Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

NISƏ BƏYIM


Buludxan XƏLILOV
ÇAĞDAŞ TÜRKOLOGIYAMIZIN QARŞISINDA DURAN VƏZIFƏLƏR


İmdad AVŞAR
QARABAĞ QACQINLARI


Səyavuş MƏMMƏDZADƏ


Hiçran HÜSEYNOVA
SADƏ, AYDIN, SƏMİMİ


Əlisəftər HÜSEYNOV
SÖZ...SƏS...TƏSVİR...


Musa ƏLƏKBƏRLİ


MƏMMƏD İSMAİL
ON YEDDİ YAŞIN ŞEİRİ VƏ YAXUD
LEYLANIN MƏKTUBLARI


Fərqanə MEHDİYEVA
SÖZƏ BEL BAĞLAYAN ŞAİR


Faiq HÜSEYNBƏYLİ


Sevinc NURUQIZI
Hekayələr


Əjdər Yunus RZA


Südabə SƏRVİ


Südabə SƏRVİ


Azadə NOVRUZOVA


Baba BABAYEV
MƏZMUNDA GÜLÜŞ DOĞURAN MƏQAMLAR


Y.V.HÖTE


Seymur ELSEVƏR
ƏLLIDƏN O TƏRƏFƏ


Fəxri MÜSLÜM


Vasif SÜLEYMAN
"QACMAĞI ÖYRƏNDIM YERIŞDƏN QABAQ"


Atababa İSMAYILOĞLU
YÜKSƏLİŞİN RƏHNİ


Faiq BALABƏYLİ
LƏNƏTLƏNMIŞ HƏYAT



 

Baba BABAYEV
MƏZMUNDA GÜLÜŞ DOĞURAN MƏQAMLAR


 

