Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Sabir ALİM


Ni­za­mi TA­ĞI­SOY
Nəs­rin Çev­rəsi
Folklorun "göz"ü - Kamal Abdullanın sözü


Rəfail TAĞIZADƏ


Fi­ruz MUSTAFA


Eldar TƏBİB


Eldar TƏBİB


Əbülfət MƏDƏTOĞLU


Aydın Xan (Əbilov)
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq
İsa Hüseynov - Muğanna: səksən illik ömrün yazısı


Əsəd TƏHlƏlİ


Aləmzər SADIQQIZI


Fəxrəddin ƏSƏD


Dəmir GƏDƏBƏYLİ
QIRMIZI YOL
(poema)


Kamal ALIŞOĞLU


Novruz QƏLƏNDƏRLİ


Şövkət Zərin HOROVLU
Balaca kişi
hekayə


Balayar SADİQ


Vahid ASLAN


Hiсran
For­ma və məz­mun
(Şirməmməd Nəzərlinin foto-sərgisi haqqında qeydlər)


SA­RA OĞUZ (NƏ­Zİ­RO­VA)
GOR İPİ
(Tam metrajlı bədii filmin ssenarisi)



 

Rəfail TAĞIZADƏ


 
Vitrindəki paltarlar

alıcısın gözləyən vitrindəki paltarlar
utanar zaman zaman
utanar yaman
kirayəşin bədənə
geyinilib soyunmaqdan

vitrindəki paltarların
"apar məni, apar məni" deyən
yalvaran baxışları
uzanar uzanar qapıyajan
vitrindəki paltarlar
bir anlıq xoş baxışlara aldanar
vitrindəki paltarlar
umuddan asılar
gejədən səhərədək
vitrindəki paltarlar
xəyallarında
bir isti bədənə sığınıb gəzər
yaz gecələrində
şəhərin tənha küçələrində


Elektrik qatarında

hərdən bu dünyaya
bir qatar pəncərəsindən baxıram
və bu dünyaya baxa-baxa
göy üzündə buludlara qoşulub
uzaqlara axıram

tənha qatarın musiqisində
bir yol laylası var
anjaq mənim könlümdə
nədənsə bir qürbət havası var

bu gün dostumun mənə bağışladığı kitabdan
bir səhifə də oxuya bilmədim elektrik qatarında
xəyalım pənjərəylə dəniz arasında
ümid uzaq ulduzlar kimi
sayrışırdı gözlərimin qarasında


                                     14.12.2007
                                     Qdansk-Varşava


Payız

Ağajın yaylığı ayaqlar altda,
yeriyə bilmirəm xışıltısından.
Çılpaq ağajların əlləri göydə
yarpağın son dua pıçıltısından.

Yenə gəlib çatdı payız axşamı
yenə də könlümdə küləklər əsir,
axşam süfrəsində boş qalan yerdə
kölgələr dolaşır, kölgələrdə sirr.

Pənjərə önündə ağaj kimiyəm,
xatirə yarpaqlar uçur havada.
Bu evin divarı yoxmuş, ilahi,
döşəmə, dənizdə darıxan ada.

Göyün üzün alıb qara buludlar,
pərdələr üşüyür otaqda indi.
Səmtini itirib, yolunu azıb,
jığırlar o, yarpaq yataqda indi.

***

Daha bu sevginin əlindən tutub
hara gedəjəyəm bu gündən belə.
Olan gümanlar da bura qədərmiş
itirdik illəri biz bilə-bilə.

Ay da çəkilibdi bu göyüzündən
o salxım buludlar bu gejə qara,
məni çıl-çıraqlı sahildə gəzmə?
Məni qaranlıqlar içində ara.

Qaranlıq gejənin yuxularında
qalmışam bir qara sevda əlində.
Biri-birimizi unudan gündən
sevgilər danışır özgə dilində.

Fikirlər, xəyallar məngənəsində
dolanıb, dolanıb yorulajağam,
gejənin birində üzümü örtən
o bulud saçında boğulajağam.

