Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Firuzə MƏMMƏDLİ


Əlövsət Bəşirli
QANLA SUVARILAN AĞAC
Povest


Çingiz BAHADUROĞLU


Əlisəmid KÜR


Ay­dın TA­LIB­ZA­DƏ
XƏ­FİF TƏ­BƏS­SÜM­LÜ MAS­KA
Us­tad­na­mə


İltifat SALEH


Məlahət AĞACANQIZI


MusaYAQUB


Bayram İSGƏNDƏRLİ
Hekayələr


Firudin ŞAHBUZLU


Qəşəm NƏCƏFZADƏ


Dəh­nə­li MƏM­MƏD (HA­CI­ZA­DƏ)
Q O Z
Hekayə


Vəliş QARAGÖL


Bahadur FƏRMAN


Oqtay RZA


Va­qif YU­SİF­Lİ
ÖMRÜN ALTMIŞINCI PAYIZI, yaxud FƏHLƏLİKDƏN AKADEMİKLİYƏ


ELÇİN
A­ZƏR­BAY­CAN ƏDƏ­Bİ PRO­SE­SİN­DƏ NƏ BAŞ VE­RİR?
(NƏ ET­MƏ­Lİ­YİK VƏ NE­JƏ ET­MƏ­Lİ­YİK?)


NƏSR
 

Əlövsət Bəşirli
QANLA SUVARILAN AĞAC
Povest


 

I

Qo­şa çi­nar­lı ya­şıl tə­pə­dən ət­raf əl içi ki­mi gö­rü­nür: kənd­lər, bağ­lar, me­şə­lər, uzaq­lar­da şiş uc­la­rı bu­lud­la­ra də­yən dağ­lar... Qış­da bə­yaz li­bas ge­yən, ba­har­da ya­şıl­lı­ğa bü­rü­nən bu yer­lər­də ilin hər fəs­li gö­zəl­dir: lap göy­dən od ələ­yən ya­yı da!
Pa­yı­zın isə bam­baş­qa hüs­nü var: xü­su­sən də ağac­lar gü­nə­şin zər­rə­si­ni özün­də ya­şa­dan sa­rı, qır­mı­zı yar­paq­lar­dan qı­zı­lı don ge­yən­də. Bu, pa­yı­zın ən gö­zəl vax­tı, qı­zıl döv­rü­dür.
İn­san öm­rü­nün də öz fə­sil­lə­ri – ya­zı, ya­yı, pa­yı­zı, qı­şı var. Öm­rün pa­yı­zı­na son ba­har da de­yir­lər. Gü­nəş yaz­da ol­du­ğu ki­mi nur­lu­dur, par­laq­dır. Şə­fəq sa­çır, am­ma isit­mir... Bu, hə­lə qı­zıl pa­yız­dır, fəs­lin bar­lı-bə­hər­li vax­tı. Bir az­dan xə­zan baş­la­ya­caq, zər na­xış­lı yar­paq­lar sa­ra­lıb so­la­caq və ya­vaş-ya­vaş tor­pa­ğa dü­şüb xə­zəl ola­caq. Qey­ri-ix­ti­ya­ri əl­lə­ri­mi saç­la­rım­da gəz­di­ri­rəm. Əv­vəl­lər da­raq bat­ma­yan tel­lər in­di əli­min aza­cıq tə­ma­sı­na təs­lim olur. Öm­rün pa­yı­zı öz işi­ni gö­rür...
Pa­yız il­bo­yu çə­ki­lən zəh­mə­tin ye­ku­nu, haqq-he­sab döv­rü­dür. Yı­ğı­lan məh­sul, qı­şa ha­zır­la­nan ru­zu pa­yız­da bəl­li olur. Ma­şal­lah, buil­ki pa­yız bar­lı-bə­hər­li­dir. Bəs hə­ya­tı­mın, öm­rü­mün pa­yı­zı ne­cə? Ağ­lım kə­sən­dən bu ya­na – öm­rün ya­zın­da, ya­yın­da, ka­mil yaş­la­rım­da qa­zan­dıq­la­rım nə olub, öz pa­yı­zı­ma mən ne­cə gəl­mi­şəm?
Ü­züa­şa­ğı – Gur­gur ça­yı­nın sa­hi­lin­də yer­lə­şən ra­yon mər­kə­zin­də ti­kil­miş tə­zə ev­lə­rə, çox­mər­tə­bə­li bi­na­la­ra, göz ox­şa­yan abad kənd­lə­rə, tə­pə­lə­ri, də­rə­lə­ri, düz­lə­ri ilan ki­mi do­la­nan, dağ­la­ra qal­xan as­falt yol­la­ra ba­xı­ram. Bu abad­lıq­da, gö­rü­lən iş­lər­də mə­nim də zəh­mə­tim var. Bu­nu ha­mı, bü­tün el-oba, kənd-kə­sək bi­lir. Bir qə­dər tə­səl­li ta­pı­ram. Son­ra elə bil ürə­yim sı­xı­lan ki­mi olur, qüs­sə­lə­ni­rəm. Dü­şü­nü­rəm ki, bu az­dır, çox az­dır. Bir in­san öm­rü üçün bu nə­dir ki?! Hə­lə öz pe­şəm, ya­zı-po­zum...
Tə­səl­lim odur ki, öm­rü­mün qı­şı­na hə­lə var. De­mək, tə­ləs­mək gə­rək­dir, ne­cə de­yər­lər, pa­pa­ğı əbəs ye­rə gün­də yan­dır­maq ol­maz.
– Fəx­ri müəl­lim...
Bir qə­dər ara­lı, qo­şa çi­nar­lı tə­pə­yə çı­xan yo­lun kə­na­rın­da da­ya­nan ma­şın­dan gə­lən səs mə­ni dü­şün­cə­lər­dən ayır­dı. Fi­kir­li hal­da sü­rü­cü­yə sa­rı bax­dım. O, bir qə­dər hə­yə­can­la:
– Növ­bət­çi zəng vu­rub, – de­di, – Mər­kəz si­zi is­tə­yir...

* * *

– Yol­daş Mər­dan­lı, si­zi rəh­bər­li­yin tap­şı­rı­ğı ilə təb­rik edi­rəm, – ins­pek­to­run gur sə­si hö­ku­mət te­le­fo­nun­dan ka­bi­ne­tə ya­yıl­dı. O, ani nə­fəs də­rib sa­kit tərz­də da­vam et­di, – Mər­kə­zin rəs­mi təb­ri­ki qə­zet­lər­də çap olu­na­caq. Rəh­bər­lik qə­ra­ra alıb ki, pla­nı, öh­də­li­yi ye­ri­nə ye­tir­di­yi­ni­zə gö­rə ra­yon­da "Məh­sul bay­ra­mı" ke­çi­ril­sin. Siz mü­ka­fa­ta təq­dim olu­nur­su­nuz. Təb­rik edi­rəm!
Göz­lə­mə­di­yim, qə­fil şad xə­bər­dən xoş­hal olub, se­vin­cim­dən hə­yə­can­la ca­vab ver­dim:
– Təb­rik üçün sağ olun. Si­zin söz­lə­ri­ni­zi, rəh­bər­li­yin qə­ra­rı­nı mə­sul iş­çi­lə­rə, əmək­çi­lə­rə çat­dı­ra­ram. On­lar bu il bol məh­sul ye­tiş­di­rib, üzü­mü son gi­lə­si­nə­dək yı­ğıb­lar...
– Son gi­lə­si­nə qə­dər?!
– Bə­li.
– Biz­də olan mə­lu­ma­ta gö­rə bağ­lar­da hə­lə məh­sul var. Mər­kə­zin gös­tə­ri­şi be­lə­dir ki, qa­lan məh­su­lu tez­lik­lə yı­ğıb əla­və öh­də­li­yi də ye­ri­nə ye­ti­rə­si­niz. Bu olar həm re­kord, həm də ge­ri­də qa­lan ra­yon­la­ra kö­mək. Si­zin ra­yon üçün on min ton nə­dir ki?!
– Axı...
– Rəh­bər­li­yin gös­tə­ri­şi mü­za­ki­rə olun­mur. Mən bu­nu si­zə çat­dı­rı­ram. Xa­hiş edi­rəm, mə­su­liy­yə­ti­ni­zi itir­mə­yə­si­niz. Mü­vəf­fə­qiy­yət­dən lov­ğa­la­nıb ar­xa­yın­laş­maq ol­maz. Yox­sa...
Te­le­fon dəs­tə­yin­dən qu­laq­la­rı­ma do­lan aram­sız uğul­tu­ya əsəb­lə­rim döz­mə­di. San­ki ba­şı­ma çə­kic vu­rur, bey­ni­mi ovur­du­lar. Dəs­tə­yi ye­ri­nə qo­yub aya­ğa qalx­maq is­tə­dim. Ba­car­ma­dım. Göz­lə­rim qa­ral­dı. Qu­laq­la­rı­mın uğul­tu­su kəs­mə­di. Bə­də­nim süst­ləş­di... Hə­bi di­li­min al­tı­na qo­ya­na­can mə­ni tər bas­dı.
Bir az­dan dər­man tə­si­ri­ni gös­tər­di, de­yə­sən ya­vaş-ya­vaş özü­mə gəl­dim, göz­lə­rim işıq­lan­dı. Ka­bi­net­də heç kəs yox idi. Ağ­lı­ma gə­lən ilk fi­kir bu ol­du: "Ölüm göz­lə qaş ara­sın­da­dır". Bax, be­lə olur­muş... De­yə­cək­di­lər, sə­hər tez­dən te­le­fon­la da­nı­şan­dan son­ra Fəx­ri Mər­dan­lı­nın ürə­yi da­ya­nıb. Da­ha har­dan bi­lə­cək­di­lər ki, ona te­le­fon­la de­yi­lən söz na­mərd xən­cə­ri ki­mi ürə­yi­nə sap­la­nıb...
İ­la­hi, bu tə­zə ins­pek­tor nə al­lah­sız adam­dır. Heç bir həf­tə de­yil bur­da ol­du­ğu. Bağ­la­rı qa­rış-qa­rış gə­zib, hər şe­yi öz göz­lə­ri­lə gö­rüb. Gö­rüb ki, üzü­mü son gi­lə­si­nə­cən yığ­mı­şıq, da­ha məh­sul qal­ma­yıb bağ­lar­da. De­yib ki, ra­por­tu­nu­zu ve­rin, mən də Mər­kə­zə de­yim. Sağ olun, yax­şı iş­lə­mi­siz, pla­nı da, öh­də­li­yi də ye­ri­nə ye­tir­mi­siz.
Bəs in­di bu nə­dir? "Biz­də olan mə­lu­ma­ta gö­rə bağ­lar­da hə­lə məh­sul var". Kim­dir o ya­lan mə­lu­ma­tı ve­rən? Axı, sən öz göz­lə­rin­lə gör­mü­sən. Göz­lə­ri­nə ina­nır­san, yox­sa qu­laq­la­rı­na? Bəl­kə rəh­bər yum­ru­ğu­nu kür­sü­yə elə vu­rub ki, so­zü­nü də­yiş­mi­sən. De­mi­sən, hə­lə məh­sul var, əla­və öh­də­lik də gö­tü­rə bi­lər­lər. İca­zə ve­rin, si­zin adı­nız­dan da­nı­şım. Bəl­kə mü­ka­fat mə­sə­lə­si də qon­dar­ma­dır. Özün­dən qo­şur, şir­nik­lən­di­rir. Nə bi­lim, ha­ra­dan öy­rə­nim?
An­caq bir mə­sə­lə gün ki­mi ay­dın­dır ki, mə­ni ya­lan mə­lu­mat ver­mə­yə, "pri­pis­ka" zəh­ri­ma­ra təh­rik edir­lər. Öz­lə­ri yax­şı bi­lir­lər ki, da­ha üzüm yox­dur, yı­ğı­lıb qur­ta­rıb. Heç on gi­lə də qal­ma­yıb, on min ton is­tə­yir­lər. Ha­ra­dan ve­rim? Yox, mən ya­lan mə­lu­ma­ta qol çə­kib, si­nə­si­nə or­den-me­dal ta­xan­lar­dan de­yi­ləm. Köh­nə ki­şi­lər yax­şı de­yib­lər: "ney­lə­yi­rəm o qı­zıl teş­ti ki, içi­nə qan qu­sum". Ağa­za­də ki­mi. Onun vax­tın­da iş­lə­yən­lə­rin ne­çə­si həbs­də­dir. Adi üzüm­çü­lər, qız-gə­lin­lər məh­kə­mə qar­şı­sın­da şa­hid ki­mi din­di­ril­di­lər. Pro­ku­ror Nə­bi­li, mi­lis rəi­si Sə­fə­rov rüş­vət ve­rib ara­dan çıx­dı­lar. Gül­ma­lı­ye­vi, Qu­li­ye­vi, kom­so­mol Sa­ki­ti iş­dən qov­du­lar.
Ağ te­le­fo­nun ota­ğı ba­şı­na gö­tü­rən cin­gil­ti­li sə­si mə­ni ağır dü­şün­cə­lər­dən ayır­dı. "Al­lah xe­yir elə­sin", – de­yib dəs­tə­yi gö­tür­düm. Qon­şu ra­yo­nun mə­nə ya­xın, xa­siy­yət­cə nik­bin, za­ra­fat­cıl baş­çı­sı­nın sə­si­ni eşit­dim.
– Sa­lam, təb­rik edi­rəm! Bəs ra­dio­nu aç­ma­mı­san? Əş­şi, sə­hər tez­dən sə­nin ra­yo­nu­nu hey tə­rif­lə­yir­lər. Pla­nı, öh­də­li­yi ye­ri­nə ye­tir­di­yi­ni­zə gö­rə Mər­kəz təb­rik edir. Bəh-bəh, in­di də əla­və öh­də­lik­dən söh­bət ge­dir. Fəx­ri, on­suz da içi mən qa­rı­şıq bü­tün ra­yon baş­çı­la­rı sə­ni düz, ya­lan-fi­lan­la ara­sı ol­ma­yan ki­şi ki­mi ta­nı­yı­rıq. Am­ma bu də­fə bir ba­la­ca şüb­həm var. Sən ca­nın, qar­da­şı­na dü­zü­nü de, bağ­lar­da heç bir sal­xım da ol­sa qa­lıb?
– Sal­xım nə­dir, heç bir gi­lə də qal­ma­yıb.
– Bəs on­da sən bu on min to­nu ne­cə ve­rə­cək­sən? Söz ver­mi­sən axı!
– Ya­lan­dır, mən söz-zad ver­mə­mi­şəm.
– Ne­cə yə­ni ya­lan­dır? Heç bi­lir­sən ada­mın ba­şı­na nə oyun açar­lar? Mə­sə­lən, bü­tün baş­çı­lar ki­mi mən də Mər­kə­zin əla­və tap­şı­rı­ğı­na "hə" de­mi­şəm. Sən bi­lir­sən xa­siy­yə­ti­mi, hər yer­dən, hər şey­dən xə­bə­rim ol­ma­sa, ya­ta bil­mə­rəm. İq­ti­sa­diy­yat da­ğı­lır, adam­lar da lap üzə du­rub­lar, xü­su­sən ca­van­lar, inam­la­rı­nı iti­rib­lər. Eşit­mə­mi­sən, ya­lan­çı­nın evi yan­dı, heç kəs inan­ma­dı... Əş­şi, rəh­mət­li­yin oğ­lu, tək­cə biz de­yi­lik ki. Köh­nə ki­şi­lər de­yib­lər: ba­za­ra gir­din, gör­dün ki, ha­mı çaş ba­xır, sən də gö­zü­nü qı­pıq elə.
– Mən elə­yə bil­mi­rəm, ba­car­mı­ram...
– Hə, bi­li­rəm xa­siy­yə­ti­ni, sə­nin ki­mi­lər az da ol­sa, var. An­caq cə­za­la­rı da ağır olur. Ba­car­maz­san, qur­ban ge­dər­sən. Ad da qo­yar­lar ki, fi­lan­kəs düz iş­lə­mə­di, pri­pis­ka elə­di, cə­za­sı­nı ver­dik, vəs­sa­lam. Mən az öm­rüm­də be­lə şey­lə­ri çox gör­mü­şəm. Elə sə­nin ki­mi, düz­lük­dən dəm vu­ran­la­rı da. Gə­lin ge­dən bə­zi qız­lar ki­mi əv­vəl çəm-xəm elə­yir­lər, son­ra da... Ba­ğış­la mə­ni, sə­nin də, sə­nin ki­mi­lə­rin də axı­rı be­lə ola­caq, qo­şu­la­caq­sız biz­lə­rə...
– Yox qar­daş, de­dim ki, ba­car­ma­ya­ca­ğam!...
– Da­yan gö­rək, sən al­lah. Sə­hər-sə­hər na­haq ye­rə qa­nı­mı­zı qa­ralt­ma­yaq. O, son­ra­nın işi­dir. Eşit, sə­nə bir anek­dot da­nı­şım, bir az gü­lək.
– O hal­da de­yi­ləm, val­lah. Ürə­yim ya­man ağ­rı­yır. Hə­kim ça­ğır­maq is­tə­yir­dim ki, zəng elə­din.
– Ba­ğış­la, sən al­lah, mən də sə­ni çə­nə söh­bə­ti­nə tut­mu­şam. Bi­lə­sən ki, ürə­yi­nin xəs­tə ol­du­ğu­nu Mər­kə­zə də çat­dı­rıb­lar. Qar­daş, özün­dən mu­ğa­yat ol. Mə­nim ki­mi sə­hər­lər yüz-yüz vur, hər boş şe­yi ürə­yi­nə sal­ma. Sağ ol!
Dəs­tə­yi ye­ri­nə qoy­dum. Am­ma axır­da eşit­dik­lə­ri­min əks-sə­da­sı qu­laq­la­rım­da qal­dı: "hər boş şe­yi ürə­yi­nə sal­ma". Bu nə da­nı­şır? Bu­na boş şey de­mək olar? Ya­la­na im­za qoy, ca­maa­tı, döv­lə­ti al­dat, qa­rış­qa­nı fil elə, göz­dən pər­də as, əvə­zin­də si­nə­nə or­den tax­sın­lar. Son­ra da uta­nıb qı­zar­ma­dan el-oba­ya çıx, düz­lük­dən da­nış, ca­van­la­ra hə­qi­qət dər­si keç, mə­nə­vi də­yər­lər­dən mü­ha­zi­rə oxu!
Si­nəm­dən küt ağ­rı qop­du. Yox, mən be­lə iş­lə­yə bil­mə­rəm. Ürə­yim döz­məz, öm­rüm bo­yu vic­dan əza­bı çə­kə­rəm. Har­da­sa oxu­mu­şam: gə­rək elə əməl sa­hi­bi ola­san ki, sağ­lı­ğın­da özün, ai­lən, ölən­dən son­ra nəs­lin xə­ca­lət çək­mə­sin.
Yax­şı­sı bu­dur əri­zə­mi ya­zım, iş­dən çı­xım. On­suz da Mər­kəz xəs­tə­li­yi­mi bi­lir, eti­raz elə­məz. Əv­vəl­ki ki­mi öz işim­lə, ya­zı-po­zum­la məş­ğul ola­ram. Ha­çan­dır qə­ləm­dən ay­rı düş­mü­şəm... Ürə­yim do­lu­dur. Öz pe­şəm­dən ay­rı­lıb və­zi­fə­yə ke­çən­dən nə­lər gör­mə­mi­şəm, nə­lə­rin şa­hi­di ol­ma­mı­şam?! Üs­tə­lik ürək, əsəb xəs­tə­li­yi qa­zan­mı­şam.
Gör­dük­lə­ri­mi, ürə­yi­mə yük elə­dik­lə­ri­mi, əsəb­lə­ri­mi ta­rı­ma çə­kən­lə­ri yaz­ma­lı­yam. Yaz­ma­sam ürə­yim döz­məz. Hə­ya­tım öz mə­na­sı­nı iti­rər.

Söz var, kə­sər sa­va­şı,
Söz var, kəs­di­rər ba­şı

Xə­tai

I I

– İs­te­fa! İs­te­fa!...
Bu səs­lər ne­çə gün idi ki, ra­yon mər­kə­zi­ni ba­şı­na gö­tür­müş­dü. Sə­hər, ax­şam bil­mə­dən, iş və ya is­ti­ra­hət saat­la­rı­nın fər­qi­nə var­ma­dan şə­hə­rin gah bu, gah da o bi­ri ba­şın­da sən­gi­mə­dən səs­lə­nən ça­ğı­rış adam­la­rın var­lı­ğı­na ha­kim kə­sil­dik­cə, ürə­yi­min ağ­rı­sı şid­dət­lə­nir­di...
Mən hə­kim­lə­rin məs­lə­hə­ti­lə müa­li­cə olun­maq üçün Ba­kı­ya get­mə­yə ha­zır­la­şır­dım. Mər­kəz­lə da­nı­şıb rəh­bər­lik­dən ica­zə al­mış­dım. İş ota­ğım­da yo­la ha­zır­la­şır, yır-yı­ğış edir­dim. Əs­lin­də məq­sə­dim baş­qa idi. Bu­nu ev­də Dür­da­nə­yə de­yib onu se­vin­dir­miş­dim. O, də­fə­lər­lə mə­nə yal­va­rıb-ya­xar­mış­dı ki, əməl­li-baş­lı müa­li­cə olu­num, elə xəs­tə­xa­na­dan iş­dən azad olun­ma­ğım ba­rə­də əri­zə­mi rəh­bər­li­yə gön­də­rim. Son­ra da öz pe­şəm­lə, işim­lə məş­ğul olum. Fik­rim qə­ti idi.
– İs­te­fa! İs­te­fa!...
Pən­cə­rə­nin önün­də du­rub tül pər­də ar­xa­sın­dan səs gə­lən tə­rə­fə bax­dım. Hə­yət­də bir dəs­tə adam yum­ru­ğu­nu qal­dı­rıb qış­qı­rır­dı. Mə­ni təəc­cüb­lən­di­rən bu idi ki, özü­nü xalq hə­rə­ka­tı­nın ra­yon təş­ki­la­tı sa­yan dəs­tə­nin tər­ki­bi ta­ma­mi­lə də­yiş­miş­di. Mu­rad müəl­li­min baş­çı­lıq et­di­yi zi­ya­lı­lar gö­zə gö­rün­mür­dü­lər.
O, ra­yon­da sa­yı­lıb-se­çi­lən in­san­lar­dan idi. Mən hə­lə qə­zet­də iş­lə­yən­də Mu­rad müəl­li­mi sa­vad­lı, ge­niş dün­ya­gö­rüş­lü, yük­sək mə­də­niy­yət­li, prin­si­pial bir in­san ki­mi ta­nı­yır­dım. Yax­şı, duz­lu qə­lə­mi var­dı, yer­li qə­zet­də tez-tez ya­zı­la­rı dərc olu­nur­du. Hə­rə­ka­tın ra­yon təş­ki­la­tı­nın səd­ri olan­dan son­ra kö­mək­çi­lə­ri ilə bir­lik­də ya­nı­ma gəl­di. Açıq söh­bə­ti­miz ol­du. De­dim ki, hə­rə­ka­tın proq­ra­mı, ni­zam­na­mə­si ilə ta­nı­şam, si­zə kö­mək gös­tə­rə bi­lə­rəm. Tap­şır­mı­şam ki, yer­li qə­zet­də hə­rə­ka­tın proq­ra­mı, ni­zam­na­mə­si çap edil­sin, ra­yon mər­kə­zin­də, kənd­lər­də, kol­lek­tiv­lər­də gö­rüş­lə­ri­ni­zə, işi­ni­zə ma­ne ol­ma­sın­lar. İs­tə­di­yi­niz vaxt­da və yer­də təd­bir ke­çi­rə bi­lər­si­niz. Bu şərt­lə ki, bir gün əv­vəl mə­nə xə­bər ve­rə­si­niz. Dağ­lıq Qa­ra­ba­ğın azər­bay­can­lı­lar ya­şa­yan kənd­lə­ri­nə ər­zaq­la, zə­ru­ri mal­lar­la kö­mək gös­tə­ril­mə­si­nə si­zin­lə bir­lik­də ça­lı­şa­ca­ğıq. Ha­mı­mız bu xal­qın, bu tor­pa­ğın öv­la­dı­yıq. Gə­lin, əl-ələ ve­rib Qa­ra­bağ yan­ğı­nı­nı bir­lik­də sön­dü­rək.
Mu­rad müəl­lim də öz tək­lif­lə­ri­ni ver­di. Ra­zı­laş­dıq. Qa­ra­ba­ğa kö­mə­yi­mi­zi güc­lən­dir­dik, bir növ "nəq­liy­yat dəh­li­zi" ya­rat­dıq. Yer­li mi­lis­dən, ay­rı-ay­rı kol­lek­tiv­lər­dən, hə­rə­ka­tın fəal­la­rın­dan cəb­hə­yə kö­nül­lü dəs­tə­lər, ər­zaq, pal-pal­tar gön­dər­dik.
Bi­zim bir­gə tə­şəb­bü­sü­mü­zü Mər­kəz də, hə­rə­ka­tın rəh­bər­li­yi də bə­yən­di­lər, baş­qa ra­yon­la­ra, böl­gə­lə­rə nü­mu­nə gös­tər­di­lər.
Bir­dən göz­lə­mə­di­yim, heç cür ağ­lı­ma gəl­mə­yən ha­di­sə baş ver­di. Ra­yon­da "bəy­lər" ara­sın­da hərc­mərc­lik, ay­rı-seç­ki­lik meyl­lə­ri güc­lən­di. Mi­ri­şin tə­rəf­dar­la­rı Mu­rad müəl­li­min həm­fi­kir­lə­ri­lə əl­bə­ya­xa ol­du­lar.
Mi­riş ca­maa­tın için­də Mu­rad müəl­li­mə ağ­zı­na gə­lə­ni de­miş, onu təh­qir et­miş­di. Ürə­yi bu­nun­la so­yu­ma­mış mik­ro­fo­nu Mu­rad müəl­li­min əlin­dən zor­la dar­tıb ala­raq sə­si gəl­dik­cə ba­ğır­mış­dı:
– Sən biz­dən de­yil­sən, ola da bil­məz­sən. Ona gö­rə ki, gəl­mə­sən, yan-yö­rən­də­ki­lər də elə sə­nin ki­mi. Ge­din öz ra­yo­nu­nu­za, vəs­sa­lam.
Mu­rad müəl­lim ona təm­kin­lə, ağıl­lı ca­vab ver­miş, "Sə­nin ki­mi xal­qı, tor­pa­ğı böl­gə­lə­rə par­ça­la­yan, ay­rı-seç­ki­lik sa­lan, dar dü­şün­cə­li na­dan­lar­la bi­zim­ki tut­maz" – de­miş­di. Bu­nun­la da ra­yon zi­ya­lı­la­rı Mi­ri­şin dəs­tə­sin­dən uzaq­laş­mış­dı­lar.
Bu ha­di­sə­dən son­ra par­ça­lan­mış qrup­lar ara­sın­da qar­şı­dur­ma ya­ran­sa da tez­lik­lə sa­kit­ləş­di. Mu­rad müəl­lim eh­ti­yat­da olan za­bit ki­mi kö­nül­lü cəb­hə­yə get­di. Həm­ya­şıd­la­rı, ca­van və­tən­pər­vər­lər də onun ça­ğı­rı­şı­na qo­şul­du­lar.
Gün­bə­gün tə­rəf­dar­la­rı aza­lan Mi­ri­şin mi­tinq­də şəst­lə de­di­yi ki­mi "proq­ram çı­xı­şı" ra­yon­da qə­ri­bə əks-sə­da do­ğur­du, ca­maa­tı çaş­baş sal­dı:
– Biz xalq hə­rə­ka­tı­nın ra­yon təş­ki­la­tı ola­raq Qa­ra­bağ mə­sə­lə­si­ni don­du­ru­ruq, yə­ni, son­ra­ya sax­la­yı­rıq. İn­di ən va­cib mə­sə­lə ilə məş­ğul ola­caq, da­xi­li düş­mən­lə­ri­miz­lə haqq-he­sab çə­kə­cə­yik. Bu­na gö­rə im­kan­lı, və­zi­fə­li adam­la­rın pul­la­rı­nı, qı­zıl­la­rı­nı, qiy­mət­li şey­lə­ri­ni zəbt edib əvə­zin­də cəb­hə­yə si­lah ala­ca­ğıq. Si­lah­sız düş­mə­ni məğ­lub et­mək ol­maz. Əl­bət­tə, de­di­yim ki­mi bi­rin­ci növ­bə­də da­xi­li düş­mən­lə­ri.

* * *

– Da­xi­li düş­mən kim­dir?
"İs­te­fa" de­yə xor­la ba­ğı­ra-ba­ğı­ra ka­bi­ne­tə so­xu­lan dəs­tə­nin ba­şın­da əl-qo­lu­nu öl­çən də­li­sov Mi­riş sua­lı­ma hik­kə ilə ca­vab ver­di:
– Sən­sən, bəy!
– Onu doğ­ru de­yir­sən. Mən bəy nəs­lin­də­nəm. Ba­bam Mər­dan bə­yi 37-də so­vet özü­nə düş­mən bi­lib gül­lə­lə­di. Atam cəb­hə­də hə­lak ol­du. Da­ha sə­nin­ki­lər ki­mi dağ­da, də­rə­də, me­şə­də giz­lə­nib da­va­dan son­ra üzə çıx­ma­dı­lar! Ya­dın­da sax­la: gə­da­dan bəy ol­maz!
– Bəy, sə­ni elə bur­da...
Mi­ri­şin sə­si tit­rə­di, ya­şıl göz­lə­ri qan ça­na­ğı­na dön­dü. Yan-yö­rə­sin­də­ki can­gü­dən­lə­ri əl­lə­ri­ni cib­lə­ri­nə sa­lıb onun işa­rə­si­ni göz­lə­di­lər. Və bir­dən Mi­ri­şin si­fə­ti­nin ava­zı­yıb sa­ral­dı­ğı­nı, ət­ra­fın­da­kı­la­rın hə­yə­can­la pı­çıl­da­şıb çaş­baş qal­dıq­la­rı­nı gör­düm. Qan­rı­lıb ka­bi­ne­tin qə­fil açı­lan yan qa­pı­sın­dan içə­ri gi­rən Sər­həd dəs­tə­si­nin kəş­fiy­yat ko­man­di­ri­ni, uca­boy, iri cüs­sə­li, iti ba­xış­lı pol­kov­ni­ki, onun ar­xa­sın­da du­ran tök­mə­bə­dən müa­vi­ni­ni, ət­ra­fı­na boy­la­nan kö­mək­çi­si, ca­van, qar­ğı ki­mi düm­düz, şü­və­rək ka­pi­ta­nı gör­düm. Bir an­lı­ğa ko­man­dir­lə dü­nən­ki te­le­fon söh­bə­ti­miz ya­dı­ma düş­dü: sər­həd­ya­nı tar­la­lar­da iş re­ji­mi­lə bağ­lı məs­lə­hət­ləş­mək üçün onun­la gö­rüş tə­yin et­miş­dim.
Əs­lən ba­kı­lı olan sa­rı­şın ko­man­dir tə­miz Azər­bay­can di­lin­də:
– Qo­naq qo­na­ğı is­tə­məz, ev yi­yə­si heç bi­ri­ni, – de­yib ey­ham­la gü­lüm­sün­dü, – yol­daş Mər­dan­lı, əl­bət­tə, ata­la­rın sö­zü si­zə aid de­yil. Ma­şal­lah, sə­hər vax­tı nə çox qo­na­ğı­nız var. Əsas qa­pı­dan müm­kün ol­ma­dı, məc­bur ol­duq bur­dan gə­lək. Kəş­fiy­yat­çı­lar be­lə­dir də, bağ­lı qa­pı­dan da ke­çir­lər.
On­lar­la sə­mi­mi gö­rü­şüb di­van­da əy­ləş­mə­lə­ri­ni xa­hiş et­dim. Son­ra ma­tı-qu­tu çə­ki­lib san­ki dur­du­ğu ye­rə mıx­la­nan Mi­riş­dən heç nə ol­ma­mış ki­mi so­ruş­dum:
– Bəy, tək­li­fin nə­dir?
O, gö­zal­tı sər­həd­çi za­bit­lə­rə sa­rı bax­dı. On­la­rın bir-bi­ri­lə as­ta­dan söh­bət et­dik­lə­ri­ni gö­rüb elə bil özü­nə gəl­di, bir qə­dər sa­kit­lə­şən ki­mi ol­du.
– Tək­lif de­yən­də ki, biz xal­qın tə­lə­bi­lə gəl­mi­şik. Rüş­vət­xor­la­rı iş­dən qov­ma­ğı­nız tə­ləb olu­nur.
– Rüş­vət­xor­la­rı nəin­ki iş­dən qov­maq, ci­na­yət mə­su­liy­yə­ti­nə cəlb et­mək gə­rək­dir. Bu tə­lə­bi­ni­zi al­qış­la­yı­ram.
Mi­ri­şin bir az əv­vəl ava­zı­yan si­fə­ti işıq­lan­dı:


– On­da bu si­ya­hı­da­kı­la­rı qo­vun get­sin­lər.
O­nun qar­şı­ma qoy­du­ğu si­ya­hı­nı diq­qət­lə nə­zər­dən ke­çi­rib təəc­cüb­lən­dim:
– Bun­la­rın ha­mı­sı tə­zə işə gö­tü­rü­lən mə­sul iş­çi­lər­dir. Nə vaxt, kim­dən rüş­vət alıb­lar?
– Onu biz bi­li­rik. Si­zin işi­niz on­la­rı qov­maq­dır.
Mən hə­ya­sız­lıq­da həd­di­ni aşan Mi­ri­şə zənn­lə bax­dım:
– Bəs bun­la­rın ye­ri­nə kim­lə­ri qo­yaq, ra­yon­da bu qə­dər mü­tə­xəs­sis kad­rı ha­ra­dan ta­paq?
O, aya­ğı yer al­mış ki­mi şəst­lə:
– Bu­yu­ra bi­lər­si­niz, – de­yə qar­şı­ma bir və­rəq qoy­du, – bu si­ya­hı­da ha­mı­sı var. Xal­qın tə­lə­bi, təş­ki­la­tın qə­ra­rı be­lə­dir.
Si­ya­hı­ya diq­qət­lə bax­dım. Ye­nə hey­rət mə­ni bü­rü­dü:
– Bun­lar vax­ti­lə hə­min və­zi­fə­lər­də iş­lə­yən­lər­dir. Pis əməl­lə­ri­nə, qü­sur­la­rı­na gö­rə iş­dən çı­xa­rı­lıb­lar. Rüş­vət üs­tə in­di həbs­də olan­lar da var, – su­al do­lu nə­zər­lə­ri­mi Mi­ri­şin çaş­qın-çaş­qın ba­xan göz­lə­ri­nə zil­lə­dim, – mə­gər be­lə ya­ra­maz­la­ra tə­zə­dən mə­sul və­zi­fə eti­bar et­mək olar? Ca­maat nə de­yər? Bir də, xal­qın adın­dan yer­li-yer­siz da­nış­ma­yın.
Mi­riş ilan çal­mış ki­mi ye­rin­dən sıç­ra­dı. Gö­zal­tı hərb­çi­lə­rə, son­ra mə­nə tərs-tərs ba­xıb gür­zə ki­mi fı­sıl­da­dı:
– Heç ey­bi yox­du, bəy, borc ol­sun. – Son­ra ət­ra­fın­da­kı­la­ra gös­tə­riş ver­di. – Bu gün­dən fa­si­lə­siz ak­si­ya­la­ra baş­la­yı­rıq. Şüa­rı­mız: "İs­te­fa!"
Mi­ri­şin əm­ri özü­nü göz­lət­mə­di. Otaq­da gu­rul­tu qop­du. Yum­ruq­la­rın ha­va­da oy­na­ma­sı ilə qa­pı­ya sa­rı yö­nəl­mə­si bir ol­du. Pil­lə­lər­lə aşa­ğı enən dəs­tə "İs­te­fa! İs­te­fa!" de­yə qış­qı­rır­dı.
– Bu gün ha­va xoş­dur, – de­dim, – pa­yı­zın be­lə vax­tı az ələ dü­şər. Eti­raz et­mə­sə­niz təd­bi­ri­mi­zi açıq ha­va­da – sər­həd­ya­nı bağ­da­kı tar­la dü­şər­gə­sin­də ke­çi­rə­rik. Sə­hər ça­yı­nı da ora­da içə­rik.
Ko­man­dir məm­nu­niy­yət­lə ra­zı ol­du.

