Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Sabir ALİM


Ni­za­mi TA­ĞI­SOY
Nəs­rin Çev­rəsi
Folklorun "göz"ü - Kamal Abdullanın sözü


Rəfail TAĞIZADƏ


Fi­ruz MUSTAFA


Eldar TƏBİB


Eldar TƏBİB


Əbülfət MƏDƏTOĞLU


Aydın Xan (Əbilov)
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq
İsa Hüseynov - Muğanna: səksən illik ömrün yazısı


Əsəd TƏHlƏlİ


Aləmzər SADIQQIZI


Fəxrəddin ƏSƏD


Dəmir GƏDƏBƏYLİ
QIRMIZI YOL
(poema)


Kamal ALIŞOĞLU


Novruz QƏLƏNDƏRLİ


Şövkət Zərin HOROVLU
Balaca kişi
hekayə


Balayar SADİQ


Vahid ASLAN


Hiсran
For­ma və məz­mun
(Şirməmməd Nəzərlinin foto-sərgisi haqqında qeydlər)


SA­RA OĞUZ (NƏ­Zİ­RO­VA)
GOR İPİ
(Tam metrajlı bədii filmin ssenarisi)



 

Aləmzər SADIQQIZI


 

SİRR

Onu sevdiyimi anlamağım bir az uzun çəkdi. Bir ilə qədər… Tələbəlik illərinin yataqxanada yaşadığım dövrləri həyatımda nə qədər mənalı anlar buraxsa da yaddaşımda qalan sadəjə bunlar idi… Dərsdən çıxan kimi qaça-qaça gedib çörək-filan alırdıq ki, indijə qapılar bağlanajaq. Bir az anormal komendatın biz dərsdə olanda və yaxud gejə yatdığımız yerdə, 6-7 otaqdan ibarət olan bölmələri öz açarı ilə açıb mətbəxdə olan çirkli qabları üzüaşağı fırlatmağı. Yataqxananın tərbiyəçi müəllimi isə hər həftə reyd keçirir, 1-ji yerə çıxan otağın nömrəsini qırmızı hərflərlə divara vururdu. Təbii ki, ən çirkli otağı da… Mənim otağım həmişə 1-ji olurdu. Başdan xarab komendat isə məhz buna görə təkjə mənə ijazə vermişdi ki, otağıma kimi istəsəm şəklini vurum. Mən də öz təkadamlıq otağımı ailə üzvlərimizə bərabər tutub həmişə özümlə gəzdirdiyim M. Müşfiqin və o illərdə hakimiyyətdə olan Qorbaçovun böyük şəkli ilə bəzəmişdim. Təbii ki, mənim o illərlə, o otaqla, tələbə yoldaşlarımla bağlı xatirələrim çoxdur hekayəmin ilk sevginin indiyəjən ürəyimi göynədən sirrinə dəxli olan, sadəjə odur ki, mən yataqxana həyatından bezdim və qərara gəldim ki, yaxın rəfiqəmlə kirayə evə çıxım. Biz üç qız müxtəlif rayonlardan olsaq da bajı kimi yola gedirdik. Hər üçümüz yaxşı oxuyurduq və demək olar ki, bizim ev həyatımız da yataqxana həyatından fərqlənmirdi. Səhər dərsə, dərsdən evə. Bizim ən maraqlı günlərimiz otaq yoldaşım Mələyin, başqa bir institutun son kursunda oxuyan qardaşının bizə gəldiyi günlər idi. Emin deyib-gülən, şən, zarafatjıl oğlan idi. O, mənim gözlədiyim ağ atlı oğlanın tam əksi idi. Mən ağır, jiddi oğlanlardan xoşlanırdım. Amma buna baxmayaraq, özüm də hiss etmədən bir də onda ayıldım ki, onun gəlmədiyi günlər artıq darıxıram… Ayılmağıma səbəb o oldu ki, heç gözləmədiyim halda o, qarşımdakı dəftərə iki sətirlik şeir yazıb getdi və elə o gün qəlbimdə ilk sevgi qığıljımları yanmağa başladı. Bundan sonra bizim şeir oyunumuz başladı. O, hər dəfə gələndə mənim dəftərimə bajısından gizlin bir şeir parçası yazır, növbəti dəfə o şeirin javabını oxuyurdu… Qəribə olsa da o şeir parçaları mənim yadımdan çıxıb. Rəfiqəm Mələk nişanlı idi. Nişanlısı, demək olar ki, hər gün bizə gəlirdi. Bu, məni rahatsız etsə də rəfiqəmin xətrinə dözürdüm. Bizimlə qalan 3-jü qız Mələyin baldızı idi. Onların içində "qərib" mən idim. Biz bütünlükdə dost-doğma ailə kimi idik. Mələk nişanlısı ilə kinoya, gəzməyə gedərdi və adətən baldızı da onlara qoşulardı. Mən tək qalanda öz sevimli yazı-pozumla məşğul olardım, dərs oxuyardım. Bizim ev sahibəmiz Nona adlı erməni qadını idi. Belə günlərdə Nona xala hərdən yanıma gələr, söhbət edərdik. Nona xalanın sözünün başı-ayağı o idi ki, hələ nə qədər tələbə kirayəçi qızları olubsa indiyəjən mənim qədər xoşuna gələni olmayıb…
