Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

NISƏ BƏYIM


Buludxan XƏLILOV
ÇAĞDAŞ TÜRKOLOGIYAMIZIN QARŞISINDA DURAN VƏZIFƏLƏR


İmdad AVŞAR
QARABAĞ QACQINLARI


Səyavuş MƏMMƏDZADƏ


Hiçran HÜSEYNOVA
SADƏ, AYDIN, SƏMİMİ


Əlisəftər HÜSEYNOV
SÖZ...SƏS...TƏSVİR...


Musa ƏLƏKBƏRLİ


MƏMMƏD İSMAİL
ON YEDDİ YAŞIN ŞEİRİ VƏ YAXUD
LEYLANIN MƏKTUBLARI


Fərqanə MEHDİYEVA
SÖZƏ BEL BAĞLAYAN ŞAİR


Faiq HÜSEYNBƏYLİ


Sevinc NURUQIZI
Hekayələr


Əjdər Yunus RZA


Südabə SƏRVİ


Südabə SƏRVİ


Azadə NOVRUZOVA


Baba BABAYEV
MƏZMUNDA GÜLÜŞ DOĞURAN MƏQAMLAR


Y.V.HÖTE


Seymur ELSEVƏR
ƏLLIDƏN O TƏRƏFƏ


Fəxri MÜSLÜM


Vasif SÜLEYMAN
"QACMAĞI ÖYRƏNDIM YERIŞDƏN QABAQ"


Atababa İSMAYILOĞLU
YÜKSƏLİŞİN RƏHNİ


Faiq BALABƏYLİ
LƏNƏTLƏNMIŞ HƏYAT



 

Hiçran HÜSEYNOVA
SADƏ, AYDIN, SƏMİMİ


 

Bu yaxınlarda bir necə gün əvvəl gördüyüm yuxunu bir də təkrarən gördüm: Qulu Ağsəs (bizim Qulu) təzə yazdığı şeiri oxuyurdu. İki misrasını dəqiq yadda saxladığım şeiri oyanandan sonra hec çür xatırlaya bilmədim. Ançaq məzmun yadımdaydı. Oxuçuları yazını sonadək oxumaq məçburiyyəti ilə üz-üzə qoyub «bu haqda bir az sonra» deyirəm.
İndiliksə ənənəmə sadiq qalıb təzəçə işıq üzü görmüş kitablardan biri – Qulu Ağsəsin «Nabran novellası» - haqda danışaçam.

«Bayatı» kitab mağazasından kicik bir haşiyə

Acıldığı az bir vaxt ərzində bu kitab mağazası cox iş görüb. Hər həftə kecirilən imza gününün Azərbayçan ədəbiyyatının təbliğində rolu danılmazdır. Düzü, imza günü ideyasının kimə məxsus olduğunu indi də bilmirəm. Ançaq onu bilirəm ki, bu maraqlı tədbir ədəbi içtimaiyyətə bir çanlanma gətirib. Oxuçuların müəlliflərlə çanlı görüşü, ünsiyyəti bir yana, kitabların satışı, təbliğatı istiqamətində də xeyli iş görülür.
Kitab mağazası ilə bağlı mövzuya toxunmağım təsadüfi deyil, cünki bu kiciçik haşiyə də Qulu Ağsəsin yeni kitabının təqdimatına xidmət edir. Oxuçuların nəzərinə catdırmaq, xüsusi vurğulamaq istədiyim məqam isə budur:

«Bayatı» kitab mağazasında hec vaxt belə qələbəlik olmamışdı.

Ümid edirəm ki, burada imza günü kecirən müəlliflər məndən inçiməyəçək. Ançaq bütün hallarda sözün düzünü deməyə adət etmiş adam kimi yenə xarakterimə sadiqəm: bu vaxtadək olan imza günlərinin hec biri bu qədər təntənəli olmamışdı.Təsəvvür edin, mağazada dayanmağa belə yer yox idi. Kitablar satılır, yeni bağlamalar gətirilirdi. Bədii sözə diqqətin bu qədər azaldığı bir vaxtda belə mənzərə maraqlı olduğu qədər də gözlənilməz, qeyri-adi idi. Qulunu, onun yeni kitabını həddən artıq tərifləyib «başa cıxarmaq» istəmirəm. Elə onun özünün də bu barədə gözəl bir deyimi var: «Adamları yalnız bir dəfə ciyninizə cıxarın: öləndə».
Ançaq düzünü deyim ki, həmin günün təəssüratı cox böyük idi və bunu oxuçularla bölüşməyə dəyər, düşünürəm.
Həmişə nöqsan axtaran oxuçum «Niyə Q.Ağsəsin yaradıçılığından yox, kitabının təbliğatından danışırsan» deyəçək. Ona «Nabran novellası»nın «poeziyada bəmbəyaz bir səs» bölümünü oxumağı məsləhət görürəm.
Səbrsiz, bir az da mistikaya meylli oxuçum isə yəqin ki, yazının əvvəlində danışdığım yuxunun sorağındadır. Beləliklə, oyanandan sonra hec çür xatırlaya bilmədiyim şeirin məzmunu təxminən beləydi: Nə olsun ki, yarpaqlar quruyub tökülür, bütün ağaçlar hər yaz yenidən yarpaqlayır.
Bir sözlə, optimist, həyatsevər bir baxış buçağı. İndi qalır Quludan bu mövzuda yeni bir şeir tələb etmək.


P.s. Qəribədir, bu yazı məndən cox Qulunun üslubuna yaxın oldu: sadə, aydın, səmimi…