* * *

Mi­riş sö­zü­nün üs­tün­də möh­kəm dur­du. "İs­te­fa" sə­da­la­rı ra­yo­nu ba­şı­na gö­tür­dü. Mi­tinq­lər, kü­çə yü­rüş­lə­ri ara ver­mir­di. La­kin qo­lu­zor­lu­lar­dan iba­rət az­say­lı dəs­tə­si­lə o, is­tə­yi­nə na­il ola bil­mir­di. Odur ki, "tak­ti­ka"­sı­nı də­yiş­di, vax­ti­lə və­zi­fə­lə­rin­dən qo­vu­lan­la­rı, həbs­də ya­tan­la­rı təş­ki­la­tın fəal­la­rı sı­ra­sı­na cəlb et­di. Ray­ko­mun tə­sər­rü­fat üz­rə keç­miş ka­ti­bi, yal­taq, rüş­vət­xor ki­mi ad çı­xa­ran Ba­laş Gül­ma­lı­yev Mi­ri­şin məs­lə­hət­çi­si, ti­ca­rət ida­rə­si­nin sa­biq mü­di­ri Alış Alı­şov "spon­sor­"u, az qa­la öm­rü­nün ya­rı­sı­nı həbs­də ke­çi­rən ye­kə­pər Qu­luş baş can­gü­də­ni ol­du. Bu mü­na­si­bət­lə yer­li şa­ir Azad müəl­li­min qoş­du­ğu həcv­lər, sa­ti­rik şeir­lər ca­maat ara­sın­da dil­dən-di­lə gəz­di. Mi­riş onu hə­də­lə­di, "sə­nin də vax­tı­na az qa­lıb" me­sa­jı­nı gön­dər­di.
Hiy­lə­gər­lik­də tül­kü­nü qa­baq­la­yan Ba­laş Gül­ma­lı­ye­vin məs­lə­hə­ti, Mi­ri­şin gös­tə­ri­şi­lə mi­tinq­lə­rə qa­tı­lan­la­rın sa­yı­nı ar­tır­maq üçün qon­şu ra­yon­lar­dan adam­lar gə­tirt­di­lər. Mi­ri­şin də­də-ba­ba yur­du­na, qon­şu dağ ra­yo­nu­na Alı­şın xər­ci he­sa­bı­na məx­su­si ma­şın­lar gön­də­ril­di. Hə­min ma­şın­lar­da gə­ti­ri­lən, ək­sə­riy­yə­ti Mi­ri­şin qo­hum-əq­rə­ba­la­rın­dan, ya­xın­la­rın­dan iba­rət olan ki­şi­lər, qa­dın və uşaq­lar "ak­si­ya­nın zər­bə möv­qe­yin­də" – mi­tinq iş­ti­rak­çı­la­rı­nın önün­də yer­ləş­di­ril­di­lər.
Öt­kəm səs­lə da­nı­şa-da­nı­şa vəc­də gə­lən Mi­riş bir­dən əlin­də­ki mik­ro­fo­nu az qa­la ağ­zı­na ya­pış­dı­rıb var gü­cü ilə qış­qır­dı:
– İs­te­fa! Rədd ol­sun azad­lıq düş­mən­lə­ri, irə­li!...
İz­di­ha­mın önün­də da­ya­nan üzü­tük­lü ki­şi­lər, baş­la­rı­na qa­ra şal bağ­la­mış uzun­tu­man qa­dın­lar, on­la­rın qar­şı­sın­da du­ran ye­ni­yet­mə­lər Mi­ri­şin bu söz­lə­ri­nə bənd­miş ki­mi irə­li cum­du­lar...
Yax­şı ki, xü­su­si tə­yi­nat­lı dəs­tə özü­nü vax­tın­da ye­tir­di, atəş aç­ma­dan, heç kə­sə xə­sa­rət ye­tir­mə­dən asa­yi­şi bər­pa et­di.
Ra­yon qə­ze­ti fo­to-müx­bi­ri­nin çək­di­yi şə­kil­lə­ri, səs ya­zıl­mış len­ti Mər­kə­zə gön­dər­dim. Bu, də­lil-sü­bu­tun qar­şı­sın­da Mi­ri­şin, onun ra­yon­da­kı və Ba­kı­da­kı tə­rəf­dar­la­rı­nın ya­lan­dan hay-küy sa­lıb su­dan qu­ru çıx­maq cəh­di baş tut­ma­dı.
Hə­rə­ka­tın mər­kə­zi təş­ki­la­tı­nın rəh­bə­ri və­ziy­yə­tin cid­di­li­yi­ni hiss edib özü ra­yo­na təş­rif bu­yur­du. O, yer­lər­də va­cib say­dı­ğı adam­lar­la tək­bə­tək söh­bət et­di. Ra­yo­nun bö­yük ic­las sa­lo­nun­da müx­tə­lif təş­ki­lat­la­rın nü­ma­yən­də­lə­ri, zəh­mət adam­la­rı, zi­ya­lı­lar, ağ­saq­qal­lar­la gö­rüş­dü. Hə­rə­ka­tın məq­sə­di, proq­ra­mı və ni­zam­na­mə­si ba­rə­də ət­raf­lı da­nı­şıb, on­la­rı səbr­lə din­lə­di.
A­xır­da Bay­ram ki­şi aya­ğa qalx­dı:
– Mə­ni el-oba yax­şı ta­nı­yır. Mü­ha­ri­bə­də tank­çı, çöl­də-tar­la­da trak­tor­çu ol­mu­şam. Zəh­mət­lə qa­zan­dı­ğım ha­lal çö­rə­yi­mi ye­mi­şəm, sö­zün dü­zü­nü de­mi­şəm. Kənd-kə­sək­də, ra­yon­da, lap yu­xa­rı­lar­da, pay­taxt­da­kı ali məc­lis­də də. Si­zin bu­ra­da de­dik­lə­ri­niz, proq­ra­mı­nız, ni­zam­na­mə­niz ba­rə­də söy­lə­dik­lə­ri­niz xo­şu­ma gəl­di. Hə­lə ne­çə ay bun­dan əq­dəm nə­vəm oxu­du o proq­ram-ni­zam­na­mə­ni. Gör­düm ki, elə mən de­yə­ni ya­zıb­lar. Elə bil ürə­yi­mi oxu­yub­lar. O vaxt­lar da əsl kom­mu­nist­lər, ha­lal adam­lar əliəy­ri­li­yə, rüş­vət­xor­lu­ğa, xal­qın ma­lı­nı tar­mar edən­lə­rə düş­mən olub­lar. Tə­ləb elə­yib­lər ki, par­ti­ya­nın proq­ra­mı­na, ni­zam­na­mə­si­nə əməl olun­sun.
Zal­da­kı­lar pı­çıl­da­şıb gü­lüş­dü­lər. Bay­ram ki­şi özü­nü o ye­rə qoy­ma­yıb sö­zü­nə da­vam et­di:
– Hə, mən ola­nı, öz ürə­yim­də­ki­lə­ri de­yi­rəm. Nə­və­mə de­dim ki, bir də oxu onu. Bə­zi mə­qam­la­rı ba­şım həzm elə­mə­di. Bir də oxu­du – müs­tə­qil­lik, su­ve­ren­lik ... Gör­dü al­nı­mı ovuş­du­ru­ram, izah elə­di, mi­sal­lar çək­di. Ma­şal­lah ali təh­sil­li, ağıl­lı-ka­mal­lı ca­van­dı. So­ruş­du ki, ba­ba, sə­ni ba­şa sa­la bil­dim? De­dim, ba­la, çox sağ ol, hər şey mə­nə ay­dın ol­du. Al­lah­dan ar­zum bu­dur ki, o gün ol­sun ki, oxu­yub mə­nə ba­şa sal­dıq­la­rın çin ol­sun. Mə­nim bun­dan sa­va­yı ar­zum yox­du. O Mu­rad müəl­li­mi ça­ğır ya­nı­ma, ona, bu işə qol qo­yan­la­ra xe­yir-dua ve­rə­cə­yəm, na­maz üs­tə dua elə­yib niy­yət oru­cu tu­ta­ca­ğam...
Zal­da al­qış qop­du. Qo­naq da əl ça­lıb uca­dan səs­lən­di:
– Al­lah ar­zu­na çat­dır­sın, ağ­saq­qal!
– Sağ olun, – Bay­ram ki­şi ra­zı­lı­ğı­nı bil­dir­di. Son­ra ani fik­rə ge­dib, – an­caq bir tə­vəq­qəm var, – de­di.
– Bu­yu­run.
– Xa­hiş edi­rəm, – şə­ha­dət bar­ma­ğı­nı Mi­ri­şə tə­rəf tuş­la­dı, – onu ba­şa sa­lın ki, ya­zı­lan­la­ra əməl elə­sin. Ca­maa­tı, el-oba­nı bir-bi­ri­nə vu­rub ara­nı qa­rış­dır­ma­sın.
Zal­da­kı­lar çö­nüb Mi­ri­şə, son­ra Bay­ram ki­şi­yə bax­dı­lar.
– De­dim ki, mən sö­zü ada­mın gö­zü­nün içi­nə de­yə­nəm. Bu özün­dən bəy hə­rə­ka­tın üzv­lə­ri ara­sın­da elə ni­faq sal­dı ki, Mu­rad müəl­lim və onun ki­mi ağıl­lı, bi­lik­li adam­lar təş­ki­lat­dan uzaq­laş­dı­lar. Sağ ol­sun­lar, qar­şı­dur­ma da ya­rat­ma­dı­lar. "Qar­daş qar­daş­la yox, düş­mən­lə vu­ru­şar", – de­yib cəb­hə­yə get­di­lər. İn­di kö­nül­lü­lə­ri­miz, yan-yö­rəm­də­ki ağ­saq­qa­la­rın öv­lad­la­rı, qo­hum­la­rı, içə­ri­lə­rin­də mə­nim də nə­və­lə­rim Qa­ra­bağ­da tor­pa­ğı­mı­zı qo­ru­yur­lar. Ata-ba­ba­la­rı ki­mi. Ta qə­dim­lər­dən bə­ri be­lə olub: düş­mən tor­pa­ğı­mı­za ayaq açan­da bü­tün xalq, el-oba yı­ğı­şıb, öz ara­la­rın­da­kı söz-söh­bə­ti, kin-kü­du­rə­ti, in­cik­li­yi kə­na­ra qo­yub, düş­mə­nin üs­tü­nə bö­yük qüv­və ilə ge­dib­lər. Elə o za­man­dan mə­səl qa­lıb: "El gu­cu, sel gü­cü."
Bay­ram ki­şi sağ əli­ni irə­li uza­dıb üzü­nü qa­baq sı­ra­da Mi­riş və onun­la ya­na­şı otu­ran­la­ra tut­du:
– Bəs siz ney­lə­yir­si­niz? Heç nə! Mi­riş o də­fə mi­tinq­də elan edib ki, Qa­ra­bağ mə­sə­lə­si­ni don­du­ru­ruq. A ba­la, bu ya­şa gəl­mi­şəm, be­lə şey eşit­mə­mi­şəm. Nə­yi, ne­cə don­du­rur­san? Düş­mən tor­pa­ğı­nı mur­dar­la­yır, bi­na­mus iş­lər gö­rür. Bü­tün dün­ya­nın er­mə­ni­lə­ri­ni kö­mə­yə ça­ğı­rır. Gör ne­cə təb­li­ğat apa­rır ki, mil­yo­ner er­mə­ni­nin oğ­lu xa­ric­dən gə­lib bur­da vu­ru­şur. Te­le­vi­zor­da gös­tər­di­lər, hə­min yan­lar­dan bi­ri bi­zim mərd oğul­la­rı­mı­zın gül­lə­si­nə tuş gə­lib, gə­bə­rib... Er­mə­ni­lər də onu tən­tə­nəy­nən bas­dı­rıb­lar. Bü­tün dün­ya­ya car çə­kib­lər ki, əsl er­mə­ni be­lə olar... İn­di qa­baq cər­gə­də otu­ran­lar­dan so­ru­şu­ram: bəs si­zin uşaq­la­rı­nız­dan, ya­xın­la­rı­nız­dan heç ol­ma­sa bi­ri cəb­hə­yə ayaq ba­sıb­mı? Əs­təğ­für­rul­lah! Mi­ri­şin böy­rü­nə qı­sı­lan Alış Alı­şov, sə­nin o er­mə­ni mil­yon­çu­sun­dan var-döv­lə­tin az­dı mə­gər? Elin gö­zü tə­rə­zi, ağ­zı çu­val­dı. Sə­nə "pu­lu­nu bal­ta kəs­mə­yən Alış" de­yir­lər. Ma­şal­lah, lay di­var ki­mi oğul­la­rı­nın da­va­ya get­mə­mə­lə­ri bir ya­na, de gö­rək, cəb­hə­yə bir ki­sə un gön­dər­mi­sən? Axı, gö­zü­nün qa­ba­ğın­da el-oba, ka­sıb-ku­sub yı­ğı­şıb cəb­hə­yə əl­lə­rin­dən gə­lən kö­mə­yi elə­yir­lər. Bəs sən, sə­nin ki­mi­lər ney­lə­yir­lər?!
Zal­da hay-küy qop­du. Alış aya­ğa du­rub Bay­ram ki­şi­yə çə­pə­ki nə­zər sal­dı. Bay­ram ki­şi­nin ət­ra­fın­da otu­ran ağ­saq­qal­la­rın, ar­xa cər­gə­lər­də­ki kənd ca­van­la­rı­nın ona zil­lə­nən öt­kəm ba­xış­la­rın­dan çə­ki­nib dər­hal ye­ri­nə qı­sıl­dı.
Bay­ram ki­şi heç nə ol­ma­mış ki­mi yu­xa­rı baş­da əy­lə­şib onu diq­qət­lə din­lə­yən qo­naq­dan nə­zər­lə­ri­ni çək­mə­dən sö­zü­nə da­vam et­di:
– So­ru­şa bi­lər­si­niz, ay Bay­ram ki­şi, bəs bun­lar – Mi­riş bəy, onun ba­şı­na yı­ğı­lan­lar bir iş gör­mür­lər? Ni­yə, ağ­rın alım, bəs bu adam­la­rı bir-bi­ri­nə kim qa­tır, qar­da­şı qar­da­şa kim düş­mən elə­yir. Mi­riş mi­tinq­də elan edib ki, gə­rək Qa­ra­bağ­dan əv­vəl da­xi­li düş­mən­lər­lə mü­ba­ri­zə apa­raq. Kim­di da­xi­li düş­mən? A ba­şı­nı­za dö­nüm, bu Mi­riş, er­mə­ni­ni qo­yub, öz içi­miz­dən düş­mən ax­ta­rır. Fi­kir mə­ni gö­tü­rür, bun­lar öz xe­yir­lə­ri­nə gö­rə ca­maa­tı bir-bi­ri­nə vu­rub çaş­dı­rır­lar. Yo­ox, xal­qı al­dat­maq ol­maz, be­lə­lə­ri an­caq küt­lə­ri tov­la­ya bi­lər­lər.
Yer­dən kim­sə söz at­dı:
– Bay­ram ki­şi yə­qin küt­lə de­mək is­tə­yir.
Ağ­saq­qal ba­şı­nı bu­la­yıb, töv­rü­nü poz­ma­dan qə­tiy­yət­lə ca­vab ver­di:
– Xeyr, nə da­nış­dı­ğı­mı yax­şı bi­li­rəm. Mən be­lə­lə­ri­nə küt de­yi­rəm. Bir ye­rə cəm­lə­şən­də olur­lar: küt­lər. Qol­dan zor, ağıl­dan küt. Bu ya­xın­lar­da özüm şa­hid ol­mu­şam. Kən­din ağ­saq­qal­la­rıy­nan ra­yo­na gəl­miş­dik. On­la­ra de­dim ki, ge­dək Mi­ri­şi gö­rək, ona sö­zü­mü­zü de­yib nə­si­hət ve­rək. Qa­pı­da du­ran ca­van­lar bi­zi içə­ri bu­rax­ma­dı­lar. De­di­lər ki, bəy məş­ğul­dur, xa­ri­ci döv­lət­lə­rin baş­çı­la­rı ilə da­nı­şır. Bi­zi təəc­cüb gö­tür­dü. So­ruş­dum ki, "A ba­la, kim­lə da­nı­şır?", ca­vab ver­di­lər ki, İn­gil­tə­rə­nin baş na­zi­ri ilə. On­dan son­ra Ame­ri­ka­nın pre­zi­den­tiy­nən da­nı­şa­caq. Biz hey­rət­lə ət­ra­fa bax­dıq. Bəy əc­nə­bi rəh­bər­lər­lə ne­cə da­nı­şır? Mi­riş in­gi­lis­cə bil­mir axı. Qa­pı­nın ağ­zın­da top­la­şan­lar bu ba­rə­də heç dü­şün­mür, elə küt-küt göz­lə­ri­ni dö­yür­dü­lər. Yax­şı ki, be­lə­lə­ri çox de­yil. Mi­riş ha ça­lış­dı, on­la­rın sa­yı­nı ar­tı­ra bil­mə­di. Axır­da qon­şu dağ ra­yo­nun­dan qo­hum­la­rı­nı, ta­nış-bi­liş­lə­ri­ni, qol­dan güc­lü, ağıl­dan məf­raq olan­la­rı ar­vad-uşaq­la­rıy­la bir­gə dol­dur­du­lar ma­şın­la­ra, gə­tir­di­lər bax, bu bi­na­nın qən­şə­ri­nə. Mi­ri­şin işa­rə­si­lə bur­da nə oyun çı­xart­dı­lar, da­nı­şı­la­sı de­yil...
Bay­ram ki­şi sağ əli­ni düm ağ saq­qa­lı­na çə­kib ib­rə­ta­miz bir mə­səl­lə sö­zü­nü bi­tir­di:
– De­yir­lər, Mol­la Nəs­rəd­din öz­gə bir vi­la­yət­də bir dəs­tə ada­ma rəst gə­lir. So­ru­şur ki, ha­ra ge­dir­si­niz? Ca­vab ve­rir­lər ki, haqq ax­tar­ma­ğa. Bəs baş­çı­nız ha­nı? De­yir­lər ki, o qa­baq­da ge­dən qol­la­rı zən­cir­li baş­çı­mız­dır. Mol­la təəc­cüb­lə so­ru­şur ki, bəs ağıl­lı­nız har­da­dır? Ca­vab ve­rir­lər ki, ağıl­lı­mız ha­mı­dan ar­xa­da ge­dən o ağ­saq­qal­dır. Mol­la ba­şı­nı bu­la­yıb de­yir: vay o ca­maa­tın ha­lı­na ki, də­li­si qa­baq­da, ağıl­lı­sı dal­da ola. Mü­si­bət on­da baş­la­yır.
Bay­ram ki­şi eh­mal­ca ye­rin­də əy­ləş­di. Sa­lo­na sü­kut çök­dü. Yu­xa­rı baş­da, rə­ya­sət he­yə­tin­də otu­ran qo­naq fi­kir­li hal­da sa­lo­na nə­zər sal­dı: Bay­ram ki­şi ilə ya­na­şı əy­lə­şən ağ­saq­qal­lar, on­lar­dan ar­xa­da otu­ran müəl­lim­lər, hə­kim­lər, müx­tə­lif sə­nət, zəh­mət adam­la­rı, qa­baq cər­gə­də Mi­riş, kö­mək­çi­lə­ri və bir də on­la­rı üzük qa­şı ki­mi döv­rə­lə­yən, göz­lə­ri qay­na­yan ca­van, də­li­qan­lı can­gü­dən­lər...
Qo­naq əli­ni dən düş­müş, qı­sa saq­qa­lı­na çə­kib çə­nə­sin­də sax­la­dı. Də­rin fik­rə get­di.
Sa­lo­na çö­kən sü­ku­tu heç kəs poz­maq is­tə­mir­di. Bü­tün söz­lər de­yil­miş, ürək­lər bo­şal­mış­dı. Hay-küy­dən, boş da­nı­şıq­lar­dan be­zən adam­lar qu­laq­dinc­li­yi­nin həs­rə­ti­ni çə­kir­miş­lər ki­mi bu an­la­rı uzat­maq is­tə­yir­di­lər. Qə­ri­bə­dir ki, be­lə də ol­du. Əsəb­lə­rə sı­ğal çə­kən sa­kit­lik, elə bil sa­lon­dan sü­zü­lüb bü­tün ra­yo­na ya­yıl­dı, na­ra­hat ca­maa­ta ra­hat­lıq gə­tir­di. Bir müd­dət ra­yon mər­kə­zin­də, kənd­lər­də əmin-aman­lıq hökm sür­dü. Ca­maat ara­sın­da söz-söh­bət gəz­di ki, hör­mət­li qo­naq gö­rü­şün axı­rın­da Bay­ram ki­şi­nin məs­lə­hə­ti­ni təq­dir edib. Tək­lik­də Mi­ri­şi dan­la­yıb, ona öyüd-nə­si­hət ve­rib. Bu­na ina­nan­lar da var­dı, şüb­hə edən­lər də.
Son­ra qə­zet­lər yaz­dı ki, hə­rə­ka­tın mər­kə­zi təş­ki­la­tın­da kəs­kin fi­kir ay­rı­lı­ğı var. Ra­di­kal­lar­la li­be­ral­la­rın, zi­ya­lı­la­rın da­ban-da­ba­na zidd fi­kir­lə­ri par­ça­lan­ma­ya sə­bəb olub. Ra­di­kal­lar Mi­riş ki­mi­lə­ri tə­rif­lə­yib nü­mu­nə gös­tə­rib­lər, xalq qəh­rə­ma­nı ad­lan­dı­rıb­lar...
Doğ­ru de­yib­lər, də­li­yə yel ver, əli­nə bel. Süb­hün gö­zü açıl­ma­mış ye­nə Mi­ri­şin sə­si ra­yon mər­kə­zi­ni ba­şı­na gö­tür­müş­dü. Ye­nə qon­şu dağ ra­yo­nun­dan adam­lar­la do­lu ma­şın­lar gə­lib mey­dan­da da­ya­nır­dı.
Bir­dən ka­bi­ne­tin qa­pı­sı açıl­dı. Sü­rü­cü təng­nə­fəs da­xil ol­du.
– Ev­də si­zi göz­lə­yir­lər. Tez get­mək məs­lə­hət­dir. Ma­şı­nı ar­xa­da sax­la­mı­şam.
O, müx­tə­lif sə­nəd­lər­lə do­lu bağ­la­ma­nı gö­tü­rüb get­di. Mən qov­lu­ğu­mu əli­mə alıb, ar­xa qa­pı­dan çıx­dım...

Ha­lal yo­lu­mu­zu də­yi­şib, nə­sə
­Çaş­mı­şıq, bir öz­gə yol­dan get­mi­şik.
Bəl­kə min il qa­baq səhv dü­şüb nə­sə,
Mi­nil­lik bir səh­və qur­ban get­mi­şik.

                                                              Ra­miz Röv­şən


­I I I

...İ­la­hi, qüd­rə­ti­nə qur­ban olum. Bu­ra­lar nə gö­zəl­dir, bə­yaz, nur­lu. Ne­çə il­lər ya­şa­mı­şam, be­lə mö­cü­zə gör­mə­mi­şəm. Hər yan sə­nin nu­ru­na bə­lə­nib, ila­hi. Özüm də ne­cə ra­ha­tam, yün­gü­ləm, quş ki­mi­yəm: bə­yaz ən­gin­li­yin, son­suz­lu­ğun için­də­yəm. Aşa­ğı zül­mət­dir. O zül­mət­dən, zil­lət­dən qa­çı­ram, nu­ru­na bo­yan­ma­ğa tə­lə­si­rəm, ila­hi.
– Fəx­ri, ha­ra ge­dir­sən, qa­yıt! – Dür­da­nə­nin aşa­ğı­dan gə­lən zə­if, tit­rək sə­si­ni eşi­di­rəm.
– Bu­ra­lar yax­şı­dır. Çıx o qa­ran­lıq­dan, ya­nı­ma gəl.
– Gə­lə­rəm, sə­ni tək qoy­ma­ram. Bəs uşaq­lar?
– On­la­rı da gə­tir...
– Yox, uşaq­la­rı ol­maz. Heç al­lah da qıy­maz. On­la­rın nə vax­tı­dır ki... Bo­ya-ba­şa çat­dır­ma­mı­şıq, toy­la­rı­nı elə­mə­mi­şik. Yox, Fəx­ri, sən qa­yıt!
Köv­rək, məh­rəm səs tit­rə­yib qı­rı­lır. Qu­laq­la­rım ba­tır, göz­lə­ri­mə zül­mət çö­kür. İşıq da, səs də yox olur. Bir­cə udum ha­va da qə­hə­tə çı­xır, nə­fə­sim tən­gi­yir. Bo­ğu­lu­ram. Çır­pı­nıb ye­rim­dən qalx­maq is­tə­yi­rəm. Sus­ta­lı­ram. Olar-ol­maz qüv­və­mi cəm­lə­yib göz­lə­ri­mi zor­la açı­ram.
– Pro­fes­sor, göz­lə­ri­ni aç­dı.
– Hə, özü­nə gə­lir...
– Heç bil­mi­rəm, si­zə ne­cə tə­şək­kür edim.
– Əsil işi siz gör­mü­süz. Vax­tın­da çat­dır­mı­sız xəs­tə­ni. Yox­sa çə­tin olar­dı.
­İ­la­hi, qüd­rə­ti­nə qur­ban olum. Bu nə mö­cü­zə­dir – ölüm aya­ğın­da in­san ne­cə həs­sas olur, du­yur, eşi­dir, dərk edir. Eşit­miş­dim, am­ma ba­şı­ma gəl­mə­miş­di, inan­ma­mış­dım, şüb­hə elə­miş­dim. Be­lə də mö­cü­zə olar? Olur­muş, hər şey qüd­rət sa­hi­bi­nin kə­ra­mə­tin­dən as­lı­dır. Kə­rə­mi­nə şü­kür.
Mən hər şe­yi du­yur, pı­çıl­tı ilə de­yi­lən söz­lə­ri be­lə eşi­di­rəm. Özüm­də inam hiss edi­rəm: mən ya­şa­ya­ca­ğam, göy­də ulu tan­rım, rəh­mət­lik ata-ana­mın ru­hu, yer­də hə­kim­lər, və­fa­lı ömür sir­da­şım, öv­lad­la­rım...
Həd­dən ar­tıq ta­qət­si­zəm. Ağır daş ki­mi ba­lın­ca ya­pı­şan ba­şı­mı tər­pə­dib az­ca ya­na, ət­ra­fı­ma ba­xa bil­mi­rəm. Ya­rı­yum­lu göz­lə­ri­mi ala­qa­ran­lıq ta­va­na zil­lə­səm də, heç nə gör­mü­rəm. An­caq hu­şum ba­şım­da­dır, bey­nim ayıq­dır, qu­laq­la­rım eşi­dir Dür­da­nə­nin hə­ki­mə pı­çıl­tı ilə de­dik­lə­ri­ni də. Hə, düz de­yir, ya­dı­ma düş­dü: şə­hə­rə ça­ta­çat­da idik, de­yə­sən uşaq­lar ar­xa otu­ra­caq­da mür­gü­lə­yir­di­lər. Dür­da­nə adə­ti üz­rə söh­bə­tin­dən qal­mır­dı, nə­sə tə­lə­bə­lik vax­tı­mız­dan mə­zə­li əh­va­lat da­nı­şır­dı. Mə­ni gül­mək tut­du. Son­ra...Da­ha heç nə ya­dım­da de­yil...
Son­ra­sı­nı hə­kim­lə Dür­da­nə­nin pı­çıl­tı­lı söh­bə­tin­dən ba­şa düş­düm. De­mə­li, mə­ni tə­ci­li bu­ra­ya çat­dır­ma­say­mış­lar, pro­fes­so­run ey­ha­mın­dan be­lə çı­xır ki, in­di tan­rı­nın dər­ga­hın­day­dım, dün­ya­mı də­yiş­miş­dim. Mən gör­dü­yüm o nur­lu, bə­yaz ən­gin­lik­də, son­suz­luq­da idim. Gö­rə­sən, o dün­ya idi, yox­sa yu­xu? Bil­mi­rəm. Dür­da­nə­nin sə­si­ni eşi­dib ayıl­ma­say­dım, ne­cə olar­dı? Və be­lə ol­say­dı, nə de­yər­di­lər: doğ­ma­lar, ya­xın­lar, uzaq­lar, is­tə­yən­lər, is­tə­mə­yən­lər. Axı, ha­mı­ya yax­şı ol­maq müm­kün de­yil. İn­san­lar müx­tə­lif­dir. Hə­rə­nin öz ar­zu­su, öz xa­siy­yə­ti. Hər kəs yax­şı­lı­ğı bir cür ba­şa dü­şür, öz ağ­lı ilə dərk edir, ne­cə de­yər­lər, öz ar­şı­nı ilə öl­çür. Mən özüm bu­nun şa­hi­di ol­mu­şam. Mər­hum­lar ba­rə­də aş­kar-giz­li müx­tə­lif söz­lər de­yi­lib. An­caq dün­ya­sı­nı qə­fil də­yi­şən­lər haq­qın­da adam­la­rın ço­xu ey­ni fi­kir­də olur: xoş­bəxt in­san­mış, ağ­rı­sız-fi­lan­sız, hay­sız-küy­süz, heç özü də bil­mə­di, yat­dı, dur­ma­dı.
Mən be­lə söh­bət­lə­ri çox eşit­mi­şəm. Hə­mi­şə də eti­raz elə­mi­şəm. Axı, xoş­bəxt­lik ha­ra, ölüm ha­ra? Adam bir ye­rə ge­dən­də, sə­fə­rə çı­xan­da ai­lə­si, doğ­ma­la­rı, dost­la­rı, ta­nış-bi­li­şi­lə gö­rü­şür, sö­zü­nü de­yir. Bəs be­lə ağır sə­fə­rə, son mən­zi­lə ne­cə ge­dər­lər? Və­siy­yə­ti­ni elə­mə­miş, ha­lal­lıq al­ma­mış, heç özü­nün də xə­bə­ri ol­ma­mış?! Ne­cə yə­ni, bu dün­ya­ya gə­lən­də də xə­bə­rin ol­ma­sın, ge­dən­də də?! Yox, be­lə xoş­bəxt­lik ol­maz.
Dün­ya­nın əş­rə­fi in­san öz adı­na la­yiq ya­şa­ma­lı, öm­rü bo­yu ar­zu­la­rı uğ­run­da mü­ba­ri­zə apar­ma­lı­dır. İn­san is­tək­lə­ri­nə ça­tan­da özü­nü xoş­bəxt hiss edə bi­lər. An­caq bə­zən bun­suz da özü­nü bəx­tə­vər sa­yır­san. Nə vaxt, ne­cə? Ya­rım­çıq qal­mış ar­zu-əməl­lə­ri­ni öv­lad­la­rın ya­şa­dan­da!
Nə yax­şı ki, Dür­da­nə mə­ni ça­ğı­rıb ayılt­dı, əbə­di yu­xu­ya get­mə­dim. Axı, mə­nim ər­sə­yə çat­ma­yan uşaq­la­rım var, on­la­rı bö­yü­düb xoş­bəxt gör­mək, toy­la­rı­nı elə­mək, nə­və­li-nə­ti­cə­li ba­ba ol­maq is­tə­yi­rəm. Əl­bət­tə, hər şey al­la­hın qüd­rə­tin­dən ası­lı­dır. An­caq in­san tan­rı­sı­nın "sən­dən hə­rə­kət, mən­dən bə­rə­kət" buy­ru­ğu­nu əmə­li­nə çe­vi­rib öm­rü bo­yu zəh­mət çək­mə­li, ar­zu­su yo­lun­da bü­tün əzab-əziy­yət­lə­rə si­nə gər­mə­li­dir.
Mən be­lə dü­şü­nü­rəm. Bu ağır ha­lım­da da ümi­di­mi itir­mi­rəm. Pro­fes­so­run Dür­da­nə­yə de­dik­lə­ri ina­mı­mı, qə­tiy­yə­ti­mi ar­tı­rır.
Son­ra göz qa­paq­la­rım ağır­la­şır, ye­nə yu­xu mə­ni apa­rır. Dür­da­nə­nin hə­yə­can­dan tit­rə­yən, pro­fes­so­run bir qə­dər ar­xa­yın, tə­səl­li ve­rən söz­lə­ri­ni lap uzaq­dan, güc­lə eşi­di­rəm.
– Pro­fes­sor, ye­nə yu­xu­ya ge­dir...
– Qoy yat­sın. Da­ha qor­xu­su yox­dur, üzü bə­ri­dir...

* * *

Tə­zə­cə ayaq tu­tub ye­ri­mə­yi öy­rə­nən uşaq ki­mi iki-üç ad­dım atıb büd­rə­yir­dim. Dür­da­nə qo­lu­ma gi­rib mü­va­zi­nə­ti­mi sax­la­ma­ğa kö­mək edir, yo­ru­lan­da ya­ta­ğı­ma uzan­dı­rır­dı. Hə­ki­min məs­lə­hə­ti­lə hər gün be­lə­cə tək­rar olu­nur­du. Gün­bə­gün ba­bat­la­şır­dım. Mə­ni yo­lux­ma­ğa gə­lən­lə­ri hə­ki­min ica­zə­si ilə ya­nı­ma bu­ra­xır­dı­lar. Və bir gün Mər­kə­zi apa­rat­dan ins­pek­to­run özü gəl­di. Mən va­cib sə­nəd­lər olan qov­lu­ğu ona ver­dim. Açıb və­rəq­lə­ri çe­vi­rə-çe­vi­rə diq­qət­lə nə­zər­dən ke­çir­di. Bir­dən ba­şı­nı qal­dı­rıb təəc­cüb­lə üzü­mə bax­dı:
– Bu nə əri­zə­dir?
– Xəs­tə­li­yi­mə gö­rə rəh­bər­lik­dən xa­hiş et­mi­şəm ki, mə­ni və­zi­fə­dən azad et­sin­lər. Pro­fes­so­run ara­yı­şı da ora­da­dır.
Qə­ra­rım ins­pek­tor üçün göz­lə­nil­məz ol­du və çox otur­ma­dan qaş­qa­baq­lı, fi­kir­li hal­da sa­ğol­la­şıb get­di. Az keç­miş üzün­dən nur ya­ğan pro­fes­sor çar­pa­yı­ma ya­xın­laş­dı. Sağ əli­ni eh­mal­ca çiy­ni­mə qo­yub de­di:
– O, mə­nim ya­nı­ma gəl­di, izah elə­dim, de­yə­sən ba­şa sa­la bil­dim.
Al­nı­na qıv­rı­lıb tö­kü­lən gü­mü­şü saç­la­rı­nı bar­maq­la­rı ilə ya­tı­mı­na da­ra­yan pro­fes­sor sa­kit­lik, dinc­lik təl­qin edən hə­lim səs­lə:
– Ona de­dik­lə­ri­mi tək­rar et­mək is­tə­yi­rəm, – de­di. – Oğul, sən ya­şa­ya­caq­san. An­caq bun­dan son­ra be­lə ağır yü­kün al­tı­na gir­mək, yə­ni mə­sul və­zi­fə­də iş­lə­mək ol­maz, ürək bu­na döz­məz. Nis­bə­tən yün­gül, ürə­yin is­tə­yən iş­dən ya­pış­maq, sağ­lam hə­yat tər­zi ke­çir­mək gə­rək­dir.
Bir ne­çə gün son­ra Mər­kəz­də əri­zə­mə dər­kə­nar qo­yu­lub iş­dən azad edil­di­yi­mi eşi­dən­də san­ki çi­yin­lə­ri­mə çö­kən, ürə­yim­dən ası­lıb əsəb­lə­ri­mi ta­rı­ma çə­kən gö­zə­gö­rün­məz ağır yük­dən xi­las ol­dum. Ra­hat nə­fəs al­dım. Dü­şün­düm ki, mə­nə əzab ve­rən hər şey ar­xa­da qal­dı: mər­kəz­dən qə­fil zəng­lər, gös­tə­riş­lər, ça­ğı­rıl­ma­mış, yük­sək və­zi­fə­li qo­naq­lar, "pri­pis­ka" don­lu ya­la­na məc­bur edil­mək qor­xu­su...
Dür­da­nə­nin se­vin­ci­ni göz­lə­rin­dən oxu­yur­dum. Mən xəs­tə­xa­na­ya dü­şən­dən onu be­lə xoş­hal gör­mə­miş­dim: alı­şıb ya­nan ala göz­lə­ri, xoş tə­bəs­sü­mü çöh­rə­si­nə çox ya­ra­şır­dı. O de­yib-gü­lür, mə­nə mə­zə­li əh­va­lat­lar da­nı­şır, eşit­di­yi xə­bər­lə­ri çat­dı­rır­dı.
...Ra­yo­na ye­ni baş­çı tə­yin edil­mə­si xə­bə­ri ürə­yim­dən ol­du. Onu yax­şı ta­nı­yır­dım. Həm­ya­şıd, həm­yer­li idik. Uni­ver­si­te­tin ay­rı-ay­rı fa­kül­tə­lə­rin­də oxu­saq da, tez-tez gö­rü­şür­dük. O, təh­si­li­ni bi­ti­rib, el­mi-təd­qi­qat ins­ti­tu­tun­da iş­lə­miş, il­lər keç­dik­cə ta­nı­nan, se­çi­lən alim ol­muş­du. Eli­nə-oba­sı­na bağ­lı adam idi.
Ye­ni baş­çı işə baş­la­yan­da Mər­kə­zi apa­ra­tın mə­sul iş­çi­lə­ri­lə bir­lik­də xalq şai­ri də ra­yo­na ge­dir. Uni­ver­si­tet­də müəl­li­mi­miz olan, hə­lə o vaxt­lar azad­lı­ğı vəsf edən şeir­lə­ri dil­dən-di­lə gə­zən, xal­qı­nın se­vim­li­si, ha­ki­miy­yə­tin "göz ve­rib, işıq ver­mə­di­yi" məş­hur şa­ir in­di xalq hə­rə­ka­tı­nın tə­rən­nüm­çü­sü, ağ­saq­qal məs­lə­hət­çi­si idi. Onun alov­lu çı­xış­la­rı, ağıl­lı məs­lə­hət­lə­ri diq­qət­lə din­lə­ni­lir, al­qış­la­nır, vax­ti­lə qa­da­ğa qo­yul­muş şeir­lə­ri tri­bu­na­lar­dan səs­lə­nir, xal­qı sə­fər­bər edir­di...
Ra­yon­da xalq şai­ri­ni əziz qo­naq ki­mi qar­şı­la­yır­lar. Mi­tinq­də çı­xı­şı, xal­qı mü­ba­ri­zə­yə ça­ğı­ran şeir­lə­ri al­qış­la­nır. Ra­yo­nun ye­ni baş­çı­sı­nın vax­ti­lə müəl­li­mi ol­du­ğu­nu, onu bir alim, zi­ya­lı, və­tən­pər­vər ki­mi ta­nı­dı­ğı­nı de­yən­də isə və­ziy­yət də­yi­şir. Mi­riş ilan vur­muş ki­mi ye­rin­dən sıç­ra­ya­raq mik­ro­fo­nu şai­rin əlin­dən alır, onun sö­zü­nü ya­rım­çıq kə­sir: "Bu nə da­nı­şır? Yu­xa­rı­la­ra sa­tı­lıb bu. Ar ol­sun, ki­tab­la­rı yan­dı­rıl­sın!" Dağ ça­yı ki­mi co­şub uğul­da­yan küt­lə hə­rə­kə­tə gə­lir. Mi­ri­şin gös­tə­ri­şi­lə ya­xın­lıq­da­kı ki­tab­xa­na­dan, ev­lər­dən gə­ti­ri­lib üst-üs­tə qa­la­nan ki­tab­la­ra şai­rin göz­lə­ri qar­şı­sın­da od vu­ru­lur...
Ra­yo­nun zi­ya­lı­la­rı dər­hal əl-ələ ve­rə­rək şai­ri ya­zı­çı dos­tu ilə bir­lik­də ara­ya alıb, tez ma­şi­na min­di­rir­lər. Mi­riş uzaq­la­şan ma­şı­nın ar­dın­ca qeyz­lə ba­xa-ba­xa ba­ğı­rır:
– İn­di də sat­qın­lar yu­va­sı­na od vur­ma­lı­yıq!
O­nun əm­ri­lə ra­yon rəh­bər­li­yi­nin bi­na­sı­na həm­lə edən küt­lə ma­şın­la­ra od vu­rur, qa­pı-pən­cə­rə­lə­ri sın­dı­rır, "əgər is­tə­mir­si­niz­sə, mən özüm ge­də­rəm", – de­yən ye­ni baş­çı­nın sö­zü ağ­zın­da qa­lır, küt alət­lə gic­ga­hı­na en­di­ri­lən zər­bə­dən hu­şu­nu iti­rir... Ra­yon­da bö­yük hör­mət-iz­zət sa­hi­bi olan Se­yid­nur müəl­lim yax­şı ki, vax­tın­da özü­nü ye­ti­rir. Hə­lə də özü­nə gə­lə bil­mə­yən baş­çı­nı tə­ci­li Ba­kı­ya, mər­kə­zi xəs­tə­xa­na­ya çat­dı­rır­lar... O, huş­suz və­ziy­yət­də rea­ni­ma­si­ya şö­bə­sin­də idi.
Bu xə­bə­ri eşit­cək ürə­yim­də küt ağ­rı hiss et­dim, ba­şım hər­lən­di. Dür­da­nə­nin kö­mə­yi­lə ye­ri­mə uzan­dım. O, dər­hal dər­man ver­di, al­nı­mı ovuş­du­ra-ovuş­du­ra pı­çıl­da­dı:
– Heç ina­nı­la­sı de­yil, şa­yiə­yə ox­şa­yır...
O­nu ba­şa dü­şür­düm. Bu söz­lə­ri tə­səl­li üçün, mə­ni sa­kit­ləş­dir­mək­dən öt­rü de­yir­di.
Hə­kim dö­nə-dö­nə tap­şır­mış­dı ki, ürə­yi­mə gö­rə mə­nə hə­yə­can­lan­maq ol­maz. An­caq müx­tə­lif söz-söh­bət­lər, şa­yiə­lər, xə­bər­lər mığ­mı­ğa ki­mi ada­mın qu­laq­la­rı­na so­xu­lur, vı­zıl­tı­sı ilə əsəb­lə­ri po­zur­du. Dü­zü əy­ri­dən, doğ­ru­nu ya­lan­dan ayır­maq çə­tin­di. Eşit­dik­lə­ri­mə ina­na bil­mir­dim, inan­maq da is­tə­mir­dim, xü­su­sən şai­rin ki­tab­la­rı­nın yan­dı­rıl­ma­sı­nı, baş­çı­nın ölüm­cül ya­ra­lan­ma­sı­nı, be­lə na­dan­lı­ğı, vəh­şə­ti ağ­lı­ma sı­ğış­dı­ra, tə­səv­vü­rü­mə gə­ti­rə bil­mir­dim.

