Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Sabir ALİM


Ni­za­mi TA­ĞI­SOY
Nəs­rin Çev­rəsi
Folklorun "göz"ü - Kamal Abdullanın sözü


Rəfail TAĞIZADƏ


Fi­ruz MUSTAFA


Eldar TƏBİB


Eldar TƏBİB


Əbülfət MƏDƏTOĞLU


Aydın Xan (Əbilov)
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq
İsa Hüseynov - Muğanna: səksən illik ömrün yazısı


Əsəd TƏHlƏlİ


Aləmzər SADIQQIZI


Fəxrəddin ƏSƏD


Dəmir GƏDƏBƏYLİ
QIRMIZI YOL
(poema)


Kamal ALIŞOĞLU


Novruz QƏLƏNDƏRLİ


Şövkət Zərin HOROVLU
Balaca kişi
hekayə


Balayar SADİQ


Vahid ASLAN


Hiсran
For­ma və məz­mun
(Şirməmməd Nəzərlinin foto-sərgisi haqqında qeydlər)


SA­RA OĞUZ (NƏ­Zİ­RO­VA)
GOR İPİ
(Tam metrajlı bədii filmin ssenarisi)



 

Fəxrəddin ƏSƏD


 
SƏNDƏN YAMAN NİGARANAM

gördüyüm adamlar xofludu
özüm də xoflu gəzirəm
mənim ömrüm sahilsizdi
qaydalar içində üzürəm

bu şəhər də bu küçə də
adamlar da xof içində
sənə deyəjəklərimin gülüm
dadı qaçıbdı içimdə

qorxuram getdiyim yoldan
uzun-uzadı getdiyim
yanından keçib ötdüyüm
bu yollar belə kəsəmi

yaşamaqdan da qorxuram
elə səndən də qorxuram
səndən yaman nigaranam
ömrüm-günüm hey sevdijiyim

kimi haraylayım çağırım
janım həyanım ağrıyır
ikimiz bir janıq deyən
janında janım ağrıyır

BİR SÖZ GƏLMƏYİR AĞLIMA

bir söz gəlməyir ağlıma
şeir adına yazmağa
yuxular da görəmmirəm
obaşdan durub yazmağa

bir yuxu yuxu nədi ki
selə suya danışmağa
göy də ha dolur boşalır
mənlə hazır dalaşmağa

ağlıma heç nə gəlməyir
gələn də ağajlar otlar
bir səhər duram yuxudan
görəm qurd qoyunla otlar

amma yox belə olarsa
qoyun qurddan nə anlayar
qurd qoyunla otlasa da
mənim könlüm sonalayar

göydən daş yağır İlahi
qar da yox yağış da gəlmir
hamının gələni gəldi
tək mənim gələnim gəlmir

KƏPƏNƏK ÖMRÜ

kros yarışındayam mən deyən hələ
gejə də gündüz də qaçıram elə
qaçıram üstümə divar yeriyir
üstümə qayalar yoxuşlar gəlir
ağajlar jüjülər nə var yeriyir

bir biləydim çoxmu davam eləyər
mən elə qaçıram qaçıram elə
bir biləydim nədir nəçidir suçum
üstünə getdiyim çaylar quruyur
üstündən keçdiyim körpülər uçur

gedirəm üstümə kəpənək qonur
heyf əllərimdə qalan zərinə
bu mavi göylərə ağ vərəqlərə
heyf ürəyimdə qalan sözlərə
qaldıra bilmədim söz üzərinə

atlara minirəm düşürəm hələ
uzanan yollarda bişirəm hələ
Tanrı bir çimdik də duzunu göndər
kəpənək ömrünü yaşadığımdan
barı əllərimi qanada döndər

OYUN

yenə uzaq günlərin
üzümdə ilıq nəfəsi
kədərli qanadların
titrəyir qanlı kölgəsi

üzümdə oynayır kölgə
uzaqda tonqal qalammış
mənki dəli divanə
taleyi yağmalammış

ədərli qanadlar səssiz
indi əlimdən uçajaq
bu ömür bir oyummuş
qalan hər şey oyunjaq

QARĞI

qəfil dalğalanır sular
dalğalanır da qarğılar
sapa düzdüyün munjuqlar
əlindən düşüb dağılır

qarğı tütəkdi ömür-gün
unudulan köhnə tütək
ya səslənəjək yad əldə
ya da susajaq sənin tək

ağlayır quru qarğıya
sarmaşan bir söyüdgülü
mən çoxdan quru qarğıyam
nikahdan kənar sevgilin

qarğıya keçib deyəsən
qan sağılmış bəbəklərik
taleyi qarğı içində
təzə qarğımı bəklərik

BAYQUŞ

vallah axmaqdı bayquş
axmaqdı bu yarasa
gejə xaraba gəzir
yoxa çıxır sonrasa

qaranlığa söyləyir
bayquş pünhan eşqini
yağır qaranlıqlara
ömrün həsrət çiskini

nejə ağırdı susmaq
axmağam vallah axmaq
ən ağırı dünyaya
sənin gözünlə baxmaq

BURDA BİR ADA VARDI

dəniz xatirələrin
ovjumdakı göz yaşı
yağır gejə yarıdan
dənizə payız yağışı

dəyişibdi hava da
səsin rəngi və tamı
burda bir ada vardı
gözlər vardı badamı

səs oxuyur gejə yarı
"bu nə ömür nə sövdə"
toruma balıq düşüb
gözündə qara sevda

YOL GEDİR MƏNDƏN O YANA

may çiçəyi açan yolda
qara-qara qarışqa
nə gələn var nə gedən
bu yolda məndən başqa

may gilasına dönüb
göy üzü qıpqırmızı
xatirələr baş qaldırıb
indi döyər qapımızı

könül oxuyan nəğməyə
torağaylar oyanar
yolu tutub gedirəm
gedirəm özümdən o yana

KÖNÜL YARASI

fələk çaldıqja udunu
sözlər dərman tək udulur
hər şey keçir unudulur
getməyir könül yarası

illər ömrün ayrıjıdır
hər söz bir işıq ujudur
yarısı ağrı-ajıdır
nağıldı ömrün yarısı

düşüb fələyin felinə
bəxt sözü gəlməz dilinə
bir gün mürdəşir əlinə
çıxar bəxtinin qarası

MƏN İNDİ YORĞUN YOLÇU

hər şey çoxdan bəllidir
hər şey aydındı aydın
mən indi yorğun yolçu
sən indii tənha qadın

içində qarışıbdır
qəzəb həsəd şıltaqlıq
mənsə heç nə duymuram
nə kədər nə rahatlıq

eh mən sənə nə deyim
sağ salamat qalasan
dərdi çəkməyə nə var
təki hazır olasan