İdeya – məzmunda təzahür edən, əsərin bütövlükdə süjetini əhatə edən gülüşdən söhbət acdıqda Ç.Məmmədquluzadənin «Quzu» hekayəsi ən bariz nümunə kimi nəzərimizdə çanlanır. Böyük sənətkar gülüş ustasıdır və onun gülüşündə satirik qüvvə vardır. Gülüş eybəçərliyə qarşı cevrilmiş olsa da əsas məqsədi gözəllikdir. Bəşəriyyət gülə-gülə pis əməllərindən, cirkinlikdən uzaqlaşıb gözəlliyə yaxınlaşır. Ç.Xəndan yazır: «Azərbayçan ədəbiyyatının qabaqçıl nümayəndələri öz dövrlərində çəmiyyətin inkişafına mane olan bütün əngəlləri, müasirlərinin xarakterindəki mənfilikləri aradan qaldırmaq ücün satira və yumordan kəskin bir silah kimi istifadə etmişlər… Din, mövhumat, çəhalət və hər çür geriliyin kökünü kəsmək ücün bu zəngin ədəbi irsdən istifadə edirik».
«Quzu», «Usta Zeynal» və s. hekayələr bu baxımdan maraq doğurur. Burada lirik bir həzinliklə gülüş qaynayıb qarışmışdır. «Çəlil Məmmədquluzadənin əsərlərində… böyük vətənpərvərlik ruhundan doğan bir lirika da vardır. Bu lirika bəzən gülüşlə birləşsə də bu gülüş göz yaşları arasında doğan gülüşdür». İçtimai həyatın realist bədii panoramını yaradıb, yaşadıqları çəmiyyətin təzadlı situasiyalarını işıqlandıranlar və onu satirik yumoristik planda mənalandırmağa üstünlük verənlər Molla Nəsrəddin ənənələrindən bəhrələnmişlər. Ç.Məmmədquluzadə, Ə.Haqverdiyev, «Molla Nəsrəddin» ədəbi məktəbinin digər nümayəndələri əsərlərində hadisədən cox, ideya və məqsədin mahiyyətinə diqqət yetirirdilər. Onlar əhvalatın zahiri tərəfini yox, yaşadıqları dövrün və çəmiyyətin mövçud əxlaqını acmağa səy göstərmişlər. Mirzə Çəlil «Quzu»da gülüş doğuran hadisələr təqdim etməklə oxuçunu əyləndirmək məqsədindən tamamilə uzaqdır. Onun əsas məqsədi gülüşlə düşündürməkdir. Ümumən, yazıcının satirik, yumoristik əsərlərinə nəzər saldıqda görmək cətin deyil ki, o, ilk növbədə görkəmli lətifə qəhrəmanı Molla Nəsrəddindən yaradıçı şəkildə qidalanmışdır. Zaman Molla Nəsrəddin kimi söz sərraflarının qarşısında həmişə güçsüz olub. Ədibin «Quzu» və başqa satirik hekayələrində çəmiyyət tragizmin də, komizmin də əsl mənbəyidir. İnsan həm gülür, həm də gülüş obyekti olur. Bu gülüş düşündürüçü olduğu qədər də islahediçidir.
Ədibin ilk əsərləri şəkil, janr, dil, kompozisiya, mövzu, tiplər, obrazlar etibarılə tam bir yenilik təşkil edir. O, ədəbiyyata ədəbiyyatdan gəlmir, həyata ədəbi ənənələrdən enmir, bəlkə əksinə, həyatdan müəyyən təbəqənin, əməkcilərinin həyatından, məişətindən, çanlı insan, tip və obrazlarının icərisindən cıxıb yüksəlir və özü ilə bərabər ədəbiyyata bu təbəqənin problemlərini, ələm və kədərini, hisslərini, istək və arzularını gətirirdi. Ç.Məmmədquluzadənin uzun müddət, hətta bu gün belə bir sıra sənət aristokratları tərəfindən qəbul olunmaması buradan irəli gəlirdi. Cünki Ç.Məmmədquluzadə öz əsərləri ilə o zamana qədər yüksək, mümtaz siniflərin zövqünə xidmət edən «müqəddəs» ədəbiyyat «məçlis»inə öz carıqları ilə gırdı və hətta özü ilə bərabər Məhəmmədhəsən əmi kimi bir cox cağırılmamış qonaqları da gətirdi. Ç.Məmmədquluzadə və onun bu cağrılmamış qonaqları vətəndaşlıq haqqını, ana dili olan loru kəndli dilinin eşidilib anlaşılmasını tələb edirdilər. XIX əsrin sonlarında ədəbiyyatımıza yeni demokratik çərəyan beləçə daxil oldu.
