Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

NISƏ BƏYIM


Buludxan XƏLILOV
ÇAĞDAŞ TÜRKOLOGIYAMIZIN QARŞISINDA DURAN VƏZIFƏLƏR


İmdad AVŞAR
QARABAĞ QACQINLARI


Səyavuş MƏMMƏDZADƏ


Hiçran HÜSEYNOVA
SADƏ, AYDIN, SƏMİMİ


Əlisəftər HÜSEYNOV
SÖZ...SƏS...TƏSVİR...


Musa ƏLƏKBƏRLİ


MƏMMƏD İSMAİL
ON YEDDİ YAŞIN ŞEİRİ VƏ YAXUD
LEYLANIN MƏKTUBLARI


Fərqanə MEHDİYEVA
SÖZƏ BEL BAĞLAYAN ŞAİR


Faiq HÜSEYNBƏYLİ


Sevinc NURUQIZI
Hekayələr


Əjdər Yunus RZA


Südabə SƏRVİ


Südabə SƏRVİ


Azadə NOVRUZOVA


Baba BABAYEV
MƏZMUNDA GÜLÜŞ DOĞURAN MƏQAMLAR


Y.V.HÖTE


Seymur ELSEVƏR
ƏLLIDƏN O TƏRƏFƏ


Fəxri MÜSLÜM


Vasif SÜLEYMAN
"QACMAĞI ÖYRƏNDIM YERIŞDƏN QABAQ"


Atababa İSMAYILOĞLU
YÜKSƏLİŞİN RƏHNİ


Faiq BALABƏYLİ
LƏNƏTLƏNMIŞ HƏYAT


POEZİYA
 

Fəxri MÜSLÜM


 
Dil-ədəbiyyat müəllimim hörmətli Xıdır Allahverdiyevə

GÜLMƏDİ

Elə bil ki, süst düşübdü bu dağlar
Əvvəlki döy, bu cicək nə, gül nədi.
Yaylaqları xal salıbdı könlümə
İcim-cölüm acılmadı, gülmədi.

Dan üzünün calarını qəm tutub,
Bağrım-başı doluxsunub, nəm tutub,
Ab-havadan durnaları dəm tutub,
Göz oxşamır, bu qanad nə, tel nədi.

Səma cəkib, göy quruyub, gün döyüb,
Hər şey tamsız, yöndəm döyüb, yön döyüb,
Bu nə yaylaq duman döyüb, cən döyüb,
Sərgisizdi, bu caylar nə, sel nədi.

Ağ Bulağın küləyi yox, mehi yox,
Göy cəmənin üzə gülən şehi yox,
Dağ-aranın alışı yox, behi yox,
Jan qızdırmaz, bu ojaq nə, kül nədi.

Zirvə küsüb, üz döndərib bizlərdən,
Ağız dolub şüarlardan, sözlərdən,
Taqət enib dabanlara düzlərdən,
Farağat tək bu qollar nə, əl nədi.

Dimdik papaq, alın güzey bəndəyik.
Dönəlgəsi it-bat olmuş gündəyik
Baş-binədən şeytanında, jindəyik
Tərsə düşüb, bu elat nə, el nədi.

Yurd yerindən «Göycə gülü» gen düşüb
Ağrısından Ağrı dağa dən düşüb
Havalanıb balıqları cimkəşib,
Göycədəki bu dəniz nə, göl nədi.

Elə bil ki, süst düşübdü bu dağlar
Əvvəlki döy, bu cicək nə, gül nədi.
Yaylaqları xal salıbdı könlümə
İcim-cölüm acılmadı, gülmədi.


BİLİNMƏZ

Ömür közə qalmış ojaq yeridi,
Tüstüsü bilinməz, hisi bilinməz.
Jan gedər-gəlməztək icindən cıxar,
Nəfəsin bilinməz, səsin bilinməz.

Gül-gülşən cağırar, yazı aldadar,
Alına yazılmış yazı, aldadar.
Hür məlakələrin nazı aldadar,
Avazın bilinməz, pəsin bilinməz.

Ağ-ağ buludları, yağışı durar,
Gözdə ilmələnmiş naxışı durar,
Son anın ümidsiz baxışı durar,
Dünyanın avandı, tərsi bilinməz.

İllər pay verdiyi dərd küsüb gedər,
Aşa bilmədiyin sədd küsüb gedər,
Səbr təngənəfəs, büzüşüb gedər,
Hec yönü-yöndəmi, tərzi bilinməz.

