Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Sabir ALİM


Ni­za­mi TA­ĞI­SOY
Nəs­rin Çev­rəsi
Folklorun "göz"ü - Kamal Abdullanın sözü


Rəfail TAĞIZADƏ


Fi­ruz MUSTAFA


Eldar TƏBİB


Eldar TƏBİB


Əbülfət MƏDƏTOĞLU


Aydın Xan (Əbilov)
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq
İsa Hüseynov - Muğanna: səksən illik ömrün yazısı


Əsəd TƏHlƏlİ


Aləmzər SADIQQIZI


Fəxrəddin ƏSƏD


Dəmir GƏDƏBƏYLİ
QIRMIZI YOL
(poema)


Kamal ALIŞOĞLU


Novruz QƏLƏNDƏRLİ


Şövkət Zərin HOROVLU
Balaca kişi
hekayə


Balayar SADİQ


Vahid ASLAN


Hiсran
For­ma və məz­mun
(Şirməmməd Nəzərlinin foto-sərgisi haqqında qeydlər)


SA­RA OĞUZ (NƏ­Zİ­RO­VA)
GOR İPİ
(Tam metrajlı bədii filmin ssenarisi)



 

Aydın Xan (Əbilov)
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq
İsa Hüseynov - Muğanna: səksən illik ömrün yazısı


 

