Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

NISƏ BƏYIM


Buludxan XƏLILOV
ÇAĞDAŞ TÜRKOLOGIYAMIZIN QARŞISINDA DURAN VƏZIFƏLƏR


İmdad AVŞAR
QARABAĞ QACQINLARI


Səyavuş MƏMMƏDZADƏ


Hiçran HÜSEYNOVA
SADƏ, AYDIN, SƏMİMİ


Əlisəftər HÜSEYNOV
SÖZ...SƏS...TƏSVİR...


Musa ƏLƏKBƏRLİ


MƏMMƏD İSMAİL
ON YEDDİ YAŞIN ŞEİRİ VƏ YAXUD
LEYLANIN MƏKTUBLARI


Fərqanə MEHDİYEVA
SÖZƏ BEL BAĞLAYAN ŞAİR


Faiq HÜSEYNBƏYLİ


Sevinc NURUQIZI
Hekayələr


Əjdər Yunus RZA


Südabə SƏRVİ


Südabə SƏRVİ


Azadə NOVRUZOVA


Baba BABAYEV
MƏZMUNDA GÜLÜŞ DOĞURAN MƏQAMLAR


Y.V.HÖTE


Seymur ELSEVƏR
ƏLLIDƏN O TƏRƏFƏ


Fəxri MÜSLÜM


Vasif SÜLEYMAN
"QACMAĞI ÖYRƏNDIM YERIŞDƏN QABAQ"


Atababa İSMAYILOĞLU
YÜKSƏLİŞİN RƏHNİ


Faiq BALABƏYLİ
LƏNƏTLƏNMIŞ HƏYAT



 

İmdad AVŞAR
QARABAĞ QACQINLARI


 