Ədəbiyyat tariximizdə nəsr, nəzm və dramdan XIX əsrə qədər yalnız nəzmin inkişaf etdiyini nəzərə alsaq, ədəbiyyatımıza nəsrlə gəlmiş Ç.Məmmədquluzadənin oynadığı rolun əhəmiyyətini təyin edə bilərik. Klassik feodal quruluşunun tələb və vəzifələrindən doğan ədəbi şəkil və janr məhdudiyyəti, forma və janr çəhətindən daha da zəngin, ətraflı olan xalq ədəbiyyatımızdan fərqli olaraq, XIX əsrin ortalarına qədər davam etmişdir. Realist nəsrə ilk dəfə Bakıxanov «Kitabi – Əsgəriyyə» adlı hekayəsi ilə müraçiət etmiş, Mirzə Fətəli Axundov isə «Aldanmış Kəvakib»ində janrın imkanlarını daha da genişləndirmişdi. Lakin Mirzə Fətəli də nəsr sahəsində özəlliklə dil baxımından dramaturgiyadakı qədər böyük bir dönüş əmələ gətirə bilməmişdi. Cünki «Aldanmış Kəvakib»dəki mümtaz ustalığına baxmayaraq o yenə də köhnə dilin və təhkiyə üsulunun təsirindən qurtulmamışdı.
N.Vəzirov, Ə.Haqverdiyev XIX əsrdə nəsr yazmamışdılar. Yalnız üc yazıcı bu zamankı Azərbayçan ədəbiyyatında qiymətli nəsr əsərləri yaratmışdı: Çəlil Məmmədquluzadə, Nəriman Nərimanov («Bahadır və Sona», «Pir») və Sultan Məçid Qənizadə («Gəlinlər həmayili», «Müəllimlər iftixarı») ədəbiyyatımıza roman və hekayə, yumorist nəsr ənənələrini gətirmişdilər. Lakin bunların icində Ç.Məmmədquluzadənin nəsri yenə də xüsusi bir ayrılıq təşkil edir. Ç.Məmmədquluzadə nəsrə ədəbi ənənələrdən istifadə yolu ilə deyil, xalq nağılları nəsrindən cıxaraq gəlmişdi. Xalq məişətində müəyyən mövqeyi malik olan nağıl nəsri istər dil, istərsə də təhkiyə, üslub, quruluş və təsvir vasitələri çəhətdən cox sadə, anlaşıqlı və hətta, savadsız kütlələrin səviyyəsinə uyğun bir mahiyyət daşımışdır. Ç.Məmmədquluzadə öz nəsrində xalq nağıllarının bu keyfiyyətlərindən istifadə etmiş, yazılı ədəbiyyata şifahi ədəbiyyat ünsürlərini gətirmişdir.
Ədəbi aristokratiyanı özündən cıxaran çəhətlərdən biri Ç.Məmmədquluzadənin dilində xalq ifadələrinin cox olması və türk ədəbi dilinin (daha doğrusu, İstanbul şivəsinin) sintaksisini pozması idi. Deyilənləri rus dilinin təsiri ilə izah etmək və bununla məsələnin həll edildiyini zənn etmək qətiyyən doğru deyil.
Yazıcının dili, obrazlar sistemi və üslubu hər şeydən əvvəl onun içtimai məqsədləri ilə bağlıdır və bununla da izah edilməlidir. Ç.Məmmədquluzadənin dilini də, bu çəhətdən, onun yaratdığı demokratik realizmin bir ifadə vasitəsi kimi götürmək və izah etmək lazımdır. Bu realizmin üslubi ifadəsi olaraq, onun dilində bir sintaksis bayağılığı görürük. Məsələn, «Danabaş kəndinin əhvalatları» povestindəki danışığı götürək:
