Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Firuzə MƏMMƏDLİ


Əlövsət Bəşirli
QANLA SUVARILAN AĞAC
Povest


Çingiz BAHADUROĞLU


Əlisəmid KÜR


Ay­dın TA­LIB­ZA­DƏ
XƏ­FİF TƏ­BƏS­SÜM­LÜ MAS­KA
Us­tad­na­mə


İltifat SALEH


Məlahət AĞACANQIZI


MusaYAQUB


Bayram İSGƏNDƏRLİ
Hekayələr


Firudin ŞAHBUZLU


Qəşəm NƏCƏFZADƏ


Dəh­nə­li MƏM­MƏD (HA­CI­ZA­DƏ)
Q O Z
Hekayə


Vəliş QARAGÖL


Bahadur FƏRMAN


Oqtay RZA


Va­qif YU­SİF­Lİ
ÖMRÜN ALTMIŞINCI PAYIZI, yaxud FƏHLƏLİKDƏN AKADEMİKLİYƏ


ELÇİN
A­ZƏR­BAY­CAN ƏDƏ­Bİ PRO­SE­SİN­DƏ NƏ BAŞ VE­RİR?
(NƏ ET­MƏ­Lİ­YİK VƏ NE­JƏ ET­MƏ­Lİ­YİK?)


İSA HƏBİBBƏYLİNİN 60 YAŞI
 

Va­qif YU­SİF­Lİ
ÖMRÜN ALTMIŞINCI PAYIZI, yaxud FƏHLƏLİKDƏN AKADEMİKLİYƏ


 