Bir dəfə tək günlərimdə yazdığı şeir parçaları ilə artıq mənə sevgisini bəyan eləyən, anjaq heç jürə dilinə gətirməyən, Emini dörd gözlə gözlədiyim günlərdən birində o, qəflətən qapıda bitdi. Nona xala da gözə dəymirdi… Biz xeyli susub oturduq. Sadəjə yazırdıq. Sanki biz eşitmə və danışma qüsurlu uşaqlar idik. Şeir parçaları artıq bizim danışığımızla əvəz olunmuşdu…
"Bu gejə səni yuxumda görmüşəm. Səninlə birlikdə pambıq tarlasında idik". Mən javab yazırdım.
"Ağ pambıq ağ günlər deməkdir". O, yazırdı: "Ağ günlər görəjəyimizə inanırsanmı?" "Əgər Allah yazıbsa, olar".
Sonra o birdən öz jiddi simasını üzündən aldı və əvvəlki zarafatjıl halı ilə:
- Sən nə key qızsan az, bir ildi səninçün bura gəlib-getdiyimi başa düşmədin…
Mən yenə yazdım: "Qoy sükut danışsın, ikimiz susaq".
O da: Onda… Yenə yazdı: "Qaldır dabanını, sarıl boynuma, Sənə yaxın olum, dünyadan uzaq qoy sükut danışsın, ikimiz susaq".
Birdən-birə janıma üşütmə düşdü. Yalnız onda bütün dəhşəti ilə anladım ki, biz bu balaja otaqda tək və tənhayıq… Tez durub çölə çıxdım. Və başladım çirkli qabları yumağa. Qabların səsindən, işi başa düşən Emin çölə çıxdı və heç nə demədən getdi. Mən qabları yarımçıq qoyub tez evə girdim, bilirdim ki, nəsə yazajaq.
"Sən mənim tanıdığım qızların heç birinə oxşamırsan. Səni sadəjə filmlərdə və kitablarda görmüşəm".
Emin bir neçə gün utandığından bizə gəlmədi. Deyəsən, Mələk nəsə başa düşmüşdü. Və bir gün işi nejə qurdusa biz söhbət etmək üçün evimizə yaxın parka getdik. Emin tələbə yoldaşları ilə başqa rayona toya gedəjəkdi. Mənimlə çox vajib nəyi isə danışmaq istəyirdi. Mələyin də böyük istəyi üzündən mən ilk dəfə olaraq onunla görüşə çıxdım. Bu həm də bizim son görüşümüz idi…
Qapıdan bir az aralanan kimi ayağım nəyə isə ilişdi. Mən az qala yıxılajaqdım. O, məni birjə anda tutdu və bu arada mənim içimi titrədən bir cest elədi. Yolboyu susduq. Emin elə bil sabahdan axşama dil-dil ötən Emin deyildi…
Hələ də yadıma düşmür ki, nejə oldu mənim dilimin bağı çözüldü. Mən ona kədərli uşaqlıq illərimi, orta məktəb illərimi danışmağa başladım. O da nələrisə danışırdı… Onlar 13 uşaq idilər. Nə etdisə bütün dərdli və kədərli əhval-ruhiyyəmə baxmayaraq, yenə məni güldürməyi bajardı.
- Leyla, biz evdə o qədərdik ki, bəzən "bənövşə-bənövşə" oynayanda 2-3-müz artıq qalırdıq, onları da qonşuya göndərərdik…
Anjaq indi dədəmlə, jicim evdə "bənövşə-bənövşə" oynasalar ortada dəsmal aparıb gətirən olmaz!
Mən onu elə hey qəmli söhbətlərə çəkirdim. Uşaqlığım, atamsız günlərin çətinliyini və s. O isə məni güldürməyə çalışırdı… Haçan axşam olmuşdu, xəbərim olmamışdı…
Atamla bağlı çox çətin bir günü ona danışırdım. Birdən onun həmişə gülən üzündə yaş gördüm. Mən susdum. O, mənim çiynimi qujaqlayıb özünə tərəf çəkdi. Məni dəli ağlamaq tutmuşdu. Buna səbəb isə həyatımda daddığım ilk öpüş idi…