* * *

Pa­la­ta­nın qa­pı­sı as­ta­ca dö­yül­dü. Dür­da­nə dər­hal açıb ba­yı­ra çıx­dı. Tez də qa­yıt­dı. Mə­nə tə­rəf əyi­lib pı­çıl­da­dı:
– Se­yid­nur müəl­lim gə­lib, müəl­lim yol­daş­la­rıy­la.
­O, ba­lın­cı­mı bir qə­dər di­kəl­dib, ota­ğa tə­ləm-tə­lə­sik əl gəz­di­rən­dən son­ra qa­pı­nı aç­dı. Se­yid­nur müəl­lim yol­daş­la­ri­lə içə­ri gir­di. On­lar­la gö­rüş­düm.
E­lə ilk ba­xış­da hiss et­dim ki, Se­yid­nur az vaxt­da bir qə­dər yaş­la­şıb, dən dü­şən sıx, qı­sa saç­la­rı, dol­ğun si­fə­ti­nə ya­ra­şan qa­lın bı­ğı xey­li ağa­rıb.
O, mə­nə rəh­mət­lik ata­sı­nı xa­tır­la­dır­dı. Üz-gö­zün­dən nur ya­ğan mər­hu­ma ra­yon­da hör­mət­lə "Ağa" de­yər, tan­rı­nın mü­qəd­dəs bən­də­si ki­mi xa­ti­ri­ni əziz tu­tar­dı­lar. "Ağır se­yid" idi rəh­mət­lik. 37-nin zil­lə­tin­dən çıx­mış­dı. "Ge­dər-gəl­mə­zə" ca­van yaş­la­rın­da ge­dib, saç-saq­qa­lı düm ağ qa­yıt­mış­dı. Hə­lə o za­man­lar, "so­ve­tin qı­lın­cı­nın da­lı-qa­ba­ğı kə­sən­də" məh­kə­mə­də de­di­yi "mə­ni öl­dü­rə bi­lər­siz, di­nim­dən-ima­nım­dan ayı­ra bil­məz­siz", – söz­lə­ri zərb-mə­sə­lə çev­ril­miş­di. Elin əvəz­siz ağ­saq­qa­lı ki­mi xal­qı­na gə­rək­li, şə­rəf­li, mə­na­lı bir ömür ya­şa­mış­dı. Dün­ya­sı­nı də­yi­şən­dən son­ra mə­za­rı zi­ya­rət­ga­ha çev­ril­miş­di.
A­ta oca­gı­nın mü­qəd­dəs­li­yi­ni hifz edən öv­lad­lar bö­yük hör­mət-iz­zət sa­hi­bi, rəh­mət­li­yə da­ha çox ox­şa­yan bö­yuk oğul Se­yid­nur bi­lik­li, sə­viy­yə­li pe­da­qoq, zi­ya­lı idi. El-oba­da sö­zü ke­çir, məs­lə­hət­lə­ri­nə əməl olu­nur­du.
De­yir­lər, xalq şai­ri­ni hə­də­lə­yib ki­tab­la­rı­nı yan­dı­ran Mi­ri­şin də­li­qan­lı­la­rı­nın qa­ba­ğı­na Se­yid­nur­dan sa­va­yı heç kim çı­xa bil­məz­di. O, zi­ya­lı yol­daş­la­rı ilə əl-ələ ve­rib qo­ca­man müəl­li­mi­ni qo­ru­muş, çaş­qın hal­da ge­ri çə­ki­lən də­li­qan­lı­la­rın qan ört­müş göz­lə­ri qar­şı­sın­da əyi­lib şai­rin əl­lə­rin­dən öp­müş:
– Ba­gış­la müəl­lim, – de­yə, – hə­yə­can­dan tit­rə­yən səs­lə üzr­xah­lıq et­miş­di. – Bu na­dan­la­rın cə­za­sı­nı tan­rı özü ve­rə­cək, in­şal­lah!
Mə­nə bü­tün tə­fər­rüa­tı ilə da­nı­şı­lan bu bia­bır­çı ha­di­sə­ni xa­tır­la­yıb ara­ya çö­kən sü­ku­tu poz­dum:
– Şai­rə dəy­mi­siz?
– Evi­nə get­miş­dik. Səh­hə­ti­ni so­ruş­duq. De­di yan­var qır­ğı­nın­dan son­ra ozü­mü yad­dan çı­xar­mı­şam. Kaş öləy­dim, o qa­ra gü­nü gör­mə­yəy­dim. O qa­ni­çən ge­ne­ra­lın üzü­nə tü­pür­mə­səy­dim, bağ­rım çat­lar­dı. Za­lı­mın göz­lə­ri elə bil qan ça­na­ğı idi. Qeyz­lə ya­na dö­nüb ət­ra­fın­da­kı­la­ra bax­dı. Ani fik­rim­dən keç­di ki, əmr ve­rib, elə ora­da­ca mə­ni gül­lə­yə tut­du­ra­caq. Bu­nu göz­lə­səm də, ey­ni­mə al­mır­dım. Tank­la­rın al­tın­da qa­lan­lar­dan, ge­cə­gö­zü gül­lə­bə­ran olan­lar­dan ar­tıq de­yil­dim ki... Gör nə qə­dər go­ca, ca­van, qa­dın, uşaq gül­lə­lə­nib bu cəl­la­dın əm­ri­lə... An­caq mə­nim qət­li­mə əmr ver­mə­di. Ne­çə av­to­mat tuş­lan­mış­dı üs­tü­mə, tə­ti­yə to­xun­maq qa­lır­dı. Lap ya­nın­da­kı onun qu­la­ğı­na nə­sə pı­çıl­da­dı. O da əl­lə­ri­ni yel­lə­yib uzaq­laş­dı. Ar­dın­ca get­mək is­tə­dim, qoy­ma­dı­lar, çi­yin­lə­rim­dən ya­pı­şıb ge­ri­yə çək­di­lər: "Axı, o, mə­nim sua­lı­ma ca­vab ver­mə­di. Ni­yə bu xal­qı qı­rır­sı­nız? Sə­bə­bi­ni bil­mək is­tə­yi­rəm". Ya­nın­da­kı hərb­çi­nin tə­miz Azər­bay­can di­lin­də is­teh­za ilə "Ni­yə bu xal­qı qı­rır­sı­nız? Şa­ir, al­la­hı­na şü­kür elə" söz­lə­ri­ni eşi­dən­də ye­rim­də do­nub qal­dım. "Axı, nə­yə şü­kür elə­yim, xal­qı­mın qa­ra gü­nü­nə?" Mə­nim­lə ya­na­şı du­ran alim dos­tum hə­yə­can­la qu­la­gı­ma pı­çıl­da­dı: "Qur­ban olum, özü­nü ələ al. Eşit­mir­sən, er­mə­ni di­li­miz­də ne­cə da­nı­şır? Əli­ya­lın­la­rımı­zın üs­tü­nə bun­la­rı hər­bi li­bas gey­di­rib gön­də­rib­lər". Elə bil yu­xu­day­dım, ayıl­dım. Ca­vab­sız qa­lan sua­lı­mın ca­va­bı mə­nə ay­dın ol­du: Bun­lar ha­mı­sı bir­di­lər, bi­zə qar­şı ey­ni cəb­hə­də­di­lər. Məkr­li si­ya­sət­lə­ri, dip­lo­ma­ti­ya oyun­la­rı ilə bi­zi, lap dü­zü-dün­ya­nı al­da­dıb bar­maq­la­rı­na sa­rı­yır­lar. Bəs biz ney­lə­yi­rik? Öz içi­miz­də özü­müz­dən düş­mən ax­ta­rı­rıq. Bax, bu­dur ba­şı­mı­za gə­lən bə­la­la­rın sə­bə­bi. Bu, mə­nim fik­rim­dir. Öz gö­züm­lə gör­düm. Əs­təğ­fü­rul­lah, din­dar ata­la­rı­mız de­yib­lər ki, öz gö­zü ilə gö­rən al­la­hın­dan çox bi­lər...
Bi­zi həd­siz hə­yə­can­lan­dı­ran ha­di­sə­ni şa­ir sa­kit hal­da da­nı­şır­dı. Am­ma bu, za­hi­rən be­lə idi. Onun əl­lə­ri yar­paq ki­mi əsir, üs­tü­nə da­ğıl­ma­sın de­yə ça­yı ya­rım­çıq tö­kül­müş ar­mu­du stə­ka­nı çə­tin­lik­lə sax­la­yır­dı. Son­ra fik­rə ge­dib, söh­bə­ti­nin axa­rı­nı də­yiş­di. Tə­zə baş­çı­nın səh­hə­ti­lə ma­raq­lan­dı. De­dim ki, xəs­tə­xa­na­dan gə­li­rik. Hə­lə də rea­ni­ma­si­ya­da­dır. Ya­nı­na adam bu­rax­mır­lar. Hə­kim de­yir ki, ya­ra­sı də­rin­dir, müa­li­cə­si uzun çə­kə­cək.
A­ra­ya ağır sü­kut çök­dü. Mə­ni çox­dan ma­raq­lan­dı­ran mə­sə­lə­ni Se­yid­nur­dan so­ruş­dum:


– Bəs baş­çı­ya xə­sa­rət ye­ti­rə­ni tap­ma­dı­lar?
Se­yid­nur də­rin­dən köks ötür­dü:– Mə­gər giz­lə­nib ki, tap­ma­sın­lar? Ha­mı ta­nı­yır vu­ra­nı. Mi­riş "qo­ça­ğım" de­yib, mü­ka­fat ki­mi öz əli­lə onun çiy­nin­dən av­to­mat asıb... Fəx­ri müəl­lim, in­di bu, ra­yon­da adi hal­dır. On­la­rın ha­mı­sı si­lah­lı­dır. Mi­ri­şin qo­lu­zor­lu­la­rı­nı de­yi­rəm. Mi­li­si ta­lan edən­dən son­ra hə­rə­si əli­nə bir Ka­laş­ni­kov av­to­ma­tı ke­çi­rib ca­maa­tın ba­şı­na oyun açır. İs­tə­dik­lə­ri ye­rə so­xu­lur­lar. Xü­su­si­lə ge­cə­lər, ar­vad-uşa­ğın ya­nın­da evin ki­şi­si­ni təh­qir edir, hə­də­lə­yib qor­xu­dur, pul, qı­zıl tə­ləb edir­lər. De­yir­lər ki, Mi­riş bə­yin tap­şı­rı­ğı­dır, cəb­hə­yə kö­mək­çin yı­ğır­lar ki, si­lah al­sın­lar.
Se­yid­nur bir an­lı­ğa su­sub, söh­bə­ti­nə ara ver­di. Son­ra nə fi­kir­ləş­di­sə, ərklə de­di:
– Fəx­ri müəl­lim, mə­ni ba­ğış­la­yın, ye­ri gəl­miş­kən bir mə­sə­lə­ni da­nış­maq is­tə­yi­rəm. Bi­li­rəm, hə­kim tap­şı­rıb, qan­qa­ral­dan söh­bət­lə si­zi hə­yə­can­lan­dır­maq ol­maz.
– Bu­yu­run, buyurun.
– Müəl­lim yol­daş­lı­rım­la şa­hi­di ol­du­ğum bu əh­va­lat, doğ­ru­su, həm ib­rə­ta­miz, həm də gül­mə­li­dir. Bu­na göz ya­şı için­də gü­lüş də de­mək olar.
Dür­da­nə də ma­ra­ğı­nı giz­lə­də bil­mə­di:
– Se­yid­nur qar­daş, da­nı­şın gö­rək, o ne­cə əh­va­lat­dır?
– Əs­lin­də bu­nun sə­bəb­ka­rı elə biz özü­mü­zük, – de­yə Se­yid­nur əli­lə müəl­lim yol­daş­la­rı­nı gös­tə­rib sö­zü­nə da­vam et­di, – gör­dük ki, ra­yon­da öz­ba­şı­na­lıq, Mi­ri­şin də­li­qan­lı­la­rı­nın hə­ya­sız­lı­ğı həd­di­ni aşıb. Yı­ğış­dıq bir ye­rə, məs­lə­hət­ləş­dik. Qə­ra­ra gəl­dik ki, bü­tün ra­yo­nu ev­bəev, kənd­bə­kənd gə­zək, ca­maa­tı ba­şa sa­laq ki, Mi­riş ya­lan de­yir, onun yığ­dır­dı­ğı pul­la­rın bir qə­pi­yi də cəb­hə­yə xərc­lən­mir, bə­zi adam­lar tə­rə­fin­dən mə­nim­sə­ni­lir. Bu adam­la­rın ad­la­rı­nı, ün­van­la­rı­nı də­qiq öy­rən­miş­dik. Mi­riş bə­yin qə­bul gü­nü ha­mı­mız ge­dib qor­xub çə­kin­mə­dən sö­zü­mü­zü de­mə­li, eti­ra­zı­mı­zı bil­dir­mə­li idik.
Er­tə­si gün sə­hər tez­dən müəl­lim yol­daş­la­rım­la bir­lik­də baş­çı­nın ka­bi­ne­ti­ni zəbt edən Mi­ri­şin qə­bul ota­ğı­na gəl­dik. Qa­pı­da ke­şik çə­kən çiy­ni av­to­mat­lı oğ­lan bi­zi ta­nı­dı. Vax­ti­lə dərs de­miş­dik. O, içə­ri gi­rib, tez də qa­yıt­dı. Bil­dir­di ki, Mi­riş bəy de­yir, bu gün heç ki­mi qə­bul et­mə­yə­cək. Ba­kı­ya ha­zır­la­şır, mər­kə­zə he­sa­bat ver­mə­yə...
A­şa­ğı­da – bi­na­nın bi­rin­ci mər­tə­bə­sin­də elə hay-küy qop­du ki, av­to­mat­lı oğ­la­nın axır sö­zü­nü eşi­də bil­mə­dik. Fəx­ri müəl­lim, ba­ğış­la­yın, at Ba­la­xa­nı­mı ta­nı­yır­sı­nız də. Si­zin kənd­çi­niz, Bay­ram ki­şi­nin qon­şu­su, er­kək Tü­kəz­ba­nın qı­zı­nı de­yi­rəm. Bir də gör­dük ki, hə­min bu Ba­la­xa­nım qa­baq­da, ar­xa­sın­ca özü ki­mi boy­lu-bu­xun­lu kənd qa­dın­la­rı hay-küy­lə yu­xa­rı qalx­dı­lar. Av­to­mat­lı oğ­lan qa­pı­nın ağ­zı­nı kə­sib on­la­rı içə­ri bu­rax­ma­dı. Ba­la­xa­nım oğ­la­nı ne­cə itə­lə­di­sə, o, böy­rü üs­tə ota­ğın kün­cü­nə yı­xıl­dı. Son­ra qa­pı­ya bir tə­pik vu­rub içə­ri cum­du, qa­dın­lar da da­lın­ca.
Se­yid­nur nə­fə­si­ni də­rib mə­nə zənn­lə bax­dı:
– Fəx­ri müəl­lim, in­di ra­yon­da ağız­dan-ağı­za gə­zən lə­ti­fə­yə­bən­zər bu əh­va­la­tı, xa­hiş edi­rəm, ica­zə­niz­lə bi­zim Mu­sa müəl­lim yer­li-ye­rin­də, ol­du­ğu ki­mi da­nış­sın. Dü­zü mən onun ki­mi yam­sı­la­ma­ğı ba­car­mı­ram.
Mu­sa müəl­lim bu qə­fil tək­lif­dən bir qə­dər pərt ki­mi ol­du. Öz-özü­nə da­nı­şır­mış ki­mi mı­zıl­dan­dı:
– Ayıb­dı, axı.
– Mu­sa müəl­lim, xa­hiş edi­rəm, mə­nim xa­ti­ri­mə ne­cə olub, elə də da­nı­şın. Mən də si­zin ya­şı­dı­nız, yol­da­şı­nız. Xa­siy­yə­ti­mi ki, bi­lir­siz.
O, sö­zü­mü ye­rə sal­ma­dı. As­ta­dan ös­kü­rüb özü­nə­məx­sus mə­zə ilə söh­bə­ti da­vam et­dir­di:
– Ba­la­xa­nı­mın tə­pik­lə tay­ba­tay aç­dı­ğı qa­pı­dan içə­ri aş­kar gö­rü­nür­dü. Hün­dür­boy, do­lu bə­dən­li at Ba­la­xa­nı­mın qa­ba­ğın­da gö­dək Mi­riş elə bil ye­rə ya­pış­mış­dı. Özü­nü nə qə­dər dar­tır­dı­sa, ba­şı­nı ye­kə­pər qa­dı­nın heç çiy­ni­nə də çat­dı­ra bil­mir­di. Ba­la­xa­nım qa­nad­la­rı­nı ya­na gər­miş də­və­qu­şu sa­yaq yu­xa­rı­dan Mi­ri­şin daz­la­şan pey­sə­ri­nə tərs-tərs ba­xır­dı.
Ba­la­xa­nım can­ta­raq, tök­mə­bə­dən ol­sa da, sə­si zil idi, qış­qı­ran­da az qa­lır­dı ki, ada­mın qu­la­ğı de­şil­sin. O, içə­ri gi­rən ki­mi Mi­ri­şin ba­şı­nın üs­tü­nü al­mış­dı.
Mi­riş bu qə­fil həm­lə­dən ça­şıb qal­mış­dı. Sə­si elə bil qu­yu­nun di­bin­dən gə­lir­di:
– Nə olub, Ba­la­xa­nım?!
– Day nə ola­caq, sə­hər tez­dən sə­nin qul­be­çə­lə­rin mə­ni cin atı­na min­di­rib­lər. Hə­rə­si bir av­to­mat gö­tü­rüb kə­sib qa­pı­nın ağ­zı­nı. De­yi­rəm, ədə, qa­na­ca­ğın ol­sun, sa­lam al­la­hın adı­dı, sa­la­mı­mı al­ma­dın, ba­rı yo­lu­mu kəs­mə. De­yir, ol­maz. Ni­yə ol­mur, de­yi­rəm, mən baş­çı­nın qə­bu­lu­na gəl­mi­şəm. Mə­ni ələ sa­lır. Biz­də baş­çı yox­dur, bəy var. De­yi­rəm, bəy ol­sun, xan ol­sun mə­nə fərq elə­məz. Sö­zü­mü de­mə­yə gəl­mi­şəm. Ar­sız-ar­sız üzü­mə iri­şir ki, ay xa­la, gör­mür­sən, sən­dən qa­baq gə­lən­lər var? Nə gör­səm yax­şı­dır? Elə qa­pı­nın böy­rün­də­cə bir dəs­tə ki­şi üzü di­va­ra, əl­lə­ri yu­xa­rı du­rub. Bir av­to­mat­lı on­la­rın ar­xa­sın­da da­ya­nıb, bir-bir cib­lə­ri­ni tə­miz­lə­yir, nə­lə­ri var çı­xa­rıb qo­yur öz ci­bi­nə. Son­ra da, ayıb-ayıb, tür­kün sö­zü, ar­xa­dan əl­lə­ri­ni qo­şa­la­yıb bə­dən­lə­rin­də gəz­di­rir. Fi­kir­ləş­dim, yə­qin er­mə­ni­lər­di, tu­tub gə­ti­rib­lər. Se­vin­dim. De­dim, a ba­la, ma­la­des si­zə, nə yax­şı bu dı­ğa­la­rı əsir al­mı­sız. Sö­züm ağ­zım­da qal­dı, üz­lə­ri­ni çe­vi­rən­də gör­düm ki, nə er­mə­ni, bun­lar bi­zim yer­li ki­şi­lər­di. Gu­ya bə­yin qə­bu­lu­na düş­mək­dən öt­rü yox­la­ma­dan ke­çir­lər. Qa­nım it qa­nı­na dön­dü. So­ruş­dum ki, ədə, mə­ni də be­lə yox­la­ya­caq­sız? Bic-bic gül­dü­lər, de­di­lər ki, fər­qi yox­du, ki­şi, ya qa­dın biz bə­yin buy­ru­ğu­na əməl edi­rik. Cin vur­du tə­pə­mə. De­dim ge­din, ana­nı­zı-ba­cı­nı­zı ələ sa­lın. Mə­nə hə­lə bir ki­şi­nin əli dəy­mə­yib. Lap bar­ma­ğı­nı to­xun­du­ra­nın bi­lə­yi­ni qo­par­da­ram. Son­ra da şal­va­rı­nı boy­nun­dan qals­tuk tə­kin asa­ram. Elə bu dəm gə­də­lər­dən bi­ri yu­xa­rı­dan töy­şü­yə-töy­şü­yə aşa­ğı dü­şüb qa­pı­nın ağ­zın­da qu­ru­yub qa­lan av­to­mat­lı­nın qu­la­ğı­na nə­sə pı­çıl­da­dı. O da yı­ğı­şan­la­ra elan elə­di ki, bəy bu gün heç kə­si qə­bul elə­mə­yə­cək. Gör­dü ye­rim­dən tər­pən­mi­rəm, qa­yıt­dı ki, xa­la, sən­nən də qur­tar­dıq, tez kə­na­ra çə­kil, bəy gə­lə­nə­cən bu­ra tə­miz­lən­mə­li­dir. Qan vur­du tə­pə­mə, a ba­lam, bu­ra key­fə gəl­mə­mi­şəm ki, dər­di­mi gö­tü­rüb gəl­mi­şəm də... Rəh­mət­lik nə­nəm de­yər­di ki, Ba­la­xa­nı­mın əli ağır­dı, ki­mə dəy­sə, özün­dən ge­dər. Ne­cə hirs­lə­nib əl-qo­lu­mu ölç­mü­şəm, ya­dım­da de­yil. Onu gör­düm ki, qul­be­çə­lə­rin pə­rən-pə­rən ol­du. Qa­pın­da da­ya­na­nın da pa­yı­nı yax­şı­ca ver­dim.
– Dər­din nə­di?
– Dər­dim elin dər­di­di, tək mə­nim yox. Kənd­də-kə­sək­də, elə ra­yo­nun özün­də hə­rə bir söz da­nı­şır. De­yir­lər, bə­yin adam­la­rı ca­maa­tı ça­pıb ta­la­yır, Qa­ra­ba­ğa kö­mək adıy­nan çu­val-çu­val pul, qı­zıl, daş-qaş yı­ğır. Bəs yı­ğı­lan­lar ne­cə ol­du? Uza­ğa ni­yə ge­di­rəm, elə öz kən­di­mi­zi gö­tü­rək. Ma­şal­lah, şə­hər boy­da­dı, bö­yük kənd­di. Özün bi­lir­sən, qo­çaq­la­rı çox­du. Xey­li­si Qa­ra­bağ­da vu­ru­şur. İki əmim, bir da­yım oğ­lan­la­rı da on­lar­la ba­həm. Mə­nə xə­bər gön­də­rib­lər ki, axır vaxt­lar kö­mək­lə­ri kə­si­lib, si­lah-sur­sat çat­mır. A ba­lam, ha­nı bəs yı­ğı­lan­lar? Ov tü­fən­giy­nən tan­kın qa­ba­ğı­na çı­xar­lar?
– Biz bu mə­sə­lə­ni yo­lu­na qo­ya­ca­ğıq, çox­lu si­lah ala­ca­ğıq.
– Nə vaxt? Nə­yi göz­lə­yir­sən, düş­mə­nin qa­pı­mı­zın ağ­zı­nı kəs­mə­yi­ni?


– Öz içi­miz­də qay­da-qa­nun ya­ra­dan ki­mi...
– Nə? Sə­nin əliav­to­mat­lı­la­rın qay­da-qa­nun qa­nır­lar bə­yəm? O boy­da mi­li­si da­ğı­dıb si­lah-sur­sa­tı­nı ta­lan elə­yib­lər. Ba­rı hə­min si­lah­la­rı gön­də­rin cəb­hə­yə!
– Gön­də­rə­cə­yik...
–Ha­çan? Tor­paq­la­rı­mız mur­dar­la­nan­dan son­ra? Qız-gə­lin­lə­ri­miz lə­kə­lə­nib, ki­şi­lə­ri­miz bi­qey­rət olan­dan son­ra? Bu yan­dan da sən özün ca­maa­tı qı­zış­dı­rıb sər­hə­di da­ğıt­dır­dın ki, tor­paq­la­rı­mı­zı bir­ləş­di­rə­cək­siz. Axı­rı nə ol­du? Ha­va qa­ra­lan ki­mi mal-qa­ra­nı, də­mir-dü­mü­rü, xü­la­sə əl­lə­ri­nə ke­çə­ni da­şı­yır­lar o ta­ya. Əvə­zin­də gə­tir­dik­lə­ri nə­di – saq­qız. Ni­yə gö­zü­nü dö­yür­sən, gu­ya bil­mir­sən? Bil­mir­sən ki, ca­maat var-yox­dan çı­xıb, zin­ha­ra gə­lib?
– Mən in­di tə­lə­si­rəm, Ba­kı­dan qa­yı­dan ki­mi...
– Ba­ğış­la, Ba­kı­ya ki­min ya­nı­na ge­dir­sən? Sə­nin baş­çı­la­rın qa­çıb giz­lə­nib­lər, ca­maa­tı tan­kın, to­pun qa­ba­ğı­na yı­ğıb, ar­xa­yın elə­yib­lər ki, göz­lə­yin si­lah gön­də­rə­cə­yik. Əli­ya­lın xal­qı al­da­dıb ve­rib­lər qır­ğı­na. Öz­lə­ri­nin heç bu­run­la­rı da qa­na­ma­yıb. Elə bil qeyb olub­lar. Göz­lə­yir­lər ki, vaxt öt­sün, ara sa­kit­ləş­sin, son­ra ye­nə qa­ba­ğa dü­şüb bo­ğaz­la­rı­nı yırt­sın­lar, yağ­lı vəd­lər ve­rib, xal­qı al­dat­sın­lar. Ya­lan­la uza­ğa ge­də bil­mə­yə­cək­siz. So­vet hö­ku­mə­ti­ni yı­xan ya­lan, si­zi də kül­lü-küy edər in­şal­lah!
– Qar­ğış elə­mə, ağ­zı­nın sö­zü­nü bil, de­yi­rəm sə­nə.
– Pah aton­nan, ney­lə­yə­cək­sən mə­nə? Bir pən­cə­rə­dən hə­yə­tə bax, gör nə qə­dər adam var. On­la­rın sö­zü­nü de­yi­rəm e... sə­nə. Mə­ni bu­ra on­lar gön­də­rib­lər. Bil­din?! Hü­nə­rin var çıx qa­baq­la­rı­na!
­Ü­rə­yi­ni bo­şal­dıb otaq­dan çıx­maq is­tə­yən Ba­la­xa­nım "Əcəb, dü­nə­nə­cən pri­pis­ka elə­yən­lər, bu gün düz­lük­dən dəm vu­rur­lar" de­yən Mi­ri­şin at­ma­ca­sın­dan tə­zə­dən "cin atı­na" min­di, elə as­ta­na­da ge­ri­yə qan­rı­lıb Mi­ri­şin ca­va­bı­nı ver­di:
– Mi­riş, ki­şi sö­zü çey­nə­məz. Mən sö­zü­mün əv­və­lin­də de­dim ki, so­vet hö­ku­mə­ti­ni ya­lan, pri­pis­ka ya­man gü­nə qoy­du. O ki, qal­dı mə­nim ki­mi qa­ra ca­maa­ta, ata­lar de­miş­kən ba­lıq ba­şın­dan iy­lə­nər, quy­ru­ğun­dan so­yu­lar. Yu­xa­rı­lar Ağa­za­də­ni, o da aşa­ğı­da­kı­la­rı məc­bur edir­di ya­lan mə­lu­mat ver­mə­yə. Mən bax, bu qız-gə­lin­lər­lə bağ­lar­da tər tö­küb, üzüm ye­tiş­dir­mi­şəm. Da­ha ça­xır za­vo­dun­da Ağa­za­də­nin qor­xu­sun­dan nə hoq­qa­lar­dan çı­xıb­lar, şə­kər ki­mi üzü­mə ne­cə su qa­tıb İvan­la­ra gön­də­rib­lər bu­nu öz­lə­ri bi­lər. Məh­kə­mə­də də sö­zü­mü de­yib, sü­but elə­mi­şəm. Ci­na­yət elə­yən­lər cə­za­la­rı­nı al­dı­lar. Am­ma rüş­vət ve­rib can­la­rı­nı qur­ta­ran­lar da ol­du: keç­miş pro­ku­ror, mi­li­sin rəi­si, bi­ri elə ti­ca­rə­tin mü­di­ri Alı­şov... İn­di al­mı­san qol­tu­ğu­nun al­tı­na, pu­lu­nu sa­ğa-so­la xərc­lə­yir­sən. Ba­laş Gül­ma­lı­yev ki­mi rüş­vət­xo­ru da özü­nə məs­lə­hət­çi elə­mi­sən. Sö­zün qı­sa­sı, köh­nə əliəy­ri­lər­nən əl­bir olub bu bö­yük­lük­də ra­yo­nu ta­lan elə­yir­siz, özü də Qa­ra­ba­ğa kö­mək adıy­nan. "Ağa" de­di­yin də­də­nin də qi­sa­sı­nı alıb bu boy­da və­zi­fə­ni qəsb elə­mi­sən. Elə bi­lir­sən ca­maat bil­mir? Ne­mes­nən da­va­da də­dən qa­çıb me­şə­də giz­lə­nib. Tə­zə baş­çı­nın da ata­sı o vaxt bö­yük və­zi­fə­də imiş, də­də­ni tut­du­rub dam­la­yıb. Zə­ma­nə əli­nə für­sət ver­di, də­də­nin qi­sa­sı­nı al­dın. Qoy­ma­dın o cür alim ki­şi üç­cə gün bur­da iş­lə­sin. Özü­nü də nə ha­la sal­dız. Ya­zıq in­di ca­nı­nın ha­yın­da­dı. An­caq mə­nim bir elə sa­va­dım ol­ma­sa da, bi­li­rəm be­lə get­mə­yə­cək. Al­lah bu­nu gö­tür­məz. Elə bən­də­lə­ri də. İn­di pən­cə­rə­dən ta­ma­şa elə, gör, ge­dib ca­maa­ta nə de­yə­cə­yəm. On­dan son­ra ay qoy­du­lar sə­ni bur­da!
Ba­la­xa­nım cəld hə­yə­tə dü­şüb Mi­riş­lə söh­bə­ti­ni yı­ğı­şan­la­ra çat­dır­dı. Sə­si elə cin­gil­də­yir­di ki, mik­ro­fon­suz da ay­dın eşi­di­lir­di. Adam­la­rın sa­yı get­dik­cə ar­tır­dı. Qə­zəb­dən co­şan in­san­lar Ba­la­xa­nı­mın ar­dın­ca ikin­ci mər­tə­bə­yə hü­cum çək­di­lər. Qa­pı­sı tay­ba­tay açıq ka­bi­net­də heç kəs yox idi. Elə bil Mi­riş can­gü­dən­lə­ri­lə qeyb ol­muş­du.
Mu­sa müəl­lim söh­bə­ti­ni bi­ti­rib sus­du.
Se­yid­nur sa­kit səs­lə, məm­nun hal­da:
– Hə­min gün­dən ra­yon­da sa­kit­lik­dir, – de­di, – adam­lar Mi­riş­gi­lin tu­tu­lub cə­za­la­na­caq­la­rı­nı, ta­lan et­dik­lə­ri­nin ca­maa­ta qay­ta­rı­la­ca­ğı­nı, baş­çı­nın sa­ğa­lıb ra­yo­na gə­lə­cə­yi­ni göz­lə­yir­lər. Bay­ram ki­şi­nin ağ­saq­qal­lıq elə­di­yi Ya­şıl­tə­pə­li­lər tank al­maq­çın pul top­la­yıb Qa­ra­bağ fon­du­na kö­çü­rüb­lər. To­yu­nu elə­yib Ay­gül­lə ev­lə­nən Də­mir in­di cəb­hə­də tank­çı­dır. Ca­van­la­ra xe­yir-dua ve­rən Bay­ram ki­şi çox ra­zı­dır. De­yir, Də­mir məs­lə­hə­ti­mə ba­xıb, trak­to­ru­nu tank­la də­yiş­di, in­di ki­şi ki­mi vu­ru­şur, düş­mə­nin ata­sı­nı yan­dı­rır. Ay­gül gə­li­ni­mi­zi də Al­lah xoş­bəxt elə­sin, sö­zü­mü­zü yu­xa­rı­la­ra çat­dı­rır, ca­maa­tın xa­ti­ri­nə mər­kəz­də döy­mə­di­yi qa­pı qal­ma­yıb.
Se­yid­nur söh­bə­tin do­ğur­du­ğu xoş əh­val-ru­hiy­yə­nin tə­si­ri al­tın­da:
– Fəx­ri müəl­lim, – de­di, – Ay­gü­lü siz ta­nı­yır­sız. Ne­çə il­lər bri­qa­dir, bü­ro üz­vü olub, zi­rək, sö­zü­bü­töv qız­dır. Onu son vaxt­lar gör­mə­mi­siz. Heç bi­lir­siz ne­cə yet­kin­lə­şib, müd­rik­lə­şib, elə bil bir­dən-bi­rə ya­şa do­lub. İn­di Ba­kı­da­dır. Si­zə də­yə­cək, özü­nüz gö­rə­cək­si­niz.

* * *

Ax­şa­müs­tü Ay­gül xəs­tə­xa­na­ya, mə­ni yo­lux­ma­ğa gəl­di. Doğ­ru­dan da xey­li də­yiş­miş, az vaxt­da ya­şa dol­muş­du. Bəs­tə­boy, zə­rif, ağ­bə­niz, su­yu­şi­rin qı­zın ye­rin­də za­ma­nın sərt sı­naq­la­rı ilə üz­lə­şən ca­van qa­dın otur­muş­du. Na­zik, çat­ma qaş­la­rı al­tın­da əv­vəl­lər od ki­mi ya­nan iri qa­ra göz­lə­ri­nə qay­ğı, kə­dər çök­müş­dü.
Gö­rü­şüb hal-əh­val tu­tan­dan, "Al­lah si­zə şə­fa ver­sin" de­yə mə­nə dil-ağız edən­dən son­ra ara­ya çö­kən sü­ku­tu Dür­da­nə poz­du:
– Ay­gül, əv­vəl­ki vaxt­la­rın gö­zü­mün qa­ba­ğın­da­dır. Nər­mə­na­zik qız idin, qə­şəng, ya­ra­şıq­lı. Elə in­di də gö­zəl­sən, am­ma bir az də­yiş­mi­sən, fi­kir­li, qay­ğı­lı gö­rü­nür­sən. Ev­də hər şey qay­da­sın­da­dır?
Ərk­lə de­yi­lən söz­lər­dən onun ya­ra­şıq­lı çöh­rə­si­nə xoş tə­bəs­süm qon­du, ya­naq­la­rı al­lan­dı:
– Nə bi­lim, val­lah, – bir qə­dər köv­rək səs­lə ca­vab ver­di, – bu qə­dər qar­ma­qa­rı­şıq­lıq­da ada­mın heç özün­dən xə­bə­ri ol­mur, hiss et­mir, vaxt ne­cə ötür, ne­cə ya­şa do­lur.
– Eşit­mi­şik, işin çox­dur...
– Tə­ki iş ol­sun. Fəx­ri müəl­lim bi­lir, iş mə­ni qor­xut­mur. Mə­nim ürə­yi­mi ağ­rı­dan baş­qa şey­dir. İn­san­lar çox la­qeyd olub­lar, il­lah da yu­xa­rı­da otu­ran­lar. Hər şe­yə eti­na­sız ya­na­şır­lar. Nə qə­dər qa­pı döy­mək, və­ziy­yə­ti da­nış­maq olar? De­yi­rəm ki, ra­yon­da öz­ba­şı­na­lıq­dır, ad­la­rı­nı bəy qo­yan­lar kənd-kə­sə­yi, ca­maa­tı ça­pıb ta­la­dı­lar. Bo­ğaz­dan yu­xa­rı yağ­lı vəd­lər ve­rib, heç bir təd­bir gör­mür­lər. Ona gö­rə ki, ürək­lə­ri yan­mır, an­caq öz­lə­ri­ni dü­şü­nür­lər.
Ay­gül do­lux­sun­du. Ya­naq­la­rın­da gi­lə­lə­nən göz ya­şı­nı gör­mə­yək de­yə üzü­nü ya­na çe­vir­di. Mən ona tə­səl­li ver­mək is­tə­səm də, söz ta­pa bil­mə­dim. Elə ürə­yi­mi ağ­rı­dan, ya­ta­ğa, xəs­tə­xa­na­ya sa­lan bi­ga­nə­lik, ri­ya­kar­lıq de­yil­di­mi?
– Fəx­ri müəl­lim, ba­ğış­la­yın, özü­mü sax­la­ya bil­mə­dim, – Ay­gül üzr­xah­lıq elə­di, – siz və­ziy­yə­ti yax­şı bi­lir­siz: ra­yon­da nə­lər baş ve­rir, ca­maat nə kök­də­dir? Am­ma dö­zü­rük. Qa­ra­bağ na­mi­nə hər şe­yə qat­la­şı­rıq. İgid, ürək­li oğul­la­rı­mız cəb­hə­də vu­ru­şur. Elə bi­zim kənd­dən ne­çə­si şə­hid olub. Üzr is­tə­yi­rəm, to­yu­muz­dan cə­mi bir həf­tə son­ra Də­mir cəb­hə­yə ge­dib. Onun ki­mi­lər az de­yil. Kən­də xə­bər gön­də­rir­lər ki, cəb­hə­yə kö­mək gə­rək­dir, si­lah-sur­sat çat­mır. Mi­riş, özü ki­mi də­li­sov­lar­nan cəb­hə­yə kö­mək adıy­nan ca­maa­tı al­da­dıb al­dı­ğı­nı alıb, qa­çıb Ba­kı­ya, gu­ya bö­yük­lə­ri­nə he­sa­bat ve­rə­cək. Baş­çı­la­rın­dan so­ru­şu­ram, öz­lə­ri­ni elə gös­tə­rir­lər ki, heç nə­dən xə­bər­lə­ri yox­dur. Sa­bah ali məc­lis­də bu ba­rə­də açıq da­nı­şa­ca­ğam, sö­zü­mü yu­xa­rı­la­ra de­yə­cə­yəm...
Mən Ay­gü­lə eh­ti­yat­lı ol­ma­ğı məs­lə­hət gö­rüb, tə­səl­li ver­dim. Dür­da­nə onun ba­şı­na sı­ğal çək­di, eh­mal­ca qo­lu­na gi­rib pa­la­ta­dan çı­xart­dı. Ba­yır­da lən­gi­yib, gec qa­yıt­dı. Mə­nə ya­xın gə­lib sirr de­yir­miş ki­mi ya­vaş­ca:
– Ay­gül ha­mi­lə­dir, – de­di, – Də­mir tank­la düş­mən mü­ha­si­rə­sin­dən çı­xıb, xə­bər gön­də­rib ki, oğ­lu ol­sa öz adı­nı qoy­sun­lar. Ay­gül bu­nu çox qü­rur­la de­di. Bir də de­di ki, ərim ol­du­ğu­na gö­rə de­mi­rəm, kaş Də­mir ki­mi oğul­lar çox olay­dı.
Mən bir türk­lə bir iş ba­rə­sin­də şərt­lə­şən­də ya­zı­lı mü­qa­vi­lə bağ­la­madan da ki­fa­yət­lə­ni­rəm, çün­ki o, söz ver­di, qur­tar­dı. Er­mə­ni­lər­lə isə ya­zı­lı su­rət­də də heç bir iş gör­mü­rəm, çün­ki on­la­rın ya­lan­çı­lı­ğı və fit­nə-fə­sad­la­rı hət­ta ya­zı­lı şər­ti po­za bi­lər.

KOL­MER,
al­man ali­mi, "Ana­do­lu es­kiz­lə­ri"­nin müəl­li­fi

I V

Xəs­tə­xa­na­dan çıx­mış­dım. Ev­də Dür­da­nə mə­nə uşaq ki­mi qul­luq elə­yir, hər cür şə­rait ya­ra­dır, dər­man­la­rı­mı vax­tın­da ve­rir­di. Bu dər­man­la­rı uzun müd­dət, bəl­kə də öm­rüm bo­yu iç­mə­li idim.
İş­lə­mə­səm də, ürə­yim­cə olan məş­ğu­liy­yə­tim var­dı. Mü­ta­liə edir, qə­zet-jur­nal­la­rı nə­zər­dən ke­çi­rir, ara­da ya­zıb-po­zur­dum da. Şa­ir de­miş­kən, "az-az uy­du­rur­dum ye­ri gə­lən­də".
Ya­zı­la­rım – mə­qa­lə­lər, etüd­lər, ki­çik he­ka­yə­lər qə­ləm dos­tum El­gü­nə­şin tə­sis­çi­si və baş re­dak­to­ru ol­du­ğu qə­zet­də çap edi­lir­di. Vax­ti­lə döv­lət uni­ver­si­te­tin­də oxu­yar­kən beş il ya­taq­xa­na­da bir otaq­da qal­mış, möh­kəm dost ol­muş­duq. De­dik­cə ürə­yia­çıq, əqi­də­li in­san­dı. Əla oxu­yur­du. Gö­zəl mü­ta­liə­si, yük­sək in­tel­lek­ti, ge­niş dün­ya­gö­rü­şü var­dı. Uni­ver­si­te­ti qur­ta­ran ili Mosk­va­da as­pi­ran­tu­ra­ya da­xil ol­muş, el­mi işi­ni mü­da­fiə et­miş, uzun il­lər sa­yı­lıb-se­çi­lən ta­rix­çi alim ki­mi ora­da iş­lə­miş­di. Mə­lum ha­di­sə­lər baş­la­yan­da Ba­kı­ya qa­yıt­mış, "Alim­lər klu­bu"­nun ya­ra­dıl­ma­sın­da, "Xalq hə­rə­ka­tı"­nın proq­ram və ni­zam­na­mə­si­nin ha­zır­lan­ma­sın­da ya­xın­dan ça­lış­mış­dı. "Hə­qi­qət" qə­ze­ti­ni, bir qə­dər son­ra ey­ni ad­lı ay­lıq jur­na­lı tə­sis et­miş, özəl nəş­riy­yat ya­rat­mış­dı. Alim həm­kar­la­rı­nı, is­te­dad­lı mü­tə­xəs­sis­lə­ri, jur­na­list­lə­ri ət­ra­fı­na top­la­ya bil­miş­di. El­gü­nəş gö­zəl qə­ləm sa­hi­bi, sə­riş­tə­li təş­ki­lat­çı, baş re­dak­tor, eli­nə, oba­sı­na bağ­lı in­san idi. Hə­lə Mosk­va­da iş­lə­yən­də im­kan ta­pan ki­mi Azər­bay­ca­na gə­lər, doğ­ma yer­lə­ri gə­zib-do­la­şar, hər il mə­zu­niy­yə­ti­ni ana­dan ol­du­ğu sə­fa­lı dağ kən­din­də ke­çi­rər­di. Res­pub­li­ka­nın bü­tün gü­şə­lə­rin­də ta­rix­çi alim ki­mi həd­siz pə­rəs­tiş­kar­la­rı var­di. Onun qə­dim ta­ri­xi­miz­dən söh­bət­lə­ri­ni bu­laq su­yu ki­mi içər, ki­tab­la­rı­nı əl-əl gəz­di­rər­di­lər. Sax­ta er­mə­ni ta­rix­çi­lə­ri isə azər­bay­can­lı ali­mə mil­lət­çi dam­ğa­sı vu­rub ha­ray-hə­şir sa­lar, er­mə­ni­pə­rəst mər­kə­zi hö­ku­mə­tə şi­ka­yət edər­di­lər. El­gü­nəş ta­ri­xi fakt­la­ra söy­kə­nən el­mi təd­qi­qat­la­rı ilə haq­sız hü­cum­la­ra ca­vab ve­rər, mil­lə­ti­mi­zə düş­mən kə­si­lən­lə­rin ya­lan­la­rı­nı, sax­ta­lıq­la­rı­nı if­şa edər­di.
O, in­di bu ənə­nə­ni mün­tə­zəm dərc et­dir­di­yi sil­si­lə mə­qa­lə­lə­rin­də, ge­niş oxu­cu küt­lə­si üçün nə­zər­də tu­tu­lan ki­tab­la­rın­da sis­tem­li hal­da da­vam et­di­rir­di.
Xəs­tə­xa­na­ya, mə­ni yo­lux­ma­ğa gə­lən­də iki­lik­də de­di­yi söz­lər o vaxt­dan qu­la­ğım­da sır­ğa­la­nıb: "Nə öz ta­ri­xi­mi­zi bi­li­rik, nə də düş­mə­ni­mi­zi ta­nı­yı­rıq. Dü­nən­ki fə­la­kət­lə­ri­mi­zi bu gün unu­du­ruq, çaş­baş qa­lı­rıq, nə­yi ne­cə edə­cə­yi­mi­zi bil­mi­rik, sa­ba­hı­mı­zı gör­mü­rük. Biz bu hə­qi­qə­ti xal­qa çat­dır­ma­lı­yıq, onu maa­rif­lən­dir­mə­li­yik. Biz ki­mik? Düş­mə­ni­miz kim­dir? Nə et­mə­li­yik? Elə yaz­ma­lı­yıq ki, bu sual­lar ən sa­də adam­la­rı, bü­tün xal­qı dü­şün­dür­sün, mil­lə­ti düş­mə­nin ba­şı­na en­di­ri­lən yum­ru­ğa dön­dər­sin!"
O­na diq­qət­lə qu­laq asıb:
– Lap ürə­yim­dən xə­bər ve­rir­sən, – de­dim.
O, sağ əli­lə dən düş­müş saç­la­rı­nı ya­tı­mı­na da­raq­la­yıb fi­kir­li hal­da:
– İn­tə­ha­sı, hal­va de­mək­lə ağız şi­rin ol­mur, – de­di, –bu­na gö­rə gə­rək zi­ya­lı­la­rı­mız əl­bir ol­sun­lar, bir nöq­tə­yə vur­sun­lar, ön­də get­sin­lər, xal­qa düz­gün yol gös­tər­sin­lər. – Onun en­li, açıq al­nı qı­rış­dı, iri qo­nur göz­lə­ri yol çək­di. – Mən də bu­na ça­lı­şı­ram. Yax­şı ta­nı­dı­ğım, inan­dı­ğım, ba­ca­rı­ğı­na, sa­va­dı­na, əqi­də­si­nə bə­ləd ol­du­ğum qə­ləm­li zi­ya­lı­la­rı "Hə­qi­qət­"ə də­vət edi­rəm. Sağ ol­sun­lar, əl-ələ ve­rib iş­lə­yi­rik. Gün­də­lik qə­zet, ay­lıq jur­nal, özəl nəş­riy­ya­tı­mız­da ki­tab­lar bu­ra­xı­rıq. Oxu­cu­la­rı­mız da gü­nü-gün­dən ar­tır.
O, sö­zü­nə ara ver­di, də­rin­dən köks ötü­rüb təəs­süf­lən­di:
– Ha­yıf ki, quv­və­miz az­dır, yax­şı qə­ləm sa­hib­lə­ri­nə, pe­şə­kar jur­na­list­lə­rə eh­ti­ya­cı­mız çox­dur... Mən sen­sa­si­ya da­lın­ca qa­çan, söz çey­nə­yən, da­yaz ya­zan, si­nə­si­nə dö­yüb özü­nü öyən­lə­ri ya­xı­na bu­rax­mı­ram. Adam on­la­rın cız­ma­qa­ra­la­rı­nı oxu­yan­da xə­ca­lət çə­kir.
El­gü­nəş diq­qət­lə üzü­mə bax­dı:
– Tə­lə­bə­lik­dən qə­lə­mi­nə bə­lə­dəm, sə­nin də, Dür­da­nə xa­nı­mın da. Ot kö­kü üs­tə bi­tər, qız ba­la­nız da biz­də təc­rü­bə ke­çib. Yax­şı qə­lə­mi var.
– Mən qə­lə­mim­dən nə vaxt­dır ay­rı düş­mü­şəm. Ürə­yim də be­lə...
– Ürə­yin dər­ma­nı yaz­maq­dır. Gə­rək bo­şal­da­san ka­ğı­za ürə­yin­də­ki­lə­ri. Bu­nu mə­nə hə­lə o vaxt Mosk­va­da iş­lə­yən­də məş­hur ürək hə­ki­mi, aka­de­mik de­yir­di. O, mə­ni müa­li­cə edər­kən, məs­lə­hət gö­rür­dü ki, hər il mə­zu­niy­yə­ti­mi bi­zim yer­lər­də ke­çi­rim. De­yir­di ki, o yer­lə­rin mən­zə­rə­si gö­zəl, su­yu saf, çi­çək­lə­ri can dər­ma­nı­dır! Hə­lə xa­hiş et­miş­di ki, ona qu­ru­dul­muş dağ çi­çək­lə­rin­dən gön­də­rim. Adə­ti idi, ye­mək­dən qa­baq bi­zim çi­çək­lər­dən dəm­lə­yib içir­di. De­yir­di ki, ürə­yin dər­ma­nı­dır, il­lah da ki, bu­laq su­yu ilə dəm­lə­nə...
Mən El­gü­nə­şin söh­bə­ti­nə qüv­vət ver­dim:
– Sağ­lıq ol­sun, yay­da bir­lik­də ge­də­rik. Lap bur­nu­mun ucu göy­nə­yir o yer­lər­çin.
Də­rin­dən köks ötür­dü:
– Er­mə­ni­lər ora­la­ra da diş­lə­ri­ni qı­cı­yıb­lar, – qə­fil­dən uşaq se­vin­ci ilə – eh, sə­nə şad xə­bər ve­rim! – de­yə uca­dan elə səs­lən­di ki, dik­si­nən ki­mi ol­dum. – Sə­hər tez­dən ra­yon­dan zəng elə­yib de­di­lər. Düş­mə­ni əziş­di­rib, çaq­qa­lı qo­van ki­mi qo­vub­lar. Üs­tə­lik so­ve­tin gur­ha­gur vax­tın­da ba­şa­bə­la rəh­bər­lə­ri­mi­zin "pay" ver­dik­lə­ri tor­paq­la­rı­mı­zı, er­mə­ni­lə­rin alın­maz qa­la say­dıq­la­rı Baş­kən­di də azad edib­lər.
– Ay sə­ni şad­xə­bər ola­san!
– Sa­bah­kı nöm­rə­nin bi­rin­ci sə­hi­fə­si­ni bu qə­lə­bə­mi­zə həsr et­mi­şik. Sə­hi­fə­nin lap yu­xa­rı­sın­da Məm­məd Ara­zın tə­zə şei­rin­dən epiq­raf ver­mi­şik:


A­ya­ğa dur, Azər­bay­can, sə­nin­lə­yəm!
Sən­dən qey­ri, biz hər şe­yi bö­lə bil­lik.
Sən­dən qey­ri, biz ha­mı­mız ölə bil­lik.
... Çək si­nə­nə qa­ya­la­rı ya­maq elə,
Bay­ra­ğı­nı Xə­zər boy­da bay­raq elə!

