Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Sabir ALİM


Ni­za­mi TA­ĞI­SOY
Nəs­rin Çev­rəsi
Folklorun "göz"ü - Kamal Abdullanın sözü


Rəfail TAĞIZADƏ


Fi­ruz MUSTAFA


Eldar TƏBİB


Eldar TƏBİB


Əbülfət MƏDƏTOĞLU


Aydın Xan (Əbilov)
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq
İsa Hüseynov - Muğanna: səksən illik ömrün yazısı


Əsəd TƏHlƏlİ


Aləmzər SADIQQIZI


Fəxrəddin ƏSƏD


Dəmir GƏDƏBƏYLİ
QIRMIZI YOL
(poema)


Kamal ALIŞOĞLU


Novruz QƏLƏNDƏRLİ


Şövkət Zərin HOROVLU
Balaca kişi
hekayə


Balayar SADİQ


Vahid ASLAN


Hiсran
For­ma və məz­mun
(Şirməmməd Nəzərlinin foto-sərgisi haqqında qeydlər)


SA­RA OĞUZ (NƏ­Zİ­RO­VA)
GOR İPİ
(Tam metrajlı bədii filmin ssenarisi)



 

Ni­za­mi TA­ĞI­SOY
Nəs­rin Çev­rəsi
Folklorun "göz"ü - Kamal Abdullanın sözü


 