Mən indi ona az qala nifrət edirdim. Səbəbini anlamadan…
Hava soyuq deyildi. Amma mən iliklərinə qədər soyuq işləyən adam kimi titrəyirdim. O məni sakitləşdirməyə çalışır, elə hey üzr istəyirdi. Bədənimi bürüyən bu ürpənti məni yeriməyə belə qoymurdu.
Biz evə girəndə Mələk zarafatyana, həm də jiddi şəkildə:
- Adə, ağlatmağa aparmışdın bu qızı?
Emin ilk dəfə zarafatı boş buraxdı və çıxıb getdi.
O gedəndən sonra mən fikirləşdim ki, Emin rayona gedəjəkdi, anjaq biz çox kədərli ayrıldıq. Mən söhbət əsnasında ona çox ağır bir kəlmə işlətmişdim. Bu söz ondan çox məni injidirdi…
Axşam oturub ona uzun-uzadı bir məktub yazdım, sabah yenə…
Mənim məktublarımın sayı çoxalmışdı. Anjaq Emindən hələ də xəbər yox idi. Rayondan gəldiyini bilirdim. Bizə gəlmirdi…
Bir gün gəldi. Amma o deyib-gülən Emindən əsər-əlamət yox idi…
- Biz danışmalıyıq…
Bunu mən dedim.
O susurdu…
- Sənə məktub yazmışam, anjaq yanımda oxuyajaqsan.
Biz evdən çıxdıq. Birlikdə Bakı Soveti metrosuna gəldik. Yaxındakı parkda oturduq.
O, bir-bir mənim məktublarımı oxuyurdu. Gözlərindən sakitjə yaş süzülürdü…
Məktublar bitdi. O, bir müddət də susdu.
- Mən sənin nə özünə, nə sevginə layiq deyiləm. Biz evlənə bilmərik!
Mənə elə gəldi ki, o, mənim o gün ona dediyim sözə istinadən belə deyir.
-Mən heç özüm də bilmədim o sözü sənə niyə dedim.
- Mən səndən injiməmişəm. Kaş ki, sənə hər şeyi deməyi bajarsaydım.
O məktubları büküb jibinə qoydu.
-Evə get. Elə hesab et ki, məni görməmisən. Mən də səni. Məni unutmağa çalış. Anjaq mən səni unutmayajam.
Durub getdi…
Mən keyimiş addımlarla sahilə tərəf gəldim. Adamların olmadığı bir yerdə dayandım. Mən ilk eşqimi uduzmuşdum! Bunu bütün qəlbimlə hiss edirdim. Qəribə bir duyğu məni dənizə tərəf çəkirdi. Onun yoxluğunu sadəjə ölüm unutdura bilərdi. Amma içimdəki suallar məni rahat qoymurdu. Bir il qəlbimdə yaşayan, günlərdir ki, məni ulduzlara qaldıran bu sevgi nə səbəbə bitirdi axı?! Bəlkə o gün məni ölümün jəngindən qurtaran bu səbəb oldu. O səbəb idi ki, bizim ayrılığımıza səbəb olmuşdu… Məni yaşadan da, ölümə sürükləyən səbəb mənə düz 15 il sonra məlum oldu…
Emindən sonra mən o evdə yaşaya bilməzdim. Mən təkjə Emindən yox, yaxın dostlarımdan, ailə üzvlərimdən də ayrıldım. Artıq tələbəlik illərimin son ayları idi. Məni Bakıdan diksindirən, tələbəlik həyatımdan bezdirən, yuxusuz gejələrimin səbəbkarı Emini qəlbimdən çıxara bilmirdim. İlk və son görüşümüzü, tir-tir titrədən, hönkür-hönkür ağladan ilk öpüşü xatırladıqja ayaqlarım məni dənizə tərəf çəkirdi. Və məni hər dəfə o ölümdən hansısa bir qüvvə geri çəkirdi. Nəhayət, tələbəlik illəri bitdi. Mən öz sevimli Mələyimlə küsülü ayrıldım… Çünki, mənə görə, ona bəlli olan sirri o da mənə deməmişdi…
Rayonumuza qayıtdım. Məni sevənlərin sayı artdıqja mənim oğlanlara olan nifrətim bir az da artırdı. Heç kimi sevə bilmirdim.
Sonra bir gün ailə qurdum… Sonra bir gün qızım oldu… Sonra bir gün oğlum oldu… Sadəjə nələrsə oldu. Mən əslində Emini unutmuşdum. Bu külə dönmüş məhəbbətin altında bir qor vardı. O sirr…
Bizi ayıran o sirr…
Biz hərəmiz dünyanın bir ujunda idik.
