Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Firuzə MƏMMƏDLİ


Əlövsət Bəşirli
QANLA SUVARILAN AĞAC
Povest


Çingiz BAHADUROĞLU


Əlisəmid KÜR


Ay­dın TA­LIB­ZA­DƏ
XƏ­FİF TƏ­BƏS­SÜM­LÜ MAS­KA
Us­tad­na­mə


İltifat SALEH


Məlahət AĞACANQIZI


MusaYAQUB


Bayram İSGƏNDƏRLİ
Hekayələr


Firudin ŞAHBUZLU


Qəşəm NƏCƏFZADƏ


Dəh­nə­li MƏM­MƏD (HA­CI­ZA­DƏ)
Q O Z
Hekayə


Vəliş QARAGÖL


Bahadur FƏRMAN


Oqtay RZA


Va­qif YU­SİF­Lİ
ÖMRÜN ALTMIŞINCI PAYIZI, yaxud FƏHLƏLİKDƏN AKADEMİKLİYƏ


ELÇİN
A­ZƏR­BAY­CAN ƏDƏ­Bİ PRO­SE­SİN­DƏ NƏ BAŞ VE­RİR?
(NƏ ET­MƏ­Lİ­YİK VƏ NE­JƏ ET­MƏ­Lİ­YİK?)



 

Dəh­nə­li MƏM­MƏD (HA­CI­ZA­DƏ)
Q O Z
Hekayə


 

Ey Ahu­ra Məz­da! Ha­çan tam düz­lük və pəh­riz­kar­lıq hökm sü­rüb, əkin­li və bol məh­sul­lu tar­la­la­rı­mız, gö­zəl ai­lə­lə­ri­miz ola­caq? Bu xoş­bəxt­lik bi­zə nə vaxt ve­ri­lə­cək?

