Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fuzuli


ÜZEYİR HACIBƏYOVUN “LEYLİ VƏ MƏCNUN”UNDAN “KOROĞLUYA QƏDƏR” MƏQALƏSİNDƏN:


To­fiq BA­KI­XA­NOV
GÖR­KƏM­Lİ BƏS­TƏ­KAR, QAY­ĞI­KEŞ MÜ­ƏL­LİM


Ley­la ƏLİ­YE­VA
Q.QA­RA­YE­VİN BƏS­TƏ­KAR OĞ­LU


QA­RA QA­RA­YEV
“MU­Sİ­Qİ­MİZ BU GÜN”


EL­ÇİN
UCA MƏR­TƏ­BƏ­LƏ­RİN SA­Kİ­Nİ
QARA QARAYEV HAQQINDA BİR NEÇƏ SÖZ


Ələk­bər Sa­lah­za­də
QOBUSTAN
(jur­nal va­ri­an­tı)


Emin ƏLİ­YEV
90-CI İL­LƏ­RİN TE­ATR FES­Tİ­VAL­LA­RI KON­TEKS­TİN­DƏ
SƏ­NƏT AX­TA­RIŞ­LA­RI­NIN TƏ­ZA­HÜ­RÜ


S.ƏLƏK­BƏR
MİS­Sİ­YA ADA­MI


Zülfiyyə İSMAYILOVA
Li­rik-psi­xo­lo­ji möv­zu­da ret­ros­pek­si­ya:
“Ke­çən ilin son ge­cə­si” və “Dan­te­nin yu­bi­le­yi” -
Ana­rın re­jis­sor­luq fəa­liy­yə­ti­nin de­bü­tü


ANAR HAQQİNDA


Zem­fi­ra SƏ­FƏ­RO­VA
ANAR İZİ


Ay­dın Ta­lıb­za­də
VİRTUAL MERAC TEATRİ
(aşiq­lər iba­də­ti)


İm­ruz ƏFƏN­DI­YE­VA
HƏMİŞƏ ZİRVƏDƏ


XAL­TAN­LI TA­ĞI


Samir MUSAYEV
Azərbaycan kinosunda yeni estetik prinsiplərinin təgəsömö


TE­ATR ƏNƏ­NƏ­LƏ­Rİ­NİN MO­Dİ­Fİ­KA­Sİ­YA NÜ­MU­NƏ­S


Sabirə DÜ­NYAM­ALI­YEVA
AZƏRB­AYCA­NIN TARIXI GEYIM­LƏRI­NDƏ
GÜ­NƏŞ­LƏ BAĞ­LI SİM­VO­Lİ­KA­LAR



 

Samir MUSAYEV
Azərbaycan kinosunda yeni estetik prinsiplərinin təgəsömö


 

Samir MUSAYEV




Azərbaycan kinosunda yeni estetik prinsiplərinin təgəsömö




1950-ci illərin sonuna qədər bütün sənət sahələrində olduğu kimi kino sənətkarları da sosialist realizmi metodu ilə işləyirdilər ki, bu metod da filmlərin plakat-şüarçılıq, “dövrü tərənnüm” xarakterində çəkilməsinə zəmin yaradırdı.


60-cı illərin ortalarına doğru Azərbaycan kinosunda ciddi dəyişikliklər prosesi başlayır. Sovet kinosunda olduğu kimi Azərbaycan kinosunda da gündəlik məişət məsələləri, fərdi problem, həyatın adi xırdalıqları fəlsəfi görümdə ekranda əksini tapırdı. Məzmun və forma axtarışlarının miqyası genişlənir, müasirlik filmlərin əsas mövzusuna çevrilirdi. Məzmun və forma da bədii yaradıcılığın, incəsənətin və estetikanın vacib problemlərindən biridir. İncəsənətdə məzmun gercəkliyin sənətkar tərəfindən müəyyən ictimai-siyasi və estetik ideal mövqeyindən inikasıdır. Məzmunun təsiredici olması üçün mütləq surətdə ona uyğun forma seçmək lazımdır. Əsərin əsas ideyası onun məzmununda olsa da, o yalnız bədii forma vasitəsilə açıla bilər. Forma və məzmunun dialektikası 60-cı illərdən sonra Azərbaycan kino sənətinin proqressiv inkişafına təkan verdi.


