Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Sabir ALİM


Ni­za­mi TA­ĞI­SOY
Nəs­rin Çev­rəsi
Folklorun "göz"ü - Kamal Abdullanın sözü


Rəfail TAĞIZADƏ


Fi­ruz MUSTAFA


Eldar TƏBİB


Eldar TƏBİB


Əbülfət MƏDƏTOĞLU


Aydın Xan (Əbilov)
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq
İsa Hüseynov - Muğanna: səksən illik ömrün yazısı


Əsəd TƏHlƏlİ


Aləmzər SADIQQIZI


Fəxrəddin ƏSƏD


Dəmir GƏDƏBƏYLİ
QIRMIZI YOL
(poema)


Kamal ALIŞOĞLU


Novruz QƏLƏNDƏRLİ


Şövkət Zərin HOROVLU
Balaca kişi
hekayə


Balayar SADİQ


Vahid ASLAN


Hiсran
For­ma və məz­mun
(Şirməmməd Nəzərlinin foto-sərgisi haqqında qeydlər)


SA­RA OĞUZ (NƏ­Zİ­RO­VA)
GOR İPİ
(Tam metrajlı bədii filmin ssenarisi)



 

Vahid ASLAN


 
BÜTÖV AZƏRBAYCAN ANDI

…Xəzərinə boylanıram,
Qujağında günəş üzür!
Qızların ay bənizlidi,
Oğulların günəş gözlü
-Sənə qurban
Azərbaycan!
Bakı-sərin küləklərə,
Ürəyini açan şəhər!
Nə zamandı bir həsrətdən,
Yuxuları qaçan şəhər!
Yüz illərin xəbəri var:
-Bu həsrət Təbriz həsrəti!
Xəzər burda, Araz orda:
-Hıçqırır çay pıçıltısı,
Hönkürür dəniz həsrəti…
Azərbaycan!
Hər qarışı qızıl olan,
Odlu torpaqların hanı?!
Şuşa adlı, Laçın adlı
Əsir düşən-yarın hanı?!
Qarabağda şaqqalanan,
Qana dönən bağrın hanı?!
Hanı Qorqud nəsihəti,
Hanı Babək jəsarəti,
Xətaisi olan xalqı,
-Anjaq bu gün torpaqları,
Əsirlikdə qalan xalqı
Zaman özü qınamazmı;
-Məlhəm bulanı yoxdusa,
Əlaj olanı yoxdusa,
Sabaha işıq olajaq,
Şanlı dünəni yoxdusa,
Uğrunda bayraq olanı,
Daşa dönəni yoxdusa,
Bu torpağın yaraları;
Səhər, axşam qanamazmı;
Zaman bizi qınamazmı!
Haydı, millətim oyanın,
Daha yetər, əsir olmaq;
Şərəfsizlik yetər, yetər…
Torpağı əsir olana,
Yaşamaq ölümdən betər…
…Bəlkə dərddən çox danışdım,
Əzablara çox qalandım;
-Yenə xəzərinə baxdım,
Uşaq kimi duyğulandım,
-Əsgərinin, məktəblinin,
Ürəyində bayraq olsa
Bütöv Azərbayjan andı,
Mən də ərköyün oğlun tək,
Fərəhimdən oxuyardım!
-Xəzərinə boylanıram,
Qujağında ğünəş üzür!
Qızların ay bənizlidi,
Oğulların günəş gözlü,
Sənə qurban,
Azərbaycan

ODƏRLƏR-QAÇQINLAR…

Ey vətən övladı!
Nə vaxta kimi
Qaçqınlar diyarı olajaq, vətən!
Öz evi özünə məhbəsə dönüb,
Yarı əsirlikdə qalajaq, vətən!..

Özünü sən kimə təslim etmisən,
Bir vaxt həyətində qul olanamı!..
Qarşında əl açan dilənçiyəmi,
Yeyib çörəyini, quduranamı;

Bir düşün, silkələ, oyat özünü,
-Əslin, nəjabətin Kim olub sənin?
Nejə olmalısan?
-Qayıt özünə!
Od olan bir torpaq doğubdu səni!

Tanısan əslini, nəjabətini,
İnan,bu günündən usanajaqsan!
Eşitsən səsini Şah Xətainin,
Təslim olmağından utanajaqsan!