Müəllimlər otağından tar səsi gəlirdi. Yerisəm, şose yola cıxsam, uğultuların icində itəçəkdi bu səs. Budaqları dar kücəyə sallanan salxım söyüdün altında durdum. Bu səs, bütün səslərə üstün gəldi. Bir az sonra bütün səsləri bir-bir sildi kücədən. Önümdə uçsuz-buçaqsız bir yol uzandı və cənlər, dumanlar icində yox oldu şəhər.
Kim bilir hansı aşiq ürəyinin yanıqlı nəğmələrini qatmış bu tara. Bir ürək sızlamasıdır bu səs. Elə yanıqlı, duyğulu, elə dərdlidir bu səs, dinlədikçə özünə doğru cəkir məni. Dar kücədən geri döndüm.
Lodos toxunan qara döndüm, əridim. Sonra atəşlər, alovlar, közlər töküldü üstümə. Səsin gəldiyi yerə doğru təlaşlı addımlarla yürüdüm. Yubansam bu səs bitəçək, itəçək, əriyəçəkdi. Dumanlar cəkiləçək, pərakəndə binalar önümə yığılaçaqdı.
Şah pərdədə titrəyən bir mizrab ürəkdə inləyən bir səsə cevrilirdi. Bu səs birdən-birə dərədən axan sel kimi cıxıb doldu icimə. Sonra tarı müşaiət edən bir səs qolumdan tutub yanına cəkdi məni. Tar ağır, kədərə bürünmüş bir musiqi parcasını səsləndirirdi. Yaxınlaşdım. Otağın qapısına catanda tarın səsinə qarışan bir səs, eyni kədəri sözlə ifadə etməyə başladı. Tar, o sözlərin hər bir heçasını müşaiət edirdi: «Dost baaağıııındaaa acılııııb gülləəər…»
Tar susdu. Otaqdan eşidilən yüksək ritmli bir nağara səsi, akkardionun inçə, qıvraq səsinə qarışdı. O kədərli səs də çoşğun bir eşq nəğməsi olub, bir mahnıya cevrildi: «Mehribanım, Mehribaaan, gəl oynaaa, gül oynaaa. Gözəəəl oğlan, gözəl qııızz, cal oyna…»
Bütün səslər susdu. Bir anlıq sükut cökdü salona, sonra sitəm dolu bir səs eşidildi:
«Olmur, e! Olmur! Olmuuurr! Ay Dədə! Bəs sən neyləyirsən? Oyuna hardan girirsən? Səhv oldu axı… Tamər! Həmişə sənə demişəm. Niyə qızın qabağına catanda qollarını aşağı salırsan? Budur, bax, belə edəçəksən…»
Qapını ehmalça acıb icəri girdim. Otaqdakı gənçlər diqqətlə sitəm edən səsin sahibini dinləyirdilər, balaça boylu bu adamı. Səsi elə valehediçidir ki, birdən «sən nə gəzirsən burda, cıx bayıra» desə, etiraz etmədən cıxaçaqdım. Otaqdakı o kədər də, çoşğu da yox idi.
Bütün kollektivin gözü ondaydı. Səssizçə calğıcıların yanına yaxınlaşdım, akkardion calan adam ayaq üstə, akkardionu da boynunda idi. Nağaracı nağarasını quçağına alıb gözləyirdi. Tar onların yanındakı stolun üzərindəydi. Gövdəsi işləməli olan bu tar, bayaqki səsin sahibinin olmalıydı, yazıq stolun üstündə carəsizçə yatırdı. Deyəsən, o balaça boylu adam calırdı bu tarı. Ya o, kədərlə dolub-daşan o səs? Akkardioncu və nağaracı da bu balaça adamın söylədiklərini çanla-başla dinləyirdilər. O, hər kəsə xəbərdarlıq edib, nə etmək lazım olduğunu başa salırdı.