Bu gün Azər­bay­can ədə­biy­ya­tı­nın key­fiy­yət gös­tə­ri­ci­lə­ri­ni şərt­lən­di­rən nü­mu­nə­lər­dən da­nı­şar­kən çağ­daş nəs­ri­mi­zin ön sı­ra­la­rın­da qə­rar tut­muş Ka­mal Ab­dul­la ya­ra­dı­cı­lı­ğın­dan söh­bət dü­şür. Ka­mal Ab­dul­la nəs­ri da­im fəl­sə­fi tə­zad­lı­lı­ğı, di­na­mik­li­yi, ar­dı­cıl­lı­ğı, ha­di­sə­lə­rin çe­vik də­yiş­kən­li­yi ilə se­çi­lir. O, yaz­dıq­la­rı ilə oxu­cu­la­rın zöv­qü­nü ox­şa­yan, hər də­fə on­la­rı ye­ni təq­di­mat, de­yim ça­lar­la­rı ilə "təəc­cüb­lən­di­rən" sə­nət­kar­lardan­dır. Elə 2008-ci il­də işıq üzü gör­müş "He­ka­yə­lər­"i xa­rak­te­ri­zə edən də məhz bu cə­hət­dir. Ki­tab­da on he­ka­yə yer alıb. Ka­mal Ab­dul­la ək­sər ədə­bi janr­lar­da uni­ver­sal­lı­ğı (şeir­lər, po­vest­lər, es­se­lər, pyes­lər, ro­man­lar) ilə diq­qə­ti cəlb edən ya­zar­dır. Bu he­ka­yə­lər­də də əv­vəl­ki amplua­da çı­xış et­mə­yə üs­tün­lük ver­sə də, ya­zı­çı bu də­fə jan­rın key­fiy­yə­ti­ni bir qə­dər də də­rin­ləş­dir­mə­yə və zən­gin­ləş­dir­mə­yə mü­vəf­fəq olub. Düz­dür, son za­man­lar çağ­daş nəs­ri­miz­də ya­zı­çı­lar da­ha yığ­cam janr­da iş­lə­mə­yə meyl­lə­nir­lər. Bəl­kə də bu, döv­rün da­xi­li eh­ti­ya­cın­dan ya­ra­nır. Çün­ki bu­gün­kü çe­vik­lik, mo­bil­lik, in­ter­ne­tin ge­niş ya­yıl­dı­ğı dövr­də oxu­cu­la­ra "iş­lə­yən" ya­zı­çı­lar iri həcm­li əsər­lər­lə on­la­rın diq­qə­ti­ni məş­ğul et­mə­yə yox, da­ha çox dü­şün­dür­mə­yə is­ti­qa­mət­lə­nir­lər. Anar, El­çin, K.Ab­dul­la, E.­Hü­seyn­bəy­li, E.­Baş­ke­çid, A.­Rə­hi­mov, E.­Ka­mal və b. bu gün məhz bu janr­da da­ha hə­vəs­lə və in­ten­siv iş­lə­yir­lər.
Ka­mal Ab­dul­la ümu­mi ya­ra­dı­cı­lı­ğın­da ol­du­ğu ki­mi, bu he­ka­yə­lər­də də da­ha çox nə­zər­dən qa­çı­rıl­mış, bəl­kə də bi­zim­çün ar­xaik­ləş­miş, ta­ri­xin "ar­xi­vi­nə atıl­mış" mə­sə­lə­lə­rə ak­tual mü­na­si­bət ya­ra­da bil­mə­si ilə yad­da qa­lır. XX əs­rin 80-ci il­lə­rin­dən üzü bə­ri "Giz­li Də­də Qor­qud", "Sehr­baz­lar də­rə­si", "Ya­rım­çıq əl­yaz­ma…" və s. yad­da­qa­lan əsər­lər, in­di də "Son gə­liş", "Xa­ron, mər­hə­mət­li Xa­ron", "Də­və ya­ğı­şı", "Gü­lü qah-qah xa­nı­mın na­ğı­lı" və b. he­ka­yə­lər. Adı çə­ki­lən he­ka­yə­lər­dən hər bi­rin­də oxu­cu­la­rın diq­qə­ti­nə çat­dı­rı­lan ob­raz­lı ifa­də­lər ta­ri­xi, mi­fo­lo­ji, fan­tas­tik, folk­lor­la müa­sir­li­yin çul­ğaş­dı­ğı, bə­zən isə tə­zad­lar təş­kil et­di­yi müs­tə­vi­də, çağ­daş qi­ya­fə və gör­kəm­də təq­dim edi­lir. Zər­düşt, uzun­saq­qal ki­şi, Ər­mən, Ca­du­gər, Gəl­mə, Hür­müz ("Son gə­liş"), "Xa­ron, Stiks, Aid" ("Xa­ron, mər­hə­mət­li Xa­ron.."), "Xəz-Dəri-Kürk" və "A­zad Müs­tə­vi" Bir­ləş­mə­si­nin Ümu­mi İda­rə he­yə­ti, Hey­van­la­rı Mü­da­fiə Ko­mi­tə­si, düz­gün ae­ro­di­na­mik av­to­zər­bə möv­qe­yi, "Maq­nus-180" ad­lı ye­ni­cə is­ti­fa­də­yə bu­ra­xıl­mış elekt­ro­maq­nit mü­hər­rik­li nə­həng ae­ro­bus­lar, "Səh­ra­da gə­mi", vir­vi­zual ek­ran, vir­vi­zual film, ov­sun­çu­lar mü­şa­vi­rə­si, Dam­da­ba­ca­lar kü­çə­si, Gü­nəş vax­tı, Ay vax­tı, İn­san­lar­la hey­van­lar ara­sın­da­kı mü­na­qi­şə­lə­rin Çö­züm Ko­mis­si­ya­sı, Qa­lak­ti­ka­da­kı