***

sevgimizin olanlarını basdırdım
bu gejə xəyallarımda
boğdum özümü
sənin əllərinlə
boğazımda səni qatil edən barmaq izlərin
qulağımda qaranlıq pıçıltıları
jan verən xəyallar çırpınır
boş otaqda
soyuq yataqda
köçəjəyəm adına yazdığım
bu gejədən
adsız küçədən
aydan ayrılan bulud
bağlayır çərçivəsiz qapımı
örtür şüşəsiz pənjərəmi
Kölgəsindən tanınar şairlər

                                  Vaqif Bayatlı Odərə
  
bu köhnə şəhərin qaranlıq gejələrində
bu köhnə şəhərin qaranlıq küçələrində
köhnə küçə fənərlərinin süzülən işığında
özünü tənhalıq qoynuna almış
yalqız bir şair kölgəsi tanış
tanınar şairlər
doğma yad küçələrdə
tanınar şairlər
bu yer üzündə
tanınar şairlər özündən qabaq
əlindən üzündən gözündən qabaq
kölgəsindən tanınan şairlər
küləklər tanıyar küçə tanıyar
bu zülmət qaranlıq gecə tanıyar
könlümdə könlündə bir hiss tanıyar
mələklər tanıyar iblis tanıyar
gejənin qaranlıq süst dodaqları
sümürər şairi səhərə kimi
əriyər yox olar şair hər gecə
içilər biçilər şair hər gejə
böyüyər kiçilər şair hər gejə
təzədən doğulub aparar səni
qoparar gecədən qoparar səni
tanınar şairlər özündən qabaq
əlindən üzündən gözündən qabaq
kölgəsindən tanınan şairlər

tanınar şairlər
bu yer üzündə
bu qara gecədə bir yad küçədə
izdiham içində dalğa içində
seçilə bilirsə şair kölgəsi
lap elə bu saat lap elə bu an
lap elə təzə ay doğana kimi
sevinjim özünü boğana kimi
bir şeir yazmağa dəyər bu gecə



Günlərim səpələnir gözümdən

göy üzü
hamilə qara buludlar
ağlamsınan zülmət gejə
fikirli dəniz
dünyanın qara xəbərləri
bir də mən varam
yer qara
göy qara
bu gün doğma köy qara
ağlaşma
qarğış
çağırış səsləri gəlir
dağların o üzündən
günlərim səpələnir gözümdən
qapqara qaralmışam
dərdlər arasında
çəkilən sədlər sırasında

dan yeri
sübh çağı
yaddaşımı silkələyir
çoxdan eşidilməyən azan səsi
ozan səsi
qaranlıqdan sağ çıxsam
qarşıla məni qardaş
dağların o başında
dünənki yaşında


Davalı yuxular

mən qatil yuxusunamı girmişəm
ya qatilmi yuxuma girir
gejəm qan rəngində
yuxum qan içində
hər gejə qan tökülür yatağıma yuxularımdan
bu nə savaşdı röyalar arasında
yuxular sırasında
hər gejə bitməyən müharibə gedir yuxularımda
hər gejə müharibədi röyalarımda
hər gejə qan tutmuş gözlərimdən
qan tökülür yatağıma
ağappaq yuxum qan içində
qan sızır qəlbimin yarasından
qanlı əllərim boğur məni yuxularımda
özüm-özümü boğmamış
atın məni jəbhə bölgəsinə
bu qanlı əllərimlə boğum düşməni…


Şəmkirdə gejə


kəhrizin səsi gəlir
pənjərənin altından
küçədən ötən maşınlar
əkiz evlərin yarıqaranlıq kölgələrini daşıyır
küçənin sonuna qədər
yaxınlıqdakı kilsə və məsjid
gündüz oxunan duaları
Tanrıya ismarıjlayır gejənin qaranlığında
bu gejə buludları ötən səsimə
əl etdim ilk dəfə
ay işığında

kövrələn buludlar
məni yatmağa qoymur
adam bu dualı gejədən doymur

kəhriz suyuna qoşulub axan xəyallarım
aparır məni o uzaq uşaqlıq illərinə