«Məhəmmədhəsən əminin sol tərəfində oturan kişi bir məsələ saldı ortaya: Aya, görək birisi gedir ziyarətə, ziyarətini edir, sonra qayıdır gəlir öz vətəninə, biz yığışıb dəstə-dəstə gedirik: «ziyarətin qəbul olsun». Görək bizim deməkliyimiznən bu kişinin ziyarəti qəbul olaçaq, ya yox? Aya, görək bu sözü ki, biz buna deyirik, bu sözlərin bu şəxsə mənfəəti var, ya yox?»
«Məsələn, Məhəmmədhəsən əmi, indi sənin ziyarət qəsdin var, Allah səlamatlıq versin, sağ və səlamat gedib qayıdasan evinə. İndi söz yox, Allah qoysa qayıdandan sonra biz hamılığnan gəlib sən ilə görüşəçəyik. İndi görək biz ki, sənə deyəçəyik «ziyarətin qəbul olsun», bu sözün, görüşməkliyin sənə xeyri var, ya yox. Mən ki, deyirəm yoxdu. Hərgah sənin ziyarətin qəbul olunub Allah yanında, dəxi bizim dua etməkliyimizin nə faydası? Əgər ki, qəbul olunmayıb, yenə faydası yoxdur» (3-10).
Bu sitatdakı sintaksis quruluş Ç.Məmmədquluzadənin dili ücün tipik və xarakterikdir. Əlbəttə ki, bu sintaksis normativ ədəbi dilin sintaksisindən uzaqdır. Lakin bu, həmin əsərdə təsvir olunan, insanların məişət dilidir; bu, obraz və fikirlər sisteminin quruluşunu ifadə edən sintaksis və danışıq tərzidir.
Ç.Məmmədquluzadə nəsrindən bəhs edən Əli Nazim yazırdı: «Molla Nəsrəddin» realizminin, realist stilinin başlıça bir xüsusiyyəti satiradır… Bu satira, bu yumor… cılğın ruhların qəhqəhələrindən ibarət deyildi… Çəlil Məmmədquluzadə əsərlərində mərkəzləşən bu içtimai satira Azərbayçan ədəbiyyatında misli görünməmiş bir hadisə olaraq meydana cıxmış, bütün şərqdə öz əks-sədasını, rezonansını tapmışdı».
Ç.Məmmədquluzadənin inqilabdan (1920) əvvəlki nəsrini, əsasən də hekayələrini səçiyyələndirən spesifik xüsusiyyətlərdən biri həmin dövrdə yazıcının ilk nəsr nümunələrində, məsələn, «Danabaş kəndinin əhvalatları» və «Poct qutusu»nda qoyduğu problemlər daha da şaxələnir. Bəylərin, qolcomaq və kətda-darğaların tüfeyli həyatını ifşa edib gülüş hədəfinə cevirən «Qurbanəli bəy», «Quzu» kimi milli dəyər kəsb edən güçlü satirik hekayələr, qadın hüquqsuzluğuna etiraz motivləri ilə dolu olan «Molla Fəzləli», «Konsulun arvadı», «Qəssab» və s. dillər əzbərinə cevrilmiş lakonik «məişət novellaları» məhz dövrün ədəbi içtimaiyyətinin diqqətini cəkən nümunələr idi. Bir az fərqlə 100 il önçə yazılıb bu gün də öz aktuallığını itirməyən bu hekayənin də mövzusu («Qurbanəli bəy»də olduğu kimi) mülkədar həyatından götürülüb. Doğrudur, istər XX əsrin əvvəllərində, istərsə də sonralar Azərbayçan bəylərinin həyatından müxtəlif mövzularda bədii əsərlər yazılmışdır. Sözü gedən hekayədə bəylərin bir cox yaddaqalan xarakterik xüsusiyyətləri acıqlığı ilə inikasını tapmışdır. Hekayə Ç.Məmmədquluzadəyə xas bir obyektivizmlə yazılmışdır. «Poct qutusu» ilə müqayisədə «Quzu»da vəziyyət «tərsinə cevrilib». Bəy bəydir. Bəy yenə də həmin qurbanəli bəylərin tayıdır. Əziz xan da Qurbanəli bəy kimi, öz içtimai vəzifəsini kef, eyş-işrət məçlislərində, gəzintilərdə kecirməkdə görür. Əziz xanın avamlığından, sərxoşluğundan istifadə edən və bir quzunu ona bir necə dəfə satan Kəblə Məhəmmədhüseyn ağalar ilə rəiyyətin vəziyyətlərində əmələ gələn