60-cı illərin sonu, 70-ci illər respublikamızda kino sənətinin yüksəlişi dövrü kimi xarakterizə olunur. Bu yüksəliş kinematoqafiyanın həm yaradıcı, həm də istehsal bazası baxımından genişlənməsindən, möhkəmlənməsindən irəli gələn amillərlə əlaqədar idi. Xüsusilə də onilliyin II yarısından öz dəst-xətti ilə seçilən müəlliflərin həyat mövqeyini üzə çıxaran, yaradıcılıq və mövzu baxımından diqqəti cəlb edən əhəmiyyətli filmləri istehsal olunmuşdur.


Tədqiq olunan dövrdə bir neçə əsər (“Qaraca qız”, “Yaşamaq gözəldir, qardaşım”, “Dağlarda döyüş”, “Qanun naminə”, “Mən ki gözəl deyildim”, “Arşın mal alan”) ekranlaşdırılmışdır. Kinolentlər arasında əksər filmlər (“Telefonçu qız”, “Əhməd haradadır”, “Möcüzələr adası”, “Sən niyə susursan”, “Bir cənub şəhərində”, “Uşaqlığın son gecəsi”) müasirlik mövzusu ilə bağlı olmuşdur.


Ümumiyyətlə, kino yaradıcılığının bütün sahələrində - rejissorluqda, operator işində, aktyor oyunlarında, filmin rəssam və bəstəkarlarının fəaliyyətində irəliləyiş hiss olunurdu. Əlbəttə, filmlərin səviyyəsi eyni olmasa da hər halda bu dövrün ən yaxşı kino əsərləri ümumittifaq miqyasında milli kinomuzu layiqincə təmsil edirdi.


60-cı illər Azərbaycan kinosunda “Uşağlığın son gecəsi” (rej. A.Babayev), “Bir cənub şəhərində” (rej. E.Quliyev), “Şərikli çörək” (rej. Ş.Mahmudbəyov) və “Dəli Kür” (I var) filmləri milli kino tariximizin ən uğurlu filmləri siyahısına daxil olmuşdur. Filmlərin uğurlu alınmasının başlıca cəhətləri dramaturji materialda, mövzunun bədii siqlətində, estetik ölçülərdə, aktyor oyununda və ən əsası rejissor təfsirində axtarılmalıdır.


60-cı illərin kinosunda isə ədəbi material cəhətdən yeni, orijinal süjetə malik filmlərdə yaradıcılıq axtarışlarının, rejissor tapıntılarının qabarıq müanslarını görürük. Ekran təfsirinə, qoyulan məsələnin bədii həllinə və süjet müxtəlifliyinə görə bu kinolentlər kino tariximizdə istiqamətverici mərhələ rolunu oynamışdır.


Adlarını çəkdiyimiz filmlərdə novatorluğa meyl görünsə də ənənəvi süjet xəttindən, səthi bədii şərhdən kənar qaçmaq olmurdu. Bu da dövrün yaradıcı kollektiv qarşısında qoyduğu tələblərdən, ya da sənətin vacib keyfiyyətlərindən sayılırdı.    


Müasir və tarixi filmlərə müraciət fonunda mənəviyyat və əxlaq problemləri haqqında fərqli baxışlar formalaşırdı. 1932-66-cı illərdə tarixi həqiqətlərin təhrifi prizmasından Bakı komissarlarına həsr olunan filmlər yalnız kinematoqrafik məziyyətlərinə görə maraq doğursa da, ideoloji cəhətdən əhəmiyyətini itirmişdir.


Xüsusilə, 60-cı illərin II yarısında çəkilən filmlər materialın təzəliyi, gözəlliyi ilə seçilir. Sanki həmin filmlərdə (“Şərikli çörək”, “Uşaqlığın son gecəsi”, “Bir cənub şəhərində”) baş verən hadisələr yazıçı təxəyyülünün məhsulu deyil, hadisələrin həyatda cərəyan etdiyi vaxtda lentə köçürülmüşdür. “Şərikli çörək” dramaturji materialına, “Uşaqlığın son gecəsi” yeni estetik meyarların təcəssümünə, “Bir cənub şəhərində” və “Dəli Kür” (I var.) filmləri isə sovet ideologiyasına qarşı çıxan tələblər baxımından əlamətdar hadisə kimi tarixə düşmüşdür. Bu yeniliklər rejissor və aktyor yaradıcılıq axtarışlarının nəticəsidir. Tədqiq olunan illərdə günümüzün ən zəruri, çağdaş problemləri öz bədii həllini tapmışdır. Bu kino əsərlərində dövrün spesifikasına uyğun qəhrəmanların formalaşması, mənəviyyatın bütün çalarları ilə üzə çıxarılması diqqət mərkəzinə çevrilmişdi. İctimai-siyasi və mənəvi problemlərin kinematoqrafik həlli yaradıcılığın səciyyəvi cəhətlərindən biri olmuşdur. Xalqın həyatında mövcud olan problemlər, şəxsiyyət və cəmiyyət, müasir həyatın aktual məsələləri bu filmlərin ana xəttini təşkil edirdi.


