Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fuzuli


ÜZEYİR HACIBƏYOVUN “LEYLİ VƏ MƏCNUN”UNDAN “KOROĞLUYA QƏDƏR” MƏQALƏSİNDƏN:


To­fiq BA­KI­XA­NOV
GÖR­KƏM­Lİ BƏS­TƏ­KAR, QAY­ĞI­KEŞ MÜ­ƏL­LİM


Ley­la ƏLİ­YE­VA
Q.QA­RA­YE­VİN BƏS­TƏ­KAR OĞ­LU


QA­RA QA­RA­YEV
“MU­Sİ­Qİ­MİZ BU GÜN”


EL­ÇİN
UCA MƏR­TƏ­BƏ­LƏ­RİN SA­Kİ­Nİ
QARA QARAYEV HAQQINDA BİR NEÇƏ SÖZ


Ələk­bər Sa­lah­za­də
QOBUSTAN
(jur­nal va­ri­an­tı)


Emin ƏLİ­YEV
90-CI İL­LƏ­RİN TE­ATR FES­Tİ­VAL­LA­RI KON­TEKS­TİN­DƏ
SƏ­NƏT AX­TA­RIŞ­LA­RI­NIN TƏ­ZA­HÜ­RÜ


S.ƏLƏK­BƏR
MİS­Sİ­YA ADA­MI


Zülfiyyə İSMAYILOVA
Li­rik-psi­xo­lo­ji möv­zu­da ret­ros­pek­si­ya:
“Ke­çən ilin son ge­cə­si” və “Dan­te­nin yu­bi­le­yi” -
Ana­rın re­jis­sor­luq fəa­liy­yə­ti­nin de­bü­tü


ANAR HAQQİNDA


Zem­fi­ra SƏ­FƏ­RO­VA
ANAR İZİ


Ay­dın Ta­lıb­za­də
VİRTUAL MERAC TEATRİ
(aşiq­lər iba­də­ti)


İm­ruz ƏFƏN­DI­YE­VA
HƏMİŞƏ ZİRVƏDƏ


XAL­TAN­LI TA­ĞI


Samir MUSAYEV
Azərbaycan kinosunda yeni estetik prinsiplərinin təgəsömö


TE­ATR ƏNƏ­NƏ­LƏ­Rİ­NİN MO­Dİ­Fİ­KA­Sİ­YA NÜ­MU­NƏ­S


Sabirə DÜ­NYAM­ALI­YEVA
AZƏRB­AYCA­NIN TARIXI GEYIM­LƏRI­NDƏ
GÜ­NƏŞ­LƏ BAĞ­LI SİM­VO­Lİ­KA­LAR


QA­RA QA­RA­YEV - 90


 

EL­ÇİN
UCA MƏR­TƏ­BƏ­LƏ­RİN SA­Kİ­Nİ
QARA QARAYEV HAQQINDA BİR NEÇƏ SÖZ


 

                                                                                                     EL­ÇİN

                              UCA MƏR­TƏ­BƏ­LƏ­RİN SA­Kİ­Nİ
                  QARA QARAYEV HAQQINDA BİR NEÇƏ SÖZ


Əfsus!.. Gedən vaxt deyil, bizik...”


Qara Qarayev Ronsara məxsus bu sözləri qeyd dəftərinə yazıb.


Bu gün­lər­də 90 il­lik yu­bi­le­yi­ni ke­çir­di­yi­miz Qa­ra Qa­ra­yev XX əsr Azər­bay­can mə­də­niy­yə­ti­nin o bö­yük nü­ma­yən­də­lə­rin­dən bi­ri­dir ki, ya­ra­dı­cı­lı­ğı ilə öz xal­qı­nın yal­nız mu­si­qi­si­ni de­yil, is­tək və ar­zu­la­rı­nı da, dün­ya­gö­rü­şü­nü və mə­nə­viy­ya­tı­nı da ifa­də et­mə­yi ba­car­dı və bu ya­ra­dı­cı­lı­ğın bə­dii-es­te­tik sə­viy­yə­si və fəl­sə­fi mün­də­ri­ca­tı, əha­tə dai­rə­si dün­ya mu­si­qi­si­nin, ümu­miy­yət­lə, dün­ya mə­də­niy­yə­ti­nin əl­də et­di­yi ən son nai­liy­yət­lər­lə nə­in­ki ayaq­laş­dı, hət­ta bu dün­ya miq­yas­lı nai­liy­yət­lə­rin çox gö­rüm­lü və özü­nə­məx­sus tər­kib his­sə­si­nə çev­ril­di.


