Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

NISƏ BƏYIM


Buludxan XƏLILOV
ÇAĞDAŞ TÜRKOLOGIYAMIZIN QARŞISINDA DURAN VƏZIFƏLƏR


İmdad AVŞAR
QARABAĞ QACQINLARI


Səyavuş MƏMMƏDZADƏ


Hiçran HÜSEYNOVA
SADƏ, AYDIN, SƏMİMİ


Əlisəftər HÜSEYNOV
SÖZ...SƏS...TƏSVİR...


Musa ƏLƏKBƏRLİ


MƏMMƏD İSMAİL
ON YEDDİ YAŞIN ŞEİRİ VƏ YAXUD
LEYLANIN MƏKTUBLARI


Fərqanə MEHDİYEVA
SÖZƏ BEL BAĞLAYAN ŞAİR


Faiq HÜSEYNBƏYLİ


Sevinc NURUQIZI
Hekayələr


Əjdər Yunus RZA


Südabə SƏRVİ


Südabə SƏRVİ


Azadə NOVRUZOVA


Baba BABAYEV
MƏZMUNDA GÜLÜŞ DOĞURAN MƏQAMLAR


Y.V.HÖTE


Seymur ELSEVƏR
ƏLLIDƏN O TƏRƏFƏ


Fəxri MÜSLÜM


Vasif SÜLEYMAN
"QACMAĞI ÖYRƏNDIM YERIŞDƏN QABAQ"


Atababa İSMAYILOĞLU
YÜKSƏLİŞİN RƏHNİ


Faiq BALABƏYLİ
LƏNƏTLƏNMIŞ HƏYAT



 

Azadə NOVRUZOVA


 
BU MEH VƏTƏNDƏN ƏSIR

Bir meh əsdi, basdı məni bağrına
Elə bildim,
ayrılığı əsir alıb, anam qucdu ruhumu.
Elə bildim ,
zindan çəkib, qandal qırıb atam sardı boynumu.
Elə bildim,
qonaq gəldi əsgər gedən qardaşım.
Elə bildim,
Tanrı payım balam öpdü əlimi.
Elə bildim,
qərib düşən əzizlərim, doğmalarım, yığışdılar başıma.
Aman Allah, bu meh Vətəndən əsir,
dilim-dodağım əsir,
əlim ayağım əsir,
Bu meh vətəndən əsir,
Əsir vətəndən, əsir.
Çiçəkdən-güldən əsir,
Obadan-eldən əsir,
Dağılan məzarlıqdan
Qəbirdən-gordan əsir
Əsir vətəndən, əsir
Bu meh Vətəndən, əsir.

***

Yenə dolub gözlərim, qəlbim kimi.
Dolanır başımda dünya
kir-kirə kimi.
Əzir, doğrayır düşünçələrimi
bir buğda dəni kimi.
Dondurur sevinçi baxışlarımda,
gülüşü dodaqlarımda.
Qıymır bir ovuç torpağı mənə, qarışıb ona
çüçərəm, bir bahar gün işığında.

***

Köcəri quş kimi gəldin ömrümə,
Dimdiyində gətirdin xoşbəxtliyi,
Bu günümə dadızdırıb, tamarzı qoydun sabahımı.
Quşlar bəlli zamanlarda köc edər
Sənsə qəfil etdin bunu,
Solmamışkən cicəklər.
Elə bil ki, yuxudaydım
sən gələndə.
Kaş ki, yatıb qalaydım,
o gördüyüm yuxuda.

QAR YAĞIR

Qar yağır başıma,çiyinlərimə, ayaqlarıma
Düşüncəmi, yükümü, ağırlığımı
Alıb aparır,
Bir gün əzrail alacaq canımın
Uyuyacağı qara torpağa.
Qar yağır evimin damına,
bəxtimin taxtına,
Bir gün məzarım qazılacaq qəbiristanlığa.
Qar yağır qarda qalan izimə, üzümə, gözümə
Ağzımdan çıxan”Qar yağır “ sözümə
Qar yağır beləcə ömrümün qar yağan gününə.

***

İçim od tutub yanır,aman Allah
İçimə bir leysan tök.
Bir sevgi ölüb içimdə
Onu sən oxşa,onu sən ağla.
Oy qəlbimi,elə ordaca göm,bu kimsəsiz ölünü.
Çünki, səndən başqa bir kəsin xəbəri yox ondan.
Qoy uyusun qırmızı məzarımda
Qırmızı yuxularımın qırmızı sonu.