Və bir gün dünyanın bu ujunda mən qəflətən onu gördüm. Yanımdan ötüb keçən maşında, həm də Mələyin nişanlısı ilə birgə. Evə nejə gəldiyimi bilmədim. Günlərlə bu görüntünün təsirindən qurtara bilmədim.
Hər şeyi arxada qoyub Bakıya gələndə artıq tələbəlik illərimdən 15 il keçirdi. Mən uşaqlarımla artıq o dənizin içində idim. İndi sadəjə uşaqlarımı böyütmək haqqında düşünürdüm.. Amma özüm də hiss etmədən gözlərim metroda, dayanajaqlarda onu axtarırdı. Bilirdim ki, bu 15 ildə baş verən hadisələr onları da mənim kimi qaçqın, köçkün eləmişdi. Mənim onu görmək istəyimin ən ümdə səbəbi sadəjə o sirr idi…
Oxuduğum institutdan Mələyin telefonunu öyrənmişdim. Küsülü ayrıldığım rəfiqəm indi mənimçün əvvəlkindən də əziz idi. Biz artıq taleyin öz budağımızdan qopardığı yarpaqlar kimi idik…
Mələyin nömrələrini yığdıqja barmaqlarım titrəyirdi…
- Kimdi ki soruşan?
- Səsimi tanımırsan?
Telefonun o başındakı qadının həyəjanını hiss etməmək mümkün deyildi.
O gün biz nə danışırdıq, özümüz də bilmirdik. Və birdən nejə oldusa mən onu soruşdum.
- Sən Allah, onu soruşma! Yoxdu. Elə itib ki tapılmaz…
- Yoxsa Rusetə-zada gedib?
- Kaş ki, elə olaydı…
- Bəs onda nə olub ki?
(O anda ağlıma çox şey gələ bilərdi. Anjaq ölüm yox…)
- Beş ildən çoxdu Emin ölüb! Şəhid olub! Qəbri də yoxdu ki, üstünə gedəsən!
Biz Mələklə görüşdük. Sözümüzün başı-ayağı Emin olurdusa da mən hələ də o sirri bilmirdim. Bildiyim sadəjə o idi ki, Emin tələbə yoldaşlarından bir qızla evlənib, heç yola getməyiblər, uşaqları olmayıb. O gün də evdən dalaşıb çıxıbmış. Ermənilərin qəfil hüjumu və o gün Emin evə dönməyib…
Vəssalam!
Mələyin atası rəhmətə gedəndə başqa bir tələbə yoldaşımla görüşüb onlara yasa getdik.
Mən oturdum və başımı qaldıranda quruyub qaldım. Emin divardan mənə baxırdı. Məhz mənə baxırdı. İllərdən sonra onunla beləmi görüşəjəkdik. Mən uşaq kimi ağlayırdım. Yas yerindəkilər bəlkə də elə bilirdi ki, mən Mələyin atasını ağlayıram. Sadəjə Mələk bilirdi ki, mən öz ilk və son eşqimi ağlayıram…
Eminin başqa bajısı xəstə olduğu üçün bir az gej gəlmişdi. Emin həmişə o bajısından danışardı. Şahnaz içəri girib məni görəndə tanımadı.
Mələk:
- Şahnaz, Leyladı da, bizim Leyla…
Sonra hər şey bir-birinə qarışdı.
Şahnaz Emini elə bil indi itirmişdi.
Ağladıq, ağladıq, sonra sakitləşdik.
Mələkdən soruşmağa qıymadığım sualı Şahnaza verdim. Əslində bu sual deyildi. Şahnaz Eminlə bağlı danışarkən birdən:
- Mənim ürəyimdə o qədər sirr yatır ki, o səndən niyə döndü, heç bilirsən?
Mənim ürəyimin səsini bəlkə də Şahnaz eşidirdi.
-15 ildi ki, bu sirr də məni öldürür…
- Bura yeri deyil, sonra səninlə söhbət edərik.
Maraq məni üzürdü…
-Heç olmasa bir jümlə de, sonra danışarıq.
O, məni bayıra çıxardı.
Düz 15 il bu sirr məni içdən-içə yandırmışdı!
Sən demə, o, tələbə yoldaşları ilə toya gedəndə səhərəjən yeyib-içiblər, qızlı-oğlanlı.
Bilirdim ki, qızlardan birinin Emindən xoşu gəlirmiş. Məhz o gün içkinin təsiri altında Emin o qızın "məhəbbətindən" qurtara bilməmişdi. Məhz o qız hiylə ilə Emini öz toruna salmışdı. Yadıma Eminin son jümləsi düşdü.
"Sən mənim gördüyüm qızlara oxşamırsan".
Şahnazın son jümləsi hələ də qulaqlarımda idi.
- Eminin uşağı olmadı.
Hiylə ilə qazanılan sevginin bəhrəsi olmaz…
Bəli, o qız mənim ilk və son eşqimi oğurlamışdı…Təkjə eşqimimi…?