Qa­ra Qa­ra­yev ya­ra­dı­cı­lı­ğı həm janr, həm də möv­zu ba­xı­mın­dan son də­rə­cə zən­gin idi. So­vet döv­rü ilk Azər­bay­can ope­ra­la­rın­dan bi­ri olan və Cöv­dət Ha­cı­yev­lə bir­gə yaz­dı­ğı “Və­tən” ope­ra­sı, XX əsr dün­ya ba­let sə­nə­ti­nin in­ci­lə­rin­dən he­sab olu­nan “Yed­di gö­zəl” və “İl­dı­rım­lı yol­lar­la” ba­let­lə­ri, öl­məz sim­fo­ni­ya­lar, bir çox di­gər sim­fo­nik janr­lar­da ya­zıl­mış əsər­lər, mü­zikl, mah­nı­lar və s. Qa­ra Qa­ra­yev ya­ra­dı­cı­lı­ğı­nın janr təs­ni­fa­tı be­lə bir zən­gin­li­yə ma­lik­dir.


Ey­ni zən­gin­lik bu ya­ra­dı­cı­lı­ğın möv­zu dai­rə­si­nin ge­niş­li­yi­ni sə­ciy­yə­lən­di­rir. Ba­xın, Qa­ra Qa­ra­ye­vin mü­ra­ci­ət etid­yi ədə­bi si­ma­lar kim­lər­dir: bir tə­rəf­dən onun ya­ra­dı­cı­lı­ğı­nın əsas fi­qur­la­rın­dan bi­ri olan Ni­za­mi Gən­cə­vi, elə­cə də öz müa­sir­lə­ri olan Sə­məd Vur­ğun, Rə­sul Rza, Məm­məd Ra­him ki­mi azər­bay­can­lı şa­ir­lər, di­gər tə­rəf­dən isə Ser­van­tes, Lo­pe de Ve­qa, Ros­tan, Puş­kin, Me­ri­me, Bar­büs, Na­zim Hik­mət, Feyx­tvan­ger, Ab­ra­hams...


Yal­nız elə Şeks­pi­rin “Otel­lo”, “Qış na­ğı­lı”, “Ham­let”, “An­to­ni və Kleo­pat­ra”, “4-cü Hen­rix” ki­mi əsər­lə­ri­nə Qa­ra Qa­ra­ye­vin bəs­tə­lə­di­yi mu­si­qi bu bəs­tə­ka­rın han­sı mə­nə­vi sfe­ra­lar­da, han­sı duy­ğu­lar­la, han­sı hiss, hə­yə­can­lar­la ya­şa­yıb ya­rat­ma­sı haq­qın­da, gü­man edi­rəm ki, az söz de­mir. Bu­ra ora­sı­nı da əla­və et­sək ki, doğ­ma xal­qın mil­li mu­si­qi­sin­dən baş­qa, di­gər xalq­la­rın da, mi­sal üçün, Af­ri­ka xalq­la­rı­nın, ya­xud al­ban, ya­xud da Vyet­nam xalq­la­rı­nın da mil­li mu­si­qi­si bir sə­nət­kar ki­mi Qa­ra Qa­ra­ye­vin ma­raq dai­rə­sin­də olub, o za­man biz onun ya­ra­dı­cı­lı­ğın­da­kı bə­şə­ri sə­ciy­yə­ni da­ha ay­dın gö­rə bi­lə­rik.