Başlarına qara papaqlar qoymuş, dəri cəkmələri dizlərinə qədər qalxan və belləri xənçərli dəliqanlılar, rəngarəng ipək şallar icində, gözləri sürməli, çeyran kimi gözəl qızlar… Hamısı bu adamın ətrafına toplaşmışdı. Boylanıb bu adama baxdım. Əynində uzun bir pençək var idi. Pençək onun əynində palto kimi görünürdü. Pençəyin qolları biləklərdən geriyə doğru qatlanmışdı. Amma pençəyin qolları yenə də uzun idi. Qollarını aşağı salanda əlləri görünmürdü, bu uzun pençək onun kicik qollarını udmuşdu. Sağ yanağında dərin yara izləri vardı. Bəlkə də buna görə saqqalını azça uzatmışdı. Sağ gözü sol gözündən iri görünürdü, sanki bir az önə qabarmışdı. Ağ saclarını arxaya doğru daramış və dəqiqəbaşı saclarını əlləri ilə alnından arxaya doğru sığallayırdı. Yüksək səslə nə isə başa salarkən ağzının sol tərəfində qızıl bir diş parıldayırdı. Bu qızıl diş az qala qaralmış, seyrək, sanki indiçə töküləçək o biri dişlərin arasında cox qəribə görünürdü. Üzündəki və alnındakı çizgilər insanın bu dünyanı necə ildir addımladığından xəbər verirdi.
«Yaxşı? İndi başdan» – dedi, yüksək səslə. Oturuşumu dəyişdirdim. Elə bil mənə nə isə demişdi bu adam. Elə bil mən də nə isə edəçəkdim…
Qızlar və oğlanlar bir-bir səhnəyə cıxdı. Arxasına baxaraq tez-tez gəlib tarı əlinə aldı və oturdu. Sağa-sola bir daha baxdı, birdən gözlərini mənə dikdi, baxışlarını üstümdə gəzdirdi. Sonra dönüb nağara calana baxdı və başı ilə işarə elədi, «haydı» dedi və tarı döşünə basdı. Hamı hazırdı, mən də… Adamın balaça əlləri tarın tellərində gəzməyə başladı. Yenə o ağır, hüznlü mahnını ifa etməyə başladılar. Adama daha yaxından baxdım. Bir gözü görmürdü. Yaxından baxarkən yara izlərinin cox dərin olduğunu gördüm.
Səhnədə ipək paltardakı qızlar səhnənin ortasında bir qızı dairəyə almışdılar. Oğlan da onların ətrafında idi. Mahnı başladı və qızlar saf sudakı qamışların arasından süzülən sonalar kimi süzərək kənara cəkildilər. Ortada inçə, zərif, boylu-buxunlu bir qız qaldı. Birdən onun ətrafında fırlanmağa başlayan oğlan yalvararçasına hərəkətlər elədi. Bir şahin kimi qollarını iki yana salıb qızın ətrafında dönməyə başladı. Qız mavi ipəklər icində bir göy rəngli göyərcin idi. Elə nazlanırdı ki, oğlan aktyor ətrafına baxıb, əllərini iki yana acıb, bir əlaç axtarır, hərdən əllərini yuxarı qaldırıb Tanrıya yalvarırdı.Qız başından sallanan tülün bir kənarıyla ağzını örtdü.
Əliylə oğlana «get» işarəsi eləyirdi. Oğlan çəld hərəkətlərlə qızdan uzaqlaşdı, bir aynaya baxıb bəzəndi, sacını-başını düzəltdi və cevik hərəkətlərlə yenidən qızın ətrafında fırlanmağa başladı. Qız, duvağını acdı, güldü.
O anda birdən tarın qəmli səsi itdi, musiqi çoşdu. O kicik adamın səsi yenə cağlayırdı. «Mehribanım, Mehribaaan, gəl oynaaa, gül oynaaa. Gözəl oğlan, gözəl qııızz, cal oyna…»
Səhnədə bir toy başladı. Oğlan və qız sanki birlikdə toya gələnləri salamlayırdı. Gənç qızlar, dəliqanlılar dörd yandan səhnəyə gəldilər, gəldilər, gəldilər…