TV-lər, "Ya­ğış anı" üz­rə koor­di­na­tor olan qo­ca şir və "Ü­mu­mi sülh saa­tı"­nın nü­ma­yən­də­si, vir­sa­ni­yə düy­mə­si, ger­me­tik tə­səv­vür, tex­no­tur­bo­sil­la­bik ye­ni­lik­lər, na­ğı­la gir­mək vax­tı, Gü­nəş vax­tı­nın zər­rə­si­nə çat­ma­maq, "Dö­yüş­kən öküz­lər" mək­tə­bi, sen­sor­lu mə­lu­mat, dai­mi ener­gi­ya re­ji­mi, Ay ax­şa­mı vax­tı, ekstra­maq­nit Daş par­ça­la­rı, sen­sor­la ya­xın kos­mik ida­rə üsu­lu, elek­to­maq­nit at­mos­fer, ter­moe­lekt­rik təh­lil, vir­vi­zual də­və ("Də­və ya­ğı­şı"), adı özün­dən uzun Gü­lü qah-qah xa­nım, Sa­rı div­lə Kə­lə div, Təx­ti­çi­raq pəh­li­van, Əş-əş pəh­li­van, "də­mir­bi­lək" Nə­hən­ga­ni-nə­həng pəh­li­van­la­rın ürək­lə­ri yed­di dağ ke­çi­si­nin də­ri­sin­dən ti­kil­miş yay ki­mi "sı­xıl­mış­dı", iki­lə­ri xan ək­bə­ri, Mər­ca­ni ca­du xa­nım, Əkil-bə­kil quş idi? Bir da­ma qon­muş idi? Xe­yir­di­mi, şər­di­mi, olan­dı­mı, ya­lan­dı­mı? Qar­ğa uçub sar qa­lıb, ye­ri, yur­du dar qa­lıb. İş ki çə­ti­nə dü­şüb­dü, sə­nə ahu-zar qa­lıb­dı. Yay­dan son­ra yaz gə­lər. Sə­nə bu da az gə­lər, Naq­qu­li va­di­si, qı­lın­cın boy at­ma­sı ("Gü­lü qah-qah xa­nı­mın na­ğı­lı") və s. söz və ifa­də­lər oxu­cu tə­fək­kü­rü­nü ov­xar­la­ma­ğa, onu gül­dür­mə­yə, dü­şün­mə­yə və bir az da qə­dim dün­ya­ya eks­kurs et­mə­yə sövq edir.
Ka­mal Ab­dul­la­nın he­ka­yə­lə­ri­ni oxu­yar­kən çağ­daş dövr­də dün­ya­nın bə­dii-fəl­sə­fi dər­ki, həm də si­vi­li­za­si­ya­lar­da ge­dən zid­diy­yət­li pro­ses­lə­rin ək­si­ni sez­mək müm­kün­dür. Bu­ra­da, bir tə­rəf­dən, in­sa­nın hə­yat tər­zin­də­ki də­yi­şik­lik­lər, ənə­nə­vi də­yər­lə­rin ye­ni­ləş­mə­si ge­dir­sə, di­gər tə­rəf­dən, qə­dim ar­xe­tip dav­ra­nı­şı­na, dün­ya­nın mi­fo­lo­ji dər­ki­nə, təh­təl­şüur­da isə folk­lor ele­ment­lə­ri­nin can­lan­dı­rıl­ma­sı­na is­ti­qa­mət­lən­mə özü­nü gös­tə­rir.
He­ka­yə­lər­lə ta­nış ol­duq­da Ka­mal Ab­dul­la­nın mi­fo­lo­ji-folk­lor nü­mu­nə­lə­ri­ni çağ­daş nəsr­də uğur­la "həzm et­di­yi­nin" şa­hi­di olu­ruq. Bu­ra­da şi­fa­hi ya­ra­dı­cı­lıq ele­ment­lə­ri əs­ki sta­tik ma­te­rial­dan, xalq dü­şün­cə fo­nun­dan güc­lü ya­ra­dı­cı kon­sep­tual ami­lə çev­ril­mək­lə, ger­çək­li­yin dər­ki üsu­lu ki­mi nə­zər­dən ke­çi­ril­mə­li­dir. "Son gə­liş", "Xa­ron, mər­hə­mət­li Xa­ron", "Də­və ya­ğı­şı"n­da də­rin fəl­sə­fi ma­hiy­yət və for­ma me­to­fo­rik­li­yi möv­cud­dur. Mə­sə­lən, "Gü­lü qah-qah xa­nı­mın na­ğı­lı" he­ka­yə­sin­də müəl­lif Sa­rı div­lə Kə­lə div ara­sın­da­kı ba­rı­şıl­maz mü­ba­ri­zə­nin çö­zül­mə­sin­də adı özün­dən uzun Gü­lü qah-qah xa­nı­mın mə­sə­lə­ni həll et­mə is­tə­yi­ni özü­nə­məx­sus təq­dim edir. O, məm­lə­kə­tin ad­lı-san­lı cən­ga­vər­lə­ri­ni - Təx­ti­çi­raq pəh­li­va­nı, Nə­hən­ga­ni-nə­həng pəh­li­va­nı, Əş-əş pəh­li­va­nı bu ix­ti­la­fı çöz­mə­lə­ri üçün Sa­rı div­lə Kə­lə di­vi ba­rış­dır­maq­la bağ­lı məş­və­rə­tə ça­ğı­rır və mü­ha­ri­bə­nin qar­şı­sı­nı yal­nız Mər­ca­ni ca­du xa­nı­mın tək­li­fiy­lə ala bi­lə­cə­yi fik­rin­də bu­lu­nur. "A­dı özün­dən uzun Gü­lü qön­çə xa­nım­la­rın hər iki­si və o bi­ri xa­nım­lar, pəh­li­van­lar, nö­kər­lər, naib­lər, qa­ra­vaş­lar, ca­ri­yə­lər ha­mı­sı bir yer­də div­lər məs­kə­ni Naq­qu­li va­di­si­nə, bu qar­daş da­va­sı­nın qar­şı­sı­nı al­ma­ğa yo­la dü­şür­lər" (s.184).