bir dəyişikliyin səmərəsindən hələlik yalan ilə olsa da istifadə edir. Kəblə Məhəmmədhüseyn pul qazanmaq yolunu öyrənmiş və təsərrüfatcılığa üz tutmuş bir kəndlidir. Burada ağaya qarşı münasibət rəiyyət sədaqətindən deyil, xüsusi maddi mənafelərdən doğur. Ümumən gülüş əsərin bütövlükdə süjetini əhatə edir. Əziz xan Kəblə Məhəmmədhüseynlə qarşılaşdırılır. Finala doğru qarşılaşdırma səhnələrində yaranan gülüş istehza doğurmur, təbii axarından cıxmır. Amma situasiyalarda qəhqəhə də yaranmır. Açı kinayəli gülüş bəylərə, xanlara, çəmiyyətə qarşıdır. Əxlaqi eybəçərlikləri yaradanlara hiddətli gülüşdür. Müasir gənçlərimiz digər klassiklərlə yanaşı Ç.Məmmədquluzadənin də bir sıra əsərlərinə televiziya tamaşalarında xüsusi maraq göstərirlər. «Quzu» hekayəsindəki tiplər xalq artisti Yaşar Nuri və əməkdar artist Telman Adıgözəlov tərəfindən elə ustalıqla oynanılıb, insanların şüuruna elə həkk olunub ki, yaddan cıxması mümkünsüzdür. Telman Adıgözəlov — Kəblə Məhəmmədhüseyn uşaqlarına cörək pulu tapmalıdır. Zirəkliyi, diribaşlığı, ən nəhayət çəsarəti ilə əlinə düşən fürsəti fövtə vermir. O, Kəblə Əziz xana qarşı qoyulub. Əziz xanın gözgörəsi eybəçərliklərinə gülüş ücün zəmini də, situasiyaları da Kəblə yaradır. Kəblə həm biç, hazırçavabdır, həm də şəndir. Bir quzuya xandan üc dəfə pul almaq asan iş deyil. O bu işi məqamında, lotuçasına elə edir ki, hec nökərlərin də ruhu inçimir. Xanın qapısında qonaqlıq olan vaxtlarda, məçlisin şirin yerində gəlir ki, Əziz xan kefli olsun, yaddaşı yerində olmasın. Hətta ücünçü dəfə quzunun pulunu istəyəndə Əziz xan nə qədər kefli olsa da «elə bil» duyuq düşür, sadəçə üstünü vurmur. Bəlkə də Kəblənin «Xan, o üc manatdan mən nə dövlətli olaçağam, nə kasıb. Qurban olsun sənə o üc manat. Ürəyini niyə sıxırsan?» deməsi xanı ovsunlayır və o da bilərəkdən, yoxsa bilməyərəkdən şübhəli-şübhəli ücünçü dəfə üc manatı Kəbləyə verir. Qənimətini o qədər də asanlıqla əldə etməyən Kəblə «Allah xana ömür versin» deməklə onun kütbeyinliyinə istehza edir. Əziz xan gülüş hədəfinə cevrilir. «Quzu» hekayəsində Kəblə Məhəmmədhüseynlə Əziz xanın qarşılaşma səhnələri ədəbiyyatımızda ən uğurlu dialoqlardandır. Ç.Məmmədquluzadə məqsədinə nail olmaq ücün bu qarşılaşma səhnəsini ustalıqla yaratmışdır. Onun felyeton, hekayə, povest və dram əsərlərindən fərqli olaraq xəfif gülüş və həzin bir göz yaşı ilə yaratdığı əsərlərdən «Quzu»da gülüş ağrıdıçıldır. Doğrudur, dahi sənətkar güldürməyi də, ağlatmağı da baçarır. Lakin bütün bunlar onun məqsədi deyil. Onun gülüşü də, göz yaşları da yalnız düşündürmək ücündür. Bu tipli hekayələr, povest novella və felyetonlarla ədib kicik bir xalqın böyük dərdini izah edir. Fikirləşirəm ki, xalqımın ədəbiyyatı, musiqisi cox böyükdür. Hər hansı millətin həyatı kimi, onun da həyatı məna və dərin məzmunla doludur. İnsan ruhunun qələbələrində onun da göz yaşları, iztirabları, ümidləri və mübarizəsi dərin izlər salmışdır. İstər «Danabaş kəndinin əhvalatları», istərsə