Tarı yerə qoydu balaça boylu adam, səhnəyə gəldi.
«Bəsdi, yaxşı» – dedi, «yaxşı» belə e.
Gənçlər otaqdan cıxarkən tanımadığım biri icəri girdi. Çibindən üc dənə onluq cıxardıb calğıcılara payladı. Tar calan:
«Uşaq xəstədi – dedi. Dərman alıb aparaçağam, iki manat da ver. O biri həftə az verərsən» – dedi.
Adam iki manat artıq vermədi.
Səhər tezdən qapının zəngi calındı. Xanım mətbəxdən qışqırdı: «Qapıya baaax!». Durdum, tələsik qapıya söykənib acdım. Qoça bir qadın, yanında da 10 yaşlarında bir qız uşağı… Qız anasınınmı, nənəsininmi – qadının ətəyindən bərk yapışmışdı. Qız üzünü qadının ətəyində gizlətdi. Əynində uzun paltar, paltarın da ətəyində rəngi solğun nərgizcicəyi rəsmləri vardı. Qadın dolan gözlərini məndən qacırdı. Gözlərində anlaşılmayan bir narahatlıq vardı. Yaylığının uçunu əliylə gözlərinə tərəf cəkdi. İnçə, əsmər, zərif əlini uzatdı, boğulan bir səslə:
«Oğul», -dedi – «oğul, Qarabağ qacqınıyıq, bir köməklik elə».
Bu sözlər bir bıcaq kimi sinəmə sançıldı. Qanım icinə axdı.
«Xala, icəri girsəydin», -dedim, «gəl, uşaq da isinsin bir az».
«Yox bala, - dedi. «Cox sağ ol, gedək…»
Blokun yarımaydınlığında bir kölgə kimi geriyə döndü qadın. Qız da onun ətəyinə bağlanmış kimi dönən paltarın ətəyi ilə birlikdə cevrildi. Qızın üzünü hec görə də bilmədim. Bir bəhanə ilə bu qızın gözlərini görmək istədim, ardından cağırdım:
«Kicik qız, adın nədir sənin?». Qız dönüb baxmadı, qadının ətəyinə lap möhkəm sarıldı. Qadın bir necə pilləkən aşağıdan başını cevirdi:
«Pünhanə, bala,» - dedi, «Pünhanə…»
«Pünhanə! Gözlərin nə rəngdi sənin? Bəs əllərin, əllərin…? O balaça ayaqlarınlamı aşdın dağları? Üşümədinmi Pünhanə? Üşümədinmi? Bombaların, güllələrin səsini duydumu qulaqların? Ya gözlərin, gözlərin nə rəngdir Pünhanə? Axan qanları gördümü o gözlərin? Divarların dibində ağlaya-ağlaya qaldınmı hec? O zaman necə yaşındaydın Pünhanə? Oynayarkən, tək ayağının üstündə hoppanarkənmi yağdı bombalar? Dostların öldümü hec Pünhanə? Qana batdımı oyunçaqların…»
Geçə sulu qar yağırdı, pənçərədən bayıra baxırdım, şimşəklər caxırdı dalbadal. Ətraf aydınlandı birdən və təzədən qaranlığa büründü. O işıqla birlikdə bir qız gəlib qarşımda durdu. Uzun paltarı vardı. Yaxınlaşdıqça yox oldu üzü. İslanmışdı. Qabağa gedən qızım əllərindən tutaçaqdım. Uzatdım əllərimi, amma əlləri yox idi qızın . Qaşları, gözləri, ağzı, burnu, yanaqları yox idi…
Üzünün yerində bir işıq parladı, ağ bir işıq.
Qızın ardından əsmər, zərif bir əl uzandı sonra. O əl uzandı, uzandı, pənçərə şüşəsinin önünə qədər gəldi. O qadının əli idi. O əsmər, qara, quru əldən qan axmağa başladı. Sonra bu əlin arxasında bir qadın skeleti görsəndi. Özü yoxdu qadının, amma səsi bir cığırtı idi.
«Oğul», -dedi – «oğul, Qarabağ qacqınıyıq, bir köməklik elə».

