Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Sabir ALİM


Ni­za­mi TA­ĞI­SOY
Nəs­rin Çev­rəsi
Folklorun "göz"ü - Kamal Abdullanın sözü


Rəfail TAĞIZADƏ


Fi­ruz MUSTAFA


Eldar TƏBİB


Eldar TƏBİB


Əbülfət MƏDƏTOĞLU


Aydın Xan (Əbilov)
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq
İsa Hüseynov - Muğanna: səksən illik ömrün yazısı


Əsəd TƏHlƏlİ


Aləmzər SADIQQIZI


Fəxrəddin ƏSƏD


Dəmir GƏDƏBƏYLİ
QIRMIZI YOL
(poema)


Kamal ALIŞOĞLU


Novruz QƏLƏNDƏRLİ


Şövkət Zərin HOROVLU
Balaca kişi
hekayə


Balayar SADİQ


Vahid ASLAN


Hiсran
For­ma və məz­mun
(Şirməmməd Nəzərlinin foto-sərgisi haqqında qeydlər)


SA­RA OĞUZ (NƏ­Zİ­RO­VA)
GOR İPİ
(Tam metrajlı bədii filmin ssenarisi)



 

Şövkət Zərin HOROVLU
Balaca kişi
hekayə


 

Polad müəllimin evi kəndin əl-ayaq dəyməyən, lap ujqar hissəsində yerləşirdi. Onlar bura bir neçə il əvvəl Qukark rayonundan gəlmişdilər. Gəlmə olduqlarına görə kənd əhalisi əllərindən gələn köməkliyi onlardan əsirgəməmiş, köməkləşib iki gözlü mənzil də tikmişdilər. Elə gəldikləri gündən Polad müəllim evlərindən xeyli aralıda yerləşən kənd məktəbində hərbi dərsi deyir, qalan vaxtlarını da qoyun-quzu saxlamaq, bağ-bostan əkməklə keçirir, bir növ doğma "Çiçəkli" nin həsrətini, çəkdikləri məşəqqətlərin ağrı-ajısını ovutmağa çalışırdı.
Dinj qayğısız öz halal torpaqlarında yaşadıqları vaxt mənfur ermənilərin torpaq xəstəliyi baş qaldırmış, qəflətən ev-eşiklərindən onları didərgin salmışdılar. Qohum-əqrəbaları, kəndin jamaatı hərəsi bir yerə dağılanda Polad müəllim məhz buranı seçib gəlmişdi:
- Qoy düşmən elə bilməsin ki, biz bu qisası onlarda qoyajağıq. Torpağımızın hər qarışı mənə Vətəndir, təki salamatçılıq olsun - deyirdi. "Çiçəkli" dən çıxanda saqqallılarla əlbəyaxada aldığı yaraların ağrısı hələ janından çıxmamışdı. Xüsusən sol biləyinin sınığı onu çox injitsə də ağrılarını biruzə vermir, hələ də ovuna bilməyən oğlunun arvadı Gülbəsin könlünü almaq üçün deyirdi:
-Görərsiniz, mən burda dığaların gözləri qarşısında elə bir ev tikib, təssərrüfat qurajam ki, "Çiçəkli" dəkindən də gözəl olajaq. Nə fərqi var, Gülü, evin nə başı, nə ayağı. Elə bu torpaqların hamısı bizim doğma yurd-yuvamız deyilmi? - desə də ürəyindən qara qanlar axır, qoyub gəldiyi ata, ana, baba qəbirlərinin harayı ona dinjlik vermir, intiqam hissi Polad müəllimi rahat buraxmır, yuxusunu ərşə çəkirdi.
- Gülüyə deməsəm də, buranı mən özüm seçdim ki, fürsət düşsə bu dığaların anasını ağlar qoyum, Şəhid "Çiçəkli"nin intiqamı yerdə qalmasın - deyə düşünürdü. Polad müəllim bilirdi ki, burda da əvvəlki dinjlik, rahatlıq yoxdur. Kənd daima qorxu-səksəkə içindədir. Evlərdə olan ov tüfənglərini də gejəykən yığıb sakinlərdən alıblar. Dığaların qabağına çıxmağa beldən, yabadan, kərəntidən başqa bir şey qalmamışdı. Axı, bu nejə ola bilər ki, düşmən əli silahlı qulağının dibində dayansın, sənin bir ov tüfəngin də olmasın, torpağını, ailəni qoruyasan? Məgər biz özgə qoltuğuna girən dığalardan əskiyik? Bunun günahı o yuxarıda oturanlardadır. Bu qədər də sadəlövhlik olar? Günün-günorta çağı iki yeniyetməni ermənilər öldürsün, biz bir qadın kələğayısını adlayıb keçməyək ki, nə var, nə var qan tökülməsin. Bu bizim qədim ata-baba adətlərimizə riayət edən gənjlərimizi alqışlasam da, yenə də bir şey məni yandırır ki, vurmaq lazımdırsa, gərək vaxtında vurasan. İndi buyur, bax. Ermənilərin dişlərində şirə qalıb. Sumqayıtda törətdiklərini indi də Xojalıda davam etdirmək istəyirlər.
Əhali arasında ümidsizlik yaranmışdı. Polad müəllim bir neçə dəfə kənd ağsaqqalları ilə məsləhətləşsə də silahsız jamaatın əlindən nə gələr - deyib susmuşdu. Polad müəllimin gümanı gənjlərə idi. Kəndin javanlarını bir yerə yığıb sözə başladı:
- Bu qədər qüvvəsi olan kənd jamaatı da oturub gözləyər ki, görək nə vaxt ermənilər gəlib ana-bajılarımızı əsir aparajaqlar? Bu papağı başımıza niyə qoyuruq, qardaş? Ona görə bu papağı gəzdiririk ki, burda qoyub qaçaq?
Rövşən adlı gənj ürəklənərək irəli çıxıb qeyzlə:
- Polad müəlim, çarəmiz nədir, arvad-uşağın əlindən tutub çıxaq, erməniyə də deyək: - buyur, gəl isti evlərimizdə otur? Gözləyirik ki, görək bəlkə yuxarılar bir şey düşünüb tapajaqlar. Onlardan da səs-soraq yoxdur. Silah gizlədənləri həbslə hədələyirlər, bəs nədir çarəmiz? Sumqayıt hadisələrini ermənilər özləri yaratdılar, nətijədə neçə min azərbayjanlı yurd-yuvalarından qovuldular. Siz ki, bu müsibətləri gözlərinizlə görüb gəlmisiniz. İtin qabağına çomaqla çıxmaq lazımdır, əliyalın yox.