Fəxriyəm, ovqat da, hal da dəyişdi,
Gün döymüş arxajtək ilğıma düşdü,
Tanrı zəmisidi, bicən dərvişdi,
Dəryazı bilinməz, dərzi bilinməz.

04.08.08


GÖZƏL İMİŞ

Hamıya bir olan güj ayrı şeydi,
Dərdi tək cəkəndə dərd gözəl imiş.
İsti jana məlhəm tər cicəkləyər,
Ömür havasında sərt, gözəl imiş.

Könül didərgindi ağıl tutandan,
Jojuq yuxuları nağıl tutandan,
Toppuş əllərində noğul tutandan,
Vaxt-vədə peşiman, pərt gözəl imiş.

Caqqal harayında yaddaş qarışdı,
Gözə toz üfürdü, bardaş qarışdı,
Şeytan sapandında hər daş qarışdı,
Mənim tapındığım qurd gözəl imiş.

Ozanı, yansağı söykənj yerimdi,
Ötmüşüm, kecmişim güvənj yerimdi,
Haqqıma verilmiş dərdim, sərimdi,
Şəninə bir sazım, ud gözəl imiş.

Yol aldım dünyaya, izim göynədi,
Yığdım kirpiyimə gözüm göynədi,
Fəxriyəm, ağrıdan sözüm göynədi,
Birjə cicəyində yurd gözəl imiş.

26.X.2008


OLDUN

Bu ömür, günümün doğan gunəşi,
Aynası sən oldun, mərdi sən oldun.
Yaşadım icimdə, öldüm icimdə,
Cəkdin zülüm-zülüm, dərdə tən oldun.

Bəlkə də catmazdım, səmaya, göyə,
Bu haya-haraya, bu haya-küyə.
Ağrı uda-uda, söz yeyə-yeyə,
Göydə buludlanıb, yerdə cən oldun.

İlişdik vergüldə, ilişdik sözdə,
Nəmi göyə caldı, ocaqda, közdə.
Dözmədi bu yükə kirpik də, göz də,
Şehinə tutulmuş cər-cəmən oldun.

Nə gəldi bizlərə, bəndədən gəldi,
Tanrıdan gəlmədi, bəndədən gəldi,
Ağ uddu qaranı, dənə dən gəldi,
Yaylaq alsını tək göyərən oldun.

Fəxriyəm, alnımda yurd sərhəd imiş,
Oba sərhəd imiş, yurd sərhəd imiş,
Sənli yol-yoluğa bir həmdərd imiş,
Otuzluq lampatək közərən oldun.

25.04.2008

AĞLAR

Düşmüşəm könlümün ilham bağına,
Solub çəmənzarı, gül ağlar-ağlar.
Çəkmir qəflə-qatır, köyşəyib durur,
Yetiş harayına, bil, ağlar-ağlar.

Tərs düşmüş toyuq tək, boran yer gəzir,
Çəkmir aşağılar, varıb dör gəzir,
Bəzən avazıyıb, sərasər gəzir,
Cəhənnəm küləyi, yel, ağlar-ağlar.

Buzdayıb divarı istini çəkmir,
Qürumdan borusu tüstünü çəkmir,
Can çəkir altını, üstünü çəkmir,
Qalıb ocağımda, kül, ağlar-ağlar.

Darıxıb qalmaqdan, alın tər çəkər,
Lüt olmuş zülmətdən gözlər zər çəkər,
Ömür çəkməyəni, Araz, Kür çəkər,
Çəkiclər zindanı, əl, ağlar-ağlar.

Fəxriyəm, açılmır alçası, narı,
Sel olmur suları, ərimir qarı,
Qılıncdan itidir azar-bezarı,
Yamacın qaşında, bel ağlar-ağlar.

19.03.09.


BİTİRƏR

Baxışların sonalanmış, ay kimi,
Xəyalımı uzaqlara ötürər.
Təbəssümün bənövşədi kölgədə
Cəkib məni öz ətrində itirər.

Bu dunyanı havalanıb, kecərəm,
Ruha donüb, səmalara köcərəm,
Həyalanıb buludunu secərəm,
Bəlkə, mənim dərd-sərimi götürə.

İlmələnib, duyğulanıb hal-əhval,
Hara cəkir bu bəxt-tale, bu yığval
Yaram xal-xal, ümidlisə bu sığal,
Eşq odumu toparlayıb, gətirər.