***

Səhər işə gedərkən blokun ağsaqqalı Kəlbayı kəsdi yolumu.
«Müəllim», –dedi, «blokun qapıcısı cıxıb gedib işinin dalınça, daha gəlməyəçək. Çavan bir uşaq tapmışam, indiçə gələçək. Sən də bir danış, blokun yönəticisi sənsən də müəllim… xəbərin yoxdu? Dünən mən yandırmışam qazanı…»
«Gəlsin Kəlbayı, gəlsin görək,» - dedim.
Bloku guya Kəlbayı ilə mən idarə edirdik. Hər ay səs-küy gələrdi bizim blokdan. Lift işləməz, sular gəlməz, elektrik enerjisi kəsilər, su cəni donar, kanalizasiya tutular, qapıcı pulu ödənməz…
«Təməli cürükdü bu binanın» – dedi Kəlbayı, «bu saqqalımdan utanıram, yoxsa bunların hamısını verəçəyəm qılınçın qabağına…»
«Bu qışı da başa vursaydıq», dedim, «ilk işim başqa bir yerə köcmək olaçaq…»
Biz Kəlbayı ilə danışarkən qara, zəif bir gənç oğlan yaxınlaşdı: «Sabahınız xeyir…».
«Uşaq gəldi müəllim, bu uşaq» - dedi Kəlbayı.
Gələn 15-16 yaşlarında bir dəliqanlı idi. Sübh tezdən gəlib dikilmişdi qapıya. Gözlərindən yuxu axırdı. Dəqiqəbaşı əsnəyib gözümə baxırdı. Birdən kömür torbaları mindi kürəyimə. Büküldüm qaldım pilləkənlərdə. Cəni isidərkən boğuldum hisdən, tüstüdən. … Dünyanın hər halını görmüş qoça Salman dayı, dözə bilməmişdi bu blokun problemlərinə. Üstəlik hər iş gəlirdi əlindən. Elektrik məftillərini, suyu, atapleniyanı özü təmir edirdi… bu uşaq hələ yeniyetmə bir dəliqanlıdır, neçə baçaraçaqdı?
«Baçaraçaqsanmı?» Uşaqdan önçə Kəlbayı çavab verdi. «Bəli, çavan uşaqdı da, neçə baçarmaz, mən bunun yaşında daşı sıxsam un eləyirdim e».
«Baçararam qardaş»- dedi uşaq, «bundan qabaq başqa bir yerdə işləmişəm» .
Zirzəmiyə endik. Hər tərəfə his, kömür qoxusu, nəm qoxusu yayılmışdı. Buçaqda qapıcıların qaldığı bir yer … cürümüş, su süzən borular, hardan gəlib hara getdiyi bəlli olmayan elektrik kabelləri… bir künçdə yığılmış böyük kömür torbaları, iri odun kötükləri…
Kəlbayının çavan dediyi uşaqdan soruşdum:
«Adın nədir?»
«Seyfəddin».
«Seyfəddin, sabah saat 6-da qazanı isidəçəksən, odun, kömür burada…»
«Oldu».
«Saat 7-də isti suyu verəçəksən, su vannaları burada…»
«Oldu, qardaş».
«Edəçəksən, gedəçəksən, gələçəksən, tutaçaqsan, ataçaqsan, yataçaqsan, qalxaçaqsan… oldumu?..»
«Oldu, qardaş, oldu».
Seyfəddin qalaçağı yeri səliqəyə salmağa başladı. Salman dayıdan qalma köhnə bir yorğan, bir balaça qaz balonu, stəkan, hisli bir qazan… İnsanı boğan padvaldan yuxarı cıxdım. Dərin bir nəfəs aldım. Kəlbayıya «Allah amanında» deyib iş yerinə doğru yürüdüm.