Əl­bət­tə, bü­tün bun­lar ba­rə­də pro­fes­sio­nal sə­nət­şü­nas­lar, mu­si­qi təd­qi­qat­çı­la­rı da­ha sə­riş­tə­li və el­mi söh­bət aça bi­lər­lər və ye­ri gəl­miş­kən de­yim ki, on­lar Qa­ra Qa­ra­yev ya­ra­dı­cı­lı­ğı ba­rə­də az yaz­ma­yıb­lar və şüb­hə­siz ki, bun­dan son­ra da hə­lə çox ya­za­caq­lar. An­caq Qa­ra Qa­ra­yev ya­ra­dı­cı­lı­ğın­da möv­zu və janr ge­niş­li­yi­nin və san­ba­lı­nın ya­rat­dı­ğı mən­zə­rə, elə bi­li­rəm ki, pro­fes­sio­nal təh­lil­siz də hey­rə­ta­miz­dir. Bu ba­xım­dan Qa­ra Qa­ra­yev ya­ra­dı­cı­lı­ğı bə­şə­ri mə­də­niy­yə­ti eh­ti­va edir və ey­ni za­man­da, mil­li ilə bə­şə­ri ara­sın­da­kı üz­vi vəh­də­ti bir da­ha bü­tün də­rin­li­yi ilə nü­ma­yiş et­di­rir.


Və bu yer­də bir cə­hə­ti xü­su­si qeyd et­mək is­tə­yi­rəm: Qa­ra Qa­ra­yev bö­yük sə­nət­kar, bö­yük mü­tə­fək­kir ol­maq­la bə­ra­bər, həm də bö­yük pe­da­qoq idi və onun ye­tiş­dir­di­yi Azər­bay­can bəs­tə­kar­la­rı­nın ya­ra­dı­cı­lı­ğı üçün fə­rəh­li və sə­ciy­yə­vi xü­su­siy­yət­lər­dən bi­ri də məhz mil­li ilə bə­şə­ri­li­yin be­lə bir dia­lek­tik vəh­də­ti­dir. Hər­gah bu gün Ra­uf Ha­cı­ye­vin, Arif Mə­li­ko­vun, Xəy­yam Mir­zə­za­də­nin, ya­xud Va­sif Adı­cö­zə­lo­vun, Mu­sa Mir­zə­ye­vin, Fə­rəc Qa­ra­ye­vin, İs­ma­yıl Ha­cı­bə­yo­vun, Fi­rən­giz Əli­za­də­nin, Məm­məd Qu­li­ye­vin mu­si­qi­si doğ­ma xal­qın mil­li mə­həb­bə­ti­lə bə­ra­bər, sər­həd­lər ta­nı­ma­ya­raq, baş­qa xalq­la­rın da ma­ra­ğı­nı və sev­gi­si­ni qa­za­nır­sa, on­la­rın sim­fo­nik əsər­lə­ri dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də səs­lə­nir­sə, ba­let­lə­ri müx­tə­lif te­atr səh­nə­lə­rin­də ta­ma­şa­ya qo­yu­lur­sa, müa­sir Azər­bay­can mu­si­qi­si­nin bü­tün bu uğur­la­rın­da, şüb­hə­siz ki, Qa­ra Qa­ra­ye­vin də öz mü­hüm pa­yı var. Ora­sı da, yə­qin, Qa­ra Qa­ra­ye­vin ru­hu­nu şad edir ki, onun dü­nən­ki tə­lə­bə­lə­ri, bu gü­nün isə gör­kəm­li bəs­tə­kar­la­rı­nın öz­lə­ri də hər də­fə sidq-ürək­dən və can-dil­dən bu cə­hə­ti xü­su­si qeyd edir­lər.


Mə­lum­dur ki, Qa­ra Qa­ra­yev 1946-cı il­də Mosk­va kon­ser­va­to­ri­ya­sın­da Dmit­ri Şos­ta­ko­vi­çin sin­fi­ni bi­tir­miş­dir, an­caq, mə­nim üçün ta­mam mü­ba­hi­sə­siz­dir ki, bun­dan əv­vəl Qa­ra Qa­ra­yev da­hi Üze­yir Ha­cı­bə­yo­vun mə­nə­vi-es­te­tik mək­tə­bi­ni bi­tir­miş­di və mə­sə­lə yal­nız on­da de­yil­di ki, Üze­yir bəy ona Azər­bay­can mu­si­qi­si­nin əsas­la­rın­dan dərs de­miş­di, bu öz ye­rin­də, əsas mə­sə­lə isə, yə­qin on­da­dır ki, Qa­ra Qa­ra­yev da bi­zim di­gər bö­yük bəs­tə­kar­la­rı­mız ki­mi, il­kin ola­raq Üze­yir Ha­cı­bə­yo­vun es­te­tik süz­gə­cin­dən ke­çən mu­si­qi­ni qav­ra­dıq­dan son­ra dün­ya mu­si­qi xə­zi­nə­si­nə da­xil ol­muş­du. Bu­na gö­rə də Qa­ra Qa­ra­yev nə qə­dər no­va­tor və bö­yük bə­şə­ri sə­nət­kar­dır­sa, bir o qə­dər də bö­yük mil­li sə­nət­kar, Azər­bay­can bəs­tə­ka­rı­dır.