                                                                                                    Zər­düşt

–Tor­ba­mı ve­rin. Ve­rin tor­ba­mı.
– İtil bur­dan, kü­çük. Bir də sə­ni bu­ra­lar­da gör­səm, əl­lə­ri­ni qan­dal­la­yıb apa­ra­cam şö­bə­yə.
Po­lis qoz­la do­lu tor­ba­nı ar­xa otu­ra­ca­ğa atıb ma­şı­na otur­du. Əli­ni tor­ba­ya uza­dıb bir ne­çə qoz gö­tür­dü. Qo­zu ov­cun­da sın­dı­rıb ye­dik­cə şe­şə bığ­la­rı­nın al­tın­dan ağa­ran iri, ey­bə­cər diş­lə­ri gö­rü­nür­dü. Ma­şı­nın mü­hər­ri­ki­ni işə sa­lıb de­yin­mə­yə baş­la­dı.
- Uşaq­da ha­ya­sız­lı­ğa bax e. Pay aton­nan, əv­vəl­lər adam­lar “qır­mı­zı pa­paq” gö­rən­də giz­lən­mə­yə yer ax­ta­rar­dı­lar. Bun­la­rın gö­zün­də qor­xu qal­ma­yıb.
Cə­lil köy­nə­yi­nin qo­lu ilə al­nın­da pu­çur­la­mış tə­ri si­lib, po­lis ma­şı­nı­nın ar­xa­sın­ca bax­dı. Evə əli­boş ge­də­cə­yin­dən pərt ol­muş­du. Bir az dü­şün­dük­dən son­ra, yol bo­yu dü­zül­müş qoz ağac­la­rı­nın ət­ra­fın­da gə­ziş­di. Bir xey­li qoz yığ­dı. Gü­nəş bat­maq üz­rə idi. Bir az da yu­ban­sa, ana­sı ni­ga­ran qa­la­caq­dı.
- Har­da qal­mı­san, ay ba­la, gəl çö­rək ye, yə­qin, ac­mı­san.
- Yox, ay ana, ac de­yi­ləm. Dərs­lə­ri­mi ha­zır­la­yım, son­ra ye­yə­rəm.
Cə­lil cib­lə­rin­də­ki qo­zu ye­ni­cə ayaq açıb ye­ri­yən ba­cı­sı­nın qar­şı­sı­na qo­yub, ki­tab-dəf­tə­ri­ni gö­tür­dü. Ev tap­şı­rıq­la­rı­nı ha­zır­la­yıb, çar­pa­yı­ya uzan­dı. Zey­nəb oğ­lu­nu yor­ğun gö­rüb, onun sa­çı­nı ox­şa­dı.
- Cə­lil, ye­nə ora get­miş­din? Ora get­mə, ba­şı­na dö­nüm, yol qı­ra­ğı­dır, zi­yan­lıq olar. Di­lim - ağ­zım qu­ru­sun, ma­şın-zad vu­rar, az dər­di­miz yox­dur.
- Qorx­ma ana, mən da­ha uşaq de­yi­ləm. Ya­dın­da­dı? Atam cəb­hə­yə ge­dən­də de­di ki, da­ha bu evin ki­şi­si­sən.
- Ay də­cəl, ya­man­ ha­zır­ca­vab­san a.
Zey­nə­bin göz­lə­ri dol­sa da bi­ru­zə ver­mə­di. İki ilə ya­xın­dı ki, ərin­dən heç bir xə­bər yox idi. İt­kin düş­mə­yi ba­rə­də gə­zən söz-söh­bə­tə nə ina­nır, nə də bu ba­rə­də oğ­lu­na da­nı­şır­dı. Ümi­di­ni üz­mür­dü. Çə­tin­lik­lə də ol­sa, iki öv­la­dı­nı bö­yü­dür­dü. Son vaxt­lar Cə­li­lin yı­ğıb gə­tir­di­yi qo­zu lə­pə­lə­yib, qon­şu­la­rı­na ve­rib, ba­zar­da sat­dı­rır, evi do­lan­dı­rır­dı. Zey­nəb oğ­lu­nun bu kö­mə­yin­dən ra­zı qal­sa da, hə­mi­şə ürə­yin­də bir na­ra­hat­lıq gə­zir­di.
- Cə­lil, qalx, oğ­lum, mək­tə­bə ge­ci­kər­sən.
Cə­lil ya­rı­yu­xu­lu qal­xıb otur­du. Göz­lə­ri­ni ovuş­du­rub hə­yə­tə düş­dü.