Ka­mal Ab­dul­la he­ka­yə­lə­ri­nin ay­rı-ay­rı mo­tiv və si­tua­si­ya­la­rı­nın təh­li­li gös­tə­rir ki, folk­lor ele­ment­lə­ri bu nü­mu­nə­lə­rin tər­ki­bin­də ye­ni əla­və mə­na, ide­ya-es­te­tik yük da­şı­yır. Əsər­lər­də yer al­mış sü­jet xət­ti, folk­lor mən­bə­lə­rin­də ve­ri­lən ki­mi ol­ma­sa da, təq­di­mat xü­su­si bə­dii tu­tu­ma ma­lik­dir. He­ka­yə­lə­rin ma­te­rial­la­rı­nı müəl­lif elə ci­la­la­yır, elə sü­jet xət­ti ya­ra­dır ki, nə­ti­cə­də oxu­cu­nun əsə­rin məz­mu­nu­na da­ha də­rin­dən va­ra bil­mə im­ka­nı və tə­lə­bi ya­ra­nır. Mə­sə­lən, "Gü­lü qah-qah xa­nı­mın na­ğı­lı" he­ka­yə­sin­də ilk ba­xış­da qə­dim türk folk­lo­ru­nun ənə­nə­vi ob­raz­la­rı­na yer ve­ri­lir. Bu­nun­la be­lə, folk­lor ör­nək­lə­rin­də Gü­lü qah-qah xa­nı­mın dü­rüst pro­to­ti­pi­ni tap­maq da asan de­yil. Əgər həm qəh­rə­man, həm ha­di­sə­lər, həm də di­gər ob­raz­lar üçün konk­ret əla­və təs­di­qe­di­ci fakt tap­maq müm­kün de­yil­sə, de­mə­li, bü­tün bun­lar müəl­li­fin öz uy­dur­ma­sı­dır, öz qu­ra­ma­sı­dır və bu, onun öz tə­xəy­yü­lü­nün məh­su­lu ki­mi də­yər­lən­di­ril­mə­li­dir. Be­lə ol­duq­da re­al ta­ri­xi pro­to­tip­lə­rin ax­ta­rı­şı da o qə­dər sə­mə­rə ve­rə bil­məz. Müəl­lif isə elə ma­raq­lı və ef­fekt­li təq­di­mat üsu­lun­dan is­ti­fa­də edir ki, oxu­cu onun bu və ya di­gər ob­raz­la­rı ilə san­ki ha­ra­da­sa gö­rüş­dü­yü­nü fik­rin­də bər­pa et­mək is­tə­yir. "Gü­lü qah-qah xa­nı­mın na­ğı­lı"n­da "Gü­lü qah-qah" adı­nı oxu­duq­da ha­ra­da­sa təh­təl­şüur­da ya­dı­mız­da "Gah-gah da­ğın­da üç xi­ya­ra aşiq ola­san" na­ğı­lı­nın sehr­li sü­je­tin­dən bə­zi mə­qam­lar can­la­nır. Adı çə­ki­lən na­ğıl ki­mi, bu he­ka­yə də ma­raq­lı­dır. Mər­ca­ni ca­du xa­nım­la ta­nış ol­duq­da isə ya­da "İn­ci­li Mər­ca­nın na­ğı­lı" dü­şür. İn­ci­li Mər­can da sehr oxu­maq­la, sev­di­yi oğ­la­nı - Mə­həm­mə­di müx­tə­lif və­ziy­yət­lə­rə sal­maq­la ölüm­dən qur­ta­rır. Son­ra isə sehr­li di­vin əlin­dən xi­las edir. "Gah-gah da­ğın­da üç xi­ya­ra aşiq ola­san" na­ğı­lın­da qul­luq­çu xa­nı­mın pal­ta­rı­nı ələ ke­çi­rib onu ağac­dan itə­lə­yir, bu vaxt xa­nım gö­yər­çi­nə çev­ri­lir. Pal­ta­rın ələ ke­çi­ril­mə­sin­dən son­ra qul­luq­çu özü­nü şah­za­də­yə xa­nım ki­mi təq­dim edə bi­lir, xa­nım isə ar­tıq ça­rə­siz qa­lıb gö­yər­çi­nə dö­nür. Pal­ta­rı-qa­na­dı oğur­la­nan pə­ri qı­zı öz dün­ya­sın­dan olur, ge­yi­mi­ni ələ ke­çir­mə­sə o, öz dün­ya­sı­na qa­yı­da bil­mir. Bə­zi uy­ğun­luq­lar­la bağ­lı söy­lə­dik­lə­ri­miz, tə­bii ki, şəx­si qə­naət­lə­ri­miz­dir. Əgər qə­naət­lə­ri­miz mən­ti­qə uy­ğun­dur­sa, be­lə ol­du­ğu təq­dir­də K.Ab­dul­la ya­ra­dı­cı­lı­ğı­nın baş­qa bir cə­hə­ti diq­qə­ti cəlb et­mə­yə bil­mir. Bu, müəl­li­fin zən­gin mü­şa­hi­də­li sə­nət­kar ol­du­ğu­na işa­rə edir. Çün­ki bu­ra­da o, folk­lor ör­nək­lə­ri­nə ye­ni hə­yat ve­rir, on­la­rı ya­zı­lı ədə­biy­ya­ta gə­tir­mək­lə bir­də­fə­lik yad­da­şı­mı­za həkk