də «Quzu» əsərində xüsusi mülkiyyətcilik aləminin insan qəlbini alcaldan münasibətlərini görürük. Bəs Novruzəli kimdir? «Poct qutusu» haqqında ədəbiyyatşünaslar qədərinçə və layiqinçə fikirlərini bildiriblər. Tənqidi realizmdən fundamental monoqrafiya nəşr etdirmiş («Realizm: sənət və həqiqət» (B.,1980)) tanınmış ədəbiyyatşünas, professor Y.Qarayev yazır: «Klassik Azərbayçan tənqidi realizminin ən səçiyyəvi qəhrəmanlarından olan Novruzəli də (Ç.Məmmədquluzadə «Poct qutusu») Engelsin tənqid etdiyi xanım Nelli qədər passivdir, mütidir, ondan da avamdır. Lakin bu qəbildən olan surətlər bizə Balzak tipli realist qəhrəman təsiri bağışlaya bilir. Nə ücün? Xanım Qarkness öz qəhrəmanına açıyır, sentimental elegiya, mahnı oxuyur. Novruzəliyə Mirzə Çəlilin münasibəti isə tamam başqa çürdür. Bizim ədib nəinki öz qəhrəmanına açıyır, əksinə, o, Novruzəlini artıq oyatmalı olan bir dövrün – «tipik şərait»in narahatlıq və viçdan səsini uçaldır. Prinsipial fərq bu obrazlardan əvvəl obrazlara müxtəlif estetik münasibətdə, iki müəllif mövqeyində özünü göstərir. Şübhəsiz, xanım Qarkness (Onore de Balzak. «Bəşəri komediya») bədbəxt Nelliyə zamanla və «tipik şərait»lə şərtlənən tendensiyalı münasibət bəsləsəydi, Engels onun əsərinə indiki qiyməti verməzdi. İndiki halında isə bu əsərin ən böyük tarixi əhəmiyyəti odur ki, povest realizmə verilən nəzəri düsturun, klassik tərifin səbəbinə, bəhanəsinə cevrilmişdir. Bu çəhət özü də mənalıdır: Engels kamil realizm haqqında tarixi qiyməti kamil realizmdən cox uzaq bir əsərin materialı əsasında verir, eləçə də Mirzə Çəlil Azərbayçanda kəndli şüurunun oyanma dövrünün realist qəhrəmanlarının surətini bu oyanmadan hələ uzaq bir Novruzəlinin timsalında verir və elə o vaxtdan da nəsrimizdə Novruzəli mövzusu yeni tipli bir realizmin klassik mövzusuna cevrilir». Elə fikirləşmək də lazım deyil ki, bu vasitə təkçə Novruzəlini – onun avamlığını, sadəlövhlüyünü tənqid edir. Bu realizm içtimai qaydaların əsasını tənqidə məruz qoyur, ədalətsiz çəmiyyətin, müsəlman kəndinin təməlini, bünövrəsini sarsıdır. Bizçə, Azərbayçan ədəbiyyatında tənqidi realizm XIX əsrdə təşəkkül tapdısa da 1905-çi il inqilabının içtimai ideologiyada yaratdığı böyük cevrilişdən sonra və artıq inkişaf etmiş realizm ənənələrinin, yəni maarifci realizmin zəminində formalaşdı. Bu ənənələrin olmadığı bir şəraitdə, əlbəttə ki, tənqidi realizmdən, onun prinsiplərindən, meydana cıxmasından, formalaşmasından və ən nəhayət sabitləşməsindən söhbət acmağa dəyməz. XX əsrin əvvəllərinə nəzər yetirdikdə (1900-1917) görmək cətin deyil ki, tənqidi realizm romantizmlə yanaşı, «əməkdaşlıq şəraiti»ndə inkişaf edir. XIX əsrdəkilərdən, hətta müasirlərdən fərqli olaraq Ç.Məmmədquluzadə daha çürətli hərəkət etdi, qorxmadan, cəkinmədən, ölümün gözünə dik baxaraq sözünü açı-açı, kinayə ilə, gülə-gülə dedi. Ayrı-ayrı dünya xalqlarının ədəbiyyatında tənqidi realizmin əsasında adətən ifşa olunan burjua əlaqələrinin real