50-60-cı illərinin tədqiqi göstərir ki, istehsal edilmiş filmlər Azərbaycan kinosunun həmin dövrünün və sonrakı onilliyinin bədii-estetik problemlərinin həlli üçün istiqamətləndirici rol oynamış, bir növ proqram xarakteri daşımışdı.


Azərbaycanın sovet tarixi dövründəki 60-70-ci illər gedişatı ictimai həyatımızda və kino sənətində ən əlamətdar hadisə kimi tarixə həkk olunmuşdur. Xüsusən 70-ci illərdə ideoloji -siyasi vəziyyət xalq təfəkküründə dəyişmiş, tarixi həqiqətlər bütün çılpaqlığı ilə üzə çıxmışdı. Bir növ cəmiyyətdə, milli şüur oyanmış, intibah ruhlu ideologiya yaranmış, mövcud kommunist ideyası laxlamağa başlamışdır.


Kino sənətkarları, yazıçı-dramaturqlar tərəfindən aparılan məzmun və forma axtarışlarının səmərəli nəticəsi olaraq 70-ci illərdə mözvu və janr etibarilə daha əhəmiyyətli filmlər ekranlara buraxıldı. Milli kino sənətimiz getdikcə yeni estetik prinsiplər əsasında formalaşdı, milli obrazlar silsiləsi yarandı, tarixi və tarixi-inqilabi, eyni zamanda müasir mövzuya meyl üçün əlverişli şərait yaranmışdı. Tədqiq olunan illərdə müasirlik mözvusu nəinki kinoda, o cümlədən ədəbiyyat və teatr sənətində də aktual məsələlərdən idi və müasir insan onun mənəvi aləminin zənginliyi, gündəlik qayğıları, yaşam tərzi, problemləri bütün rəngarəngliyi ilə təcəssüm olunurdu.


70-ci illərdə yaradılmış ən yaxşı əsərlərdə biz təbliğatdan uzaq, mühüm həyat həqiqətlərini, gercək hadisələri əks etdirən real və dolğun xarakterlərin axtarışını və bunların ekran həllini görürük. Bunun müqabilində “Xoşbəxtlik qayğıları” (rej. H.Seyidbəyli), “Gün keçdi”, “Arxadan vurulan zərbə” (rej. A.Babayev), “Ad günü” və “İstintaq” (rej. R.Ocaqov), “Dantenin yubileyi” (rej. G.Əzimzadə və Anar) və dövrün digər filmləri nəinki 70-ci illərin, hətta hazırki zamanda belə televiziya ekranlarında nümayiş etdirilən vaxt maraqla qarşılanır.


Bu dövrdə müasir Azərbaycan kinosunun kinematoqrafik dili, üslub dəst-xətti mütərəqqi proses keçmişdi. Həmin dövrün filmlərinin tədqiqatı bu əsərlərdə incəsənətimizin milli özünəməxsusluğunun və zəngin ənənələrinin əks olunduğunu göstərir. Kinostudiyadakı mütərəqqi proses onun müxtəlif növ və janrlarında olan filmlərində, o cümlədən “Sevil” film-operası, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Ulduzlar sönmür”, “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Tütək səsi” və b. kino əsərlərində açıq-aşkar özünü büruzə verirdi.


60-cı illərin ortalarından başlayaraq respublikada rüşvətxorluğa , əxlaq normalarını pozanlara qarşı aparılan ardıcıl mübarizə, mənəvi və əxlaqi dəyərlərin təsdiqi ölkədə mənəvi ab-havanın dəyişməsinə, o cümlədən Azərbaycan kinematoqrafiyasına keyfiyyət dəyişikliyi baxımından müsbət təsir göstərdi. Həmin proses növbəti illərdə daha da yüksəldi. Ümumilikdə, 70-ci illərdə Azərbaycan ictimai-siyasi həyatında bir çox önəmli hadisələr olmuşdur. Ölkədə baş verən bu sosial-siyasi dəyişikliklər şübhəsiz, Azərbaycan kino xadimlərinin ekran işində öz əksini tapmaya bilməzdi. Belə ekran variantlarından biri də 1979-cu ilin istehsalı “İstintaq” bədii filmidir.


