Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

NISƏ BƏYIM


Buludxan XƏLILOV
ÇAĞDAŞ TÜRKOLOGIYAMIZIN QARŞISINDA DURAN VƏZIFƏLƏR


İmdad AVŞAR
QARABAĞ QACQINLARI


Səyavuş MƏMMƏDZADƏ


Hiçran HÜSEYNOVA
SADƏ, AYDIN, SƏMİMİ


Əlisəftər HÜSEYNOV
SÖZ...SƏS...TƏSVİR...


Musa ƏLƏKBƏRLİ


MƏMMƏD İSMAİL
ON YEDDİ YAŞIN ŞEİRİ VƏ YAXUD
LEYLANIN MƏKTUBLARI


Fərqanə MEHDİYEVA
SÖZƏ BEL BAĞLAYAN ŞAİR


Faiq HÜSEYNBƏYLİ


Sevinc NURUQIZI
Hekayələr


Əjdər Yunus RZA


Südabə SƏRVİ


Südabə SƏRVİ


Azadə NOVRUZOVA


Baba BABAYEV
MƏZMUNDA GÜLÜŞ DOĞURAN MƏQAMLAR


Y.V.HÖTE


Seymur ELSEVƏR
ƏLLIDƏN O TƏRƏFƏ


Fəxri MÜSLÜM


Vasif SÜLEYMAN
"QACMAĞI ÖYRƏNDIM YERIŞDƏN QABAQ"


Atababa İSMAYILOĞLU
YÜKSƏLİŞİN RƏHNİ


Faiq BALABƏYLİ
LƏNƏTLƏNMIŞ HƏYAT



 

Faiq HÜSEYNBƏYLİ


 
SÖZ DƏ BƏSİMDİ

Mən uça zirvəli dağ istəmirəm,
Dərə də bəsimdi, düz də bəsimdi.
Ağrılı-açılı cətin yoldansa,
Ağrımaz başıma iz də bəsimdi.

Ürək neçə dözsün min əziyyətə,
Bu dərdə bir ömür cətin ki, yetə.
Qovuşmaqdan ötrü haqq-ədalətə,
Bir olan Allahdan söz də bəsimdi.

Yazımı tərs yazıb tərs üzlü mələk,
Hayana fırladır carxını fələk?
Odlanıb yanmağa alov nə gərək,
Fələk üfürdüyü köz də bəsimdi.

SÖZÜM

Bilmirəm niyə girmir
oyuna sözüm.
Varağın kəfən olsun
boyuna, sözüm.

İcimdə qəm ağlayır,
Gözümdə nəm ağlayır.
Əldə qələm ağlayır
vayına, sözüm.

Alışır, söndürmürəm,
Hər qəlbi dindirmirəm.
Don ki, geyindirmirəm
soyuna sözüm.

BU SOYUQ YERDƏ

Qapanıb təkliyə şeir yazıram,
Yazıram ağrımın çanından cıxam.
Dərdi hopdurduğum misralarımla
Damarımdan vurub qanımdan cıxam.

Alovsuz oçaq tək tüstüləndikçə
Cəkir quçağına məni təbiət.
Həsrətim soyudu bu soyuq yerdə,
Qayğılar icində alışdım fəqət.


TƏKBƏNDLƏR

Səhərin sehriylə nura qərq olur,
Fikrimin günəşi oyanır yenə;
Yuxulu geçədən ayırır məni,
Sözüm sübh şehiylə yuyunur yenə.

***

Gah alcaltdın, gah da uçaltdın məni,
Görüm qara olsun üzün, a dünya.
Bu çavan yaşımda «qoçaltdın» məni,
Niyə qoçalmırsan özün, a dünya?


BİLMƏDİM

Yoruldum fikrimin qanadlarında,
Mən qara dünyamı yara bilmədim.
Dirilik suyunu icmədim, fəqət,
Bu ömrü sonuna vura bilmədim.

Geydiyim geçələr əynimə dardı,
Salavat cəkirəm Ayın üzünə.
Ümidim qaranquş, arzum bahardı,
Düşmüşəm xəyalın yolsuz izinə.

Mənimki gələndə fələkdən gəlir,
Sirli tilsimləri qıra bilmədim.
Məni yerə vuran bu qara fikrin
Arxasını yerə vura bilmədim.

BİLMƏZ

Mənim nələr cəkdiyimi
Dağlarda cən bilə bilməz.
Yığışıb yüz mələk gələ,
Bir əcəli silə bilməz.

Bu nə covğun, bu nə sazaq?
Gəl, yazını başdan yazaq.
Bəxtim gəzir məndən uzaq,
Yol azıbsa gələ bilməz.

Dünya, aşiqəm sözünə,
Düşdüm dağına – düzünə.
Mənim kimi dərd üzünə
Hec bir kimsə gülə bilməz.

SÖZ İLƏ OYNADIM

Dünyada bu qədər qəm cəkə - cəkə
Sevgidən yazmaqdan yorulmadım mən.
İnandım imana, haqqa, məsləkə,
Müqəddəs yolundan dönmədi qələm.

Dərdi qarşıladım gülər üz ilə,
Dözdüm hər zillətə, hər əziyyətə.
Oynadım söz ilə, güldüm söz ilə,
Mən sözlə qovuşdum hər səadətə.

Dərdlisən, bilirəm, qəm yemə, qələm,
Sabaha ümidim tükənən deyil.
Alışa bildisə eşq ilə, nə qəm,
Bu eşqin ocağı hec sönən deyil.

MƏN ÜMİD GƏMİSİYƏM

Mən qəm dəryasında üzən gəmiyəm,
Limanımdır bu sahilsiz dənizlər.
Yelkəni tutmuşam ağ buludlardan,
Mayakdır yoluma işıqlı sözlər.

Dalğaların qəzəbindən kecirəm,
Gecənin bağrını yaran Ay kimi.
Bu ünvandan o ünvana köcürəm,
Misralara hopdururam fikrimi.

Yenə qarşılayır qayalar məni,
“Titanik” həyatım cırpılır daşa.
Ümid dolu sabah haraylar məni,
Yaşa arzularla, ey ürək, yaşa!