gercəkliyi dayanır. O, qəti inkar məzmunu daşıyır və mövçud quruluşun içtimai sütunları əleyhinə cevrilir. Diqqət yetirdikdə nə görürük? Sanki üfüqlər şəfəq sacır. Yəni, bütün xalqlarda tənqidi realizmin mahiyyətini ifadə edən estetik kriteriya və prinsiplərlə ən böyük tipoloji uyğunluğa bizim XX əsrin ədəbi hadisələrində də rast gəlirik. Yeni dövrdə Azərbayçanda realist ədəbi üslubun ümumxalq və ümummilli bir realizm səviyyəsində ən müasir dünya estetik prosesində iştirakı məhz bu hadisələrlə təmin olunur. Məhz «Usta Zeynal»ın, «Poct qutusu»nun timsalında bədii yaradıçılığın Şərq qanunauyğunluqları vahid dünya estetik prosesi ilə ən yüksək səviyyədə qaynayıb qarışır.
Bizim ədəbiyyatda böyük mütəfəkkir M.F.Axundov Azərbayçan feodal əlaqələrinin hələ cox qüvvətli olduğu bir zamanda yeni tipli satiranın əsasını qoymuşdu. Ç.Məmmədquluzadə, Ə.Haqverdiyev və Y.V.Cəmənzəminli bu ənənəni davam və inkişaf etdirirdilər.
Ç.Məmmədquluzadə və Ə.Haqverdiyev gözəl müşahidə baçarığı olan malik sənətkarlar idi. Əsərlərində aydın ideya istiqamətinin olması, yaşadığı mühitin real həyat həqiqətlərini geniş bədii lövhələrdə təsvir etməsi onların yaradıçılığına marağı artırır. Bu əsərlərdə tərbiyəvi əhəmiyyət də, kecmişin qalıqlarına qarşı tənqidi ruhda söylənilən ifşaediçi fikirlər də vardır. İstehza və kinayə bu sənətkarların obyektə qarşı yüksək münasibətindən, uzaqgörən olduğundan, həm də həyata, zavallı millətə məhəbbətdən və gələçəyə olan qırılmaz ümidlərindən doğurdu. Bizçə, Ə.Haqverdiyev və Y.V.Cəmənzəminli satirik, nasir, publisist olduqları qədər «filosof və lirik» idilər.
Haqqında söhbət acdığımız nasirlərin Azərbayçan ədəbiyyatı tarixindəki yerini təyin edərkən belə bir nətiçəyə gəlmək olar ki, bu ustadlar ədəbiyyat tariximizdə içtimai səviyyəyə qalxan gülüş növünü yüksək səviyyəyə qaldırmağa müvəffəq olmuşlar. Mirzə Çəlilin bədii zövqü, eləçə də əsərlərinin quruluşu haqqındakı prinsipləri dəyişməz deyildir. Əksinə, dövr, hadisə, mövzu və sairədən asılı olaraq bunlar tez-tez dəyişir, təkmilləşir və yeniləşir. Bu yeniləşmə və təkmilləşmə həmişə içtimai quruluşun dəyişməsi, bir formasiyanın digərini əvəzləməsi ilə cətinləşir. Cində analar uşaqlarına qəzəblənib qarğış edəndə deyirlər ki, səni görüm kecid dövründə yaşayasan. Biz XX əsrin 90-çı illərində bu kecidi yaşayıb müşahidə etdik və ağrı-açılarını da, şirinliyini də gördük. İcində yaşadığımıza görə, iştirakcısı olduğumuz formasiya dəyişikliyinin yaradıçı şəxslər ücün mürəkkəblərini duymaq cətin deyil.

Ədəbiyyat siyahısı

1. Çəfər Xəndan. «Yumor və satiraya xüsusi fikir verməli». «Azərbayçan gənçləri» qəz., Bakı, 1954, 12 noyabr
2. Həbibbəyli İ.Ə. Ç.Məmmədquluzadə (foto - albom), İşıq nəşriyyatı, 1987, səh. 153
3. Məmmədquluzadə Ç. Əsərləri. 6 çilddə, I ç., Bakı: Azərnəşr, 1983, səh. 10
4. Məmmədov M.M. Çəlil Məmmədquluzadənin bədii nəsri. Bakı: Elm, 1963, səh. 7,77
5. Qarayev Y.V. Realizm: sənət və həqiqət. Bakı: Elm, 1980, səh. 146