O­nun tər­cü­me­yi-ha­lın­da əmək fəa­liy­yə­ti­nin Ba­kı­da, fəh­lə­lik­dən baş­lan­dı­ğı ya­zı­lıb. Şə­rur ra­yo­nu­nun Dan­ye­ri (keç­miş Dan­zik) kən­din­də, Ək­bər müəl­li­min ai­lə­sin­də dün­ya­ya gə­lən İsa Hə­bi­bov bu­ra­da sək­ki­zin­ci sin­fi, Ul­ya-No­ra­şen­də­sə or­ta mək­tə­bi bi­ti­rib. Bir il fəh­lə­lik­dən son­ra APİ-nin Nax­çı­van fi­lia­lı­nın fi­lo­lo­gi­ya fa­kül­tə­si­nə da­xil olub, 1971-ci il­də ins­ti­tu­tu fərq­lən­mə dip­lo­mu ilə bi­ti­rib. Bun­dan son­ra İsa Hə­bi­bov­dan İsa Hə­bib­bəy­li­yə doğ­ru bö­yük bir yo­lun baş­lan­ğı­cı qo­yu­lub.
Mən ni­yə ya­zı­nın əv­və­lin­də onun tər­cü­me­yi-ha­lı­nın, ömür­lü­yü­nün bir ili­ni, fəh­lə­li­yi­ni xa­tır­la­dım? Fəh­lə­lik, mən­cə, dün­ya­da ən şə­rəf­li, alın tə­ri və ha­lal­lıq­la ya­şa­nan bir pe­şə­dir. Am­ma bu pe­şə­ni yal­nız fi­zi­ki iş­lə məh­dud­laş­dır­maq ol­maz. Öz sə­nə­tin­də bü­tün öm­rü bo­yu ça­lış­qan­lı­ğı, əzm­kar­lı­ğı ilə se­çi­lən hər bir in­sa­na, ələl­xü­sus, ali­mə, təd­qi­qat­çı­ya da fəh­lə de­mək qə­ba­hət ol­maz. İsa Hə­bib­bəy­li­nin təx­mi­nən 35 il­lik təd­qi­qat­çı öm­rü­nə nə­zər ye­tir­dik­də, hey­rə­ti­ni giz­lə­də bil­mir­sən və bu­ra­da han­sı sö­zü (is­tər fəh­lə, is­tər cə­fa­keş, is­tər­sə də fa­na­tik) iş­lət­sən, ye­ri­nə dü­şür.
İ­sa Hə­bib­bəy­li iri­li-xır­da­lı əl­li­dən ar­tıq ki­tab müəl­li­fi­dir. Bu ki­tab­la­rın az bir his­sə­si mo­noq­ra­fi­ya­dır, bö­yük qis­mi isə ki­çik həcm­li təd­qi­qat iş­lə­ri və tər­tib et­di­yi ki­tab­lar­dır. ­Mət­buat­da, qə­zet və jur­nal­lar­da çap et­dir­di­yi mə­qa­lə­lə­ri­nin sa­yı isə beş yü­zü ke­çib. Özü də bu ki­tab­la­rın bir qis­mi İran­da və Tür­ki­yə­də çap olun­muş­dur. O, Nax­çı­van Döv­lət Uni­ver­si­te­ti­nin rek­to­ru­dur və tə­səv­vür edin ki, ­bu çə­tin və son də­rə­cə mə­su­liy­yət­li və­zi­fə in­san­dan ne­cə səbr, dö­züm və hər şey­dən əv­vəl, ba­ca­rıq tə­ləb edir. O, MEA-nın hə­qi­qi üz­vü­dür, Mil­li Məc­li­sin de­pu­ta­tı­dır. Am­ma bü­tün bun­lar­la ya­na­şı, heç vaxt ya­zı ma­sa­sın­dan ay­rıl­mır.
