Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Sabir ALİM


Ni­za­mi TA­ĞI­SOY
Nəs­rin Çev­rəsi
Folklorun "göz"ü - Kamal Abdullanın sözü


Rəfail TAĞIZADƏ


Fi­ruz MUSTAFA


Eldar TƏBİB


Eldar TƏBİB


Əbülfət MƏDƏTOĞLU


Aydın Xan (Əbilov)
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq
İsa Hüseynov - Muğanna: səksən illik ömrün yazısı


Əsəd TƏHlƏlİ


Aləmzər SADIQQIZI


Fəxrəddin ƏSƏD


Dəmir GƏDƏBƏYLİ
QIRMIZI YOL
(poema)


Kamal ALIŞOĞLU


Novruz QƏLƏNDƏRLİ


Şövkət Zərin HOROVLU
Balaca kişi
hekayə


Balayar SADİQ


Vahid ASLAN


Hiсran
For­ma və məz­mun
(Şirməmməd Nəzərlinin foto-sərgisi haqqında qeydlər)


SA­RA OĞUZ (NƏ­Zİ­RO­VA)
GOR İPİ
(Tam metrajlı bədii filmin ssenarisi)



 

Əbülfət MƏDƏTOĞLU


 
***

Şəhərin
nisbətən sakit yerində
özülsüz
üç otaq tikdim
evli-eşikli oldum
qaçqın günlərimin birində
sevinjim
bahar mücdəçisi kimi -
ilk tumurjuqlarını görəndə
ürəyim az qalırdı
qopsun sinəmdən…
lakin…
şəhərin nisbətən
sakit yerində
balalarımla
hamı kimi sakin
olmaq arzum
nişangaha çevrildi
tamahlıların alverində…
indi
əlim Tanrı ətəyində
üstünə gedirəm
qurtulmaq üçün
əlindən -
bu şərində!

***

Payız
göstərmək üçün
güjün
bajardığı kimi
çırpıb ağajların
bütün
saralmış yarpaqların…
və mən də
həmişəki yerdə
bu gün
səni gözləyə-gözləyə
sayıram
saralmaqda olan
yarpaqları…
və çox istəyirəm ki,
heç olmasa
sonunju yarpaq
düşənə kimi -
görüşə bilək barı…

***

Mən dan üzündə
ilk nəzəri çəkən
işıq ujuyam
özümün bu iddiamdan
daha doysam da
özümü sənə
sevdirə bilməməkdən
qojalmışam…
dan üzü də,
mən də
nə qədər uzaq
və qədim olsaq da
inan ki,
mən səni
yaxından görmək üçün
olduğun yüksəkliyə
ujalmışam…

***

Şadlıq evlərinin
silkələnən döşəməsi
ləngərlənən
gəmini xatırlatsa da
buradakı hay-küy
və mərəkələr
nə dənizləri
andırır,
nə də okeanları
yalnız
tullantı suların
oxşarlığı
ağlıma gəlir
dinlədikjə fonoqram
oxuyanları
ilahi,
ajgöz şadlıq evlərində
amansızlıqla
maraqlarına əsir edir
adamlar
adamları…

***

Tumurjuqları çırtlamış
əriyin
çəhrayı çiçəkləri
dəli eləyib arıları
və dəli olmuş arılar da
çiçəklərin başına dolandıqja
ovsunlanmış
ürəkləri
nə sinələrinə,
nə də çiçəklərin
qönçələrinə sığmır…
mənə elə gəlir ki,
arıların yuxusundan
çəhrayı ərik çiçəkləri
heç vaxt çıxmır…
axı qara sevdadı bu…

***

Ovutmaq istəyirəm özümü
bir gilə şehlə
bir əsim mehlə
və bir də
anamın
nəvə boyuna baxıb
dilinə gətirdiyi
bəhbəhlə…
Ovutmaq istəyirəm özümü
şəlalə səsi
yaz nəfəsi
və bir də
əlimdən düşüb sınajaq
bahalı, ya ujuz
fərq etməz
şüşə qəfəs ilə…
Ovutmaq istəyirəm özümü
içimdəki savaşla
indiki anda
yaş dəsmal bağlanmış
başla
ən vajibi isə
kirpiyimdə
quruyub qalmış yaşla
maraqlıdı…
həmişə belə ola…