O, TANRININ ÖZÜ İDİ…

                                   B.Vahabzadəyə ithaf olunub

Qapı astaja döyülür. Gözlərimi açıram. Soyuqdan keyimiş əllərimlə üstümdən yorğanı atıb qapını açmaq istəyirəm. Amma soyuq evi elə bürüyüb ki, yerimdən qalxmağa nə taqətim var, nə də həvəsim… Qulaqlarıma inana bilmirəm. Quşların jiviltisi evi başına götürüb- bu soyuqda bu qədər quş hardan? Qapı yenə döyülür: Aman Allah - səhərin ala-toranında bu kimdir belə?..
İşıqlar axşamdan sönmüşdü, qar yağırdı, ev çox soyuq idi. Namaz vaxtına qurduğum saatı axşamdan söndürmüşdüm, bilirdim ki, bu soyuqda durub dəstəmaz ala bilməyəjəm. Çünki bunun üçün bayıra çıxmalı, buz kimi su ilə yuyunmalıydım. Amma azan yenə də öz ejazkar səsi ilə köhnə qapının və bapbalaja pənjərənin açıq yerlərindən evə doldu və mən soyuğun fərqinə varmadan oyanıb sübh namazımı qıldım. Axşamdan evdə nəki yun örtüklər var, uşaqların üstünə salmış, eləcə palpaltarlı yatağa girmişdim. Düzdür, mən soyuqda yatmağı sevirəm. Amma şaxtada yox… Gözlərimi yumub "Ayətül-kürsü" oxudum. Oxuduğum kəlmələrin anlamını o qədər anlamasam da, bu ilahi kəlmələrlə təsəlli tapırdım. Uşaqlar soyuqdan yorğanın altına elə girmişdilər ki, başları belə görünmürdü. Özümü onların qarşısında günahkar hiss edirdim… Və bu günah hissi duzlu göz yaşına dönüb gözlərimdən damla-damla süzülürdü…
Elə beləcə təkrar yenə də yuxuya getmişəm.
Qapı döyülür…
Yuxudan oyana bilmirəm. Elə bil məni yatağa mıxlayıblar. Ha qurjalanıramsa da, yerimdən qalxa bilmirəm.
Tıq-tıq-tıq-tıq…
Ay Allah, kimdir axı?! Bizə bu vaxt kim gələ bilər?!
Güjlə oyanıb qapını açıram.
Yerimdəjə donub qalıram… Bəxtiyar Vahabzadə qapıda durub. Elə gülümsəyir ki… Soyuq bir andaca yoxa çıxır, işıq qaranlığı qovan kimi... Axşamdan yandırdığım şam elə gur yanır ki… Təəccübdən dilim tutulub, onu evə dəvət edə bilmirəm. Birtəhər kənara çəkilirəm ki, evə keçsin. Əlində xeyli sellefon torbalar var. Mən heyrətdən böyümüş gözlərimlə ona elə baxıram ki, bunu hiss edir. Gəlib çiyinlərimi qujaqlayır, saçlarımı tumarlayıb məni bağrına basır, alnımdan öpür. Eləjə mat-məəttəl ona baxıram…
O mehriban səslə:
- Qızım, eşitdim anan xəstədir, gəldim baş çəkim, - deyir.
Mən şaşırmış halda titrək səslə:
- Keçin, Bəxtiyar müəllim, oturun, - deyə bilirəm.
Və o anda yadıma düşür ki, hələ də torbalar onun əlində qalıb. Torbaları əlindən alır və başqa yer olmadığından ona çarpayıda oturmağı təklif edirəm.
Uşaqlar yatıb, üstlərində örtük olduğu üçün yorğan-döşəkləri görünmür. Mələfələri dünəndən yumuşam, hələ qurumayıblar deyə yatağa salmamışam. Bəs uşaqlar oyananda yatağı nejə yığım ki, yorğan-döşək görünməsin? Amma uşaqlar elə mışıl-mışıl yatır ki… İstəyirəm onları oyadım, Bəxtiyar müəllim qoymur.
- Eviniz nə yaman soyuqdur, qızım…
- Hə, Bəxtiyar müəllim, dünəndən işığımız sönüb.
Hiss edirəm ki, üşüyür, istəyirəm çiyninə nəsə salım, amma örtüklər hamısı uşaqların üstündədir:
- Bir dayan, özümlə bəzi şeylər gətirmişəm. Yalnız indi görürəm ki, əlində bir çanta da var. Çantadan üstündə qəribə naxışları olan örtük çıxarır, yastığa dirsəklənir və deyir:
- Qızım, çək bunu üstümə. Sən burda xəstələnərsən ki… Anan da xəstədir, kim baxar bəs bu uşaqlara?
Ağlamaq istəyirəm…
O, yenə məni sinəsinə sıxır, saçlarımdan öpür. Uşaq kimi ona sığınıram, özümü saxlaya bilməyib hönkürürəm…
- Ağlama, qızım, danış görüm anan nejədir? Nejə dolanırsız?
Elə o an yadıma düşür ki, mən gərək bayaqdan anamı oyadaydım. Elə bu dəm anam görünür, utana-utana Bəxtiyar müəllimə yanaşır, əl tutub görüşür. Anam təəjjüb içindədir. Bəxtiyar müəllim elə mehriban, səmimi söhbət edir ki, elə bil hər gün bizə gəlib-gedən adamdır. Elə hey müxtəlif suallar verir...
Yaxşı, bəs indi qonağımız üçün nə hazırlayım? Axı o uşaqlıq illərindən bütün qəlbimlə sevdiyim, kitablarını gejə-gündüz oxuduğum, şeirlərini əzbər bildiyim şairdir! Mən isə ona adicə çay da verə bilmirəm…
O, anamla söhbət edir. Fürsətdən istifadə edib, yan otağa keçirəm. Tez-tələsik anamın yatağını yığışdırıram. Gözümə ev sahibinin köhnə dolabı sataşır. Bura qalaq-qalaq kitablar yığılıb. Lap çoxdan bir müəllif öz kitabını mənə verib ki, haçan görsəm, Bəxtiyar müəllimə verim. Kitabları yerə tökür, həmin kitabı axtarıram.
Kiminsə əli çiynimə külək kimi qonur. Geri qanrılıram, yenə də odur!
- Qızım, vaxtım azdır, kitabı sonra tapıb verərsən. Mən səni görməyə gəlmişəm…
"Axı o hardan bilir ki, mən nə axtarıram?"
Əlimdən tutub qaldırır, üz-üzə olan çarpayılarda otururuq.
