Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Firuzə MƏMMƏDLİ


Əlövsət Bəşirli
QANLA SUVARILAN AĞAC
Povest


Çingiz BAHADUROĞLU


Əlisəmid KÜR


Ay­dın TA­LIB­ZA­DƏ
XƏ­FİF TƏ­BƏS­SÜM­LÜ MAS­KA
Us­tad­na­mə


İltifat SALEH


Məlahət AĞACANQIZI


MusaYAQUB


Bayram İSGƏNDƏRLİ
Hekayələr


Firudin ŞAHBUZLU


Qəşəm NƏCƏFZADƏ


Dəh­nə­li MƏM­MƏD (HA­CI­ZA­DƏ)
Q O Z
Hekayə


Vəliş QARAGÖL


Bahadur FƏRMAN


Oqtay RZA


Va­qif YU­SİF­Lİ
ÖMRÜN ALTMIŞINCI PAYIZI, yaxud FƏHLƏLİKDƏN AKADEMİKLİYƏ


ELÇİN
A­ZƏR­BAY­CAN ƏDƏ­Bİ PRO­SE­SİN­DƏ NƏ BAŞ VE­RİR?
(NƏ ET­MƏ­Lİ­YİK VƏ NE­JƏ ET­MƏ­Lİ­YİK?)


POEZİYA
 

Məlahət AĞACANQIZI


 
Ruhun etirafları, yaxud Məni sevgim ilə tanıyacaqlar

I

Səni bir dəfə sevdim,
Min dəfə nifrət etdim.
Amma nədən
Bir olan sevgim,
Min olan nifrətimi
və məni
qarşısında diz çökdürür?!
Bu sirri
dünyanı diz çökdürən
bir olan Allah bilir,
bir də bir olan sevgim.

I I

Sən əlimlə toxuna biləcəyim
Tanrı olmalıydın-
Mən sənə xoş xəbərlər gətirən
mələk,
Sən sıxıb suyunu çıxaran
bir kişi oldun,-
Mən o kişiyə əzab verən
bir qadın fələk.

I I I

Mənə bir gecə göndər?-
İçində səsin olsun.
Yarısı sənin olsun,
Yarısı mənim.
Mənə bir beşik göndər,-
İçində körpə olsun.
Yarısı sənin olsun,
Yarısı da mənim.
Mənə bir kitab göndər,-
İçində şeir olsun.
Yarısı sənin olsun,
Yarısı mənim.

Ömrümü göndərirəm,-
Ölümünü mənə göndər.
Hamısı mənim olsun,
Hamısı mənim olsun.

I V

Başda papaq,
əldə qılınc
oğlan kimi gəzərdim.
Bilmirdim kim olduğumu,
Bilmirdim nəçin yaşadığımı.
Qeyrətin Babək qeyrəti,
Saldı əlimdən qılıncımı,
Götürdü başımdan papağımı,
Dağıtdı çiyinlərimə saçlarımı.
Sevgin Kərəm sevgisi-
Qırdı düymələrimi,
açdı sirrimi.
Nəfəsin Tanrı nəfəsi-
Nəfəsindən oğlum oldu,
Mələklər qoydu adını.

V

Mən səndən incimişəm
rastlaşdığımız ilk gündən
ta bu günə kimi.
Mən səndən küsmüşəm
dırnağımdan tutmuş
saçımın ucuna kimi.
Amma dözürəm
rastlaşdığımız ilk gündən
ta bu günə kimi.
Və... qəribədir
hər an,
hər gün gözləyirəm,
səni istəyirəm
rastlaşdığımız ilk gündən
ta bu günə kimi,
dırnağımdan tutmuş
saçımın ucuna kimi.

VI

Səndən qabaq bir günüm bir il idi,
Min ildi gözləyirdim səni,
Min ildi arayırdım səni.
O qaranlıq min ildə
Başım nələr çəkmədi
Bircə ulduz olmadı
ona ümid bəsləyim.
Bircə igid olmadı
ona ocaq qalayım.
O qaranlıq min ildə
qaranlıq dünya dedim.
Hər kəsi namərd görüb
Özüm mərdlik eylədim.

İndi min bir yaşım var,
Səni indi tapmışam.
Daha yaşamağa dəyər-deyirəm,
Daha qız olmağa dəyər-deyirəm.

Oxşa tellərimi
sənə verirəm.
Öp gözlərimdən
sənə baxıram.
Qoru ürəyimi-səni sevirəm!


Getmə, Dayan

Getmə, dayan.-
Qoymaram gözlərim görə-görə
Çıxıb gedəsən.
Getmə, dayan.-
Qoy yumum gözlərimi
sonra çıxıb get.-
qoy görməyim sağa getdin, sola getdin,
göyə çıxdın, yerə girdin?
Qoy bilməyim haraya getdin,
necə getdin...
qoy axtarım sağı,
solu,
yeri,
göyü.
Qoy axtarım bu dünyanı
Qarış-qarış sənin üçün.
Getmə. dayan,-
qoy yumum gözlərimi
sonra ayrıl,
sonra getş

ÇAT
(vəsiyyət)

Bir gün gözlərinin
əllərinin
nəfəsinin
həsrətinə dözməyib öləcəyəm.
Kəfən içində soyuyan canım
sənin üçün inləyəcək,
heç kəs duymayacaq.-
Dörd doğmam
Cənazəmi yerdən qaldıra bilməyəcək,-
Dəfnimə çat!

Ruhum göyün üçüncü
qatına çatanda,
Məzarım üstə
səni axtaracaq.-
Üçümə çat!

Göyün yeddinci qatından
görə bilməyəcəyəm
gözlərinin dərinliyini.
Hiss etməyəcəyəm
həsrətindən öldüyüm nəfəsini,-
Yeddimə çat!

Qırxıncı qatda
hey yerə baxdığım üçün
sevməyib ölənlər
incidəcəklər məni,-
Ruhuma güc vermək üçün,-
Qırxıma çat!

Bir ilin tamamında
Yerlə göy arasında
Qırılacaq əlaqə
Gəlib çatacaq son qat
Həsrətindən ruhum
Olacaq çat-çat
Ölümünü dərk etmək üçün,
Yoxluğumu hiss etmək üçün,-
Heç olmasa ilimə çat!

Məni sevgim ilə tanıyacaqlar

Almanın almaya bənzəri olur,
Gözəlin gözələ bənzəri olur.
İgidin igidə bənzəri olur.
Bir barmaq izinin,
Bir də sevginin
Biri birinə bənzəri olmaz.

Hamını bu dünyada
adı-sanıyla
hamını
o dünyada
barmaq iziylə
məni sevgim ilə tanıyacaqlar...
sonra get.