Polad müəllim bu jəsarətli, gözlərindən qan daman oğlanın sözünü qəribliyə salmadı:
- Düz deyirsən, Rövşən, mən də səninlə razıyam. Bir halda ki, yuxarılar başlarını itiriblər, biz niyə başımızdan keçək. Bizim də düşünən başımız var, axı? Çox şey eləyə bilərik.
Rövşən yerindən bir az dikəldi, gözlərində ümid qığıljımları parıldadı.
- Məsələn, müəllim nə edə bilərik?
Polad müəllim hədəfə vurmuş kimi ürəkləndi:
- Uşaqlar, mən sizin kəndin təzə sakiniyəm, valideynləriniz deyə bilər ki, Polad müəllim tovlayıb uşaqlarımızı ölümə apardı. Axı sizin hər biriniz bir evin çırağını yandırırsınız, heyifsiniz. Amma namus-qeyrət verilməyib ki, çölə ataq. O, bizə qorumaq üçün verilib. Əsli-kökü bilinməyən, zatıqırıq ermənilər ana-bajılarımızı əsir aparsalar nejə? Bəs bu qeyrətsizliyi kimin adına yazajağıq?
Polad müəllimin səsi titrədi, kövrəldiyini üzə vurmamaq üçün sözünə ara verdi. Sözü elə bil boğazına tıxandı. İri çiyinləri yüngüljə titrədi. Özünü tez ələ aldı.
Bayaqdan qulaq asan, dinib-danışmayan Kərim dilləndi:
- Siz deyənlərin hamısı düzdür, Polad müəllim. İndi silahı hardan tapaq axı?
Elə Polad müəllimə də bu lazım imiş kimi başını qaldırdı. Mən qarabağlıların namusuna-qeyrətinə yaxşı bələdəm. Döyüşgənliklərinə də şübhəm yoxdur. Onu buraxın mənim öhdəmə. Kim könüllü vuruşmaq, ermənilərə güjümüzü göstərmək istəyirsə, könüllü "Müdafiə dəstə"sinə yazılsın. Amma mənə bir nəfər köməkçi lazımdır.:
Rövşən sorğu-sualsız ayağa qalxdı:
- Siz hara ayaq qoysanız, mən başımı qoymağa hazıram. Təki silah verin. Silahsız igidin güjü-qüvvəsi olmaz, müəllim. Bilirsiniz də, ermənilərdə nə qədər top-tüfəng var.
Polad müəllimin sevinjdən gözləri yaşarmışdı. Belə gənjlərlə lap dağ aşırmaq olar - deyə fikirləşdi.
- Nə olsun ki, bizdə də Vətən-torpaq qeyrəti-namusu var Rövşən! Onlar köpək kimi qaraya hürürlər. Əslində it kimi qorxaqdırlar. Onları sizdən əvvəl mən görüb gəlmişəm. Törətdikləri vəhşilikləri də gözümlə görmüşəm. Onlarla xüsusi haqq-hesabım var.
- Hə, indi müəllim, sözün qısası, deyin görək silahı nejə və hardan alajağıq? Qara qalın qaşları çatıldı. Dişlərini bir-birinə sıxıb, düyünlənmiş yumruğunu dizinə çırpdı. Tikəmizin artığını yeyənlər indi bizə qənim kəsiliblər - deyib, müəllimə doğru bir az da əyildi:
- Hardan? - elə ermənilərin özündən, Rövşən - deyib bığının altında azajıq dodağı qaçdı.
- Onlar öz xoşları ilə silahlarını bizə verəjəklər ki, a dəli müsəlman, gəl bizi qır?
Hamı gülüşdü.
- Yox. Rövşən, məsələ sən düşünən kimi deyil, əlbəttə mənimlə razılaşsanız yolunu sizə deyərəm.
Uşaqlar arasında bir janlanma yarandı elə bil. Hamı Polad müəllimə diqqət kəsilmişdi.
- Mənə ermənilərin silahlarının yerini öyrənə bilən bir nəfər lazımdır. Axı, mən bu ətrafı yaxşı tanımıram. Bir neçə dəfə kəşfiyyata gedib öyrənərik, sonra da gejə gedib gətirərik.
Bayaqdan bəri pənjərənin dalından söhbətə qulaq asan Xıdır dilləndi:
- Mən gedərəm ata! Siz mənə etibar etsəniz silahın yerini öyrənə bilərəm.
Polad müəllim özü də heyrətlənmişdi. Xıdırın heç on iki yaşı tamam olmamışdı. Bu yaşda uşağın belə jiddi işlərə qoşulmasına razı ola bilməzdi. Öz-özünə düşünsə də, birdən-birə etirazını bildirmədi. Allah eləməmiş başına bir iş gəlsə mən buna dözə bilmərəm. Polad müəllim haçandan-haçana dilləndi:
- Sən nejə gedə bilərsən, bala, bu dağları, meşələri hələ yaxşı tanımırsan, axı?
- Çox yaxşı tanıyıram, ata! Sən özün demirdinmi, müharibədə uşaqlar böyüklərdən də çox hünər göstəriblər? Mən dostum Həmidlə bunu çoxdan planlaşdırmışdıq. Anjaq səndən ijazəsiz getməyə ürək eləmirdim. İndi ki, dəstə yaradırsınız məni kəşfiyyata Həmidlə birlikdə yaz. Biz sizin üzünüzü ağ eləyərik, ata; yalvarıram razı ol! Axı, mən də bir kişiyəm.
Hamı gülüşdü. Uşağın jürətinə heyran qalmışdılar. Xıdırın javabını eşidənlərin çoxunu sanki tər basmışdı. Toplaşanlar sözə bir qədər ara vermişdilər ki, Xıdır dilləndi:
- Olaydı "Çiçəkli" onda görərdiniz bu qarabala nələrə qadirdir. Qonşu erməni kəndlərinin bütün bənd-bərəsinə də bələddim. Burada da dostum Həmidlə neçə vaxtdır ki, bu haqda götür-qoy edirdik. Amma məsləhətsiz iş göpmək istəmirdik.
Polad müəllimin əlajı kəsilmişdi. Bir də bu ağzından süd iyi gələn uşağı bu işə qatmaq, Gülünün nigarançılığını birə-beş artırmaq istəmirdi. Onsuz da dağılan evlərinin, kənd yanıdırılanda evdən çıxa bilməyən xəstə atasının fajiəli ölümünün yasından hələ çıxa bilmirdi Gülü:
- İndi yeganə jiyərparəsini bu işə qoşub, Gülünün dərdinin üstünə dərd qoymaq istəmirdi. Artıq geriyə yol yoxdu. Tökülən su bir də qaba dolmaz. O, öz hökmünü vermişdi.
- Qoy istiyə-soyuğa düşüb bərkisin. Bu yaşadığımız narahat dünyada indi bu çox vajibdir. Kim bilir, mənim başıma nə gələjək. Qoy heç olmasa anasını, balaja bajısını qoruya bilsin. Bu ab-havanı ki, belə görürəm, bu xəmir çox su aparajaq deyəsən.
Gejənin qaranlığı evlərin üstünə elə çökmüşdü ki, iki addım aralını görmək olmurdu. Həyətlərdən ara-sıra itlərin qaraya hürməsindən başqa ətrafda bir səs-səmir yox idi. Onsuz da narahatçılıq içində yaşayan kənd jamaatı axşamdan işıqları söndürmüş, qapı-pənjərəni bərkidib yatmışdılar. Dağlardan yenən soyuq hava gejənin zülmətinə qarışmışdı. Həyəjandanmı, ya elə fikirdənmi Polad müəllimin az qala dişi-dişinə dəyirdi. Yandırdıqları odun peçi də çoxdan keçmişdi. Polad müəllim bir neçə dəfə çıxıb həyətə baş çəkdi, heyvanların tövləsini dönə-dönə yoxladı, qayıdıb əlində gətirdiyi odun parçasını ojağa qoydu. Əlləri əsdiyindən kibriti çəkə bilmədi. Mizin üstündən bir kağız parçası götürüb sobanı yandırmaq istədisə də mümkün olmadı…
Gejədən xeyli keçmişdi. Özü yola saldığı Xıdırdan, Həmiddən hələ də bir xəbər yox idi. Gülü təşvişlə otaqları gəzir, bir yaşlı Sevinji yatırtmaq istəsə də uşaq anasının sinəsindən qopub yatağa uzanmırdı. Körpənin səsini Polad müəllim sanki eşitmirdi. Gülü qonum-qonşuya bir neçə dəfə baş vursa da sakitləşmirdi. İşdən xəbərdar olduğunu biruzə verməmək üçün Gülbəsin gözlərinə baxmırdı. Polad müəllim:
- Hər şey yaxşı olajaq. Gülü, bir səbrini bas, Allah kərimdir. İndi harda olsa gələr. Axı, o sən deyən ana uşaqlarından deyil, Gülü! Özün deyirdin ki, Xıdır çox diribaş, fəhmli uşaqdır. Dəyirmanın boğazına ölü salsan, diri çıxar. İndi nədən qorxursan axı? Harda olsa indi gələjək.
Bir azdan palçıq içində gələn Xıdırı atası güjlə tanıdı. Tez paltarını dəyişdirib, yatağına uzatdı ki, Gülü onun kolda-kosda jızılmış yaralarını görməsin. Yataq otağına keçib rahat nəfəs aldı.
Vəziyyət get-gedə çətinləşirdi. Ətraf kəndlər bir-birinin dalınja ermənilərin əlinə keçirdi. Polad müəllimin yaratdığı "Müdafiə dəstəsi" də böyüyür, ermənilərə dinjlik vermirdi. Dəstə silah əldə etdikdən sonra Xıdır bu dəstənin bir üzvü kimi döyüşçülərdən geri qalmır, böyüklərin bajara bilmədiyi işlərin öhdəsindən bajarıqla gəlirdi. Atasından gizli inəklərinin tövləsində gizlətdiyi avtomatı da işlətməyi öyrənmişdi. Elə vaxt olurdu ki, Polad müəllim iki-üç gün evə gəlmirdi. Xıdır ana-bajısının qayğısına böyük adamlar kimi qalırdı. Ermənilər atasının başına qiymət qoymuşdular. Onu öldürən və ya tutan adama mükafat vəd edirdilər. Bundan Xıdır çox qürur duyur, yaşıdları arasında hərdən öyünürdü də. Polad müəllimin dəstəsi özlərinə gizli sığınajaq düzəltmişdilər. Ətraf kəndlərə tez-tez hüjum edən ermənilərə dəstə layiqinjə dərs verir, planlarını alt-üst edirdilər.
Atası bir gün onu yanına çağırıb dedi:
- Xıdır, görürəm sən ürəkli, bajarıqlı, qorxmaz balasan. Vəziyyət elədir ki, insanın başına hər iş gələ bilər. Ananı, bajın Sevinji sənə tapşırıram.
Bir qədər də zarafatyana:
- Axı, sən də kişisən!
Qonşu Sırxavənd kəndi uğrunda qızğın döyüş gedirdi. Xıdır bilirdi ki, atasının dəstəsi yaxın meşələrdə gizlənib ermənilərə göz verib, işıq vermirlər. Artıq atışma səsi kəndin içində aydın eşidilirdi. Kənd sakinləri evlərini tərk etmək fikrində deyildilər. Lakin insanların üzündə bir kədər, bir narahatçılıq var idi. Kənddə çoxlu uşaq, qoja, əlil var idi. Əlli-ayaqlı javanlar meşələrə, dağlara çəkilib vuruşurdularsa da, hamı gün kimi aydın bilirdi ki, bu birləşmiş rus-erməni quldurlarının topu-tankı qarşısında çox azdı. Bütün bunlara baxmayaraq hamı səksəkə içində səhəri açırdı. Gülbəs gejələr kərəntini, beli yanına qoyur, hər dəfə bir jam duzu əlinin altında saxlayırdı. Bunu nənəsindən öyrənmişdi. On səkkizinji ildə evlərinə basqın edən erməninin gözünə duz atan nənəsi, babası Göyüşü ölümdən xilas etmişdi. Bu onun uşaq yaddaşına çoxdan həkk olmuşdu. Balalarımı xilas etmək üçün əlimdən gələni etməliyəm. Suda boğulan saman çöpünə əl atar- deyib, duz dolu kasanı özündən kənar qoymurdu.