Güc­lü kü­lək əsir­di. Əl-üzü­nü yu­yub tez ey­va­na çıx­dı. Ana­sı­nı səs­lə­di.
- Ana, ay ana.
- Nə olub? Keç içə­ri. So­yuq olar. Pal­ta­rın na­zik­dir.
Cə­lil ota­ğa keç­di.
- Bi­lir­sən, ana, de­yi­rəm, bəl­kə, bu gün mək­tə­bə get­mə­yim. Ne­cə bi­lir­sən?
- Nə­yə gö­rə de­yir­sən?
- Güc­lü kü­lək əsir, yə­qin, kü­lək qoz­la­rın ha­mı­sı­nı tö­küb ye­rə. Mən mək­təb­dən qa­yı­da­na­can yı­ğa bi­lər­lər.
- Yox, nə da­nı­şır­san, Cə­lil, dərs­dən qal­maq ol­maz. Be­lə şey­lə­ri ba­şın­dan at, dərs­lə­rin haq­qın­da dü­şün.
Cə­lil bir söz de­mə­dən ki­tab­la­rı­nı çan­ta­sı­na yığ­dı. Bir ti­kə çö­rək ye­yib mək­tə­bə yol­lan­dı.
Kü­lək da­ha da güc­lə­nir­di. Ağac­dan qo­pan sa­rı yar­paq­lar si­nif ota­ğı­nın pən­cə­rə­si­nə çır­pıl­dıq­ca Cə­li­lin fik­ri da­ğı­lır­dı. Dər­sin qur­tar­ma­sı­nı sə­bir­siz­lik­lə göz­lə­yir­di. Elə ki, zəng ça­lın­dı, Cə­lil yu­ban­ma­dan evə dön­dü. Pal­ta­rı­nı də­yiş­di. Tor­ba­sı­nı gö­tü­rüb yo­la dü­zəl­di.Yol bo­yu çi­yin­lə­rin­də qoz­la do­lu tor­ba da­şı­yan adam­la­rı gör­dük­cə da­ha da tə­lə­sir­di. Nə­ha­yət, qoz ağac­la­rı­nın ya­nı­na ça­tıb nə­fəs dər­mə­dən qoz yığ­ma­ğa baş­la­dı. Az son­ra yer­də­ki qo­zun tü­kən­di­yi­ni gö­rüb ağa­ca çıx­dı. A­yaq­la­rı ilə bu­daq­la­rı dö­yəc­lə­di. Bir­dən yo­lun o ba­şın­da po­lis ma­şı­nı gö­rün­dü. Cə­lil ya­rı­ya qə­dər yığ­dı­ğı tor­ba­nı giz­lət­mək üçün ye­rə düş­mə­yi qə­ra­ra al­dı. Tə­ləs­di­yin­dən aya­ğı sü­rü­şüb üzü üs­tə ye­rə yı­xıl­dı.­Yer­də­ki qu­ru bu­da­ğın çı­xın­tı his­sə­si bı­çaq ki­mi qar­nı­na bat­mış­dı. Ağ­rı­dan qış­qır­ma­ğa baş­la­dı. Bu vaxt po­lis onu gö­rüb ma­şı­nı sax­la­dı. Hə­min şe­şə­bığ po­lis idi.­ Kef­li və­ziy­yət­də ma­şın­dan dü­şüb du­bin­ka­sı­nı yel­lə­də­rək ona ya­xın­laş­dı. Po­li­sin ona sa­rı gəl­di­yi­ni gö­rən Cə­lil qa­na bu­laş­mış əli­ni uza­dıb zarıdı:
-Xa­hiş edi­rəm, po­lis əmi, mə­ni xəs­tə­xa­na­ya apar, ya­ra­lan­mı­şam.
-Ya­ra­lan­mı­san? Lap əcəb elə­mi­sən. ­Sə­nin ki­mi­lə­ri­nin aqi­bə­ti be­lə ol­ma­lı­dı.
Po­lis uca­dan gül­dü.­ Qoz tor­ba­sı­nı gö­tü­rüb sö­zü­nə da­vam et­di.
-Çaş­ma, ba­la, bu po­lis ma­şı­nı­dır, tə­ci­li yar­dım-zad de­yil ha.
Po­lis ma­şı­na əy­lə­şib göz­dən it­di. Cə­lil sü­rü­nə-sü­rü­nə yo­la ya­xın­laş­dı. Yo­lun kə­na­rı­na ya­xın­laş­mış­dı ki, hu­şu­nu itir­di. Çox keç­mə­dən yol­da yük ma­şı­nı gö­rün­dü. Yük ma­şı­nı­nın sü­rü­cü­sü qon­şu kənd­də ya­şa­yan Tap­dıq ki­şi idi. Tap­dıq ki­şi ma­şı­nı sax­la­yıb Cə­li­lə ya­xın­laş­dı. Tər­pən­mə­di­yi­ni gö­rüb nəb­zi­ni yox­la­dı. Nəb­zi vu­rur­du. O tə­rəf - bu tə­rə­fə ba­xıb, Cə­li­li ma­şı­na qal­dır­dı. Uşa­ğın kim ol­du­ğu­nu bil­mə­di­yin­dən onu ra­yon xəs­tə­xa­na­sı­na apar­ma­ğı qə­ra­ra al­dı.