«Ro­man­tik li­ri­ka­nın im­kan­la­rı» (1984), «Ə­də­biy­yat nə­zə­riy­yə­si» (1985), «Cə­lil Məm­məd­qu­lu­za­də» (1987), «XX əsr Azər­bay­can ya­zı­çı­la­rı» (1992), «Za­ma­nın dü­ha­sı» (1993), «A­zər­bay­can ta­ri­xin­də Nax­çı­van» (1996), «Cə­lil Məm­məd­qu­lu­za­də: mü­hi­ti və müa­sir­lə­ri» (1997), «Xalq şai­ri Məm­məd Araz» (1999), «Us­tad Məm­məd­hü­seyn Şəh­ri­yar» (1999), nə­ha­yət, «Ə­də­bi-ta­ri­xi yad­daş və müa­sir­lik» (2007). Elə gü­man edi­rəm ki, ad­la­rı­nı çək­di­yim bu ki­tab­lar İsa Hə­bib­bəy­li­ni gör­kəm­li bir təd­qi­qat­çı ki­mi ta­nıt­ma­ğa bəs edər.
İs­tə­yi­rəm, bu ya­zı­da İsa Hə­bib­bəy­li­ni bir alim-təd­qi­qat­çı ki­mi sə­ciy­yə­lən­di­rim, onun Azər­bay­can ədə­biy­yat­şü­nas­lı­ğı­na han­sı töh­fə­lər bəxş et­di­yi­ni açıq­la­yım.
O, elmdə adi, sı­ra­vi bir şəxs de­yil, cı­ğır açan, bu cı­ğı­rı YO­La çe­vi­rən bir təd­qi­qat­çı­dır.
İ­sa Hə­bib­bəy­li klas­sik Azər­bay­can ədə­biy­yat­şü­nas­lı­ğı­nın son, ye­ni Azər­bay­can ədə­biy­yat­şü­nas­lı­ğı­nın ilk nü­ma­yən­də­lə­rin­dən­dir. Klas­sik Azər­bay­can ədə­biy­yat­şü­nas­lı­ğı de­yən­də mən F.B.Kö­çər­li­dən baş­la­nan bö­yük bir yo­lu nə­zər­də tu­tu­ram. O yol­da ədə­biy­yat ta­rix­çi­li­yi­mi­zin tə­məl daş­la­rı qo­yu­lub, klas­sik ədə­biy­ya­tı­mı­zın müx­tə­lif prob­lem­lə­ri öz el­mi həl­li­ni ta­pıb. Klas­sik dü­şün­cə tər­zi ədə­biy­ya­tı­mı­zın keç­di­yi ta­ri­xi yo­lu müm­kün qə­dər doğ­ru-dü­rüst əks et­dir­mə­yə yö­nəl­miş­di və M.A­rif, H.A­ras­lı, M.Cə­lal, M.Cə­fər, Əli Sul­tan­lı, M.H.Təh­ma­sib, Ə.­Mi­rəh­mə­dov, Ə.Ə.­Səid­za­də, K.Ta­lıb­za­də, C.Xən­dan, M.Rə­fi­li, Ab­bas Za­ma­nov, B.Nə­bi­yev, Xey­rul­la Məm­mə­dov, Kam­ran Məm­mə­dov ki­mi qüd­rət­li ədə­biy­yat ple­ya­da­sı­nın gör­dü­yü işi mə­də­ni sər­və­ti­mi­zin tər­kib his­sə­si ki­mi də­yər­lən­dir­mək la­zım­dır. Və İsa Hə­bib­bəy­li hə­min ənə­nə­vi, am­ma heç vaxt köh­nəl­mə­yən yol­da inam­lı ad­dım­lar at­dı. Ədə­biy­yat ta­ri­xi­ni şəx­siy­yət­lə­rin üzə­rin­də qu­ran klas­sik dü­şün­cə tər­zi İsa­nın ək­sər ya­zı­la­rı­nın qa­yə­si­ni müəy­yən­ləş­di­rir. Gə­lin, onun bir çox mə­qa­lə­lə­ri­nin ad­la­rı­na diq­qət ye­ti­rək: «Ni­za­mi Gən­cə­vi: Azər­bay­can­dan dün­ya­ya», «Us­tad Mir­zə Cə­lil Məm­məd­qu­lu­za­də», «Mir­zə Ələk­bər Sa­bi­ri­miz», «Mə­həm­məd Ta­ğı Sid­qi­nin hə­ya­tı və ədə­bi-pe­da­qo­ji fəa­liy­yə­ti», «Hü­seyn Ca­vid və sə­nə­ti», «Us­tad