Azərbayjanın xalq yazıçısı, əməkdar injəsənət xadimi, müxtəlif illərdə keçmiş SSRİ, eləjə də müstəqil respublikamızın "İstiqlal", "Qırmızı əmək bayrağı" və başqa ordenlərlə təltif olunmuş, yazdığı bədii nəsr nümunələriylə - "Jığırlar", "Dərd", "Zəhər", "Dəfn", "Arx" və b. hekayələri, "Saz", "Tütək səsi", "Teleqram", "Quru budaq", "Kollu koxa", "Şəppəli", "Başa düşə bilmirəm", "Ömür karvanı", "Fajiə", "Hinkir-minkir", "Bəşərin taleyi" kimi povestləri, "İdeal", "Məhşər", "Ölüm-dirim", "Gurün", "Jəhənnəm", "İsahəq, Musahəq" romanları həmçinin çoxsaylı oçerk, məqalə, kinossenari, dram əsərləri ilə ötən əsrin ikinji yarısından milli bədii söz sənətində "yeni nəsr"in başlanğıjını (xalq yazıçısı Anar) qoyan İsa Hüseynov - Muğanna ilə görüşmək mənim çoxdankı arzum idi. Hələ beş il bundan əvvəl - 2003-jü il iyunun 12-də görkəmli nasirin dünyaya göz açmasının 80-ji yayı tamam olan ərəfədə onunla görüşmək mənə nəsib oldu…
Əslində redaksiyanın tapşırığı ilə yubiley materiallarını hazırlamaq üçün getmişdim böyük yazıçının az qala qalasına çevirdiyi mənzilinə. Çox qəribə idi ki, yazıçının beşinji mərtəbədə yerləşən mənzilinə qalxanda da, pillələrlə aşağı - həyətə enəndə də bir məşhur zərb-məsəl beynimdə fırlanırdı: "Doğma xalqının arasında "peyğəmbər" olmaq qeyri-mümkündür"…
Muğannayla - xalqımızın bu maraqlı, hələ öyrənilməli, tədqiq edilməli gözəl sənətkar nümayəndəsi ilə düz altı saatlıq bir söhbətimiz alındı. Çox mövzulardan danışdıq: millətimizi düşündürən lokal məsələlərdən tutmuş, bəşəriyyətin qarşılaşdığı qlobal problemlərə qədər. Fəqət arada mən redaksiya tapşırığını da unutmadım. Ədəbiyyat adamlarımızı, xüsusən də yeni nəsil oxujuları maraqlandıran İsa Hüseynov - Muğanna kimi sənətkarın ədəbi-fəlsəfi görüşləri, xüsusən də milli söz sənətimizin çox mürəkkəb, eyni zamanda zəngin bir dövrü barədə - ötən yüzilliyin ikinji yarısı haqqında olan hissələri diktafonumun lentinə köçürə-köçürə düşünürdüm: biz nejə də maraqlı bir zəmanənin övladlarıyıq. Sonralar həmin görüşün məndə oyatdığı təəssürat iki material - elmi məqalə və ədəbi söhbət formasında - "Ədəbiyyat qəzeti"nin 2003-jü il iyun saylarında işıq üzü gördü…
… İsa Hüseynov - Muğanna: nurani bir sima, baxışlarından müdrikliyə işarə olan işıq və əlbəttə, saf insanlara məxsus xəfif təbəssüm, ən əsası isə yaradıjı intellektual düşünjə sahibi kimi 80 illik həyatının çox böyük hissəsini - 60 ilini ədəbi-bədii söz sənətimizə, böyük ədəbiyyata həsr edib. Bir kulturoloq kimi şəxsən mənim üçün çox maraqlıdır ki, ömrünün bahar çağında ədəbiyyatdakı kövrək addımlarını 1949-ju ildə, indiki "Azərbayjan" dərgisində çap olunmuş "Anadil ötən yerdə" oçerki ilə atan İsa Hüseynov nə üçün bir vaxtlar realist nəsrə meyl göstərirdi. Hər halda, əlimizin altında olan ədəbiyyata aid sorğu kitablarında məhz belə yazılıb - yazıçı qələmini ilk dəfə bədii nəsrdə sınayıb. İsa müəllim özünün etiraflarına görə, "… Mən heç təsəvvür etməzdim ki, nə vaxtsa əlimə qələm alıb əsər, hekayə, yaxud roman yazajağam. Ötən əsrin qırxınjı illərinin sonunda vətən haqqında bir şeir yazdım və göndərdim keçmişdə rəsmi mətbu orqanı sayılan "Kommunist" qəzetinə. O zamanlar "Kommunist"də Rza Şahvələd adlı bir yazıçı işləyirdi və onun imzası ilə mənə standart javablı bir məktub gəldi: "Sən yaza bilərsən, çoxlu mütaliə elə…"