Xəs­tə gəl­di­yi­ni eşi­dən hə­kim­lər Tap­dıq ki­şi­ni döv­rə­yə al­dı­lar.
-Xey­li qan iti­rib.
-Tə­ci­li əmə­liy­yat la­zım­dır.
-Biz ən müa­sir pre­pa­rat­lar­dan is­ti­fa­də edi­rik.
-Xəs­tə nə və­ziy­yət­də­di, adı­nız nə­dir,­ har­dan gəl­mi­siz?
Da­nış­ma­ğa ma­cal ta­pan Tap­dıq ki­şi aram-aram söh­bə­tə baş­la­dı.
-Adım Tap­dıq­dır. Xəs­tə nə­vəm de­yil.
Hə­kim­lər­dən bi­ri höv­sə­lə­siz so­ruş­du.
-Bəs nə­yi­si­niz?
-Bi­lir­siz, yol ötür­düm....
-Ma­şın­la vur­mu­suz? Tib­bi eks­per­tin rə­yi ol­ma­dan əmə­liy­ya­ta baş­la­ma­ğa ixti­ya­rı­mız yox­dur.
Hə­kim­lər­dən bi­ri:
-Hə, əl­bət­tə, əl­bət­tə.
Tap­dıq ki­şi ar­tıq əsəb­lə­ri­ni ci­lov­la­ya bil­mə­di.
-Əşi, bir mə­ri­fə­ti­niz ol­sun, im­kan ve­rin sö­zü­mü de­yim də.
Hə­kim­lər bir - bir­lə­ri­nə ba­xıb sus­du­lar.­ Tap­dıq ki­şi sö­zü­nə da­vam et­di.
-Gör­mür­süz, uşaq hu­şu­nu iti­rib,­ bir in­sa­fı­nız ol­sun. Da­va-dər­man elə­yin uşaq özü­nə gəl­sin, son­ra bu söh­bət­lə­ri edər­siz də.
Bu söz­dən son­ra hə­kim­lə­rin bir ço­xu göz­dən it­di. Hə­kim­lər­dən bi­ri Tap­dıq ki­şi­nin qo­lun­dan tutub onu kə­na­ra çək­di.
-Da­yı, bi­lir­sən nə var? Uşa­ğın va­li­dey­ni gəl­mə­yin­cə, biz heç nə edə bil­mə­yə­cə­yik.
-Ay oğul, nə da­nı­şır­san. Heç...
-Mən sö­zü­mü de­dim. Vəs­sa­lam.
Hə­kim bu­nu de­yib içə­ri keç­di. Tap­dıq ki­şi bir söz de­mə­dən hə­ki­min ar­xa­sın­ca bax­dı. Ma­şı­na otu­rub Cə­li­li gö­tür­dü­yü ye­rə gəl­di. Uşa­ğın kim ol­du­ğu­nu öy­rən­mək ba­rə­də dü­şün­dü, ya­xın­lıq­da­kı kən­də dön­dü. Ar­tıq ax­şam dü­şür­dü. Qo­yun- qu­zu, mal-qa­ra­nın örüş­dən qa­yı­dan vax­tı ol­du­ğun­dan, kənd ca­maa­tı­nın ço­xu dəs­tə-dəs­tə kü­çə­lə­rə top­la­şıb, mal-qa­ra­nın, qo­yun-qu­zu­nun yo­lu­nu göz­lə­yir­di.
Ma­şı­nı sax­la­yıb adam­lar­la sa­lam­laş­dı. Əv­vəl­cə özü­nün kim ol­du­ğu­nu de­yib, ba­şı­na gə­lən­lə­ri söy­lə­di. Tap­dıq ki­şi­nin söy­lə­dik­lə­rin­dən xə­bər­siz olan kənd ca­maa­tı çi­yin­lə­ri­ni çə­kə-çəkə da­ğı­lış­dı­lar. Bu vaxt güc­lü ya­ğış yağ­ma­ğa baş­la­dı.­ Sübh tez­dən əsən güc­lü kü­lək­dən son­ra ya­ğış gözlənilir­di. Ya­ğış­dan is­lan­mış mal-qa­ra yol­dan-riz­dən çə­kil­miş­di. An­caq ya­ğış hey ya­ğır­dı. Ma­şın­da otur­muş Tap­dıq ki­şi nə edə­cə­yi­ni dü­şü­nə­rək, bir pa­pi­ros yan­dır­dı.