***

İndiki halımda
jinayət məqamında
yaxalanıb
məhkəmə zalında
oturmuş kimiyəm…
üstümə yağan suallar
proqnozu verilmiş dolu…
halıma baxıb susanlar
tanıyırlar məni
bu məqama gətirən yolu…
və mən
bəlli halım
eləjədə məqamım
ortada olmaqla
javabını gözləyirəm
ruhumun
təsəlli tapajaq
sualın:
- məni sevirsənmi?

***

Hərdən
elə istəyirəm ki,
qanad çıxaram -
məni
yerdən qopara biləjək
qanad…
alınsa
hərdən jismimdən çıxaram
və məni apara biləjək qanad
səni də üstünə alıb
ayırar bizi buralardan…
uçub gedərik -
ən dəqiq,
ən qərəzsiz
xəbərlər gətirərik
oralardan…
hə, indi özün de
nejədi yurda bağlı
sərçə olmaq
lap elə
düşmən gülləsinə tuş gəlib
jəbhə xəttinin
o üzündə qalmaq? -
qorxutmur ki, səni…
***

Qaldım ortalıqda fikrim qarışıq
nə qapım döyülür, nə də pənjərəm?
yuxum didərgindi, gözüm bulaşıq -
dərdlə döyüşdəyəm, qəmə səngərəm…

dağdan enən duman sıxır gözünü
çatdırıb üstümə yıxır özünü
məni tanıyanlar axır sözünü -
səbrlə saxlayır, dözür mən gələm.

Mənə doğma olan dərə, təpəni
Yaxşı tanıyıram həsrət səpəni
Hər an görmək üçün ruhum öpəni -
Ümidim sənədi, olub sən, gələm…

Arada fərq varmış yerlə göy qədər
hamı eyham vurur-yanıram hədər
hər gün sevəjəyəm Məjnundan betər -
hər an jəhd edəjəm sənə tən gələm!

***

İndi
dünyanın hər yerində
iqlim dəyişikliyindən
söhbətlər gedir
və bu da
bəllidir ki,
hər kəsə
və hər yerdə
fərqli təsirlər edir…
səni izləyən gözlərim
köynəyimdən keçirən
ürəyim
bir sözlə -
varlığım, ruhum
düşünür ki,
səni
heç kimin bilmədən
pünhan
iqlim dəyişikliyindən
nejə qoruyum -
axı çox zərifsən?..

***

yol ayrıjı…
fikrim qarışır
ümidsiz halda
elə bu dörd yolda
ürəyimlə
ağlım arasında
gedir danışıq…

yol ayrıjı…
dara çəkilən ürəyimlə
min yerdən
dolaşan fikrim
qoymur
gözümün
önünə gətirim
nejə görünəjək
şəklinin yanandan
qayçı ilə
dörd yerə
kəsilmiş şəklim…

***

bir anda
sərt üzünü göstərdi
günlərdən bəri
bizə
son baharı yaşadan
təbiət…

şaxtalı havada
nəfəsimiz buğlandı
közərdi
və rahatlığımızı
dondurmağa başladı
qışın gətirdiyi
narahatlıq, əziyyət
qəfləti gəlişindən
ortalığa -
diluju danışsam da
amma
hər kəs kimi
mən də bilirəm ki,
təbiət şıltaqdı
zamansa hakim -
qərarı özü verir
mən ondan küssəm də,
barışsam da…

***

dənizin bir addımlığında
dalğaların
sahili öpdüyü yerdə
əzilmiş siqaret qutusu
atılmış tilov
bir də
ölü bir balıq…
qalıb qumların üstündə

dənizin bir addımlığında
dalğaların
sahili öpdüyü yerdə
ləçəkləri didilmiş
üç qızıl gül
min yerə bölünmüş şəkil
bir də
qat kəsmiş yaylıq
qalıb qumların üstündə…

dənizin bir addımlığında
dalğaların
sahili öpdüyü yerdə
bütün bu mənzərələri
gözümə köçürəndə
kövrək pıçıltılar
və bir də
təlaşlı ürək
səni səsləyir -
harda qaldın,
gəl çıx də!..