Mə­həm­məd­hü­seyn Şəh­ri­yar» və s. Ədə­biy­yat ta­ri­xi­ni şəx­siy­yət­lə­rin ya­ra­dı­cı­lı­ğı fo­nun­da iz­lə­yib qiy­mət­lən­dir­mək prin­si­pi İsa­nın çağ­daş ədə­biy­yat­la bağ­lı mə­qa­lə­lə­rin­də də da­vam edir. Əgər be­lə de­mək müm­kün­sə, İsa da us­tad­la­rı ki­mi xü­su­si­dən ümu­mi­yə doğ­ru ge­dir. Bu pro­ses­də ədə­biy­ya­tın ay­rı-ay­rı prob­lem­lə­ri də öz ək­si­ni ta­pır. Tu­taq ki, Mir­zə Cə­lil­dən da­nı­şır­sa, tən­qi­di rea­lizm, Ca­vid­dən söz açır­sa, ro­man­tizm prob­lem­lə­ri də hə­min ya­zı­lar­da təd­qi­qat­çı­ya öz el­mi-nə­zə­ri ba­xış­la­rı­nı şərh elə­mə­yə sti­mul ya­ra­dır.
Ön­cə qeyd et­dim ki, İsa Hə­bib­bəy­li ye­ni Azər­bay­can ədə­biy­yat­şü­nas­lı­ğı­nın ilk nü­ma­yən­də­lə­rin­dən­dir. Mən bu sı­ra­ya ar­tıq gör­kəm­li ədə­biy­yat­şü­nas­lar ki­mi ta­nı­nan Ni­za­məd­din Şəm­si­za­də­nin, Vi­la­yət Qu­li­ye­vin, Ni­za­mi Cə­fə­ro­vun, Şi­rin­dil Alı­şa­no­vun və Hü­seyn Hə­şim­li­nin də ad­la­rı­nı əla­və edi­rəm. Mə­lum mə­sə­lə­dir ki, elm da­im in­ki­şaf edir, klas­sik dü­şün­cə tər­zi özü də ye­ni­lə­şir və bu mə­na­da ədə­biy­yat­şü­nas­lıq el­mi ye­ni də­yər­lər kəsb edir, onun ədə­biy­ya­ta mü­na­si­bə­tin­də ye­ni öl­çü­lər və me­yar­lar mey­da­na gə­lir. İsa Hə­bib­bəy­li­nin bir çox ya­zı­la­rın­da möv­zu­ya, prob­le­mə, ədə­bi şəx­siy­yət­lə­rin ya­ra­dı­cı­lı­ğı­na ya­naş­ma prin­sip­lə­ri ta­mam ye­ni­dir. Mə­sə­lən, onun dok­tor­luq dis­ser­ta­si­ya­sı - «Cə­lil Məm­məd­qu­lu­za­də: mü­hi­ti və müa­sir­lə­ri» öz ye­ni­li­yi­lə diq­qə­ti cəlb edir. Ye­ni­lik on­dan iba­rət­dir ki, Mir­zə Cə­lil haq­qın­da əv­vəl­ki təd­qi­qat­lar­dan fərq­li ola­raq, bu­ra­da fakt­lar, sə­nəd hə­qi­qət­lə­ri sta­tis­tik gös­tə­ri­ci de­yil, el­mi dü­rüst­lük sə­viy­yə­si­nə ça­tır. İsa Mir­zə Cə­li­lin hə­ya­tı və müa­sir­lə­ri ilə bağ­lı bü­tün müəm­ma­la­ra tam ay­dın­lıq gə­ti­rir. İsa­da fakt­lar­la dav­ran­maq, on­la­ra hə­qi­qət pas­por­tu bəxş et­mək mən­ti­qi çox güc­lü­dür. Be­lə bir cə­hə­ti də qeyd edim ki, İsa Hə­bib­bəy­li­də müəy­yən bir prob­le­min el­mi-nəzəri-me­to­do­lo­ji həl­li üçün açar ro­lu­nu oy­na­yan xü­su­si düs­tur­lar var. Mə­sə­lən, onun «Zə­lim­xan Ya­qub sə­nə­ti­nin poe­tik özü­nə­məx­sus­lu­ğu» və «A­zər­bay­can el­min­də Məm­məd Cə­fər mək­tə­bi» mə­qa­lə­lə­rin­də bu özü­nə­məx­sus­luq­lar bü­tün kom­po­nent­lə­ri ilə təq­dim olu­nur.
