Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Sabir ALİM


Ni­za­mi TA­ĞI­SOY
Nəs­rin Çev­rəsi
Folklorun "göz"ü - Kamal Abdullanın sözü


Rəfail TAĞIZADƏ


Fi­ruz MUSTAFA


Eldar TƏBİB


Eldar TƏBİB


Əbülfət MƏDƏTOĞLU


Aydın Xan (Əbilov)
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq
İsa Hüseynov - Muğanna: səksən illik ömrün yazısı


Əsəd TƏHlƏlİ


Aləmzər SADIQQIZI


Fəxrəddin ƏSƏD


Dəmir GƏDƏBƏYLİ
QIRMIZI YOL
(poema)


Kamal ALIŞOĞLU


Novruz QƏLƏNDƏRLİ


Şövkət Zərin HOROVLU
Balaca kişi
hekayə


Balayar SADİQ


Vahid ASLAN


Hiсran
For­ma və məz­mun
(Şirməmməd Nəzərlinin foto-sərgisi haqqında qeydlər)


SA­RA OĞUZ (NƏ­Zİ­RO­VA)
GOR İPİ
(Tam metrajlı bədii filmin ssenarisi)



 

Əsəd TƏHlƏlİ


 
QARALIR

Gecələri sür-sümüyüm,
Gündüzlər canım qırılır.
Nankorun dil-dəhrəsiylə
Adım-ünvanım yarılır.

Daş da dözməz boş qınağa,
Çıxar bir gün bu qan ağa.
Baxma allanan yanağa,
Ölən gümanım saralır.

Şər əli gəzir ortada,
Qol açıb süzür ortada.
Başımdı nəzir ortada,
Vaxtım, zamanım daralır.

Əsəd, haqq yolu uzundu,
Ürəyim dibdən qazındı.
Yandım, üşüyən qızındı,
Daha dumanım qaralır.

QARA ÖMÜRDÜ ÖDƏNCİM

Nə mən sənin olacağam,
Nə də sən mənimsən indi.
Yarımçıq gördüyüm vayğam,
Addamış günümsən indi.

Qulağıma batmaz adın,
Damağıma çatmaz dadın.
Hava tək bulanan qadın,
Dumanım, çənimsən indi.

Qara ömürdü ödəncim,
Para ömürdü güvəncim.
Yaxa verməyən sevincim,
Gen düşən ünümsən indi.

Əsəd deyər yandı bağrım,
Qızıl-ala qandı bağrım.
Ürəyimdə həzin ağrım,
Saçımda dənimsən indi.

DÜNYANIN SULARI BƏS ETMƏZ

Məni adam donunda,
Dost-mühasib libasında
Çox ilan-çayan çalıb.
Sədəf dişin altdakı
"Var - dövlətdən",
Nifrətdən, ağıdan
Daha zəhərlidi qanım.
Dünyanın suları bəs etməz
Yuyub durultmağa qanımı.
Yazıqsan, qıvrılıb yan-yörəmdə
Dil çıxarma bir qarış,
Həvəslənmə məni çalmağa,
Tələsmə qanını bulaşdırmağa.
Yoxsa,
Padşahın rəiyyətə,
Xalqa, millətə,
Bəzi nadan sözbazların,
Gopçu "yazarların"
Şeirə-şeiriyyətə
Yalançı sevgisinə
Dağ çəkmək üçün
Səndəmi satın gəzirsən ölümü,
Allahın ilan qiyafəli "adamı"?!

TUTMADI EŞQİN SİFTƏSİ

Pünhanlıqda bir gül əkdim,
Eşkarada bitməz oldu.
Canımdan çox soyuq keçdi,
Gün məni isitməz oldu.

Sındı qapının cəftəsi,
Tutmadı eşqin siftəsi.
Bu ömrün ayı-həftəsi
Qanamamış ötməz oldu.

Qəm ruhu oymayan yerə,
Dərd dəri soymayan yerə,
Gözlərim doymayan yerə
Ayaqlarım getməz oldu.

Təhləlinin üzü bəlli,
Eniş, yoxuş, düzü bəlli.
Allahım, haqq sözü bəlli
Niyə haqqa yetməz oldu?!

NƏQARƏTSİZ NƏĞMƏ KİMİ

Saçımın ağaran,
Sümüyümün kövrələn vaxtı
İçimi çöldə görüb,
Nəqarətsiz nəğmə kimi
Ömrümə girmək istəyən qadın,
Könlümdəki qırx otağın
Tək birindən işıq gəlir.
İşıq gələn o otaqda
On səkkiz il bundan öncə
Sevgimə gərdək qurulub.
Elə o zamandan-
"Sultanlıq"dan düşən günümdən
Otuz doqquz otağın qapısını kilidləyib,
Açarına başsağlığı vermişəm.
Elə o zamandan
Nəmi qurusun deyə
İçimi çölə sərmişəm !