U­zaq­dan bir adam gö­rün­dü. Ya­ğış­dan qo­run­maq üçün, uzun pla­şı­nı ba­şı­na ört­dü­yün­dən, onun ki­şi və ya qa­dın ol­du­ğu­nu müəy­yən et­mək çə­tin idi. Qa­ça­raq ma­şı­na sa­rı gə­lir­di. Bəd xə­bər tez ya­yı­lar, de­yib­lər. Gə­lən adam Cə­li­lin ana­sı Zey­nəb idi.­ Zey­nə­bin ağ­la­dı­ğı­nı gö­rən Tap­dıq ki­şi ma­şın­dan dü­şüb ona ya­xın­laş­dı. İs­lan­mış saç­la­rı üzü­nə tö­kül­müş Zey­nəb, Tap­dıq ki­şi­nin göz­lə­ri­nə ba­xıb ağ­la­dı.
-Ne­cə qıy­dın mə­nim ba­la­ma, ha­nı mə­nim Cə­li­lim?
Tap­dıq ki­şi­nin nit­qi tu­tul­du, nə de­yə­cə­yi­ni bil­mə­di.
Zey­nəb yük ma­şı­nı­na ya­xın­la­şıb içə­ri boy­lan­dı:
-Cə­lil, oğ­lum, har­da­san!
Tap­dıq ki­şi özü­nü ələ alıb təm­kin­lə de­di:
-Qı­zım, mən in­di sə­nə hər şe­yi ba­şa sa­la­ram.
Zey­nəb qə­zəb­lə qış­qır­dı.
-Nə­yi ba­şa sa­la­caq­san, nə­yi?! ­Ha­nı mə­nim Cə­li­lim?! Tez ol de. Bağ­rım ya­rıl­dı, ay Al­lah.
-Qı­zım, sə­nə yan­lış mə­lu­mat ve­rib­lər, mən uşa­ğı ya­ra­lı hal­da gör­mü­şəm. O hu­şu­nu itir­miş­di, mən də gö­tü­rüb xəs­tə­xa­na­ya apar­dım.
-Aman al­lah.
-Özü­nü ələ al, bu söh­bət­lə­rin vax­tı de­yil.­Tə­ci­li xəs­tə­xa­na­ya get­mə­li­sən. Bəl­kə, o, heç sənin oğ­lu­n de­yil?
-Yox, o, ola­caq. O, yol qı­ra­ğı­na qoz yığ­ma­ğa get­miş­di. Ü­rə­yi­mə dam­mış­dı. Ay Al­lah, bu nə əzab­dır mə­nə ve­rir­sən?
-Bəl­kə, qa­yı­dan­da ya­ğı­şa dü­şüb bir qo­hu­mun evi­nə dö­nüb? Səbr elə, özü­nü ələ al.
-Yox, har­da ol­sa mə­ni ni­ga­ran qoy­maz­dı.­ Mə­nim ağıl­lı ba­lam, bu nə iş­di ba­şı­mı­za gəl­di?!
-Yax­şı, qı­zım, əy­ləş ma­şı­na, ge­dək xəs­tə­xa­na­ya.
Yol bo­yu Zey­nəb ağ­la­dıq­ca, Tap­dıq ki­şi onun ha­lı­na acı­yır­dı. Onun fik­ri­ni da­ğıt­maq üçün söh­bə­tə baş­la­dı.
- Qı­zım, sə­nin va­li­deyn­lə­rin var?
Zey­nəb gö­zü­nün ya­şı­nı si­lib de­di:
- Var, uzaq­da ya­şa­yır­lar. Mən bu­ra gə­lin gəl­mi­şəm.
- Ərin də, yə­qin, Ru­si­ya­da­dır.
- Ru­si­ya­da ol­sa nə var­dı ki. Ha­mı Ru­si­ya­ya axı­şıb ge­dən­də, mə­nim ərim kö­nül­lü ola­raq cəb­hə­yə get­di. İki il­dir bir xə­bər yox­dur. De­yir­lər, er­mə­ni­lər əsir gö­tü­rüb­lər onu.
Zey­nəb ye­ni­dən ağ­la­ma­ğa baş­la­dı. Tap­dıq ki­şi sar­sıldı.
- İn­şal­lah, hər şey yax­şı olar, qı­zım.
Zey­nəb göz­lə­ri­nin ya­şı­nı si­lib de­di:
- Sə­nin­lə acı rəf­tar et­di­yim üçün mə­ni ba­ğış­la, əmi.
- Bu­na gö­rə özü­nü üz­mə, qı­zım. Mə­nim də hə­ya­tım­da çə­tin an­lar çox olub. Uşaq­lı­ğım Bö­yük Və­tən mü­ha­ri­bə­si il­lə­ri­nə dü­şüb. Ata­mın üzü­nü gör­mə­mi­şəm. Bü­tün öm­rüm bo­yu əzab çək­mi­şəm, zəh­mə­tə qat­laş­mı­şam. İn­di də bu ya­şım­da be­kar da­ya­na bil­mi­rəm. Bu ma­şın­la ba­şı­mı al­da­dı­ram.