İ.­Hə­bib­bəy­li ədə­bi port­ret jan­rın­da iş­lə­mə­yi çox se­vir. Onun hə­lə­lik so­nun­cu ki­ta­bı olan «Ə­də­bi-ta­ri­xi yad­daş və müa­sir­lik» qa­lın cild­li mə­qa­lə­lər top­lu­su­nun ək­sə­riy­yə­ti­ni ədə­bi port­ret­lər təş­kil edir. Bir ya­zı­da hər han­sı bir sə­nət­ka­rın keç­di­yi ya­ra­dı­cı­lıq yo­lu­nu, sə­nət­ka­rın müa­sir ədə­biy­ya­tı­mız­da tut­du­ğu möv­qe­yi ob­yek­tiv təh­lil əsa­sın­da ümu­mi­ləş­di­rə bil­mək ba­ca­rı­ğı port­ret ya­zı­la­rın baş­lı­ca mə­ziy­yə­ti­dir. Bu ya­zı­lar həm də ali mək­təb tə­lə­bə­lə­ri­nin «Müa­sir ədə­biy­yat kur­su» üçün dü­şü­nü­lüb. «Ə­də­biy­ya­tı­mı­zın Anar zir­və­si», «Bö­yük ya­zı­çı dü­şün­cə­si­nin qo­şa qa­nad­la­rı», «Əy­lis­dən Ək­rəm Əy­lis­li­yə­cən», «Xalq ya­zı­çı­sı Hü­seyn İb­ra­hi­mov», «Xalq şai­ri Sa­bir Rüs­təm­xan­lı», «Ab­bas Za­ma­nov dün­ya­sı», «A­ka­de­mik Bə­kir Nə­bi­yev və el­mi­mi­zin Bə­kir­na­mə­si», «Kam­ran Da­da­şoğ­lu, hə­yat­da mərd­lik, elmdə fə­da­kar­lıq» və s. ya­zı­la­rı oxu­yan­dan son­ra sə­nin üçün qa­ran­lıq nöq­tə qal­mır. O, tu­taq ki, Ana­rı, ya­xud El­çi­ni təq­dim edən­də on­la­rın bü­tün ya­ra­dı­cı­lı­ğı­nı təh­lil et­mə­yi qar­şı­sı­na məq­səd qoy­mur, Ana­rın və El­çi­nin özü­nə­məx­sus­lu­ğu­nu, bir ya­zı­çı ki­mi fər­di və da­ha çox fərq­li ya­zı tər­zi­ni, hə­ya­ta, ger­çək­li­yə ori­ji­nal ya­naş­ma tər­zi­ni nə­zə­rə çarp­dı­rır. İsa ya­zan­da ki: «Əy­lis kən­di Ək­rəm Əy­lis­li­nin, ya­zı­çı­nın əsər­lə­ri isə Əy­li­sin-Buz­bu­la­ğın güz­gü­sü­dür. Ək­rəm Əy­lis­li də, Əy­lis də -Buz­bu­laq da ge­niş mə­na­da Azər­bay­can mil­li var­lı­ğı­nın və ədə­biy­ya­tın ha­di­sə­si­dir»-bu fi­kir öz həl­li­ni hə­min mə­qa­lə­də­cə ta­pır. Ya­xud: «Xalq şai­ri Sə­məd Vur­ğu­nun ata oca­ğı­nın odu­nu, is­ti­si­ni, ənə­nə­lə­ri­ni isə Va­qif Sə­mə­doğ­lu lə­ya­qət­lə qo­ru­yub ya­şa­dır» - bu mü­la­hi­zə­ də mətn­də ha­va­ya atı­lan gül­lə tə­si­ri ba­ğış­la­mır, Va­qif Sə­mə­doğ­lu ilə Sə­məd Vur­ğun poe­tik bağ­lı­lı­ğı­nı açıq­la­ya bi­lir. Bir söz­lə, İsa Hə­bib­bəyl­li haq­qın­da söz aç­dı­ğı bə­dii tə­fək­kür sa­hi­bi­nin, elm fə­dai­si­nin ədə­bi ob­ra­zı­nı ya­ra­da bi­lir.