Sevinjimin həddi-hüdudu olmasa da, bu hadisəni çox tez unutdum. Qazağın Kəsəmənli kəndində yerləşən məktəbin direktoru Səlim Şəndilli adlı ədəbiyyat müəllimi söz sənətinə olan həvəsimi görüb mənimlə yaxından maraqlanmağa başladı. Müharibədən sonrakı illər idi. Ajlıq dövrü olduğundan ərzaqdan korluq çəkən kəndimizdə çoxları kimi, Səlim müəllim də həyətyanı sahəsində qarğıdalı əkmişdi. Bir dəfə Səlim müəllim bizim sinif uşaqlarını həyətinə işləməyə apardı. Yeri gəlmişkən, mənim atam İkinji Dünya müharibəsinin iştirakçısı kimi çox tanınmış bir adam idi. Bu fakt isə mənim mütaliəyə olan marağımı şiddətləndirmişdi: belə tanınmış adamın oğlu oxumalı, savadlı olmalı idi. Nə isə, Səlim müəllim bütün uşaqları işlətsə də, mənə heç nə tapşırmadı. Səbəbini soruşanda əlindəki bir kitabı mənə uzadıb qayıtdı ki, al, bunu diqqətlə oxu. Latın qrafikası ilə nəşr olunmuş qalın bir kitab idi. Stivensonun "Dəfinələr adası" romanını səhər Səlim müəllimə qaytaranda ona qəribə gəldi: "Niyə qaytarırsan?" Javab verdim ki, oxuyub başa çatdırmışam. O, mənə Puşkinin "Kapitan qızı" adlı nəsr toplusunu bağışladı. Beləliklə, mənim ədəbiyyata olan həvəsim böyük marağa, sonra isə güjlü məhəbbətə çevrildi.
Əslində bayaq qeyd etdiyimiz "Anadil ötən yerdə" oçerki gələjək yazıçının mətbuatda işıq üzü görmüş ilk əsəri deyildi. Tədqiqatçı, yeri gəlmişkən, həm də Muğannanın qızı Sevinj Muğanna sənətkarın arxivində işləyən zaman maraqlı bir faktı üzə çıxarıb. Sonralar dəqiqləşdirilib ki, İsa Hüseynovun hələ 1947-ji ildə "Arx" adlı ilk hekayəsi qəzetdə işıq üzü görüb…
İsa müəllim o maraqlı hadisəni təfsilatı ilə xatırlayır. O vaxtlar "Azərbayjan gənjləri" qəzetində hekayə müsabiqəsi keçirilirdi. Gənj yazıçı da "Arx" adlı hekayəsini o mötəbər sənət müsabiqəsinə göndərir. Həmin zamanlar İsa Hüseynov Azərbayjan Dövlət Tibb İnstitutunun birinji kursunu yarımçıq buraxıb artıq universitetin filologiya fakültəsinə daxil olmuşdu. Münsiflər heyətinin sədri, xalq yazıçısı Əli Vəliyev onun oxuduğu universitetə - ədəbiyyat dərnəyinin rəhbəri professor Jəfər Xəndana zəng etmiş, tələbə-yazarı qəzetin redaksiyasına çağırtdırmışdı.
Tanınmış nasir ona: "Təbrik edirəm, müsabiqəyə yolladığın hekayən bəyənilib. Get kassadan mükafat al!" - deyəndə İsa Hüseynov həm sevindi, həm də təəjjübləndi. Hekayənin ikinji variantını yazmağı ondan tələb etdikdə isə yaman şübhələnmişdi. O vaxtkı "konfliktsiz" ədəbiyyatla heç düz gəlməyən, ölümlə, bədbinliklə qurtaran hekayənin bəyənilməyinə heyrətlənə-heyrətlənə əlli manatlıq qonorarı alan gənj yazıçı tələbə yoldaşlarına pivə qonaqlığı vermişdi. Daha sonra yonulub, ixtisar olunmuş, əjaib şəklə salınmış - özgələşmiş "Arx" hekayəsini bəlkə də buna görə unutmuşdu İsa müəllim…
Öz yerlisi sayılan o dövrün tanınmış yazıçısı Mehdi Hüseynlə tanışlığı isə gənj istedadın sonrakı yaradıjılıq inkişafına xüsusi təsir etdi. "Anadil ötən yerdə" oçerki "İnqilab və mədəniyyət" - indiki "Azərbayjan" curnalında işıq üzü görəndən sonra baş redaktor Mehdi Hüseyn onu yanına çağırıb heyrətlənmişdi: "Səni tənbeh eləyəjəm. Oçerki niyə öz atandan yazmısan?!"
Dilli-dilavər javan kimi o dəqiqə qayıtmışdı ki: "Mehdi müəllim, çünki atamı yaxşı tanıyıram!" Onun bu sözlərinə Mehdi qağa şaqqanaq çəkmişdi. Sonralar onlar hər dəfə görüşəndə, o söhbəti yada salan tanınmış yazıçı gülərdi. Bu əhvalat isə o vaxtdan dilə-ağıza düşmüşdü…
