Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Sabir ALİM


Ni­za­mi TA­ĞI­SOY
Nəs­rin Çev­rəsi
Folklorun "göz"ü - Kamal Abdullanın sözü


Rəfail TAĞIZADƏ


Fi­ruz MUSTAFA


Eldar TƏBİB


Eldar TƏBİB


Əbülfət MƏDƏTOĞLU


Aydın Xan (Əbilov)
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq
İsa Hüseynov - Muğanna: səksən illik ömrün yazısı


Əsəd TƏHlƏlİ


Aləmzər SADIQQIZI


Fəxrəddin ƏSƏD


Dəmir GƏDƏBƏYLİ
QIRMIZI YOL
(poema)


Kamal ALIŞOĞLU


Novruz QƏLƏNDƏRLİ


Şövkət Zərin HOROVLU
Balaca kişi
hekayə


Balayar SADİQ


Vahid ASLAN


Hiсran
For­ma və məz­mun
(Şirməmməd Nəzərlinin foto-sərgisi haqqında qeydlər)


SA­RA OĞUZ (NƏ­Zİ­RO­VA)
GOR İPİ
(Tam metrajlı bədii filmin ssenarisi)



 

Eldar TƏBİB


 
PİRBƏNDİLƏR

Ey Gül, səni gördüm, cana gəldim!
Küfrü tərk edib, imana gəldim!
Danışdın, bal tökdü dil-dodağın,
Zənbur kimi uçub, şana gəldim.

Ey Gül, gönçəni ya çiçəksənmi?!
Çiçəklər tacında ləçəksənmi?!
Bu misalda bəni insan olmaz,
Xəyalsanmı, yoxsa gerçəksənmi?!

Ey Gül, nəcabətin kanısan Sən!
Xaqanı, sultanı, xanısan Sən!
Mənliyin heyrətdə qoydu məni,
Mənliyi olanın canısan Sən!

Ey Gül, tök gərdənə qara zülfün,
Hər teli naz eylər yara zülfün.
Əl uzatdım, əlim çalmaq istər,
Niyə döndü birdən mara zülfün?!

Ey Gül, cəlladdımı türfə tənin?!
Sıyrılmış xəncərmi tər bədənin?!
Qan qoxusu gəlir tiyəsindən,
Məqsədin qan tökməkdirmi Sənin?!

Ey Gül, Bülbülünü dara salma.
Yarı qoyub, meyli xara salma.
Hər nə eyləyirsən, eylə qurtar.
Mən Təbibi intizara salma.