edir. Nə­zə­rə alaq ki, na­ğıl söy­lə­yi­ci­lə­ri­nin özü heç də əv­vəl yad­daş­la­rın­da olan­la­rı qo­ru­yub sax­la­ya bil­mir­lər. Bə­zən özü­müz nə za­man­sa hər bir de­ta­lı­nı in­cə­lik­lə­ri­nə qə­dər bil­di­yi­miz na­ğı­lı kim­lər­sə ye­ni­dən da­nı­şan­da hey­ran­lıq­la qu­laq asır, san­ki ilk də­fə eşi­di­rik. Bu, onu gös­tə­rir ki, folk­lor tək­cə yaş­lı nəs­lin sı­ra­dan çıx­ma­sı ilə yad­daş­lar­dan si­lin­mir, həm də o nəs­lin özü hə­yat­da ikən unu­du­lur. Bəl­kə də bu­nun sə­bəb­lə­ri söy­lə­yi­ci­nin ya­şam tər­zi­nin cid­di şə­kil­də də­yiş­mə­si, onun re­al hə­yat­la da­ha sıx mü­na­si­bət­lər sis­te­mi­nə da­xil ol­ma­sı ilə bağ­lı­dır.
"Də­və ya­ğı­şı" he­ka­yə­si­ni həm də el­mi fan­tas­ti­ka jan­rı­na aid et­mək olar və bu, be­lə də edil­mə­li­dir. Bu­ra­da çox­say­lı söz və ifa­də­lər­lə ya­na­şı, həm də nə­zər-diq­qə­ti­mi­zi "Dam­da­ba­ca­lar" cəlb edir. Ka­mal Ab­dul­la onu kü­çə an­la­mın­da iş­lət­sə də, oxu­cu diq­qə­ti­ni sö­zə ye­tə­rin­cə cəlb edə bi­lir. Bəs "dam­da­ba­ca­lar" kim­lər­dir? Dam­da­ba­ca­lar müx­tə­lif də­yi­şik ad­lar­la ta­nı­nan ev, yurd qo­ru­yu­cu­la­rı ki­mi mə­lum­dur. Əs­ki dü­şün­cə və ina­ma gö­rə dam­da­ba­ca­lar in­san­la­ra müx­tə­lif növ hey­van­lar, in­sa­na­bən­zər don­da gö­rü­nən var­lıq­dır. Bə­zən dam­da­ba­ca in­san­la­ra ilan, qız, ya­xud ix­ti­yar qo­ca do­nun­da da gö­rü­nür, ağ­zı bö­yük dam­da­ba­ca­lar da­im dam­da, ba­ca­da, evin gi­riş yer­lə­rin­də ya­şa­dıq­la­rın­dan on­la­ra dam­da­ba­ca de­yir­lər. Azər­bay­can mi­fo­lo­gi­ya­sın­da, da­şın, ye­rin, gö­yün, bir söz­lə, hər şe­yin sa­hi­bi var­dır. Bun­la­ra sa­lam ver­mək baş­lı­ca şərt­dir. Bun­dan baş­qa boş evə gi­rər­kən də Azər­bay­can­da sa­lam ver­mək ina­mı bu gün də ya­şa­maq­da­dır. Çün­ki ina­ma gö­rə ev­də da­im dam­da­ba­ca­la­rın ru­hu do­laş­maq­da­dır. Bü­tün bun­la­rı giz­li şə­kil­də ver­mə Ka­mal Ab­dul­la nəs­ri­nin oxu­cu tə­fək­kü­rü­nü da­ha də­rin­dən sil­kə­lə­mə­yə is­ti­qa­mət­lən­di­yi­ni gös­tə­rir. "Də­və ya­ğı­şı"n­da "dam­da­ba­ca­lar" mi­fik-fan­tas­tik bir mə­kan tə­si­ri ba­ğış­la­yır. Mə­lu­mat­lı oxu­cu, tə­bii ki, haq­qın­da da­nış­dı­ğı­mız he­ka­yə­lə­ri oxu­maq­la, on­la­rın bə­dii-fəl­sə­fi, mi­fik-na­ğıl­va­ri­lik xü­su­siy­yət­lə­ri­ni dərk et­mək­lə, da­ha zən­gin in­for­ma­si­ya axı­nı qə­bul edir.
Bu he­ka­yə­lə­rə gə­ti­ril­miş mif-flok­lor ele­ment­lə­ri heç də konk­ret et­nik ma­te­rial­dan yox, özü­nə­məx­sus folk­lor du­yu­mun­dan, onun in­terp­re­ta­si­ya­sın­dan qay­naq alır və bu dün­ya­nın kon­sep­tual dər­ki­nin özəl üsu­lu­na çev­ri­lir. Ka­mal Ab­dul­la uni­ver­sal ya­ra­dı­cı me­xa­niz­min­dən is­ti­fa­də et­mək­lə, in­sa­nın da­xi­li mə­nə­vi po­ten­si­ya­lı­nı fəal­lış­dır­maq­la şi­fa­hi ör­nək­lər­lə ya­zı­lı ədə­biy­yat ara­sın­da əla­qə-mü­ka­li­mə ya­ra­dır.