… İsa Hüseynovun atası müharibədən qayıdandan sonra məşhur Qarayazı meşəsini bərpa etmək, Qazaxdan Gürjüstana - Poylu körpüsündən başlamış düz Tiflisə qədər uzatmaq fikrinə düşmüşdü. O vaxtlar yaradıjı gənj kimi böyük ədəbiyyatla dərindən maraqlanır, çoxlu mütaliə edir və qeyri-ixtiyari yazmağa jan atırdı.
Universitetin dördünjü kursunda oxuyanda təhsilini davam etdirməkdən ötrü İsa Hüseynovu Moskvaya - Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutuna göndərirlər. O zaman Ədəbiyyat İnstitutunun direktoru Azərbayjan yazıçılarının yaxın dostu, məşhur tənqidçi Pyotr Fadeyev idi. Onunla görüşləri zamanı hansı kursda oxumaq istədiyini soruşub. Köməyini yazıçıdan əsirgəməmişdi. Onlar başqa bir istedadlı şairlə - Nəbi Xəzri ilə bir kursda oxuyurdular. Moskva illərinin onların, xüsusən də ədib kimi İsa Hüseynovun dünyagörüşünün formalaşmasında, baxışlarının zənginləşməsində xüsusi təsiri, böyük izləri oldu. İsa Hüseynov o illərdə hətta "Bizim qızlar" adlı - yazıçının indi artıq bəyənmədiyi - povestini rusja yazıb Moskvada nəşr etdirmişdi. Rus və dünya alimlərinin bəşəriyyətin mədəniyyəti, tarixi, xüsusən də Şərqlə bağlı çox nadir kitabları oxuyan, fəlsəfəni dərindən öyrənən yazıçının qarşısında belə bir dilemma vardı: sənətkar kimi formalaşmaq üçün Şərq, Azərbayjan-türk ədəbi-estetik dəyərlərini əsas götürməli, yoxsa Avropa -rus kulturoloci ənənələrin təsirinə düşməklə minillikdən uzaq, ultraçağdaş əsərlər yaratmalı…
Məhz belə bir məqamda "qızıl orta" fəlsəfəsi onun karına gəldi: artıq püxtələşməkdə olan yazıçı hər ikisinin vəhdətindən bəhrələnməyə üstünlük verdi ki, bu da onun sonrakı yaradıjılığında böyük iz buraxmış oldu. Xüsusən də milli ədəbiyyatımız tarixində nisbətən yeni canrlar sayılan avropatipli bədii povest və romanlarında Muğanna dünya söz sənətinin bütün istiqamətlərinin izlərini ustalıqla əks etdirməyi bajardı…
İsa Hüseynov geriyə - Bakıya qayıtdıqdan sonra yenijə bitirdiyi "Dan ulduzu" povestini curnal redaksiyasına təqdim etsə də, baş redaktor Mehdi Hüseyn üç dəfə əsəri geri qaytardı ki, üstündə yenidən işləməlisən. Səbəbi ilə maraqlananda ustad ədəbiyyatçı javab vermişdi: "Əsərin "meydanı" ilə iştirakçıların çoxluğu uzlaşmır".
Doğrudan da belə idi: hələ də peşəkar ədəbiyyatçı kimi yaxşıja püxtələşməmiş İsa Hüseynovun bu kiçik povestində çoxlu bədii surət yaradılmışdı. Bu, əslində, onun üçün ilk əsl böyük sənət dərsi idi.
Söz yox ki, Moskva illəri İsa Hüseynova böyük həyat və ədəbiyyat bilgiləri vermişdi. İndinin özündə də Muğannadan curnalistlər soruşanda ki, "Dünya və rus ədəbiyyatından hansı sənətkarları qəbul edirsiz?" - ədibin javabı birmənalı olur: "Rus ədəbiyyatında Tolstoyu, Dostoyevskini, Turgenevi sevə-sevə mütaliə etmişəm, fransızların "naturalistlər" məktəbindən Balzak, Mopassan, Zolya və başqa yazıçılara əvvəljə vuruldum. Romanın texnikası və poetikasını onlardan öyrənmişəm. Amma yaradıjılığımın sonrakı - peşəkar dövründə öz fərdi sənət yolumu tapdım və o yolla da irəliləməyə başladım…"
İsa Hüseynov böyük ədəbiyyata gələndə Azərbayjanın da daxil olduğu sabiq SSRİ məkanında çox mürəkkəb, ziddiyyətli proseslər baş verirdi. İkinji Dünya müharibəsindən sonrakı illərdə planetdə iri iqtisadi-siyasi mərkəzləri sayılan böyük dövlətlərin güj nümayiş etdirməsi nətijəsində beynəlxalq geosiyasi məkandakı gərginliyi də buraya əlavə etsək, onun bir yazıçı kimi ədəbiyyat meydanına qədəm qoyması müxtəlif müqavimətlərlə qarşılandı.