Adın elə-belə Odər deyil ki,
Sən oddan doğulan ərənsən, ərsən!
Analar, bajılar nə deyər sənə,
Qınağa, təhqirə nejə dözərsən?

Sən qula döndükjə, fağırlaşdıqja,
Qorxaq düşmənlərin ər mənəm!-deyər:
Şanlı dünənindən sənə baxdıqja,
Zaman heyrətindən gözünü döyər…

Zaman heyrətlənər susqunluğuna,
Çatlar babaların döyüşkən ruhu;
Qarışar nərələr biri-birinə:
-Eheey!!!
-İgid balam, övladım Orhun!
-Ehey,..
Şah babanam!
Eşidirmisən!..
-Javab ver, övladım!
Oyan, Orhunum!

-Hər gün murdarların ayaqlarında
Söyülür, döyülür, sızlayır ruhum…
-Beləmi qoruyar övlad vətəni!
Qanımız suvarıb bu yurdu axı;
İgid böyütmüşdüm axı mən səni,
Kimdən öyrənmisən qorxaq olmağı?

-Əgər bu səsə də oyanmasanız,
Daha deyilsiniz Odər övladı;
Bu səsi, harayı eşitdinizsə,
Onda qaçqınlıqdan qurtulun, haydı!!!

VƏTƏN NƏĞMƏSİ

Mənim ürəyimin vətən nəğməsi,
Hələ çalınmayıb, oxunmayıbdı…
Sevgim bülövlənib, güjüm jəmlənib,
Nifrətim düşmənə ox olmayıbdı…

…Mən elə ölkəyəm, elə torpağam,
Tam olsam-bir olsam zorum tükənməz;
Mən elə zərrəyəm, elə ojağam,
Alovum səngiməz, qorum tükənməz;

…Bir yanım Təbrizdi, bir yanım Bakı,
Bir yanım Qarabağ, bir yanım Göyçə;
Bura elə yerdi, bir qızıl tarix,
Azərbayjan adlı şərəfdən keçər!

Bura Zərdüşt yurdu, Qorqud yurdudu!
Səsi min illərin içindən gəlir.
Bura elə tərdi, müqəddəsdi ki,
Haqqı nankorların gözündən gələr!
Bu torpaq mərdləri bayraq eyləyər,
Yaşadar müqəddəs and yeri kimi!
Mərdlər də əbədi qujağa dönər,
Yurdun ayağına sərər qəlbini.

Bala anasına sığınan kimi,
Yurd da dirsəklənər ərənlərinə;
…Eh, yenə xəyalım baş alıb,qaçdı
Anamın işıqlı nəğmələrinə:

-…Vətən sərhəddini qanıyla jızar,
Bu Adı qəlbinin başına yazar,
Bu ulu sevgidən odlanar, qızar,
-Beləjə özləri ululaşarlar;
Dar gündə torpağa səngər əvəzi-
Babalar-daşlaşar, qayalaşarlar!..

…Mənim vətən nəğməm oxunan günü,
Təbrizdə al bayraq dalğalanajaq!
Araz sındırajaq həsrət buzunu,
Xəzər fərəhindən lovğalanajaq!!!

TORPAQ VƏ BAYRAQ

Tək sənə vuruldum, Azərbayjanım!
Tək sənin övladın olmaq istədim;
Sən mənim qəlbimdə ujadan-uja,
Mən bu ujalıqda qalmaq istədim;

Ən ülvi, ən təmiz sevgim sənədi.
-Bu sevgi içimdən qaynayan bulaq;
Mənim ürəyimin müqəddəs andı,
Babalar suvaran torpaq və bayraq,

Sənin daşında da, ağajında da,
İstilik duymuşam, hənir duymuşam;
Sənin otunda da, çiçəyində də,
Doğmalıq adlanan ətir duymuşam;

Olsun ki,dünyada böyük deyilsən,
Mənimçün ən böyük dünyasan düzü;
Sən elə sehrsən, elə gözəlsən,
Şəklini çəkməkdən doymayır gözüm.

…Torpaq-qeyrətimdi,
Topaq anamdı!
Bayraq-azadlıqdı!
Bayraq-ujalmaq!
Mənim həyatımın müqəddəs andı;
Azərbayjan adlı torpaq və bayraq!