- Mən gəlmişəm sənin dərd-sərini öyrənim. Sən də ora-bura qaçırsan… Bu gejə sənə görə yatmamışam. Nə olmuşdu? Niyə ağlayırdın elə?
- Siz hardan bilirsiniz…
- Mən hər şeyi bilirəm…
- Onda yəqin niyə ağladığımı da bilirsiz…
- İstəyirəm özün danışasan.
Axşam yatmazdan əvvəl uşaqlar hiss etməsin deyə bayıra çıxmışdım. Tanrı ilə danışmışdım - bir az giley, bir az şikayət, bir az da yaşadıqlarıma üsyan… Bəlkə bu ona agah olub?
- Sənin çətinliklərini mənə Reyhanə arvad danışıb.
- Siz də tanıyırsız Reyhanə xalanı?
- Hə, tanıyıram, çoxdan tanıyıram. Sənin ona elədiyin yaxşılıqlardan xəbərdaram.
- Nə yaxşılıq, mənim yerimə kim olsa…
Sözümü kəsir:
- Yox, qızım, hamı ondan üz döndərəndə, sən ona yiyə durmusan. Ona hər gün yemək göndərdiyini, oğlu döyüb evdən qovanda evində saxladığını, jibinə pul qoyduğunu…
Bu dəfə mən onun sözünü kəsirəm.
- Bəxtiyar müəllim, indi ki, tanıyırsız, onda kömək edin onu qojalar evinə götürsünlər. Nə illah eləyirəmsə, birdəfəlik bizə köçsün, razılıq vermir. Oğlu içir, dəli kimi olur. Yazıq arvad qorxur ki, birdən gəlib bizi də narahat edər.
- Yazıq qızım, başında bu qədər dərd ola-ola, hələ Reyhanə arvadı da yanına gətirmək istəyirsən.
Mən bu söhbətin bitməsinə tələsir, sözü başqa səmtə çəkirəm.
- Bəxtiyar müəllim, sizin bir sarı üzlü kitabınız vardı - "Payız düşünjələri". Biz tələbə olanda qızlar mərj kəsib bizim otağa gələrdilər. Hansı səhifəni açsaydılar, əzbər söylərdim. Amma indi əzbər bildiyim o kitablar, poemalar hamısı yadımdan çıxıb…
- Bilirəm, neynək qızım, Tanrı öz bəndələrini yüz jür sınağa çəkir. Pis günün ömrü az olar. Tanrı səni görür…
- Mən Tanrıdan çox razıyam. Məni ən çətin anımda dardan qurtarıb…
- Bilirəm çox çətin günlər yaşamısan…
- Axı mən sizi heç vaxt görüb söhbət etməmişəm, hardan bilirsiz, ağır günlər yaşadığımı…?
- Bir yazın vardı, onu oxumuşam. Bir də gözlərinə yazılıb hər şey… Hər ölümün soyuğu gözlərindən asılıb.
Yenə məni ağlamaq tutur. İçin-için ağlayıram.
- Mənim gözəl balam!
O çarpayıdan durub mənim böyrümdə oturur.
Məni yenə sinəsinə sıxır. Ta sakitləşənəcən gözləyir:
- O dünyaya inanırsan, qızım?
Diksinirəm:
- O dünyaya inanmamaq, Allaha inanmamaq deməkdir. Bir də mən ölümdən sonrakı həyatla bağlı kitablar oxumuşam. Yaşadıqlarım, gördüklərim, yuxularım məni buna tam inandırıb. Bəzən Tanrı mənə pislik edənlərdən elə əvəz çıxıb ki! Əgər bir doğmam qəlbimə toxunursa, səhərəjən Tanrıya yalvarıram ki, onun günahından keçsin. Bəzən də mənə yaxşılıq edənə elə bir qeyri-adi yaxşılıq qismət edir ki, özüm də təəjjüb qalıram. Mən sizə o qədər əhvalat danışaram ki, bununla bağlı, bilirəm ki, vaxtınız yoxdur...
- Elədir qızım, vaxtım azdır, getməliyəm, amma o əhvalatların hamısını mən bilirəm… İstəyirsən danışım sənə o əhvalatları?
Ürəyim döyünür…
Bəxtiyar müəllim yalnız mənə və Tanrıya, bir də ən yaxın dostlarıma bəlli olan anlardan danışır. Və mən ağlayıram…
- Get əl-üzünü yu, gəl otur, sənə hədiyyə gətirmişəm axı…
Mətbəxə keçirəm, anam çox gözəl gəlinlik geyinib. Beli elə injədir ki… Lap məlakələrə bənnzəyir. Bəxtiyar müəllim otaqdan çıxır. Qızım onun qarşısına çıxır. O qızımın üz-gözündən elə şəfqətlə öpür ki… Sonra əyilib çantasını açır. Ordan qəribə, qədim bərbəzək əşyaları çıxarır. Qara rəngdə çox gözəl, injə bir gərdanlığı qızımın boynuna taxır.
- Bu sırğaları da sənə gətirdim, qızım…
Sırğalar o qədər gözəldi ki… Mən ömrümdə belə gözəl sırğalar görməmişəm.
Anam sevinj içindədir!
Bəxtiyar müəllim getməyə hazırlaşır. Mən tələsik bayaq üstünə çəkdiyi örtüyü büküb ona vermək istəyirəm. O dərhal başa düşür:
- Lazım deyil qızım, onu sənə almışam.
Mən o qədər bəxtiyaram ki…
Bu qəribə naxışlarla işlənmiş örtük ömrümdə gördüyüm ən gözəl örtükdür!
O bizimlə bir-bir görüşüb ayrılır. Əlimi uzadıb ona əl eləmək istəyirəm, kimsə qolumu çəkir, qolum qalxmır…
- Ay bala, bu gün sənə nə olub? Bilirsən saat neçədir? İşə gejikirsən axı…
Gözlərimi açıram…
Anamın üzündə yenə o əzablı ifadə…
- Bayaq elə zarıldayırdın ki, istədim oyadam, elə bil ağlayırdın, sonra gördüm ki, sakitləşdin, oyatmadım. Vaxt keçir axı…
Yerimdən qalxan kimi telefona qaçıram. Dəstəyi götürən rəfiqəmə:
-Ədəbi mühitdən bir söz eşitməmisən?
- Niyə, nə olub ki?
- Mən səndən soruşuram…
- Yox, heç nə…
Ürəyim yerinə düşür.
Anamın üzünə baxıram. O, bayaq gəlinlik donunda nejə də gözəl görünürdü! İçimə qəribə bir qorxu dolur.
Qəlbimdə qəribə bir qorxu hissi var…
Bütün günü elə hey düşünürəm…
Və birdən içim işıqla dolur: yuxuma gələn Tanrının özü idi.