* * *

Re­dak­si­ya evi­miz­lə üz­bəüz bi­na­da yer­lə­şir­di. İşə Dür­da­nə ilə bir­gə ge­dib gə­lir­dik. O, qə­ze­tə gə­lən oxu­cu mək­tub­la­rı­nı re­dak­tə edib ça­pa ha­zır­la­yır, mən sər­bəst möv­zu­lar­da ya­zır­dım. İş şə­rai­ti­mi­zə söz ola bil­məz­di. Gü­nor­ta na­ha­ra evi­mi­zə gə­lir­dik. Dür­da­nə vax­tın­da ye­mə­yi­mə, hə­ki­min hə­lə də va­cib say­dı­ğı dər­man­la­rı iç­mə­yi­mə diq­qət ye­ti­rir­di.
Ha­va­lar xoş ke­çən­də evi­mi­zin ya­nın­da­kı ki­çik park­da bir qə­dər gə­zi­şib, son­ra işə ge­dir­dik. Ara­da tək gəz­di­yim vaxt­lar da olur­du. Bu gün də be­lə­cə...
...Pa­yı­zın qı­zıl ça­ğı, ət­raf­da şə­hə­rə xas ol­ma­yan qə­ri­bə sü­kut. Mə­ni mə­nə qay­ta­ran sü­kut: qo­şa çi­nar­lı tə­pə, əl içi ki­mi gö­rü­nən kənd­lər, bağ­lar, me­şə­lər, şiş uc­la­rı bu­lud­lar­da itən dağ­lar. İn­di on­lar­la mə­nim aram­da üç il­lik mə­sa­fə var. Nə­lər olub o vaxt­dan?

A­şıq mi­na­yə də­yər,
Xa­lın mi­na­yə də­yər.
İl var, bir gü­nə dəy­məz,
Gün var, min aya də­yər.

Za­ma­nın sı­na­ğın­dan çı­xan bu söz­lə­rin təs­di­qi­ni öz hə­ya­tı­mız­da gör­dük. Min aya də­yən gün­lə­ri ya­şa­dıq: dün­ya­nın ən bö­yük döv­lə­ti­ni – im­pe­ri­ya­nı məh­və­rin­dən oy­na­dan, in­san­la­rın, xalq­la­rın, öl­kə­lə­rin ta­le­yi­ni kö­kün­dən sil­kə­lə­yən, ina­nıl­maz ol­du­ğu qə­dər də ger­çək ha­di­sə­lər­dən keç­dik, bu­rul­ğan­lar­dan qur­tul­duq. Qur­tul­duq­mu?!
...Gü­nə­şin göz qa­maş­dır­ma­yan, can isit­mə­yən, la­kin xoş əh­val-ru­hiy­yə do­ğu­ran pa­yız tə­bəs­sü­mü, si­nir­lə­ri­mə sı­ğal çə­kir­di. Gə­zə-gə­zə as­falt sə­ki­nin üs­tü­nə ələn­miş sa­rım­tıl yar­paq­la­ra, gö­yə mil­lə­nən fəv­va­rə­dən qo­pub qur­tul­ma­ğa can at­sa da son an­da ho­vu­zun su­la­rın­da qərq olan mir­va­ri dam­la­la­ra bax­dıq­ca ba­xır­dım...
Bir­dən ya­xın­lıq­dan səs eşit­dim. Dö­nüb bax­dım, qon­şu skam­ya­da otu­rub əl­lə­rin­də qə­zet tu­tan iki yaş­lı ki­şi mu­ba­hi­sə edir­di:
– Bu ağ ya­lan ol­du. Bü­tün müəl­lim kol­lek­ti­vi, uşaq­lar, va­li­deyn­lə­rin öz­lə­ri be­lə yax­şı bi­lir­lər ki, mə­nim ya­lan­dan zəh­ləm ge­dir.
– De­yir­sən, iraq ol­sun, in­di mən özüm­dən uy­du­ru­ram?
– Ca­nım, mən sə­ni de­mi­rəm ki, əs­təğ­fü­rul­lah! Qol­tu­ğu­na şə­lə­lə­yib har­da gəl­di oxu­du­ğun qə­zet­lə­ri de­yi­rəm. Elə in­di­cə gös­tər­di­yin cız­ma­qa­ra­ya ne­cə ina­nım? Onu dü­züb-qo­şub uy­du­ra­nı da, təh­qir olu­nub sö­yü­lə­ni də, si­fa­riş ve­rib söy­dü­rə­ni də ta­nı­yı­ram, axı!
– Si­fa­riş?
– Hə də, o gün toy­da gör­mə­din? Si­fa­riş ve­rib is­tə­dik­lə­ri­ni çal­dır­mır­dı­lar? Elə-be­lə yox e... Mən fi­kir ve­rir­dim əlalt­dan si­fa­riş­çi pu­lu­nu gön­də­rir­di. Ma­raq­lı­sı bu­dur ki, pul­lu si­fa­riş­çi­lər öz­lə­ri oy­na­mır­lar, oy­na­dır­lar: özəl təl­xək­lə­ri­ni, ona quy­ruq bu­la­yan­la­rı. O da qa­ba­ğın­da atı­lıb dü­şən­lə­rə ba­xıb mə­zə­lə­nir. İn­di qə­zet­lər də be­lə­dir. Sən də ürə­yi­tə­miz, sa­də­lövh müəl­lim ba­ba­san. Nə de­yir­lər, nə ya­zır­lar ina­nır­san. Hə­lə bir təb­liğ də elə­yir­sən: gör nə ya­zıb­lar, lap ata­sı­na od vu­rub­lar fı­lan­kə­sin. Nə fı­lan­kə­si ta­nı­yır­san, nə də bu bul­var qə­zet­lə­ri­nin si­fa­riş­çi­lə­ri­ni, gö­zə­gö­rün­mə­yən sa­hib­lə­ri­ni.
– Nə bul­var qə­ze­ti?
– Hə də, sə­nin o qol­tu­ğu­na vur­duq­la­rı­na xa­ric­də bul­var qə­zet­lə­ri de­yir­lər. Hə­lə bir rəng də vu­rur­lar: "Jol­ta­ya pres­sa".
– Bəs on­da ne­cə ol­sun, de­yir­sən elə rəs­mi qə­zet­lə­ri oxu­yaq?
– Xeyr, elə de­mi­rəm, iq­ti­dar qə­zet­lə­ri in­ku­ba­tor cü­cə­lə­ri ki­mi­dir. Ha­mı­sı bir-bi­ri­nə ox­şa­yır, məz­mu­nu da, for­ma­sı da. Dü­zü elə köş­kün qa­ba­ğın­da bi­ri­ni və­rəq­lə­yi­rəm, gö­rüm rəs­mi mə­lu­mat, sə­rən­cam, fər­man var, ya yox. Qa­lan ya­zı­lar­dan naf­ta­lin iyi gə­lir. Köh­nə so­vet qə­zet­lə­ri ki­mi, baş­dan-aya­ğa tə­rif. Elə bil kor­du­lar, kar­dı­lar, ət­raf­da baş ve­rən­lə­ri gör­mür­lər, eşit­mir­lər.
– Bəs sən nə­yi bə­yə­nir­sən? O elə, bu be­lə. Hər şe­yə bir qulp qo­yur­san.
– Açı­ğı­nı de­yim bu qə­dər qə­zet-jur­na­lın için­də az-çox mə­ni çə­kən­lə­ri­ni bar­maq­la say­maq olar. Ən xo­şu­ma gə­lə­ni "Hə­qi­qət"­dir. Çı­xan gün­dən abu­nə­çi­si­yəm. Evi­miz­də ha­mı oxu­yur.
– "Hə­qi­qət­"i biz də ai­lə­lik­lə oxu­yu­ruq. Ən çox xo­şu­ma gə­lən ta­ri­xi­miz­lə, keç­mi­şi­miz­lə bağ­lı sil­si­lə ya­zı­lar­dır. Öz ara­mız­dır, biz öz ta­ri­xi­mi­zi yax­şı bil­mi­rik...
– Ona gö­rə ki, nə mək­təb­də, nə də ins­ti­tut­da keç­mə­yib­lər, öy­rət­mə­yib­lər. Heç ta­rix­çi alim­lə­ri ar­xiv­lə­rə ya­xın bu­rax­ma­yıb­lar. İn­di "Hə­qi­qət" açır san­dı­ğı, bir-bir çap elə­yir. De­yir, oxu, həm özü­nü ta­nı, həm də düş­mə­ni­ni. Bi­rin­ci Pyot­run və­siy­yə­ti­ni oxu­dun? Bil­din tür­kün düş­mə­ni kim­di? Hə­lə o za­man­lar er­mə­ni­lə­ri ni­yə gə­ti­rib bi­zim tor­paq­la­rı­mı­za ür­cah elə­yib­lər? İn­di də de­yir­lər ha­mı­sı bi­zim­dir. Öz­lə­ri üçün sax­ta ta­rix uy­du­rub­lar, hə­lə be­şik­də kör­pə­lə­ri­nin bey­ni­nə ye­ri­dir­lər ki, "sə­nin düş­mə­nin türk­dür". Yu­xu­la­rın­da da də­niz­dən də­ni­zə uza­nan bö­yük Er­mə­nis­tan gö­rür­lər.
– Sö­zü­nün qüv­və­ti, oğ­lum er­mə­ni xis­lə­ti ba­rə­də ki­tab ha­zır­la­yır. De­yir, ata, heç bi­lir­sən ta qə­dim­dən üzü­bə­ri dün­ya­nın məş­hur adam­la­rı er­mə­ni­lər haq­qın­da nə­lər ya­zıb­lar? Qri­bo­ye­dov­dan so­ru­şub­lar ki, bəs ni­yə Ru­si­ya­nın cə­nub vi­la­yət­lə­ri­nə er­mə­ni­lə­rin kö­çü­rül­mə­si­ni məs­lə­hət bil­mir­sən? Ca­vab ve­rib ki, mən er­mə­ni xis­lə­ti­nə yax­şı bə­lə­dəm. On­lar ha­ra köç­sə­lər, bir müd­dət­dən son­ra id­dia edə­cək­lər ki, bu yer­lər bi­zim qə­dim tor­paq­la­rı­mız­dır. Hə­lə gör Puş­kin nə de­yib: "Sən qor­xaq­san, sən kö­lə­sən, sən er­mə­ni­sən"!
– Eh, rəh­mət­li­yin oğ­lu, nə qo­yub, nə ax­ta­rır­san. Ata­lar gör nə de­yib: "Ar­xa­lı kö­pək qurd ba­sar". O qor­xaq, tür­kün adı­nı eşi­dən­də ar­va­dı­nın tu­ma­nı­nın al­tın­da giz­lə­nən er­mə­ni kö­pə­koğ­lu İva­nın he­sa­bı­na in­di gör nə hoq­qa­dan çı­xır. Bəs biz nə elə­yi­rik? Rəh­mət­lik Sa­bir de­miş­kən: "Tər­pən­mə­yir üs­tün­də­ki yor­ğan, ölüb, ə!". Çün­ki yor­ğa­nı­mı­zın al­tın­da­kı da er­mə­ni­dir. İn­di­nin özün­də, bu vur-çat­da­sın­da, Ba­kı­da otuz min­dən çox ai­lə – gu­ya azər­bay­can­lı ai­lə­si er­mə­ni ar­va­dı­nın buy­ru­ğu ilə otu­rub du­rur. Onu vur uşaq­la­rı­nın sa­yı­na, gör nə qə­dər er­mə­ni­yə da­yı, xa­la de­yə­ni­miz var. Ney­lə­sin­lər, qan çə­kir. Sə­nin uşaq­la­rın öz da­yı­la­rı­nı, xa­la­la­rı­nı is­tə­mir­lər, bə­yəm? Öz ara­mız­dır, əmi-bi­bi, yə­ni ata tə­rəf bir az uzaq olur, ar­vad qo­hum­la­rı baş­qa mə­sə­lə. Be­lə de­yil, bə­yəm?
– Elə­dir. Ya­dı­ma gör nə düş­dü. Hə­lə so­ve­tin gur vax­tın­da er­mə­ni­lər ge­dir­lər baş ke­şiş­lə­ri­nin ya­nı­na. Şi­ka­yət­lə­nir­lər ki, er­mə­ni qız­la­rı mu­sur­ma­na ar­vad olur­lar. Ney­nə­yək, məs­lə­hə­tin nə­dir? Ca­vab ve­rir ki, mu­sur­ma­na ar­vad olan­la­ra de­yin er­mə­ni doğ­sun­lar.
– Mən bu­nu öz göz­lə­rim­lə gör­mü­şəm. Bö­yük və­zi­fə­li, pu­la pul de­mə­yən qon­şu­mun ar­va­dı er­mə­ni idi. İki oğ­lu var­dı. Ara tə­zə­cə qı­zış­mış­dı ki, sə­fər­dən qa­yı­dan qon­şu­mun hay-kü­yü­nə yı­ğış­dıq. Nə gör­sək yax­şı­dı? Top da­ğıt­maz evin­də diş qur­da­la­ma­ğa çöp də qal­ma­mış­dı. Er­mə­ni ar­va­dı uşaq­la­rı­nı gö­tü­rüb, evin var-döv­lə­ti­lə ba­həm yo­xa çıx­mış­dı. Ki­şi bi­zim ya­nı­mız­da tə­ləm-tə­lə­sik Mosk­va­ya – er­mə­ni qay­nı­na zəng elə­di. O da nə abır ver­di­sə, dəs­tək əlin­dən düş­dü. Mə­lum ol­du ki, er­mə­ni qa­yın "də­li mu­sur­man" de­yə onu ya­man­la­yıb. Ar­va­dı o bi­ri qar­da­şı­nın kö­mə­yi­lə uşaq­la­rı, evin var-döv­lə­ti­ni Ye­re­va­na da­şı­yıb. Sən de­mə, ar­vad ne­çə il­lər imiş əri­nin pul­la­rı­nı er­mə­ni­lə­rin təş­kil elə­dik­lə­ri "Qa­ra­bağ fon­du"­na kö­çü­rür­müş. Elə in­di də hə­min təş­ki­la­tın fəa­lı­dır, oğ­lan­la­rı­nın da so­ya­dı­nı də­yi­şib elə­yib "yan".
– O, tək de­yil ki... Lə­nə­tə­gəl­miş­lə­rin elə ha­mı­sı çö­rə­yi­mi­zi ye­yib, üzü­mü­zə iri­şib­lər, ar­xa­da da bi­zə tor qu­rub­lar.
– Hə, may­maq ol­mu­şuq. Xü­su­sən baş­da otu­ran­la­rı­mız.
– Eh, da­nış­maq­la qur­ta­ran de­yil. Dur ge­dək, ha­va tu­tu­lur, ya­ğa­caq de­yə­sən.
Qa­ra pər­də­si­ni pa­yız gü­nə­şi­nin üzü­nə çə­kən bu­lud­lar sü­rət­lə to­pa­la­şıb sıx­la­şır­dı. Ha­ra­da­sa uzaq­da il­dı­rım çax­dı. Saç­la­rı­ma, üzü­mə ya­ğış dam­la­la­rı düş­dü. Yax­şı ki, evim ya­xın­da idi.
Əda­lət hər şe­yi la­yiq ol­du­ğu ye­rə qoy­maq­dır: ayaq­qa­bı ayaq­da, pa­paq baş­da.

M.C. Ru­mi

V

Park­da yaş­lı müəl­lim­lə­rin söh­bə­ti fik­rim­dən çıx­mır­dı. Bu mə­sə­lə­lər mə­ni də çox­dan dü­şün­dü­rür­dü. Xü­su­si­lə, mət­bua­ta sen­zu­ra ləğv olu­nan­dan, qa­da­ğa gö­tü­rü­lən­dən son­ra həm­kar­la­rı­ma de­mək is­tə­dik­lə­rim ürə­yi­mi de­şir, mə­nə ra­hat­lıq ver­mir­di.
– Bəl­kə qə­zet­də çı­xış edim? – de­yə Dür­da­nə ilə məs­lə­hət­ləş­dim.
– Sən nə bi­rin­ci­sən, nə də axı­rın­cı. Elə gün ol­mur ki, re­dak­si­ya­ya gə­lən mək­tub­lar­dan heç ol­ma­sa bi­rin­də bu mə­sə­lə­yə to­xu­nul­ma­sın. Oxu­cu­lar sual­la­rı­na ca­vab is­tə­yir­lər.
– On­da bəl­kə qə­zet­də bu möv­zu­da mü­za­ki­rə açaq?
– Çox yax­şı olar. An­caq gə­rək baş re­dak­tor­la məs­lə­hət­lə­şək. Gö­rək o nə de­yir?
...El­gü­nəş adə­ti üz­rə mə­ni səbr­lə din­lə­yib:
– Bu möv­zu­da müt­ləq yaz­maq la­zım­dır, – de­di. – An­caq gə­rək tə­ləs­mə­yək, ət­raf­lı dü­şü­nək, gö­tür-qoy edək. Daş­dan ke­çən fakt­la­rı­mız, də­lil-sü­bu­tu­muz ol­ma­lı­dır. Re­dak­si­ya­ya gön­də­ri­lən mək­tub­la­rı da saf-çü­rük elə­mək, müəl­lif­lər­lə gö­rü­şüb qal­dı­rı­lan mə­sə­lə­lə­ri araş­dır­maq la­zım­dır. Bir söz­lə, qə­ze­ti­mi­zin baş­lı­ğı üzə­ri­nə yaz­dı­ğı­mız ki­mi: qə­rəz­siz, ob­yek­tiv, əda­lət­li.
– Ay­dın­dır, – de­dim, – an­caq bir mə­sə­lə mə­ni çox na­ra­hat edir. Ürə­yi­mə da­mıb ki, nə qə­dər qə­rəz­siz, ob­yek­tiv ol­saq da, bi­zim­lə ra­zı­laş­ma­ya­caq­lar, qa­tıq qa­ra­dır de­yib hü­cu­ma ke­çə­cək­lər.
– Bu­nu mən də göz­lə­yi­rəm. – El­gü­nəş mə­nim­lə ra­zı­laş­dı. – Bəs on­da ney­lə­yək? Ağ­zı­mı­za su alıb su­saq? Bu bi­zə ya­ra­maz. Bir də, qurd­dan qor­xan me­şə­yə gir­məz.
– Qurd­lar ço­xa­lıb...
– Həm ço­xa­lıb, həm də tül­kü ki­mi hiy­lə­gər olub­lar. Ad­la­rı­nı də­yiş­di­rib­lər, gu­ya mət­bua­ta, fi­lan qə­ze­tə, jur­na­la spon­sor­luq edir­lər, tə­mən­na­sız mad­di yar­dım gös­tə­rir­lər. Əs­lin­də bir gül­lə ilə iki dov­şan vu­rur­lar: həm öz­lə­ri­ni rek­lam elə­yir­lər, həm də əl-ayaq­la­rı­na do­la­şan­la­rı, rə­qib­lə­ri­ni göz­dən sal­maq üçün mət­buat­dan si­lah ki­mi is­ti­fa­də edir­lər. Ona gö­rə də su­sa bil­mə­rik. Əsil jur­na­list təh­qi­qa­tı apa­rıb sö­zü­mü­zü de­mə­li­yik. İs­te­dad­lı, vic­dan­lı qə­ləm sa­hib­lə­ri­ni, hə­qi­qə­ti ya­zan həm­kar­la­rı­mı­zı dəs­tək­lə­mə­li­yik.
– İn­di on­la­rın da ye­ri da­ra­lıb. Elə bu gün­lər­də ra­dio-te­le­vi­zi­ya­da baş ve­rən ha­di­sə. Tə­zə sədr işə baş­la­yan ki­mi pe­şə­si­nə ömür­lük bağ­la­nan, sə­nə­ti­nin əli qa­bar­lı fəh­lə­si olan bu adam­la­rın yü­zü­nü bir əmrlə çö­lə at­dı.
El­gü­nəş təəc­cüb­lə mə­nə bax­dı:
– Axı, on­lar iş­lə­ri­nə qay­ta­rıl­ma­lı idi­lər.
– Mən vax­ti­lə ora­da iş­lə­mi­şəm. İş­dən çı­xa­rı­lan­la­rın ço­xu­nu yax­şı ta­nı­yı­ram. Vic­dan­lı, pe­şə­kar te­le-ra­dio jur­na­list­lə­ri­dir. Məh­kə­mə on­la­rın şi­ka­yə­ti­nə ba­xıb, hökm çı­xa­rıb ki, iş­lə­ri­nə bər­pa edil­sin­lər. Sədr məh­kə­mə­nin qə­ra­rı­nı ye­ri­nə ye­tir­mə­yə ma­cal tap­ma­mış ye­ni iq­ti­dar onun özü­nü və­zi­fə­dən azad edib. Onun ye­ri­nə gə­lən isə məh­kə­mə­nin hök­mü­nü ye­ri­nə ye­tir­mir.
– Tə­zə səd­ri ta­nı­yı­ram. Mosk­va­da oxu­yan­da gö­rü­şər­dik.
– Mən də vax­ti­lə onun­la bir şö­bə­də iş­lə­mi­şəm. Çı­xa­rı­lan yüz nə­fə­ri o da yax­şı ta­nı­yır.
– Bəs ni­yə kö­mək elə­mir?
– Dü­zü, mən də məət­təl qal­mı­şam. Hər gün re­dak­si­ya­ya ne­çə mək­tub gə­lir, zəng olur, hə­min sua­lı bi­zə ve­rir­lər. Söz ta­pa bil­mi­rik. İs­tə­yi­rəm ge­dib özü ilə gö­rü­şüm, mə­sə­lə­ni ay­dın­laş­dı­rım. Çox­dan­dır gör­mü­rəm, bəl­kə və­zi­fə xa­siy­yə­ti­ni də­yi­şib.
Baş re­dak­tor gü­lüm­sün­dü:
– O, mə­nim xa­ti­rim­də sa­də, sə­mi­mi bir in­san ki­mi qa­lıb. Də­yi­şib də­yiş­mə­di­yi­ni bil­mi­rəm. Hər hal­da mü­təlq gö­rüş­mək, mə­sə­lə­yə ay­dın­lıq gə­tir­mək va­cib­dir.
Te­le­fon zən­gi söh­bə­ti ya­rım­çıq qoy­du. O, özü­nə­məx­sus qıv­raq­lıq­la dəs­tə­yi gö­tür­dü:
– Eşi­di­rəm. Nə vaxt, ha­ra­da? Be­lə şey ol­maz. "Azad­lıq" xə­bər ver­di? Elə açıq­ca de­di ki, na­zir jur­na­lis­ti dö­yüb, can­gü­dən­lə­ri­lə bir­lik­də? Dəh­şət­dir. Gə­lə­rəm, müt­ləq gə­lə­rəm.
Dəs­tə­yi ye­ri­nə qo­yub aya­ğa qalx­dı, otaq­da əsə­bi hal­da var-gəl edə-edə:
– Lap rüs­vay­çı­lıq­dır, – de­di. – Dü­nə­nə­cən azad­lıq­dan, de­mok­ra­ti­ya­dan dəm vu­ran, bu gün na­zir olub adam dö­yür, Və­li­za­də ki­mi jur­na­lis­ti re­dak­si­ya­da əmək­daş­la­rın gö­zü qa­ba­ğın­da. Son­ra da can­gü­dən­lə­ri onu ma­şı­nın ba­qa­jı­na qo­yub apa­rıb­lar. Heç da­nış­ma­lı de­yil. Gəl in­di mət­buat konf­ran­sın­da əc­nə­bi jur­na­list­lə­rin sor­ğu-sual­la­rı­na ca­vab ver. Val­lah öl­kə­ni, xal­qı bü­tün dün­ya­da bia­bır edir­lər.
O, əsəb­dən tit­rə­yən sağ əli­ni çiy­ni­mə qoy­du:
– Ha­di­sə dü­nən ax­şam baş ve­rib, biz in­di xə­bər tu­tu­ruq, bü­tün dün­ya eşi­dən­dən son­ra. Bi­zim xə­bər­lər agent­lik­lə­ri­miz ya­tıb­lar elə bil. Yox, ha­di­sə­lə­rin quy­ru­ğun­da sü­rün­mək ol­maz. Gə­rək re­dak­si­ya­mız­da öz in­for­ma­si­ya xid­mə­ti­mi­zi ya­ra­daq!

* * *

Keç­miş iş yol­da­şım, tə­zə sədr İsi Mu­sa­za­də mə­ni çox sə­mi­mi qar­şı­la­dı. Ge­niş, işıq­lı, bir qə­dər dəb­də­bə­li ka­bi­ne­ti­nin o ba­şın­dan gə­lib qa­pı­nın qən­şə­rin­də mə­ni qu­caq­la­dı:
– Ay xoş gəl­mi­sən, sə­fa gə­tir­mi­sən. Dü­zü, te­le­fon­da sə­si­ni ta­nı­ma­dım, döv­lət­li ola­caq­san.
O, ca­van vaxt­la­rın­da ol­du­ğu ki­mi uca­dan qəh­qə­hə çə­kib gül­dü. Bir ad­dım ge­ri çə­ki­lib, baş­dan aya­ğa mə­ni süz­dü:


– Ma­şal­lah, sə­sin də­yiş­sə də, özün yax­şı qal­mı­san. Bir ba­la­ca arıq­la­mı­san, bir də saç­la­rı ağart­mı­san.
– Sən­sə elə əv­vəl­ki ki­mi şux­san. Özün de­miş­kən, bir ba­la­ca kö­kəl­mi­sən.
Gü­lüş­dük. Qo­lu­ma gi­rib ka­bi­ne­tin yu­xa­rı tə­rə­fi­nə apar­dı. Nə qə­dər elə­dim­sə, öz kres­lo­sun­da yox, mə­nim­lə qa­baq-qən­şər otur­du:
– Be­lə yax­şı­dır. Çay içib söh­bət elə­yək, gö­rək nə var, nə yox.
– Hə, uni­ver­si­tet­dən son­ra iki­miz də bur­da işə baş­la­mı­şıq, – de­dim.
– Son­ra sən baş re­dak­tor ol­dun, mə­ni Mosk­va­ya gön­dər­di­lər. Elə bi­lir­sən ya­dım­dan çı­xıb? Yo­lun dü­şən­də hə­mi­şə mə­nə də­yir­din. İş yol­daş­la­rım da mə­ni yad­dan çı­xart­mır­dı­lar. Hər ay qo­no­rar gön­də­rir­di­lər. Üzə vur­ma­san da, bi­lir­dim ki, baş re­dak­tor ki­mi bu, sə­nin işin­dir. Şeir­lə­ri­mi efi­rə ve­rib, qo­no­ra­rı­mı ya­zır­san. Özün bi­lir­din ki, tə­qaüd­lə Mosk­va­da ai­lə sax­la­maq ol­maz. Mad­di kö­mə­yə eh­ti­ya­cı­mız çox idi. Yol­da­şım de­yir­di ki, Ba­kı­ya qa­yı­dan ki­mi gə­rək dos­tu­nun xə­ca­lə­tin­dən çı­xa­san.
– Heç bir xə­ca­lə­ti yox­dur, – de­dim, – bu nə söz­dür?
O, ba­şı­nı bu­la­yıb üzr­xah­lıq elə­di:
– Gə­rək ba­ğış­la­ya­san, nə vaxt­dır qa­yıt­mı­şam, sə­nə də­yə bil­mə­mi­şəm. Eşit­mi­şəm ki, ağır xəs­tə­lən­mi­sən. Al­la­ha şü­kür da­ha sa­ğal­mı­san, iş­lə­yir­sən. De gö­rüm, Dür­da­nə xa­nım, uşaq­lar ne­cə­dir?
– Sağ ol, ha­mı­sı sa­la­mat­dır. Dür­da­nə mə­nim­lə bir yer­də iş­lə­yir. Bö­yük qı­zım bu il uni­ver­si­te­ti qur­ta­rır, bi­zim­lə həm­kar ola­caq. Ara-sı­ra qə­ze­ti­miz­də çı­xış elə­yir.
– Sö­zü­nün qüv­və­ti, mə­nim qız­la­rım ana­la­rı­na çə­kib­lər, fi­lo­loq ol­maq is­tə­yir­lər. İn­sa­fən, ana­la­rı yax­şı ədə­biy­yat müəl­li­mi­dir, – o, ani ola­raq nə­fə­si­ni də­rib gü­lüm­sün­dü, – an­caq mə­nim­lə düz gəl­mir, hey tən­qid elə­yir. O gün uşaq­la­rın ya­nın­da so­ruş­du ki, ay İsi heç Fəx­ri qar­da­şı gö­rür­sən? De­dim, yox, bi­lir­sən ki, ba­şım qa­rı­şıq­dır. Vax­tım var ki, onu ax­ta­rım ta­pım? De­di nə eti­bar­sız­san. Onu ax­tar­maq la­zım de­yil. Al, oxu, bu da onun ün­va­nı. Mən heç bil­mə­mi­şəm sən "Hə­qi­qət"­də iş­lə­yir­sən. Ma­şal­lah, bir uc­dan ya­zır­san. Sil­si­lə ya­zı­la­rı­nı oxu­dum, xo­şu­ma gəl­di. Doğ­ru­su ma­raq­lı, oxu­naq­lı qə­zet­dir. Elə ürə­yim­də idi ki, sə­nin­lə gö­rü­şüb tə­şək­kü­rü­mü bil­di­rəm.
– Tə­şək­kür mə­nə yox, El­gü­nə­şə dü­şür.
– Əl­bət­tə, El­gü­nə­şin bi­li­yi­nə, qə­lə­mi­nə söz ola bil­məz.
– Və­tən­pər­vər­li­yi­nə, zi­ya­lı­lı­ğı­na da.
– Elə­dir. Son vaxt­lar onun ta­ri­xi­miz haq­qın­da ki­tab­la­rı əl-əl gə­zir. Er­mə­ni xis­lə­ti­ni, er­mə­ni sax­ta­lı­ğı­nı onun ki­mi if­şa edən ikin­ci bir adam çə­tin ola. İs­tə­yi­rəm onu də­vət elə­yim, bu möv­zu­da sil­si­lə ve­ri­liş­lər apar­sın. Sən nə de­yir­sən?
– Əl­bət­tə, yax­şı olar. Be­lə ve­ri­liş­lər çox la­zım­dır. Özü də mün­tə­zəm, sis­tem­li hal­da. Bu­nun öh­də­sin­dən El­gü­nəş la­yi­qin­cə gə­lər. An­caq...
Sö­zü­mü ya­rım­çıq kə­sib, zənn­lə ona bax­dım. Təəc­cüb­lə çi­yin­lə­ri­ni çək­di:
– Nə an­caq?
– Ke­çən şən­bə efir­də­ki ha­di­sə El­gü­nə­şə ya­man tə­sir elə­yib. Tək ona yox, elə ha­mı­mı­za, bü­tün ta­ma­şa­çı­la­ra.
Səd­rin üzü köl­gə­lən­di. Ba­şı­nı əl­lə­ri ara­sı­na alıb fik­rə get­di.
Doğ­ru­dan da ötən şən­bə te­le­vi­zi­ya stu­di­ya­sın­da, ta­ma­şa­çı­la­rın gö­zü qar­şı­sın­da ina­nıl­maz, bia­bır­çı ha­di­sə baş ver­miş­di. El­xan bəy can­gü­dən­lə­ri­nin əha­tə­sin­də stu­di­ya­ya so­xul­muş:
– Nə bun­lar­la ağız-ağı­za ver­mi­sən? Gu­ya azad­lıq­dan, de­mok­ra­ti­ya­dan ve­ri­liş apa­rır­san? – de­yə ve­ri­li­şin apa­rı­cı­sı­nı da, iş­ti­rak­çı­la­rı­nı da təh­qir et­miş­di.
Göz­lə­nil­məz ha­di­sə­dən bir an­lıq ça­şıb qa­lan jur­na­list tez özü­nü ələ al­ıb, ədəb­lə ca­vab ver­miş, ya­ra­nan gər­gin­li­yi azalt­maq is­tə­miş­di:
– Bu, ta­ma­şa­çı­la­rın hə­mi­şə ma­raq­la bax­dıq­la­rı "Nə­zər nöq­tə­si"­dir. Özü də can­lı ya­yım­la­nır. Də­vət olu­nan­lar fi­kir­lə­ri­ni bö­lüşür, ta­ma­şa­çı­la­rın sual­la­rı­na ca­vab ve­rir­lər. Bu­yu­rub siz də öz sö­zü­nü­zü de­yə bi­lər­si­niz.
Əl­lə­ri­ni hə­lə də gö­dək­çə­si­nin ci­bin­dən çı­xart­ma­yan ça­ğı­rıl­ma­mış qo­naq əda ilə:
– Biz öz sö­zü­mü­zü mey­dan­lar­da, xal­qın qa­ba­ğın­da de­mi­şik. Da­ha bun­lar ki­mi is­ti otaq­da otu­rub boş­bo­ğaz­lıq elə­mə­mi­şik, – de­yə uca­dan səs­lən­miş­di.
Stu­di­ya­nın işıq­la­rı sön­dü­rü­lüb, ve­ri­liş ya­rım­çıq kə­sil­sə də, onun təh­qi­ra­miz söz­lə­ri­ni ha­mı eşit­miş­di: ve­ri­li­şin iş­ti­rak­çı­la­rı da, ta­ma­şa­çı­la­rı da!
Er­tə­si gün ke­çi­ri­lən mət­buat konf­ran­sın­da El­gü­nəş bu ha­di­sə­ni pis­lə­miş, te­le­vi­zi­ya rəh­bər­li­yi­ni kəs­kin tən­qid et­miş­di.
Sədr al­nı­nı ovuş­du­rub, fi­kir­li hal­da öz-özü­nə da­nı­şır­mış ki­mi pı­çıl­da­dı:
– Düz de­yir­sən, bu lap bia­bır­çı­lıq­dır. Gə­rək be­lə ol­ma­yay­dı. An­caq nə et­mə­li, ar­tıq olan olub, ke­çən ke­çib.
Son­ra ba­şı­nı qal­dı­rıb üzü­mə gü­lüm­sə­mə­yə cəhd elə­di:
– Ke­çə­nə gü­zəşt de­yər­lər.
Mən na­ra­zı hal­da ba­şı­mı bu­la­dım:
– Əgər keç­səy­di, gü­zəşt de­yər­dim. Keç­mə­yib axı! Dü­nən­ki ha­di­sə­ni eşit­mə­din? Na­zir bəy baş re­dak­tor Və­li­za­də­ni əmək­daş­la­rı­nın gö­zü qa­ba­ğın­da əziş­di­rib, can­gü­dən­lə­ri­nə əmr ve­rib, onu əş­ya ki­mi xid­mə­ti ma­şı­nın ba­ğa­cı­na atıb­lar. Mət­buat konf­ran­sın­da na­zir dö­şü­nə dö­yüb, ki­şi­lik­dən dəm vu­rub, üs­tə­lik, bar­ma­ğı­nı sil­kə­lə­yib əli qə­ləm tu­tan­la­rın ün­va­nı­na xo­ruz sə­si eşit­mə­yən söz­lər de­yib. El­gü­nəş müəl­lim ora­da olub.
– Nə əcəb mə­nə mə­lu­mat ver­mə­yib­lər? Mə­nim be­lə yer­lə­rə get­mə­yə vax­tım yox­dur. An­caq dü­şü­nü­rəm ki, bun­lar tə­sa­dü­fi ha­di­sə­lər­dir, şi­şirt­mək məs­lə­hət de­yil.
– Mən mü­ba­li­ğə­siz, olan­la­rı de­yi­rəm. Özüm də bun­lar­dan heç təəc­cüb­lən­mi­rəm.
– Ne­cə yə­ni, təəc­cüb­lən­mir­sən? – Hey­rə­tin­dən göz­lə­ri az qa­la al­nı­na çıx­dı.
– Sa­də­cə. Bir özün fi­kir­ləş, əgər so­vet mi­li­sin­də onun-bu­nun ci­bi­nə gir­mək­lə pul­la­nıb ha­rın­la­yan, rüş­vət­lə və­zi­fə alan bu gün bəy, de­mok­rat, na­zir olur­sa, təəc­cüb­lən­mə­yə də­yər­mi? Xə­mi­ri ha­ram­la yoğ­ru­lan adam­lar­dan haqq, əda­lət göz­lə­mək ən azı sa­də­lövh­lük­dür.
E­lə bu vaxt uzun­sov sto­lun baş tə­rə­fin­də­ki rəng­bə­rəng te­le­fon­lar­dan bi­ri­nin zən­gi ka­bi­ne­tə ya­yıl­dı. Sədr dər­hal ye­rin­dən qal­xıb dəs­tə­yi gö­tür­dü:
– Bə­li, eşi­di­rəm. Nə, ə...ə sən­sən? Bəs ni­yə sə­sin be­lə xı­rıl­da­yır? O nə səs-küy­dü or­da? Ye­nə yı­ğı­şıb­lar qa­pı­nın ağ­zı­na? Ə..­.ə, sə­nə de­mə­mi­şəm ki, on­la­rı pri­yom­nı­ya ya­xın bu­rax­ma? Bəs po­lis­lər ha­ra­da­dır? Əş­şi, ça­ğır, gə­lib rədd elə­sin on­la­rı. De ki, sədr özü si­zi ça­ğır­da­caq, in­di vax­tı yox­dur. Ba­şa düş­dün? "Baş üs­tə" de­mək­lə de­yil, iş gör­mək la­zım­dır. Be­lə get­sə, sə­ni də rədd eli­yə­rəm, olar­san on­la­rın ta­yı. Yax­şı-yax­şı za­rı­ma gö­rək.
O, dəs­tə­yi hirs­lə apa­ra­tın üs­tü­nə atıb, özü­nü ağır yük ki­mi di­yir­cək­li kres­lo­ya sal­dı. Onun ağır­lı­ğı al­tın­da kres­lo irə­li-ge­ri sil­kə­lə­nə­rək ye­rin­də mıx­lan­dı.
Mən hey­rə­tim­dən qu­ru­yub qal­mış­dım. Nə gör­dük­lə­ri­mə ina­na bi­lir­dim, nə də eşit­dik­lə­ri­mə. Uzun il­lər sa­də, sə­mi­mi bir in­san ki­mi ta­nı­dı­ğım, bir az əv­vəl mə­ni sə­mi­miy­yət­lə qar­şı­la­yan, ürək söh­bə­ti elə­yən bu adam bir an­da ne­cə də də­yi­şib yad­laş­dı.
O, mə­mur əda­sı ilə kres­lo­sun­da otu­rub qaş­qa­ba­ğı­nı sal­la­mış­dı. Elə bil mə­ni ta­mam unut­muş­du. Bir­dən dik­si­nən ki­mi ol­du:
– Ba­ğış­la, sən Al­lah, – ağır yük qal­dır­mış adam ki­mi təng­nə­fəs hal­da dil­lən­di, – bu kö­mək­çim adı bat­mış mə­ni höv­sə­lə­dən çı­xar­dı. Əş­şi, ada­ma bir sö­zü ne­çə də­fə de­yər­lər. Lap qan­ma­zın ye­kə­si­dir...
– Qa­pı ağ­zı­na yı­ğı­şan­lar kim­lər­dir ki?
– Kim­lər ola­caq? Özü­müz­ki­lər. Keç­miş sədr və­zi­fə­yə baş­la­yan gü­nü on­la­rın ha­mı­sı­nı bir əmrlə iş­dən çı­xa­rıb. De­yib ki, si­zin­lə iş­lə­mək is­tə­mi­rəm, öz ko­man­dam var. Məh­kə­mə on­la­rın şi­ka­yə­ti­nə ba­xıb, qə­rar çı­xa­rıb ki, işə bər­pa olun­sun­lar.
– Mən də bu­na gö­rə gəl­mi­şəm. Hər gün re­dak­si­ya­ya zəng edir­lər, mək­tub ya­zır­lar ki, məh­kə­mə­nin qə­ra­rı­nı sa­yan yox­dur.
– Elə da­va da bu­nun da­va­sı­dır. Köh­nə səd­rin zi­bil­lə­ri­ni gə­rək mən tə­miz­lə­yəm?
– Bur­da çə­tin nə var ki, məh­kə­mə­nin qə­ra­rı­nı ye­ri­nə ye­tir, vəs­sa­lam.
– Əmr ve­rib ço­xu­nu işi­nə qay­tar­mı­şam. Qa­lıb azı...
– Qa­lan­lar da şi­ka­yət­lə­nir­lər ki, sədr ni­yə ay­rı-seç­ki­lik elə­yir? Məh­kə­mə­nin qə­ra­rı ha­mı­mı­za aid­dir.
– Fəx­ri, sən on­la­rı ta­nı­say­dın, be­lə de­məz­din.
– Ni­yə ta­nı­mı­ram, mə­gər vax­ti­lə on­lar­la bir­gə iş­lə­mə­mi­şik? Bi­zim qə­ləm yol­daş­la­rı­mız, həm­kar­la­rı­mız de­yil­lər mə­gər? İn­tə­ha­sı, il­lər ke­çib, ya­şa dol­mu­şuq, hə­lə pen­si­ya­ya ha­zır­la­şan­lar da var.
– Ya­şa do­lub xa­siy­yə­ti­ni də­yi­şən­lər də, or­da-bur­da de­di-qo­duy­la baş gi­rə­lə­yən­lər, mə­nə pa­xıl­lıq elə­yən­lər, gö­zü­gö­tür­mə­yən­lər, ar­xa­da lə­ti­fə qo­şub ələ sa­lan­lar da... Da­ha han­sı­nı de­yim, Fəx­ri?
– Ara­da söz gəz­di­rən­lə­rə inan­san haq­qı na­haq­qa ve­rər­sən, İsi. Mə­gər ya­dın­dan çı­xıb, elə o vaxt­lar da ara­da söz gəz­di­rən­lər var­dı. Bir yer­də ye­yib-içən­dən son­ra öz­lə­rin­dən nə­lər uy­dur­mur­du­lar? Sə­nin­lə dərd­lə­şir­dik də. Fi­kir­lə­şir­dik ki, ni­yə bun­lar be­lə ya­ra­maz şey­lə­rə vaxt iti­rir­lər, öz iş­lə­ri­lə məş­ğul ol­mur­lar. Son­ra gör­dük ki, əlin­dən heç bir iş gəl­mə­yən bu adam­lar çu­ğul­luq et­mək, xə­bər apa­rıb-gə­tir­mək, ona-bu­na qu­yu qa­zı­maq­la rəh­bər­li­yə ya­rı­nır, öz­lə­ri­ni şi­rin sa­lıb yer­lə­ri­ni möh­kəm­lə­dir­lər.
O, dal­ğın hal­da:
– Lap ça­şıb qal­mı­şam, – de­di, – doğ­ru­su, bu və­zi­fə­yə ke­çən­dən ra­hat­sı­zam. Üz­də gös­tər­mə­sə­lər də bi­li­rəm ki, pa­xıl­lı­ğı­mı çə­kir­lər, üzü­mə gü­lüb köl­gə­mi qı­lınc­la­yır­lar. Für­sət ax­ta­rır­lar ki, mə­ni göz­dən sa­lıb, və­zi­fə­dən uzaq­laş­dır­sın­lar.
– Nə­dən bi­lir­sən?
– Elə ha­mı düş­mən de­yil ki. Xət­ri­mi is­tə­yən­lər də var. Mə­ni hər şey­dən ha­li elə­yir­lər. Bir də özün yax­şı bi­lir­sən, söz ki ağız­dan çıx­dı, qur­tar­dı. Müt­ləq ün­va­nı­na ça­ta­caq.
İ­si­nin açıq ürək­lə sə­mi­mi eti­ra­fı mə­nə çox şey de­yir­di. Və­zi­fə­si­ni itir­mək qor­xu­su ona ra­hat­lıq ver­mir­di. Ət­ra­fın­da­kı yal­taq­la­rın səp­dik­lə­ri şüb­hə to­xu­mu cü­cə­rib onun bü­tün var­lı­ğı­nı bü­rü­yür, mə­şum xəs­tə­lik ki­mi get­dik­cə şid­dət­lə­nir­di. O, hə­qi­qət do­nu­na bü­rü­nən ya­lan­la­rın, bu ya­lan­la­rı mə­ha­rət­lə uy­du­ran­la­rın gi­ro­vu­na çev­ril­miş­di. Xa­rak­ter­cə sa­də­lövh, tə­rif­dən xoş­la­nan, hər sö­zə ina­nıb tə­ləm-tə­lə­sik nə­ti­cə çı­xa­ran, tez-tov adam idı. Hiss edir­dim ki, onu mər­di­mə­zar çə­pə­ri ki­mi əha­tə edib to­ra sa­lan­lar adi yal­taq­lar de­yil, "öz pe­şə­si­ni" yax­şı bi­lən xə­bis­lər­dir. On­lar göz­lə­ri gö­tür­mə­yən is­te­dad­lı, ba­ca­rıq­lı iş­çi­lə­rə qa­ra ya­xır, öz adam­la­rı­nı tə­rif­lə­yib və­zi­fə­yə qoy­du­rur­du­lar. Ən təc­rü­bə­li mə­sul iş­çi­lər be­lə məət­təl qa­lıb, öz ara­la­rın­da gi­ley­lə­nir­di­lər: "Ə, bu nə ya­man də­yiş­di?". "O cür baş re­dak­to­ru çı­xar­dı, ye­ri­nə gör ki­mi qoy­du". "De­yə­sən ağ­lı ça­şıb. Yox, ağ­lı ye­rin­də­dir, lo­tu­lar boş da­ma­rı­nı ta­pıb­lar, əli­nə qə­ləm ve­rib, is­tə­dik­lə­ri əm­ri yaz­dı­rır­lar. O da "uf" de­mə­dən bı­ça­ğı qo­yur gü­nah­sız adam­la­rın bo­ğa­zı­na".
Be­lə söh­bət­lə­ri bə­zə­yib öz­lə­ri­nə sərf elə­yən şə­kil­də səd­rə çat­dı­rır, "eh­ti­yat­lı olun, fi­lan­kəs ye­ri­ni­zə göz di­kib" – de­yə ürə­yi­nə xal sa­lır­dı­lar.
A­ra­ya də­rin sü­kut çök­müş­dü. O, kres­lo­ya yay­xa­nıb fik­rə get­miş­di, ça­rə­siz xəs­tə ki­mi qəm-qüs­sə için­də idi.
Mən sü­ku­tu po­zub ona tə­səl­li, məs­lə­hət ver­mə­yi özü­mə borc bil­dim:
– Özü­nü na­haq ye­rə üz­mə, ara­nı qa­rış­dı­ran­la­ra inan­ma. Fakt­la­rı özün yox­la. Elə et ki, qu­ru­nun odu­na yaş yan­ma­sın.
O, inam­sız hal­da ba­şı­nı bu­la­yıb ah çək­di:
– Xey­ri yox­dur.
A­də­tən hər şe­yə tez ina­nan adam­lar tez də sı­nır­lar. On­la­rı ha­ra is­tə­sən yö­nəlt­mək olur. Be­lə­lə­ri pus­qu­da du­rub şi­ka­rı­nı göz­lə­yən, bir ağız tə­rif­lə məq­sə­di­nə ça­tan tül­kü­lə­rin to­ru­na nə vaxt düş­dük­lə­ri­ni be­lə bil­mir­lər. Yal­nız baş­la­rı da­şa də­yən­dən son­ra ayı­lır­lar. On­da da gec olur, və­zi­fə, sə­la­hiy­yət, hör­mət əl­dən ge­dir. Bun­dan son­ra ki­min kim ol­du­ğu­nu an­la­ma­ğın nə mə­na­sı?! Hər şe­yi baş-ayaq edən­dən son­ra ha peş­man ol. Be­lə­si­nə və­zi­fə, sə­la­hiy­yət eti­bar et­mək ol­maz. Əgər "şah­lıq qu­şu" ba­şı­na qon­sa, yə­ni hər han­sı tə­sa­düf­dən, ya­xud za­ma­nın, döv­ra­nın gər­di­şin­dən İsi ki­mi­si na­zir, baş na­zir, al­lah elə­mə­miş döv­lət baş­çı­sı ol­sa ne­cə?! Be­lə bəd­bəxt­lik­dən xal­qı al­lah uzaq elə­sin. Əks hal­da vay döv­lə­tin, xal­qın ha­lı­na!
...Birdən kabinetin qapı­sı şı­ğımla açıl­dı. Gö­dək, tök­mə­bə­dən, balqabaqbaş kö­məkçi özü­nü hövl­nak içəri saldı.
Sədr ilan çal­mış kimi yerindən sıçradı:
– Nə olub ye­nə?
Nə­fəsi təngimiş kö­məkçinin hə­yəcandan səsi titrədi:
– Elxan bəy gəlir dəs­təsiynən...
O, sö­zü­nü bitirməmiş Elxan bəy yarıa­çıq qapı­nı ayağı ilə itə­ləyib içəri girdi. Bəyi müşayiət edən­lər kabinetə doluşdular. İsi yü­yü­rə­rək Elxan bəyin qabağına çıx­dı:
– Xoş gəlmisiz, bəy, həmi­şə siz gə­ləsiz!
– Sənin darvazada şön­gü­yən polisin qoysa, gə­lərik.
Sədr çaş­qın halda göz­lərini döy­dü.
– Maşı­nı­mı gö­rür, darvazanı açmır, – deyə Elxan bəy narazı­lı­ğı­nı bildirdi.
– Yəqin tanıma­yıb, qə­lət eləyib, bəy!
– Nə qə­lət elədiyini ona başa saldılar.
Elxan bəyin məs­xə­rə ilə dediyi söz­lə­rə arxasında sı­ra­la­nan cangü­dən­lə­ri bic-bic gü­lüş­dü­lər.
– Bilsəydim özüm qapıya çıxardım, – sədr təq­sirkar adam ki­mi heyfsiləndi.
– Hardan bilə­cək­sən, kabinetdən çı­xırsan ki?!
Sədr günahkarcasına başı­nı aşa­ğı saldı. Elxan bəy "hücumunu" davam etdirdi:
– Studiyalarda çal-çağırdan qulaq tutulur. Müharibə vaxtı nə qə­dər konsert olar?
Sədr sualedici nə­zər­lər­lə kö­məkçisinə baxdı.
– Bağışlayın, konsert deyil, məşq gedir. Tə­zə partiyaların himnini hazırlayırlar, – kö­məkçi izah elədi.


– Pəh-pəh, at ölüb itlərin bayramı­dır. Ə, nə qə­dər partiya olar? Çatan deyir ki, guya xalq hə­rəka­tında güc­lü fəaliyyəti olub, gə­rək partiya yarada. Sən də, İsi bəy, ağına-bozuna baxmırsan, dü­nə­nə­cən mənim yan-yö­rəm­də sü­lə­nən­lərin çı­xışları­nı, uzun-uzadı söh­bət­lərini verirsən gecə-gün­düz. Ke­çən şən­bə necə hirsləndimsə, bir də gör­döm studiyadayam. Nə isə... lə­nət şeytana.
Elxan bəy əsəbi halda kabinetdə cangü­dən­lərinin əha­təsində gəzişdi. Sonra başı­nı qaldı­rıb sədri başdan-ayağa süz­dü:
– Sən də hey çiyinlərini oynadırsan, başı­nı bulayırsan. Daha zəng eləyib soruşmursan ki, ay Elxan bəy, bəs sənin lideri olduğun partiyadan nə veriliş hazırlayaq? Bəl­kə, düz demirəm?
– Doğru buyurursunuz, bəy, təq­sir mən­dədir, – sədr etiraf etdi və birdən hə­yəcanlanıb üzr istədi, – ah bağışlayın, elə çaş­mışam ki, sizə əy­ləş­məyi təklif elə­mək də yadımdan cı­xıb.
– Vaxtım olsaydı, təklifsiz də oturardım. Mən tə­ləsi­rəm, kö­məkçilərimi yanında qoyuram. Neçə vaxtdır tə­ləsdirirəm bunları ki, partiyanın proqramı­nı, nizamnaməsini, himnini hazırlatdır­sınlar. Nəha­yət ki, şü­kür olsun, hamı­sı hazırlanıb. Özüm baxmışam, – de­yə o, kö­mək­çi­lə­rin əl­lə­rin­də­ki qov­luq­la­ra işa­rə et­di, – sən də redaktorları, rejissorları cəm elə, yaxşı silsilə verilişlər hazırlatdır. Özüm gəlib çı­xış elə­yə­cə­yəm. Tə­ləs­mək lazım­dır, seçkilə­rə az qalıb. Gə­rək bizim partiya qalib gəlsin. Buna gö­rə də televizi­ya­da güc­lü təbliğat aparmaq vacibdir.
Mən əsəb gərginliyi içində, hay-küy­lü kabinetdən müm­kün qə­dər hiss edilmə­dən, sakitcə çı­xar-çıx­maz sədrin quyunun dibindən gə­lən titrək səsini güc­lə eşitdim:
– Baş üs­tə, bəy, narahat olmayın, necə lazım­dır, elə­yərik.

Bil­məz idim dön­gə­lər var, dö­nüm var,
İt­kin­lik var, ay­rı­lıq var, ölüm var.

Şəh­ri­yar

VI

Ağlım kə­sən­dən yalanla aram olmayıb. Əlim qə­ləm tutandan dü­zü-düz, əyrini-əyri yazmışam, haqqı nahaqqa verməmi­şəm.
Ata-babaları­mız müdrik, mərd kişilər olublar. "Yalan ayaq tutar, yeriməz", deyiblər. Onların zamanında da yalan olub, lap ayaq da tutub, amma yerimə­yə qoymayıblar. El-oba əlbir olub yalana meydan, yalançıya aman verməyib.
Dü­zün, həqi­qətin bir üzü, bir yolu, əyrinin, yalanın isə min üzü, min yolu var. Yalanın yuva saldı­ğı hər şey məh­və məhkumdur: insan, ailə, cəmiyyət, döv­lət! Mən bunun canlı şahidiyəm. Süqut etmiş SSRİ adlanan imperiyada insanların, ailə­lərin, cəmiyyətin, mə­nəvi də­yər­lərin faciəsini, müsi­bətini gör­mü­şəm...
Olub-keçən­ləri xatırlayıram. Ön­cə bir qə­dər sadə­lövh və... özü­mü xoşbəxt saydı­ğım çağlar yadıma dü­şür. Tə­lə­bəlik illə­ri, təh­si­li­mi bi­ti­rib işə başlamağım, gö­zəl ailəm, atalıq qürurum, bir də bü­tün varlı­ğımla bağlandı­ğım sə­nətim, işimdə pillə-pillə yük­səlişim və heç özü­mün də göz­lə­mədiyim, çoxları­nın hə­səd apardı­ğı rəh­bər vəzi­fə! Vaxt öt­dük­cə işə alı­şır, təc­rü­bə qazanır­dım. Ancaq məni dərin fikrə salan, heyrət­ləndirən bir suala cavab tapa bilmirdim. Nə­yə gö­rə başı dağa, ayağı arana dirə­nən bö­yük bir rayonun başçı­sı, əslində ağası Ağazadə öz nəfsinin quludur? Adam nə qə­dər mal-döv­lət yığar, tamahkar olar, yalan danışar, Mər­kə­zə uydurma məlumatlar verər? Əvəzində sinəsi­nə orden-medallar taxar. Düz danışa­nın dilinə qı­fıl vurar, gö­zü ilə gö­rəni gö­züm­çıx­dıya salar, tərslik eləyib, inadından dön­mə­yəni özü­nün dediyi kimi "damlatdırar", elə orada ömür­lük susdurar.
Müharibə­də həlak olan atamın "qara kağı­zı"ndan sonra saçlarına qar yağan anamın bir də­fə namaz qı­lan­da mə­nə üz tutub titrək səs­lə dediyi söz­lər qulağımda sırğalanıb: "Oğul, yadında saxla, Allah bən­dəsi­nə zülm edəni bağışlamaz. Başına dö­nüm, imkansıza kö­mək elə, əl tut"!
Başçı əlacsız xəs­təli­yə müb­təla olub ömür­lük yatağa dü­şən­də, rayonun ağsaqqalları bir ağızdan dedi­lər: "ona tanrı­nın qə­zəbi tutdu".
Mər­kəz məni başçı təyin etmək istə­yən­də əv­vəl ehtiyatlandım. Lakin Mər­kəzin özün­də də xeyli dəyişiklik olduğunu, köh­nə başçı­nı dəs­tək­lə­yən rəs­mi­lə­rin səlahiyyət­lə­ri­nə xitam verildiyini bilən­də ürək­ləndim. Hə­vəs­lə işə başladım. Rayonda sıravi işçidən ali təhsilli mü­tə­xəssisə­dək adamları yaxşı tanı­yır­dım. Odur ki, kadr seçimində çətinliyim olmadı, ağsaqqallarla məs­lə­hət­ləşib ən yaxşıla­rı­nı irəli çəkdim.
Xoşbəxtlikdən il yaxşı gəlmişdi: qı­şı qarlı, yazı yağmurlu, yayı mülayim keçmişdi. Qı­zıl payı­zı göz oxşayır, məhsulu aşıb daşır­dı. Camaatın da kefi kök, damağı çağ idi. Hə­vəs­lə, ürək­lə işləyirdilər. Söz-söh­bət­ləri qulağıma çatır­dı: "Fəxri Mərdanlı­nın əli düz, ayağı çö­rəklidir. Allah onu başı­mı­zın üs­tün­dən əskik elə­məsin".
Nəha­yət, məhsulu yı­ğıb qurtardıq. Raport verdik. Mər­kəz təbrik etdi. Məni ürək­dən sevindirən, məmnun edən mər­kəzi rəh­bərliyin rayona xoş münasibəti idi. Necə deyim, yuxarıda başı­mızdan vu­ran, aşağıda ayağı­mızdan çə­kən yox idi. Bunu həmkarlarım – qonşu rayonların başçıla­rı da hiss edir, hə­səd aparır və bə­zən də ürə­yi­ya­nan­lıq edir­lər­miş ki­mi ey­ham­la:
– Yaman bərk gedirsən ha, – de­yir­di­lər, – bir az ehtiyatlı ol, badalaq vurarlar.
Elə bil ağızları falmış, deyilən­lər çin oldu. Həm yuxarıdan, həm də aşağıdan elə mə­nə­vi zər­bə­lər aldım ki, ürəyim döz­mədi...
Müdriklər deyib ki, dünya xali deyil, yaxşı adamlar var, tanrı dünyanı əməlisaleh bən­də­lərinin çiynində bər­qərar eləyib.
Mənim aləmimdə dostlarım arasında ən etibarlı­sı Elgü­nəşdir. Onun sayəsində müalicə­dən sonra öz peşəm­lə bağlı işimə qayıt­dım, illər­lə ay­rı düş­dü­yüm qə­ləmimlə ünsiyyət tapdım.
Xasiyyət­cə bir qə­dər emosional, həssasam. Hər hansı bir göz­lənilməz hadisə­dən, xüsu­sən əda­lətsizlikdən tez hə­yəcanlanıb özüm­dən çı­xıram. İllah da ki, qəzet-jurnallarda ağa qara de­yi­lən­də, yalan baş alıb gedən­də! Be­lə hallarda əsəb­lərimi heç cür cilovlaya bilmirəm. Səh­həti­mə gö­rə ürəyimi ağrıdan haqsız­lıqlara müdaxilə etmə­mək, bir qə­dər kənarda qalmaq istə­səm də, bacarmıram. Yüz­lər­lə qə­ləm sahibinin çalış­dı­ğı, müx­təlif qəzet-jurnalların, kitabların çap olunduğu "Mər­kəzi nəşriyyatda", xüsusilə bizim hay-küy­lü mər­tə­bə­də, ucuz sensasiya dalınca qaçan, "macəra axtaran" qapıbir qonşuları­mı­zın arasında bu, müm­kün deyil.
Əsəb­ləri tarıma çə­kən, ürəyi ağrıdan xoşagəl­məz hadisə­lər qonşu redaksiyalarda tez-tez baş verirdi. Böhtana-yalana tuş olan adamlar buraya gəlir, öz etirazları­nı bildirir, müəlliflər­lə de­yi­şir, redaktordan təkzib verməyi tə­ləb edirdilər.

* * *

Baş redaktorun kiçik, sadə və işıq­lı otağına yı­ğış­mış­dıq. Ayda bir də­fə be­lə­cə top­la­şıb ötən müd­dət­də fəa­liy­yə­ti­miz ba­rə­də he­sa­bat ve­rir, gö­rə­cə­yi­miz iş­lə­ri müəy­yən­ləş­di­rir­dik.
– Keçən ay az-çox ugurları­mız olub, – de­yə baş re­dak­tor sö­zə baş­la­dı, – tək­cə ona gö­rə yox ki, qə­zetimiz, jurnalı­mız vaxtında çı­xıb, tirajı­mız artıb, nəşriyyatı­mız pis işlə­məyib. Həm də ona gö­rə ki, oxucuların marağına sə­bəb olan, cəmiyyət­də əks-səda, müzakirə, mübahisə doğuran, yuxarı­la­rı qı­cıqlandı­rıb hə­rə­kə­tə gəti­rən yazıla­rı­mız çoxalıb. Özü­nüz də gör­dü­nüz Fəxri Mərdanlı­nın həmkarları­mız, mətbu orqanlar, jurnalist etikası barə­də silsilə yazıla­rı nə səs-küy qo­par­dı.
– Həm də si­zə ba­şağ­rı­sı gə­tir­di, – de­yə ya­vaş­ca, bir az da üzr­xah­lıq edir­miş ki­mi dil­lən­dim.
– Qoy olsun! – O, baş ve­rən­lər­dən ra­zı qal­mış ki­mi uca­dan səs­lən­di, – köh­nə kişilər deyiblər ki, igidin başı qalda gə­rək. Hay-küy qo­pub­sa, de­mək söz yerində deyilib, konkret faktlara söy­kə­nib, ya­zı hə­də­fə də­yib. Lap yaxşı eləmi­sən, demisən ki, sö­zü çeynə­məz­lər, həqi­qə­ti yazarlar. Daha onun-bunun buyruğu, pulu, gös­tərişi ilə böhtan atmazlar, ucuz sensasiyaya uyub, jurnalist adı­nı bihör­mət elə­məz­lər!
Baş redaktor nə­fəsini dərib, bir qə­dər sakit səs­lə sö­zü­nə davam etdi;
– Buna gö­rə başı­mı ağrıdacaqlarsa, qoy ağrıt­sınlar. Öz­ləri yaxşı bilirlər ki, haqq olan yerdə mən dö­züm­lü­yəm. Təki dəlil-sübut olsun. Şahin Poladoğlunun yazıla­rın­da­kı kimi.
"Ot kö­kü üs­tə bitər", – deyiblər. Şahinin atası Polad kişi ilə uzun illər bir rayonda işləmişdim. Ağır oturub batman gə­lən, sö­zü­nün yerini, çəkisini bilən, abır­lı, sanballı bir kişi kimi el-obada bö­yük hör­mət sahibi idi. Hə­lə Ağazadənin rayona rəh­bərlik etdiyi vaxtlarda çox çətinliklər­lə üz-üzə gəlmiş, "başı ağrı­mış­dı"... Kim bilir, Ağazadə sağalmaz xəs­təli­yə müb­təla olmasaydı, Polad kişinin başına nə­lər gə­lə­cəkdi. Zaman dəyi­şən­də də o, də­də-baba tə­sər­rüfatçı kimi özü­nün bir parça torpağın­dan əl çək­mə­miş­di. Bir aya­ğı tor­paq­da, bir ayağı cəb­hə­də idi: öz əlilə yetişdirdiyi halal azuqəni oğlu Şahinə, onun əs­gər yoldaşlarına daşı­yır­dı. Oğlu ağır yaralanıb əlil olandan (Şahin qı­çından şikəst idi, bud sü­mü­yün­də ilişib qalan düş­mən mərmisinin qəl­pəsi ona əziyyət verirdi) sonra da kişi cəb­hə­yə kö­məyini əsirgə­mə­di. İl­də bir-iki yol şə­hə­rə gəlib, oğluna baş çəkir, mənimlə məxsusi gö­rü­şür­dü. Ata oğluna toy etmək, baba olmaq arzusunda idi. Oğulun isə gözaltı­sı yox idi. Tay-tuşlarına demişdi ki, hə­lə tezdir, bu ciddi mə­sə­lə­də tə­ləs­mək olmaz.
Amma iş elə gətirdi ki... Buna tale, bəxt, yaxud qismət demək olarmı? Bilmirəm! Onu bilirəm ki, Şa­hi­nin ta­le­yin­də ön­cə qəzetdə hissə-hissə dərc et­dir­di­yi, sonra isə kitab şəklində nəşr olu­nan sə­nədli povest dö­nüş ya­rat­dı. Şahin cəb­hə­də canlı şahidi olduğu hadisə­ləri qə­lə­mə almış­dı. O, cəsur azər­baycanlı qı­zı Qaratelin qeyri-bəra­bər dö­yüş­də gös­tərdiyi şüc­aəti, son gül­ləsi­nə­dək mərd-mərdanə vuruşub düş­mə­nə aman vermədiyini, əsir dü­şüb namusu lə­kə­lən­məsin deyə özü­nü sıl­dı­rım qayadan atdı­ğı­nı çox təsirli bədii boyalarla təsvir etmişdi.
O vaxt taqım komandiri olan Şahin dö­yüş­çü yoldaşları ilə "Qayalıq" deyilən yerə gəlmiş, düş­məni qə­fil yaxalayıb məhv etmişdilər. O, dar cı­ğırla enib sıl­dı­rım qayanın ayağında can verən Qarateli qolları arasına alanda qız göz­lərini açıb, zəif səs­lə son söz­lərini demişdi:
– Şahin, sən­sən? Yaxşı ki, özü­nü yetirdin, daha düş­mənin murdar əli cə­sədi­mə də toxuna bilməz...
– Qaratel...
– Anama de, ağlamasın. De ki, qı­zın tər­təmiz getdi... Dağları­mı­zın çiçəyi kimi...
Qı­zın qəf­lə­tən bö­yü­yüb açı­lan göz­ləri birdən məc­hul nöq­tə­yə zil­lə­nib qal­dı. Şahinə elə gəldi ki, ətraf zül­mə­tə qərq ol­du. “Qaratel!”deyə haray salmaq istədi. Boğazı qovuşdu, qə­hər boğdu, səsi qı­rıl­dı. Qolları arasında əbədi uyuyan qı­zı oyatmaq istəmirmiş kimi ehmalca dağ çiçək­lərinin üs­tü­nə uzadıb açıq qalmış göz­ləri­nə əl çəkdi... Və aya­ğa qalx­ma­sı ilə bir an için­də lay divar kimi üzü üs­tə düş­mə­yi bir ol­du. Komandirin çiyinlərinin titrə­yə­rək qalxıb endiyini gö­rən dö­yüş­çü­lər silahları­nı başları üs­tü­nə qaldı­rıb atəş açdılar...

* * *

Şahinin qəzetdə bir aydan çox hissə-hissə çap olunan sə­nədli povesti bö­yük əks-səda dogurdu. Redaksiyamız oxuculardan xeyli məktub aldı. Onların təklifi ilə hərbi və­tən­pər­vərlik mövzusunda müsabiqə keçirdik. Müsabiqə­də birinci mükafata döv­lət universitetinin tə­lə­bəsi Ayla layiq gö­rül­dü. Bu zərif biçimli, mavi göz­lü, sarı­şın, xoşrəftar, suyuşirin qı­zın xətrini redaksiyada xidmətçidən tutmuş baş redaktoradək hamı istəyirdi. Redaksiyada təc­rü­bə ke­çən Aylanın qə­lə­min­dən çıxan yazılar maraqla oxunurdu. Qaratel haqqında sə­nədli povest qı­zı yaman təsirləndirmiş, onu elə bil maqnit kimi Şahinə yaxın­laşdır­mış­dı. Axı­rın­cı kursda oxuyan Ayla hər gün dərs­dən sonra redak­siyaya gəlir, hərbi və­tən­pər­vərlik şö­bəsində Şahinlə gö­rü­şüb söh­bət edirdi.
Xasiyyət­cə azdanışan, zahirən qaradinməz gö­rü­nən Şahini xoşrəftar, qı­lıq­lı Ayla tamam-kamal dəyişdirmişdi. Onlar ül­fət bağlamış­dılar, söh­bət­ləri bitib tü­kənmirdi. Sonralar Ayla etiraf etmişdi ki, onun üçün çox maraqlı olan bu söh­bət­ləri əl boyda balaca, yaraşıq­lı sumkasında gəzdirdiyi diktofona yazıb, evdə təkrar-təkrar dinləyirmiş. Nə üçün? Bizi, redaksiyanın əməkdaşları­nı maraqlandıran bu sualın cavabı müsabiqə­yə yekun vurulanda ay­dın ol­du. Müsabiqə qapalı keçirildiyindən müəlliflərin adları ayrıca zərf­də gizli saxlanı­lır­dı. Baş redaktor münsiflər heyətinin birinci mükafata layiq gör­dü­yü yazı­nın adı­nı açıqladı:
"Belə oğul istəyir Və­tən!". Bəs mü­əllif? O, zərfi açdı və sevincdən titrə­yən səs­lə uca­dan elan etdi: Ayla!
Zalda alqış qopdu.
Aylanın yazı­sı qəzetdə çap edildi, maraqla qarşılandı. Redaksiyaya gə­lən məktubların çoxu yazı­nın qəh­rəma­nı Şahinə ünvanlanmış­dı. Ayla zahirən heç kimdən seçilmə­yən bu qoçaq, təva­zökar Azərbaycan oğlunun obrazı­nı məha­rət­lə yaratmış­dı.


"Mən Şahinin şahidi olduğu hadisə­ləri qə­lə­mə aldım. O, özün­dən çox, cəb­hə dostlarından danış­dı. Əlində bomba özü­nü düş­mən tankı­nın altına atan Elsevərin, namus mü­cəs­sə­məsi mərd Qaratelin qəh­rəmanlı­ğından söz açdı. Toyundan cəmi bir həf­tə sonra Qarabağa gedən, tankı­nın səsindən düş­mənin bağrı yarılan, də­fə­lər­lə yaralanıb sağalar-sağalmaz dö­yüş meydanına atılan eloğlusu Dəmirin cəb­hə­dən gön­dərdiyi məktubu mə­nə gös­tərdi. Dəmir giley­lənirdi ki, niyə cəb­hə­dən, dö­yü­şən oğul-qızları­mızdan az yazı­rıq. Soruşurdu: onları tanı­yır­sı­nız­mı? Etiraf edirəm ki, Şahin Poladoğlunun "Qaratel"ini oxuyana, ayağında mərmi qəl­pəsi gəzdirən jurnalist həmkarı­mın söh­bət­ləri­nə qulaq asana qə­dər mən də tanı­mır­dım. Onun söh­bət­lə­rin­dən sonra sonsuz qürur duydum ki, belə cəsur oğul-qızları­mız var. Bizim hər birimiz onlardan nümu­nə gö­tür­məliyik".
Oxucuların suallarına cavab olaraq Aylanın yazdı­ğı məktubu oxuyub qurtarmış­dım ki, telefon zəng çaldı. Baş redaktor məni yanına çağı­rır­dı. Dərhal getdim. Fikirli idi. Qarşı­sında, stolun üs­tün­dəki qəzetdə Aylanın yazı­sı­nı gös­tərib:
– Yaxşı yazıb, ağıl­lı mə­sə­lə qaldı­rıb, – dedi, – səni çağır­dım ki, məs­lə­hət­lə­şək. Deyirəm, əv­vəl­cə bu barə­də qəzetdə müzakirə açaq. Sonra əla­qədar təşkilatlara müraciət edək. Necə olar?
– Mən də bayaqdan otağımda oxuyub fikirləşi­rəm. Bu cox vacib mə­sə­lədir. Sistemli iş gör­mək, mə­sə­ləni döv­lət siyasəti səviyyəsi­nə qaldırmaq gə­rəkdir.
Yorğun gö­rü­nən baş redaktor fikrində elə bil nəyi­sə gö­tür-qoy edə-edə mənimlə danı­şır­dı:
– Fəxri, bizim nəsil müharibə gör­məyib. Ataları­mız vuruşublar, çoxu qayıtmayıb. Am­ma mək­təb dərsliklərində, kitablarda oxuduqları­mız, o vaxt filmlər­də gör­dük­lərimiz indi də yadı­mızdan çıx­mır. Yazı­çıla­rın, şairlərin vəsf etdikləri qəh­rəmanlara oxşamaq, Oleq Koşevoy, Zi­ba Qə­ni­ye­va, Aleksandr Matrosov, Gəray Əsədov, Hüseynbala Əliyev, Mehdi Hüseynzadə kimi olmaq istəyirdik. Bəs indi? Uşaqları­nın dərs kitabları­nı və­rəq­lə­mi­sənmi? Hamı­sı­nı tə­zə­lə­mək, bu gü­nü­mü­zün qəh­rəmanlarından bəhs edən ən yaxşı əsər­lər­dən parçalar, şeirlər vermək lazım­dır. Gə­rək uşaqlar, yeniyetmə­lər qəh­rəmanları­mı­zı tanı­sınlar, onlarla fəxr eləsinlər!
– Elə­dir, tək əl­dən səs çıxmaz,– dedim, – tək­cə bizim qəzet-jurnalla, buraxdı­ğı­mız kitablarla bu işin öh­də­sin­dən gəl­mək müm­kün de­yil.
– Ona gö­rə də cavanların təkliflərini dəs­tək­lə­məliyik. Bü­tün yaradı­cı kollektiv, qə­ləm sahibləri gə­rək əl-ələ versinlər.
Elgü­nəş nə­fəsini dərib susdu. Birdən nə­sə yadına dü­şüb­müş ki­mi gü­lüm­sə­yə­rək söh­bə­ti ta­mam baş­qa səm­tə yö­nəlt­di:
– Fəxri, bu cavanlar yaman xoşuma gəlir. Şahinlə Aylanı deyirəm. Gö­zəl cüt­lük­dür. Ağıl­lı, kamallı, həm də bir-birilə­ri­nə yaraşan.
– An­la­dım nə­yi nə­zər­də tu­tur­su­nuz. Ar­xa­yın olun, o gün Dür­da­nə mə­nə dedi ki, ikisinin də fikrini öy­rənib, inşallah ulduzları barışacaq.
– Şadxə­bər olasan, sevindirdin məni!
– Hamıdan çox Polad kişi sevinə­cək!
– Fəxri, – deyə Elgü­nəş zənl­lə mə­nə baxdı, – onda gəl cavanlara bir sürpriz elə­yək. Ne­cə bi­lir­sən, gəl­sə­nə Ay­la­nı işə gö­tü­rək. Gö­zəl qə­lə­mi var. Neçə vaxtdır bizə yazır, bu gün-sabah təhsilini bitirir. Elə bu gün­dən əm­ri­ni ve­rər­dim onun, özü də Şahinin şö­bəsi­nə. Nə de­yir­sən?
– Zənnimcə, hamı­nın ürəyindən olar. Ayla həm istedadlı, həm də ədəb-ərkanlı qız­dır.
Ertəsi gün redaksiyanın bü­tün işçiləri Aylanı təbrik etdilər, "xeyirli olsun" dedilər. Yaradı­cı heyətin növ­bəti toplantı­sına Ayla da qatıl­dı, Şahinlə yanaşı oturdu.
Baş redaktor Şahinlə Aylanın hərbi və­tən­pər­vərlik mövzusunda yazıla­rı­nı təqdir etdi, həmi­şə faktlara, canlı nümu­nə­lə­rə söy­kən­məyin, doğru-düz­gün, həqi­qəti yazmağın vacibliyini vurğuladı. "Həqi­qət"­də bunun artıq ənə­nə­yə çevrildiyini, bu sə­bəb­dən də oxucu rəğ­bəti qazandı­ğı­nı bil­dir­di.
– Biz çox vaxt aşağıla­rı tənqid edirik. Amma bunu doğuran sə­bəb­ləri araşdır­mı­rıq, sə­bəbkara sö­zü­mü­zü demirik, elə bil çəkinirik. Yerlər­də məh­dud səlahiyyəti olan məmu­ru tənqid edirik, an­caq onun ta­be ol­du­ğu yuxarı or­qan­la­rın fəa­liy­yə­ti ilə ma­raq­lan­mı­rıq. Qəzetin tənqidi çı­xı­şına gö­rə redaktoru əməkdaşların gö­zü qar­şı­sın­da cangü­dən­ləri­nə döy­dü­rən nazirin bia­bır­çı hə­rə­kət­lə­ri­nə göz yu­mu­ruq. Hal­bu­ki bu adam vax­ti­lə meydanda, küt­lə qarşı­sında sinəsi­nə dö­yüb demokratiyadan, söz azadlı­ğından dəm vururdu. Elə te­le­vi­zi­ya­da­kı son ha­di­sə­lə­ri gö­tü­rün.
Mən söh­bə­tə qa­rış­dım:
– Bu mövzuda tənqidi yazı hazırlayıram. Problemi öy­rənib dəri­nə getdikcə inanılmaz faktlarla üz­ləşi­rəm. Bizim bu binada, eyni mər­tə­bə­də, qəzet-jurnal redaktorları­nın çoxu imkanlı adamların, sponsorların buyruğu ilə oturub-durur. O gün qapıbir qonşumuzdan soruşdum ki, axı, niyə belə edirsiz, ağı qara yazır­sız? Bil­dir­di ki, qəzetin xozeyini, sponsoru var. Nə de­sə, o da ol­ma­lı­dır. Bu barə­də tənqidi material hazırlamağı­mı bilən­də isə, and-aman, xahiş-minnət elədi ki, adı­nı çək­məyim. Yəqin ki, sizin də yanı­nıza xahişə gə­lə­cək...
– Kim gəlir-gəlsin, ona daşdan keçən fakt, dəlil-sübut gös­tər­mək vacibdir. Yeri gəlmişkən, yadıma Stendalın məşhur söz­ləri düş­dü: "Hamı cənab fakt qarşı­sında şlyapası­nı çıxa­rır". Şikayə­tə, xahiş-minnə­tə gə­lən­ləri hör­mət­lə, ədəb-ərkanla qarşıla­yıb, də­lil-sü­but­la yo­la sal­maq gə­rək­dir.
Öl­kə­nin sə­nin üçün nə edə bi­lə­cə­yi­ni so­ruş­ma, sə­nin öz öl­kən üçün nə edə bi­lə­cə­yi­ni so­ruş.