Düzdür, ötən əsrin 50-ji illərinin əvvəllərində hələ açıq meydan, siyasi "mülayimləşmə" yox idi. Belə bir mürəkkəb dövrdə "konfliktsiz" ədəbiyyata qarşı ilk dəfə çıxan İsa Hüseynov oldu. Məhz ondan sonra "yeni nəsr" adlanan ədəbi hərəkat başlandı ki, onu da inkişaf etdirənlər "altmışınjılar"ın nümayəndələri sayılan Anar, Əkrəm Əylisli, Ələkbər Salahzadə, Elçin, Yusif Səmədoğlu və başqa istedadlı ədiblər oldu.
Nasirin o zamanlar çapdan çıxan kitablarının və əsərlərinin adına nəzər salanda, - "Yanan ürək", "Doğma və yad adamlar", "Teleqram", "Tütək səsi", "Kollu koxa", "Məhşər" - maraqlı bir jəhəti müşahidə etmək mümkündür. Sənətkar sanki çürüməyə başlayan sabiq sovet dövlət sisteminə qarşı özünün sənətkar etirazını açıq-aşkar bildirməkdən çəkinmirdi…
Bunu da normal hal kimi qarşılamaq lazımdı. O, artıq ayılmışdı və yaxşı bilirdi ki, qəddar kommunistlərdən ibarət dövlət aparatı müxtəlif səbəbləri bəhanə gətirərək doğma əmilərini güllələmişdi. Hətta atasını da güllələyib adını qoymuşdular ki, ağır maşın qəzasına düşüb". Əsl həqiqəti öyrənəndən sonra sovet sisteminə qarşı onda etiraz, hətta nifrət yaranmışdı.
1947-ji ildə sənətkar ən irihəjmli və möhtəşəm romanını - "Yanan ürək" əsərini yazmağa başladı. O əsərdən başlayaraq sonrakı romanlarına qədər sistemə qarşı şüurlu yazıçı etirazını ana xətt kimi göstərməyə çalışırdı. Bu əsərlərin demək olar ki, böyük əksəriyyəti həm realist planda yazılmışdı, həm də üsyankar xarakterli idi. Əgər oxujuların yazıçının mürəkkəb yaradıjılığıyla sistemli tanışlığı varsa, asanja anlayajaq ki, məhz bu səbəbdən İsa Hüseynov özünün şah əsəri - "Yanan ürək" povesti üzərində möhkəmjə işləmiş, sonralar onun ədəbi-estetik konsepsiyasını tamam dəyişərək "İdeal" romanı şəklinə gətirmişdi. Məsələn, romanın son variantında Soltan Əmirli kimi əsas surətin üstündən tamam xətt çəkilib…
… İsa Hüseynov imzasıyla vaxtilə oxujulara təqdim olunan bir sıra nəsr nümunələrindən imtina edən Muğannanın "İdeal" romanının çoxlu sayda variantları var ki, onların da müqayisəli tədqiqata jəlb olunmasına böyük ehtiyaj duyulur. Müəllifin bildirdiyinə görə, "İdeal" romanının sonunju kamil variantı əlyazma şəklindədir və zamanını, bəlkə də xeyriyyəçisini gözləyir ki, işıq üzü görsün…
… Muğanna əsas fəlsəfi kredosu olan "Dünya düzəlməsə, insan düzəlməz" ideyasını, özünün təbliğ etdiyi "SafAğ Elmi" - Kainat həqiqətlərini açıqlayan "SafAğ" romanlar silsiləsini - "Ən şər - mən şər", "İdeal", "Jəhənnəm", "Gurün”, "İsahəq, Musahəq" əsərlərində tarixə, zamana, bəşəriyyətin keçdiyi mərhələlərə, dilə özünəxas baxışları, bənzərsiz fikirləri fəlsəfə, kulturologiya, tarix, etnoqrafiya, linqvistika, siyasətşünaslıq, məntiq və b. elm sahələrinin qəribə sintezinə aiddir.
İsa Hüseynov - Muğanna ilə bir janlı polemikamızdan olan maraqlı fikirlərlə yazımı bitirmək istəyirəm:
- Ustad, sizjə çağdaş ədəbiyyatın qarşısında hansı qlobal problem durur?
- …Nəinki ədəbiyyatın, həm də dünyanın - bəşəriyyətin qarşısında çox mühüm bir vəzifə durur: qloballaşma və dünyanın birləşməsi…
-… Əgər yazıçı olmasaydız…
- Mümkün deyil. Yazı ilə məşğul olmaq göylərdən gələn əmrdir. Mənsə o göstərişi yerinə yetirirəm - insanlara ali həqiqətin sirlərini çatdırıram…".