Film Sovetlər İttifaqında mafiyanın mövcudluğu məsələsini cəsarətlə qaldırmış, vətəndaşlıq borcu və şərəfi kimi ciddi sosial mənəvi-etik problemlərə toxunmuşdur. Sosial mövzuda çəkilmiş bu psixoloji dram sistemin çürüklüyünü və bürokratik vəziyyətini göstərmişdir. Bu barədə “İskusstvo kino” jurnalı yazmışdır: “İstintaq” filmi cəsarətli və lazımlıdır. Studiyada, müəlliflər də fəxr edə bilərlər. Bu kinematoqrafik uğur olmaqla bərabər, həm də Azərbaycan kinosunun fəth etdiyi yeni bir yüksəklikdir. Filmdə sənətkarların cəsarətli mövqeyi aydın görünür (“İskusstvo kino”, 1981, H1).


Bu kino əsər nəinki Azərbaycan, həmçinin sovet kinematoqrafiyasında hadisəyə səbəb olmuşdur. Ciddi təzyiq və qadağalara baxmayraq bədii-estetik dəyərini, sosial pafosunu itirmədi. Geniş tamaşaçı kütləsinin rəğbətini qazanmış film SSRİ Dövlət mükafatına layiq görüldü.


Tədqiq olunan dövrün 70-ci illərində mövzu və janr müxtəlifliyinə, fərqli sənətkar baxışlarına baxmayaraq demək olar ki, bütün kino əsərlərinin əsasını müasirlik mövzusu təşkil edir. Yaxud da mövzu mənbəyi tamamilə başqa səpgidə olsa da, film müasirlik nöqteyi-nəzərindən şərh olunmuşdur.


Buradan belə bir nəticə hasil olur ki, “müasirlik mücərrəd məfhum deyil. O ədəbi yaradıcılığın hər nöqtəsində öz ifadəsini tapmalıdır. Mövzu və fikircə müasirlik obrazda yeni insan tipinin təsvirində, forma incəliklərində özünü göstərməlidir” (Məmmədov M. Azəri dramaturgiyasının estetik problemləri. B., 1969).
70-ci illər Azərbaycan kinosunda istehsal olunmuş “Nəsimi” və “Dədə Qorqud” tarixi filmləri əvvəlki illərdən fərqli olaraq quruluşun genişliyi və parlaq təsvirinin ifadəliyi ilə seçilir. Eyni zamanda film sosializm metodu prinsipindən uzaqlaşmış, gerçək hadisələrə və tarixi həqiqətlərə söykənmişdir.


70-ci illər Azərbaycan milli kino tarixinə istər filmlərin sayına, istərsə də keyfiyyətinə görə çoşğun yüksəliş dövrü kimi daxil olub. Bu müvəfəqiyyətin qazanılmasında H.Seyidbəylinin xidmətləri, onun “Nəsimi” filminin rolu böyükdür. Azərbaycan kino tarixinin uğurlu filmləri siyahısına daxil olmuş “Nəsimi”də baş qəhrəman “Nəsimi” rolunun iştirakçısı, aktyor Rasim Balayevin də danılmaz xidmətləri var.


Beləliklə, 70-ci illər kino tariximizə nəzər salsaq görərik ki, doğrudan da həmin illərin əvvələrindən Azərbaycan kino sənətində həyata bənzəyən kino estetikası yaranmağa başlayır və bu kino estetikası öz təzahürü üçün filmə lazım olan digər bədii vasitələrlə yanaşı təbii və düşünülmüş oyun tərzinə qadir aktyorlarla ehtiyac duyurdu. Belə bir vaxtda R.Balayev kimi istedadlı, daxili kino mədəniyyəti olan aktyorların ekranda görünməyi qanunauyğun zərurət idi. Tanınmış kinodramaturq Eldəniz Quliyev “Tarixi simaların həyatını yaşamış sənətkar” məqaləsində həmin obrazın əsasında R.Balayevin yaradıcılığına yüksək qiymət vermişdir.