Con Ken­ne­di

VII

Adətim üz­rə redaksiyaya hamıdan tez gəlmişdim. Növ­bəti nöm­rə­nin ma­te­rialları­nı hazırlayır­dım. Başım işə qarış­dı­ğından qapı­nın nə vaxt açıl­dı­ğı­nı hiss etmə­miş­dim.
– Sabahı­nız xeyir, Fəxri müəllim!
Başı­mı qaldıranda Şahini yarıa­çıq qapı­nın astanasında gör­düm. Salamı­nı alıb, içəri də­vət etdim.
– Bağışlayın, sizi işinizdən ayır­dım, – deyə üzrxahlıq elədi, – mənim ya­zım da sizin qovluğunuzdadır. Fikirinizi bilmək istəyirdim.
– Lap sə­hər tezdən, birinci sənin yazı­nı oxumuşam. Çox lazım­lı mövzu­dur. Yaxşı da yaz­mı­san. Ancaq dilin bir az ağır­dır. Ona gö­rə əl gəzdirəsi oldum. Otur, dü­zəlişlə­rə özün bax.
O, stul çəkib oturdu. Yazı­sındakı dü­zəlişləri nə­zər­dən keçirmə­yə başladı.
Qapı astaca dö­yül­dü. Katibə astanada gö­rün­dü:
– Fəxri mü­əllim, yanı­nıza gəl­mək istə­yən var.
– Buyursun.
Qısaboy, tök­mə­bə­dən, dazbaş, orta yaşlı bir kişi otağa daxil olub, ədəb-ərkanla tanış­lıq verdi:
– Fəxri mü­əllim, mən sizi yaxşı tanı­yıram. Amma bilmirəm siz məni xatırlayır­sı­nız, ya yox. O vaxtlar rayona, qardaşı­mın yanına ara-sıra gedib-gə­lərdim.
Mən ona zənn­lə baxdım:
– Doğrusu çox tanış gəlirsiz. Balaş müəllimə oxşadıram.
– Düz tapmı­sız. Mən onun qardaşıyam. Başağrı­sı olmasın, bəl­kə də yadı­nızda qalıb. Biz əs­lən qarabağlı­yıq. Mən institutu bitirən­dən sonra Bakıda qaldım, Balaş təyinatla rayona getdi, bir müd­dət mü­əllim işlədi. Sonrası­nı yaxşı bilirsiz. Sö­zün qısa­sı, də­də-baba yurdunda kiçik qardaşı­mız qaldı. Oxumadı, tez evləndi, elə-belə sü­rü­cü­lük elədi, sonra da başı bəlalar çəkdi...
O, birdən səsini xırp kəsib, nə­sə yadına dü­şüb­müş kimi elə bil ehtiyatlandı. Fikrimi göz­lərimdən oxumaq istəyirmiş kimi, zənn­lə üzü­mə baxıb soruşdu:
– Başağrı­sı vermirəm ki?
– Nə danı­şır­sız, sö­zü­nü­zü deyin.
– Doğrusu, yaxın dostlarım mə­nə ərklə "çoxdanışan" deyirlər. Bağışlayın, evdə yoldaşım da hey deyinir ki, uzunçuluq elə­mə, mus-mus eləyincə Mustafa de.
O, ürəka­çıq­lı­ğı ilə dediklərindən sanki özü də xoşhallanıb qardaşı Balaş kimi fı­sıl­tı ilə, xı­sın-xı­sın gül­dü. Cibindən dəsmal çı­xa­rıb yaşarmış göz­lərini sildi:
– Fəxri mü­əllim, mən sizi yaxın bilib məs­lə­hə­tə gəlmişəm, – dedi, – sonra gözaltı başı öz yazı­sına qarışan Şahinə baxdı.
– Şahin mü­əllim şö­bə müdiridir, – deyə tanış­lıq verdim, – əgər sirr de­yilsə...
O, sö­zü­mü ağzımda qoyub qəri­bə bir canfəşanlıqla:
– Burda nə sirr ola bilər? – dedi. – Madam jurnalistdir, şö­bə müdiridir, lap yerinə düş­dü. Deməli, ürəyimiz birdir. Şair demişkən, ürək­dən ürə­yə yol­lar gö­rü­nür.
O, söz­lə­rin­dən xoş­hal olub ye­nə xı­sın-xı­sın gül­dü, dəsmalı­nı çıxa­rıb göz­lərini sildi:
– Madam belədir, məni də özü­nü­zə həmkar sayın, necə deyər­lər, qə­ləm yoldaşı. Doğrudur, ixtisasım başqadır, ali təhsilli iqtisadçıyam, həmi­şə ticarət­lə məşgul olmuşam. Amma yazmağımdan da qalmamışam, qə­ləmimi vaxt-bivaxt işlətmişəm. Bir də baxıb gör­mü­şəm ki, sandı­ğı doldurmuşam. Bunun da sə­bəbi sovet döv­rün­dəki qadağalar idi. Redaksiyalara, qəzet-jurnallara nə qə­dər ayaq dö­yür­düm, xeyri olmurdu. Deyirdilər ki, belə şeyləri senzura – Qlavlit qoymur. Çünki mən o döv­rün haqsız­lıqları­nı qamçıla­yır­dım. Doğrudur, cibimdə partbilet gəzdirirdim. Bunsuz müm­kün deyildi. Vəzi­fə vermirdilər, adama etibar eləmirdilər. Mən də zavmaq, bö­yük qastronomun müdiri idim. Yolu dü­şən şairləri, yazı­çıla­rı, jurnalistləri qonaq eləyirdim. Yeyib-içən­dən son­ra baş­la­yır­dım şeirlərimi oxu­ma­ğa, on­lar da o ki var tə­rif­lə­yir­di­lər. Di gəl, çapına kö­mək eləmirdilər. Mən də yı­gır­dım rəh­mətlik nə­nəmin sandı­ğına. Elə bil ürəyi­mə dammış­dı ki, vaxt gə­lə­cək, zaman yetişə­cək, azadlığa çıxa­cağıq. Mən də partbileti tullayıb şeirlərimi çap elətdirə­cə­yəm. İndi neçə kitab buraxdır­mışam, iki göz istəyir tamaşa elə­yə.
O, söh­bəti­nə ara verə­rək nə­fəsini dərib üzrxahlıq etdi:
– Fəxri mü­əllim, bağışlayın, sizə başağrı­sı verirəm. Bunları elə-belə söz­gəlişi dedim. Yanı­nıza gəl­mək­də məq­sədim başqadır. Dü­zü, əv­vəl rayona, bö­yük qardaşı­mın yanına getdim. Balaş bəyi deyirəm. Maşallah olsun, bilirsiz nə cah-calal dü­zəldib özü­nə! Dedi, qardaş, otuz il sovetə qulluq elədim, vəzi­fə sahibi oldum, heç bunun onda birini dü­zəl­də bilmədim. O hö­ku­mət adama göz verirdi, işıq vermirdi. İndi başçı­nın birinci müaviniyəm, işim yağ kimi gedir, qı­lın­cı­mın dalı da kəsir, qabağı da! Dedim qardaş, mə­nə bir məs­lə­hət ver. Mə­sə­ləni açıb danış­dım ona. Dedi, get Fəxri müəllimə gə­nəş. Belə şey­ləri o yaxşı bilir. Sonra da dedi ki, bəzi adamlar ara­mı­zı vurublar, ancaq mən onu əda­lətli, obyektiv adam ki­mi ta­nı­yı­ram, Savadına, biliyinə də sö­züm yoxdur. Ona mə­sə­ləni aç, nə məs­lə­hət gör­sə, əməl elə.
– Madam gəlmisiz, sə­bəbini deyin. Dü­zü, bayaqdan qulaq asıram, nə demək istədiyinizi başa dü­şə bilmirəm.
O, başı­nı aşağı salıb kiridi. İçində nə­sə gö­tür-qoy elə-yib fikirli halda:
– Mənim məq­sədim xalqıma xidmət etməkdir, – dedi, – mə­sə­lən, şə­hər­də ucalan göy­də­lən­lər­dən birini də mən tikdirmək istəyi­rəm. İs­təyi­rəm eləsini ucaldım ki, o birilə­rə oxşamasın, şə­hər­də ən gö­zəl, birinci olsun. Necə deyim, söz əhlinə, qə­ləm dostlarıma, azad mətbuata xidmət elə­yən "Azad söz sarayı" tik­dir­mək fikrində­yəm. Aşağı mər­tə­bə­lər­də qəzet-jurnallar nəşr olunsun, yuxarı mər­tə­bə­lər­dəki mənzillər­də mətbuat işçiləri yaşasınlar.
– Lap nağıla oxşadı...
– Balaş da belə dedi. Qardaşım da olsa, de­mə­li­yəm ki, o, köh­nə, sovet­dən­qalma tə­sər­rüfat adamı­dır. Bəzi­ləri kimi, yeni döv­rün tə­ləb­ləri ona çatmır. Biznes, kommersiya nədir, bilmir.
– Deyirsiz bu sa­ray azad mət­bua­ta, qə­ləm dostları­nıza xid­mət edə­cək. Belə çı­xır ki, bu evi ha­va­yı...
O, sö­zü­mü ağ­zım­da qoy­du:
– Ha­va­yı nə­dir, ca­nım? Be­lə şeylər sovetin zamanında idi, çox şeyi havayi verirdi, axı­rı da dağıl­dı. İndi bu şə­hərin heç havası da havayı ola bilməz. Deyə­sən, siz məni düz başa düş­mədiz. Biznesdə qəpiyin də yeri var. Əsl iş adamı heç doğma ata-anasına, qardaş-bacı­sına havayı şey verməz. Amma gü­zəşt elə­yər. Mə­sə­lən, mənim kimi. Qə­ləm dostlarıma gü­zəştli qiymə­tə mən­zil verə­cə­yəm, am­ma mər­tə­bə­lərin sayı­nı elə artıracağam ki, itir­di­yi­mi ikiqat qazanım. İn­di ha­mı be­lə elə­yir. Biz­nes dost-aş­na, mən ölüm, sən ölə­sən bil­məz. Bu tə­zə ti­ki­lən göy­də­lən­lər var ha, elə bi­lir­siz şə­hə­rin gö­zəl­li­yi üçün­dür? – O, xı­sın-xı­sın gül­dü. – Ay-hay, in­di hər şey qa­zanc üs­tün­də­dir, da­ha qu­ru gö­zəl­lik üs­tün­də yox.
– Mə­ni dü­şün­dü­rən onun ye­ri­dir. Köh­nə "xruşşovkaları" sö­küb ye­rin­də ti­kə bil­məz­siz? Həm ca­maa­ta yax­şı olar, həm də siz qa­za­nar­sız.
O, təəc­cüb­lə üzü­mə baxıb, açıq-aşkar is­teh­za ilə irişdi:
– Yox, belə elə­yə bilmə­rəm. Mənim öz prinsiplərim var: rəqa­bət­də geri qalmamaq, şə­hərin ən gör­kəm­li yerində, hər tə­rəf­dən gö­rü­nən, ən uca göy­də­lən – "Azad söz sarayı" ucaltmaq. Mənim kitabları­mın üs­tün­dəki şəklimin fonunda bu göy­də­lən oxucuları­mın gö­zü­nü oxşamalı­dır.
– Bəs niyə tikmirsiz, nəyi göz­ləyirsiz? Hiss olunur pulunuz, imkanı­nız, yaxşı əla­qə­ləriniz var. Axı, kim sizə mane olur?
O, qalın qaşları, qı­sa kirpikiəri altında işıldayan xırda, qonur göz­lərini üzü­mə zilləyib cavab verdi:
– Siz!
– Mən? – təəc­cüb­lə soruşdum. Şahin oturduğu stulda qurcuxub maraq və heyrət­lə ona baxdı.
– Bəli, siz! Cəsa­rəti­mə gö­rə üzr istəyi­rəm. Axı, nə qə­dər yazmaq olar ki, şə­hər plansız tikilir, arxitekturası pozulur, yaşıl­lıq məhv olur. Xüsu­sən də, si­zin "Həqi­qət" qəzeti, az qala hər nöm­rə­də elə bil təbil çalır. Camaat da himə bənddir: yük maşınları­nın qabağı­nı kəsirlər, guya səs-küy olur, ekologiya pozulur, şə­hər siması­nı itirir...
Şahin döz­məyib əsəbi halda soruşdu:
– Düz yazmı­rıq, camaat yalan deyir mə­gər? İçəri­şə­hər bizim canlı tarixi­miz­dir. Gör nə kö­kə salıblar? Baxanda adamın ürəyi ağrı­yır. Buna nə de­yirsiz?
Qonaq soyuqqanlı halda:


– Mən fərqli dü­şü­nü­rəm, – dedi. – Sizin sö­zü­nüz­dən belə çı­xır ki, biz də də­də-babaları­mız kimi ça­rıq geymə­liyik? Xeyr, müasirlik lazım­dır, inkişafın qabağı­nı almaq olmaz. Necə deyər­lər, dəyirman bildiyini elə­yər, çax-çax baş ağrıdar.
Şahin ona tərs nə­zər salıb dedi:
– Madam müasirliyi alt-üst başa dü­şüb, köh­nə dəyirman kimi bildiyinizi eləyirsizsə, niyə buraya, redaksiyaya gəlirsiz ki, çax-çax da başı­nı­zı ağrıt­sın.
Qonağa sanki qəfil sillə vurdular:
– Cavan oğlan, mən sənin yox, Fəxri mü­əllimin yanına xahişə gəlmişəm. Onun razı­lı­ğı olmasa, mən "Azad söz sarayı"­nı tikə bilmə­rəm.
Təəc­cüb­lə baxdı­ğı­mı gö­rüb mə­nə müraciət etdi:
– Fəxri mü­əllim, xahiş edirəm pən­cə­rə­dən gö­rü­nən parkın qıra­ğındakı köh­nə binaya baxın. Ətrafdakı müasir tiklilərin yanında lap komaya oxşayır.
– Nə danı­şır­sız, necə diliniz gəlir, – deyə etirazı­mı bildirdim, – o köh­nə bi­na qədim memarlıq abidəsidir. Sadə­cə təmir etmək, ora-burasına yamaq vurmaq əvəzi­nə bərpa etmək, qabağına da hansı əsr­də, kim tə­rəfindən inşa olunduğunu gös­tə­rən löv­hə vurmaq lazım­dır. Özü­müz də bilək, qonaqlar, əc­nəbi turistlər də gör­sun­lər ki, bu hansı döv­rün yadigarı­dır.
– Binanı mən özəl­ləşdirmişəm. Orada yaşayanların da haqqı­nı necə lazım­dır ödəmi­şəm, qanuni sə­nəd­ləşdirmişəm. Dü­zü, əv­vəl siz deyən kimi elə­mək istədim. Sonra fıkrimdəm daşın­dım, gör­düm ki, sərf eləmir. Necə deyər­lər, astarı üzün­dən baha başa gəlir. Odur ki, qədim binanın arxasındakı beşmər­tə­bəni də almaq istəyi­rəm. Orda yaşayanlarla söh­bətim olub. İndi hər şey sizdən ası­lı­dır, etiraz etmə­səniz, qonşuluğunuzda yaşayan jurnalistlər də razı­lıq verər­lər. Onlar mən verən pula başqa yerdə istədikləri kimi ev-eşik, hə­lə üs­təlik maşın da ala bilər­lər.
– Fikriniz mə­nə aydın oldu, – dedim, – bizim yaşadı­ğı­mız binanın yerində saray tikdirmək istəyirsiz.
– Ancaq bir əmması var. Beşmər­tə­bənin yeri saraya darlıq eləyir. Ona gö­rə arxadakı bağı da almışam. Mə­nə oranın ağacları lazım deyil, torpağı gə­rək olacaq.
– Bəs qədim bina?
– Sarayın qabağında balaca köh­nə bina necə gö­rü­nər? Əl­bət­tə, fasadı korlaya bilər.
Başımdan ağrı qopdu. Bayaqdan "mus-mus" deyən bu allahsı­zın "Mus­ta­fa­sı" bu imiş: qədim memarlıq abidəsini, onun arxasındakı bağda qos-qoca çinar, palıd ağacları­nı məhv etmək!
Alnı­mı bərk-bərk ovuşdurub başı­mın ağrı­sı­nı azaltmaq istədim. Çağı­rılmamış, özün­dənrazı qonağa gözaltı zənn­lə baxdım. Bu yastı-yapalaq qar­daşı Balaş Gülmalıye­və necə də oxşayır. Tək­cə zahiri yox, batini də. Belə­lə­ri öz xeyirləri, qazancları üçün nə­yə desən gedər­lər. Təki mən­fəət­ləri olsun.
Nigaran göz­lərini mən­dən çək­mə­yən qonağa ağır söz demə­mək üçün özü­mü ələ alıb sakit səs­lə fik­ri­mi bil­dir­dim:
– Mə­sə­ləni təkbaşına həll etmək olmaz. Sor­ğu ke­çi­rib sa­kin­lə­rin də fik­ri­ni öy­rə­nə­rik, ha­ki­miy­yət or­qan­la­rı ilə əla­qə sax­la­ya­rıq, axır­da bü­tün fi­kir­lə­ri yekunlaşdı­rıb sö­zü­mü­zü deyərik. On­da bi­li­nər ca­maat qədim tarixi binanın, yaşıl­lı­ğın məhv edilməsi­nə necə baxır.
Onun kudu kimi ağ, yupyumru sifəti qızardı, hə­yəcandan səsi titrədi:
– Siz nə danı­şır­sız, belə şeyləri qəzetdə yazmaq olar? Seçicilərim nə de­yər­lər? Mə­ni di­lə-di­şə sal­maq is­tə­yir­siz?
Mən hey­rə­tə gəl­dim:
– Mə­gər deputatsız ki, seçiciləriniz də ola?
O, özü­nü dartdı:
– Namizədliyimi vermişəm. Necə deyirlər ona? – qovluğunu açıb içindəki kagızlara bax­dı, – hə, platformam da hazır­dır. Qəzetinizdə çap etdirmək istəyi­rəm. Rəsmi qaydada hesabı­nıza pul keçirə­cə­yəm. O biri namizəd­lər öz­lərini əməlli-başlı reklam eləyirlər. Qəzetlər­də, jurnallarda, radioda, televiziyada. Şə­hər­də hara baxırsan plakatları­nı yapış­dırt­dı­rıblar.
– Deyə­sən, gecikmisiz...
– Hə, düz deyirsiz. Bunu mə­nə seçicilərimlə gö­rüş­də dedilər. Platformamı soruşdular, məs­lə­hət gör­dü­lər ki, sizin qəzetdə çap elətdirim. Çox təriflədi­lər qəzetinizi.
– Biz olanı yazı­rıq, yəni doğru-düz­gün.
– Mən də seçiciləri­mə olanı, yəni gü­cüm, imkanım çatan şeyləri vəd eləmi­şəm. Daha bəzi­ləri kimi...
O, bir anlığa susub ilk də­fə gö­rür­müş kimi mə­nə diqqət­lə bax­du. Ərkyana əda ilə:
– Fəxri mü­əllim, mən sizə ərk edib bura gəlmişəm, – dedi, – sonra gözaltı Şahinə nə­zər salvb sö­zü­nə davam etdi, – ola bilsin ki, bu cavan oğlan biz bilən­ləri bilməsin. Sovetin zamanında nə­lər gör­məmişik. Elə gö­tü­rək pripiskanı. Hə, hə, ticarət­də də vardı o bəla, yoluxucu xəs­təlik kimi hər yanı bü­rü­müş­dü. Allaha şü­kür, indi yoxdur. Köh­nə rəh­bər­lər dallarına baxmadan qaçdılar öl­kə­dən, yalanları da onlarla birlikdə yox oldu. Daha hər şey özəl­ləşib, pis-yaxşı, az-çox hə­rənin özü­nün­kü var. Bundan sonra pripiska – yalan ola bilməz axı, özün-özü­nü aldatmayacaqsan ki. Bu da sovetin döv­rü deyil ki qarışqanı fil elə­yə­sən.
O, havası çatmır­mış kimi dərindən nə­fəs aldı:
– İndi əsil azadlıq­dır, nə istəyirsən danış, yaz, tənqid elə, etirazı­nı bildir. Kimin nə ixtiyarı var, sənin azadlı­ğı­nı əlindən ala, haqqı­nı tapdaya?! Bəl­kə düz demirəm?!
Onun sualında güc­lə sezilən istehza hiss etdim. Düz göz­lərinin içinə baxıb:
– Mə­səl var, avazın yaxşı gəlir, – dedim, – amma bir şərt­lə ki, verilən azadlıqdan, imtiyazdan sui-istifadə etmə­yə­sən. Bol-bol vəd verib, seçiciləri, camaatı aldatmayasan.
O, itirdiyini tapmış kimi sevincək dilləndi:
– Mənim də sö­zü­mün canı elə budu də. Doğru buyurursuz, elə bil yağışdan çı­xıb yağmura düş­mü­şük. İndi tə­zə yalanlar də­bə dü­şüb. Qohum-əq­rəba­sı­nı başına yı­ğıb guya partiya yaradanlar meydana çı­xıb. A başına dö­nüm, nə qə­dər partiya, lider, başqan, bəy olar? Hamı­sı da vəd verir. Dü­nə­nə­cən meydanlarda boğazı­nı yır­tır­dı ki, neftimiz, yeraltı-yerüs­tü sər­vət­lərimiz xalqın olacaq, qara torpağın yox, qı­zı­lın üs­tün­də yeriyə­cəyik. İndi isə deyir ki, mə­nim partiyama səs versəniz sizi bəx­tə­vər elə­yə­rəm, çö­rək, ərzaq su qiyməti­nə olar, öl­kə cən­nə­tə dö­nər. Başqa birisi deyir, xalqın nicatı bizim əlimiz­dədir. Hakimiyyə­tə gəl­sək, sər­həd­lərimizi elə bağlayacağıq ki, düş­mənin murdar ayağı bir daha torpağı­mıza dəy­mə­yə­cək...
– Bəs siz nə vəd edirsiz?
– Mənim partiyam yoxdur ki, onun adından danı­şım. Bö­yük tikinti-ticarət şirkətim, coxlu obyektim var. Özüm də müs­təqil deputat – millət vəkili olmaq istəyi­rəm. Seçiciləri­mə konkret kö­mək eləyi­rəm, kü­çə­ləri­nə asfalt çəki­rəm, evlərini təmir elətdirirəm, kasıb ailə­lə­rə yardım gös­təri­rəm. Vəd eləmi­şəm ki, tə­zə bina tikib sər­fəli kreditlə onlara mənzil verə­cə­yəm...
Şahinin dodağı qaçdı. Özü­nü o ye­rə qoymayıb başı­nı aşağı saldı. Məni bayaqdan bəri dü­şün­dü­rən sualı verdim:
– Ən ağrı­lı yerimiz, əsas problemimiz Qarabağdır. Bəs cəb­hə­yə necə kö­mək edirsiz?
O, duruxdu, elə bil nə­sə yadına düş­dü, fik­rə getdi. Sonra batıq səs­lə dedi:
– Doğrusu, əv­vəl­lər kö­məyim az olmayıb. Televizorda da gös­təriblər. Necə deyər­lər, Allah verdiyindən maşına yığ­dır­mışam, həm əs­gər oğluma dəymişəm, həm də...
Fikirli halda qonaqdan göz­lərini çək­mə­yən Şahin yerindən dik atı­lıb, hə­yəcanla soruşdu:
– Bağışlayın, siz Məlikin atası­sız?
Qonağın göz­ləri bö­yü­dü:
– Siz onu haradan tanı­yır­sız?
– Cəb­hə­dən, – deyə Şahin cavab verdi. Sonra mə­nə tə­rəf dön­dü, – Fəxri mü­əllim, bayaqdan ha fikirləşi­rəm ki, bu yoldaşı haradasa gör­mü­şəm. Axır ki, yadıma düş­dü. Oğ­lu əs­gər olan­da cəb­hə­yə tez-tez gəlirdi, Məlikin anası, dayı­sı ilə birlikdə. Əs­gər­lə­rə də pay-püş gətirirdilər.
Qonaq nə­dən­sə qanıqara, fikirli halda:
– Mənim də yadıma düş­dü, – dedi, – siz Məlikin komandiri olmusuz. İndi də cəb­hə­dən söz dü­şən­də o, sizi tərifləyir. Deyir ki, Şahin qoçaq ko­man­dirdi. Hayıf ki, ağır yaralanıb şikəst oldu.
Qonaq dərindən köks ötür­dü:
– O vaxt xəs­təxanaya, yanına gəl­mək istəyirdik. Başı­mız necə qarış­dısa, alınmadı.
Şahin onu yad nə­zər­lər­lə başdan-ayağa süz­dü, müəmmalı tərz­də:
– Bilirəm, o vaxt başı­nız çox ağrı­yıb, – dedi, – o ki qaldı Məli­kə... o, mə­nim gö­zü­mə gö­rü­nə bilməzdi...
– Niyə, aranızda nə olub ki?
– Aramızda heç nə! Mən komandir kimi əs­gər­lər­lə həmi­şə xoş münasibət­də olmuşam.
– Bəs onda?
– Orası­nı özü­nüz yaxşı bilirsiz. Deyim, Fəxri mü­əllim də bilsin ki, sonra oğlunuz fərarilik elədi. Postundan yox oldu. Əv­vəl güman elədik ki, düş­mən gecə onu oğurlayıb, əsir gö­tü­rüb. Sonra öy­rən­dik ki, elə deyil. Xəl­vət­cə ara­dan çı­xıb. Anası­nın və dayı­sı­nın təhrikilə. Siz isə oğlunuzun fərari kimi cina­yə­tə cəlb olunacağından qorxub, onu ruhi xəs­təxanaya saldır­mı­sız. İndi o, cibində xəs­təlik kagı­zı, altında "Mersedes" şə­hərin kü­çə­lərində veyillənir. Evi-eşiyi, arvadı-uşağı, qeyrət­dən savayı hər şeyi var.
– Xahiş edirəm, təhqir olmasın...
– Mən onun üzü­nə demişəm. Lap bu gün­lər­də. İşə gəlirdim, səkinin üs­tün­də bir maşın mə­nə arxadan toxundu. Sən­də­ləyib geri dö­nən­də onu sükan arxasında gör­düm. İçkili idi, artıq-əskik danı­şı­dı. Yaxasından yapı­şıb silkə­lədim. Məni tanı­yıb elə bil yuxudan ayıl­dı:
– Bağışla komandir, tanıma­dım.
– Mən ...yanları bağışlamıram. Qeyrəti olan heç zaman be­lə­si­ni bağış­lamaz.
O, yerində sən­də­lədi:
– Yan nədir, komandir, mən Məli­kəm, tanıma­dın?
– Sən postunu buraxıb qaçan gecə livanlı erməni milyonerinin oğlu Melkumyan bizim gül­ləmi­zə tuş gəldi. Başa dü­şür­sən, lə­nə­tə gəlmiş erməni milyonerinin dığa­sı xaricdən gəlib Qarabağda vuruşur, burada cə­hən­nə­mə vasil olur, sən­sə tül­kü kimi qaçıb gizlənirsən. Cəb­həçi­lər də sənin kimilə­rə yan deyirlər. Bildin?
O, başı­nı aşağı saldı. Səsi titrədi:
– Vallah, taxsır mən­də olmadı...
– And içmə, hər şeyi bilirəm, – dedim, – gə­rək axıra qə­dər dəya­nətli olay­dın, postu tərk etmə­yəydin. Axı, sən əv­vəl belə deyildin. Xəya­nəti bağış­lamazdın, heç doğma əminə də gü­zəşt eləmirdin.
Günahkarcasına başı­nı aşağı salıb Şahini dinlə­yən qonaq qəfildən sancı­lan­mış kimi oturduğu stulda ikiqat olub qurcuxdu, yazıq, batıq səs­lə xı­rıldadı:
– Kiçik qardaşı­mız bizə oxşamayıb, nə mə­nə, nə də bö­yük qardaşıma. Hə­lə sovetin döv­rün­də həbsxanaya dü­şüb. Ozü­nüz yaxşı bilirsiz, məlum hadi­sə­lər­dən sonra, onun kimiləri azad edib cəb­hə­yə gön­dərdilər ki, günahları­nı yusunlar.
– Onlar da silahı çe­vir­di­lər özü­mü­zün­kü­lə­rə. Dö­yüş­çü­lərimizi arxadan vurub silahları­nı satdılar, evləri, kənd­ləri, əl­lə­ri­nə keçəni talan etdilər. Çün­ki be­lə vər­diş et­miş­di­lər. Ye­ni iq­ti­da­ra gə­lən­lər­sə bu­nu ba­şa düş­mə­di­lər. Unut­du­lar ki, ci­na­yət­ka­rın və­tə­ni ol­mur, – hə­yəcandan səsi titrə­yən Şahinin göz­ləri yol çək­di, – biz be­lə­lərini ifşa edi­rik: İndi məh­kə­mə­də cinayət­lərini bo­yun­la­rı­na alır­lar. Am­ma sizin kiçik qardaşı­nız aradan çı­xıb...
Şahinin söh­bəti məni dəh­şə­tə gətirdi. Ürəyim sancdı, başım ağırlaşdı, qulaqlarımda uğultu qopdu. Həmi­şə cibimdə gəzdirdiyim həb­lər­dən bi­ri­ni gö­tü­rüb dilimin altına qoydum. Bunu gö­rən Şahin üzrxahlıq etdi:
– Fəxri mü­əllim, bağışlayın, bilirəm be­lə söh­bət­ləri sizin yanı­nızda elə­mək olmaz, ürəyiniz xəs­tədir. An­caq məc­bur ol­dum. Əsəb­lərim döz­mür, danış­ma­ya bilmirəm.
O, havası catmır­mış kimi dərindən, sinədolusu nə­fəs alıb qonağa üz tutdu:
– İs­tədim qonağı­mız həqi­qəti bilsin, seçicilərindən heç nəyi gizlət­məsin: oğlunun, qardaşı­nın əməl­lərini, özü­nün qüsurları­nı. Axı, millət vəkili olmaq istə­yən əv­vəl­cə öz ailəsinə, doğmalarına, yaxınlarına vəkillik elə­məyi bacar­malı­dır, aydan arı, sudan duru olmalı­dır.
Şahinin qurğuşun kimi ağır söz­ləri­nə qonaq cavab vermək iqtidarında deyildi. Oturduğu yerdə, başı aşağı halda elə bil onu don vurmuşdu...
...Re­dak­si­ya­nın ça­ğı­rıl­ma­mış qo­na­ğı Ba­la­bəy Gül­ma­lı­ye­vin ba­yaq­dan "çul­lu dov­şan sığ­ma­yan" ağ­zı­na in­di heç qa­rış­qa da ya­xın dü­şə bil­məz­di: do­daq­la­rı bir-bi­ri­nə pər­çim­lən­miş ki­mi dal­ğın hal­da fik­rə qərq ol­muş­du. Şa­hi­nin söz­lə­ri­ni, də­lil-sübutları­nı nə təkzib, nə də təsdiq etdi. Etirazı­nı bildirmə­yə sö­zü, etiraf etmə­yə cəsa­rəti yox idi. Hamıdan gizlətdiyi sirri öz­gə­lər­dən eşi­dir­di. Sən de­mə ba­şı kol­da, aya­ğı çöl­də imiş in­di­yə­cən. Mət­buat­da bia­bır ola­ca­ğın­dan qor­xur, tə­bii ki, ürə­yin­də qar­da­şı­nı ya­man­la­yır­dı: gör ki­min ya­nı­na gön­dər­di mə­ni. Bil­mir­din ki, bu Fəx­ri düz-düz­nə­qu­lu­nun bi­ri­dir. Öz aya­ğım­la gə­lib özü­mə qu­yu qaz­dım, ağ­rı­ma­yan ba­şı­ma dəs­mal bağ­la­dım...


Mə­ni bir jur­na­list, və­tən­daş, insan kimi dü­şün­dü­rən, ürəyimi ağrıdan bu idi ki, Balabəy Gülmalıyev tək deyildi. Belə­lə­ri­ni şə­hərin özü­nə­məxsus gö­zəlliyini, yaşıl­lı­ğı­nı məhv edən, meşə­dəki gö­bə­lək­lər kimi sıx-sıx bitib artan göy­də­lən­lə­rə ox­şa­dır­dım. Diqqəti cəlb etmək, müş­təri yığmaq üçün zahirinə müx­təlif boyalar, rəng­lər çəki­lən bu binaların içərisi çılpaq, daşı gö­rü­nən divarlar idi. Mənzil alan adam öz imkanına və zöv­qü­nə uyğun təmir etdirə bilərdi. Amma Balabəy kimilərin "içərisini dü­zəlt­mək" müm­kün deyildi. Heç bunu tanrı da rəva bilməzdi. Cünki qüd­rət sahibi bilir ki, Balabəy kimi bən­dəsinin əməli şeytan, dini-imanı pul, var-döv­lətdir. Belə­ləri kasıb qohumunun qapı­sı­nı tanımaz, imkansız yansa üs­tü­nə su tök­məz, dilənçidən qəpiyini əsir­gər. İşi çəti­nə dü­şən­də ilan kimi dil çıxarar, mə­qa­mı dü­şən­də rüş­vət verib vəzi­fə alar, für­sət ta­pan­da var-döv­lətini ar­tı­rar. Bö­yük Sabir necə sərrast de­yib: "Mən salim olum, cüm­lə cahan batsa da batsın". Bu söz­lər öz zamanında deyi­lib. Bəs indi? Sər­bəst yeriməyi öy­rə­nən uşaq kimi köv­rək addımları­nı atan döv­lət hara gedir? Yolumuz hayanadır? Bu çətin yolu kimlər­lə, necə gedirik? Yolgös­tə­rən­lərimiz kimlərdir? Hansı ağı­lın, biliyin, bacarı­ğın, səviy­yənin, əqi­dənin sahibidirlər?
Hamı elm, sə­nət, siyasət adamı ola bilməz. Bu, vacib də deyil. Amma və­təndaş olmaq müt­ləq­dir. Bizi və­tənin, xalqın taleyi dü­şün­dür­məlidir. Daha "mən­dən öt­dü, yoldaşıma dəydi" deyə rahatlıq tap­ma­ma­lı­yıq.
Mə­ni ra­hat buraxmayan, yuxuya həs­rət qoyan, ürəyimi ağrıdan, əsəb­lərimi tarıma çə­kən fikirlər mən­gə­nəsində baş redaktorun kabinetinə nə vaxt, necə daxil olduğumu bilmədim.
Elgü­nəş həmi­şəki kimi məni hör­mət­lə, səmimi qarşıla­dı.
– Xeyir ola, nə yaman fikirlisən? – so­ruş­du. – Ol­ma­ya dəryada gəmin batıb?
– Təki gəmim olaydı, o da dəryada bataydı.
– Söz­lü adama oxşayırsan...
– Ürəyimi boşaltmağa, məs­lə­hə­tə gəlmişəm.
Mən Ba­la­bəy­lə söh­bə­ti­mi, Şahinin ona dediklərini, son vaxtlar rastlaşdı­ğım, şahidi olduğum, eşitdiyim, dü­şün­dü­rüb narahat edən mə­sə­lə­ləri ət­raf­lı danış­dım.
Elgü­nəş səbr­lə, diqqət­lə mə­nə qulaq asıb fikrə getdi. Sonra araya çö­kən sükutu özü pozdu:

– Bu mə­sə­lə­lər məni də çox dü­şün­dü­rür. Ürə­yi­miz bir­dir.
– Ürək döz­mür ar­tıq...
– Ürək ney­ləsin, Xu­du kimi alimi, Fərman təki qə­ləm sahibini, neçə-neçə ziyalı­nı itirdik. Hə­lə nə qə­dəri abı­rına qı­sı­lıb kənara çəkilib. Ona gö­rə ki, təhqir olunublar, tribunadan salı­nıblar, fitə bası­lıblar, danışmağa qoymayıblar, söz­ləri ürək­lərində qalıb.
– Biz sö­zü­mü­zü deməliyik!
– Müt­ləq! – baş redaktor mənimlə razıla­şıb qətiyyət­lə bildirdi, – müt­ləq yazmalı­yıq! Ancaq emosiyaya qapı­lıb hay-küy salmaq olmaz. Yuz öl­çüb bir biçməli, faktları birər-birər toplayıb saf-çü­rük etməli, problemi dərindən təhlil edib nəti­cə çıxarmalı, təkliflərimizi verməliyik.
– Mənim xeyli faktım, qeydlərim var...
– Neçə vaxtdır mən də bu mövzuda yazıb-pozuram. Dostları­mız da çox də­yərli fikirləri qə­lə­mə alıblar.
– Bunların hamı­sı­nı ümumiləşdirib sanballı silsilə məqa­lə­lər­lə çı­xış etməyin vaxtı­dır.
– Bir şərt­lə. Elə vacib mə­sə­lə­lər var ki, onları yerində araşdırmaq gə­rəkdir. Buna gö­rə də obyektlə­rə hər sahənin mü­tə­xəssisini gön­dər­məliyik. Mə­sə­lən, ordunun problemlərini, cəb­hənin dərd-sə­ri­ni Şahin yaxşı bilir. Onun orada etibarlı dostları var.
On­lar mü­ha­ri­bə­dən qaç­maq üçün rüs­vay­çı­lı­ğı seç­di­lər. An­caq nə on­dan ya­xa qur­ta­ra­caq­lar, nə də bun­dan.

U. Çör­çill

VIII

Ezamiyyət vaxtı bitsə də, Şahin gəlib çıxmaq bilmirdi. İlk gün­lər tez-tez zəng edib cəb­hə­dən is­ti-is­ti xə­bər­lər ötü­rür­dü. Telefonda eşidilən gümrah səsi redaksiyada xoş ovqat yaradır­dı. Ayla ilə danı­şıb qı­zı sevindirirdi. Belə anlar­da qı­zın uçmağa qanadı olmurdu. İndi isə intizar içində boğulurdu. Saatlarla otağında, kompüter qabağında vurnuxur, İnternetlə dünyanı "gəzib-dolaşır", am­ma Qarabağ cəb­həsindən, sevgilisindən xə­bər tuta bil­mir­di.
Yuxusu ər­şə çəkilmişdi. Bunu onun göz­lərindən oxuyurdum. Redaksiyada hamı­mı­zın sevimlisi olan bu xoşrəftar qı­zın göz­ləri ürəyinin aynası, qəm çeşməsi idi. Amma özü­nü sın­dır­mır, iş-gü­cün­dən, səli­qə-sahmanından qalmır, hə­mi­şəki kimi zövq­lə geyinirdi. Yaxın rəfi­qə­ləri deyirdilər ki, o, Şahin üçün namaz üs­tə ge­cə-gün­düz dua edir. De­yir ki, rəh­mət­lik nə­nə­si na­maz üs­tə hə­mi­şə dua edər­miş və duaları müs­tə­cəb olarmış. İna­nır­dı ki, tan­rı onun dua­sı­nı eşi­də­cək, Şa­hi­ni sağ-sa­la­mat qa­yı­da­caq.
Aylanın Qarabağ dö­yüş­çü­ləri­nə qız-gəlinlər adından yazdı­ğı çox təsirli məktubunu oxuyub köv­rəldim. Qəzetin növ­bəti nöm­rəsində çap olunmaq üçün imzalayıb mət­bəə­yə gön­dərdim. Sonra hə­yə­can­la ya­zı­sı haq­qın­da fik­ri­mi göz­lə­yən Ay­la­ya:
– Xoşum gəldi, təsirli yazmısan, – dedim, – sənin qız-gəlinlərimiz adın­dan yazdı­ğın bu məktubun dö­yüş­çü­lərin sinəsində mərmiyə dö­nə­cək. Fikrim­cə bu ayın ən yaxşı yazı­sı sənin məktub-müraciətindir. Hiss edirəm, ürək­dən yanıb yazmısan.
Ayla tərifdən sı­xı­lıb utancaq halda dedi:
– Fəxri mü­əllim, Şahinin də zəh­məti var bu yazıda. Təəc­cüb­lən­məyin, dö­yüş­çü psi­xo­logiyası­nı ondan öy­rənmişəm. Mə­nə cəb­hə­dən elə epizodlar danı­şıb ki...
Qı­zın səsi titrədi, ona tə­səlli verdim:
– İnşallah, bugün-sabah gə­lə­cək. Mənim yuxum həmi­şə çin olur. Gör­düm ki, qayı­dıb gəlib, yorğun-arğın. Cəb­hə­dən danı­şır, diktofona yazdıqlarına qu­laq asıram.
– Al­lah ağ­zı­nız­dan eşit­sin.
O, susub fikrə getdi. Birdən nə­sə yadına düş­müş kimi elə bil dik­sin­di:
– Girov gö­tü­rü­lən general haqqında sə­nədli film yadıma düş­dü, – dedi, – ibrətamiz hadisə kimi xatirimdə qalıb. Həmin general çox çətinliklə azad edilir. Onu təbrik edən­lə­rə deyir: "Hamıdan əv­vəl allaha dua edən sadə in­sanlara minnətdaram. Onların duası olmasaydı, məni azad etmək üçün keçi­rilən əməliyyat uğurlu alınmazdı".
Ayla hə­yəcanla söy­lədiyi söh­bəti­nə ara verib bir növ mə­nə sına­yı­cı nə­zər­lə baxdı. Sonra kök­sü­nü ötü­rüb əlavə etdi:
– Doğrusu, generalın söz­ləri mə­nə çox təsir elədi.
Mən inamla dedim:
– Ayla, sənin də duaların müs­tə­cəb olacaq, Şahin tezliklə qayıdacaq, inşallah!

