Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Sabir ALİM


Ni­za­mi TA­ĞI­SOY
Nəs­rin Çev­rəsi
Folklorun "göz"ü - Kamal Abdullanın sözü


Rəfail TAĞIZADƏ


Fi­ruz MUSTAFA


Eldar TƏBİB


Eldar TƏBİB


Əbülfət MƏDƏTOĞLU


Aydın Xan (Əbilov)
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq
İsa Hüseynov - Muğanna: səksən illik ömrün yazısı


Əsəd TƏHlƏlİ


Aləmzər SADIQQIZI


Fəxrəddin ƏSƏD


Dəmir GƏDƏBƏYLİ
QIRMIZI YOL
(poema)


Kamal ALIŞOĞLU


Novruz QƏLƏNDƏRLİ


Şövkət Zərin HOROVLU
Balaca kişi
hekayə


Balayar SADİQ


Vahid ASLAN


Hiсran
For­ma və məz­mun
(Şirməmməd Nəzərlinin foto-sərgisi haqqında qeydlər)


SA­RA OĞUZ (NƏ­Zİ­RO­VA)
GOR İPİ
(Tam metrajlı bədii filmin ssenarisi)



 

Novruz QƏLƏNDƏRLİ


 
DÜNYA

Yenə xəyal məni çəkib apardı,
Yenə də yuxumu qatdın, a dünya.
Kimləri unutdun, kimləri tutdun,
Sən kimin hayına çatdın, a dünya?

Çoxların itirdik qəlbi yaralı,
Yadıma düşdükjə səbrim daralır.
Atadan, anadan, yardan aralı,
Qəribi məzara atdın, a dünya.

Neçə ayrılıqlar saldın araya,
Məlhəm tapılmadı neçə yaraya.
Sən qaranı ağa, ağı qaraya
Gözümüz önündə qatdın, a dünya.

Mərdə jəfa verdin, səfa qıymadın,
Namərdin, nakəsin gözün oymadın.
Zalımdı, məzlumdu - məhəl qoymadın,
Mərdləri namərdə satdın, a dünya.

Novruz dözə bilmir bu jür gərdişə,
Haqlı haqsız olub, çəkilir şişə.
Bu nejə sənətdi, bu nejə peşə?-
Nə qədər günaha batdın, a dünya?!

***

Könlüm köklənəndə şeir yazmağa,
Duyğular çay kimi daşdırır məni.
Məhəbbət gözəldi, gənjlik gözəldi
Bu həyatın eşqi joşdurur məni.

Sevgidir yaşadan məni dünyada,
Sevgisiz həyatın mənası varmı?!
Ruhun qidasıdır, könlün aynası,
Heç ona biganə qalmaq olarmı?

Qaş qara, göz qara, kirpiklər qara,-
Məni bu gözəllik gör çəkir hara?
Bir daha ürəkdən, qəlbdən bağlanır
İnsan qojaldıqja sevgili yara.

Eşqiylə yaşasam nazlı dilbərin,
Ömrün sonunajan qojalmaram mən.
Onun gözlərində ujalammasam,
Heç kəsin gözündə ujalmaram mən.

SİRLİ DÜNYA

Dünyanın nə yaman sirləri varmış?-
Bir yanda payızmış, bir yanda yazmış.
İnsana verdiyi ömürə bir bax,-
Qarğaya verdiyi ömürdən azmış.

Dünyanı yaşadan diləklərə bax,
İnsanın əlləri nələr yaratmış.
Bir əli yerlərdə yaradıb-qurur,
Bir əli ujalıb göylərə çatmış.

Birjə ölməyinin vaxtını bilmir,
Çünki, o Allahın tək öz sirridir.
Tapılmaz bu dünya sirrini açan,
Biz bilən bu sirrin mində biridir.

SEVGİLİM

Nə libasdır geyinmisən əyninə?-
Yaraşıqdır gen sinənə, sevgilim.
Xatirəmdə ötən günlər janlanır,
Şad oluram dönə-dönə, sevgilim.

Baxıram sevgimdə aldanmamışam,
Heç vədə özgəyə boylanmamışam.
Mən sənə həmişə sadiq olmuşam,-
Nejə sən sadiqsən mənə, sevgilim.

Uğrunda özümü atdım odlara,
Meylimi salmadım dövlətə, vara.
Janım da qurbandı vəfalı yara,
Həminki Novruzam yenə, sevgilim.