İ­sa Hə­bib­bəy­li çox ge­niş mə­na­da dü­şü­nən ədə­biy­yat­şü­nas­dır. Onun əsas möv­zu­su - şah prob­le­mi Mir­zə Cə­lil ya­ra­dı­cı­lı­ğı ol­sa da, ədə­biy­yat ta­ri­xi­nin bü­tün dövr­lə­ri­ni və in­ki­şaf mər­hə­lə­lə­ri­ni əha­tə edən təd­qi­qat əsər­lə­ri var­dır. Təf­si­la­ta var­ma­dan de­yə bi­lə­rəm ki, İsa­nın bü­tün əsər­lə­ri­ni yan-ya­na, sı­ra­ya düz­sək, «A­zər­bay­can ədə­biy­ya­tı ta­ri­xi: klas­sik və müa­sir dövr» ad­lı çox san­bal­lı bir ədə­biy­yat ta­ri­xi dərs­li­yi­nin ər­sə­yə gəl­di­yi­ni gö­rə­rik. Rəh­mət­lik Ək­rəm Cə­fər bir söh­bə­tin­də de­yir­di ki, klas­sik ədə­biy­ya­tı təd­qiq edən ədə­biy­yat­şü­nas­la­rın içə­ri­sin­də elə­lə­ri var ki, on­lar Sa­bir­də di­rə­nir­lər, üzü­bə­ri gə­lə bil­mir­lər, müa­sir döv­rün ədə­biy­ya­tı­nı təd­qiq edən­lər isə Sa­bir­dən o ya­na boy­la­na bil­mir­lər. Əsl ədə­biy­yat­şü­nas-tən­qid­çi ədə­biy­ya­tı bü­töv bil­mə­li­dir. Hə­lə öz ədə­biy­ya­tı­mız bir ya­na, o, dün­ya və Şərq ədə­biy­ya­tı­nı da mü­kəm­məl bil­mə­li­dir. Us­ta­dın bu söz­lə­ri­nə haqq qa­zan­dı­rı­ram və bu bü­töv­lü­yü mən aka­de­mik İsa Hə­bib­bəy­li­nin el­mi fəa­liy­yə­tin­də tam dol­ğun­lu­ğu ilə iz­lə­yi­rəm.
Əl­bət­tə, heç bir ədə­biy­yat ta­rix­çi­si və tən­qid­çi-ədə­biy­yat­şü­nas ədə­biy­yat nə­zə­riy­yə­si­nə is­ti­nad et­mə­dən uğur qa­za­na bil­məz. İsa Hə­bib­bəy­li həm də ka­mil bir ədə­biy­yat nə­zə­riy­yə­çi­si­dir. Onun bu sa­hə­də xid­mət­lə­ri hə­lə­lik dərs­lik sə­viy­yə­sin­də­dir. O, hə­lə­lik prin­sip­lə­ri müəy­yən­ləş­di­rir, ne­cə de­yər­lər, əlif­ba­dan baş­la­yır.­ Mən sırf ədə­biy­yat nə­zə­riy­yə­si ilə bağ­lı ya­zı­la­rı nə­zər­də tu­tu­ram («Ə­də­biy­ya­tın tə­ri­fi», «Ə­də­biy­yat­şü­nas­lıq el­mi­nin şö­bə­lə­ri­nə ye­ni­dən ba­xış», «Sa­ti­ra ədə­bi növ ki­mi», «XX əs­rin əv­vəl­lə­ri Azər­bay­can ro­man­tik şei­rin­də so­net jan­rı», «Dia­loq haq­qın­da mo­no­loq» və s.) . Am­ma, ön­cə qeyd et­di­yim ki­mi, İsa­nın hər han­sı bir mə­qa­lə­sin­də nə­zə­riy­yə­dən gə­lən və onun ya­zı­la­rın­da san­ki di­ri­jor­luq funk­si­ya­sı­nı ye­ri­nə ye­ti­rən me­to­do­lo­ji is­ti­qa­mət var. Ar­zu edər­dim ki, İsa Hə­bib­bəy­li­nin müəl­lif­li­yi və re­dak­tor­lu­ğu ilə san­bal­lı bir «Ə­də­biy­yat nə­zə­riy­yə­si» dərs­li­yi mey­da­na gəl­sin.