* * *

Şahinin ezamiyyət­dən qayıt­dı­ğı gün Aylanın göz­lərində cilvə­lə­nən qeyri-adi sevinci, bəx­tə­vərliyi təsvir etmək­də aci­zəm. Öm­rüm­də heç vaxt sevincin­dən belə alı­şıb yanan, yaraşıq­lı çöh­rəsi­nə bir cüt ulduz kimi şö­lə sacan göz­lər gör­məmişdim...
...Baş redaktorun kabinetinə Şahinlə birlikdə daxil olduq. Elgü­nəş dərhal ayağa qalxıb Şahini möh­kəm-möh­kəm qucaqladı. Bir addım geri çəkilib onu başdan-ayağa məmnun nə­zər­lər­lə süz­dü:
– Maşallah, lap yaxşı gö­rü­nür­sən, – dedi. Sonra keçib yerində əy­ləşdi. Onun əlinin işarəsi ilə biz də oturduq.
O, adəti üz­rə əl­lərini qoşalayıb alnına tö­kü­lən uzun, gur saçları­nı yatı­mına daraqladı. Göz­lə­rini Şahinə dikib:
– Yaman nigaran qalmış­dım, – de­yə məh­rə­ma­nə etiraf etdi, – axı­rı döz­məyib baş qərargaha zəng vurdum. Ordan da cəb­hə komandanlı­ğı ilə əlaqə saxlayıb məni arxayın etdilər ki, sag-salamatsan, ancaq cavanlı­ğına salıb lap dəri­nə getmisən.
Şahin baş redaktorun tə­bəs­süm­lü baxışlarından ürək­lə­nib:
– Başqa çarə yox idi, – dedi, – sizin tapşır­dı­gı­nız kimi vəziyyəti obyek­tiv, dərindən öy­rən­mək üçün ön mövqeyə, dö­yüş yerinə getməli oldum. Cəb­hə komandanlı­ğında əv­vəl etiraz etdilər. Sonra vaxtilə bir hissə­də qulluq etdi­yim tanış zabitin kö­məyi­lə razı­lıq aldım. Öz hərbi libasımda mayor paqonları ilə ön xət­də, düş­mən­lə üz­bəüz his­sə­lər­də ol­dum. Xa­ri­ci re­port­yor­lar­la rast­laş­dım. Birbaşa reportaj aparır, redaksiyalarına hadisə yerindən informasiya ötü­rür­dü­lər. Onlardan biri xüsusilə diqqətimi cəlb etdi. Bizim Çingiz kimi od-alov idi. Tanış olduq, söh­bətimiz tutdu. Erməni­lər tə­rəf­dən məlumat toplayıb gəlmişdi. Obyektiv, düz adama oxşayır­dı. Dedi ki, erməni­lər­lə sizin dedikləri­niz daban-dabana ziddir. Bəs əsil həqi­qət haradadır? Kim haqlı­dır? Ona de­dim ki, tarixi saxtalaşdırmaq olmaz. Erməni­lərin söy­lə­dik­lə­ri uydurmadır. Sağlıq olsun, evə qayıdandan sonra əlaqə saxlayarıq. Mən sizə Qarabağın qədim tarixindən bəhs edən mə­xəz­lər, kitablar barə­də deyə­rəm. Uydurma ilə tarixi həqi­qət­ləri tutuşdurub özü­nüz nəti­cə çıxararsı­nız. Razı­laş­dı, söh­bətimizi ikimiz də diktofona yazdıq.
Şahin nə­fəsini dərib:
– Elgü­nəş mü­əllim, – dedi, – mən sö­zü­mə əməl edib bugün-sabah həmin müxbirlə əlaqə saxlayacağam. Ona sizin barə­də, hə­lə sovet dö­nəmində erməni alimləri­lə mübahisə­ləriniz haqqında danış­mı­şam. Çox maraqlanır, xa­hiş edib ki, sizi onunla gö­rüş­dü­rüm. O, bu mövzuda kitab yazmaq fikrindədir. İca­zənizlə sizi xət­tə qoşaram. Ona Qarabağ həqi­qət­ləri, qədim tarixi mə­xəz­lər, elmi araşdırmaları­nız barə­də məlumat verərsiniz.
Baş redaktor fikirli halda alnı­nı ovuşdurdu:
– Şahin, sən ağıl­lı iş tutmusan, – dedi, – biz erməni­lərin informasiya blo­kadası­nı yarmalı­yıq, dünyaya həqi­qəti çatdırmalı­yıq. Qəzetimiz iki dildə çı­xır. Bu azdır. Gə­rək tezliklə ingilis dilində xüsusi buraxı­lı­şı­mız olsun.
– Əla olar, – de­yə fikrimi bildirdim.
Elgü­nəş Şahinə zənn­lə baxıb araya çök­müş sükutu pozdu:
– Əc­nəbi müxbirlə İnternetdəki gö­rü­şə əməlli-başlı hazırlaşacağam. Belə für­səti əl­dən vermək olmaz. Bu öz ye­rin­də. De gö­rək cəb­hə­də vəziyyət necədir?
Şahinin gü­nəş­dən yanıb misə çalan əzə­ləli çöh­rəsi köl­gə­ləndi. O, fikirli, qayğı­lı halda:
– Cəb­hə­də vəziyyət ağır­dır, – dedi, – sə­bəbini soruşanda heç vaxt orduda sıravi əs­gər kimi belə xidmət etmə­yən hərbi nazir sualıma cavab vermək­dən yayın­dı. Ca­vab ve­rə də bil­məz­di. Bi­lir­si­niz­mi onun haq­qın­da nə da­nı­şır­lar? Deyirlər, özü kimi naşı, məsuliyyətsiz, şəx­sən ona yaxın olanlara rüt­bə, vəzi­fə paylayır, peşəkar, səriştəli hərbçilərin məs­lə­hət­ləri­nə qulaq asmır, onları heç yaxına buraxmır. Elə buna gö­rə də cəb­hə­də ürəkağrıdan mən­zə­rə yara­nıb: düş­məni geri oturdan, vacib strateji əhəmiyyətli mövqe ələ keçirən hərbi hissə­lərimiz arxadan la­zı­mi kö­məyi ala bilmir, silah-sursat, texnika ilə təchiz edilmir, geri çəkilmə­yə məcbur olurlar.
– Demək, axmaq başın cəza­sı­nı ayaqlar çəkir, hə?
– Ayaqlar çək­səydi, dərd yarı olardı. Bəla burasındadır ki, heç nə­dən itki­lər veririk. Bunu kiçik zabitlər, sıravi əs­gər­lər də başa dü­şür­lər. Nəti­cə­də inam­sız­lıq, intizamsız­lıq, fərarilik baş verir. Bü­tün bunların canlı şahidi ol­dum. Vaxtilə cəb­hə­də birlikdə xidmət etdiyim, yaxından tanı­dı­ğım zabitlərin suallarına cavab vermək­də çətinlik çəkirdim.
O, dərindən köks ötü­rüb özü­nə­məxsus qətiyyət­lə dedi:
– Belə halların baş verməsinin bir sə­bəbi də orduda daxili təh­lü­kəsizliyin olmaması­dır. Demək olar ki, bü­tün öl­kə­lər­də hərbi əks-kəşfiyyat fəaliyyət gös­tərir. Müx­təlif cür adlansalar da, məq­səd eynidir: ordunun daxili təh­lü­kəsizliyini təmin etmək! Dö­yüş­çü qarşı­sındakı düş­mən­lə vuruşmalı­dır. Onun özü­nün arxadan təh­lü­kəsizliyini hərbi əks-kəşfiyyatçılar təmin etməlidirlər. Keçmiş sovet ordusunda bunlara "osobistlər" deyirdilər. Hərbi hissənin "xü­susi şö­bəsi" bu vacib xidməti yerinə yetirir, ordunu xarici və daxili agentlər­dən, düş­mən təxribatından qoruyurdu. Bizim ilk addımları­nı atan, dö­yü­şə-dö­yü­şə yaranıb bərkiyən ordumuzda bu vacib orqan yoxdur. Buna gö­rə də xarici və daxili düş­mən­lər müx­təlif vasitə­lər­lə cəb­hə­yə, orduya soxulub təxribat tö­rədirlər. Bu məlum həqi­qəti hərbi nazir başa düş­mək belə istəmir. Qərar­gah­da onunla bu barə­də söh­bətimiz oldu. Necə deyər­lər, daş atıb başı­nı tutdu: "Nə danı­şırsan, bu, köh­nə sovetdənqalma, lazım­sız bir şeydir, keqebenin quy­ru­ğudur, öl­kə rəh­bərliyi də buna razı deyil" dedi. Mənim suallarım, iradlarım da onun xoşuna gəl­mədi.
– Siz jurnalist kimi hə­rə­kət edin, cəb­hənin, ordunun işinə qarışmayın, – deyə narazı­lı­ğı­nı bildirdi.
De­dim ki, mən mətbuata ordudan mayor rüt­bəsində zabit kimi gəlmişəm. Hə­lə sovet dö­nəmində hərbi xidmət keçmişəm, zabitlik kursunu, sonra ali hərbi mək­təbi bitirmişəm. Qarabağ cəb­həsində ağır yaralanmışam, indi də sağ qı­çımda mərmi qəl­pəsi gəzdirirəm. Odur ki, silah əvəzi­nə qə­ləm tuturam. Ordunun işinə qarışmaq yox, hərbi sirri qorumaqla cəb­hə­dən yazıram.
– Bəs mən­dən nə istəyirsən? – əsəbi halda soruşdu.
– Suallarıma cavab, – deyə sakitcə dil­lən­dim, – mən ön mövqedə olmu­şam, vəziyyəti göz­lərimlə gör­mü­şəm. Xahiş edirəm, zabit-jurnalist, sadə və­təndaş kimi rastlaşdı­ğım mə­sə­lə­lə­rə aydın­lıq gəti­rəsiniz.
– Suallarına cavab vermişəm. Razı qalıb-qalmamağı­nın mə­nə dəxli yox­dur.
– Aydın­dır, – dedim, – sizi başa düş­düm. Ancaq xahiş edirəm axı­rın­cı sualı­ma cavab verəsiz.
– O nədir elə?
– Siz əmr vermisiz ki, hərbi hissə­lərin bir qismi dö­yüş texnikası ilə bir­likdə cəb­hə­dən çıxa­rı­lıb Bakıya gön­dərilsin. Bunun sə­bəbini necə izah edə bilərsiniz?
– Nə danı­şırsan, sə­nə bunu kim deyib? Boş söh­bətdir, şayiədir, ağ ya­landır!
Elə qış­qır­dı ki, boğa­zı xı­rıldadı, ös­kü­rək tut­du onu. Uzunsov, çarıq kimi arıq sifəti qızardı, qalın qaşları­nın üs­tü­nə endirdiyi buxara papağı­nın altından qə­zəb­lə parlayan göz­ləri elə bil qanla doldu.
Mən sakit səs­lə:
– İndi bu məxfi əmr artıq sirr deyil, – dedim, – telejurnalist Çingiz Musta­fa­yev lentə alıb. Onun sualına komandir cavab verib ki, mən əmri yerinə yetirirəm.
– Belə şey ola bilməz!
– Bakıda hakimiyyət üs­tün­də davadır. Söz-söh­bət gəzir ki, siz bu davadan qalib çıxmaq, döv­lət başçı­sı olmaq istəyirsiz.


O, hirsindən yarpaq kimi əsən əl­lərini ha­va­ya qal­dı­rıb mə­nə sa­rı uzat­dı:
– Bunlar məni gö­zü­gö­tür­mə­yən­lərin uydurması­dır. Elə belə də yaz.
Qərargahın yük­sək rüt­bəli zabiti ona yaxınlaşıb hə­yəcandan titrə­yən səs­lə xə­bər verdi:
– Bəy, televizorda gös­tərirlər...
Qapı­sı yarıa­çıq otaqdakı televizorda qə­ləm dostum Çingizin lentə aldı­gı kadrdan təlaş dolu səsi ətrafa yayıl­dı:
– Niyə qaçır­sız, oğraşlar, hara aparır­sız bunları?!

Fə­lək­dən in­ti­qam is­tər, qo­pub ru­hum­da tu­fan­lar,
Nə in­saf­sız, nə vic­dan­sız olur­muş ya­rəb, in­san­lar!

Sə­məd Vur­ğun

IX

Uzun çək-çevirdən, ağır zəh­mət­dən, dərin dü­şün­cə­lər­dən, "yüz öl­çüb bir biçən­dən" sonra sanki mü­rək­kəb­lə yox, ürəyimizin qanı ilə yazıb oxucuların mühakiməsi­nə verdiyimiz silsilə məqa­lə­lər birməna­lı qarşılanmadı. Aldı­ğı­mız məktubları "redaksiyanın poçtu"nda – sər­bəst səhi­fə­də dərc etdik. Burada hər şey güz­gü kimi öz əksini tapır­dı. Çeşidli faktlara, danılmaz dəlil-sübutlara, dərin ümumiləşdirmə­lə­rə söy­kə­nən, və­təndaşlıq mövqeyindən yazılanlar öl­kə­nin hər yerində, həm arxada, həm də cəb­hə­də bö­yük əks-sə­da do­ğu­rur, xa­ri­ci ra­dios­tan­si­ya­la­rın efir­lə­rin­də səs­lə­nir, bü­tün türk dün­ya­sı­nı tə­la­tü­mə gə­ti­rir­di. Öl­kə da­xi­lin­də küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­rin­də mü­za­ki­rə­lər, mü­ba­hi­sə­lər bi­tib tü­kən­mır­dı. Fi­kir­lər ha­ça­lan­sa da, qə­ze­tin qal­dır­dı­ğı əsas mə­sə­lə­də in­san­lar yek­dil idi­lər: yum­ru­ğa dö­nüb bir­ləş­mə­li­yik, da­ha bun­dan o ya­na­sı yox­dur.
İq­ti­dar mət­bua­tı isə ta­mam fərq­li möv­qe tu­tur­du. Bi­zi kəs­kin tən­qid et­mə­sə də, qı­na­yır­dı ki, hər şe­yi açıb ağart­maq ol­maz. Axı, dost-düş­mən var. Evi­mi­zin sir­ri­ni açıq­la­ma­ma­lı­yıq.
Baş re­dak­tor qə­ze­tin növ­bə­ti nöm­rə­sin­də bu qı­naq­la­ra ca­vab ver­di: in­di dün­ya də­yi­şir, si­zin sirr he­sab et­di­yi­niz bü­tün alə­mə bəl­li­dir. Düş­mən­lər se­vi­nir, dost­lar isə biz­dən hə­rə­kət göz­lə­yir­lər. Nə­ha­yət, bir­lə­şib hə­rə­kə­tə gəl­mə­li­yik, düş­mə­nin bü­tün dün­ya­ya yay­dı­ğı ya­la­nı, uy­dur­ma­nı if­şa et­mə­li, tor­paq­la­rı­mı­zı azad et­mə­li­yik!
Bi­zi, "Hə­qi­qət­"in ya­ra­dı­cı he­yə­ti­ni hə­də­lə­yir­di­lər. Açıq-aş­kar yox, giz­li, te­le­fon­la. İş­də, ev­də, kü­çə­də ra­hat qoy­mur­du­lar: gör­mür­süz, eşit­mir­siz si­zin­ki­mi­lə­rin ba­şı­na nə­lər gə­ti­rir­lər? Özü­nü­zü, ai­lə­ni­zi, uşaq­la­rı­nı­zı dü­şün­mür­sü­nüz? Ca­vab ver­mə­yə ma­cal tap­ma­mış dəs­tə­yi ye­ri­nə qo­yur, ya­xud cib te­le­fo­nu­nun düy­mə­si­ni ba­sır­dı­lar. Bir qə­dər son­ra da­ha də­ri­nə get­di­lər, dəs­tə­yi gö­tü­rə­ni hə­də­lə­di­lər, təh­qir et­di­lər.
Baş re­dak­tor sə­la­hiy­yət­li şəxs­lə­rə, güc or­qan­la­rı­na rəs­mi mə­lu­mat ver­di, qə­zet­də kəs­kin çı­xış et­di, bu­nu mə­nə­vi ter­ror ad­lan­dır­dı, iq­ti­da­ra eti­ra­zı­nı bil­dir­di. Açıq yaz­dı ki, əgər qə­ze­tin qal­dır­dı­ğı ta­le­yük­lü mə­sə­lə­lə­rə rəh­bər­lik öz mü­na­si­bə­ti­ni bil­di­rib tə­sir­li təd­bir­lər gör­səy­di, jur­na­list­lə­ri təh­qir edən­lər, dö­yən­lər cə­za­la­rı­nı al­say­dı­lar, qətl tö­rə­dən­lər tu­tu­lub mü­ha­ki­mə olun­say­dı­lar hə­qi­qə­ti ya­zan­lar mə­nə­vi, fi­zi­ki təh­qir­lə­rə, ter­ro­ra mə­ruz qal­maz­dı­lar. Bu, hər şey­dən əv­vəl Mər­kəz­də yük­sək və­zi­fə tu­tan­la­rın təq­si­ri, gü­na­hı, mə­su­liy­yət­siz­li­yi­dir.
Baş re­dak­to­run ön­cə qə­zet­də dərc edi­lən, son­ra xa­ri­ci ra­dios­tan­si­ya­la­rın efi­rin­də səs­lə­nən bə­ya­na­tı uzun müd­dət su­san hö­ku­mət te­le­fo­nu­nun səs­lən­mə­si­nə sə­bəb ol­du: El­gü­nəş­lə mə­ni Mər­kə­zə ça­ğır­dı­lar.

* * *

Hə­min gün ya­dı­ma dü­şən­də elə bil si­qa­ret tüs­tü­sün­də bo­ğu­lu­ram, nə­fə­sim tən­gi­yir. Yu­xa­rı baş­da otu­rub qa­lın, şiş­gin do­daq­la­rı ara­sın­da tüs­tü­lə­nən si­qa­re­ti sü­mü­rə-sü­mü­rə xı­rıl­tı­lı, ba­tıq səs­lə da­nı­şan sa­çı­sey­rək, dom­ba­göz, kün­də­si­fət, or­ta yaş­lı ki­şi­yə ba­xır­dım. Onu ki­mə­sə ox­şa­dır, am­ma ya­dı­ma sa­la bil­mir­dim. Dil bo­ğa­za qoy­mur, elə qə­liz da­nı­şır­dı ki, heç bir şey ba­şa düş­mək ol­mur­du. Özün­dən ra­zı hal­da ara­bir gah sa­ğı­na, gah da so­lu­na ba­xır, müa­vin­lə­ri­nin sax­ta tə­bəs­sü­mün­dən, ona tə­rəf əyi­lib iriş­mə­lə­rin­dən ləz­zət alır, ami­ra­nə tərz­də kal səs­lə qı­rıq-qı­rıq söz­lə­ri bir-bi­ri­nə ca­la­yır­dı...
A­dam ada­ma ne­cə ox­şa­yar­mış. San­ki yup­yum­ru ku­du­nu tən ya­rı böl­mü­sən. Tək­cə za­hi­ri gö­rü­nü­şü yox, həm də sə­si, da­nı­şı­ğı mək­təb yol­da­şım Mə­mi­şi xa­tır­la­dır­dı. O, dərs da­nı­şan­da si­nif­də heç kəs bir şey ba­şa düş­məz­di. Müəl­lim də mat-məət­təl qa­lar­dı:
– Mə­miş, nə da­nı­şır­san?
– Müəl­lim, dər­si­mi.
– Mən heç bir şey ba­şa düş­mü­rəm!
– Müəl­lim, nə­nəm de­yir ki, sən ba­ba­na çək­mi­sən. Rəh­mət­lik da­nı­şan­da heç kəs onu ba­şa düş­məz­miş.
Si­nif­də gü­lüş­mə qo­par­dı. Müəl­lim ba­şı­nı bu­la­yıb onun "3"nü ya­zar­dı. Mə­miş "itoy­na­dan" idi. O, da­nı­şan­da gül­mək­dən uğu­nur­duq. Be­lə­cə or­ta mək­tə­bi qur­tar­dı, qur­şan­dı xır­da al­ve­rə, ucuz alıb ba­ha sat­dı. O, bu­nu ba­ca­rır­dı. Muş­tə­ri­lər da­nı­şı­ğı­nı an­la­ma­sa­lar da, "al­lah haq­qı əla şey­dir" söz­lə­ri maq­nit ki­mi on­la­rı özü­nə çə­kir­di. Bu min­val­la Mə­miş özü­nün de­di­yi ki­mi əli­nə "ka­lan ma­ya" top­la­yıb bud­ka aç­dı, son­ra da onu ta­nı­yan­la­rı məət­təl qoy­du:
– Mə­miş, doğ­ru­dan ali təh­si­lin var? Bu dip­lom har­dan­dır?
Mə­miş su­al ve­rə­nə qə­ri­bə nə­zər­lə ba­xıb, mə­zə ilə qu­la­ğı­nı onun ag­zı­na ya­xın­laş­dır­dı:
– Ba­şa düş­mə­dim, nə de­din?
– So­ru­şu­ram, doğ­ru­dan ali təh­si­lin var?
– Mə­nim ali təh­si­lim yox­dur, ala təh­si­lim var. Nə gö­zü­nü dö­yür­sən, ba­şa düş­mə­din? Ala təh­si­li mə­nim ki­mi qi­ya­bi, yə­ni pen­dir­nən, yag­nan, be­lə cəm­dəy­nən alır­lar. Mən də al­ver ada­mı­yam, ver­mi­şəm, dip­lo­mu­mu al­mı­şam. Ol­mu­şam ala təh­sil­li, am­ma dip­lom­da "ali" ya­zıb­lar.
Son­ra su­al ve­rən ta­nı­şı­na ya­xın­la­şıb gu­ya pı­çıl­da­yır­mış ki­mi, am­ma ət­raf­da­kı­la­rın eşi­də­cə­yi səs­lə mə­zə­li hal­da:
– Ə, ça­şıb sir­ri­mi ya­yar­san ha, – de­yər­di, – aman­dır, son­ra bia­bır ola­ram. Sə­nin qi­ya­bi­çi da­yın ki­mi...
Ne­çə vax­dır ki, onu gör­mü­rəm. Eşit­mi­şəm ki, ke­fi kök, da­ma­ğı çag­dır, biz­nes­lə məş­ğul­dur. Ti­ca­rət ob­yekt­lə­ri­nin sa­yı-he­sa­bı yox­dur, ye­ni mar­ka­lı xa­ri­ci ma­şın­la­rı, can­gü­dən­lə­ri. Tə­zə hö­ku­mət­dən ra­zı­lıq edir. De­yir, onun sa­yə­sin­də bö­yük ma­ğa­za­la­rı, qast­ro­nom­la­rı su qiy­mə­ti­nə alıb adı­nı "su­per mar­ket" qo­yur. Hə­lə de­pu­tat­lı­ğa da na­mi­zəd­dir, müt­ləq mil­lət və­ki­li ol­ma­lı­dır. Elə-be­lə göz gö­rə­si, şöh­rət üçün. Bə­li, Mə­miş be­lə Mə­miş idi.
...Am­ma heç göz­lə­ri­mə ina­na bil­mir­dim. San­ki Mə­miş idi qar­şım­da­kı. Diq­qət­lə bax­dım: ba­ha­lı qa­ra kost­yum, ağ köy­nək ge­yib, rən­gi­nə dü­şən qals­tuk bağ­la­sa da, üz-gö­zün­dən ba­zar ada­mı­na ox­şa­yır­dı. An­caq nə ol­sun. Mər­kəz­də yük­sək və­zi­fə sa­hi­bi­dir. Bö­yük ona çox ina­nır, xa­siy­yət­lə­ri tu­tur. Gö­rə­sən bu da­nı­şıq­la, bu "ba­qaj"­la xa­ri­ci nü­ma­yən­də­lə­ri, dip­lo­mat­la­rı ne­cə qə­bul edir?
...Bir­dən uzun, en­li ka­bi­ne­tə qur­gu­şun ki­mi ağır, da­rıx­dı­rı­cı sü­kut çök­dü. O, su­sub bi­zi in­di­cə gö­rür­müş ki­mi göz­lə­ri­ni üzü­mü­zə zil­lə­di. Özün­dən ra­zı hal­da, xü­su­si əda ilə so­ruş­du:
– Ba­şa düş­düz de­dik­lə­ri­mi?
Baş re­dak­tor özü­nə­məx­sus təm­ki­ni­ni poz­ma­dan onun sua­lı­na sual­la ca­vab ver­di:
– Nə de­di­niz ki?
O, göz­lə­mə­di­yi sual­dan du­rux­du, son­ra çaş­qun hal­da nə­sə ax­ta­rır­mış ki­mi yan-yö­rə­si­nə bax­dı. Müa­vin­lər öz­lə­ri­ni yı­ğış­dır­dı­lar. O, qaş­qa­ba­ğı­nı tök­dü:
– Mən bö­yü­yün de­dik­lə­ri­ni si­zə çat­dı­rı­ram. Şəx­sən özü bu­yu­rub ki, bi­lə­siz, bu, si­ya­si mə­sə­lə­dir. Hə­rə ağ­zı­na gə­lə­ni ya­zıb qa­ra ca­maa­tı üs­tü­mü­zə qal­dır­ma­ma­lı­dır.
– Bu söz­lər bi­zə aid ola bil­məz! Çün­ki biz ağ­zı­mı­za gə­lə­ni yox, fakt­la­ra, də­lil-sü­but­la­ra əsas­la­nıb ya­zı­rıq. Ca­maa­tı yox, va­cib mə­sə­lə­lə­ri qal­dı­rı­rıq.
– De­dim ki, bö­yü­yün özü hə­min mə­sə­lə­lə­rin həl­lin­dən öt­rü gös­tə­riş­lə­ri­ni ve­rib. Da­ha nə la­zım­dır si­zə?
– Tək bi­zə yox, xal­qa la­zım­dır o gös­tə­riş­lə­rin ic­ra­sı. Fər­man­lar, sə­rən­cam­lar, qə­rar­lar ka­gız üs­tün­də qa­lıb, bö­yü­yün bu­yur­duq­la­rı ye­ri­nə ye­ti­ril­mir. Bu da nə­ti­cə­si: cəb­hə­də tor­paq­lar əl­dən ge­dir, ar­xa­da hərc-mərc­lik, xa­os, və­zi­fə, ha­ki­miy­yət da­va­sı. Ən dəh­şət­li­si bu­dur ki, hər­bi his­sə­lə­rin bir qis­mi dö­yüş tex­ni­ka­sı ilə bir­lik­də cəb­hə­dən çı­xa­rı­lıb Ba­kı­ya gə­ti­ri­lib. Sə­bəb nə­dir? Bö­yük de­yib ki, "cəb­hə Qa­ra­bag­da de­yil, Ba­kı­da­dır!"
– Əl­bət­tə, bö­yük haq­lı­dır. Biz ha­ki­miy­yə­ti əl­dən ve­rə bil­mə­rik.
– Qa­baq­da seç­ki­lər­dir. Ha­ki­miy­yə­tə seç­ki ilə gə­lər­lər, hər­bi qüv­və­lər­lə yox!
– Biz de­mok­ra­tik seç­ki­lər ke­çi­rə­cə­yik. An­caq bə­zi qüv­və­lər var ki, on­la­ra güc tət­biq olu­na bi­lər. Elə ki ha­ki­miy­yə­ti möh­kəm­lət­dik, tor­paq­la­rı­mı­zı ge­ri ala­ca­ğıq.
El­gü­nə­şin üzü əsəb­dən qıp­qır­mı­zı idi. Ağ­zın­dan elə bil od tö­kü­lür­dü:
– Siz nə da­nı­şır­sı­nız, be­lə də si­ya­sət olar? Ha­ki­miy­yə­ti hər şey­dən üs­tün tu­tub tor­paq­la­rı düş­mə­nə ve­rər­lər ki, son­ra ge­ri ala­rıq? Heç bir mən­ti­qə sığ­ma­yan be­lə si­ya­sə­ti biz tən­qid edi­rik. Ya­zı­rıq ki, Qa­ra­bag dal­ga­sın­da ha­ki­miy­yə­tə gə­lən­lər xal­qa ver­dik­lə­ri vəd­lə­ri unu­dur­lar, cəb­hə­ni yad­dan çı­xa­rır­lar. Ye­ni iq­ti­dar­da və­zi­fə tu­tan­la­rın ək­sə­riy­yə­ti hər cür əx­laq nor­ma­la­rı­nı tap­da­la­yır, döv­lət he­sa­bı­na var­la­nır, müx­tə­lif bə­ha­nə­lər­lə tez-tez xa­ri­cə sə­fər­lər edir, Du­bay­dan təy­ya­rə ilə ba­ha­lı me­bel­lər gə­ti­rir, xa­ri­ci bank­lar­da öz­lə­ri­nə he­sab­lar açır­lar. Mil­yon­lar qa­za­nan bu ma­fi­ya­lar er­mə­ni­lə­rə ben­zin sat­maq­dan tut­muş hər cür ya­ra­maz iş­lə­rə əl atır­lar. Qəsb et­dik­lə­ri döv­lət ma­lı­nı sil­mək üçün ya­şa­yış yer­lə­ri­mi­zin düş­mən əli­nə keç­mə­si­nə yol açır­lar. "Er­mə­ni­lə­rin əli­nə keç­di" de­yə tö­rət­dik­lə­ri qa­nun­suz­luq­la­rı ört-bas­dır edir­lər...
– Be­lə şey ola bil­məz. Bun­lar bi­zi is­tə­mə­yən­lə­rin uy­dur­ma­la­rı, ya­lan­la­rı­dır.
Bu söz­lə­ri eşit­cək El­gü­nəş şı­ğım­la ye­rin­dən qal­xıb ba­yaq­dan əlin­də tut­du­ğu qa­lın qov­lu­ğu onun qar­şı­sı­na qoy­du.
– Bu nə­dir?
– Si­zə de­dik­lə­ri­mi təs­diq edən fakt­lar, müx­tə­lif sə­nəd­lər, lent ya­zı­la­rı. Xa­hiş edi­rəm, bö­yü­yə çat­dı­rın. Əgər təd­bir gö­rül­mə­sə, bu möv­zu­da sil­si­lə ya­zı­lı­rı­mı­zı da­vam et­di­rə­cə­yik.

* * *

Bü­tün gü­nü göy­dən ye­rə od ələ­yən gü­nəş qü­ru­ba en­dik­cə sön­mək­də olan ton­qal tək kö­zə­rir, qı­zı­lı şüa­la­rı ilə sə­ma­ya, də­ni­zin ma­vi su­la­rı­na bən­zər­siz na­xış­lar vu­rur­du. Sa­hi­lə sı­ğal çə­kən xır­da­ca lə­pə­lər lap uzaq­lar­dan xə­bər gə­tir­miş ki­mi bir-bi­ri­lə pı­çıl­da­şır­dı...
Qüd­rət­dən ya­ra­nan gö­zəl­li­yin öm­rü bə­növ­şə ki­mi qı­sa olur. Elə ki gü­nəş qü­rub et­di, qəl­bi eh­ti­za­za gə­ti­rən əs­ra­rən­giz na­xış­lar bir an­da qar ki­mi əri­yib yox ol­du.
Sa­hil bo­yu­na ağ mun­cuq­lu bo­yun­ba­ğı tək do­lan­mış qən­dil­lər yan­dı. Də­niz­dən xə­fif meh əs­di. Sal­xım sö­yüd­lə­rin yar­paq­la­rı tit­rə­yib xı­şıl­da­dı. Tə­miz ha­va­nı si­nə­do­lu­su udub El­gü­nə­şə sa­rı dön­düm. Onun dən düş­müş saç­la­rı xə­fif meh­dən qa­rı­şıb al­nı­na tö­kül­müş­dü. Adə­ti üz­rə əl­lə­ri­nı qo­şa­la­yıb saç­la­rı­nı ya­tı­mı­na da­ra­dı:
– Yax­şı ki, üfu­nət­dən çı­xıb bu­ra­ya gəl­dik, – de­di, – özü gö­zəl, ha­va­sı tə­miz.
– Si­qa­ret tüs­tü­sü də bir yan­dan, lap bo­ğu­lur­dum, – de­dim.
– Mən pa­pi­ros tüs­tü­sü­nə dö­züm­lü­yəm. Vax­ti­lə özüm də çək­mi­şəm. An­caq mə­nə­vi üfu­nə­tə, na­dan­lı­ğa heç dö­zə bil­mi­rəm.
O, qən­dil­lə­rin işı­ğın­da bərq vu­ran, az qa­la aya­ğı­mı­zın al­tın­da lə­pə­lə­nib ge­cə­yə hə­zin lay­la ça­lan su­la­ra ba­xa-ba­xa fik­rə get­di. Son­ra mə­nə sa­rı əyi­lib sirr açır­mış ki­mi özü­nə­məx­sus hə­lim səs­lə:
– Dü­zü lap məət­təl qal­mı­şam, – de­di, – be­lə dar dü­şün­cə­li, sa­vad­sız, sə­viy­yə­siz, bur­nu­nun ucun­dan uza­ğı gör­mə­yən­lə­rə sə­la­hiy­yət eti­bar et­mək olar?
– Ya­dı­ma qə­dim Şərq kə­la­mı düş­dü. De­yir, ha­ki­miy­yət ül­güc ki­mi­dir. Qan­ma­zın əli­nə düş­sə ya özü­nə xə­tər to­xun­du­rar, ya da baş­qa­la­rı­na.
– Yox, bun­lar öz mə­na­fe­lə­ri­ni hər şey­dən üs­tün tu­tur­lar, inan­ma öz­lə­ri­nə xə­tər ye­tir­sin­lər. Dil­də xalq de­yib si­nə­lə­ri­nə döy­mə­lə­ri­nə bax­ma, elə nə ol­sa xal­qın ba­şın­da çat­la­ya­caq.
– Bəs xalq ni­yə bun­la­ra ina­nır?
– Əv­vəl­lər ina­nır­dı. Ya­dın­da olar, mey­dan ne­cə dal­ğa­la­nır­dı. Son­ra hərc-mərc­lik baş­lan­dı, xal­qın da ina­mı sar­sıl­dı.
Biz Sa­hil ba­ğın­da, də­ni­zi park­dan ayı­ran mə­həc­cə­rin önün­də da­ya­nıb söh­bət edir­dik. Ar­xa­da­kı ge­niş mey­dan­da adam­lar iki-bir, üç-bir, dəs­tə-dəs­tə gə­zi­şir­di­lər. Bür­kü­lü yay gü­nü­nün so­nun­da də­niz­dən əsən xə­fif meh özü ilə bü­tün gü­nü həs­rə­ti­ni çək­di­yi­miz sə­rin­lik, tə­miz ha­va gə­ti­rir, əsəb­lə­rə dər­man olub adam­la­rın yor­ğun­lu­ğu­nu çı­xa­rır­dı. Ki­mi­si pı­çıl­tı­lı, sa­kit səs­lə yol­daş­la­rı ilə da­nı­şıb dərd-sə­ri­ni da­ğı­dır, ki­mi­si də heç kə­sə mə­həl qoy­ma­dan qəh­qə­hə çə­kib gü­lür, uca­dan da­nı­şa-da­nı­şa söh­bət edir­di:
– Ə, sən ca­nın, de gö­rüm bu seç­ki­lər­dən ağ­lın nə kə­sir?
– Nə mə­na­da? Ba­şa düş­mə­dim sua­lı­nı!
– Da­ha bur­da ba­şa düş­mə­mə­li nə var ki? Bəs gör­mür­sən, eşit­mir­sən nə­lər de­yir­lər, nə­lər vəd edir­lər?
– Eşi­di­rəm də, gö­rü­rəm də, am­ma inan­mı­ram. Axı, nə qə­dər ya­lan da­nı­şar­lar? Elə hey uy­du­rur­lar. Lap mat-məət­təl qal­mı­şam, ba­lam, bu mil­lə­ti ni­yə al­da­dır­lar?
– Eh, bu da söz tap­dı. Ə, sə­nin mil­lə­tin var? Biz heç xalq de­yi­lik!
– Ə, sən nə da­nı­şır­san? Bəs nə­yik?
– Tay­fa, qə­bi­lə, qo­hum-əq­rə­ba, vəs­sa­lam! Hə­rə bir tə­rə­fə çə­kir, öz xey­ri­ni gü­dür. Er­mə­ni lə­nə­tə gəl­mi­şə də be­lə la­zım­dır: ara xəl­vət, tül­kü bəy. İn­di bil­din nə de­yi­rəm? Mil­lət ol­maq­çın bir­ləş­mək gə­rək­dir.