QARABAĞ ŞİKƏSTƏSİ

...Üzeyirin nəğmələşən ruhudu,
Pənah xanın qılınjıdı, oxudu,
Gejəsindən perik düşən yuxudu,
Qarabağın qəmli səsi oxuyur.

Xan qızının "xarı bülbül" sevdası,
Həkərinin ürkək düşən sonası,
Babaların qayalaşan nidası,
Daşa dönən son nəfəsi oxuyur.

Vətən adlı sevgisindən dəlijə,
Yanır,yanır külə dönür gizlijə,
Zaman ötür, yüz illərdi beləjə:
-Qarabağın şikəstəsi oxuyur…

"XƏZƏR ŞEİR AXŞAMLARI"NDA

Bakının ürəyində, Xəzərin sahilində,
Ulu Oğuz yurdunda, qədimTuran elində,
İki şüar doğuldu Türkün-Türkü dilində;
-Yaşasın Azərbaycan!
Çiçəklənsin Türkiyə!

Türk eli könül açıb olanından, varından,
Bayraqlar dalğalanır Xəzərin rüzgarından,
Zaman da oxumaqda, orda, qapı dalında;
-Yaşasın Azərbaycan!
Çiçəklənsin Türkiyə!

Axşam yaz axşamıydı,…muraz axşamı oldu;
-Sevdalı könüllərin nəğmələri doğuldu.
Sevdalı könüllərin şərqiləri oxundu;
-Yaşasın Azərbaycan!
Çiçəklənsin Türkiyə!

Bu səsə səs qatıbdı, uzaq Turan elləri,
-Düşmənə boy göstərir Bozqurdun nəsilləri;
Kimsə susdura bilməz bu oxuyan dilləri:
-Yaşasın Azərbaycan!
Çiçəklənsin Türkiyə!

…Qardaş ki, kürəyini qardaşına söykəyər,
Yurdun gülən gözündən sevinj yaşı tökülər,
Vahid Aslan Turanlı, Yavuz Bülənt Bakilər:
-Yaşasın Azərbaycan!
Çiçəklənsin Türkiyə!

SƏRHƏDDƏ DURAN ƏSGƏRƏ
(marş)

Sərhəddən başlanar vətən torpağı,
Torpağa köklənər vətən bayrağı,
Qoru bu sərvəti ey vətən oğlu!
Ujal bu sevdadan Tanrıya doğru!

Üzünə söykəsin dağlar üzünü,
Açılan hər səhər öpsün gözünü,
Yurd ətri çilənsin bəbəklərinə!
Qeyrətin güj olsun biləklərinə!

Unutma! Söykənib qaldığın hər daş,
Babalar ruhudur sərhədçi qardaş!

-Qəlbindən boylanan vətənə alqış!
Sevginlə nurlansın yurd qarış-qarış!

Ayıq ol! Sayıq ol!Torpaq-anandı!
Janından irəli Azərbayjandı!

AZƏRBAYJAN KİŞİSİNƏ

…Axar suyu qan ağlayır,
Ormanları yas saxlayır,
Fəryadı sinə dağlayır,
Əsir olan torpaqların!

Nejə qərar tutmaq olar,
Bu dərdi unutmaq olar,…
Nə ilə ovutmaq olar?!
-Unudulan torpaqları!

Qoyma!
Səni sarsın günah,
Qeyrətin-sonunju silah!
Al! Yağıdan heyfini al!
-Bağrı yanan torpaqların…

26 FEVRAL

… Yer deyilən
planetdə -
Xojalı adlı məmləkətin -
Türk soyadlı millətinin
Təqvimindən kabus
Olub asıldı o gün!
Neçə-neçə körpənin,
Neçə-neçə qojanın,..
Xojalının yası oldu o gün!
Dünya
"…yan" adlı
şeytan üzünü
insanlardan gizlədə bilmədi
bir daha,
o gün -
şeytanı yaratdığı üçün
Xojalı bakirə səsiylə
Etiraz etdi Allaha…

XOCALI

… Xojalı - içində tənha göz yaşı,
Xojalı - içində batan haraydı,
Bir gün oyanajaq yatan haraydı!
Xojalı haraydı haqsızlıqlara,
Körpə harayıdı qoja dünyanın,
Qadın harayıdı, qız harayıdı
Çırpınan, hıçqıran, zorlanan arın,
Xojalı uçsa da haray saldı ki,
Qalan qeyrətimiz uçmasın barı…