Ka­mal Ab­dul­la bə­dii nəs­ri üçün mü­hüm bir ob­raz da var­dır. O heç də di­gər müəl­lif­lər tə­rə­fin­dən nə bə­dii pri­yom ki­mi or­ta­ya atıl­mır, nə də həll olun­mur. Bu apa­rı­cı ob­raz­la bağ­lı onun ox­şa­rın­dan is­ti­fa­də et­mə pri­yo­mu, ba­ca­rı­ğı­dır. Mə­sə­lən, "Gü­lü qah-qah xa­nı­mın na­ğı­lı"n­da Gü­lü qah-qah xa­nı­mın, "Son gə­liş"­də Ər­mə­nin ox­şa­rı­nı be­lə qiy­mət­lən­dir­mək olar. Ka­mal Ab­dul­la­nın "Ya­rım­çıq əl­yaz­ma"­da Şah İs­ma­yıl Xə­tai ob­ra­zı­nın ox­şa­rın­dan uğur­la ya­rar­lan­dı­ğı oxu­cu­la­rın yax­şı ya­dın­da­dır. Bu, ilk ba­xış­da oxu­cu­nu bir qə­dər "çaş­dır­sa" da, əsər­də­ki ha­di­sə­lə­rin son­ra­kı ge­diş­lə­rin­də ef­fek­ti ar­tı­rır, hə­min ob­ra­zın iz­lə­nil­mə­si ba­xı­mın­dan ona ma­ra­ğı güc­lən­di­rir.
"Son gə­liş" he­ka­yə­si­nin ma­hiy­yə­tin­də, fik­ri­miz­cə, da­ha bir giz­li ma­raq­lı mə­qam var­dır. Bu da Ər­mən ob­ra­zı və onun­la bağ­lı mə­qam­dır. Əsər­dən bu his­sə­yə diq­qət ye­ti­rək:
"… Zər­düşt fi­kir­dən ay­rı­la­raq ya­nın­da bar­daş qu­rub mə­ri­fət­lə otur­muş bu kənd­li­dən so­ru­şur:
- O Ər­mən de­di­yin ölüm Al­la­hı­nın özü idi, de­yil­mi?
- Bə­li,--- kənd­li ca­vab ve­rir.- Ər­mən ölüm Al­la­hı­nın özü idi ki, var­dı. Am­ma biz bu­nu son­ra­dan bil­dik" (s.80). Ya­zı­çı bəl­kə də bu­ra­da ölüm Al­la­hı­nı Ər­mən (yə­ni Əh­ri­mən), yə­ni er­mə­ni­lər­lə, Şər­lə ey­ni­ləş­di­rir. Mə­sə­lə­yə be­lə mü­na­si­bət er­mə­ni­lə­rin dün­ya­da və hə­yat­da tut­du­ğu möv­qe ilə uğur­lu şə­kil­də üst-üs­tə dü­şür.
Əl­bət­tə, Ka­mal Ab­dul­la nəs­ri­nin folk­lor­dan qay­naq­lan­ma­sı­nı biz heç də yal­nız bu ya­zı­çı­nın əla­hid­də xid­mət­lə­ri ki­mi də­yər­lən­dir­mi­rik. Mə­lum­dur ki, Azər­bay­can nəs­ri in­ki­şa­fı­nın müx­tə­lif mər­hə­lə­lə­rin­də folk­lor­la qar­şı­lıq­lı əla­qə­də ol­muş və on­dan kük­rə­yiş tap­mış­dır. Bə­dii ədə­biy­yat folk­lor təc­rü­bə­si­nə mü­ra­ciət et­mək­lə öz ob­raz­lı­lı­ğı­nı, dil-üs­lub ça­lar­la­rı­nı zən­gin­ləş­dir­mək­lə re­al hə­yat ha­di­sə­lə­ri­ni şi­fa­hi ya­ra­dı­cı­lıq fo­nun­da əks et­di­rir. Bu­na gö­rə də folk­lor ör­nək­lə­ri­ni və bə­dii ədə­biy­ya­tın "sir­lər­"i­ni də­rin­dən bi­lən ya­zı­çı bu təc­rü­bə­dən da­ha ye­tə­rin­cə ya­rar­lan­ma­ğa ça­lı­şır. "Son gə­liş", "Gü­lü qah-qah xa­nı­mın na­ğı­lı" və di­gər he­ka­yə­lər­də folk­lor Ka­mal Ab­dul­la­nın ifa­də im­kan­la­rı­nı rən­ga­rəng­ləş­dir­mək ba­xı­mın­dan müs­bət rol oy­na­yır. Mə­sə­lən, "Son gə­liş" he­ka­yə­sin­də na­ğıl­va­ri konstruk­si­ya­dan is­ti­fa­də oxu­cu­nu özü­nə da­ha çox cəlb edir:
"Ət­ra­fa hə­zin bir ax­şam dü­şür­müş. Gü­nün yor­gun­lu­ğu ya­vaş-ya­vaş ət­raf­da nə var­dı­sa hər şe­yin ca­nın­dan çı­xır­mış. Yol­bo­yu bi­tən ağac­lar, kol­lar, yol kə­na­rın­da­kı daş­lar, kə­sək­lər süst bir hal­da imiş­lər, hər bi­ri də­rin­dən nə­fəs alıb ve­rir­miş - elə bil din­cə­lir­miş" ( s.77).
He­ka­yə­də Zər­düşt­lə uzun saq­qal bir ki­şi­nin mü­ka­li­mə­si də ma­raq­lı­dır: "Biz­dən çox-çox qə­dim za­man­la­rın söh­bə­ti­dir. O za­man­lar Al­lah­lar yer üzü­nə tez-tez gə­lib ge­dər­di­lər. Bi­zim ba­ba­la­rı­mız­la on­la­rın sıx ün­siy­yə­ti olar­dı. İn­di da­ha be­lə de­yil. İn­di Al­lah­lar bir-bi­ri­nə cəng edir­lər. Hə­yat Al­la­hı­nın və Ölüm Al­la­hı­nın bir-bi­ri­ni gör­mə­yə gö­zü yox­dur. On­lar bir-bi­ri­ni gör­mür­lər. Am­ma vaxt var idi, dost idi­lər" (s.78). Bu