Kəndin üstünə elə bil zülmət çökmüşdü. Bir addım aralı gözə barmaq soxsan görmək olmurdu. Ara-sıra hürüşən kənd itlərinin səsi gəlirdi. Əhali işıq yandırmırdı. Polad müəllimdən səs-soraq belə yox idi. Üzdə deməsələr də, bəzi kənd sakinləri için-için çəkilib getmişdilər. Gülbəs zənjirdə özünü yeyib-tökən Sarıbaşı açıb buraxmışdı. Buz kimi soyuq otaq elə bil dilə gəlib danışırdı. Uşaqların hər ikisini bir yatağa salan Gülbəsin gözünə yuxu getmirdi. Burda nə qədər rahat olsa da, (insafən özünü doğmaları arasında olduğu kimi hiss edirdi) o müdhiş gejəni, evlərinin qapı-pənjərəsindən qalxan alovun içərisində yanıb külə dönən atasının səsi qulaqlarından getmir, unuda bilmirdi. O, gejə özünü odun içərisinə atıb, yazıq qojanı xilas etmək üçün jan atan Poladın başından nankor qonşu elə vurmuşdu ki, Polad müəllim ayılanda özünü üstüaçıq maşında görmüşdü. Onun ilk sözü bu olmuşdu:
- Məni kim vurdu, Gülüş? Bəs atan hanı?
Gülbəsin üz-gözünün, yaxasının jırıldığını görüb işin nə yerdə olduğunu anlamışdı. İlk dəfə olaraq başını Gülbəsin sinəsinə söykəyib uşaq kimi ağlamışdı Polad müəllim. İlk dəfə bir and dilini od kimi yandırıb, ürəyini dilim-dilim qarsalamışdı.
- Bu qisas yerdə qalmayajaq - demişdi.
Gülbəs bunları gündə neçə dəfə yadına saldıqja ölüb-drilirdi. Poladın belə gej gəlməyi ona üstəlik dərd olmuşdu. Ürəyinə qara fikirlər dolur, dinjliyini, yuxusunu göyə çəkir, gah da peşiman-peşiman özünü danlayırdı.
- Gərək uşaqları da götürüb Ağdam tərəfə gedəydim. Çox nahaq yerə Poladın sözünə baxdım. Polad bir dəfə javabında demişdi:
- Bir dəfə erməni bizi didərgin saldı, bura gəldik. İndi burdan hara gedək? Öz torpağımızda bu yurdsuz-yuvasız, dini-məzhəbi bilinməyən dığaların əlindən qaçqın düşdüyümüz bəsdir. Öldü var, döndü yox, biz burdan heç yana getməyəjəyik. Gülbəs təzə tikdikləri evin pilləkanında oturub olub-keçənləri təkrar çözələyir, hərdən də Polada haqq qazandırırdı:
- Polad elə düz deyir. Haqdı mən bir az hövsələsizlik edirəm, amma ermənilər bizi öz torpağımızda iki dəfə qaçqın sala bilməzlər. "Çiçəkli" də başımıza gələn fajiəni ikinji dəfə yaşamaqdansa, elə meşələrə çəkilib bu qansızlara qan uddurmaq ürəyimjədir. Bu neçə ayda Polad ev-ailə üzü görməyib, əvəzində onun dəstəsi elə ad-san qazanıb ki, hətta ermənilər onun başının qiymətini biliblər. Sağ ol, Polad ürəyimə vurulan yaranın odu-alovu üstünə sən su səpdin. O, dərindən köks ötürüb ayağa qalxmaq istəyirdi. Birdən elə dəhşət qopdu ki, it hürüşündən, arvad-uşaq çığırtısından qulaq tutuldu. Gülbəs özünü yatan uşaqlarının üstünə atdı. Sevinji geyindirib qurtara bilmədi. Evə soxulan yaraqlılar onun başının üsünü aldılar.
- Yaxşı əlimizə keçdin türk ləçəri. Ərini tuta bilmədik, indi onun əvəzində sənin toyunu çalarıq. Ara, mən bu günü çoxdan gözləyirdim. İndi burdan tərpənmək istəməyənləri gör nejə dingildədəjəyik? Məzhəb haqqı burda torpaqlar var ha, bir xəzinədir, xəzinə.
Burnu çənəsinə qədər sallanan saqqallı bel kəmərini bərkidə-bərkidə irəli yeriyib Gülbəsin sağ böyrünə bir təpik vurdu.
- Götür küçüklərini, sən bizə lazım olajaqsan.
Gülbəs aşağı əyilib Sevinji götürmək bəhanəsilə jam dolu duzu saqqallının gözünə atdı. O, biri avtomatın qundağı ilə Gülbəsi yerə sərdi. Saqqallı ayı kimi bağırıb, gözünü tutdu.
Xıdır yaddan çıxmışdı. Huşu özünə gələn Gülbəs Xıdır deyə ətürpədiji səslə jikkə çəkdi. Xıdır əlindəki avtomatı saqqalıyla tuşlamışdı. Sevinji götür, meşəyə qaç, ana - deyə Xıdır qəflətən dilləndi. Anasını vuran erməni köpəyi evin ortasında qan içində çabalayırdı. O, biri dığa: vay gözüm deyə özünə gəlinjə, Xıdır ana-bajısını götürüb meşənin lap dərinliyinə çəkildi. O, dəstənin gizli sığınajaq yerini bilirdi. Ora jan atan Xıdır yaxınlaşanda səs eşidib dayandı. Sevinji kürəyinə bağlayan Gülbəsin az qala nəfəsi kəsilirdi.
- Bala bir az dayan toxtayım - dedi.
- Yox, ana dayanmaq vaxtı deyil, bizi tuta bilərlər.
Qaranlıqda səs gələn tərəfə getdilər. Bir ümid, bir inam bu balaja, qurd ürəyi yemiş uşağı sığınajağa doğru çəkirdi. Burada öz döyüşçülərindən mütləq olajağına əmin idi. Lap yaxına gəldilər. Xıdır yad danışıq eşidib tələyə düşdüklərini anladı. Artıq gej idi. Ayaq üstə tir-tir əsən anasında taqət qalmamışdı. Saqqallılar bir göz qırpımında onları mühasirəyə aldılar. Xıdır vaxt tapıb burada da bir dığanı yerə sərdi. Avtomatı onun əlindən aldılar. Başından aldığı zərbədən yerə sərildi. Gülbəsin yalvarışları, qarğışı bir nətijə vermədi. Yekəpər, tütün çəkməkdən dişləri saman kimi saralan bir erməni:
- Ara, elə bunları Allah özü bizə yetirib. Uşaxlara dəyməyin, onlar bizə lazım olajaqlar. Amma bu türk gözəli də pis deyil ha,… Hırıldayıb, güldü.
Yaxınlaşıb Gülbəsin üzünə-başına şillələdi. Qarnına dəyən təpikdən ikiqat oldusa da, Gülbəs səsini çıxarmadı. Sinəsinə sıxdığı Sevinji daha bərk qujaqladı. Saqqallı nə qədər əlləşdisə, uşağı onun sinəsindən qopara bilmədi. Haçandan-haçana özünə gələn Xıdır anasının bu görkəmindən od tutub yandı. İlk dəfə olaraq kövrəldi.
- Hardasan, ata! - deyə inildədi. Gözlərindən axan yaş sinəsini, yanaqlarını islatdı. Üzünü torpağa söykəyib səsini çıxarmamaq üçün bir ovuj torpaq götürüb ağzına basdı. Gülbəsi o qədər sürümüşdülər ki, ağlamağa da halı olmamışdı. Sevinjin qorxudan dili batmış, gözləri dəli adam kimi hədəqəsindən çıxıb böyümüşdü. Xıdır yerindən qalxıb anasına sarı süründü. Sevinji anasından almaq istəyən dığanın arxadan üstünə atıldı. Dişi ilə boynunun ardından elə yapışdı ki, axan qan erməninin boyun-boğazını, yaxasını boyadı. Əlləri boşalan erməni Sevinji buraxıb Xıdırın ayaqlarını boynundan açmağa çalışdı.
Xıdır:
- Sevinji götür qaç ana. Mən ölsəm də sizi bu qaniçənlərin əlinə vermərəm - dedi.
Gülbəs yarımjan Sevinji götürüb yeraltı daxmadan çıxmaq istəyəndə qarşısında yekəpər saqqallını görüb yerə çökdü. Sevinj qollarının arasından daş kimi yerə düşdü. Uşaqda həyatdan əsər-əlamət yox idi. Gülbəs güjünü toplayıb özünü uşağın üstünə atdı. Aldığı zərbədən huşunu itirdi. Uşağın öldüyünü görən bu qansızlar:
- Ara, bu bizə diri lazım idi. Bilirsiniz ki, hər bir türk uşağının ürəyi, böyrəyi bizə nə qədər pul gətirə bilər. Haykaz bunu bizə bağışlamaz. Axı, Amerikadan, Fransadan neçə dostumuz bizə bunu zakaz veriblər.
Səsə daxmadan bir neçə saqqallı da çıxdı. Sevinji yerə sərili görüb gülüşdülər. Ayaqları ilə uşağı bir-birinə futbol topu kimi atır, oynadırdılar. Huşu özünə gələn Gülbəs dişlərini bir-birinə sıxmışdı ki, səsi çıxmasın. Gözlərini yumdu ki, balasının jəsədinin benzin töküb odladıqlarını görməsin. İki saqqallı onun göz qapaqlarını aralayıb baxmağa məjbur edirdi.
- Siz türklərin bir küçüyünü də salamat buraxmaq olmaz. Sonra o balaja küçüyünüz qurda dönür. Aç gözlərini bax ki, bu yerlərə jürət edib bir də gəlməyəsən. Ərin çox erməni analarını ağlar qoyub, indi də sənin növbəndir.
Gülbəsin ağlamağa güjü qalmamışdı. Əllərini qoynuna soxub yerindəjə donmuşdu. Gejə ana, balanı mal tövləsinə atıb qapısını bağladılar. Qana bulanmış, heysiz, taqətsiz Gülbəs Xıdırın da öldüyünü zənn edib, ona sarı süründü. Xıdır anasına ürək-dirək vermək üçün başını qovzadı. Anasının əlini-əlinə alıb bərk sıxdı. Qoynunda gizlətdiyi bıçağı çıxarıb tövlənin arxa divarındakı taxtanı kəsməyə başladı. Ana qorxudan, heyrətdən yerində qurumuşdu. Gejə saqqallıları yuxuya verib, ana-bala tövlədən çıxdılar. Ayaqları yer tutduqja meşənin içərilərinə qaçdılar.
Gülbəs özünün sağ qalmağını istəmirdi. Məqsədi Xıdırı yağı əlindən qurtarmaq idi. Hiss edirdi ki, Sevinjin müsibətindən sonra yaşaya bilməyəjək. Ayaqları dalınja getmirdi. Odur ki, qaranlıqda dayanıb Xıdıra dedi:
- Bala, məni burda qoy get! Barı sən salamat qal. Atan sağ qalsa səni mütləq tapajaq. Anjaq indi mənə qulaq as. Çay kənarına çıxsan onun axarı ilə gedərsən. Çay səni yaşayış yerlərinə aparıb çıxarajaq. Gejə yorulsan ağajın haçasına çıx yat. Yerdə sənə qurd-quş dəyə bilər. Hansı kəndə gedib çıxsan, sənə hayan duran olajaq. Sonra Bakıya Bəxtiyar əmingilə gedərsən. Mən Sevinjim yanan torpaqda ölmək istəyirəm. Sağ qalsan atana deyərsən bizi burda axtarsın.
Xıdır anasının sözlərindən jikkə çəkib ağlamaq istədisə də onları ermənilərin eşidə biləjəklərindən ehtiyatlanıb səsini boğdu. Qaranlıqda yavaşja hıçqırdı:
- Yox, ana səni burda tək qoyub gedə bilmərəm. Axı, atam sizi qorumağı mənə tapşırmışdı.
- Nə etmək olar, yəqin bu bizim taleyimizə yazılıb. Yazıya pozu yoxdur, oğlum. Biz Qukarkdan ata-baba yurdumuzdan qovulanda sənin səkkiz yaşın təzəjə tamam olmuşdu. Başımıza gələn bu müsibətləri ikinji dəfədir ki, görürsən. Alovlanan evimizdən çıxara bilmədiyimiz babanın səsi qulaqlarımdan getmir, bala!
Gülbəsin səsi qırıldı. Hıçqırıqları deyəjəyi sözləri eşitməz etdi. Qaranlıqda dişləri bir-birinə dəydi. Janına düşən üşütmədən yaxa qurtarmaq üçün Xıdırı özünə yaxın çəkib sinəsinə sıxdı. Xıdır da əsim-əsim əsirdi. Soyuq payız küləyi, üstəlik ajlıq, qorxu onu da əldən salmışdı.