Tap­dıq ki­şi ma­şı­nı kə­na­ra ve­rib sax­la­dı.
- Bu­dur, çat­dıq. Qı­zım, nə la­zım ol­sa, mə­nə de, heç nə­dən çə­kin­mə. Bur­da, ma­şın­da otu­rub göz­lə­yə­cəm. Sa­də­cə, hə­kim­lər­lə söh­bət elə­mə­yə höv­sə­ləm çat­mır.
Bu söz­dən heç nə an­la­ma­yan Zey­nəb, bir söz de­mə­dən ma­şın­dan düş­dü. Xəs­tə­xa­na­ya da­xil olub, ye­ni gə­ti­ril­miş uşa­ğı so­ruş­du. Tibb ba­cı­sı Zey­nə­bi oğ­lu­nun ya­nı­na apar­dı. Cə­lil çar­pa­yı­da uzan­mış­dı. Ağ­rı­dan za­rı­yır­dı. Zey­nəb oğ­lu­nu bu və­ziy­yət­də gö­rüb, ağ­la­ya­raq onu qu­caq­la­dı.
- Sə­nə nə ol­du, Cə­lil, nə ol­du? Da­nış mə­nə.
- Ağ­la­ma, ana, ötüb ke­çər.
- Əl­bət­tə, ötüb ke­cər, oğ­lum, ha­ran ağ­rı­yır, gös­tər gö­rüm.
Cə­lil za­rı­ya­raq köy­nə­yi­ni qal­dır­dı.
- Qoz ağa­cın­dan yı­xıl­dım. Yer­də qu­ru bu­daq var­dı. Bu­da­ğın uc his­sə­si qar­nı­ma bat­dı.
Zey­nəb oğ­lu­nun qar­nı­nı gö­rub az qal­dı hu­şu­nu itir­sin. Üzü­nü tibb ba­cı­sı­na çe­vi­rib so­ruş­du:
- Oğ­lum ne­çə saat­dır bur­da­dı, bu vaxt ər­zin­də müa­yi­nə olun­ma­yıb.
- O, mə­nim növ­bəm­də gə­ti­ril­mə­yib. Növ­bət­çi hə­kim öz ota­ğın­da­dır, on­dan so­ru­şun.
Zey­nəb qa­pı­nı dö­yüb ota­ğa keç­di. Növ­bət­çi hə­kim çay içir­di. S­tə­ka­nı nəl­bə­ki­yə qo­yub de­di:
-Bu­yu­run, nə la­zım­dır?
-Mən Cə­li­lin ana­sı­yam.
Hə­ki­min qaş­la­rı ça­tıl­dı.
-Cə­lil? Han­sı Cə­lil?
Zey­nəb ud­qu­nub de­di:
-Ye­ni gə­ti­ril­miş uşa­ğın.
Hə­kim ye­ni­dən stə­ka­nı gö­tü­rüb de­di:
-Hə, de­mək onun adı Cə­lil­dir?!
-O, bu vax­ta­can müa­yi­nə olun­ma­yıb?
Hə­kim qəndqa­bın­da­kı şo­ko­lad­lar­dan bi­ri­ni gö­tü­rüb de­di:
- Ni­yə ki, si­zin oğ­lu­nuz tib­bi eks­pert tə­rə­fin­dən yox­la­nı­lıb, ağ­rı­kə­si­ci iy­nə­lər vu­ru­lub.
- İn­di o, ağ­rı­dan əzab çə­kir.
- Nə qə­dər ki gec de­yil, ya­ra­nı yu­yub, ti­kiş vur­ma­lı­yıq, xey­li qan iti­rib.
Hə­kim Zey­nə­bə ka­ğız uza­da­raq sö­zü­nə da­vam et­di:
- Bur­da nə la­zım­dı­sa yaz­mı­şam. Biz­də heç bir dər­man lə­va­zi­ma­tı yox­dur. Bu dər­man­la­rı tə­ci­li alıb gə­ti­rin.
Zey­nəb tez Tap­dıq ki­şi­nin ya­nı­na qac­dı. Tap­dıq ki­şi Zey­nə­bi gö­rüb ona ya­xın­laş­dı.
- Ne­cə ol­du, qı­zım?
- Əmi, heç bil­mi­rəm ney­lə­yim. Lap ba­şı­mı itir­mi­şəm.
- Cə­li­lin ha­lı ne­cə­di?
Zey­nəb əlin­də­ki ka­ğı­zı gös­tə­rib de­di:
- Bu dər­man­la­rı tə­ci­li al­maq la­zım­dır. An­caq pu­lum yox­dur, heç bir ye­ri ta­nı­mı­ram.