İsa bü­tün el­mi və təş­ki­lat­çı­lıq fəa­liy­yə­ti bo­yu QU­RU­CU ol­ma­ğa ça­lı­şıb. Onun rek­tor ol­du­ğu Nax­çı­van Uni­ver­si­te­ti nü­fuz­lu bir təd­ris oca­ğı­dır. Bir ne­çə də­fə İsa­nın mü­şa­yiə­ti ilə Uni­ver­si­te­ti baş­dan-aya­ğa gə­zib do­lan­mı­şam. Tə­lə­bə­lə­rin yük­sək sə­viy­yə­si, təh­sil və maa­rif­lən­mək yan­ğı­sı mən­də xoş təəs­sü­rat oya­dıb. U­ni­ver­si­te­tin hə­yə­tin­də­ki müx­tə­lif növ gül­lər isə sim­vo­lik mə­na da­şı­yır. Bu gül­lər, elə bi­li­rəm, Axun­do­vun, Zər­da­bi­nin, Mir­zə Cə­li­lin bö­yük ar­zu­la­rı­nın rəm­zi­dir ki, hə­qi­qə­tə çev­ri­lib. O, tə­lə­bə­lə­ri­nin el­mi iş­lə məş­ğul ol­ma­la­rı üçün əlin­dən gə­lə­ni əsir­gə­mir.­ Nax­çı­van ədə­bi mü­hi­ti­nin in­ki­şa­fın­da, onun Azər­bay­can ədə­bi mü­hi­ti­nin ay­rıl­maz bir qo­lu ol­ma­sın­da bö­yük iş­lər gö­rür. Və Nax­çı­va­nın ic­ti­mai-siyasi-mə­də­ni hə­ya­tı­nı da bu gün İsa­sız tə­səv­vür elə­mək müm­kün de­yil.
Mən ÖZÜ­NƏ­MƏX­SUS de­yi­lən an­la­yı­şı İsa Hə­bib­bəy­li­yə də şa­mil edə bi­lə­rəm. O, bir in­san ki­mi də, alim ki­mi də, təş­ki­lat­çı-qu­ru­cu ki­mi də özü­nə­məx­sus­dur. An­caq bu özü­nə­məx­sus­luq­da bi­zim bi­yət et­di­yi­miz, sə­nə­ti qar­şı­sın­da baş əy­di­yi­miz bö­yük us­tad­la­rın da ciz­gi­lə­ri­ni gö­rü­rəm. Məm­məd Cə­fər müəl­lim dün­ya­dan kö­çüb, am­ma İsa­ya ba­xan­da is­tər-is­tə­məz Məm­məd Cə­fər müəl­li­mi xa­tır­la­yı­ram. Ab­bas Za­ma­nov haqq dün­ya­sı­na qo­vu­şub, am­ma hər də­fə İsa­nı gö­rən­də Ab­bas müəl­lim ya­dı­ma dü­şür. Elə bu­ra­da­ca qeyd et­mək is­tə­yi­rəm ki, İsa öz us­tad­la­rı­nın xa­ti­rə­si­ni əbə­di­ləş­dir­mə­yi də ba­ca­rır. O, pro­fes­sor Ab­bas Za­ma­no­vun xa­ti­rə­si­ni yad et­mək məq­sə­di­lə be­lə bir ki­tab da tər­tib edib: «Müa­sir­lə­ri Ab­bas Za­ma­nov haq­qın­da». Bu ki­tab­da Ab­bas Za­ma­nov haq­qın­da xa­ti­rə və mə­qa­lə­lər top­la­nıb. Bun­dan baş­qa, Ab­bas Za­ma­no­vun bir­cild­lik se­çil­miş əsər­lə­ri­nin tər­tib­çi­si də İsa Hə­bib­bəy­li­dir.
