Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Sabir ALİM


Ni­za­mi TA­ĞI­SOY
Nəs­rin Çev­rəsi
Folklorun "göz"ü - Kamal Abdullanın sözü


Rəfail TAĞIZADƏ


Fi­ruz MUSTAFA


Eldar TƏBİB


Eldar TƏBİB


Əbülfət MƏDƏTOĞLU


Aydın Xan (Əbilov)
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq
İsa Hüseynov - Muğanna: səksən illik ömrün yazısı


Əsəd TƏHlƏlİ


Aləmzər SADIQQIZI


Fəxrəddin ƏSƏD


Dəmir GƏDƏBƏYLİ
QIRMIZI YOL
(poema)


Kamal ALIŞOĞLU


Novruz QƏLƏNDƏRLİ


Şövkət Zərin HOROVLU
Balaca kişi
hekayə


Balayar SADİQ


Vahid ASLAN


Hiсran
For­ma və məz­mun
(Şirməmməd Nəzərlinin foto-sərgisi haqqında qeydlər)


SA­RA OĞUZ (NƏ­Zİ­RO­VA)
GOR İPİ
(Tam metrajlı bədii filmin ssenarisi)



 

Kamal ALIŞOĞLU


 
NAZLANA-NAZLANA ÖLÜRDÜ GÜLLƏR

Çayın sahilində, ay işığında,
Bir aylı gejənin yaraşığında;
İlahi, göylərə tutub üzünü,
Nazlana-nazlana ölürdü güllər.

Həzin nəğmə idi, axırdı sular,
Çöllərə həsrətlə baxırdı sular.
Gümüşü sulara deyib sözünü,
Nazlana-nazlana ölürdü güllər.

Yaman kədərliydi qarı çiçəklər,
Yaman nəşəliydi sarı çiçəklər.
Görüb nəşəsini bu çiçəklərin:
Nazlana-nazlana ölürdü güllər.

Başqa bir aləmdi çəmənlər, çöllər,
Qönçələr açılır, çiçək təzə, tər.
Görüb qönçələri, tər çiçəkləri,
Nazlana-nazlana ölürdü güllər.

Quşlar öz sözündə, öz nəğməsində,
Şəlalə özünün qəhqəhəsində.
Bir tənha bülbülün qəmli səsindən,
Nazlana-nazlana ölürdü güllər.

TƏSƏLLİ

Yaman aldanmışam bu yer üzündə,
Hansını söyləyim, yüzmü, əllimi,
Bəzən razı qalıb düz əməlimdən
Qəlbimdə tapmışam öz təsəllimi.

Ümidim doğranıb dırnağım boyda,
Odlu nəfəsimdən çıxmayıb ahım.
Əllərim çənəmdə nə qədər dözüm,
Təsəlli Allahım, ümid Allahım.

Elə üz görmüşəm üzlər içində,
Ona şükr eləyib, onu anmışam.
Min riya görəndə düzlər içində
Vallah təsəllimdən havalanmışam.

Ağıl kəsə-kəsə, göz görə-görə,
Bir nadan qarşında durub yüksəlir.
Nə qədər baxsan da sən yerə-göyə,
Sənə təsəlli də kömək eləmir.

Əlindən alınan alınır, gedir?
İstər göz yaşı tök, istər alış yan.
Elə ağrılar var qəlbini didir
Təsəlli tapmırsan ağlamağınla.

Başım çox vəd ilə üfrülüb, dolub,
Yaman ajımışam külək əsəndə.
Baxıb gözləməkdən gözüm yorulub,
Axı nə tapmışam təsəlli, səndə.

Nə vaxtdı, nə vaxtdı aldanıram mən,
Özüm də bilmirəm nədir günahım.
Əllərim çənəmdə nə qədər dözüm,
Təsəlli Allahım, ümid Allahım.

ÇAĞIRMAYIN MƏNİ

İməkləyə-iməkləyə tozuna,
Bulandığım torpaq.
Əllərimi daş novuna söykəyib
Doyunja su içdiyim bulaq,
Çağırma məni.