Vax­ti­lə bi­zim mil­li mu­si­qi­mi­zi Qa­ra Qa­ra­ye­və qar­şı qoy­maq cəhd­lə­ri var idi və hət­ta bu cəhd­lə­ri bə­zən mil­li-ic­ti­mai rəy ki­mi qə­lə­mə ver­mək is­tə­yir­di­lər, an­caq əl­bət­tə, bu cəhd­lər na­dan və ca­hil fi­kir­lər­dən o tə­rə­fə ke­çə bil­mə­di, ən baş­lı­ca­sı isə hə­min na­dan və ca­hil fi­kir­lə­rin qar­şı­sın­da­kı ke­çil­məz səd­di elə Qa­ra Qa­ra­yev ya­ra­dı­cı­lı­ğı­nın özü çək­di.


Qa­ra Qa­ra­yev ya­zır­dı ki, mil­li ko­lo­rit sə­nət­ka­rın da­xi­li alə­mi­nin ma­hiy­yə­tin­dən doğ­ma­lı­dır, xalq mu­si­qi­sin­dən yal­nız si­tat­lar gə­tir­mək­lə be­lə bir hə­qi­qi mil­li ko­lo­ri­tə na­il ol­maq müm­kün de­yil. Gü­man edi­rəm ki, bu fik­rin ən gö­zəl il­lüst­ra­si­ya­sı elə Qa­ra Qa­ra­ye­vin özü­nün ya­ra­dı­cı­lı­ğı­dır. O, mu­si­qi­də fi­lo­sof idi və bu fəl­sə­fə­nin ma­ya­sı məhz mil­li ko­lo­rit­lə yoğ­rul­muş­du.


An­caq bir hə­qi­qət də var ki, o na­dan cəhd­lər, sü­ni su­rət­də ya­ra­dı­lan int­ri­qa­lar, de­di-qo­du­lar emo­sio­nal və həs­sas bir in­san ki­mi, əl­bət­tə, Qa­ra Qa­ra­ye­və mə­nən tə­sir­siz ötüş­mür­dü. Bəl­kə də elə bu tə­sir­lə­rin nə­ti­cə­si idi ki, 1953-cü il­dən eti­ba­rən Azər­bay­can Bəs­tə­kar­lar İt­ti­fa­qı­na rəh­bər­lik edən Qa­ra Qa­ra­yev 1981-ci il­də sədr və­zi­fə­sin­dən is­te­fa ver­mək üçün əri­zə yaz­dı və bu vaxt ona mə­nə­vi da­yaq Hey­dər Əli­yev ol­du.


Bu ma­te­ri­al­lar, o cüm­lə­dən Qa­ra Qa­ra­ye­vin hə­min is­te­fa əri­zə­si və bu­nun­la bağ­lı Mosk­va­dan Hey­dər Əli­ye­və yaz­dı­ğı mək­tub mət­bu­at­da dərc olu­nub, mən bun­la­rın üzə­rin­də da­yan­maq is­tə­mi­rəm, ma­raq­la­nan­lar yə­qin ki, on­la­rı oxu­yub­lar, yal­nız onu de­yə bi­lə­rəm ki, Qa­ra Qa­ra­ye­vin öm­rü­nün son on üç ili, həm də ya­ra­dı­cı­lıq ba­xı­mın­dan çox zən­gin bir döv­rü Hey­dər Əli­ye­vin so­vet vax­tı Azər­bay­ca­na rəh­bər­lik et­di­yi on üç ilə tə­sa­düf edir.
Ta­ri­xi hə­qi­qət on­dan iba­rət­dir ki, hə­min dövr­də Qa­ra Qa­ra­ye­vin çə­tin an­la­rın­da hi­ma­yə­da­rı Hey­dər Əli­yev ol­muş­dur.