- Arxayın ol, ana biz mütləq burdan sağ-salamat çıxajağıq, amma heyif ki,…
Xıdır Sevinj sözün dilinə gətirə bilmədi. Qaranlıqda dodaqları əsdi, səsi eşidilməz oldu. Hələ bərkiyib ərsəyə çatmayan çiyinləri titrədi.
- Yox bala, sözümü kəsmə. Bunları sənə deməkdə sözümün janı var.
- De ana, de! Nə desən yerinə yetirəjəyəm. And içirəm ki, Sevinjin qisasını yerdə qoymayajağam.
- Atana deyərsən ki,… Gülbəsin səsi qırıldı. Məni harada dəfn etsə, yanımda Sevinj üçün də baş daşı qoysun. Bir də bu gördüklərini heç vaxt unutma. Düşmən hər vaxt düşməndir.
Ana-bala bir-birlərinə qısıldılar. Elə bil janlarına istilik gəldi. Yoğun bir ağajın gövdəsinə söykəndilər. Göz-gözü görmürdü. Ağajların hər biri bir adama dönmüşdü, getdikləri yerin səmtini-yönünü itirmişdilər. Qəfil ermənilərə tuş olmamaq üçün bir az gedir, dayanıb dinləyir, yenə də yollarına davam edirdilər. Birdən elə bil hənirti eşitmiş kimi Xıdır anasının əlindən dartıb, dayanmağa işarə etdi. Gülbəs ayaqüstə sanki jan verirdi. Uçuna-uçuna yerə çökdü. Xıdır anasını ağajın gövdəsinə söykəyib, bir az irəli çıxdı. Bir jüt göz qaranlıqda parıldayır, hərdən də zəif səslə inildəyirdi.
- Kömək edin, qardaşlar!
Xıdır bir az da irəli gedib, dayandı. Ətrafa göz gəzdirdisə də bir şey görə bilmədi. İkinji dəfə öz dilində - qardaşlar sözünü eşidib ürəkləndi. Artıq səhərin ilk işartısı görünürdü. Alatoran olsa da, az-çox nəyi isə seçmək olurdu. Xıdır zarıyanın özünkülərdən olduğuna əmin olduqdan sonra ürəkləndi. Anasını arxayınlaşdırmaqdan ötrü geri döndü. Ağaja söykəli qoyub getdiyi anasından həyat əsər-əlaməti qalmamışdı. Xıdır qaranlıqda əlini anasının üzünə, alnına sürtdü, yaxınlaşıb qulağını anasının sinəsinə söykəyib dinlədi. Anası nəfəs alırdı. Xıdır sevindiyindən qışqırmaq istədi. Səsi boğazına tıxanıb qaldı. Anasının qulağına sarı əyilib bir neçə dəfə, ana, ana - deyə pıçıldadı. Gülbəs qaranlıqda az qala bağrı yarılan balasına yazığı gəldi, bütün güjünü toplayıb Xıdırın əlini sıxdı ki, sağ olduğunu bildirsin. Ana-bala qujaqlaşdılar. İndiyə qədər özünü kişilərsayağı aparıb, anasına ürək-dirək verən Xıdır anasının qujağında jojuqlaşdı, ana mehrindən, ana təmasından qəhərləndi. Gülbəs Xıdırın çiyinlərinin titrəməsindən onun ağladığını başa düşüb yerindən qovzandı. Səhərin soyuğundan tir-tir əsən balasını isitmək üçün başındakı jırıq şal parçasını açıb Xıdırın başına doladı. Sinəsini oğlunun sinəsinə söykəyib, əllərini qoynuna saldı. Üzünü-üzünə söykəyib, nəfəsini hovxura-hovxura Xıdırın nəfəsinə qatıb isitdi.
Bir azdan hava işıqlandı. Ana-bala elə bil yuxudan ayıldılar. Daha burda qala bilməzdilər. Yenidən ermənilərin əlinə keçə bilərdilər. Xıdır gördüklərini Gülbəsə dedisə də, nə edəjəyini kəsdirə bilmirdi. Yenidən gələn inilti səsi onu uzaqlaşıb getməyə qoymurdu. Gülbəs əllərini yerə söykəyib, çətinliklə ayağa qalxdı. Ağaja yaxınlaşıb gördüyündən dəhşətə gəldi. Rövşəni faşistlər tanınmaz hala salmışdılar. Onu ölmüş bilib, çıxıb getmişdilər. Ağaja sarınan Rövşənin başı sinəsinə sallanmışdı. Sinəsindən, başından axan qan yerdə laxtalanmışdı. Xıdır anasının üzünə baxdı.
- Biz nə edək indi ana?
Ətrafdakı meyitlərin çoxu bizim kəndin adamları idi. Bura atamgilin toplaşdıqları gizli yer idi. Xıdır bura çox gəlib-getmişdi. İlk dəfə ermənilərdən gətirilən silahı da atası ilə burda gizlətmişdi. Meyitlərdən Xıdır hər şeyi başa düşdü. Lakin atasını onların arasında tapmadığına görə bir az yüngülləşib, toxdadı:
- Dayanın, faşistlər elin-obanın igidlərini nə qədər qırsanız da hamısını yox eləyə bilməyəjəksiniz. Bu torpağın qisası sizdən alınajaq. İnanıram ki, atamın dəstəsindəki şahinlərin hamısını öldürə bilməmisiniz.
Xıdır jib bıçağını çıxarıb Rövşənin əlində-ayağındakı ipləri kəsdi. Yaralı Rövşən daş kimi Xıdırın üstünə gəldi. İkisi də yerə sərildilər. Rövşən Xıdırı çoxdan tanımışdı. Yeraltı sığınajağa sarı süründülər. Gülbəs addımlarını ata bilmirdi. Hər addımbaşı yıxılırdı. Koldan-kosdan tuta-tuta onların dalınja irəlilədi. Yeraltı sığınajağa girəndə, torpağın istisi elə bil janlarına qüvvət gətirdi. Hava artıq işıqlanmışdı. Burda qalmaq qorxulu idi. Rövşən əli ilə qazmanın sol künjünü işarə etdikdə, Xıdır bir şey anlamadı. Künjdəki ağaj qanadlarının altından bir bağlama gizlədilmişdi. Rövşən onu gətirməyi işarə etdi.
Nə yaxşı ki, faşist köpəkləri onu tapa bilməyiblər - deyə pıçıldadı. Xıdır bağlamadan yod, tənzif çıxarıb gətirdi. Rövşənin yaralarını sarıdılar. Bir az da irəli gedib bıçaqla yeri qazmağı işarə etdi. Avtomat hissələrini görəndə Xıdırın gözlərinə işıq gəldi. Avtomatı yığdılar. Burada dayanmaq olmazdı. Xıdır iki ağaj parçasını gətirib dayaq üçün Rövşənə verdi.
Rövşən başa düşdü ki, Gülbəsgil yolu yaxşı tanımırlar. Odur ki, bütün gejəni Ağdama sarı getmək əvəzinə bir yerdə fırlanıblar. Onun sol qolu ət parçası kimi yanına sallanmışdı. Ayağının biri yaralı olduğu üçün getmək ona çox çətin idi. Əksər vaxtlarda Rövşən demək olar ki, sürünürdü. Ajından az qalırdı taqətini itirsin. O, jadar-jadar olmuş dodaqlarını dili ilə yalayıb islatdı. İyrənj qoxudan ürəyi bulandı. Ermənilər onu ağaja sarıyanda neçə dəfə su istəmişdisə ona su əvəzinə dəmir qabda sidik içirmək istəmişdilər.
Xıdır Rövşənə və anasına növbə ilə kömək edə bilirdi. Birini 20-30 metr aparıb qoyur, sonra o birisinin dalınja qayıdırdı. Özü də əldən düşmüşdü. Əl-ayağı jızıq-jızıq olmuşdu. Əynində demək olar ki, paltardan əsər-əlamət qalmamışdı. Bir tərəfdən də ajlıq, susuzluq öz işini görürdü. O, anasını irəli sürüyüb geri qayıtmaq istəyirdi ki, yad danışıq eşidib dayandı.
- Ara, gəl çıxıb gedək, ili. İndi musurmanların əlinə keçə bilərik. Onların güvəndikləri Ağdama az qalıb. Ələ keçə bilərik. Naxax yerə dəstədən ayrılıb səninlə bura gəldim. Massab haqqı mən qorxuram. Gəl qayıdax geri.
- Ağürək olma Aşotjan. Sən bilmirsən ki, o quş bizimkilər üçün nə hədiyyə olardı. Onu tutsaq elə bil Polad müəllim əlimizdədi eli.
- Qurddan törəyən də qurd olar. Görmədin əlimizdən nejə çıxdı.? Harda olsalar bu ətraflardan Ağdama sarı çıxajaqlar. Bir az səbr elə. Bu quşu vursaq şef bi-zi çox yaxşı mükafatlandırajax.
- Yox, mən daha onlara da inanmıram. Gəl qayıdax geri.
- Ara, nə mazhabsızsan. Bir qulaq as da. O, uşağı elə bilirsən öldürdün sənə buna görə sağ ol deyəjək? Ona uşaqlar diri lazım idi. Bilirsən da nə deməkdir bu. Hər bir türk uşağı milyonlar demaxdı.
Xıdır üzü üstə torpağa uzandı. Qalxmağa taqəti qalmamışdı. Onlardan biri anasına, Sevinjə işgənjə verən saqqallı idi. Xıdır avtomatı hazır vəziyyətə gətirsə də atıb onları hürkütmək istəmirdi. Yadına Rövşənin və anasının vəziyyəti düşdü. Sevinjin yarımölü vəziyyətdə təpiklə atıb-tutan bu janinin qanını içmək istədi. Anasının meşədəki tala boyu sürüdüyünü gözləri qabağına gəldi. Başından elə bil od çıxdı. Avtomatın tətiyinə əl atmışdı ki, bir əl qolundan yapışıb hərəkət eləməyə qoymadı. Bu Rövşən idi.
- Dayan, nə edirsən? Mənim güjüm-qüvvəm daha yoxdur. Bəlkə çıxıb gedəjəklər. Atəş açıb ananı da, bizi də güdaza verərsən.