Çağırma məni,
Üstündən quşlar uça bilməyən
Bağlı qapısını
Fələk də aça bilməyən

Ata evi.
Boz daşlarında
İzim qalan.
"İt uçan"ın da segahım, sözüm qalan
Tumas dağı,
Çağırma məni.

Dağların başına
Dolanan yollar,
Şalvarımdan tutub saxlayan,
Getmə deyən kollar,
Çağırmayın məni.

Qurdların səsindən
Qulaq tutulan.
"Qurdlu quzey"im
Divlər sarayı -
Daş muzeyim,
Çağırma məni.

Mürgülü quşları oyadan
Tənza kəkliyin səsi,
Rəzgə dərəsində
Babamın ruhu
Nənəmin zümzüməsi,
Çağırma məni.

Yayda könlümə düşən
Quzey qarı,
Yerini itirdiyim
Ata məzarı,
Çağırma məni.

NƏ YAXŞI GƏLDİN

Gözlərim qalmışdı yolunun üstə,
Bir meh də əsmirdi könül bağıma.
Nə yaxşı sən gəldin, injiçiçəyim,
Kədərli çağıma, qəmli çağıma.

Tək-tənha, fikirlər… sonsuz qayğılar…
Qasırğaya düşmüş gəmi kimiydim.
- Gilişi gözəlim, bilirdim ki, mən
Nə vaxtsa, nə vaxtsa sən gəlməliydin.

Sovuşdu bir anda təlatüm, boran,
Ruhum təmizləndi, aynadan təmiz.
Eşqinin hökmüylə qarşıda duran,
Qadınlar önündə əyilmişik biz.

Mən belə görmüşəm məğrurları da,
Məğrur olmayanlar nə deyir desin.
Elə bil qəhrəman göstərin mənə,
Gözəllik önündə o əyilməsin.

OYNA, QARAÇI, OYNA

Sən ki, tovuz quşusan,
Min bir rəngli, jivəli,
Qorxuram itirək biz
Sənin kimi gözəli,
oyna, qaraçı, oyna.

Tellər qara buluddu…
Yağış ol, göydən ələn.
Nə qədər şəhər uddu
Tərpənişin, zəlzələn
oyna, qaraçı, oyna.

Bir anlığa çək, apar,
Bizi də eldən-elə.
Özümüzə əl dəymə
Ruhumuzu silkələ?
oyna, qaraçı, oyna.

Nə deyir o baxışlar,
Nə deyir gülə-gülə.
Yandırdığın bəs eylər
Közümüzə su çilə,
oyna, qaraçı, oyna.

Səndə ki belə səs var,
Səndə belə həvəs var.
Səndə belə nəfəs var,
oyna, qaraçı, oyna.

Xalq var əsrlər boyu,
Odda-alovda bişib,
Sizə köçəri həyat -
Sizə oynamaq düşüb,
oyna, qaraçı, oyna.

BU GÖRÜŞ BAŞ TUTSA…

Bu görüş baş tutsa yaman olajaq,
Əllərim havada, baş tuta barı.
Bu görüş baş tutsa,
Mat qalajaqdı,
Dünyanın ən böyük diplomatları.

Hava xoş, gün aydın,
Gəzinirəm mən.
Gözümün önündən görüşlər keçir.
Başımı qaldırıb
Baxıram hərdən -
İlahi, bu dünya nejə gözəldir.

Hər şey unudulub
Nifrət də, kin də.
İçimin sevinji üzümdə yanır,
Mənə elə gəlir
Görüş yerində,
Dünya mənə baxır, mənə boylanır.

Bir az vüqarlıyam,
Bir az nəşəli.
Bu dünya köksümə asiman sığar.
Mənim gözümdək
Sevgi məşəli,
Bütün yer üzünü işıqlandırar.

Ümidim hər səddi
Aşırıb, yıxıb.
Görürəm səmanı, bəyaz göyləri.
Görüş yerindəyəm,
Yadımdan çıxıb
Dünyanın ən qorxunj siyasətləri.