İlğımlanıb arxac, sayaq könül də,
İlğımlanıb bu cicək də, bu gül də,
Ömür gəlir, ömür gedir min ildə
Binəsinə, odasına yetirər.

Bu dünyanın astanası qəm imiş,
Bu dünyanın astanası kəm imiş,
Fəxri deyər, bir calınan sim imiş,
Şərqisini, ürəyimdə bitirər.


MƏN YEMIŞAN AĞACIYAM TANRIM

Mən, Yemişan ağacıyam Tanrım
açıq talada.
Yağışdan, yağmurdan sıfqarılmış, çıxmış kimi.
Dünyanın acısından,
ağrısından daranıb, darlanıb, sıxılmış kimi.
Təkəmseyrək bitmiş yemişan ağacıyam Tanrım,
Içim tənhalıqdan təndir təşnəsi, ocaq təşnəsi.
Qollarım səmada bir dəli havaya açılmış,
Ucalmış, kök atmış kimi.
Başımın üstündə
qüruba enən Günəşin qürub kölgəsi,
Gözümün önündə düşmənə rəvac verən,
ümid verən, inanc verən
yarımçıq bəndələrin yarım kökə köklənmiş
qarışıq, kəmkəsir urrası, səsi.
Bir də, daha çox bel bağladığım
yüyürək kəhər atların belində yürüyən
qilincli, qalxanlı yaxınlarımın ölkəsi
Bu da,
addimlarimin min illik, milyon illik
çəlimində, izində arxiv bağlamaları tək,
qat bağlamış, kir bağlmış, pas bağlamiş,
Bir də,
saçaq-saçaq mamıra qalmış ləkəsi.
Mən, yemişan ağacıyam Tanrım,
Ayına, ulduzuna, buluduna dirənmiş.
Canım balta ağzında,
dəhrə ağzında sığallana-sığallana,
ümidə, səbrə kəsilmiş kimi
yaxşi ki, hövsələmi qamçılayıb,
yalin əllərimlə sökə bildim qaranlıqların yaxasını
danna, ağaranına çatmış kimi.
Kürəyimə saplanmış soyuq xəncər yerlərinin,
sızıltılarını, göynərtilərini ovutmuş yox,
oyatmiş kimi.
Dəli-dolu oğlanların gözlərinin dərinliyində
bütün insanlığın dünyasına,
gizlin düşmüş inam-ümid çağırışının
gələcəyə səsləyən hayqırtılarını
İçimə-çölümə köçürmüş kimi.
Qorxulu kölgələr tək üstümə yeriyən dövranı,
zamanı qılıncdan, nizədən keçirməyə,
ələyib, ələkdə keçirməyə,
bir dəli nərəmlə hayqıra-hayqıra yüyürəsi oldum.
bütün ağırlıqları devirmiş,
devirmiş kimi.
mən, yemişan ağacıyam tanrım
açıq talada.

09.03.09.


İLLƏRDİ

İllərdi, yerləşib, binələnibdi
Örüş yiyəsi tək, yurd yiyəsi tək.
Mənimlə aranlı, dağlı kimiydi,
Ocaq yiyəsi tək, od yiyəsi tək.

Duz-çörək kəsmişdi diz-dizə verib,
Xoş anı, xoş günü göz-gözə verib,
Ömürü doxsana, ya yüzə verib,
Şərəfli bir ölüm, ad yiyəsi tək.

İllərdi torpağa, suya şərikdi,
Yazıma şərikdi, yaya şərikdi,
Haqqımdan kəsilmiş paya şərikdi,
Dilində şirəsi, dad yiyəsi tək.

Oğul evləndirib, qız köçürmüşdü,
Əlinə şərqimi, saz keçirmişdi,
Qədim qaynaqları, söz keçirmişdi,
Soyuma soxulmuş, yad tiyəsi tək.

Canı yanmış kimi göz aldadırmış,
Çevirib astarın, üz aldadırmış,
Gəlişi, gedişi iz aldadırmış,
Ağrıma bir şərik, dərd yiyəsi tək.

İllərdi, başımı tüklə kəsirmiş,
Daşınan varımla, yüklə kəsirmiş,
Zalım, üzə gülə-gülə, kəsirmiş,
Mən yalan, o, sərhəd, sədd yiyəsi tək.