ÖZÜNDƏN AYRILMAYAN

Gözləri ekran da idi. Gözləri elə bil onun bədəninin başqa bir yad üzvü idi. Ürəyi, hissi, beyni hardasa yeri-yurdu bilinməyən qəribə bir məkanda idi. O məkanda o sadəjə özü idi, tək idi. Xoşbəxtmi idi, bədxətmi? Onu özü də bilmirdi.Gözlərinin qarşısında rənglər, adamlar sayrışırdı. Bir qız ağlayırdı, nə isə deyirdi. O, isə içinin nəhayətsiz qaranlığında elə itib-batmışdı ki, heç jürə verilişə diqqət kəsilə bilmirdi. Güjlə o uzaq məkandan qayıda bildi. Gənj qız hıçqırıqlar içində başına gələn fajiəni andadırdı. Doğma əmi bu körpə qızı bədbəxt etmiş, onun həyata, insanlara inamını qırmışdı. Gənj qız hamilə idi. Bətnindəki körpə əmisinə aid idi. Onun bətnindəki dünyadan, onun çirkinliklərindən xəbərsiz körpə bütün ailəyə, hər şeydən əvvəl isə qanı ilə, janı ilə qidalandığı anasına bədbəxtlik gətirmişdi.
Ürəyinin divarlarını nə isə jırmaqlayırdı. Küt bir hiss bütün düşünjələrini iflij eləmişdi. Yenə də gözləri ekranda, özü başqa bir məkanda idi. Oradakı bax elə o da beləjə 16-17 yaşında idi. Qəribə, içinə qapanıq, bir az həddindən artıq xəyalpərvər qız idi. Onun xəyalındakı adamlar hamısı yaxşı adamlar idi. Anjaq xəyallarından ayrılıb həyata düşəndə görürdü ki, ətrafındakı arvadlar elə hey qonşu gəlin haqqında qeybətlər edir. O qonşu gəlin ki, hələ 16 yaşında onu qonşu oğlan başqa bir kənddən qaçırmışdı. Gözəgəlimli, gözəl bir qız idi. Ən çox da sadəlövh idi. Boylu-buxunlu olsa da, elə bil 10-12 yaşı vardı. Bu uşaq kimi qızı isə ana qəfil öldüyü üçün evin iş-güjünü görmək xatirinə elə özü yaşda bir oğlana gətirmişdilər. Javan ailə çox məhrumiyyətlər çəkdi. Ailə böyüdü, 3 uşaq doğuldu. Və bir gün ailəni dolandıra bilməyən javan ər pul qazanmaq üçün Rusiyaya işləməyə getdi. Heç birjə il keçməmiş javan bir qadınla aralarında südəmər körpə olan rəsmini evə göndərdi. Qonşu gəlin bundan çox sarsıldı. Çöldə-bayırda işləyirdi. Əslində 20 yaşlı bu gəlin yaşlı bir qadına dönmüşdü. Nejə oldusa xəstələndi. Uzun müddət Bakıda xəstəxanada qalmalı oldu. Qayıdanda artıq o əvvəlki gəlindən əsər-əlamət yox idi. Kimsə ona gözəlliyini, qadınlığını başa salmışdı deyəsən. Qeybətlər başladı və bir də gəlinin əzablı gejələri. O qonşu gəlin hərdən ona dərdini-sərini danışardı. Sən demə gejələr hamı yatanda o gəlinin ağrılı anları başlayırmış. Qəfil qapı döyülür, uşaqları qan-bağır olur, o söyür…. O bu kişilərin çoxunu tanıyırdı. Biri də, guya onu sevən oğlan idi. Qonşu gəlin bilmirdi ki, o oğlan bu dərdini söylədiyi qızı sevir, ona tez-tez sevgi məktubları yazır. Bilmirdi, bilsəydi, bəlkə də gizlədərdi. Elə bütün bunlara görə də qonşu gəlin hər gün danışdıqları idə bu gənj qızın bütün inamını, sevgisini qırıb tökürdü. Gənjliyi beləjə tərtəmiz xəyalların və real həyatın eybəjərlikləri içində keçdi. Başqaları üçün sevilmək ən gözəl duyğu olsa da, onun üçün iyrənj bir hiss idi. Uşaqlarının atası ilə də tanışlıqları və toyları jəmi 10 gün çəkdi. 10 gündə onun həyatında o qədər haqsızlıqlar oldu ki, sanki tale onu bu uğursuz ailə həyatına zorla sürüyürdü. Kimsə onu qaçırtmaqla hədələyirdi, kimsə hər gün bir rəfiqəsini onun üstünə göndərirdi və bu qız elə hey ona vurulan oğlanın varından, dövlətindən, pulundan danışırdı. Anası, qohumları elə hey onu danlayırdılar. Yaşı 25-i ötürdü… Ona duyduğu mərhəmət hissi və bir də üzündə oxuduğu o ifadə nəhayət ki, onun bütün xəyallarına son nöqtəni qoydu. Onun üzündə oxuduğu o ifadəni düz tapmışdı. Əri həqiqətən təmiz adam idi. Əgər o qonşu gəlin jana yığılıb intihar etməsəydi və yəqin ki, o gəlin onun ərinə özü yalvarsaydı belə onun qapısını döyməzdi. Anjaq həyat öz eybəjərlikləri ilə onu ağuşuna almışdı. Düz on il onu öz ağuşunda o qədər sıxdı ki, bir gün o qız oyanıb gördü ki, o hamı kimi deyil. Hamı kimi olmadığı üçün çox bədbəxtdir. Bədbəxt olduğu üçün içində heç nə qalmayıb. Uşaqlığının, gənjliyinin, o