Qa­ra Qa­ra­yev no­va­tor­lu­ğu, Qa­ra Qa­ra­yev is­te­da­dı­nın miq­ya­sı keç­miş SSRİ-də ümu­mit­ti­faq sə­viy­yə­sin­də kon­ser­va­tiv mü­qa­vi­mə­tə və sırf na­qis in­sa­ni his­siy­yat ki­mi qıs­qanc­lı­ğa sə­bəb olur­du və 1978-ci il­də bi­la­va­si­tə Hey­dər Əli­ye­vin tə­şəb­bü­sü ilə və onun si­ya­si ba­ca­rı­ğı, ad­mins­tra­tiv cəld­li­yi nə­ti­cə­sin­də Qa­ra Qa­ra­yev so­vet im­pe­ri­ya­sı­nın ən yük­sək mü­ka­fa­tı ilə təl­tif edil­di, So­sia­list Əmə­yi Qəh­rə­ma­nı adı­nı al­dı. Bu gün o ada bə­zən iro­ni­ya ilə ya­na­şır­lar, an­caq o dövr­də bu ad sə­nət­ka­rı qo­ru­yan si­ya­si-ic­ti­mai bir si­pər idi və Qa­ra Qa­ra­yev ki­mi bö­yük sə­nət­kar­la­ra für­sət və im­kan ve­rir­di, əl­ve­riş­li şə­ra­it və mün­bit zə­min ya­ra­dır­dı ki, on­la­rın is­te­da­dı ha­kim ideo­lo­gi­ya­nın tə­ləb et­di­yi vul­qar so­sio­lo­ji çər­çi­və­lər­dən kə­na­ra çı­xa bil­sin.


Ey­ni za­man­da, bir cə­hə­ti də qeyd et­mək is­tə­yi­rəm: Qa­ra Qa­ra­yev ən ca­van yaş­la­rın­dan Döv­lət, Le­nin mü­ka­fat­la­rı al­mış­dı, ən yük­sək fəx­ri ad­lar da­şı­yır­dı, aka­de­mik se­çil­miş­di, SSRİ-nin de­pu­ta­tı idi və s. An­caq bü­tün bun­la­rın ara­sın­da onun ən yük­sək adı elə özü­nün adı idi - sa­də­cə Qa­ra Qa­ra­yev.


Və bu gün də be­lə­dir.


Qa­ra Qa­ra­yev, elə­cə də XX əsr Azər­bay­can bəs­tə­kar­lıq mək­tə­bi­nin Fik­rət Əmi­rov, Cöv­dət Ha­cı­yev, Ni­ya­zi, Sul­tan Ha­cı­bə­yov və baş­qa bö­yük nü­ma­yən­də­lə­ri bir­lik­də sim­fo­nik mu­si­qi­ni Şərq və mü­səl­man xalq­la­rı ara­sın­da bəl­kə də ilk də­fə və bü­tün əzə­mə­ti ilə Azər­bay­can xal­qı­nın mil­li mə­də­niy­yə­ti­nin fak­tı­na çe­vi­rə bil­di­lər və bu, mə­də­niy­yə­ti­mi­zin XX əsr ta­ri­xi­nin əl­də et­di­yi ən bö­yük nai­liy­yət­lər­dən bi­ri­dir.