16. 03. 09.
ŞEİR TƏKCƏ EŞQ DEYİL

Şeir təkcə sevmək deyil,
Sevgi deyil, eşq deyil,
Məlhəm olub ürəkləri yaşada.
Şeir, kişi olmuşların kirpiyində, gözlərində
Baharlaşmış bulud deyil, yağış deyil, yaş deyil,
Torpaq uğrunda, vətən uğrunda, yurd uğrunda,
Şəhidliyin zirvəsinə ucalmışların
Baş daşını, sinə daşını ağı deyib,
Göynəyə-göynəyə nəmə tuta, islada.
Sonra da,
Avazıyıb, aram-aram, sona qalmış damlalarla
İncik düşmüş şəhid ruhlarını döyəcləyə, aldada.
Nüvə silahlarının arasında
Şeir şərqilənməz, avazlanmaz,
Nifrət olan yerdə, qəzəb olan yerdə, kin olan yerdə
Şeir kövrək ruhlar üstdə yozulmaz.
Şeir həm də dərd kimi də, kədər kimi, qəm kimi də anılmaz.
Şeir vətənin çapıq daşıdı, Əhməd Cavaddı, ulu yaddaşdı,
Başımız üstündə hər tərəfə dalğalanan
Vətənin üç rəngli bayrağını yaşatdı.
O ucalıqdan, o yüksəklikdən qanad açıb qanadlandı,
Bəxtimizdə, taleyimizdə sırğalandı.
İçimizdə yaşatdığımız inam, ümid işıqlarını
Addımlarımızın önündə nur edib də çıraqlandı.
Ancaq, işğal altında tapdaq olub, tapdanan torpaqlar
Bizi yavaş-yavaş bir əsgər kimi sıralara
düzüb tərpədib, oyadır indi.
Biz namus, ar, qeyrət sahibləri tək,
Həlim ürəklərimizi soxub göz bəbəyimizə,
Yenidən, bir az soyuq, bir az da daş olmuş ürəklərimizi
Çıxardıb qoymalıyıq ortalıqlara,
Çünki, yurd çağırışı, yurd qayıdışı alnımıza yazılmlş qeyrətin,
qolumuzdaki təpərindi.
Şeir təkcə sevgi deyil,
Şeir də bir söz qılıncı,
Bu qılıncdan qan dammazsa,
Şeirinin misra çəkisindən, misra tutumundan
Kimsə özünə qəsd edib də, öz canını asammazsa,
Dilə gəlməz qala-qala abidələr, yurd yerləri.
Dilə gəlməz təpələri, dərələri.
Şeir yarımçapıq qayaların, cadar olmuş torpaqların
Dəlmədeşik, oyuq-oyuq külək ölən, öləziyən yerlərindən
Keçib gələn, ötüb gələn söz kimidi,
Söz yarasıdı,
Güllədən, mərmidən ağır,
Yada, özgəyə yox.
Öz içimizə, çölümüzə köz kimidi.
Hələ, düşmənə söz yarası vurammadıq,
Şeiri söz üstündə ağır-ağır qurammadıq.
Şeirin sözünü güldən seçib,
Şehli-şehli yükləmişik şeirlərə, duzu yox,
suyu damır.
Sözün tikannı düşmən bilib, ocaqlarda qalayıb da, istisinə,
tüstüsünə mürgüləyə-mürgüləyə,
Ümidləri dəniz sahilindən o tərəfə bağlamışıq,
Arlanmadan, yerə-göyə girə-girə, izi yox,
Ahı, oyu damır.
Düşməni söz tikanına tutammadıq,
Üstəlik də,
Bezə bilmədik də, ət tökən şoulardan,
Guya, hər şeyi biz qabaqlayıb, haqlamışıq.
Düşmən də sülhü sehirli xalça kimi minib, ağ at əvəzi,
Biz də qoşulmuşuq ağ atın quyruğuna,
Çəmənli, çiçəkli şərqi deyə-deyə,
Şeir deyə-deyə.
Dözürük dünyanın istisinə-soyuğuna.
Neçəki şeiri daş kimi sapanda qoyub atmamışıq,
Çevirib gülləyə, mərmiyə
Düşmənin ürəyini yarmamışıq, qanatmamışıq,
Bu ruhsuz,
Çəkisiz yazılmış şeirlərdən əl çəkmək vaxtıdı.
Neçəki dünyanın taxtı-tacı
Bizə düşmən kəsilmişlərin taxtıdı,
Şeirlər qılınca, nizəyə dönsün gərək,
Şərə, şər qüvvəyə yönəlsin gərək.
Şeir təkcə sevgi deyil....

23.03.09.