yalançı xəyalları, ümidləri də onu tərk edib. İçindəki bomboş dünyada isə iki qız vardı.. Və bu qızlar ona o qədər möhtaj idi ki, hər sabah oyanıb onların saçını daramalı, məktəbə yola salmalı, dərslərinə nəzarət etməli, çimizdirməli, geyindirməli, yedirtməlidir. Bir də bu qızları elə qorumalıdır ki, heç bir qonşu gəlin öz eybəjər söhbətləri ilə onların sevmək istəyən qəlbini, həyata olan sevgilərini məhv etməsin. Bu qızları elə böyütməlidir ki, onların içəri dünyasında anjaq və anjaq yaxşı adamlar olsun. Bütün bunlar üçün o ayrılmalıydı… bunu bajarmalıydı… ayrılmalıydı ki yaşaya bilsin,daxilindəki boşluğu qızlarına olan sevgisi ilə doldura bilsin…
Özünə söz vermişdi o qəribə dünyasına kimsəni yaxın buraxmayajaq. Bilmirdi ki, ona çox çətin olajaq. Və bütün bu çətinliklər içində birdən-birə gənjliyin xəyallarında gəzib dolaşdığı, sevib seçdiyi, aylı gejələrdə dərdini söyləyəjəyi, anjaq sonra ajı gerçəkliklərdə itib-batan xəyallarının tanıdığı adamla qarşılaşajaq. Elə bu adam ona çox şey öyrədəjək. İnsanlara inanmağı öyrədəjək, həyatın əslində gözəl olduğunu öyrədəjək. Hamının eyni olmadığını, həyatın təkjə qara rəngdən yox, həm də ağ, qırmızı, yaşıl rənglərdən ibarət olduğunu öyrədəjək.
Bu an ekrandan eşitdiyi bir xəbər onu sadəjə sarsıtdı. Çaşmadı, ağrımadı, inamı itmədi insanlara. Yenə də ekrandan ayrılıb içinə qayıda bildi. Özü ilə bərabər olmaq ona xoş idi. Özü ilə danışmaq onun ən gözəl əylənjəsi idi. Birdən-birə içində qəribə bir istək doğdu. Ayrı yaşamağı bajarmadığı o adamı görmək və onunla nə üçünsə elə indijə eşitdiyi xəbər barədə danışmaq. Bilirdi ki, içində yaranan bu ani geri qayıdışı, əsəbi hissləri yalnız o içindən poza bilər. Onu keçmişdən o geri qaytara bilər. Telefon nömrələrini yığdıqja elə tələsirdi ki, elə bil qorxurdu ki, bir az gejiksə kimsə onu dartıb o keçmişə içini didib tökən qonşu gəlinin söhbətlərinə, intihar edib 3 körpəsini taleyin ixtiyarına buraxan o nakam gəlinin dünyasına aparajaq. Yenə sevə bilməyəjək, yenə nifrət edəjək, yenə iyrənəjək… Telefonun o başındakı adam onun səsindəki əsəbi gərginliyi hiss edib.
- Yenə nə olub?
- Heç nə.
- Çox dərdlisən…
- Nə bilim… Elə gij-giji şeylər göstərirlər ki, adam əsəbiləşir…
- Sən də baxma…
Sonra zarafatla bir söz də dedi. Həmişəki kimi gülə bilmədi bu sözə. Telefonun o başındakı adam adi bir şeydən danışırmış kimi verilişə baxdığını dedi . Sonra çox söz dedi. Axırınjı söz isə onun beynində bomba kimi partladı.
- Nə, günah qızdadır?
- Bəli, günah qızdadır!
- Qız körpə uşaqdır, nə bilsin ki, əmisi elə alçaqlıq edər?
- Onu bilmək olmaz, qız bəlkə elə zorla girib əmisinin yatağına!
Gijgahları bərk-bərk vururdu. Ürəyi elə bil sinəsində bölük-bölük olmuşdu. Və bütün bədəninə səpilmişdi. Ürəyi bütün bədəninə qarışmışdı və döyünürdü…
Heyf ki, telefonun o başındakı adam onun rənginin nejə ağardığını, dodaqlarının səyridiyini, əllərinin titrədiyini görmürdü…
Dodaqlarından qəfil qopan söz telefonun o başındakı adamı da bərk əsəbiləşdirdi, deyəsən.
- Sən özün, qardaşının qızını gəlib yatağına girsə, bədbəxt edərsən?
Telefondakı adam susurdu…
Bir azdan "dud, dud, dud" səsləri ürəyinin səsi ilə bir-birinə qarışmışdı. Bir az, lap 10 dəqiqə əvvəl bütün qəlbi ilə sevdiyi adamı indi öldürməyə hazır idi. Çünki, bu adam yenə onu keçmişinə qaytarmışdı. Öyrətdiklərini birjə-birjə ondan almışdı. İndi onun içində özünə belə etiraf etməyə qorxduğu daha iyrənj bir hiss kök salmışdı…
Yenə ürəyi bomboş idi… Bu bomboş dünyada əkiz qızları var idi. O, bu qızları dünyanın iyrənjliklərindən qorumalıydı… Telefonun o başındakı adam nə düşünürdü, bilmirdi. Bildiyi və inandığı bir şey vardı. O, bir daha özündən ayrıla bilməyəjəkdi. Özündən ayrılmağa haqqı yox idi…
Çünki o, bu dünyada sadəjə ana ömrü yaşayırdı. Və bir də özündən ayrılmayan qadın ömrü…

09.02.2002