Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Firuzə MƏMMƏDLİ


Əlövsət Bəşirli
QANLA SUVARILAN AĞAC
Povest


Çingiz BAHADUROĞLU


Əlisəmid KÜR


Ay­dın TA­LIB­ZA­DƏ
XƏ­FİF TƏ­BƏS­SÜM­LÜ MAS­KA
Us­tad­na­mə


İltifat SALEH


Məlahət AĞACANQIZI


MusaYAQUB


Bayram İSGƏNDƏRLİ
Hekayələr


Firudin ŞAHBUZLU


Qəşəm NƏCƏFZADƏ


Dəh­nə­li MƏM­MƏD (HA­CI­ZA­DƏ)
Q O Z
Hekayə


Vəliş QARAGÖL


Bahadur FƏRMAN


Oqtay RZA


Va­qif YU­SİF­Lİ
ÖMRÜN ALTMIŞINCI PAYIZI, yaxud FƏHLƏLİKDƏN AKADEMİKLİYƏ


ELÇİN
A­ZƏR­BAY­CAN ƏDƏ­Bİ PRO­SE­SİN­DƏ NƏ BAŞ VE­RİR?
(NƏ ET­MƏ­Lİ­YİK VƏ NE­JƏ ET­MƏ­Lİ­YİK?)


POEZİYA
 

Firudin ŞAHBUZLU


 
Mən sənin yuxuna gələ bilmirəm

Sevgilim, mən sənə vəfasız deməm,
Bilirəm, sən məni hələ sevirsən.
Gündüzlər gözümə görünməsən də,
Gecələr yuxuma tez-tez gəlirsən.

Bilirəm, bir evin kor ocağısan,
Koranə alınan kor, kora baxmaz.
Neçə yol söylədim qız uşağısan
Qızlar gecə vaxtı bayıra çıxmaz.

Sən belə edirsən çox utanıram,
Məndə sənin qədər yoxmuş etibar.
Səni öz sevginə sadiq sanıram
Haqqını itirsəm haqq məni tutar.

Başqa bir ocağın qoru olsan da,
Yenə sən itirib, sən arayırsan.
Sən mənim özümə yaramasan da,
Gecələr yuxuma çox yarayırsan.

Səni perik salan, məni göynədən
Sevginin gücünü hələ bilmirəm.
Bilmirəm, sevgilim, bilmirəm nədən
Mən sənin yuxuna gələ bilmirəm.

Qızlar

Nəsildən nəsilə törələr qalar,
Bədgüman olmayın qız doğulanda.
Qızlar doğulanda xəbərsiz olar,
Xəbər tez yayılar oğlan olanda.

Allahın bizlərə payıdı, bilək,
Oğuldu ya qızdı, qismətimizdir.
Oğullar ərənlər tayıdı deyək,
Qızlarsa abrımız, ismətimizdir.

Qızlar anamızdır, qızlar bacımız,
Qızlar təbiətin inciləridir.
Qızlar sevgilimiz, könül tacımız
Qızlar məleykədir, qızlar pəridir.

Bütün kainatda yaranmışlara,
Əzəldən qayğını analar çəkdi.
Koroğlu qeyrətli nər oğullara
Nigar qeyrətində qızlar gərəkdir.

Firudin, məhəbbət olsa canında,
Sipərdi vətənə ərənlər, ərlər.
Qızlar oğlanların xəyallarında
Silaha sarılıb əsgər gedirlər.

Bizim elə gedəsən

Şair qarda, ceyran, cüyür oylağın
Görmək üçün bizim elə gedəsən.
Gəzə-gəzə ərənlərin yaylağın,
Qanlıgöldən üzü belə gedəsən.

Səfər bəyin səngərindən aşanda,
Cüyür görsən hər boyda, hər nişanda,
Cuşa gəlib, şair təbin coşanda,
Kitab-kitab şeir olar, nə desən.

Qırxbulağın cicitkanı, yarpızı,
Papaqdaşın kəkotusu, andızı,
Ceyran əti yeyən qurdu, quduzu
Oğrun-oğrun daş dalından güdəsən.

Qova-qova qırqovulu, kəkliyi,
Ovlayasan kabablığı, ətliyi,
Ocaq üstə düzmək üçün şişliyi,
Yavaş-yavaş Gurbulağa enəsən.

Bulaqların suyun içib acasan,
Kənarında yerə süfrə açasan,
Zümzüməsin duyub, qulaq asasan,
Bir gül-çiçək, bir yar ola, bir də sən.

Baldırğanlı, cacıqlıdır gen dərə,
Ot-ələflə bağlı olar bənd-bərə,
Yollar səni üzyuxarı göndərə,
Belə şıltaq təbiətə güləsən.

Duman, çıskin yol azdıra, aldada,
Kol-kosunun hər tikanı bal dada,
Asta-asta yeriyəsən Qalada,
Sevgilinlə əhdi-peyman edəsən.