he­ka­yə­də müəl­lif şüu­ru­nun ifa­də­çi­si epik təh­ki­yə­çi­dir ki, o, həm də müəl­li­fin öz fi­kir dün­ya­sı­nın ifa­də­çi­si­dir. Müəl­li­fin özü mətn­də gö­rün­mə­sə də, mətn­də onun "iş­ti­ra­kı" da­im hiss olu­nur. O, mətn­də san­ki ümu­mi­ləş­miş şəx­si- sub­yek­tiv xü­su­siy­yət­lə­ri ilə iş­ti­rak edir. Bə­zi mə­qam­lar­da isə müəl­li­fin xey­li nüans­la­ra mü­na­si­bə­ti fərd­lə­şir, o, əsas fik­rin ifa­də­çi­si­nə çev­ri­lir, təh­ki­yə­çi və baş qəh­rə­man möv­qe­lə­ri ilə üst-üs­tə dü­şür. Təh­ki­yə­çi bu­ra­da (həm də di­gər he­ka­yə­lər­də) fər­di nitq ko­lo­ri­ti­nə ma­lik­dir. Müəl­lif­lə təh­ki­yə­çi­nin ob­raz­la­rı­nın iden­tik­li­yi əsə­rin kom­po­zi­si­ya pri­yo­mu ilə da­ha da güc­lən­di­ri­lir:
"Ər­mən hə­lə uzaq­dan bu kən­di gö­rüb seç­miş­di… Kən­din adam­la­rı qə­ri­bə adam­lar idi­lər. Qar­şı­sı­na çı­xan hər kənd­li onun önün­də dər­hal diz çö­küb al­nı­nı tor­pa­ğa sür­tür­dü". İtaət­kar ca­maat­dır". - Ər­mən dü­şün­dü. - "Bu adam­la­rı hə­qi­qət­lə sir­daş elə­mək çə­tin ol­ma­ya­caq" (s.79). He­ka­yə­də müəl­lif ob­ra­zı­nı təh­ki­yə­çi­dən ayır­maq çə­tin­dir. Bu­ra­da müəl­lif şüu­ru xey­li mə­qam­lar­da təh­ki­yə­çi­nin epik-na­ğıl dün­ya­gö­rü­şü ilə üst-üs­tə dü­şür.
Təh­ki­yə­çi­nin fər­di ana­li­tik gö­rün­tü­sün­dən fərq­li ola­raq, ha­di­sə­lə­rə müəl­li­fin şəx­si-ümu­mi­ləş­miş mü­na­si­bə­ti sin­te­tik­dir. Müəl­lif ob­ra­zı ha­di­sə­lə­ri, on­la­rın ma­hiy­yət bir­li­yi­ni çev­rə­lə­yir və fəl­sə­fi-xü­su­siy­yət­lə­ri­ni açır. Bu mə­na­da "Xa­ron, mər­hə­mət­li Xa­ron…." və "Gü­lü qah-qah xa­nı­mın na­ğı­lı"n­da tək­rar­la­nan müəl­lif ya­naş­ma­sı üçün fər­di­lik xa­rak­te­rik­dir.
" - Xa­ron, Xa­ron…
- Xa­ron, əda­lət­li Xa­ron" he­ka­yə­nin müx­tə­lif sə­hi­fə­lə­rin­də (s.88, 89, 90, 91, 92, 93) və müx­tə­lif va­ria­si­ya­lar­da "….ə­da­lət­li, mər­hə­mət­li, ya­ra­şıq­lı" və s. ki­mi ifa­də­lər tək­rar­la­nır. Ey­ni pri­yom­dan, de­mək olar ki, müəl­lif "Gü­lü qah-qah xa­nı­mın na­ğı­lı"n­da da is­ti­fa­də edir. "A­dı özün­dən uzun Gü­lü qah-qah xa­nı­mın gö­zəl və unu­dul­maz çöh­rə­si elə bil ya­pı­şıb qal­mış­dı". Gü­lü qah-qah xa­nım məm­lə­kə­tin ən güc­lü pəh­li­van­la­rı­nı ya­nı­na is­tə­di. "Təx­ti­çı­raq pəh­li­van gəl­di, diz çö­küb söy­lə­di" (s.173), "Nə­hən­ga­nı - nə­həng pəh­li­van…­diz­lə­ri­nin hər iki­si­ni ye­rə bas­dı,… de­di (s.174). Əş-əş pəh­li­van div­dən dön­mə pəh­li­van idi" (s.174). "Gün bu­ra­la­ra köl­gə dal­ğa­la­ra" (s.180). və s. və i.a. bü­tün bu tip­li pri­yom­dan is­ti­fa­də bu he­ka­yə­lə­rin kom­po­zi­si­ya­sı­na, ar­xi­tek­to­ni­ka­sı­na və məz­mu­nu­na xü­su­si özəl­lik gə­ti­rir.
Sa­da­la­dı­ğı­mız bu ki­mi ifa­də, söz bir­ləş­mə­lə­ri, fra­za­lar­da müəl­lif ob­ra­zın­da olan müs­tə­qil möv­qe həm də müəl­lif­lə mətn­də təs­vir olu­nan dün­ya ara­sın­da epik dis­tan­si­ya ol­du­ğu­nu gös­tə­rir. Müəl­lif ob­ra­zı mətn­də ha­di­sə­lər­dən za­man və mə­kan dis­tan­si­ya­sı ilə fərq­lə­nir. Bu dis­tan­si­ya uza­nıb qı­sal­maq­la, mətn­də da­im qal­maq­da iş­ti­rak et­mək­də­dir.