1979-cu ildə iki seriyalı “Babək” tarixi filmi ekranlara buraxılır. Film yerli feodallara və ərəb işğalçılarına qarşı mübarizə aparan Azərbaycan xalqının qəhrəman oğlu, xürrəmilər hərəkatının başçısı Babəkə həsr olunmuşdur. Professor B.Nəbiyev bu filmə həsr olunmuş resenziyasında filmi müəlliflərin yaradıcılıq nailiyyəti hesab etmişdir.


Həqiqətən də, filmi seyr edən tamaşaçı inanır ki, xürrəmilər hərəkatı xilafətə qarşı adi, pərakəndə kəndli üsyanı deyil, mütəşəkkil surətdə davam edən, milli dövlətçiliyə, vahid birliyə əsaslanan böyük və əzəmətli azadlıq müharibəsidir.


“Koroğlu” qəhrəmanlıq dastanının uğursuz ekran variantından sonra “Kitabi-Dədə Qorqud” kimi bir nadir sənət tapıntısına toxunmaq əsl yaradıcılıq hünəri tələb edirdi. Kinodramaturq Anarla kinorejissor T.Tağızadənin birgə səyi nəticəsində dastanın düzgün kino həlli tapıldığına görə filmdə nə ifrat modernləşdirmə getmiş, nə də teatrallığa yol verilmişdir. Əksinə qədim yüzilliklərin dastanına müəlliflər sağlam mövqedən yanaşmış, dövrün mühitini yaratmış, xarakterləri açmaqla eposun ekran tərənnümünü verə bilmişlər. Nəhayət, filmin təhlilində yekun olaraq söyləmək olar ki, müəlliflər “Dədə Qorqud” kino əsərində xalqın taleyi, tarixi proseslərdə rolu barədə sanki tamaşaçılarla fikir mübadiləsi aparmış, həmin tarixi hadisələrə müasirlik baxımından yanaşmışlar.


Kinoşunas A.Dadaşov da filmin ssenari müəllifi Anarın fəaliyyətini yüksək qiymətləndirərək yazır: “Milli özünü təsdiq prosesində mühüm hadisə olan bu ssenari müəllifin maarifçilik prinsipinin davamı və vətandaşlıq mövqeyinin təsdiqidir” (Dadaşov A. Ekran dramaturgiyası: mövzu, struktur, üslüb, janr. B., 1999).


Həmin uslublu filmlər sırasında “Yeddi oğul istərəm” xalq təfəkkür tərzində, ziyalı və sənətkarların dünyanı dərki prosesində nəinki Azərbaycan mədəniyyətində, sovet kinematoqrafiyasında yeni hadisəyə səbəb olmuşdur.


Filmin əsas qəhrəmanı Bəxtiyarın (akt. H.Məmmədov) tarixi gedişatı dərki, xarakterindəki psixoloji qat Azərbaycan incəsənətində mütərəqqi hadisəyə çevrildi. Ənənəvi oyun üslubundan istifadə etmiş aktyor H.Turabov Azərbaycan kinosunda ilk dəfə idi ki, sinfi düşməni bu cür təzadlı, inandırıcı və dastanvari yaratmışdır.


Hər iki sənətkar sələflərindən fərqli olaraq oynadıqları ziddi rolları ilə tarixi-estetik cəhətdən milli kino tariximizdə inqilab etmişlər.


Yaxın inqilabi keçmişimizin artıq tarixə çevrilmiş hadisələrindən bəhs edən “Yeddi oğul istərəm” filmi də mədəniyyətlərarası körpü rolu oynayan sənət əsərlərindəndir.


İstər il baxımından, istərsə də ideoloji cəhətdən müasir qəbul edilmiş filmlərdə milli xarakter meydana çıxır, qəhrəmanların cəmiyyətdə yeri və mövqeyi zamanın meyarları baxımından müəyyənləşirdi. Sovet totalitar rejiminin ideal quruluş haqqında formalaşdırdığı mifik təsəvvürlər dağılırdı. Bu proses kinematoqrafiyada da əksini tapırdı. Əvvəlki illərdən fərqli olaraq ekranlaşdırma zamanı - ədəbi əsərlər obrazlar mənbəyi kimi xarakterizə edilir, yəni təsvir və forma axtarışları kinonun bədii ifadə vasitələrini, estetik imkanlarını zənginləşdirirdi.


Bu kinematoqrafik yeniliklər, sənətkarlıq məziyyətləri 70-ci illər Azərbaycan kinosunun inkişaf tendensiyasını sürətləndirirdi. Belə inkişaf tendensiyası milli kino sənətimizin bədii-estetik problemlərinin həllində önəmli əhəmiyyət kəsb edirdi.