Təx­mi­nən 35 il bun­dan əv­və­lin - 1970-ci il­lə­rin or­ta­la­rı­nın xa­ti­rə­si olan ki­çik bir epi­zod mə­nim ya­dı­ma dü­şür. O vaxt mən Ya­zı­çı­lar Bir­li­yin­də iş­lə­yir­dim və gö­rüş­lər­dən bi­rin­də söh­bət Qa­ra Qa­ra­yev­dən düş­dü. Mən çox sa­də və qə­tiy­yən ori­ji­nal ol­ma­yan be­lə bir fi­kir söy­lə­dim ki, Qa­ra Qa­ra­yev bü­tün bö­yük sə­nət­kar­lar ki­mi, öz za­ma­nın­dan irə­li ge­dib, o, bəl­kə də da­ha ar­tıq də­rə­cə­də gə­lə­cə­yin bəs­tə­ka­rı­dır. Bu gün ar­tıq haqq dün­ya­sın­da ol­du­ğu üçün adı­nı çək­mək is­tə­mə­di­yim yaş­lı ya­zı­çı­la­rı­mız­dan bi­ri mə­nə irad tut­du: “Sən nə üçün gə­lə­cə­yin adın­dan da­nı­şır­san? Gə­lə­cək özü mü­əy­yən edə­cək ki, kim onun­dur, kim də onun de­yil!”


Bu gün mən bu epi­zo­du xa­tır­la­yan­da fi­kir­lə­şi­rəm ki, hə­min irad­da mən­tiq və hə­qi­qət var idi və bu gü­nün - Qa­ra Qa­ra­ye­vin və­fa­tın­dan ke­çən 26 il son­ra­nın - 21-ci əs­rin hə­qi­qə­ti on­dan iba­rət­dir ki, Qa­ra Qa­ra­yev 26 il bun­dan əv­vəl ol­du­ğu ki­mi, gü­nü­mü­zün də bö­yük bəs­tə­ka­rı­dır. Və biz bu gün də tək­rar edi­rik ki, o, ey­ni za­man­da, ye­nə də gə­lə­cə­yin bəs­bə­ka­rı­dır, çün­ki “gə­lə­cək” məf­hu­mu Qa­ra Qa­ra­yev ya­ra­dı­cı­lı­ğı mü­qa­bi­lin­də dai­mi­dir.


Qa­ra Qa­ra­yev is­te­da­dı öz za­ma­nı­na sı­ğış­mır­dı və söh­bət yal­nız so­vet döv­rü­nün sə­nə­tə, o cüm­lə­dən mu­si­qi­yə tət­biq et­di­yi so­sia­lizm rea­liz­mi ədə­bi me­to­dun­dan get­mir: Qa­ra Qa­ra­ye­vin ya­ra­dı­cı­lı­ğı so­sia­lizm rea­liz­mi çər­çi­və­lə­ri­ni da­ğıt­mış­dı və bu­na gö­rə də o, es­te­tik mə­na­da bö­yük so­vet bəs­tə­ka­rı yox, bö­yük bə­şə­ri bəs­tə­kar idi, XX əsr­də ya­şa­yıb-ya­rat­mış dün­ya miq­yas­lı bö­yük sə­nət­kar­lar­dan bi­ri idi. An­caq Qa­ra Qa­ra­yev bir şəx­siy­yət ola­raq da,  fəl­sə­fi mə­na­da, za­man məf­hu­mu­na sı­ğış­mır­dı və o, ya­ra­dı­cı­lı­ğın­da ol­du­ğu ki­mi, hə­yat­da da fi­lo­sof idi, psi­xo­lo­ji sar­sın­tı­lar ke­çi­rir­di, hə­ya­tın, ya­şa­yı­şın mə­na­sı­nı ax­ta­rır­dı.


Bu gün­lər­də mən Qa­ra Qa­ra­yev­lə bağ­lı ədə­biy­ya­tı nə­zər­dən ke­çi­rər­kən Ra­di­on Şed­ri­nin be­lə bir fik­ri­nə rast gəl­dim ki, Qa­ra Qa­ra­ye­vin in­tel­lek­tu­al dün­ya­sı in­tə­ha­sız­dır və dü­şü­nü­rəm ki, bu, Şed­ri­nin Qa­ra Qa­ra­yev­lə bağ­lı də­qiq mü­şa­hi­də­si­dir.