***

varlığımla yoxluğumun
fərqi sıfırdı
İndi ki anda
dözümlə təzyiqin
eyniyyəti də
onları
sıfra bərabərləşdirib
janda…
əllərim göydən üzülüb
ayaqlarım yerdən
sükunətdə də deyiləm
hərəkətdə də…
və həm də anlaya bilmirəm
sıfra nejə düşdüm birdən…
mən axı uşaqlıqdan
baş açmaq
öyrənmişəm rəqəmlərdən…

***

söykənib
dayanmışam
bir divarın künjündə
sağ əlim
ürəyimin üstündə
indiki anda
çevrilmişəm
ağrının girinjinə
gülüm,
işdi birdən
narahat olsan
sıxılsan
sən Allah injimə
ürəyimdəsən
deyə
sən də düşürsən
ağrılarımın jənginə

***

bildiklərim
bilmədiklərimin
yanında
süpürülmüş xırman yeri
bilmədiklərim üçün
kirpiklərimlə
od götürməsəm
bildiklərimi
xərjləyə-xərjləyə
yorulub tükənib
qalajam
hamıdan
və zamandan geri…

***

gəl dil tapaq
birləşək
sevdirək özümüzü
kədərə
fərqinə varmadan
heç nəyin
dayanmadan,
durmadan
gedək
və gedək
boyun əymədən qədərə!
gedək,
kədərimizə sevinənlər
görsün ki,
biz dözməyə qadirik
hələ bundan da
betərə!

gəl, sevdirək
özümüzü
kədərə…

***

hərəkət jədvəli
yazılıb
saatlar…
dayanajaqlar
göstərilib
bələdçi
qatarın pilləkənində
gejikmiş sərnişinə
əl uzadıb
kömək edir.
tələsdirir…
bir sözlə
bu qatarda
hamı gedəjəyi
düşəjəyi
yeri bilir…
təkjə məndən başqa…
mən onu axtarıram
hər yerdə…
bəlkə də
indi kənardan
məni izləyib gülür
axı mən
izinə düşüb gedirəm
o isə
mənim tərk etdiyim
ünvana gəlir…

***

təntənəli mərasim
çox çeşidli
bir süfrə
hamı kübarja
davranır
ətrafda
dricor çubuğuyla
idarə olunan
məjlis xatirinə
bir işgüzar
xoşqılıq
mühit yaranır…
məjlisdən önjəki
mənzərə
və sözlər…
məjlisdəki anlar
və nəhayət
məjlisdən sonrakı
bir-birindən
gizlənəjək gözlər…
içimdə döyüş gedir
üç məqam
bir-birini
qanına qəltan edir…
doğrudan yaranışdan
çoxsifət imiş insan…
yaradanlar…
dağıdanlar…
yarınanlar…
və hamısı da
insanlar…

***

geyimindən
qış tökülən
xanım diktor
hava haqqında
son məlumatı dedi
sonra da hamımıza
"gejəniz xeyrə qalsın!"-söylədi
və sağollaşıb getdi…
eşitdim ki,
yenə şaxta olajaq
yollar buz bağlayajaq
aramsız qar yağajaq
bir sözlə
əsil qış olajaq…
bu günlər məmləkətimizdə
hələ ki,
sabaha
bir gejəlik yol var
bəs niyə deyən yoxdur görək
nə qədər davam edəjək
qeyri-sabit
siyasi hava
jəmiyyətimizdə
axı, bu keçid
çox baha
başa gəlir bizlərə
çox baha…
diktor xanım
javab ver bu suallara…