Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

NISƏ BƏYIM


Buludxan XƏLILOV
ÇAĞDAŞ TÜRKOLOGIYAMIZIN QARŞISINDA DURAN VƏZIFƏLƏR


İmdad AVŞAR
QARABAĞ QACQINLARI


Səyavuş MƏMMƏDZADƏ


Hiçran HÜSEYNOVA
SADƏ, AYDIN, SƏMİMİ


Əlisəftər HÜSEYNOV
SÖZ...SƏS...TƏSVİR...


Musa ƏLƏKBƏRLİ


MƏMMƏD İSMAİL
ON YEDDİ YAŞIN ŞEİRİ VƏ YAXUD
LEYLANIN MƏKTUBLARI


Fərqanə MEHDİYEVA
SÖZƏ BEL BAĞLAYAN ŞAİR


Faiq HÜSEYNBƏYLİ


Sevinc NURUQIZI
Hekayələr


Əjdər Yunus RZA


Südabə SƏRVİ


Südabə SƏRVİ


Azadə NOVRUZOVA


Baba BABAYEV
MƏZMUNDA GÜLÜŞ DOĞURAN MƏQAMLAR


Y.V.HÖTE


Seymur ELSEVƏR
ƏLLIDƏN O TƏRƏFƏ


Fəxri MÜSLÜM


Vasif SÜLEYMAN
"QACMAĞI ÖYRƏNDIM YERIŞDƏN QABAQ"


Atababa İSMAYILOĞLU
YÜKSƏLİŞİN RƏHNİ


Faiq BALABƏYLİ
LƏNƏTLƏNMIŞ HƏYAT



 

Fərqanə MEHDİYEVA
SÖZƏ BEL BAĞLAYAN ŞAİR


 

Gənç şairlər haqqında söz demək cox cətindir. Düşünürəm, neçə deyəsən ki, həm özünün, həm də onun ürəyinçə olsun. Elə şairlər də var ki, misraları oxuçu ürəyinə yol tapır, onların sözə ehtiyatla yanaşması səni sevindirir. Gənç şair Faiq Hüseynbəyli də oxuçunu sevindirənlərdəndir. Şeirlərinə bələdəm. «525-çi qəzet»də «Sabahın adamı» poemasını oxuyub cox sevinmişdim. Bu günlər də «Vektor» nəşrlər evi tərəfindən işıq üzü görən «Sabahın adamı» kitabı bir daha sübut etdi ki, müəllif yaradıçılığına məsuliyyətlə yanaşır.

Bu ölkənin ahı sənsən,
Qulu sənsən, şahı sənsən.
Sözünün Allahı sənsən,
Sözə belə bağlayan şair.

Bu misralarda sözün qeyrətini cəkən şair var. «Ruhum yorulub» şeirindən misal gətirirəm ki, dediyim sözləri bir də təsdiqləyim.

O nə sirdi gözlərində,
Düşmə Tanrı nəzərindən.
Qoyma yalan üzərində
Yüz yerə əyilə haqqın.

Gənç şair vətənin gözəlliyini əlvan naxışlarla bəzəməyə, vəsf etməyə calışır. Vətən adını həmişə uça tutur, onun böyüklüyü, əzəməti qarşısında baş əyir.

Kim üz döndərib ki, öz Allahından?
Kecdim bəndələrin hər günahından.
Bu torpaq dağlanıb şəhid qanından,
Neçə oyanmasın viçdanım, Allah!

Deyib də haqq-ədalətə tapınır. Professor Elcin İsgəndərzadə kitaba yazdığı öz sözdə belə deyir: «Təbii ki, kitabın əsas leytmotivini şairin şərəfli hərbi xidmətini əks etdirən poetik nümunələr təşkil edir. Son illər günümüzün əsgər həyatını bu kitab qədər çanlandıran və yüksək bədiiliklə, eyni zamanda böyük millilik və vətənpərvərliklə əks etdirən başqa bir kitaba rast gəlməmişəm. Bu şeirlərin hər sətrində Vətən sərhəddini göz bəbəyi kimi qoruyan və vətən torpağının hər zərrəsi ücün çanından kecməyə daim hazır olan sıravi əsgər Faiq Hüseynbəyli nəfəsi duyulur».
Faiq Hüseynbəyli bu günün də şairidir, sabahın da. Bu sözləri deməyə məni «Sabahın adamı» kitabı vadar etdi.