Nə­ha­yət, İsa Hə­bib­bəy­li­ni el­mi əsər­lə­ri içə­ri­sin­də onu da­ha çox ta­nı­dan və sev­di­rən «Cə­lil Məm­məd­qu­lu­za­də: mü­hi­ti və müa­sir­lə­ri» mo­noq­ra­fi­ya­sı ba­rə­də qı­sa­ca söz aç­maq is­tə­yi­rəm.
A­də­tən, ədə­biy­yat ta­ri­xin­də si­lin­məz iz­lər bu­ra­xan sə­nət­kar­lar haq­qın­da çox ya­zır­lar. Am­ma bu ya­zı­la­rın heç də ha­mı­sı hə­min sə­nət­ka­rın ya­ra­dı­cı­lıq dün­ya­sı­nın mə­na və in­cə­lik­lə­ri­ni aç­maq qüd­rə­tin­də de­yil. «A­xun­dov haq­qın­da ya yax­şı yaz­maq la­zım­dır, ya da heç nə» məş­hur fra­za­nı Mir­zə Cə­li­lə də aid et­mək olar. Eti­raf edək ki, Mir­zə Cə­lil ya­ra­dı­cı­lı­ğı və şəx­siy­yə­ti ba­rə­də bə­zi əsər­lər ya­zıl­sa da, bun­lar hə­lə Mir­zə­cə­lil­şü­nas­lıq üçün ye­tər­li de­yil. Mir­zə İb­ra­hi­mo­vun «Bö­yük de­mok­rat», Əziz Mi­rəh­mə­do­vun «A­zər­bay­can Mol­la Nəs­rəd­di­ni», Ya­şar Qa­ra­ye­vin Azər­bay­can rea­liz­mi ilə bağ­lı mo­noq­ra­fik təd­qi­qat­la­rı­nı mir­zə­cə­lil­şü­nas­lıq­da an­caq tə­məl daş­la­rı say­maq olar. İsa Hə­bib­bəy­li­nin adı­nı çək­di­yim mo­noq­ra­fi­ya­sı da öz el­mi san­ba­lı­na gö­rə bu əsər­lə­rin cər­gə­si­nə qa­tı­la bi­lər. Əv­və­la, heç bir təd­qi­qat­da Mir­zə Cə­li­li ye­tiş­di­rən mü­hit və müa­sir­lə­ri haq­qın­da dol­ğun mə­lu­ma­ta rast gəl­mi­rik. Hal­bu­ki, mü­hi­tin öy­rə­nil­mə­si və sə­nət­ka­rın həm­fi­kir­lə­ri ilə əla­qə və mü­na­si­bət­lə­ri onun şəx­siy­yə­ti­nin və ya­ra­dı­cı­lı­ğı­nın öy­rə­nil­mə­sin­də heç də az rol oy­na­mır. İsa Hə­bib­bəy­li «Cə­lil Məm­məd­qu­lu­za­də: mü­hi­ti və müa­sir­lə­ri» mo­noq­ra­fi­ya­sın­da bu prob­le­mi, de­mək olar ki, həll edə bil­miş­dir. Mir­zə Cə­li­lin for­ma­laş­ma­sın­da ai­lə və təh­sil mü­hi­ti­nin, mol­la­xa­na­nın və ib­ti­dai təh­si­lin, Qo­ri müəl­lim­lər se­mi­na­ri­ya­sı­nın, maa­rif­çi­lik hə­rə­ka­tı­nın, Nax­çı­van ədə­bi mü­hi­ti­nin, şək­siz ki, bö­yük ro­lu olub. Və bü­tün bun­la­rın aş­ka­ra çı­xa­rıl­ma­sı ay­lar, il­lər tə­ləb edir, gün­lər­lə ar­xiv­lər­də (həm də tək­cə Ba­kı­da yox, müx­tə­lif şə­hər­lə­rin ar­xiv­lə­rin­də) rən­gi sol­muş sə­nəd­lər­lə ça­lış­maq-ça­ba­la­maq tə­ləb edir.
İ­sa Hə­bib­bəy­li öm­rü­nün alt­mı­şın­cı pa­yı­zı­na qə­dəm qo­yur. Pa­yız de­dim, çün­ki İsa pa­yız­da ana­dan olub. Qoy bü­tün pa­yız­lar ona be­lə­cə ba­har se­vin­ci bəxş elə­sin.