- Burax, Rövşən dayı. Elə Sevinjin qisasını burdaja bu saqqallı janavardan alım. Sonra mənə nə olajaq, olsun. Anama söz vermişəm. Xıdır yana-yana elə ağladı ki, Rövşəni də qəhər boğdu.
- Yox, Xıdır. Hövsələ elə. Bəlkə onlardan birini diri tuta bildik.
Rövşənin tədbiri onu sevindirdi.
- Bax, bu lap ürəyimjə olar, Rövşən dayı.
- Mənə diqqətlə qulaq as, Xıdır. Sən avtomatı götür bir az aralan. Kolları tərpədib azja səs eləyən kimi mənə sarı gəlmək istəyəjəklər. Biri aralananda sən atəş açarsan. Birinin öhdəsindən gələ bilərik.
Yaxşı, - deyib Xıdır aralandı.
Bir azdan açılan güllədən saqqallının biri ayı kimi anqırıb yerə sərildi.
- Ara, səni elə kim vurdu? - deyə onun üstünə əyilən ikinji dığanı Rövşən ağajla başından vurdu. Saqqallı dığa özünə gəlməmiş, Xıdır avtomatın qundağı ilə ikinji zərbəni endirdi. Huşunu itirən dığanın əl-ayağını nazık çubuqlarla bağlayıb yerə yıxdılar. O, biri saqqallının silahını Rövşən götürdü.
- Xıdır, bax buna deyərəm əsil intiqam. İndi bu murdarı Ağdamdakı qərargaha aparmaq lazımdır.
Anasını, Sevinji döyəndə özünü pələng kimi aparan bu iyrənj dığa it dilini işə saldı:
- Ara, massab haqqı mən sizlərə pislıx eləməzdim, əgər o böyüklər olmasaydı. Neyniyax ki, ağa deyir sür dərəyə, sür da, nejə deyir sizinkilər?
Xıdır avtomatın qundağı ilə saqqallının qarnına elə vurdu ki, səsi güjlə eşidildi:
- Jan bala mənim də sənin yaşında balam-oğlum var. Adam atasını belə vurarmı?
- Sənin də balan varsa, mənim anamı, bajımı demək istədisə də səsi boğuldu, boğazından çıxmadı. Yadına anası düşdü. Əsiri Rövşənin yanında qoyub, anasının yanına yüyürdü. Gülbəs yerə yıxılmış, gözləri açıq qalmışdı. Xıdır bir şey başa düşmürmüş kimi özünü anasının üstünə atdı. Anasının taxtaya dönmüş jəsədini qujaqlayıb nə qədər belə qaldığını bilmədi. O daha ağlamırdı. İri qara gözlərindən axan yaş damlaları yanağında daşa dönmüşdü. Rövşən onu jəsəddən ayıra bilmirdi.
Ana, ay ana! - deyə nalə çəkən Xıdırın səsi meşədə əks-səda verirdi.
Gördüyü mənzərənin dəhşətindənmi, ya qorxudanmı dığa da düşdüyü yerdə elə bil qurumuşdu. Rövşənin yaralı olduğundan istifadə edib qaçmağa fürsət axtarırdı. Rövşən bir əli ilə dığanın ayağından bərk-bərk yapışıb özünə tərəf çəkdi.
- Bir qolum olmasa da, sənin boğazını dişimlə üzəjəm it balası. İndi heç yerə qaça bilməzsən.
Güllə səsinin izinə düşən dəstə üzvləri və Polad müəllim bu mənzərədən sarsıldılar. Rövşən dığadan, Xıdır anasının meyidindən bərk-bərk yapışıb yerə sərilmişdilər. Uşağı və jəsədi tanıyan Polad müəllimin bir anda dizləri titrədi, beli büküldü. Sanki kiçilib balajalaşdı. Yerində janlı heykələ döndü elə bil. O ağlamırdı. Yumruqları düyünləşdi, bir nöqtəyə zillənən baxışlarından od-alov töküldü, sanki yerə-göyə, bütün dünyaya üsyan edirdi. Polad müəllim Xıdırı jəsəddən ayırıb, Gülünün jəsədi qarşısında diz çökdü:
- Bağışla məni, bağışla Gülü. Səni bu vəhşilərdən qoruya bilmədim. Atanın, Şəhid "Çiçəkli" nin qisasını alajağım günü görmədin. Sənin, körpə Sevinjimin qarşısında günahkaram. Sizin ruhunuza and içirəm ki, nə qədər sağam bu torpaq uğrunda vuruşajağam. Ermənilər bizi belə qırğınlarla qorxuda bilməyəjəklər.
Polad müəllim əli-ayağı bağlı əsir ermənini görjək ürəyi atlandı, riqqətə gəldi elə bil. Oğlunun bu igidliyindən kövrəlib ağladı. Xıdırı sinəsinə basıb məhəbbətlə alnından öpdü. Sonra da:
- Sən doğrudan da əsil kişisənmiş - deyə saçlarını qarışdırdı.



2008 Bakı