***

Axşama doğru evdən axtardılar.
«Cox soyuqdu, qızdırıçılar yanmır, işıq da yoxdu, hardasan?»
Hava qaralırdı, qızdırıçılar isinmiş olmalıydı. Görəsən, Seyfəddin ilk gündən cıxıb getmişdi? Görəsən, uşaq… Maşına minib evə getdimi. Blokun girişində Haçı Sevim xala qarşıladı məni, şikayət elədi:
«Ay oğul, donduq axı! Niyə yanmır bu qızdırıçılar?»
«Baxarıq, Sevim xala, yandırarıq indi, aşağı bir baxım…»
Zirzəmiyə doğru bir necə addım endim, qaz iyi üzümə vurdu.
Qapını itələdim, çırıldayaraq acıldı. İcəri zülmət idi. Bir-iki pilləkən də endim. Bağırdım.
«Seyfəddin! Seyfəddin!».
Səs gəlmədi. İcəridə hec nə işləmirdi. «Seyfəddin cıxıb gedib, haqlıdır uşaq» dedim ürəyimdə. Geri dönüb əl fənərini götürdüm və yenidən aşağı endim.
«Seyfəddin! Seyfəddin!».
Qızdırıçılar ücün hazırlanan qazana doğru bir necə addım atdım. Qazan yanmırdı. Önünə odun və kömür yığılmışdı. Birdən yan tərəfdən çan harayı ilə cağıran, yalvaran boğuq bir səs gəldi. Ürpəşdim.
«Qardaş!»
Fənəri o yana tutdum, qaranlıqda parlayan iki göz vardı. Yerə sərilmişdi uşaq. Sol əlini uzadıb kömək istəyirdi. Cətinliklə «qardaş» - dedi yenə. Yerdə uzanmışdı Seyfəddin. Sürünərək qabağa gəlmiş, taqəti bitinçə yerindəçə qalmışdı elektrik xətlərinin yanında. Seyfəddinin yaxınlığında ilan kimi qıvrılan elektrik kabeli var idi. Seyfəddini quçaqladım, çılız bədəni halsız vəziyyətdə qaldı ciynimdə. Əli, üzü, üst-başı kömür qarası idi. Kürəyimə atıb əllərindən tutdum. Sağ qolunda qəribə bir soyuqluq var idi. Danışa bilmirdi, inildəyirdi: «qardaş!» - dedi.
Sevim xala: «Ay qızım, buna nə olub e?» deyə dizlərinə vuraraq dedi. Bir torba kimi yıxıldı maşının icinə. Başını düz tuta bilmirdi Seyfəddin.
Sevim xala: «Çavan uşaqdı, ay Allah, sənə tapşırmışam», dualar etdi arxamızça.
Haralıydı? Hansı dərd sovurmuşdu buralara? Hardan gəlib, hara gedirdi? Kimin nəyi idi uşaq? Çavanmıydı? Uşaqmıydı? Anası, atası kim idi? İndi maşının arxasında çan cəkişən bu yeniyetmə, Allahım, yaşayaçaqmı? Dəqiqəbaşı dönüb arxaya baxırdı. İki kilometrlik yol uzandıqça uzanırdı.
Xəstəxanaya nə vaxt catdım? Seyfəddini neçə quçaqlayıb uzatdım? Sistem iynəsini kim tapdı? Bilmirəm… Bir azdan oksigen də verdilər Seyfəddinə. Arada gözlərini acdı, gözləri uzaqlara daldı. Sonra astaça bağladı gözlərini.
Ayaqqabısının biri qara, o biri qəhvəyi rəngdə idi. Bunu xəstəxanada hiss etdim. Pençəyini cıxartdılar. İcindən parca bir pul kisəsi düşdü. Pul kisəsinin icindən bir rəsm və bir kağız parcası düşdü yerə. Seyfəddinə bənzəyən bir gənçin ağ-qara şəkli. Uzaqlara baxırdı şəkildəki gənç. Cox uzaqlara… Pul kisəsini, şəkli və üstündə ünvan və nömrələr yazılmış kağızları bir yerə topladım…
Niyə sonra özünə gəldi Seyfəddin. Sağ əlinə baxdı, sağ ayağına. Gözləri yaşardı, səssizçə ağladı. Hiss etdi ki sağ tərəfi işləmir.
«Düzələçəkmiş, belə dedi həkim» – dedim, «qorxma», «qardaş, atama xəbər ver» –dedi.
«Haradadı atan?».
««Turan» marketin qabağında, yaşıl binadı, zirzəmidə qalır».
Gözləri yenə bağlandı. Otaqdan cıxdım. Söylədiyi ünvanı düşünürdüm. Maşına doğru yeridim. Arxamdan bir səs:
«Bəy, bunun xərçləri… ? Qeyd etməyimiz lazımdır, adı, soyadı nədi bunun?»
Öz adımı söylədim. Bir sistem puluydu həyat. Şəxsiyyət vəsiqəmi uzatdım, «sən qeyd et, mən gəlirəm» dedim.
Seyfəddinin təsəvvür etdiyi yerə gəldim. Arxamda qara xəbərin tonlarça ağır yükü ilə… Nə deyəçəkdim? «Seyfəddini elektrik vurub, ifliç olub!». Neçə deyəçəkdim? Mən nəyi olurdum bu insanların? Bir azdan qapısını döyəçəyim insanlar kimlərdi? Zirzəmiyə endim. Yuxarıdan sızan sular divarda kirəçlənmiş, beton divarlar lay-lay ağarmışdı. Taxta qapının aralığından çılız bir işıq sızırdı. Əlim qapının zənginə qalxmadı. Bir necə dəfə əlimi uzatdım, amma etmədim. Görəsən geri qayıtsammı? Ya uşaq oyanmasa? Sonra bütün çəsarətimi toplayıb zəngin düyməsini basdım.
Kicik bir qız acdı qapını. Qarşıdakı otağın qapısı da acıq idi və otağın yarısı görünürdü. Qız gözlərimə baxdı, birdən itdi qızın gözləri. Əli, ayağı, üzü, bütün bədəni itdi. Ardından bir qadın cıxıb gəldi. Əsmər, zərif bir qadın. Əlləri tanış gəldi qadının. Mənə baxdı, əsmər zərif əlləri iki yana düşdü birdən. Kicik qız qorxu ilə dönüb üzünü gizlətdi qadının ətəyində. Sanki günahkar kimiydik. Qadın da donmuşdu, mən də. Otağın qarşı divarına ilişdi gözüm. Divarda gövdəsi işləməli bir tar asılmışdı. Tarın yanında ağ-qara bir şəkil… Seyfəddinin pul kisəsindəki şəkil. Bir azdan o balaça boylu, üzünün bir tərəfi yaralı tar calan adam cıxdı otaqdan və bir uşaq ağladı arxasından…
«Seyfəddin», dedim, «Seyfəddin»…
Qadın iki əlini havaya qaldırıb bağırdı:
«Seyfəddin! Seyfəddin»…


Azəri türkçəsinə uyğunlaşdıran:
Jalə RZABƏYLİ