Bir xa­ti­rə də ya­dı­ma dü­şür. 1960-cı il­lə­rin or­ta­la­rı idi, bir ax­şam, ar­tıq ge­cə­yə ya­xın, göz­lə­nil­mə­dən bi­zim evin qa­pı­sı dö­yül­dü və Qa­ra Qa­ra­yev, Sul­tan Ha­cı­bə­yov, bir də Da­vud Qə­di­mov içə­ri gir­di. İl­yas Əfən­di­yev­lə Sul­tan Ha­cı­bə­yov ya­xın dost idi­lər və bu dost­lu­ğun ta­ri­xi ge­dib on­la­rın uşaq­lıq il­lə­ri­nə çı­xır­dı, be­lə ki, mə­nim nə­nəm, yə­ni İl­yas Əfən­di­ye­vin ana­sı Bil­qe­yis xa­nım Sul­tan Ha­cı­bə­yov­un ana­sı Zəh­ra xa­nım­la gənc­lik çağ­la­rı­nın rə­fi­qə­lə­ri idi­lər. Qa­ra Qa­ra­yev­lə də İl­yas Əfən­di­ye­vin is­ti və məh­rəm mü­na­si­bət­lə­ri var idi və bu mü­na­si­bət rəh­mət­lik İm­ran Qa­sı­mov va­si­tə­si­lə ya­ran­mış­dı - İm­ran həm Qa­ra Qa­ra­yev­lə, həm də İl­yas Əfən­di­yev­lə çox ya­xın dost idi. Da­vud Qə­di­mov isə uzun müd­dət Mə­də­niy­yət Na­zir­li­yi sis­te­min­də iş­lə­miş­di və bu tək­rar­sız in­san hə­min il­lər­də özü­nün son də­rə­cə duz­lu ko­lo­ri­ti ilə Azər­bay­can mə­də­ni hə­ya­tı­nın məş­hur si­ma­sı - məş­hur Da­vud Ba­la­ye­viç idi (ya­xın adam­lar, o cüm­lə­dən İl­yas Əfən­di­yev də onu “Do­dik” de­yə ça­ğı­rır­dı­lar). On­lar han­sı­sa məc­lis­dən qal­xıb və çox gü­man da ki, Da­vud Ba­la­ye­vi­çin təh­ri­ki ilə məc­li­si da­vam et­dir­mək üçün bi­zə gəl­miş­di­lər. İl­yas Əfən­di­yev te­le­fon­la zəng edib, özü­nün də qə­fil qo­naq­la­rı­nın da ya­xın dos­tu olan və qon­şu­luq­da ya­şa­yan pro­fes­sor Əmir Hə­bib­za­də­ni də də­vət et­di (Əmir mü­əl­li­min bu so­nun­cu mo­gi­ka­nın və gö­zəl in­sa­nın ya­şı 90-nı ke­çib, am­ma bu gün də BDU-da ri­ya­ziy­yat­dan dərs de­yir!) və o məc­lis­də mə­lum ol­du ki, Qa­ra Qa­ra­yev Erix Ma­ri­ya Re­mar­kın “Zə­fər ta­ğı” ro­ma­nı əsa­sın­da ope­ra yaz­maq is­tə­yir.
Bu xə­bər mə­nim üçün - o za­ma­nın 22-23 yaş­lı gənc ya­zı­çı­sı üçün çox ma­raq­lı və ey­ni za­man­da da çox qə­ri­bə gö­rün­dü. O dövr­də Re­mark mə­nim çox xo­şu­ma gə­lir­di (elə in­di də!) və “Zə­fər ta­ğı” da mə­nim bə­yən­di­yim, hə­vəs­lə oxu­du­ğum, haq­qın­da dü­şün­dü­yüm bir əsər idi, am­ma mən bu ro­ma­nı heç cü­rə ope­ra ki­mi tə­səv­vür et­mir­dim. Qa­ra Qa­ra­yev isə bu ope­ra ilə bağ­lı fi­kir­lə­ri­ni, hiss­lə­ri­ni elə hə­vəs­lə, zövq­lə, psi­xo­lo­ji tə­fər­rü­at­la­rı ilə da­nı­şır­dı ki, bu gün mən az qa­la sə­hə­rə qə­dər da­vam edən o unu­dul­maz məc­li­si, o ge­cə­ni xa­tır­la­yar­kən çox tə­əs­süf edi­rəm ki, o ope­ra bəs­tə­lən­mə­miş qal­dı. Bil­mi­rəm, bəl­kə də Qa­ra Qa­ra­ye­vin ar­xi­vin­də o ope­ra ilə bağ­lı nə­lər­sə var, an­caq ger­çək­lik bu­dur ki, hə­min ope­ra ya­zıl­ma­dı və Qa­ra Qa­ra­yev, kim bi­lir, özü ilə nə qə­dər bu cür ya­zıl­ma­mış ope­ra­lar, ya­zıl­ma­mış ba­let­lər, sim­fo­ni­ya­lar apar­dı.


