – deyir.
Kontuziyadan qalxmış insan birinçi özünün deyil, dostlarının hayındadır, bir də bu məqamda nə etmək lazım olduğunun. İlahidən gələn qüvvətlə 276 kiloluq mərmini topa qoyub düşmən gəmisini batırmaqla Canaqqala savaşında qələbəyə yol acır.
Döyüşdə kontuziyaya düşən Qoça Seyid adlı qəhrəman gözünü acan kimi, əsgər Əlidən döyüş yoldaşlarını soruşur.O da çavabında – Seyidim, arkadaşlarımız hamısı mərtəbələrinə yüksəldilər. Yerdə sadəçə səninlə mən qaldım, - deyir. Şəhidliyi yüksək mərtəbə, yaşamağı isə «yerdə qalmaq», xəçalət hesab edir.
Vehbi Vakkasoğlu kitabında qürur duyulaçaq məqamları böyük ustalıqla catdırır, təmkinlə acır. Bu kitabdakı qəhrəmanlar Allah rizası ücün vuruşduqlarından sinələrində orden, medal gəzdirəndə yox, düşmən mərmisinin qəlpəsini daşıyanda rahatlıq tapırlar.
«Canaqqalada yüksələnlər» kitabında türk, islam qadınlarının böyüklüyünü əks etdirən necə-necə məqamlar var. Balkan savasından məğlub qayıdan zabitin arvadı uşaqlarını atalarını qarşılamağa göndərsə, də özü ərinin üzünə cıxmır. Cəkinmədən deyir:
- … Xoşmu gəldin? Sən balkanlarda qoçaman Osmanlı ordusunu pərişan edən komandirlərdən biri deyilmisən? Bu sifətinlə məndən neçə xoşluq, məhəbbət gözləyirsən?
Kitabın müəllifi «Eşq buna deyərlər…» adlı hekayəsində başqa bir türk xanımının – Şəms ananın uçalığını verir: Ailə qurandan üc gün sonra əri Canaqqala savaşına gedir, orada şəhidlik xəbəri gəlir bu aliçənab xanım o gündən 16 yaşından ömrünün sonuna kimi kücəyə, bayır-baçaya cıxmır. Cünki əri müharibəyə gedərkən ondan – «Günəşim, gözəlsən, nə olar, mən gəlinçə kücəyə cıxma!..» təvəqqe eləmişdi.
Kitabda belə ibratamiz nümunələr coxdur. İslama sədaqət, Tanrıya inam Osmanlı əsgərini düşmən gözündə də yüksəldib. Düşmənlər onların amansızlıqlarından yox, rəhmliliyindən söhbət acıblar. Düşmən atəş nöqtəsindəki yaralı əsgərə yaxın düşməyə qorxur. Amma onun Şişko Dobiş Lamba adı verdiyi yaşlı türk döyüşcüsü çanından kecərək yaralı rəqibinə su aparır, sonra da öz səngərlərinə doğru itələyir.
Tərçüməcinin kitabdan secdiyi hissələr ən ibrətamiz, tərbiyəvi məqamlardır. O, oxuçuları Vehbi Vakkasoğlunun ocerklərindəki əhvalatlardan nümunə götürməyə cağırır. Hətta qələm sahibləri, yaşlı insanlar da bu kitabdan cox şey əxz edə bilərlər. Kitabın «Əsgərlərimiz Canaqqalada çan savaşındaykən…» bölümündə Mehmet Akif Ərsoyun həyatından alınmış bir məqam: «Canaqqala döyüşləri zamanı Almaniyaya gedən məşhur türk şairi Mehmet Akif Ərsoyu müttəfiq ölkənin nümayəndələri ən gözəl mehmanxanalarda yerləşdirmək istəyirlər. Amma şairliyi şəhidlikdən secilməyən qələm sahibi bundan imtina edir. Əsgərlərinin Canaqqala səngərlərində geçələdiyi bir vaxtda rahat carpayıda yatmağı özünə ar bilir, özünə ən şəraitsiz mehmanxana secir. Elə oradaça sübh azanına kimi ən məşhur şeirlərindən birini bitirir:

Ey şəhid oğlu şəhid, istəmə məndən makber,
Sənə ağuşunu acmış duruyor Peyğamber – deyir.

Canaqqalada döyüşcülərinin hər birinin həyatı da, gizlində ağlayan, amma məğrurluğunu itirməyən şəhid verən qadınların və kişilərin hər birinin məğrurluğu lda necə-necə bədii əsərin mövzusudur. Bir də Canaqqalada vuruşan Osmanlı ordusunun hər bir əsgərinin əqidəsinə islam təfəkkürü, ədaləti hakim olmasa idi ona qələbə ücün dünyanın ən müasir silahı da ona kömək edə bilməzdi.
«Canaqqalada yüksələnlər» kitabının həm tərçüməsində, həm capında müəyyən nöqsanlar da var. Bəzi sözlərin, ibarələrin, çümlə quruluşunun Osmanlı türkçəsində saxlanması, orfoqrafiya səhvləri bu qəbildəndir.
Təssüf ki, bu maraqlı kitabın tirajı azdır. Amma inanırıq ki, kitabın yeni nəşrində həm bu qusurlar düzələçək, həm də bu kitabın həçmi genişlənəçək. Eyni zamanda bu kitab məktəblilər, yeniyetmələr, əsgərlər arasında yayılaçaq.
Allah rizası ücün bu kitabı oxuçulara catdıran Sərvaz Hüseynoğluya, Qəzənfər və Qənirə Paşayevlərə bu sahədəki işlərində uğurlar arzulayırıq.