Ka­mal Ab­dul­la­nın "Son gə­liş", "Xa­ron, mər­hə­mət­li Xa­ron…", "Gü­lü qah-qah xa­nı­mın na­ğı­lı" he­ka­yə­lə­ri­nin təh­ki­yə struk­tu­run­da, yu­xa­rı­da qeyd et­di­yi­miz ki­mi, bə­dii nit­qin na­ğıl­va­ri­lik for­ma­sın­dan us­ta­lıq­la is­ti­fa­də olu­nur. Bu he­ka­yə­lər­də təh­ki­yə­çi­nin oxu­cu­ya bir­ba­şa mü­ra­ciə­ti öz ək­si­ni ta­pır, nit­qə mo­no­lo­ji is­ti­qa­mət ve­ri­lir.
Göz­lə­nil­məz si­tua­si­ya­lar­la zən­gin "Də­və ya­ğı­şı" he­ka­yə­si, bəl­kə də Ka­mal Ab­dul­la­nın bə­dii tə­fək­kü­rü­nün ye­ni-- el­mi fan­tas­ti­ka ilə zən­gin cə­hə­ti­ni əks et­di­rən­dir. Me­to­fo­rik­lik, hi­per­bo­la­lar­dan və fan­tas­tik du­yum tər­zin­dən gen-bol is­ti­fa­də oxu­cu­da qey­ri-adi ov­qat ya­ra­dır. Müəl­lif əsə­rin əv­və­lin­də də­və ya­ğı­şın­dan da­nı­şıb oxu­cu­nu qey­ri-adı ya­ğış­la təəc­cüb­lən­dir­mək­lə, işi heç də bit­miş he­sab et­mir. Ey­ni za­man­da bü­tün he­ka­yə bo­yu "düz­gün ae­ro­di­na­mik av­to­zər­bə möv­qe­yi" se­çir, "ov­sun­çu­lar mü­şa­vi­rə­si­ni" la­zı­mın­ca təş­kil et­dik­dən son­ra "Gü­nəş vax­tın­dan Ay vax­tı­na" ke­çid alır, "İn­san­lar­la hey­van­lar ara­sın­da­kı mü­na­qi­şə­lə­rin Gö­züm Ko­mis­si­ya­sı­nın" tək­li­fi­nin qə­bul edil­mə­si ilə bağ­lı iş­lə­ri hə­rə­kə­tə gə­ti­rir və elə "ger­me­tik tə­səv­vür" ya­ra­dır ki, "vir­vi­zual ek­ran par­ça-par­ça" edi­lir, "tex­no­tur­bo­sil­la­bik" ye­ni­lik­lə­rə şüb­hə ilə ya­na­şıl­dı­ğın­dan na­ğı­la gir­mək vax­tı­nı müəy­yən­ləş­di­rir, "Ay ax­şa­mı vax­tı­nın na­bə­ləd­lə­rə kö­mək za­ma­nın ye­tiş­di­yi­ni du­yur, də­rin "ter­moe­lekt­rik təh­lil apar"­maq­la və "də­və"­nin göz ya­şı ov­su­nun­dan çıx­ma ko­dek­si­nin əsas mad­də­lə­rin­dən bi­ri ki­mi qey­də alır, "Ya­ğış anı üz­rə koor­di­na­tor qo­ca Şir­"in dil­lən­di­yi­ni, "ya­ğış ki­mi in­san­la­rın şə­hə­ri­nə yağ­ma­ğı" əbə­diy­yən şir­lə­rə qa­da­ğan edil­miş ol­du­ğu­nu müəy­yən­ləş­di­rir.
Müəl­lif şüu­run­da­kı mi­fo­lo­ji dü­şün­cə ilə el­mi fan­tas­ti­ka "Də­və ya­ğı­şı"n­da ori­ji­nal şə­kil­də tə­za­hür et­di­ri­lir. Bu he­ka­yə­də müəl­lif şüu­ru po­li­fo­nik­li­yi ilə fərq­lən­mək­lə ya­na­şı, həm də onun nit­qin­də op­po­zi­tiv mə­na xət­lə­ri özü­nü əks et­di­rir. He­ka­yə­də əsas op­po­zi­si­ya in­san­lar­la hey­van­lar ara­sın­da olan mü­na­si­bət­lər və in­san­la­rın hey­van­la­rı al­dat­ma­sı və s. ilə bağ­lı­dır.
Ka­mal Ab­dul­la­nın tə­rə­fin­dən iş­lə­ni­lən prob­le­ma­ti­ka və kol­li­zi­ya adə­tən özü­nə­məx­sus mə­kan­da baş ve­rir. Bu­ra­da onun qəh­rə­man­la­rı gah gö­rü­nür, gah on­la­rın gö­rün­tü­sü qa­bar­dı­lır, gah da sir­ri-xu­da ki­mi çə­ki­lib qeyb olur­lar. On­la­rın hə­rə­kə­ti, dav­ra­nı­şı, da­nı­şı­ğı da özü­nə­xas­dır. Oxu­cu bu qəh­rə­man­lar­la gö­rüş­dən nə qə­dər mü­təəs­sir olur­sa, bə­zən onun çə­kil­mə­sin­dən, yox olub it­mə­sin­dən on­dan da çox pəj­mür­də olur. Be­lə qütb­lü qav­ra­yış məhz Ka­mal Ab­dul­la ya­ra­dı­cı­lı­ğı üçün xa­rak­te­rik­dir. Ey­nə­gəl­məz, ya­rım­fan­tas­tik, fan­tas­tik, mi­fik, mis­tik, ha­di­sə­lər­lə zən­gin bu əsər­lər­də ge­dən hər nə var­sa, ha­mı­sı fər­di tə­xəy­yü­lün məh­su­lu ki­mi də­yər­lən­di­ril­mə­li­dir.