Mü­ba­hi­sə edən­lər uzaq­laş­dı­lar.
El­gü­nəş on­la­rın ar­dın­ca ba­xıb ba­şı­nı bu­la­dı:
– Hə­rə öz ar­şı­nı ilə öl­çür. Əcəb dəb dü­şüb. Ye­rin­dən du­ran mil­lə­ti da­nır, xal­qı qı­na­yır, ba­şın­dan bö­yük da­nı­şır. Heç so­ru­şan yox­dur ki, mil­lət haq­qın­da nə tə­səv­vü­rün var, xal­qı­nın ta­ri­xi­ni az da ol­sa bi­lir­sən­mi, bu ba­rə­də nə oxu­mu­san? Axı, sən özün nə elə­mi­sən mil­lə­tin üçün? Mən ne­çə­si­ni ta­nı­yı­ram ki, və­zi­fə­yə ke­çən ki­mi ay­rı-seç­ki­lik elə­yib, təc­rü­bə­li iş­çi­lə­ri çı­xa­rıb, ye­ri­nə özü­nün­kü­lə­ri gö­tü­rüb. De­yib ki, mə­nim ida­rəm­də an­caq yer­li­lə­rim iş­lə­mə­li­dir, lap sü­pür­gə­çi də özü­mün­ki ol­ma­lı­dır. Am­ma rəs­mi yer­lər­də mil­lə­tin bir­li­yin­dən dəm vu­rur.
O, əsə­bi hal­da əl­lə­ri­ni yel­lə­di. Mən öz fik­ri­mi bil­dir­dim:
– Be­lə­lə­ri həm də düş­mən də­yir­ma­nı­na su tö­kür­lər.
– Əl­bət­tə, er­mə­ni­lər təb­li­ğat apa­rıb bar-bar ba­ğı­rır­lar ki, Azər­bay­can türk­lə­ri mil­lət de­yil­lər. Kö­çə­ri tay­fa­lar olub­lar, gu­ya er­mə­ni­lə­rin qə­dim tor­paq­la­rı­nı qəsb elə­yib­lər. Əc­nə­bi jur­na­list­lə­rə de­yir­lər ki, inan­mır­sı­nız, ge­din on­la­rın söh­bət­lə­ri­nə qu­laq asın, len­tə alın. Öz­lə­ri de­yir­lər ki, mil­lət de­yil­lər, xalq ki­mi for­ma­laş­ma­yıb­lar.
El­gü­nə­şin əsəb­dən sə­si tit­rə­di:
– Bu ona bən­zə­yir ki, nan­kor öv­lad öz ata-ana­sı­nı, əsil-nə­ca­bə­ti­ni da­nır.
Bir­dən cib te­le­fo­num zəng çal­dı. Dür­da­nə idi. Sə­sin­dən hiss et­dim ki, na­ra­hat­dır. De­dim ki, pre­zi­dent apa­ra­tın­da söh­bət­dən son­ra El­gü­nəş­lə bul­va­ra çıx­mı­şıq. Elə bil da­ha da hə­yə­can­lan­dı. "Bu qa­ran­lıq­da nə va­cib­dir, tez evə gə­lin" de­di.
­E­lə bu dəm El­gü­nə­şin cib te­le­fo­nu səs­lən­di. O, sa­kit­cə qu­laq asıb, mə­nə üz tut­du:
– Elə bil ev­də­ki­lər sö­zü bir ye­rə qo­yub­lar, – de­di, – gö­rə­sən nə olub?
– Nə­dən­sə biz sa­rı­dan na­ra­hat­dır­lar.
Ət­raf qa­ran­lı­ğa bü­rün­dük­cə də­niz­kə­na­rı park­da is­ti­ra­hət edən­lə­rin də sa­yı aza­lır­dı. Bu, mə­ni təəc­cüb­lən­di­rir­di. Hə­mi­şə, xü­su­si­lə bür­kü­lü yay ax­şam­la­rı bul­var­da adam əlin­dən tər­pən­mək ol­mur­du. İn­di isə adam­lar evə tə­lə­sir, qa­ran­lıq­da qal­maq is­tə­mir­di­lər. Ni­yə, nə üçün? El­gü­nəş elə bil fik­ri­mi göz­lə­rim­dən oxu­du.
– Son vaxt­lar ax­şam dü­şən ki­mi şə­hər­də əl-ayaq çə­ki­lir. Ba­kı ge­cə­lə­ri tə­ra­və­ti­ni iti­rir elə bil.
– Ona gö­rə ki, şə­hə­ri ge­cə­lər nu­ra bo­ya­yan, çı­raq­ban edən işıq­lar yan­mır. Bir dön ar­xa­ya bax, vax­ti­lə şə­ni­nə nəg­mə­lər qo­şu­lan Ba­kı in­di zül­mət için­də­dir. Tək­cə bul­va­rın işıq­la­rı ya­nır. Bir az­dan bun­lar da sö­nə­cək, göz-gö­zü gör­mə­yə­cək.
– Odur ki, qaş qa­ra­lan ki­mi adam­lar ev­lə­ri­nə tə­lə­sir, san­ki təh­lü­kə­dən qa­çır­lar. Axı, eşi­dir­lər, ge­cə­lər nə­lər baş ve­rir.
– Gö­rü­nür, ev­də­ki­lər də bu­na gö­rə na­ra­hat­dır­lar.
– Tək bu­na gö­rə yox. Ürə­yi­mə da­mıb ki, ye­nə zəng elə­yib hə­də­lə­yib­lər. Ev­də­ki­lər ney­lə­sin axı...
...E­və ça­tan ki­mi Dür­da­nə xə­bər ver­di ki, ye­nə zəng elə­yib ağız­la­rı­na gə­lə­ni de­yib­lər. "Ki­şi­nin sə­si yu­xa­rı­lar­dan gə­lir, qa­ra­mı­za de­yi­nir, in­di də dos­tuy­la bul­va­rı sey­rə çı­xıb, – de­yə qa­lın səs ələ sa­lıb, məs­xə­rə­yə qoy­muş, son­ra isə sə­si­nin to­nu­nu ar­tı­ra­raq hə­də­lə­miş­di, – ona de, ag­lı­nı ba­şı­na yı­ğıb cız­ma-qa­ra­sı­na nöq­tə qoy­sun, ol­ma­sa özü­nə nöq­tə qo­yu­la­caq, gön­də­ri­lə­cək o dün­ya­nın bul­va­rı­na, ha, ha, ha".
Dür­da­nə ni­ğa­ran ba­xış­la­rı­nı göz­lə­ri­mə zil­lə­di. Ba­şı­nı si­nə­mə qo­yub ağ­lam­sı­na­raq yal­var­dı:
– Qur­ban olum, özü­nü göz­lə. Bun­lar qan-qan de­yir­lər.
Mən ona tə­səl­li ve­rib za­hir­də özü­mü tox­taq, sa­kit gös­tər­mə­yə ça­lış­sam da, içim od tu­tub ya­nır­dı, ürə­yim döz­mür, si­nəm­də quş ki­mi çır­pı­nır­dı. Ba­şı­mın ağ­rı­sın­dan göz­lə­ri­mi aça bil­mir­dim. Az son­ra ye­ri­mə gi­rib özü­mü yat­mış ki­mi gös­tər­səm də, yu­xum ər­şə çə­kil­miş­di...
Ge­cə­nin zül­mə­tin­də bir hə­qi­qət mə­nə gün ki­mi ay­dın ol­du: bi­zi hə­də­lə­yən­lə­rin ar­xa­sın­da te­le­fon­da da­nı­şa­nın ağ­zın­dan qa­çır­dı­ğı "yu­xa­rı" dur­muş­du. De­mək, in­di­yə qə­dər baş ve­rən si­ya­si qətl­lə­rin, ci­na­yət­lə­rin təş­ki­lat­çı­sı da yu­xa­rı – mər­kəz idi: və­zi­fə­lə­rin­dən dör­dəl­li ya­pı­şıb, var-döv­lə­ti itir­mək qor­xu­sun­dan hər cür ci­na­yət­dən çə­kin­mə­yən­lər! Bu dəh­şə­ti tö­rə­dən­lə­rin, müx­tə­lif bə­ha­nə­lər­lə mas­ka­la­nan­la­rın mən­fur si­fət­lə­ri­ni yu­xu­su qaç­mış göz­lə­rim­lə ge­cə­nin zül­mə­tin­də san­ki ay­dın gö­rür­düm...
Er­tə­si gün El­gü­nəş­lə bu ba­rə­də söh­bə­ti­miz ol­du.
– Ge­cə­ya­rı bi­zə də zəng elə­di­lər, – de­di, – dəs­tə­yi gö­tür­düm. "Hə, ya­ta bil­mir­sən? Xa­nı­mı­na de­mi­şik, özün də aç qu­la­ğı­nı eşit. Ağ­lı­nı ba­şı­na yıg, cız­ma-qa­ra­la­rı­na nöq­tə qoy. Bö­yük­lə­rin sö­zü­nə bax, məs­lə­hə­ti­nə qu­laq as. On­da ra­hat ya­tar­san. Yox­sa o dün­ya­lıq ola­caq­san".
El­gü­nəş al­nı­nı ovuş­du­rub:
– Səs mə­nə ta­nış gəl­di, – de­di, – bi­lə­rək­dən bo­ğuq, xı­rıl­tı­lı da­nış­sa da, ta­nı­dım. Yu­xa­rı­da bö­yük rüt­bə ve­rib­lər ona. Əli­nin al­tın­da qul­dur dəs­tə­si əm­ri­nə mün­tə­zir­dir. O da yu­xa­rı­nın gös­tə­ri­şi­nə bənd­dir.
Su­sub fik­rə get­di. Yol çə­kən göz­lə­ri mə­nə zil­lən­di:
– Sən haq­lı­san. Bu na­tə­miz əməl­lə­rin təş­ki­lat­çı­la­rı elə bil pər­də ar­xa­sın­da giz­lə­nib mas­ka­la­nıb­lar. Ona gö­rə də ci­na­yət­lə­rin üs­tü açıl­mır. Nə qə­dər adam gi­rov gö­tü­rər­lər, qətl­lər tö­rə­dər­lər? Zəng edir­lər pul­lu, var­lı ata­ya ki, gö­zü­nün ağı-qa­ra­sı tək oğ­lun biz­də­dir. Bu qə­dər ver­mə­li­sən, sə­si­ni də çı­xar­ma­ma­lı­san. Vay on­da dü­şür ki, de­yi­lən məb­ləg vax­tın­da çat­dı­rıl­ma­ya, ya de­yi­lən­dən əs­kik ola, ya da sirr açı­la, səs-küy qo­pa! Baş­kə­sən­lər elə qəd­dar­lıq elə­yir­lər ki, baş­qa­la­rı­na görk ol­sun. Mü­si­bət on­da­dır ki, yu­xa­rı­lar, güc qu­rum­la­rı öz­lə­ri­ni bil­məz­li­yə, gör­məz­li­yə vu­rur­lar, üs­tə­lik, pay­la­rı­nı alır­lar.
Mən ma­tı-qu­tu çə­kil­miş hal­da:
– Dəh­şət­dir, – de­dim.
– Yu­xa­rı­lar üçün ən dəh­şət­li­si bu sir­rin açıl­ma­sı­dır. Ona gö­rə də zəng elət­di­rib hə­də­lə­yir­lər, ar­vad-uşa­ğı qor­xu­dur­lar ki, bu sirr mət­bua­ta sız­ma­sın. On­lar cız­ma-qa­ra de­yən­də bu­na ey­ham vu­rur­lar. Adam od­la su ara­sın­da qa­lır: ya­zım, ne­cə ya­zım, yaz­ma­yım ne­cə yaz­ma­yım?
– Aşıq de­miş­kən, de­səm öl­dü­rər­lər, de­mə­səm öl­ləm.
El­gü­nəş acı-acı gü­lüm­sün­dü:
– Hər iki hal­da so­nu ölüm­dür, – de­di, – mə­nim fik­rim­cə, hə­qi­qə­ti de­mə­li­yik, nə­yin ba­ha­sı­na olur-ol­sun. An­caq hə­lə tə­ləs­mə­yək, gö­rək yu­xa­rı­da­kı söh­bə­ti­mi­zin nə­ti­cə­si ne­cə ola­caq, han­sı təd­bir­lər gö­rü­lə­cək. Əgər nə­ti­cə­si ol­ma­sa, sil­si­lə mə­qa­lə­lə­rə özüm ye­kun vu­rub sö­zü­mü de­yə­cə­yəm.

* * *

El­gü­nəş öl­kə­də bö­yük əks-sə­da do­ğu­ran, yu­xa­rı­la­rı na­ra­zı sa­lan sil­si­lə mə­qa­lə­lər­lə bag­lı ye­kun sö­zü­nü de­mə­yə tə­ləs­mə­di. Bu möv­zu­da re­dak­si­ya­ya gə­lən oxu­cu mək­tub­la­rı­nı dərc et­dir­sə də, so­nu göz­lə­mə­yə üs­tün­lük ver­di. Hə­mi­şə ol­du­ğu ki­mi, mə­nim­lə dərd­lə­şib ürə­yi­ni aç­dı: "Gö­rək axı­rı nə olur? Yu­xa­rı­da qal­dır­dı­ğı­mız mə­sə­lə­lər ne­cə həll edi­lir".
O, adə­ti üz­rə səbr­lə, təm­ki­ni­ni poz­ma­dan yu­xa­rı­dan ca­vab göz­lə­yir, bu ba­rə­də oxu­cu­la­ra mə­lu­mat ver­mə­yi məq­sə­dəuy­ğun sa­yır­dı. Mər­kəz isə su­sur­du. Elə bil qur­ba­ğa gö­lü­nə daş at­mış­dı­lar.
Nə­ha­yət, baş re­dak­tor özü zəng et­di, la­kin qa­nee­di­ci ca­vab al­ma­dı. Bir qə­dər göz­lə­dik­dən son­ra sil­si­lə ya­zı­la­ra ye­kun vu­ran sö­zü­nü de­di, çox tu­tar­lı pub­li­sis­tik mə­qa­lə yaz­dı.
Mə­qa­lə sa­də, sə­lis, oxu­naq­lı dil­də, ey­ni za­man­da çox sərt, kəs­kin pub­li­sis­tik üs­lub­da qə­lə­mə alın­mış­dı. Mə­nim qə­naə­ti­mə gö­rə yal­nız El­gü­nəş ki­mi bö­yük ürək, də­rin bi­lik, də­mir ira­də sa­hi­bi, eli­nə, tor­pa­ğı­na bag­lı, və­tə­ni­ni bü­töv, xal­qı­nı azad gör­mək is­tə­yən əsl in­san – və­tən­daş bu çox cə­sa­rət­li ad­dı­mı ata bi­lər­di. Za­ma­nın irə­li sür­dü­yü sual­la­ra o, ca­vab ve­rə bi­lər­di: "Biz ha­ra ge­di­rik? Bu yol bi­zi ha­ra apa­rır? Zül­mə­tə bü­rü­nən mə­şum ge­cə­də so­vet si­lah­lı qüv­və­lə­ri­nin xal­qın ba­şı­na gə­tir­di­yi mü­si­bət ib­rət dər­si ol­ma­dı­mı? "Azad­lıq ağa­cı qan­la su­va­rıl­ma­sa, çi­çək açıb bar ver­məz" de­yə əli­ya­lın küt­lə­ni qır­ğı­na ve­rən­lə­rin heç bur­nu da qa­na­ma­dı. On­la­rın azad­lıq mü­ba­riz­lə­ri­ni mey­dan­da ölüm püs­kü­rən tank­lar­la üz­bəüz qo­yub bir­dən-bi­rə yo­xa çıx­ma­la­rı nə tez unu­dul­du? Za­ma­nın sərt sı­na­ğın­da xal­qa xə­ya­nət edən­lə­rə ha­ki­miy­yə­ti eti­bar et­mək olar­mı? Bu sual­la­ra xalq özü ca­vab ver­mə­li, seç­ki­lər­də sö­zü­nü de­yib, se­çi­mi­ni et­mə­li­dir! İq­ti­da­ra an­caq seç­ki yo­lu ilə gəl­mək olar. Od için­də ya­nan cəb­hə­dən ar­xa­ya gə­ti­ri­lən hər­bi qüv­və­lər­lə, hə­də-qor­xu, zor və ter­ror­la yox! Diz çök­dü­rü­lən xalq aya­ğa qalx­ma­lı, öz sö­zü­nü de­mə­li, se­çi­mi­ni et­mə­li­dir!"
Xü­la­sə­si xa­ri­ci ra­dios­tan­si­ya­la­rın efi­rin­də səs­lə­nən bu qey­ri-adi mə­qa­lə öl­kə­nin si­ya­si ab-ha­va­sı­na cid­di tə­sir gös­tər­di. San­ki tünd qa­ra rəng­li pər­də­ni qal­dır­dı­lar. Öl­kə­nin özü boy­da səh­nə­si gö­rün­dü. Pər­də ar­xa­sın­da giz­lə­nən­lər bu qey­ri-adi səh­nə­də ta­ma­şa­çı­lar­la üz­bəüz qal­dı­lar. On­la­rın cid­di-cəhd­lə xalq­dan giz­li sax­la­ma­ğa ça­lış­dıq­la­rı sir­lər faş ol­du.
"Dün­ya səh­nə­dir, in­san­lar akt­yor" kə­la­mı is­tər-is­tə­məz ya­dı­ma düş­dü. An­caq bu baş­qa səh­nə idi, akt­yor­la­rı da, ta­ma­şa­çı­la­rı da bam­baş­qa!...
O döv­lət çi­çək­lə­nər­di ki, onun ya hökm­da­rı fi­lo­sof ol­sun, ya da fi­lo­sof­la­rı hökm­dar.

PLA­TON

X

Te­le­fo­nun cin­gil­ti­li sə­si­nə oyan­dım. "Ge­cə­nin bu vax­tı al­lah xe­yir elə­sin", – Dür­da­nə ya­rı­yu­xu­lu, hə­yə­can­lı hal­da de­yin­di. O bi­ri otaq­da uşaq­lar mı­şıl-mı­şıl ya­tır­dı­lar. Adə­tən ge­cə­nin vaxt­sız zəng­lə­rin­dən qan­qa­ral­dan hə­də­lər eşit­səm də, elə-be­lə tə­səl­li üçün "xe­yir olar, in­şal­lah" de­yib dəs­tə­yi gö­tür­düm.
– Bə­li, – uşaq­lar oyan­ma­sın­lar de­yə as­ta­dan dil­lən­dim.
Hay-küy­lü, cin­gil­ti­li, iç­ki­li ki­şi sə­si qu­la­ğı­ma qur­ğu­şun ki­mi dol­du:
– Bə­lün şi­rin, bal, şə­kər, a qar­daş!
Səs mə­nə ta­nış gəl­sə də, kim ol­du­ğu­nu kəs­di­rə bil­mə­dim.
– Ba­ğış­la­yın, ta­nı­ya bil­mə­dim...
– Ta­nı­ya bil­məz­sən də, gör ara­dan ne­çə il­lər ke­çib. Ma­şal­lah, sən və­zi­fə çar­xın­da fır­lan­mı­san ha... mən də ki, köh­nə ha­mam, köh­nə tas, yə­ni köh­nə ki­tab­xa­na­çı. Ya­dı­na dü­şür o gün­lər, qə­bul im­ta­han­la­rı? Ma­şal­lah, sən o qə­dər bal yığ­dın ki, si­ya­hı­ya adın bi­rin­ci ya­zıl­dı. Mən də ağ­saq qa­tır ki­mi o söz. Xə­bər gön­dər­dim də­də­mə ki, ba­lım çat­mır. Ayə, dün­ya­nın işi­nə bax, nə tə­miz ürək­li, sa­də­lövh adam­lar olub ey. Rəh­mət­lik də­də­mi de­yi­rəm. Bir də gör­düm ki­şi çıy­nin­də xur­cun gir­di dağ­lıq mə­həl­lə­də­ki ki­ra­yə dax­ma­ma. Xur­cu­nun göz­lə­rin­də qab­lar­da bal. De­di ki, eşit­mi­şəm ba­lın çat­mır. Da­rıx­ma, kaş elə dər­di­miz bal ol­sun. Tap­şır­mı­şam, da­lı­nı qar­da­şın gə­ti­rə­cək. Bi­lir­sən də xa­siy­yə­ti­mi, üs­tü­nü vur­ma­dım. O il ay bal ye­dim ha! Özü­mü də ke­çirt­di­lər ba­lı aşa­ğı olan­lar cər­gə­si­nə – ki­tab­xa­na­çı­lıq fa­kül­tə­si­nə.
– Hə, ya­dı­ma düş­dü. Ay sə­ni, İbad ma­şal­lah ol­sun, sə­sin elə hə­min səs­dir. Üzü­nü gör­mə­səm də ...
– Üzü­mü gör­mə­sən yax­şı­dır, qar­daş!
– Ni­yə?
Qəh­qə­hə çə­kib gül­dü. Te­le­fon­da ol­sa da hiss edir­dim ki, əməl­li-baş­lı iç­ki­li­dir.
– Ay sə­nin mə­zən ol­sun. Ni­yə­si bu­dur ki, o üz qal­dı tə­lə­bə­lik­də. Ke­çən vaxt­dan bə­ri o qə­dər üz­lər gö­rüb ki, olub ba­doş...
– Ba­şa düş­mə­dim, üzü­nü ni­yə pa­do­şa ox­şa­dır­san?
– Ayə, tə­lə­bə­lik­dən ta­nı­mır­san, mə­ni? Di­li­mə o zəh­ri­mar­dan dəy­di­mi, nə bi­li­rəm de­yi­rəm. Bu ti­ca­rə­tə qur­şa­nan­dan hə­qi­qə­tən üzüm çox üz­lər gö­rüb.
– Ti­ca­rə­tə, bəs ki­tab­xa­na?
– Eh, ki­tab­xa­na qal­dı da­ğıl­mış so­ve­tin za­ma­nın­da! Sağ­lı­ğı­na, o ucu-bu­ca­ğı gö­rün­mə­yən ye­kə ki­tab­xa­na­nı elə­mi­şəm ti­ca­rət mər­kə­zi. Əlim ça­tan o bi­ri ki­tab­xa­na­la­rı çe­vir­mi­şəm mər­kə­zin fi­lial­la­rı­na. İn­di, oğul de­yə­rəm, say­sın, baş aç­sın mə­nim ob­yekt­lə­rim­dən.
– Ma­şal­lah, İbad, on­da yax­şı qa­za­nır­san.
– Qa­zan­ma­ğı­na qa­za­nı­ram. Am­ma xər­cim də az de­yil. Özün də yax­şı bi­lir­sən. De­yir, ka­sı­bın işi döv­lət­li­nin pu­lu­nu he­sab­la­maq­dır. Si­zin də işi­niz, pe­şə­niz be­lə şey­lər­dən yaz­maq­dır. Ay sa­ğol­muş, heç xərc­siz ob­yekt sax­la­maq olar? Vaxt­lı-vax­tın­da haq­qı­nı ver­mə­li­sən. Hə­rə­nin də öz pa­yı var, aşa­ğı­nın aşa­ğı, yu­xa­rı­nın yu­xa­rı. Çan­la-baş­la qul­luq­la­rın­da du­ru­ram, xü­su­sən yu­xa­rı­la­rın. Bi­lir­sən də tə­lə­bə­lik­dən be­lə ol­mu­şam, ara dü­zəlt­mi­şəm, əlim bö­yük­lə­rin ətə­yin­də olub. İn­di də be­lə­yəm, xey­ri­ni də gö­rü­rəm. On­lar da mə­nə ina­nır­lar ha: çün­ki sı­naq­dan çı­xa­rıb­lar. Nə de­mi­şəm, yox­la­yıb gö­rüb­lər ki, düb­bə­düz­dür. İn­di otu­rub-dur­duq­la­rım ki, var, ye­ri gə­lən­də ya­nım­da söz giz­lət­mir­lər. Ba­yaq ye­yib-içir­dik, doğ­ru­su, bir xə­bər eşit­dim, bərk dil­xor ol­dum. Ağız­la­rın­dan elə söz qa­çırt­dı­lar ki, ba­şım hər­lən­di. Fi­kir­ləş­dim özü­mü evə çat­dı­rıb sə­nə xə­bər ve­rim. Son­ra gec olar.
– O nə xə­bər­dir, elə?
Te­le­fo­nun o ba­şı­na sü­kut çök­dü. Son­ra:
– Val­lah, heç bil­mi­rəm ne­cə de­yim, ça­şıb qal­mı­şam, – de­yə ağır yük qal­dır­mış ki­mi təng­nə­fəs ca­vab ver­di.
­O­nun xa­siy­yə­ti­nə tə­lə­bə­lik­dən bə­ləd idim. Eşit­di­yi­ni ye­ri­nə çat­dır­ma­sa, bağ­rı çat­lar­dı. İç­ki di­li­nə dəy­di­mi, hey çə­rən­lə­yər, sirr say­dıq­la­rı­nı da açıb tö­kər­di. Son­ra pe­şi­man olar­dı: "Ayə, içib nə qə­lət­dir elə­dim". Ən ya­xın dost­la­rı de­yər­di­lər ki, İba­dın özün­dən dü­züb qoş­ma­ğı da var, xü­su­sən içən­də.
­E­lə bu vaxt te­le­fo­nun dəs­tə­yin­dən mə­ni mat-məət­təl qo­yan söz­lər eşit­dim. San­ki İbad fi­kir­lə­ri­mi uzaq mə­sa­fə­dən du­yub and-aman elə­yir­di:
– Ayə, Fəx­ri, tan­rım haq­qı özüm­dən dü­züb qoş­mu­ram, ola­nı de­yi­rəm. Olan da bu­dur ki, sə­nin o baş re­dak­to­ru­nun ba­şın­da iş var. He­sab elə ki, kə­fən­də gə­zir...
– Dü­zü, yax­şı ba­şa düş­mə­dim, çat­ma­dı mə­nə.


– Baş re­dak­to­ru­na de­yər­sən, ba­şa dü­şər, – İbad açıq-aş­kar is­teh­za­lı səs­lə ar­xa­yın-ar­xa­yın fı­sıl­da­dı, – ol­ma­sa bax­tın­dan küs­sün. Elə sə­nin də ba­şı­nı sı­ğal­la­ma­ya­caq­lar. Fel­ye­ton­lar ya­zıb o cür ki­şi­lə­rin hə­rə­si­nə bir ad uy­du­rur­san. Nə bi­lim, tən­bəl ajı, tay­fa­baz qurd, hiy­lə­gər tül­kü, yal­taq, qan­maz çaq­qal.
Söh­bə­ti­ni hay-küy­lü za­ra­fat­la baş­la­yan İba­dın axır­da lov­ğa, ye­kə­xa­na ton­da da­nış­ma­ğı mə­nə to­xun­du:
– Hə­rə öz işi­lə məş­ğul ol­sa yax­şı­dır, – de­dim, – sən də get, baq­qal­lı­ğı­nı elə. Da­ha or­ta­ya dü­şüb onun-bu­nun ya­nın­da quy­ruq bu­la­ma.
Vaxt­sız zəng elə­yib mə­ni təb­dən çı­xa­ran İbad al­dı­ğı "zər­bə­dən" özü­nə gəl­mə­miş dəs­tə­yi hirs­lə ye­ri­nə qoy­dum.
So­yuq tər al­nım­da pu­çur­lan­dı. Ba­yaq­dan na­ra­hat hal­da ba­şı­mın üs­tü­nü kəs­di­rən Dür­da­nə əl-aya­ğa düş­dü. Dər­hal nit­roq­lit­se­ri­ni ağ­zı­ma qoy­du. Çox keç­mə­di ki, özü­mə gə­lib tox­ta­dım. Dür­da­nə nəm dəs­mal­la al­nı­mın, üz-gö­zü­mün tə­ri­ni si­lib, əl­lə­ri­ni nə­va­ziş­lə saç­la­rım­da gəz­dir­di.

* * *

Ə­səb­lə­rim sa­kit­ləş­sin de­yə otaq­da gə­zi­şir­dim. Dür­da­nə hə­mi­şə­ki ki­mi tə­səl­li ve­rir­di. Ar­tıq sə­hə­rə az qa­lır­dı. Ya­ta­ğı­ma gi­rib çi­mir elə­mək is­tə­səm də, yu­xum gəl­mir­di.
Te­le­fon­da eşit­dik­lə­rim tək­rar-tək­rar qu­laq­la­rım­da səs­lə­nir, si­nir­lə­ri­mi ye­rin­dən oy­na­dır, ta­rı­ma çə­kir­di. Fi­kir mə­ni gö­tür­müş­dü.
Söz gəz­dir­mək, or­ta­da quy­ruq bu­la­maq, za­ra­fa­ta sa­lıb qan qa­ralt­maq İba­dın köh­nə şa­kə­ri idi. Hə­lə tə­lə­bə­lik­də da­yı­sı­nın xü­su­si xid­mət or­qa­nın­da iş­lə­mə­sin­dən açıq-aş­kar qür­rə­lə­nir, sui-is­ti­fa­də edir, bu­na gö­rə on­dan çə­ki­nən tə­lə­bə yol­daş­la­rı­na, hət­ta müəl­lim­lə­ri­nə mə­həl qoy­ma­yıb bur­nu­nu ha­ra gəl­di so­xur­du. An­caq in­di, ne­çə il­lər son­ra mə­ni yu­xu­dan oya­dıb əv­vəl­ki ki­mi za­ra­fat elə­sə də, axır­da sərt da­nış­mış­dı. Bu da ay­dın idi. Bi­lə­rək­dən hay-küy­lü söh­bə­ti­nin axı­rın­da "xə­bər­dar­lı­ğı­na" mə­həl qoy­ma­ma­ğım onun ke­fi­nə so­ğan dog­ra­mış­dı. İn­di Al­lah bi­lir de­dik­lə­ri­mə nə­lər uy­du­ra­caq, yu­xa­rı­la­rı qı­zış­dı­ra­caq, El­gü­nəş­lə mən­dən ha­yı­fı­nı ala­caq­dı. Və bu o de­mək idi ki, bi­zə, ai­lə­mi­zə, uşaq­la­rı­mı­za, məs­lək­daş­la­rı­mı­za hə­də­lər, mə­nə­vi təz­yiq­lər da­vam edə­cək­di.
Er­tə­si gün sə­hər El­gü­nəş­lə bu ba­rə­də da­nış­dım. O, adə­ti üz­rə diq­qət­lə qu­laq asıb:
– Fər­qi yox­dur, – de­di, – tə­lə­bə yol­da­şın ol­sun, ya­xud baş­qa­sı. Be­lə­lə­ri yu­xa­rı­nın gös­tə­ri­şi­ni ye­ri­nə ye­ti­rir­lər. Bu­nun da kö­kü, ma­ya­sı hə­də­dir. İs­tər gu­ya ərk­ya­na de­yil­sin, is­tər­sə də cid­di, fərq elə­məz, hə­də hə­də­dir. Özü də elə-be­lə yox, ada­mı hər yan­da, hər yer­də köl­gə ki­mi iz­lə­yən mə­nə­vi tə­qib.
El­gü­nəş sö­zü­nə ara ve­rib sus­du. Son­ra nə­yi xa­tır­la­dı­sa, də­rin­dən ah çək­di:
– Ya­dı­ma alim dos­tum düş­dü. Rəh­mət­lik de­dik­cə işıq­lı adam, əsil zi­ya­lı idi. Bu da o za­man par­ti­ya mə­mur­la­rı­nın xo­şu­na gəl­mir­di. Ona mə­nə­vi əzab ve­rir­di­lər, gö­züm­çıx­dı­ya sa­lır, hər yan­da iz­lə­yir, tə­qib edir­di­lər. Mə­nə dö­nə-dö­nə de­yir­di ki, ən ağır cə­za mə­nə­vi tə­qib­dir. Bu ona bən­zə­yir ki, eda­ma məh­kum edil­miş ada­mı dar ağa­cı­nın al­tı­na gə­ti­rir, boy­nu­na kən­dir do­la­yır, be­lə­cə sax­la­yır­lar. Son­ra kən­di­ri açıb de­yir­lər ki, edam tə­xi­rə sa­lı­nır. Bu dəh­şət­li hal o qə­dər tək­rar olu­nur ki, məh­ku­mun ürə­yi döz­mür. Evə xə­bər gön­də­rir­lər ki, öz əcə­li ilə öl­dü.
O­na zənn­lə bax­dım:
– Be­lə çı­xır ki, biz ən ağır cə­za çə­ki­rik. Za­hir­də azad, əs­lin­də məh­kum.
El­gü­nəş sı­na­yı­cı nə­zər­lər­lə mə­nə bax­dı:
– Bəs nə bil­miş­din? – de­yə acı tə­bəs­süm­lə so­ruş­du. Son­ra mər­hum alim dos­tu­nun kə­la­mı­nı ya­da sal­dı – "Əgər mə­nə­viy­yat po­zul­muş­dur­sa, hər şey po­zu­la­caq­dır. Də­niz in­farkt ke­çi­rən­də su­yu­nu sa­hi­lə çır­pır, tor­paq in­farkt ke­çi­rən­də zəl­zə­lə olur, in­san in­farkt ke­çi­rən­də ən bö­yük zər­bə ürə­yə də­yir".
O, də­rin­dən köks ötü­rüb:
– Ha­yıf on­dan, – de­yə təəs­süf­lən­di, – gö­zəl alim, nə­cib in­san, əsil dost idi.
Mən əsəb­lə­ri­mi­zi ta­rı­ma çə­kən ağır söh­bə­tə yün­gül­lük gə­tir­mək üçün ərk­ya­na de­dim:
– Bəl­kə mə­ni də o dost­la­rın cər­gə­si­nə qo­şa­san?
El­gü­nəş də­rin fi­kir­lər için­də mə­na­lı-mə­na­lı gü­lüm­sün­dü:
– Sən çox­dan qo­şul­mu­san. Müd­rik­lə­rin məş­hur sö­zü var. Dost öz əqi­də dos­tu­na de­yir: "Yax­şı ki, sən var­san". Ev­də söh­bət dü­şən­də de­yir­lər, yax­şı ki, Fəx­ri ki­mi dos­tun var.
Ü­rək­dən gə­lən söz­lər­dən tə­sir­lən­dim. Çi­yin­lə­ri­mə çö­kən ağır­lı­ğı çək­mə­yə şə­rik ax­ta­rır­mış ki­mi:
– Heç Şa­hi­ni de­mir­sən, ca­van da ol­sa, bü­töv adam­dır, – de­dim.
El­gü­nəş ra­zı­lıq­la ba­şı­nı tər­pət­di:
– Əl­bət­tə, onun da öz ye­ri var. Baş­qa oğul­dur Şa­hin, – de­di, – heç bi­lir­sən o bi­zim ai­lə­mi­zi, uşaq­la­rı­mı­zı yad göz­lər­dən, təh­lü­kə­dən ne­cə qo­ru­yur?
Ma­raq mə­ni gö­tür­dü. İs­tər-is­tə­məz təəc­cü­bü­mü giz­lə­də bil­mə­yib so­ruş­dum:
– Ne­cə?
– Ki­şi ki­mi! – El­gü­nəş qə­tiy­yət­lə ca­vab ver­di. – Şa­hin cəb­hə yol­daş­la­rı­nı ba­şı­na yı­ğıb özəl mü­ha­fi­zə dəs­tə­si ya­ra­dıb. Əl-ələ ve­rib fir­ma­la­rı, ob­yekt­lə­ri mü­ha­fi­zə edir­lər. Evi­mi­zi, ai­lə­mi­zi, ba­la­la­rı­mı­zı da on­lar qo­ru­yur­lar. Nə əcəb eşit­mə­mi­sən? Ge­cə-gün­düz ke­şi­yi­mi­zi çə­kir­lər. Gör­mür­sən ne­çə vaxt­dır, evi­mi­zin ət­ra­fın­da, blo­kun qa­ba­ğın­da, ma­şı­nı­mı­zın ya­nın­da öz­gə adam gö­zə dəy­mir?!
A­ni sü­kut­dan son­ra təəs­süf­lə dil­lən­di:
– An­caq bir şey mə­nə möh­kəm yer elə­yir. Be­lə çı­xır ki, bi­zi özü­mü­zün­kü­lər­dən qo­ru­yur­lar.
– Baş­qa ça­rə yox­dur, – de­dim.
– Biz nə gü­nah elə­mi­şik, axı! Sö­zün dü­zü­nü de­mi­şik, hə­qi­qə­ti yaz­mı­şıq.
– Elə bu­na gö­rə hə­də­lə­ni­rik, tə­qib olu­nu­ruq...
– Bəs ai­lə­mi­zin, uşaq­la­rı­mı­zın nə təq­si­ri var? O gün Mər­kə­zə ya­xın olan bir nə­fər mə­nə gu­ya ürə­yi ya­nır­mış ki­mi "və­ziy­yət çox gər­gin­dir, – de­di, – adam özün­dən çox ba­la­la­rı­nın, nə­və­lə­ri­nin fi­ki­ri­ni çə­kir".
– Evə gə­lib, ki­çik nə­və­mi o ki var oy­nat­dım. Za­lım oğ­lu boy­nu­ma mi­nib düş­mə­di. Mən də dö­şə­mə­nin üs­tün­də dör­da­yaq ye­ri­dim. Nə­nə­si köv­rəl­di, şü­kür et­di ki, Al­lah bu mö­cü­zə­ni bi­zə bəxş elə­yib. Nə­və nə şi­rin olur­muş, ila­hi... İn­şal­lah ba­şı­na gə­lər, ba­ba olar­san, gö­rər­sən...
– Al­lah ağ­zın­dan eşit­sin, – de­dim, – o vax­ta hə­lə çox var.
– O vaxt be­lə hərc-mərc­lik ol­maz yə­qin. Nə­və-nə­ti­cə­lə­ri­miz biz çə­kən ağ­rı-acı­la­rı gör­məz­lər. Döv­ran də­yi­şər, hər şey yax­şı olar, in­şal­lah.
– Mən də be­lə dü­şü­nü­rəm, – de­dim. Və... bir­dən si­nəm­də nə­sə qı­rıl­dı elə bil. Ba­şı­mı üs­tüm­də sax­la­ya bil­mə­dim, ağır­laş­dı, göz­lə­ri­mə tor gəl­di, qu­laq­la­rım­da uğul­tu qop­du. El­gü­nəş san­ki mən­dən uzaq­laş­dı, onun sə­si lap qu­yu­nun di­bin­dən gə­lir­di:
– Fəx­ri, sə­nə nə ol­du?

* * *

... Və bu dün­ya­nın zül­mə­ti, zil­lə­ti yox ol­du. Ca­nım qur­tul­du, ru­hum quş ki­mi uçub bə­yaz ən­gin­li­yə qo­vuş­du...
İ­la­hi, qüd­rə­ti­nə qur­ban olum, hər yan sə­nin nu­ru­na bə­lə­nib. Əs­ra­rən­giz son­suz­lu­ğun əl­çat­maz, ün­yet­məz zir­və­sin­dən, qeyb­dən ru­hu­mu ər­şə çə­kən səs gə­lir, ulu­la­rı­mın sə­si. Mən on­la­rın da­va­mı­yam, haq­qın dər­ga­hı­na gəl­mişəm.
...Çır­pı­nıb ye­rim­dən qalx­maq is­tə­dim. Ağ­rı­dan tər­pə­nə bil­mə­dim. Nə­fə­sim tən­gi­di. Ar­xa­sı üs­tə göz­lə­rim ta­va­na zil­lən­miş hal­da uza­na qal­dım. Bir­dən ba­şı­mın üs­tün­də üzü­mə zil­lə­nən bir cüt göz gör­düm. Ürə­yi­min də­rin­li­yi­nə nü­fuz edən, qəm­gin, üz­gün, nəm­li göz­lər. Ömür sir­da­şı­mın, ağ­rı­lı-acı­lı gün­lə­rim­də hə­mi­şə mə­nə da­yaq olan Dür­da­nə­nin göz­lə­ri.
– Mən ha­ra­da­yam... Ağ­rı­dan tər­pə­nə bil­mi­rəm.
O, zə­rif, şüm­şad bar­maq­la­rı­nı qo­şa­la­yıb do­daq­la­rı­ma ya­pış­dır­dı. Son­ra hə­mi­şə­ki ki­mi ürə­yi­mi göz­lə­rim­dən oxu­yub mə­nə tə­səl­li ver­di:
– Hə­kim de­di ki, qor­xu­lu bir şey yox­dur. İn­şal­lah sa­ğa­la­caq­san.
Göz­lə­ri dol­du. Ba­şı­nı ya­na çe­vi­rib nəm­li göz­lə­ri­ni sil­di. Son­ra özü­nü ələ alıb gü­lüm­sə­di:
– Sə­nə şad xə­bər de­yim: Ay­gül zəng elə­miş­di, Də­mir qəh­rə­man olub. Şa­hin­lə Ay­la­nın to­yu ola­caq.
O, do­daq­la­rı­nı qu­la­ğı­ma ya­xın­laş­dı­rıb pı­çıl­da­dı:
– Əhd elə­mi­şəm, sən sa­ğa­lıb evi­mi­zə gə­lən ki­mi Zəh­ra­nı ni­şan­la­yaq.
Dür­da­nə­nin müj­də do­lu söz­lə­rin­dən özü­mü quş ki­mi hiss et­dim. Uç­ma­ğa qa­na­dım ol­ma­dı. Mə­nə elə gəl­di ki, sap­sağ­la­mam.
E­lə bu vaxt açıq pən­cə­rə­dən qə­ləm dos­tu­mun söz­lə­ri­nə bəs­tə­lən­miş mah­nı­nın ürə­yi riq­qə­tə gə­ti­rən tə­ra­nə­lə­ri ota­ğa dol­du:

Göy­lə­ri­miz qa­ra­lıb­dı,
Gü­nə­şi­miz sa­ra­lıb­dı,
Qa­ra­ba­ğı sar alıb­dı,
Dərd bü­rü­yüb so­lu, sa­ğı,
Tan­rı, qur­tar bu sı­na­ğı!

Qalx, qalx, ulu Tor­paq!
Qalx, qalx, ulu Bay­raq!
Qalx, qalx, sən ey mərd Xalq!
Yer tit­rə­sin məh­və­rin­dən!

...Mah­nı­ya qu­laq as­dıq­ca, mə­nə elə gə­lir­di ki, üm­ma­nın nəh­rin­də tu­fan qo­pur­du. Dal­ğa­lar şa­hə qal­xır­dı. "Qalx, qalx, ulu Tor­paq!" ha­ra­yın­dan ürə­yim si­nə­mə sığ­mır­dı. Bü­tün var­lı­ğım coş­qun tə­ra­nə­lə­rin qa­nad­la­rın­da ha­va­la­nır, qar­tal ki­mi qıy vu­rub sə­ma­nın ən­gin­li­yi­nə mil­lə­nir­di. Bu­ra­dan Qa­ra­ba­ğın gül-çi­çək­li düz­lə­ri, zir­və­si bu­lud­lar­la öpü­şən qar­lı dağ­la­rı, Şu­şa­nın buz bu­laq­la­rı ay­dın gö­rü­nür­dü...
"Bu cən­nət mə­ka­nı bi­zim­dir, hə­mi­şə bi­zim olub, bi­zim də ola­caq hə­mi­şə" de­yə öz-özü­mə pı­çıl­da­dım.
Bir­dən ürə­yim sanc­dı. Əl­lə­ri­mi qo­şa­la­yıb ürə­yi­min üs­tü­nə qoy­dum. Dür­da­nə­nin ni­ğa­ran ba­xış­la­rı­nı gö­rüb:
– Ürə­yim do­lu­dur, – de­dim, – ha­yıf ki, çox söz­lər, hə­qi­qət­lər bur­da qal­dı, de­yə bil­mə­dim ha­mı­sı­nı.
Al­lah rəh­mət elə­sin Əli bəy Hü­seyn­za­də­yə:

U­cun­da­dır di­li­min,
Hə­qi­qə­tin bö­yü­yü.
Nə qoy­du­lar de­yə­yim,
Nə kəs­di­lər di­li­mi.

Gö­rür­sən­mi, cü­ha­la,
Nə et­di­lər Və­tə­nə,
Nə qoy­du­lar uyu­ya,
Nə qoy­du­lar oya­na.


Əlöv­sət Bə­şir­li­nin 70 ya­şı

Ya­rı­məsr­lik fəa­liy­yə­ti döv­rün­də yük­sək təl­tif­lə­rə, mü­ka­fat­la­ra la­yiq gö­rü­lən Əlövsət Bə­şir­li müx­tə­lif qə­zet-jur­nal­lar­da, nəş­riy­yat­da iş­lə­yib, bir sı­ra mə­sul və­zi­fə­lər­də ça­lı­şıb və heç vaxt qə­lə­mi­nə «dinc­lik» ver­mə­yib. Şa­hi­di, iş­ti­rak­çı­sı ol­du­ğu re­al hə­yat hə­qi­qət­lə­ri­ni bə­dii bo­ya­lar­la təs­vir edən «Səs­siz ci­na­yət» po­ves­ti 1989-cu il­də işıq üzü gö­rüb. Əv­vəl­cə «Kar­van»­da, son­ra isə ki­tab şək­lin­də «Ya­zı­çı» nəş­riy­ya­tın­da çap edi­lə­rək oxu­cu­lar tə­rə­fin­dən ma­raqla qar­şı­la­nan po­ves­tin «a­ya­ğı» sa­ya­lı ol­du. Bu­nun ar­dın­ca müəl­li­fin «Öm­rü­mün ki­ta­bı», «Tik­dim ki, izim qa­la», «Ö­mür keç­di» po­vest­lə­ri və «Qəsd» ro­ma­nı nəşr edil­di.
«Qəsd­»in ma­raq­lı, oxu­naq­lı bir əsər ol­du­ğu­nu, ro­man­da sərt, aman­sız hə­yat hə­qi­qət­lə­ri­nin müx­tə­lif in­san ta­le­lə­ri­lə qo­vuş­du­ğu­nu xü­su­si tənqid et­miş­dir.
«Qan­la su­va­rı­lan ağac» po­ves­ti «Qəsd­»in bir növ da­va­mı­dır. Po­ves­tdə təs­vir olu­nan ha­di­sə­lə­rin kö­kün­də re­al hə­yat və ta­le­yi­nə ke­çid döv­rü­nün keş­mə­keş­lə­ri ya­zıl­mış in­san­lar du­rur. Bu in­san­lar eli­nə, tor­pa­ğı­na bağ­lı sa­də adam­lar, zi­ya­lı­lar, və­tə­ni­ni, xal­qı­nı azad gör­mək is­tə­yən­lər­dir. Hə­də­lər, təh­qir­lər, təz­yiq­lər, tə­qib­lər on­la­rın ina­mı­nı sar­sı­da bil­mir. Po­ves­tin qəh­rə­man­la­rın­dan bi­ri Şa­hin tor­pa­ğı­mı­za göz di­kən düş­mə­nə aman ver­mir, onun qız qar­da­şı Qa­ra­tel isə mü­ha­si­rə­yə düş­sə də, təs­lim ol­mur, ələ ke­çib na­mu­su lə­kə­lən­mə­sin de­yə özü­nü sıl­dı­rım qa­ya­dan atır...
70 ya­şı ərə­fə­sin­də Əlöv­sət Bə­şir­li po­vest, mə­qa­lə­lər, xa­ti­rə­lər və is­tək­lər­dən iba­rət say­ca be­şin­ci ki­ta­bı­nı ça­pa ha­zır­la­yır.
Qə­ləm dos­tu­mu­za möh­kəm can­sağ­lı­ğı, ye­ni-ye­ni ya­ra­dı­cı­lıq uğur­la­rı ar­zu­la­yı­rıq.
Ya­şa, ya­rat, var ol, Əlöv­sət müəl­lim!

                                                            Na­hid HA­CI­ZA­DƏ