Zey­nəb bar­ma­ğın­da­kı üzü­yü çı­xa­rıb de­di:
- Əmi, bu­nu sat­maq­da mə­nə kö­mək edər­sən?
Tap­dıq ki­şi­nin göz­lə­ri dol­du. Hə­ki­min yaz­dı­ğı ka­ğı­zı alıb de­di:
- Uşa­ğın ya­nı­na get, onu tək qoy­ma. Mən tez qa­yı­dı­ram.
Tap­dıq ki­şi ma­şı­na əy­ləş­di. Zey­nəb ona ya­xın­la­şıb de­di:
- Əmi, xa­hiş edi­rəm, üzü­yü gö­tür.
- Adam bö­yük­lə­rin sö­zü­nü eşi­dər, qı­zım.
Zey­nəb üzü­yü ov­cun­da sı­xıb yük ma­şı­nı­nın ar­xa­sın­ca bax­dı. Tap­dıq ki­şi qar­da­şı oğ­lu iş­lə­yən əc­za­xa­na­ya üz tut­du. Əc­za­xa­na bağ­lı idi.­Tap­dıq ki­şi qar­da­şoğ­lu ya­şa­yan evə get­mə­li ol­du. Onu evin­dən gö­tü­rüb əc­za­xa­na­ya gə­tir­di. Hə­kim yaz­dı­ğı dər­man­la­rı al­dı. O, xəs­tə­xa­na­ya ça­tan­da ar­tıq gec idi. İşıq­lar da sön­müş­dü.
- Qı­zım, bur­da hə­kim­lər­dən kim var? Nə la­zım­dır al­mı­şam.
- Sağ ol, əmi. Al­lah səndən ra­zı ol­sun. Sən ol­ma­say­dı­n mən nə edər­dim.
- Uşaq ne­cə­dir?
- İn­di ya­tıb, cox hal­sız­dır.
- Hə­kim ota­ğın­da­dır? Ge­dim...
- Yox, get­mə. Hə­kim de­di bu şə­rait­də heç nə et­mək müm­kün de­yil. İy­nə vu­rub get­di... De­di ayı­lan­da ça­ğı­rar­san.
Tap­dıq ki­şi höv­sə­lə­siz dil­lən­di:
- Elə şey olar? Lə­nət şey­ta­na.
Zey­nəb yo­rul­muş­du. Da­nış­ma­ğa be­lə ta­qə­ti yox idi. Di­var­dan ası­lan fə­nər isı­ğın­da Zey­nə­bin yor­ğun, qa­ra göz­lə­ri pa­rıl­da­dıq­ca, Tap­dıq ki­şi­nin ürə­yi­nin ba­şı­na od dü­şür­dü.
­O, al­dı­ğı dər­man­la­rın üs­tü­nə pul qo­yub de­di:
- Qı­zım, mən sübh tez­dən gə­lə­cəm.
- Mə­nə xə­ca­lət ve­rir­sə­n, əmi. Lap ba­şı­mı itir­mi­şəm, adı­nı da so­ruş­madım.
Tap­dıq ki­şi gü­lüm­sü­nə­rək de­di:
- Adım Tap­dıq­dır, qon­şu kənd­də­nəm. Na­ra­hat ol­ma, mən sə­ni tək qoy­ma­ram. Müt­ləq gə­lə­cəm.
-Sağ ol, əmi. Sən mə­nə doğ­mam ki­mi qay­ğı gös­tə­rirsən. Mən bu­nu heç vaxt unut­ma­ya­cam.
- Yat din­cəl, ge­cən xey­rə qal­sın.
Tap­dıq ki­şi sübh tez­dən xəs­tə­xa­na­ya qa­yıt­dı. Et­di­yi yax­şı­lıq­la­rı ba­şa çat­dır­dıq­dan son­ra ra­hat­lıq ta­pa­ca­ğı­nı dü­şü­nür­dü, har­dan bi­ləy­di ki, xəs­tə­xa­na qa­pı­sı­dan gi­rən ki­mi, Zey­nə­bin ah-na­lə­si­ni eşi­də­cək. Onun göz­lə­rin­dən sel tək axan göz yaş­la­rı­nı gö­rə­cək. Qan itir­miş Cə­li­lin ağ­rı­kə­si­ci iy­nə­dən son­ra ya­tıb bir da­ha oyan­ma­ya­ca­ğı­nı bi­lə­cək. Har­dan bi­ləy­di ki, və­tən tor­paq­la­rı­nın mü­da­fiə­si uğ­run­da oğ­lu­nu itir­miş bir şə­hid ata­sı­nın ürə­yin­də­ki ya­ra ye­ni­dən göy­nə­yə­cək.