Bu da mə­lum­dur ki, Qa­ra Qa­ra­yev “Ham­let” möv­zu­sun­da ba­let yaz­maq is­tə­yir­di.


Bu sə­tir­lə­ri ya­zar­kən, ora­sı da ya­dı­ma dü­şür ki, bir də­fə İm­ran Qa­sı­mov mə­nə de­di ki, Qa­ra Qa­ra­yev He­min­que­yin “Ki­li­man­ca­ro qar­la­rın­da” he­ka­yə­si əsa­sın­da ope­ra üzə­rin­də iş­lə­yir...


Bu gün biz Qa­ra Qa­ra­ye­vin yal­nız mu­si­qi­si­ni din­lə­yə­rə­kən de­yil, qeyd­lə­ri­ni, gün­də­lik­lə­ri­ni, mək­tub­la­rı­nı oxu­ya­rə­kən də bu in­sa­nın nə qə­dər də­rin zə­ka sa­hi­bi ol­du­ğu­nu əya­ni şə­kil­də gö­rü­rük.


Və yə­qin elə bu in­tel­lek­tu­al zən­gin­lik nə­ti­cə­sin­də idi ki, ölüm möv­zu­su Qa­ra Qa­ra­ye­vin gün­də­lik­lə­ri­nin, qeyd­lə­ri­nin əsas möv­zu­la­rın­dan bi­ri­dir.


Mən Qa­ra Qa­ra­ye­vin və­fa­tın­dan 13 il əv­vəl - 1969-cu il fev­ra­lın 16-da gün­də­li­yin­də rus di­lin­də yaz­dı­ğı bir fik­ri oxu­cu­la­rın diq­qə­ti­nə çat­dır­maq­la bu ki­çik ya­zı­nı bi­tir­mək is­tə­yi­rəm:


“İn­sa­nın hə­ya­tın­da ən ali an - ölüm­dür. Hə­min an­da in­san hə­yat­da qal­mış­lar­dan yük­sək­lə­rə qalx­mış bir nə­həng olur; hə­yat­la vi­da­la­şar­kən o də­yi­şir, ölüm əzab­la­rı onu elə bir yük­sək­li­yə qal­dı­rır ki, ora­dan dün­ya­nın bü­tün iş­lə­ri öz mə­na­sı­nı və əhə­miy­yə­ti­ni iti­rir. O tək qa­lır, ta­mam tək-tən­ha - heç ki­min, heç nə­yin kö­mə­yi­nə ümid et­mə­dən hə­min ana qə­dər haq­qın­da heç nə bil­mə­di­yi ölüm­lə tək­bə­tək qa­lır. Onu hə­mi­şə qor­xu­dan, ey­ni za­man­da bü­tün xoş­bəxt, ya da ki, mis­kin hə­ya­tı bo­yu göz­lə­di­yi, həm də qə­ri­bə bir sə­bir­siz­lik için­də göz­lə­di­yi hə­min da­hi­ya­nə gö­rüş baş ve­rir... “


O adam bö­yük de­yil ki, hə­yat­da gö­rüm­lü bir möv­qe qa­za­nıb, əsl bö­yük o adam­dır ki, hə­min ali an­da baş ve­rən­lə­rin mə­na­sı­nı dərk edə­rək, lə­ya­qət­lə ölüm­lə bir­lə­şir...”


Qa­ra Qa­ra­yev 64 ya­şın­da haqq dün­ya­sı­na məhz bu cür köç­dü: lə­ya­qət­li, məğ­rur, uca­lar­da, ali mər­tə­bə­lər­də da­yan­mış bö­yük bir in­san ki­mi.


Bi­zim bu fa­ni dün­ya­da öz uni­kal mis­si­ya­sı­nı ye­ri­nə ye­tir­miş bö­yük bir sə­nət­kar ki­mi.


                                                                     8 fev­ral 2008